QEYRİ-NEFT SEKTORU SAHƏLƏRİNİN FƏALİYYƏTİNİN VƏ MALİYYƏ MƏNBƏLƏRİNİN GÜCLƏNDİRİLMƏSİ PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏRİ

09:00 / 31.03.2017

Son on ildə ölkəmizin milli iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün tarixi işlər görülmüşdür. Ölkəmizin geostrateji və geoiqtisadi üstün amilləri nəzərə alınmaqla milli iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, milli iqtisadiyyatın inkişaf səviyyəsinin yeni mərhələyə qaldırılması, xüsusilə neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektoru sahələrinin inkişafının sürətləndirilməsi üçün böyük həcmdə tədbirlər görülmüşdür. Ölkənin mərkəzi şəhərləri-sənaye mərkəzləri ilə bərabər regionlarda qeyri-neft sektoru sahələrinin inkişafının təmin edilməsi məqsədilə güclü və etibarlı zəmin yaradılmış, zəruri infrastruktur bazası qurulmuş, regionların spesifik inkişaf təmaülləri nəzərə alınmaqla sənaye və aqrosənaye təyinatlı müasir müəssisələr şəbəkəsi yaradılmışdır. Bunlarla belə, son illərdə dünya iqtisadi proseslərindəki deformasiyalar və təlatümlər, dünya bazarlarında ölkəmizin əsas ixrac məhsulu olan neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə yenidən baxılmasını, xüsusilə qeyri-neft sektoru sahələrinin ixrac qabiliyyətinin artırılması şərtilə inkişafının sürətləndirilməsi vacib məsələlər kimi ortaya çıxmışdır. Qeyd edək ki, bu problemlərin əksəriyyəti konseptual formada “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nda (06 dekabr 2016-cı il) öz əksini tapmışdır. Fərmanda qeyd edilir ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır... Bununla belə, son dövrlərdə istər regionda istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir [1]. Buradan belə bir nəticəyə gəlmək olar ki, yaxın perspektivdə milli iqtisadiyyatın davamlı iqtisadi inkişafının təmin edilməsi, əsas etibarı ilə qeyri-neft sektoru sahələrinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi və sürətlənməsi üzrə məqsədli şəkildə bir çox strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının hazırlanması və reallaşdırılmasının şahidi olacağıq.
Qeyd edək ki milli iqtisadiyyatın inkişafı, onun ayrı-ayrı sahələrinin fəaliyyətinin səmərəli təşkili problemləri bütün dövrlərdə aktual olmuşdur. Hələ alman iqtisadi məktəbinin yaradıcısı List Fredrix qeyd edirdi ki, milli iqtisadi sistemin inkişaf etdirilməsi zamanı üç əsas müddəaya – istehsal gücləri, iqtisadi inkişafın mərhələsi və dövlətin iqtisadi rolunun fəallığına ciddi önəm verilməlidir[2]. Müasir dövrdə də bu prinsiplər öz aktuallığını qoruyub saxlamışdır. Real və güclü istehsal potensialı olmadan ayrı-ayrı iqtisadiyyat sahələrinin sürətli inkişafı mümkün deyildir. Məsələn, XX əsrin 80-ci illərində Ümummilli Liderimiz Heydər Əliyevin tarixi səyləri sayəsində kimya və neftkimya kompleksi neftdən sonra güclü potensiala malik olmuş, bu sahənin rəqabətqabilliyyətli müəssisələrindən yüzlərlə ünvanlara məhsullar ixrac edilmişdir. Həmin dövrdə bu sektorda ölkə sənayesinin 20%-i cəmlənmişdi və sənayedə çalışanların səkkizdə biri burada işləyirdi[3,s.46]. Digər tərəfdən, həmin dövrdə Azərbaycanda güclü metallurgiya kompleksi və cihazqayırma müəssisələri, o cümlədən kondisionerlər istehsal edən və keçmiş SSRİ-də yeganə müəssisə olan - Bakı məişət kondisionerləri zavodu fəaliyyət göstəriridi. Təsadüfi deyildir ki, bir qrup Nobel mükafatları laureatları milli iqtisadiyyatların ayrı-ayrı sahələrinin inkişafı və onların rəqabətqabiliyyətlərinin artırılmasını, iqtisadi inkişafı proseslərində ölkənin mövcud olduğu təbii və iqtisadi resurslarından maksimum səmərəli istifadə olunmasını, iqtisadiyyat sahələrinin məhsuldar fəaliyyəti üçün yetərincə etibarlı və effektiv fəaliyyət mexanizmlərinin işlənib hazırlanmasını və tətbiq edilməsini, milli istehsal güclərindən və məhsuldar qüvvələrindən səmərəli istifadə hesabına ölkə regionlarının iqtisadi inkişafları arasındakı disporsiyaların aradan qaldırılmasını, ölkənin təkmilləşdirilmiş və balanslaşdırılmış milli iqtisadi siyasətinin olmasını, xüsusilə ticarətin inkişafı konsepsiyasının mövcudluğunu, xarici ticarətin səmərəliliyini, ölkənin ixrac potensialının ardıcıl və məqsədli şəkildə artırılmasını, ixracyönümlü istehsal sahələrinin və müəssisələr şəbəkəsinin yaradılmasını, ölkənin üstün amilləri, resurs potensialı və ixrac imkanları obyektiv qiymətləndirilməklə beynəlxalq əmək bölgüsü proseslərində fəal iştirakını vacib saymışlar[4;5;6;7]. Artıq dünya ölkələrində bu istiqamətlərdə çoxlu sayda strateji tədbirlərin görülməsi, milli konsepsiyaların reallaşdırılması, uzunmüddətli davamlı iqtisadi inkişaf konsepsiyalarının hazırlanması məlumdur. Bir çox dünya ölkələrində milli iqtisadiyyatın davamlı inkişafı, onun ayrı-ayrı sahələrinin strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilməklə işinin təşkili, milli iqtisadiyyatın resusrs potensialının və maliyyə resurslarının mənbələrinin diversifikasiyalaşdırılması, maliyyə sabitliyinin təmin edilməsi, maliyyə mexanizmlərinin təkmilləşdirilməsi, yeni iqtisadi mexanizmlərin müasir dünyanın qlobal çağırışlarına uyğun hazırlanması və tətbiq edilməsi, daxili və xarici təsir amillərinin mənfi nəticələrinin əvvəlcədən proqnozlaşdırılması və onların təsirinin minimuma endirilməsi, ölkənin milli maraqlarının qorunması və milli təhlükəsizliyinin təmin olunması, dövlət iqtisadi siyasətinin müasir dövrün tələblərinə adekvat olaraq təkmilləşdirilməsi, iqtisadiyyat sahələrinin inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlərin görülməsi və dövlət dəstəyinin gücləndirilməsi istiqamətində davamlı işlərin görülməsi diqqət çəkir. Dünyanın 150-dən çox ölkəsində milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, ayrı-ayrı iqtisadiyyat sahələrinin inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün konseptual xarakterli strateji tədbirlər görülməkdədir[8]. Bu baxımdan, milli iqtisadiyyatın davamlı inkişafının balanslaşdırılması üçün onun ayrı-ayrı sahələrinin inkişafı üzrə dövlətin iqtisadi siyasətinin strateji hədəfləri və əsas mexanizmləri kompleks və sistemli meyarlar əsasında baxılmalı, müəyyənləşdirilməli və həyata keçirilməlidir[9]. Hələ nəzəri baxımdan bu məsələlərin nə dərəcədə mürəkkəb olmasından asılı olmayaraq, elə etmək lazımdır ki, praktiki proseslərdə milli iqtisadiyyatın davamlı inkişafında mühüm əhəmiyyət kəsb edən ayrı-ayrı iqtisadiyyat sahələri milli iqtisadiyyata güclü töhfə verə bilsinlər və əlavə dəyər yaratmaq xüsusiyyətinə malik olsunlar[10]. Tədqiqatçı K.Roşkov haqlı olaraq bildirir ki, iqtisadiyyat sahələrinin davamlı inkişafı və məhsuldar fəaliyyəti üçün onların potensialı real qiymətləndirilməli, strateji inkişaf hədəfləri rəqabətqabiliyyətlilik meyarları nəzərə alınmaqla müəyyənləşdirilməli, hər bir iqtisadiyyat sahəsinin ölkənin milli iqtisadiyyatının strukturunda yeri və əhəmiyyəti nəzərə alınaraq bu sahənin problemləri kompleks baxılmalı və həll edilməlidir[11]. Belə olduğu halda, real iqtisadiyyat sahəsinin inkişafının prioritet istiqamətlərinin və səmərəli fəaliyyət imkanlarının obyektiv qiymətləndirilməsi, buna uyğun olaraq strateji hədəflərin müəyyənləşdirilməsi, ixrac istiqamətli müəssisələrin yaradılması daha real ola bilər. Digər tərəfdən, bu cür yanaşma hər hansı bir iqtisadiyyat sahəsinin ətrafında belə zəncirvari istehsal şəbəkəsinin - istehsal müəssisələrinin yaradılmasına imkan verər, əlavə məhsul istehsalına, əlavə milli məhsul mənbəyinin yaradılmasına, əlavə maliyyə mənbələrinin formalaşmasına şərait yaradar, insanların işlə təminatında fayda verər, insanların gəlirləri artar, həyat səviyyəsi yaxşılaşar, sosial-iqtisadi problemlərin həllində yeni imkanlar formalaşar və s. Və yaxud, milli iqtisadiyyatın diversifikasiyalaşdırılmasını sürətləndirilməsi üçün hər bir iqtisadiyyat sahəsinin inkişafı özünün verə biləcəyi töhfəsi ilə xüsusi əhəmiyyət kəsb edir. Elə götürək Azərbaycanın milli iqtisadiyyatının strukturunu, məlumdur ki, bu strukturda neft və onunla bağlı sahələrin rolu böyükdür, eyni zamanda ixracın strukturunda da əsas yeri neft və qaz ixracı tutur, buna görə də hər hansı bir qeyri-neft sektorunun ixrac potensialının artması, bu sahənin ixrac məhsulları hesabına ölkəyə valyuta daxil olmalarının həcminin yüksəlməsi əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilməlidir[12]. Ümumiyyətlə, ölkədə davamlı iqtisadi inkişafın təminatı üçün qeyri-neft sənayesinin inkişaf etdirilməsi və bununla əlaqədar olaraq təbii və iqtisadi resurslardan maksimum səmərəli formada istifadəni təmin etmək vacibdir[13]. Digər tərəfdən, milli iqtisadiyyatın transformatik xüsusiyyətləri və iqtisadi inkişaf tendensiyaları nəzərə alınmaqla, hər bir iqtisadiyyat sahəsinin imkanları milli iqtisadi maraqlar əsas götürülməklə təhlil olunmalı və bu sahənin inkişafının sürətləndirilməsi təmin edilməlidir[14]. Dünya təcrübəsində milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdiriməsində müxtəlif mexanizmlərdən, bir sıra səmərəli iqtisadi vasitələrdən, o cümlədən xüsusi iqtisadi zonalardan və bu qəbildən olan iqtisadi mexanizmlərdən fəal istifadə olunur[15]. Azərbaycanda da bu istiqamətdə güclü perspektivlər mövcuddur, məsələn, Sumqayıt sənaye mərkəzində və sənaye-istehsal kompleksində bir sıra sənaye sahələrinin inkişaf etdirilməsi məqsədilə son illərdə texnoparklar yaradılmaqdadır. Bununla belə, bu kimi iqtisadi mexanizmlərin təşkili və onun ixrac potensialının əsaslandırılması və proqnozlaşdırılması məsələləri əvvəlcədən ciddi arqumentlər üzərində baxılmalıdır [16]. Məlumdur ki, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişaf potensialı kifayət qədər güclüdür və bu şəhərdə bir çox ağır sənaye sahələrinin, xüsusilə kimya və neftkimya, metallurgiya, kənd təsərrüfatı gübrələri, digər kimya məhsulları, həmçinin cihazqayırma, yüngül və yeyinti sahələrinin inkişafı üzrə əlverişli imkanlar, o cümlədən texniki və kadr potensialı mövcuddur. Buna görə də, Sumqayıt sənaye mərkəzində qeyri-neft sektoru sahələrinin potensialının obyektiv qiymətləndirilməsi və onların innovativ funksiyalar, yüksək texnologiyalar əsasında müasirləşdirilməsi aktuallığı ilə seçilir[17]. Qeyd etdiyimiz kimi bu kimi problemlərin həllində yeni yanaşmalar, yeni mexanizmlər, milli iqtisadiyyat üçün qeyri-ənənəvi olan iqtisadi mexanizmlərin hazırlanması və tətbiqi obyektiv bir zərurət kimi ortaya çıxmışdır. Artıq Azərbaycanda, Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının bazasında Sərbəst Ticarət Zonasının yaradılması reallaşdırılmaqdadır. Amma, qeyd etmək lazımdır ki, bu kimi iqtisadi mexanizmlərin ölkədə tətbiqinin sürətləndirilməsinə ehtiyac qalmaqdadır[18]. Bundan əlavə, milli iqtisadiyyatın davamlı inkişafı, onun strikturunun təkmilləşdirilməsi, ayrı-ayrı iqtisadiyyat sahələrinin modernizasiya edilməsi və yüksək texnologiyalar əsasında inkişafının sürətləndirilməsi üçün külli miqdarda maliyyə resurslarına ehtiyac vardır. Bu baxımdan milli iqtisadiyyatın ayrı-ayrı sektorlarının, xüsusilə hasilat sənayesi ilə bağlı olmayan sahələrin, yəni qeyri-neft sektoru sahələrinin özlərinin maliyyə mənbələrinin gücləndirilməsi, etibarlı maliyyə resursları kanallarının formalaşdırlması bazalarının yaradılması və bunlarla bərabər, zərurət yarandıqda xarici investisiyaların cəlb edilməsi mənbələrinin müəyyənləşdirilməsi mühüm məsələlərdəndir. Ümumilikdə, konkret olaraq, Azərbaycanda milli iqtisadiyyat sahələrinin, əsas etibarı ilə qeyri-neft sektoru sahələrinin inkişafının sürətləndirilməsi və onların maliyyə mənbələrinin gücləndirilməsi məqsədilə bir sıra tədbirlərin ardıcıl olaraq reallaşdırılması məqsədəuyğun sayılır:
- qeyri-neft sektoru sahələrinin hər birinin strateji hədəfləri müəyyənləşdirilərkən, onların ixrac potensialını artırmaq, maliyyə mənbələrinin manevrlik, dünya bazarlarına çıxmaq qabiliyyətləri və imkanları araşdırılmalı və obyektiv qiymətləndirilməlidir;
- qeyri-neft sektoru sahələrinin inkişaf hədəflərinin əsasında real iqtisadi fəaliyyət sahələrinin genişləndirilməsi, istehsalın həcminin artırılması, istehsal tsiklinin səmərəliliyi, istehsalın əlavə dəyər yaratmaq xüsusiyyətinin olması, bu sahənin sosial-iqtisadi problemlərin həllində potensialının yüksəkliyi nəzərə alınmalıdır;
- qeyri-neft sektoru sahələrinin artan dinamika və yüksələn rəqabət mühiti şəraitində inkişafının maliyyə təminatının gücləndirilməsin həll edilməli, maliyyə mənbələrinin modelləşdirilməsi və xarici investisiyaların cəlbi mexanizminin adekvat səmərəli variantlarının işlənib hazırlanması, bunlarla bağlı tədbirlərin ardıcıllıq, effektivlik prinsipləri və meyarları əsasında həyata keçirilməsi vacib şərtlərdəndir və s.

 

 

ƏDƏBİYYAT
1. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 6 dekabr 2016-cı il. http://www.president.az.
2. List Friedrich D. Nationale System der politischen Ökonomie, 1841.
3. Əliyev Ş.T. Azərbaycanın kimya və neftkimya kompleksinin qiymətləndirilməsi və yenidən qurulması istiqamətləri. Bakı, “Elm və təhsil”, 2012. -156 s.
4. Krugman P. The Return of Depression Economics and the Crisis of 2008. Norton, New York. 2009.
5. Samuelson Paul.A. The Gains from International Trade Once Again// Economic Journal 72, 820-9 (1962).
6. Stiglitz E.Jozeph, Charlton Andrew. Fair Trade For all. How trade can promote development. Oxford University Press, 2005.
7. Solow Robert Merton. The Economic of Resources and the Resources of Economics, 1974.
8. World Economic and Social Survey 2013. Sustainable Development Challenges. United Nations publication. Sales No. E.13.II.C.1. United Nations, 2013.-216 p. http://www.sustainabledevelopment.un.org.
9. Современные проблемы развития. Материалы теоретического семинара в ИМЭМО РАН. Выпуск II: в 3 томах/Отв. ред. - В.Г.Хорос. Москва, ИМЭМО РАН, 2016.-412 с.
10. Новичков А.В. Экономическая теория (Политическая экономия): Москва. Издательско-торговая корпорация «Дашков и К», 2005.-1008 с.
11. Рожков К.Л. Процесс глобализации и национальная экономика. Дисс. д-ра экон. наук. Москва, 2000.-257 с.
12. Əliyev Ş.T. Azərbaycanda sənaye sektorunun və ixrac potensialinin gücləndirilməsinin konseptual istiqamətləri//İpək Yolu, №04, 2016.-S.35-42.
13. Гаджиев А.В. Развитие ненефтяного сектора экономики Азербайджана//Журнал Актуальные вопросы экономических наук. Выпуск №50-2, 2016.-С. 86-91.
14. Рустамбеков Г.Б. Национальные экономические интересы в процессе постсоциалистической трансформации и глобализации. Баку: Чашыоглы, 2009, 370 с.
15. Алиев Ш.Т. Роль специальных экономических зон в развитии предпринимательства и инвестиционной активности//Журнал Российское предпринимательство. Россия, Москва, № 7(205), 2012.- C. 180-184.
16. Əliyev Ş.T. Azərbaycanda xüsusi iqtisadi zonalarin gerçəkləşdirilməsində Sumqayit sənaye-istehsal kompleksi amili//Audit jurnalı, №4, 2011.- С. 46-55.
17. Əliyev Ş.T. Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı potensialının qiymətləndirilməsi problemləri və müasirləşdirilməsi perspektivləri//Xəbərlər AMEA, 2011, № 3.- S.99-103.
18. Əliyev Ş.T. Xüsusi iqtisadi zonalarin tətbiqi problemləri. Monoqrafiya. (Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci il I “Qrant” müsabiqəsinnin əsasında layihəsi hazırlanmışdır). Bakı, 2012.- 360 s.

 

Açar sözlər: milli iqtisadiyyat, qeyri-neft sektoru sahələri, milli iqtisadi inkişaf pirioritetləri, geostrateji və geoiqtisadi amillər, strateji iqtisadi hədəflər, effektiv iqtisadi mexanizmlər, xüsusi iqtisadi zonalar, maliyyə sabitliyi, maliyyə təminatı.

Ключевые слова: национальная экономика, сферы ненефтяного сектора, приоритеты национального экономического развития, геостратегические и геоэкономические факторы, стратегические экономические цели, эффективные экономические механизмы, специальные экономические зоны, финансовая стабильность, финансовая обеспеченность.

Key words: the national economy, the scope of the non-oil sector, the priorities of the national economic development, geostrategic and geoeconomic factors, strategic economic purpose, effective economic mechanisms, special economic zones, financial stability, financial security.

Резюме
В статье исследованы проблемы и перспективы по усилению финансовых источников и деятельности сферы ненефтяного сектора. Анализированы основные проблемы, механизмы, используемые в развитии отдельных секторов национальной экономики. Изучены научные и практичные подходы и взгляды по решению проблемы развития ненефтяных секторов экономики страны. Определены более эффективные методы и приоритетные направления по обеспечению продуктивности деятельности разных сфер национальной экономики. Рассмотрена важность усиления финансовых источников для соблюдения финансовой стабильности и развития секторов экономики.
В конце статьи дан ряд предложений и рекомендаций по решению проблем и перспектив усиления финансовых источников и деятельности сферы ненефтяного сектора в современных условиях.

Summary
The problems and prospects of strengthening of financial resources and the scope of activities of the non-oil sector are explored in the article. The main problems, the mechanisms used in the development of individual sectors of the national economy are analyzed. The scientific and practical approaches and views on decision the problems of development of non-oil sectors of the economy are studied. The importance of more effective methods and priorities to ensure the efficiency of the activities of the different spheres of the national economy is determined. The importance of strengthening financial resources to comply with the financial stability and economic development sectors are considered.
The number of proposals and recommendations to address the problems and prospects of strengthening of financial resources and the scope of activities of the non-oil sector in the current conditions are given at the end of the article.

 

"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017

ƏSLİ KAZIMOVA, İqtisad üzrə fəlsəfə doktoru



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM