MÜASİR DÖVRDƏ MİLLİ İQTİSADİ İNKİŞAF MODELİNİN STRATEJİ ASPEKTLƏRİ

09:00 / 30.03.2017

Müasir dövrdə dünya ölkələrinin iqtisadi inkişaf proseslərinin tənzimlənməsi, təkmilləşdirilməsi və milli iqtisadi inkişaf modelinin strateji aspektlərinin müəyyənləşdirilməsi kifayət qədər mürəkkəb xarakter daşıyır. Qeyd edək ki, strateji və tarixi əhəmiyyət kəsb edən həmin məsələ hazırda ölkəmiz üçün də xeyli aktuallıq təşkil edir və milli iqtisadi inkişaf modelinin formalaşması, inkişafı proseslərinin dərindən təhlili, müxtəlif amillər, o cümlədən geostrateji amillər nəzərə alınmaqla bu proseslərin obyektiv qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Milli iqtisadi inkişaf modelinin formalaşdırılması prosesləri və bu inkişaf modelinin optimallığının, adekvatlığının təmin edilməsi hər bir ölkə üçün mürəkkəb və çətin problemlərdən hesab olunur. Heç bir yüksək inkişaf etmiş iqtisadiyyata malik dünya ölkəsi və ya hər hansı bir iqtisadi inkişaf modeli dünya maliyyə böhranının mənfi təsirindən yan keçə bilməmiş və yüksək mənada dayanıqlıq nümayiş etdirməmişdir. Bu baxımdan, dinamik inkişaf etməkdə olan hər bir dünya ölkəsi, ilk növbədə milli iqtisadiyyatın davamlı inkişafına nail olunması mexanizmləri yaratmalı, milli iqtisadiyyatın inkişafının ölkəsi üçün adekvat olan iqtisadi inkişaf modelini formalaşdırmalıdır.
Qeyd edək ki, bu vəzifə Azərbaycan üçün də kifayət qədər aktualdır və hazırda ölkəmizin iqtisadi inkişaf modelinin modernləşdirilməsi və təkmilləşdirilməsi prosesləri güclənməkdədir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tamamıilə dağıdılmış və xaotik bir vəziyyətdə olan milli iqtisadiyyatla üzbəüz qalmışdı. Milli iqtisadiyyatın ənənəvi sektorları və iri müəssisələri böhran vəziyyətinə düşmüş, iri qurğular istismarını dayandırmış və ya istehsal gücünün cüzi hissəsindən istifadə olunması vəziyyətində idi. Yalnız 1994-cü ildə sentyabrın 20-də Ümummilli liderimiz Heydər Əliyevin tarixi səyləri nəticəsində imzalanmış “Əsrin konrtaktı”nın qüvvəyə minməsindən sonra reallaşdırılmasına başlanılan neft strategiyasının sayəsində, bununla əlaqədər milli iqtisadi qanunvericilik bazasının hazırlanmasının sürətləndirilməsi, iqtisadi islahatların aparılmasına başlanılması, iqtisadi qurumların yaradılması, institusional tədbirlərin görülməsi, bank sisteminin təşkili, pul kredit siyasətinin formalaşdırılması, valyuta tənzimləmələrinin sürətləndirilməsi, milli iqtisadiyyatın fəaliyyət sahələrinin, xüsusiilə xarici ticarətin liberallaşdırılması, aqrar islahatların aparılması, real iqtisadiyyatın kreditləşdirmə mexanizmlərinin yaradılması, bütövlükdə milli iqtisadiyyatın inkişafının müxtəlif komponentləri üzrə müəyyən nəticələrin əldə edilməsinə imkan yaranmış və nəhayət, milli iqtisadi inkişaf modelinin formalaşdırılması proseslərinə başlanılmışdır. Növbəti on il ərzində ölkəmiz regionda dünya səviyyəli iri enerji layihələrinin reallaşdırılmasında təşəbbüsçü ölkə statusundan, həm də maliyyələşdirici ölkə statusuna keçməyi təmin edə bilmişdir. Neft ixracından əldə edilən valyuta vəsaitləri hesabına ölkəmizdə maliyyə sabitliyinin əsası qoyulmuş, valyuta ehtiyatlarının yaradılması sürətləndirilmiş, ölkənin hər yerində, o cümlədən ucqar rayonlarında belə infrastuktur şəbəkəsinin yaradılması proseslərinə başlanılmış, neftqaz ixracı və nəqli üzrə beynəlxalq boru kəmərlərinin inşası və başa çatdırılmasına əsaslı zəmin yaradılmışdır. 2004-cü ildən sonrakı keçən dövrdə isə artıq ölkəmizin özünəməxsus, milli maraqlar və milli iqtisadi prioritetlər, ölkə əhalisinin sosial problemləri və yaşayış səviyyəsinin yüksəldilməsi hədəfləri nəzərə alınmaqla, milli iqtisadi inkişaf modelinin formalaşdırılması və inkişafı prosesləri sürətlənmişdir. Bu proseslərdə milli iqtisadi inkişafın əksər komponentləri dünya iqtisadi inkişaf proseslərinin əldə etdikləri tarixi təcrübəyə söykənməklə yanaşı, ölkəmizin özünün ənənəvi iqtisadi inkişaf sahələri, istiqamətləri, təmayülləri, milli özəllikləri, mentalı əsas götürülməklə, ölkə əhalisinin əksəriyyətinin rəğbətini qazanan və dünya ölkələri tərəfindən qəbul edilən, beynəlxalq qurumlar və mütəxəsisilər tərəfindən müsbət qiymətləndirilən milli iqtisadi inkişaf mexanizmlərinin hazırlanması və tətbiqi mümkün olmuşdur.
Qeyd edək ki, bu məsələlərin və strateji hədəflərin yerinə yetirilməsi üçün, ilk növbədə ölkəmizin milli iqtisadi inkişaf modelinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi və mexanizmlərinin hazırlanması vəzifəsinin öhdəsindən gəlmək lazımdır. Akademik Z. Səmədzadə qeyd edir ki, müstəqil dövlətlərdən heç də hamısı sərbəst iqtisadi siyasət aparmaq iqtidarında deyildir. Azərbaycan Respublikası bütün çətinliklərə baxmayaraq, ötən 20 ildə uğurlu iqtisadi inkişaf yolunu tutdu və bu yolda inamla irəliləyərək böyük nəticələrə imza atdı. Bu gün Azərbaycan iqtisadiyyatında əldə olunan nəticələrin dünya miqyasında “inkişafın Azərbaycan modeli” dəyərləndirilməsi təsadüfi deyildir… Azərbaycan dünya maliyyə böhranından ən az itki ilə çıxan ölkələrdəndir və bu, olduqca böyük nailiyyətdir… Ölkəmizin iqtisadi sistemi uğurla fəaliyyət göstərir, qarşıya qoyulan bütün məsələlər praktik şəkildə gerçəkləşir[1]. Ölkəmiz dünya ölkələri içərisində yüksək imic qazanmış, rəqabətqabiliyyətliliyinə görə isə MDB ölkələrini geridə qoymuşdur. Görülən bütün işlər, ilk növbədə əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi konteksində həyata keçirilmişdir. Bununla belə, obyektivlik naminə qeyd etmək lazımdır ki, son dünya maliyyə böhranının ağır fəsadlarından nisbətən qorunmağa nail olan milli iqtisadi inkişaf modelimiz, dünya bazarlarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsindən sonra daha çətin və mürəkkəb sınaqla üzləşmiş, ölkənin uzun dövr ərzində sabit dinamika nümayiş etdirən maliyyə-bank sistemi zəifləmiş, bir neçə bank iflasa uğramış, istehlak kreditlərinin verilməsi çətinləşmiş, real iqtisadi sektorların kreditləşdirilməsində məhdudiyyətlər yaranmış, əsas kapitala investisiyya qoyuluşu əhəmiyyətli şəkildə, o cümlədən ölkə ixracının həcmi xeyli azalmışdır. Bir sözlə, milli iqtisadi inkişaf modelinin əsas mexanizmlərinin qlobal təhlükələr və dünya bazarlarının qeyri-sabitliyi konteksində yenidən baxılması, modernləşdirilməsi və təkmilləşdirilməsi problemləri ciddi şəkildə ortaya çıxmışdır.
Ölkənin iqtisadi inkişaf hədəflərinin balanslaşdırılması, təbii və iqtisadi resurslara müvafiq olaraq real iqtisadi sektorların inklüziv inkişafının təmin edilməsi vacib şərt kimi diqqət çəkir. Bu məqsədlə milli iqtisadiyyatın inkişafına mane olan problemlərin və onun artım dinamikasını əngəlləyən məsələlərin kompleks öyrənilməsi mühüm məsələlərdəndir. Akademik A.Nadirov bildirir ki, Azərbaycan iqtisadi modelinin xüsusiyyətlərinin kompleks şəkildə tədqiqi iqtisad elminin bundan sonra da əhəmiyyətli istiqamətlərindən biri olaraq qalacaqdır[2]. Belə ki, milli iqtisadi inkişaf modelinin əsas amilləri, iqtisadi sistemə daxil olan vacib komponentlər, təbii və iqtisadi resursların adekvatlığı və xüsusiyyətləri, mövcud resurslardan hansı səviyyədə istifadə edilməsinin obyektiv qiymətləndirilməsi, cəmiyyətin və ölkə əhalisinin rifah halının yaxşılaşdırılması tədbirlərinin mahiyyəti və ciddi arqumentlərlə əsaslandırılması, istehsal qüvvələrinin məsuldar yerləşdirilməsi, əmək proseslərinin müasir iqtisadi aspektlər baxımından tənzimlənməsi və əmək ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, sosial-iqtisadi münasibətlərin dərinləşən bazar iqtisadiyyatı şəraitində harmoniyalaşdırılması, insan amilinin önə çıxarılması, davamlı iqtisadi inkişaf meyarlarının qorunması, milli iqtisadiyyatın davamlı inkişafı üçün iqtisadi münasibətlərin və iqtisadi mexanizmlərin, təşkilati-iqtisadi yanaşmaların, müasir texnologiyaların tətbiqində mühüm əhəmiyyət kəsb edən texniki-iqtisadi münasibətlərin tənzimlənməsi, bütövlükdə milli iqtisadi inkişaf modelinin və mövcud iqtisadi sistemin əsas komponentlərinin təkmilləşdirilməsi məsələlərinin həll edilməsi zərurəti ortaya çıxmışdır. Professor Ə.Nuriyev qeyd edir ki, ölkənin sosial-iqtisadi inkişaf strategiyasını müəyyən edərkən, hər dövrün, mərhələnin xüsusiyyətlərinin öyrənilməsi və nəzərə alınması, həmin dövrü yenidən yaşamaq üçün deyil, bu dövrün daxilində gələcək inkişafın səmərəli toxumunu, cücərtilərini tapmaq və gələcək inkişafın xüsusiyyətlərini və istiqamətlərini düzgün müəyyənləşdirmək üçün lazımdır... Yaddan çıxarmaq olmaz ki, cəmiyyətin inkişafında müəyyən dövrlər, mərhələlər bizdən asılı olmayaqraq obyektiv proseslər kimi yaranır və mövcud olur[3,s.18]. Son illərdə bunun əyani şahidi olmuşuq, belə ki, dünya iqtisadi proseslərinin bir çox ənənəvi mexanizmləri və tendensiyaları əsaslı transformasiyalara məruz qalmış, qlobal böhranlar önündə immunitet nümayiş etdirməkdə çətinlik çəkmişlər. Professor İ.Alıyev və bir qrup tədqiqatçıların milli iqtisadi inkişaf modelinin formalaşması və inkişaf problemləri ilə bağlı apardıqları tədqiqatlar nəticəsində belə bir fikir formalaşmışdır ki, Azərbaycanın gələcək talehi əhəmiyyətli dərəcədə hansı iqtisadi model əsasında inkişaf etdiriləcəyindən asılıdır. Ancaq iqtisadiyyatın inkişaf modeli hazır şəkildə verilmir. O, müstəqillik əldə etmiş ölkənin əvvəlki tarixi ərzində mövcud olmuş təcrübənin ümumiləşdirilməsi, dünya ölkələrində fəaliyyətdə olan modellərin hərtərəfli öyrənilməsi və müqayisə edilməsi yolu ilə Azərbaycanın mövcud reallıqlarına uyğun gələn formada seçilməlidir. Bu zaman hansısa ölkənin inkişaf modelini olduğu kimi götürmək, kor-koranə tətbiq etmək yolverilməzdir[4,s.11]. Dayanıqlı inkişaf modelinə keçidin və milli iqtisadi inkişafın sürətləndirilməsinin təmin edilməsi üçün ölkəmizdə mövcud olan əlverişli və real şəraitin, məsələn iqtisadi-coğrafi və geopolitik-geoiqtisadi yerləşmə, inkişaf etmiş nəqliyyat, torpaq, su, meşə resursları, bir sıra ən əhəmiyyətli faydalı qazıntıların mövcudluğu, mühüm elmi-texniki potensial, çoxsahəli sənaye kompleksi, güclü tikinti bazası, regionalrın kompleks inkişafı, daxili bazarların genişlənməsinə səbəb olan çoxvektorlu xarici- iqtisadi əlaqələrin olması amillərinin nəzərə alınmasını vacib edir[5,s.58]. Hər bir ölkənin iqtisadi inkişaf modeli onun real resurs potensialına, imkanlarına və müvafiq şəraitinə uyğun olaraq inkişaf edir və bu baxımdan milli iqtisadiyyatın davamlı inkişafı, dinamik artımı üçün zəruri tədbirlərin və adekvat mexanizmlərin tətbiqinin intensivləşdirilməsi dövlət tərəfindən ciddi diqqətdə saxlanılmalıdır. Professor Ə. Babayev qeyd edir ki, iqtisadi inkişaf modellərinin fərqli təsərrüfat mexanizmlərinə malik olması xüsusiyyətləri nəzərə alınmaqla onlara bazar mexanizmlərini, dövlət tənzimi və inzibati amirlik mexanizmlərini aid etmək olar[6,s.205-206]. Bundan əlavə, ölkəmizdə strateji hədəflərin gerçəkləşdirilməsində xüsusi dövlət proqramlarından və iri layihələrdən fəal istifadə edilməsi təcrübəsi formalaşdırılmışdır. Müxtəlif iqtisadiyyat sahələri ilə yanaşı, ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həllinin sürətləndirilməsi, sahibkarlığın-kiçik və orta sahibkarlığın stimullaşdırılması, bütövlükdə ölkə əhalisinin iqtisadi fəallığının artırılmasında bu dövlət proqramlarının, strategiyalar və milli konsepsiyaların əhəmiyyətli rolu vardır.
Mühüm strateji konsepsiya­ların reallaşdırılmasına başlanıldığı bir şəraitdə - müasir dövrdə Azərbaycan iiqtisadiyyatının manevrlik və dayanıqlılıq qabiliyyətinin əhəmiyyətli səviyyədə artırılması üçün dünya təcrübəsində uğurla sınaqdan keçmiş və ölkəmizin iqtisadi sistemi üçün qeyri-ənənəvi olan iqtisadi mexanzimlərin cəsarətli tətbiqi zamanı gəlib çatmışdır[7]. Eyni zamanda, ölkənin iqtisadi sisteminin yenilənməsi və təkmilləşdirilməsi, milli iqtisadi inkişaf modelinin formalaşması proseslərinin əsas mexanizmlərinin adekvatlıq səviyyəsinin qiymətləndirilməsi zamanı, mövcud iqtisadi mexanizmlərin maksimum səmərəlilik və məsuldarlıq səviyyələri bəlli olduğundan onların milli iqtisadiyyata verə biləcəyi töhfələrin hesabatının aparılması, əlavə dövriyyəyə cəlb edilən iqtisadi mexanizmlərin formalaşdıra biləcəyi iqtisadi gücün - milli məhsulun proqnozlaşdırılmasının optimallığı vacib şərtlərdəndir. Bu proseslər içərisində iqtisadi inkişafın müxtəlif istiqamətləri ilə bağlı məsələlərdə ölkəmizin milli iqtisadiyytatının neftdən bağlı olmayan sahələr üzrə dərin ixtisaslaşmasının və milli dəyər yaradılmasında, valyuta ehtiyatlarının formalaşmasında neft amilinin minimuma endirilməsi, real sektorlara və perspektivli xidmət sahələrinə söykənmiş milli iqtisadi sistemin gücləndirilməsi, manevr qabiliyyətli milli iqtisadi inkişaf modelinin formalşdırılması vacib şərtlər kimi diqqət çəkirlər.
Bütün bunlarla belə milli iqtisadi inkişaf modelinin formalaşması və təkmilləşdirilməsi istiqamətində müasir dövrün tələblərindən yaranan yeni strateji vəzifələr, bunlarla bağlı bir çox problemlər ortaya çıxmışdır və yaxın perspektivdə bu vəzifələrin reallaşdılrılması, problemlərin həll edilməsi üçün geniş miqyaslı tədbirlərin görülməsi lazım gələcəkdir. Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır[8,s.56]. Son dövrlərdə, xüsusilə neftin qiymətinin dünya bazarında bir neçə dəfə düşməsi ilə bağlı, başqa sözlə neftdən sonrakı dövr təmayüllü və yönümlü iqtisadi siyasət mexanizmləri formalaşdırılmaqdadır. Bunlarla əlaqədar olaraq, milli iqtisadi inkişaf modelinin özünün yenilənməsi və müasir dövrdə milli iqtisadi inkişaf modelinin prioritet vəzifələrinin, yaxın 10-15 il üçün və həmçinin uzunmüddətli bir dövr nəzərə alınmaqla strateji hədəflərin müəyyənləşdirilməsi, mühüm tədbirlərin görülməsi istiqamətində real addımlar atılmışdır.
Dövlətin iqtisadi siyasətinin təkmilləşdirilməsi, davamlı iqtisadi islahatların dərinləşdirilməsi, qlobal iqtisadi çağırışlara adekvat və müasir konseptual yanaşmaların təmin edilməsi, milli iqtisadiyyatın səmərəli formada diversifikasiyalaşdırılması istiqamətlərinin müəyyənləşdirilməsi, milli iqtisadiyyatın davamlı artımının məhsuldar mənbələrinin formalaşdırılması və bunlarla bağlı prioritet qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsi, qlobal çətinliklər şəraitində və dünyada qeyri-sabit maliyyə mühitinin hökm sürdüyü dövrdə ölkə əhalisinin sosial rifahının davamlı olaraq yaxşılaşdırılmasına nail olunması kimi mürəkkəb vəzifələr və problemlər həllini gözləyir. Bütün bunlar 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nda öz əksini tapmışdır[9]. Strateji Yol Xəritəsi özündə 2016-2020-ci illər üçün strateji inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı ehtiva edir. Fərmanla 12 istiqamət üzrə Strateji Yol Xəritəsi təsdiq edilmişdir, bunların sırasında milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritələri, xüsusilə əhəmiyyətli və perspektivlidir. Göründüyü kimi, yaxın perspektivdə ölkəmizin milli iqtisadiyyat inkişaf modelinin əsaslı şəkildə yenilənməsi və təkmilləşdirilməsi imkanları vardır.
Beləliklə, müasir dövrdə milli iqtisadi inkişaf modelinin strateji aspektlərinin optimal müəyyənləşdirilməsi və bununla bağlı olaraq, zəruri fəaliyyət mexanizmlərinin işlənib hazırlanması, tətbiqinin reallaşdırılması bir qrup mühüm vəzifələrin öhdəsindən gəlməyi şərtləndirir:
- Ilk növbədə hər bir ölkənin milli maraqları və geostrateji iqtisadi inkişaf üstünlükləri nəzərə alınmaqla, strateji iqtisadi inkişaf hədəfləri müəyyənləşdirilməli və konseptual yanaşma təmin olunmmalıdır;
- Milli iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün güclü qanunvcericilik bazası formalaşdırılmalı və fəaliyyət mexanizmləri hazırlanmalıdır;
- Milli iqtisadi inkişaf modelinin uzunmüddətli və effektiv inkişafının strateji aspektləri əsas götürülməklə milli iqtisadiyyatın inklüziv sahələrinin inkişafı sürətləndirilməslidir və s.


Ədəbiyyat
1. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamı ilə təsdiq edilmişdir.
2. İnkişafın Azərbaycan modeli. Dövlətçilik. http://www.azpress.az.
3. Nuriyev Ə.X. Azərbaycanda iqtisadi inkişaf və modernləşdirmə siyasətinin konseptual əsasları. Bakı-“AVROPA”, 2013.- 422 s.
4. Qloballaşma mühitində milli iqtisadi inkişaf modelin: formalaşması və inkişafı problemləri. Bakı: 2010. – 258 s.
5. Babayev Ə. P. İqtisadi Nəzəriyyə. Bakı, 2001.
6. İnkişafın Azərbaycan modeli. Dövlətçilik. http://www.azpress.az.
7. Aliyev Sh.T. The role of special economic zones in the development of the national economy//International Journal of Engineering Sciences & Managment Research. Impact Factor: 2.805; №3(12), 2016.–p.101-109.
8. Qasımlı V. İqtisadi modernizasiya. Azərbaycan Respublikasının Prezidenti yanında strateji araşdırmalar mərkəzi. Bakı, 2014.-312 s. http://www.sam.az.
9. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 6 dekabr 2016-cı il. http://www.president.az.

Açar sözlər: milli iqtisadiyyat, milli iqtisadi inkişaf modeli, geostrateji amillər, strateji aspektlər, effektivlik, davamlı iqtisadi inkişaf, milli iqtisadiyyatın rəqabətqabilliyyətliliyi.

Keywords: the national economy, national economic development model, geo-strategic factors, the strategic aspects of efficiency, sustainable economic development, the competitiveness of the national economy.

Ключевые слова: национальная экономика, модель национального экономического развития, геостратегические факторы, стратегические аспекты, эффективность, устойчивое экономическое развитие, конкурентоспособность национальной экономики.


Summary
The strategic aspects of the national model of economic development in the modern period are explored in the article. The basic principles, mechanisms, criteria, direction and nature of the development of national economy, its formation, development and growth are investigated with this purpose. The relationship dynamic growth of the national economy with qualitative and quantitative indicators of the economy is studied. The possibilities of realization of the groups of strategic directions of development of the national economy in the short term are estimated.
A number of proposals and recommendations on the strategic aspects of the national model of economic development in the modern period are given at the end of the article.

Резюме
В статье исследованы стратегические аспекты национальной модели экономического развития в современный период. С этой целью исследованы основные принципы, механизмы, критерии, направления и сущность развития национальной экономики, её формирование, развитие и рост. Изучены взаимосвязь динамичного роста национальной экономики с качественными и количественными индикаторами развития экономики страны. Оценены возможности реализации групп стратегических направлений развития национальной экономики в ближайшей перспективе.
В конце статьи дан ряд предложений и рекомендаций по стратегическим аспектам национальной модели экономического развития в современный период.

 

"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017

HƏNİFƏ CƏFƏRLİ, İqtisad elmləri namizədi



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM