AZƏRBAYCANDA STRATEJİ YOL XƏRİTƏLƏRİNİN REALLAŞDIRILMASINDA XÜSUSİ İQTİSADİ ZONALARIN ƏHƏMİYYƏTİ

11:11 / 29.03.2017

Dünya iqtisadiyyatında müasir tendensiyalar milli iqtisadiyyatların rəqa-bətqabiliyyətinin artırılmasını, iqtisadi inkişaf proseslərinin davamlılığını, milli iqtisadiyyatın maliyyə böhranları və iqtisadi tənəzzüllərə qarşı güclü immunitetinin olmasını şərtləndirir. Son illərdə qlobal iqtisadi çağırışların və tendensiyaların təsirindən dünya ölkələrinin milli iqtisadiyyatlarının mövcud strukturunun, mexanizmlərinin yenilənməsi istiqamətində tədbirləri güclənmişdir. Bunlarla əlaqədar olaraq, dünya iqtisadiyyatının müasir prioritet istiqamətləri hər bir dövlətin iqtisadi siyasətində daha mütərəqqi iqtisadi mexanizmlərin və iqtisadi alətlərin tətbiqinə zərurət yaratmışdır. Dünyanın 135-ə qədər ölkəsində tətbiq edilmiş, bir çox ölkələrin iqtisadi inkişaf proseslərində tarixi nailiyyətlər qazanılmasında mühüm əhəmiyyət kəsb etmiş, investisiyaların və müasir texnologiyaların cəlbinə, sosial-iqtisadi problemlərin kompleks həllinə ciddi töhfələr vermiş və müasir dövrdə də məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olan Xüsusi İqtisadi Zonalar (XİZ) bu kimi effektiv iqtisadi mexanizmlərdən hesab olunur[1]. Qeyd edək ki, ölkələrarası inteqrasiya proseslərində, ümumiqtisadi inkişaf proseslərindən geri qalmış iqtisadiyyat sahələrinin və ayrı-ayrı ərazilərin inkişafının sürətləndirilməsində, iqtisadi islahatların daha da dərinləşdirilməsi və bazar iqtisadiyyatı infrastrukturunun gücləndirilməsində, sahibkarlığın inkişafının sürətləndirilməsində, müxtəlif strateji hədəflərin reallaşdırılmasında XİZ əlverişli və çevik iqtisadi-maliyyə və gömrük güzəştləri vasitəsilə qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirilməsinə imkan verir[2]. XİZ-in tədqiqi əsasında doktorluq işlərini müdafiə etmiş bir qrup elmi tədqiqatçıların (P.V.Pavlov, A.M.Basenko və A.N.Brıntsev) XİZ-in mahiyyəti ilə bağlı irəli sürdükləri mülahizələr, bu kimi zonaların müasir funksiyalarının mahiyyəti ilə üst-üstə düşür. P.V.Pavlova görə XİZ ölkənin iqtisadi sistemində əhəmiyyətli yer tutmaqla, burada pozitiv iqtisadi və sosial mühit yaratmağa və iqtisadi sistemin ierarxiyasının müxtəlif səviyyələrində özünü müsbət tərəfdən göstərməyə qadirdir[3]. A.M.Basenkoya görə, XİZ iqtisadi ərazi qurumu baxımından bazar münasibətləri meyarları üzrə inkişaf etmiş mexanizm kimi diqqəti cəlb edir. Burada sahibkarlıq fəaliyyətinin nizamlanması üçün xüsusi mexanizm qüvvədədir və bunlara effektiv iqtisadi alətlər və texnologiyalar, güzəştli vergi-gömrük və valyuta-maliyyə rejimləri daxildirlər[4]. A.N.Brıntsev isə XİZ-in mahiyyətini onların yaranması ilə bağlı qarşısına qoyulan məqsədlərlə uyğunluğunda axtarmışdır[5].
Qeyd edək ki, klassik iqtisadi nəzəriyyənin banisi A.Smit “Xalqların sərvəti” adlı əsərində “iqtisadi zona” anlayışının formalaşdığı əsas fəaliyyət sahəsi olan ticarətin inkişafı məsələlərinə, sərvətlərdən səmərəli istifadəyə xüsusi önəm vermişdir[6]. Məlumdur ki, dünya iqtisadi proseslərində ən mühüm təsir qüvvəsinə malik amil-lərdən biri kimi milli iqtisadiyyatların Beynəlxalq Əmək Bölgüsündə iştirakı və ixtisaslaşması məsələləridir. Xüsusilə, son 20 il ərzində dünya təsərrüfat sistemində və inteqrasiya məkanında qloballaşma proseslərinin sürətlənməsi, bu məsələlərə sistemli yanaşmanı və strateji hədəflərin mümkün qədər milli iqtisadiyyatların inkişaf prio-ritetlərinin və milli iqtisadi maraqların nəzərə alınması şərti ilə müəyyənləşdirilməsi tələb olunur. Bu proseslərdə əksər iqtisadi fəaliyyət prioritetləri XİZ-in bu və ya digər fəaliyyət elementləri ilə üst-üstə düşür[7]. XİZ-dən uğurlu istifadə sahəsində hazırda dünya iqtisadiyyatının önündə gedən ölkələrin tarixi nailiyyətləri və təcrübəsi diqqət çəkir[8]. Belə ki, Azad iqtisadi zonalar üzrə Qanun ilk dəfə 1934-cü ildə ABŞ-da qəbul edilmiş və bu zonaların ölkədə iqtisadi islahatların sürətləndirilməsində, sahibkarlığın inkişafında əlavə stimulların verə bilmək iqtidarında olmasında rolu dövlətin iqtisadi siyasətinin mühüm elementlərindən biri səviyyəsinə qaldırılmışdır. ABŞ-da XİZ-in yeni funksiyalarla ölkənin iqtisadi sisteminə daxil edilməsi, tezliklə bu effektiv iqtisadi alətin müxtəlif modifikasiyalarının formalaşmasına və yeni tipli XİZ-in yaradılmasına səbəb olmuşdur. Amerika iqtisadçıları M.Frazye və R.Rey XİZ-in mahiyyəti və formaları ilə bağlı dəyişiklikləri əsasən 3 mərhələyə bölmüşlər: anbar və tranzit zonalar (sərbəst limanlar, ticarət-anbar zonaları), sərbəst sənaye zonaları (ixrac-istehsal təyinatlı) və kompleks azad sahibkarlıq zonaları[9]. Ümumilikdə, XX əsrin ilk on altı ilinin əvvəlinə artıq dünyanın 136 ölkəsi bu kimi zonaların yaradılmasına nail olmuşdur. Dünya XİZ-inin coğrafi baxımdan bölgüsündə Asiya ölkələri 33 %, ABŞ - 26 %, Mərkəzi Amerika və Meksika - 6 %, Karib regionu ölkələri - 9 %, Yaxın Şərq - 2 %, Şimali Amerika - 2 %, Cənubi Amerika - 2 %, Avropa - 2 % və keçid iqtisadiyyatlı ölkələr 15 % yer almışlar[10]. Digər bir inkişaf etmiş ölkədə - Yaponiyada uğurlu və spesifik XİZ modeli kimi formalaşdırılan texnopolislərin yaradılması bir sıra meyarlarla bilavasitə bağlıdır və bunların əsasında universitet və biznes strukturları, həmçinin yerli hakimiyyət orqanlarının qarşılıqlı maraqlarının olması durur. Ölkədə texnopolislərin yaradılmasına 1960-cı illərin əvvəllərində başlan-mışdır[11]. Həmin dövrdə Yaponiya hökuməti özünün iqtisadi siyasətində ən yüksək texnologiyaların işlənməsi və tətbiqinə mühüm yer verməyi strateji vəzifə kimi müəyyənləşdirmişdi. Hazırda dünyanın ən böyük texnopolisi olan “Tsikuba” 1963-cü ildə İbaraki prefekturasında və Tokiodan 60 km şimal-şərqdə 28 hektar ərazidə təşkil edilmişdir. İlk dövrlərdə bu texnopolisin fəaliyyəti üçün zəruri iri investisiya resursları əsasən Yapon hökuməti tərəfindən ayrılmış və yalnız texnopolisin uğurları genişləndikdə iri biznesin və özəl investorların bu effektiv XİZ-ə marağı xeyli artmışdır. Hazırda dünya iqtisadiyyatında öz gücünə görə ikinci yerdə möhkəmlənən Çinin iqtisadi inkişaf proseslərində XİZ-in əhəmiyyəti olduqca böyükdür. Bu ölkənin XİZ-ni bir çox dünya mütəxəssisləri, o cümlədən akademik Z.Səmədzadə “Çin möcüzələri” kimi xarakterizə edirlər[12]. 1980-ci illərin əvvəllərində bu ölkədə 5 kompleks XİZ zonaları təşkil olunmuşdur. Bunlara Şençjen, Çyuxay, Şantou, Syamin və Xaynan XİZ-i daxildirlər. Əvvəlcədən kiçik bir kənd olan Şençjen qısa müddət ərzində 2 milyon nəfərlik əhalisi olan şəhər səviyyəsinə qədər inkişaf etmişdir. Burada 4 mindən çox rəqabətqabiliyyətli müəssisələr, o cümlədən, minə yaxın müştərək müəssisələr fəaliyyət göstərirlər. Bu zonanın ərazisində illik ixracın həcmi son 20 ildə orta illik 15 milyard ABŞ dolları həcmində təşkil etmişdir. Azərbaycanla hərtərəfli və sıx strateji əməkdaşlıq əlaqələri olan Türkiyədə “Sərbəst bölgələr” qanunu 1985-ci ildən qüvvəyə minmişdir. Türkiyə XİZ-nin strateji məqsədlərinə ixracatla bağlı istehsalın stimullaşdırılması, xarici investisiya və texnologiyaların gətirilməsinin sürətləndirilməsi, ticarətin inkişafı ilə bağlı imkanların genişləndirilməsi və iqtisadi fəallığın artırılması aiddir. Bundan əlavə, Azərbaycanla ümumi sərhədlərə malik olan İranın XİZ təcrübəsi xüsusilə diqqəti cəlb edir. Bu ölkədə XİZ-ə rəhbərlik Ali Şura tə-rəfindən həyata keçirilir və bu sahə üzrə müvafiq qanunvericilik bazası 1993-ci ildən qüvvədə olan “Ticarət və İstehsal zonaları haqqında” Qanunla tənzimlənir. İranda 15-ə yaxın müxtəlif modifikasiyalı XİZ fəaliyyət göstərirlər. Ölkə XİZ-nin əsas xüsusiyyətlərinə 15 il ərzində mənfəətdən vergi tutulmamasını qeyd etmək olar. İranda XİZ statusuna malik zonalardan biri kimi Fars körfəzinin ən iri adalarının birində - , Şəkidə yerləşən XİZ-i göstərmək olar. Bu regiona yatırılan investisiyaların həcmi 2 milyard dollar səviyyəsində olmuşdur. İran XİZ-indən biri - “Aras” XİZ-i Azərbaycanla - Naxçıvanla sərhəd zonasında təşkil olunmuşdur. 2003-cü ildən fəaliyyət göstərən bu XİZ-in ərazisi 1670 kv km-ə bərabərdir. İranın bu XİZ-i yaratmaqda əsas hədəflərindən biri ölkənin sərhədyanı ərazilərinin iqtisadi inkişafının təmin edilməsi, sosial və regional problemlərin həllinə əlavə stimulların verilməsi və qonşu ölkələrlə ticarət əməliyyatlarının genişləndirilməsidir.
Qeyd edək ki, Azərbaycanda “iqtisadi zona” anlayışları və XİZ-in mahiyyətinin formalaşması proseslərinin tarixi ölkəmizin müstəqillik əldə etməsi tarixi ilə üst-üstə düşmüşdür[13]. 1990-cı illərin əvvəllərindən başlayaraq, Azərbaycanda “iqtisadi zona” anlayışları üzrə diskussiyalara başlanılmışdı, lakin növbəti 10 ildə bu sahədə ciddi irəliləyişlər əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2007-ci il tarixli “Azərbaycan Respublikasında XİZ-in yaradılması haqqında” Fərmanından sonra XİZ barədə diskussiyalar xeyli intensivləşmişdir. Fərmanla Azərbaycanda bu kimi zonaların rəsmi olaraq, ilk dəfə xüsusi iqtisadi zonalar kimi yaradılmasının nəzərdə tutulması və bununla bağlı müvafiq tədbirlərin görülməsi, dövlətin iqtisadi siyasətinin formalaşdırılması, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və XİZ mahiyyətindən doğan mexanizmlərin reallaşdırılması üçün qanunvericilik bazasının hazırlanması və qəbul edilməsi məsələləri üçün tapşırıqlar verilmiş və nəhayət, XİZ haqqında Azərbaycan Respublikasının Qanunu 2009-cu ilin aprel ayının 14-də qəbul edilmişdir[14]. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli Fərmanı verilmişdir[15]. Qanunda qeyd edilir ki, XİZ sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi rejimin tətbiq edildiyi Azərbaycan Respublikası ərazisinin məhdud hissəsidir. Xüsusi rejim dedikdə isə sahibkarlıq fəaliyyətinin güzəştli şərtlərlə həyata keçirilməsi XİZ ərazisində onun rezidentlərinə tətbiq edilən rejim nəzərdə tutulur. Bu Qanunla ölkəmizdə XİZ-in yaradılmasının məqsədi kimi xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında yeni istehsal və xidmət sahələrinin təşkili yolu ilə Azərbaycan Respublikasında sahibkarlığın və ümumilikdə milli iqtisadiyyatımızın inkişafının sürətləndirilməsi müəyyənləşdirilmişdir.
Qeyd edək ki, XİZ-rin təşkil və tətbiqi kompleks məsələlərin həllini şərtləndirir[16]. Azərbaycanda XİZ institutunun milli iqtisadi sistemə daxil edilməsinə başlanılmasına baxmayaraq, bu proseslərin sürətləndirilməsinə zərurət vardır. Bu proseslərin in-tensivləşdirilməsi məqsədilə dünya iqtisadi proseslərinin müasir tələbləri və tendensiyaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının XİZ üzrə Milli İqtisadi Strategiyanın işlənib hazırlanması, qəbul edilməsi və bu strategiyanın həyata keçirilməsi üçün dövlət proqramlarının qəbul edilməsinə zərurət qalmaqdadır. Hər hansı bir milli iqtisadi konsepsiyanın və ya strategiyanın qəbul edilməsi, bu mühüm iqtisadi vəzifələrin gerçəkləşdirilməsi sistemli yanaşma və optimal təcrübi reallaşdırma proseslərinin təşkilini tələb edir[17]. Məsələn, vaxtilə XİZ-in ABŞ iqtisadiyyatında hansı meyarlarla əhəmiyyət daşıması və yeni iqtisadi mexanizm kimi hansı nəticələrin əldə edilməsinə imkan verə bilməsi məsələləri konseptuallaşdırılmış və Milli İqtisadi Strategiya səviyyəsinə qaldırılmışdır[18]. Rusiyada XİZ üzrə əhəmiyyətli prioritet vəzifələr içərisində son on ildə texniki-tətbiq və elmi-texniki təyinatlı XİZ modellərinə üstünlük verilməsi tendensiyası güclənməkdədir[19]. Başqa bir MDB ölkəsində-Azər-baycanla iqtisadi inkişaf prioritetləri daha çox oxşar olan Qazaxıstanda isə milli iqtisadiyyat sahələrinin inkişafı, xüsusilə, hasilat sənaye sahələri ilə bərabər, digər iqtisadiyyat sektorlarının davamlı inkişafı məqsədilə konseptual yanaşmalardan istifadə daha çox diqqəti cəlb edir. Maraqlıdır ki, hazırda MDB ölkələri içərisində, XİZ yaradılması və fəaliyyəti ilə bağlı, xüsusilə, sənaye-innovasiya təyinatlı XİZ modellərinin təşkili ilə daha çox əlaqəli olan Konsepsiyanın işlənib hazırlanması və qəbul edilməsi Qazaxıstanda daha uğurlu olmuşdur. Belə ki, 2007-ci ildən qüvvədə olan bu konsepsiya Qazaxıstanda XİZ-in yaradılması və fəaliyyəti proseslərinə əsaslı müsbət təsir göstərə bilmişdir. Bu dövrdən başlayaraq, ölkədə sənaye zonalarının, texnoparkların, sənaye klasterlərinin və biznes-inkubatorların təşkili prosesləri intensivləşmişdir.
Mövcud dünya təcrübəsi və ölkə iqtisadiyyatının strateji prioritet inkişaf istiqamətləri nəzərə alınmaqla, Azərbaycanın XİZ-lər üzrə Milli İqtisadi Strategiyasına bu kimi strateji hədəflərin daxil edilməsi məqsədəuyğun olardı:
− ölkə iqtisadiyyatının davamlılığının və iqtisadi artımın təmin edilməsinə əlavə stimulların verilməsi;
− milli iqtisadiyyatın strukturunun modernləşdirilməsi və iqtisadiyyat sahələrinin innovasiyalaşdırılması;
− ölkənin milli iqtisadiyyat sahələrinə yeni texnologiyaların gətirilməsi və bu sahələrə qeyri-neft investisiyaların cəlbinin sürətləndirilməsi;
− qeyri-neft sektorunun potensialının gücləndirilməsi, ənənəvi iqtisadiyyat sahələrinin müasirləşdirilməsi proseslərinin intensivləşdirilməsi, bu sahələrdəki müəssisələrinin rəqabətqabiliyyətinin artırılması;
− müasir elm və innovasiya tutumlu iqtisadiyyat sahələrinin təşkilinin sürətləndirilməsi və innovasiya məhsullarının həcminin artırılması, innovasiyaya mane olan amillərin aradan qaldırılması;
− idxaləvəzedici istehsal sahələrinin yaradılması və ixractəyinatlı məhsulların çeşidinin artırılması üçün modern və yüksək texnologiya əsaslı müəssisələr şəbəkəsinin təşkili, bununla ölkənin ixrac potensialının, xüsusilə, qeyri-neft məhsulları üzrə ixracın artırılması və s.
Müasir dövrdə, xüsusilə ölkədə tarixi və strateji iqtisadi hədəflərin müəyyənləşdirildiyi bir şəraitdə XİZ-in milli iqtisadi sistemə verə biləcəyi töhfələr və milli iqtisadiyyatın şaxələndirilməsində bu kimi zonaların əhəmiyyəti xüsusi diqqət çəkir. Hazırda ölkəmizdə iqtisadi artımın iqtisadi inkişafa çevirəcək strateji yol xəritəsinin reallaşdırılmasına başlanılmışdır və bu tarixi sənəd dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün kifayət qədər ciddi və ümidverici bir sənəddir[20]. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən məlum olur ki, milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmış, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışları hazırlanmışdır[21]. Bundan əlavə, milli iqtisadiyyatın perspektivi çərçivəsində müəyyənləşdirilən dörd strateji hədəfdən biri biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlıdır. Biznesin və sahibkarlığın inkişafının sürətləndirilməsində dünya təcrübəsində XİZ-in mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda XİZ-in tətbiqinin sürətləndirilməsi problemlərinə sistemli yanaşma mühüm zərurət kimi ortaya çıxır. Belə ki, XİZ-in dünya iqtisadiyyatı proseslərində və bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin rəqabətqabiliyyətinin artırılmasında səmərəli iqtisadi mexanizm kimi özünü doğrultmasına baxmayaraq, ölkəmizdə XİZ-in milli iqtisadi sistemə daxil edilməsi proseslərini sürətləndirmək üçün XİZ modellərinin yaradılması üzrə operatorların seçilməsi məqsədilə müsabiqələr keçirilməmişdir. Bu mühüm tədbirlərin reallaşdırılması, XİZ kimi mürəkkəb iqtisadi mexanizmin tətbiqi problemlərinə sistemli yanaşma ilə bərabər, bu istiqamətdə təcrübi proseslərin intensivləşdirilməsi üçün Milli İqtisadi Strategiyanın qəbul edilməsi və onun yaxın on ildə, məsələn, 2017-2026-cı illəri əhatə edən 10-illik Dövlət Proqramı çərçivəsində reallaşdırılması daha əhəmiyyətli olmaqla bərabər, ciddi səmərə verə bilərdi. Bundan əlavə, XİZ-in milli iqtisadi fəaliyyət sahələrində tətbiqinin genişləndirilməsi və XİZ institunun gücləndirilməsi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə hazırlanmış və təsdiq edilmiş strateji yol xəritələrinin reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edə bilər, bu kimi zonaların məhsuldar fəaliyyətləri hesabına strateji yol xəritələrində nəzərdə tutulduğu kimi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin etməkdə əlavə stimullar yaranacaqdır və s.

ƏDƏBİYYAT
1. Əliyev Ş.T. Xüsusi iqtisadi zonaların yeni iqtisadi instrument kimi tətbiqi problemləri və onların modelləşdirilməsi // “Məruzələr”, AMEA, №3, Bakı, 2008, S.144-151.
2. Алиев Ш.Т. Роль специальных экономических зон в развитии предпринимательства и инвестиционной активности // «Российское предпринимательство», Россия, Москва, № 7(205), 2012, C. 180-184.
3. Павлов П.B. Особые экономические зоны как институциональные инструменты включения России в глобализирующееся мировое хозяйство. Дисс. д-рa экон, наук, Тагaнрог (Россия), 2006-360 с.
4. Басенко А.М. Функции свободных экономических зон в механизме интеграции национальной экономики в системе мирохозяйственных связей. Дисс. д-рa экон. наук. Ростовский Государственный Экономический Университет (Россия), 2002-342 с.
5. Брынцев А.Н. Формирование инвестиционного климата в промышленности в условиях свободной экономической зоны. Дисс... д-ра экон. наук, Академия Народного Хозяйство при Правительстве РФ. Москва, 2004-322 с.
6. Smith Adam. An Inquiry into the Nature and Causes of the Wealth of Nations (1776).
7. Aliyev Sh.T. Importance of Special Economic Zones in Innovation of National Economics. Pensee multidisciplinary journal – Paris, France (IF = 0,063 – by Thomson Reuters), 2014, Vol.76, Issue, 11.-P. 12-20.
8. Aliyev Sh.T. The Perspectives of Enforcement of the Special Economic Zones Role in Acceleration of Extension of the Social-Economic Problems in Azerbaijan in the Context of the Experience of Poland, X International Scientific Conference of Economics – E-society in Central and Eastern Europe, Nalenchov, May 11-13, 2009.- P. 409-412.
9. Фразье М.И., Рей Р. «Возможности создания зоны свободного предпринимательства в Болгарий» // Журнал «Вопросы экономики» - 1991. - №10.- C. 115 – 125.
10. Алиев Ш.Т. Проблемы вариативности создания и функционирования специальных экономических зон в Азербайджане в контексте мирового опыта // Журнал «Маркетинг и менеджмент инноваций», Сумы, 2010, C.144-148.
11. Алиев Ш.Т. Вектор специальных экономических зон в инноватизации // Журнал «Инновационная деятельность», Саратов, № 4 (13), 2010, C. 7-11.
12. Səmədzadə Z.Ə. Çin iqtisadi möcüzəsi. Bakı, Gənclik, 2001. -324 s.
13. Алиев Ш.Т. Фактор особых экономических зон в экономическом развитии Азербайджанской Республики // «Философия и хозяйства». Альманах центра общественных Наук и Экономического факультета МГУ, №2 (50), Москва, 2008.- C. 95-102.
14. “Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu”. 14 aprel 2009-cu il.
15. «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanı.
16. Əliyev Ş.T. Qeyri-neft sektorunun inkişafinda xüsusi iqtisadi zonaların təşkili məsələləri // Audit jurnalı. 2014, № 3, S. 43-47.
17. Aliyev Sh.T. The Strategics and The Role of Oil Factor in Transition to the Innovation Economics of Azerbaijan. International symposium on Innovative Economic Policies FOF Climate Change Mitigation, Italia, 2009.-P. 265-268.
18. Aliyev Sh.T. «The Realization Problems of Effective Integration Methods of the Economic Model Formation of Azerbaijan». International Business-Economic Research Conference, Las Vegas (USA), The Clute Institute, October 5-7, 2009.
19. Алиев Ш.Т. Важность управления процессом создания и функционирования особых экономических зон в странах СНГ//Журнал «Менеджмент в России и за рубежом », Мoсква, № 3-2009.-C.69-72.
20. Babayev V. İqtisadi artımı iqtisadi inkişafa çevirəcək Strateji Yol Xəritəsi/http:www.science.gov.az.
21. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 6 dekabr 2016-cı il/http://www.president.az.

Açar sözlər: Azərbaycan, strateji yol xəritələri, strateji hədəflər, xüsusi iqtisadi zonalar, milli iqtisadiyyat, xüsusi iqtisadi zonaların tətbiqi problemləri, xüsusi iqtisadi zonların tətbiqi perspektivləri.
Ключевые слова: Азербайджан, стратегические дорожные карты, стратегические цели, специальные экономические зоны, национальная экономика, проблемы внедрения специальных экономических зон, перспективы внедрения специальных экономических зон.
Key words: Azerbaijan, strategic road maps, strategic purpose, special economic zones, the national economy, the problems of implementation of special economic zones, the prospects for the implementation of special economic zones.
Резюме
В статье исследована важность применения специальных экономических зон в реализации стратегических дорожных карт в Азербайджане. Анализированы мировой опыт по организации и функционированию специальных экономических зон, их эффективность и роль в развитии национальной экономики. Раскрыты эффективность специальных экономических зон в усилении развития отдельных секторов экономики и регионов страны. Обоснована важность ускорения внедрения специальных экономических зон в экономическую систему Азербайджана.
В конце статьи дан ряд предложений и рекомендаций по важности применения специальных экономических зон в реализации стратегических дорожных карт в Азербайджане в ближайшей перспективе.

Summary
The importance of the use of special economic zones in the implementation of strategic road maps in Azerbaijan is investigated in the article. The world experience on the organization and functioning of special economic zones, their effectiveness and role in the development of the national economy are analyzed. The effectiveness of the special economic zones in strengthening the development of individual economic sectors and regions of the country are revealed. The importance of accelerating the implementation of special economic zones in the economic system of Azerbaijan is substantiated.
The number of proposals and recommendations on the importance of the use of special economic zones in the implementation of strategic road maps in Azerbaijan in the near future are given at the end of the article.

 

"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017

ŞƏFA ƏLİYEV, İqtisad elmləri doktoru


 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM