Ağqoyunlu imperiyasının yenilməz bahadırı Həsən padşah özünün qüdrətiylə deyil, həm də dövrünün mədəniyyətinə, alimlərinə, pirlərinə və seyyidlərinə qayğı ilə yanaşması ilə seçilən bir şəxs idi. Təbrizdə möhtəşəm bir saray təşkilatı qurmuş, ülamə, şüara və mütəsəvvüfləri ətrafında toplamağa çalışmış, bunlarla elmi mübahisələr və elmi münaqişələrdən böyük zövq almışdır. Bu mənada hər tərəfdən gələn elm, fikir və sənət adamları onun ətrafında toplanmışdır. Onun dövrünün tanınmış alimlərini, din xadimlərini, sənətkarlarını himayə etməsini dövrün mənbələri də təsdiq edir (18, 449). 1471-ci il iyunun 20-də Həsən padşahın Təbrizə daxil olduğu zaman gördüyü işləri təsvir edən Əbubəkr Tehrani yazır: “Sahibqıran... uğurlu bir saatda Təbriz şəhərinə daxil oldu və Azərbaycan diyarını öz qədəmləri ilə şərəfləndirdi. O diyarın fəqir və miskinlərinin üzünə xeyrat və ehsan qapılarını açdı. Bir neçə gün ardıcıl şəkildə etibarlı adamlara böyük məbləğdə vəsait verdi ki, ölkənin alimlərindən, möminlərindən kimin nə qədər ehtiyacı varsa, onlara paylasın. Hər gün ariflərin başçısı Baba Əbdürrəhmanın dərvişləri üçün təşkil olunmuş yerdə halal süfrələr açıldı və dərvişlər tam asudəliyə çıxdılar. Hər cümə günü axşamlar ətraf yerlərdən öz ehtiyaclarını bildirmək üçün gələn alim və əyanlar Sahibqıranın məclisinə dəvət olunurdu. Sahibqıran öz söhbətləri ilə hamını feyzyab edir, təam və ənam verirdi” (30, 296).
Tarixi məlumatlar sübut edir ki, dövrünün digər hökmdarları kimi Həsən padşah və oğlu Sultan Yaqub savaşlara verdikləri önəmdən heç də geri qalmayacaq dərəcədə mədəniyyət aləminin yaradıcılarına; alim, şair və sənətkarlara dəyər vermiş, bu sahədə dövrün digər hökmdarlarıyla yarışa girmişdilər. Bu məsələ ilə bağlı Türkiyə tədqiqatçısı S.Ərşahinə istinad edən T.Nəcəfli yazır ki, “Ağqoyunlu hömdarlarından Həsən padşah və Sultan Yaqub elmi mübahisələrə qatılacaq qədər dərin elmi biliklərə malik olmuşdular. Onlar həmişə elm, din və sənət adamlarını himayə etmiş, onlara qayğı göstərmişdilər” (18, 449-450). Həmin dövrlərdə Herat, İstanbul, Qahirədən geri qalmamaq üçün zamanın inciləri sayılan şəxsləri bol hədiyyələrlə və vədlərlə öz saraylarına yığmağa çalışmışdılar. Həsən padşahın dərvişliyə meylli bir şəxs olduğu qeyd olunur. Hətta bildirilir ki, o, təsəvvüfə meylliliyinin sonucu olaraq Səfəviyyə təriqəti şeyxlərinə dərin maraq göstərmiş, bu təriqəti qəbul edərək Şeyx Cüneydin müridi olmuşdur (11, 536). Təbii ki, bu məsələdə Səfəviyyə təriqətinin həmin ərəfədə geniş bir məkanda yayılması və güclü bir hərbi struktura malik olması az rol oynamamışdır. Məsələ ondadır ki, sözügedən ərəfədə Həsən padşahla qonşuları arasında münasibətlər gərgin idi və bu münasibətlər tezliklə hərbi toqquşmaya gətirib çıxaracaqdı. Həmin ərəfədə isə Şeyx Cüneyd Ərdəbildə baş verən hadisələrə görə bu və ya digər səbəbdən öz vətənini tərk edərək müridlərinin daha çox toparlandığı Suriya, Qərb (Məğrib) və Rum ərazilərinə üz tutdu. Suriyada bir neçə dəfə oranın hakimlərinə qarşı üsyan qaldırdı. Bunun nəticəsi olaraq Diyarbəkirə getməyi qərara aldı. Orada isə zahidlərə, dərvişlərə böyük məhəbbət bəsləyən Həsən padşah tərəfindən qayğı ilə qarşılandı. Həsən padşah onunla daha çox yaxınlaşmaq üçün özünün bacısı Xədicə bəyimi ona ərə verdi. Tarixçinin göstərdiyi kimi, bu nigahın sorağı Kiçik Asiyanın və Suriyanın ən uzaq guşələrinə yayıldı və "əvvəlki şeyxlərin" xəlifələri Cüneydin görüşünə gəldilər (15, 78-79; 8, 36). Sonralar bu qohumluq əlaqələri daha da gücləndi. Yəni, Həsən padşahın qızı Aləmşah bəyimin Şeyx Cüneydin oğlu Şeyx Heydərlə evlənməsi onları daha da yaxınlaşdırdı. Bu isə onların vahid düşmənə qarşı birgə çıxışını labüdləşdirirdi. Bu ittifaq özünü teymuri Əbu Səidə qarşı mübarizədə bir daha sübut etdi. Həmin ərəfədə Həsən padşah Əbu Səidlə mübarizədə Şirvanşah Fərrux Yəsarı da öz tərəfinə çəkə bilmişdi. Bununla da Əbu Səidə qarşı güclü bir koalisiya yaratmışdı. (1, 76; 21, 171; 14, 10-11). Bu məsələyə öz münasibətini bildirən Seyfettin Erşahin də göstərir ki, Ağqoyunlu sultanlarının hakimiyyətlərini gücləndirmə vasitələrindən biri də təsəvvüfi zümrələr idi. Onun fikrincə, təsəvvüfü bir zövq və tərbiyə üsulu olaraq qəbul edən Ağqoyunlu sultanları bu məsələdən həm də hakimiyyətlərini xalq kütlələrinin gözündə məhşurlaşdırmaqdan ötəri istifadə etmişlər (24, 162). Ağqoyunlu-Səfəvi münasibətlərinə geniş şəkildə toxunan Türkiyə tədqiqatçısı Himmet Konur isə haqlı olaraq göstərir ki, Həsən padşahın Səfəvi şeyxləri ilə qohumluq əlaqələrini təkcə onların siyasi nüfuzlarından istifadə etməklə deyil, həm də onun təsəvvüfə olan dərin sevgisindən izah etmək lazımdır. Belə olmasaydı, Həsən padşah Şeyx Cüneydin müridi olmazdı. Həm də Həsən padşah təkcə Səfəviyyə təriqəti şeyxlərinə deyil, eyni zamanda bütün şeyx və dərvişlərə yaxınlıq göstərmişdir (11, 536; 12, 104-105). Burada başqa bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır. Həsən padşah yaratdığı Azərbaycan imperiyasını gələcəkdə baş verəcək böhranlardan qorumaq üçün dini münasibətləri yoluna qoymağa çalışırdı. Onun zamanında sünni-şiə münasibətləri, o cümlədən təriqətlər arasında ziddiyyətlər dərinləşməkdə idi. Bu isə dövlətçilik məsələlərinə ciddi zərbə ola bilərdi. Buna görə də Azərbaycan Ağqoyunlu dövlətində həyata keçirdiyi dini siyasət dini vəhdətə xidmət edirdi. Onun öz bacısını Şeyx Cüneydə, qızını da Şeyx Heydərə verməsini bu prizmadan da izah etmək lazımdır. Həsən padşah ağıllı adam idi. Bilirdi ki, bu məsələ dövlətçilikdə ən vacib məsələdir. Yaratdığı imperiyanın uzun ömürlü olması həm də bu məsələdən asılı idi. Hesab edirik ki, sağlığında buna demək olar ki, nail oldu. Yaratdığı Azərbaycan Bayandurilər imperiyasında dini vəhdət öz əksini tapmışdı. Bu həm də onun islam aləmində tarixi xidməti idi. Həsən padşah özünü həm də islam dünyasının sultanı saymaqla dini vəhdətə nail olub, islam qarşısında özünün tarixi borcunu yerinə yetirirdi.
Vaxtilə ondan əvvəl bu addıma Əmir Teymur da getmişdi (1336-1405). Əmir Teymur elə bir dövrdə hakimiyyət uğrunda döyüşürdü ki, o zaman bütün Şərqi dini bayraqlar altında üsyanlar bürümüşdü. Hülakuların süqutu dövründə (XIV əsrin 30-cu illəri) bütün Yaxın Şərqi kəndli və sənətkarların üsyanları bürümüşdü. Bütün bu üsyanlar da dini şüarlar altında baş verirdi. Bunlara Xorasanda baş verən “sərbədarlar” (farscadan “özünü asanlar”) (1337-1381), Səmərqənddə (1365), Kirmanda (1373) və başqa şəhərlərdə baş verən seyidlər hərəkatını, Mazandaranda, Gilanda (XIV əsrin 50-70-ci illəri) və başqa yerlərdə baş qaldıran kiçik həcmli hərkatları misal göstərmək olar. O zaman hakimiyyətə gələn Əmir Teymur bütün bu üsyanlara özünün ağıllı siyasəti ilə son verdi (21, 201; 31, 31; 26, 14-21) və bütün narazı təbəqələri birləşdirib vəhdətə nail ola bilmişdi. Bunu Əmir Teymurla bağlı mənbələr birmənalı şəkildə ortaya qoyur. Böyük cahangir özünün vəsiyyətlərində bu məsələdən geniş söhbət açır (9, 50-51). Sonda Əmir Teymur islami birlik yolunda bütün bacarığını ortaya qoyur və buna nail olur. Zamanında bütün tərqiət əhlini, seyyidləri, pirləri, sufiləri himayə edir, onların adlı-sanlılarını saraya dəvət edir, məzhəb qovğasını aradan qaldırır və nümunəvi Türk-Müsəlman dövlətini ortaya qoyur. Sonucu məqsədi də Çini əhalisini müsəlmanlaşdırmaq idi. Bu məqsədlə də səfər edir. Lakin yolda xəstələnir və dünyasını dəyişir. Əmir Teymur öz vəsiyyətnaməsində dinin yeniləşdiriciləri sırasında Qazan xanın da adını çəkir. Əslində Qazan xan böyük islahatçı idi. İslahatlarrından biri də dini sahədəki islahat idi. Bu addıma getmək asan deyildi. Bunu Qazan xan özü də etiraf edib deyirdi ki, monqolları müsəlman dinini qəbul etməyə vadar etmək, onları ənənəvi dini görüşlərindən məhrum etmək “asan məsələ deyildi” (20, 197-198; 10, т. XXVII, 51-76). Bununla bağlı dövrün mənbəşünası Əbu Bəkr əl-Qütbi-əl-Əhəri yazırdı ki, ”Qazan xan düşmənin dəfi üçün tədbir apardığı vaxt hamama getdi, qüsl etdi və Şeyx Sədrəddin İbrahim Həməvi şəhadət kəlməsini təlqin etdi. Qazan xan və bütün dövlət başçıları müsəlman oldular” (28, c.5., 380; 7, 23). Bu məsələyə Rəşidəddin açıq şəkildə münasibət bildirmişdir: “İbrahim (a.s.)in bütləri qırması kimi, Qazan xan da müsəlman olduqdan sonra İbrahimi qayğılarla buddistlərin bütlərini qırmışdır” (25, 159; 22, 203-205). Fəzlullah Rəşidədədin yazır ki, Qazan xan müsəlman olanda Hənəfi məzhəbini mənimsədi (19, 416). Bu məzhəbi və mənsublarını dəstəkləmişdir (23, 210). Yeni dinlə birlikdə yeni bir kimliyə qovuşan Qazan xan təəbələri arasında şiələrlə də çox yaxşı davranmışdır. Başda Hz. Əli (ə) olmaq üzrə Nəcəfdə və Bağdadda dəfn olunmuş imamların və pirlərin qəbrlərini ziyarət etmiş, onların türbələrinin təmiri üçün maliyyə xərci ayırtdırmışdır (25, 159-161; 22, 156-243). Rəşidəddinə görə, Qazan xanın iamamiliyə meyl etməsinin əsas səbəblərindən biri də onun yuxuda Hz. Əli (ə) ilə görüşməsi olmuşdur. Qazan xanın müsəlman olması qanunilik problemi yaşayan Elxani dövlətinə önəmli üstünlüklər qazandırmışdır. Çünki o boyda imperiyanın idarə olunması və yaşaması üçün ortaq dəyərin tapılması vacib məsələ idi. Bu məsələnin həll olunmaması onları həm siyasi, həm də sosial məsələlər baxımından böhranlarla üzləşdirmişdi (25, 161-162).
O zamanın qaynaqları da sübut edir ki, Qazan xan islam aləmini bir araya gətirmək istəmişdir. O zaman hənəfilyi seçsə də, cəfəriliyə üstünlük vermişdir. O zaman zərb olunan pullar da bizə ip ucu verməkdədir. Həmin pulların üzərində dörd xələfənin dördünün də ismi yazılmışdır. Bu da onun bir vəhdətçi olduğuna böyük işarədir.
Bütün bunlar Həsən padşaha da məlum idi və və özündən əvvəlki bu insanların yolunu gedərək imperiyanın təhlkəsizliyində bu amilin rolunu görürdü. Ağqoyunlu hökmdarlar təsəvvüf zümrələr ilə daha yaxşı münasibətlər qurmağa çalışmışlar. Bu həm də ondan irəli gəlirdi ki, həmin dövrlər sufizmin yülsəliş dövrləri idi. Sufilər xalq arasında böyük dayağa malik idilər. Onlarla münasibət, həm də xalqla münasibətləri tənzimləyirdi. Ağqoyunlu dönəminin bütün tədqiqatçıları göstərirlər ki, Ağqoyunlu sarayının təsəvvüf zümrələr və təriqətlərlə bağlılıqları daha çox Həsən padşah zamanında baş vermişdir (24, 163). Bəllidir ki, təsəvvüf və təriqət əhlinin eyni zamanda bütün dini təbəqələr arasında nüfuzu olmuşdur. Həsən padşah da onlardan həm də istifadə etməklə dini vəhdətə doğru gedirdi. Bu mənada o, bütün təriqətlərə sayğı ilə yanaşırdı.
Həsən padşahın hakimiyyəti dövründə imperiya ərazisində 4000 təkyə və zaviyə qurulmuşdu (12, 104). Elə bunu görə də onun dərvişliyə meylli olduğunu irəli sürürlər. Tədqiqatçıların fikrincə, onun dərvişliklə bağlılığı 1469-cu ildə Təbrizi özünə paytaxt elan edərək imperiyanın ərazilərini genişləndirməsiylə daha da artmışdı. İslam və Türk dünyasının böyük bir ərazisini öz hakmiyyəti altında birləşdirən Həsən padşah özünün ordusu üçün ideoloji bir proqram hazırlamağı düşünürdü. Onun qənaətincə, bu proqramı təsəvvüf zümrələri vasitəysilə yarada bilərdi. Buna görə də Həsən padşah nüfuz sahibi olan təriqətlərlə ilişgilər qururdu. O, həyatı boyunca heç bir fərq qoymadan bütün təriqətlərə qucaq açmışdır. Bu təriqətlər sırasına Səfəviyyə, Gülşəniyyə, Xəlvətiyyə, Nurbəxşiyyə, Nəqşibəndiyə və Bayramiyyə daxildir (24, 165). Dərvişliyə bağlılığı həddən artıq olan Həsən padşah bütün təriqət rəhbərlərini öz sarayında görmək istəyirdi. Yuxarıda onun Şeyx Cüneydlə ilişgilərindən söhbət açdıq. Həsənin padşahın sarayında görmək istədiyi mətəsəvvüflərdən biri də Nəqşibəndiyə təriqətinə mənsub olan zamanın məşhur şairi Mola Camidir (1492, ö.t.). Həsən padşah 1472-ci ildə Məkkədən Həcc səfərindən qayıdan zaman Təbrizə düşən Mola Camini qarşılamaq üçün özünün adlı-sanlı əmirlərindən və əyanlarından Qazı Həsəni, Əbu Bəkr Tehranini, Qasım Şakadili və başqalarını göndərmiş, böyük hörmət və sayğılarla onu qarşılamışdır. Onunla söhbət etmiş və bol hədiyyələr vermişdir. Təbrizdə qalmasını təkidlə xahiş etmiş, lakin Cami yaşlı anasını ziyarət etmək bəhanəsiylə Xorasana getmişdir. Caminin külliyatı arasında Həsən bəyə yazdığı bir məktub da vardır (10, 57-59). Həsən padşahdan sonra oğlu Yaqub da Mola Camiyə böyük bağlılıq və sayğılıq göstərmişdir. Cami də bunu yüksək qiymətləndirmiş və yazdığı əsərlərdə Sultan Yaqubun mərhəmətindən bəhs etmişdir. Sultan Yaqubun yaxın ətrafında olanlardan bəziləri də Mola Cami ilə ədəbi münasibətlərdə olmuşlar (10, 59-66). Həsən padşah və Sultan Yaqub dönəmlərinin məşhur mütəsəvvüflərindən biri də Xəlvətiyyə təriqəti şeyxi Dədə Ömər Rüşəni (1496, ö.t.)-dir. Həsən padşah bu şeyx haqqında məlumatı qardaşı, Dədə Ömər Rüşəninin müridi Üveysdən alır və onu dəvət etmək üçün dərhal adamlarını göndərir. Onların içərisində Dədə Ömər Rüşəninin xəlifəsi İbrahim Gülşəni də olmuşdur. Təbrizə gələn Rüşəni oradakı bir xanəgaha yerləşdirlir. Həm xalq içərisində, həm də dövlət adamları içərisində çox böyük nüfuzu olmuşdur. Həsən padşahın xanımı Səlcuq Hatunun da ona böyük məhəbbəti olmuşdur. Dədə Ömər kimi onun xəlifəsi İbrahim Gülşəni də (öl.1534) də Ağqoyunlu sarayının önəmli mütəsəvvüflərindən biri olmuşdur. Ağqoyunlular dövründə xalqın böyük sayğı və sevgilərini qazanan mütəsəvvüflərdən biri də Nəqşibəndi təriqəti şeyxlərindən Baba Nemətullah Naxçıvani (öl.1514) olmuşdur (16, 11-12; 11, 537). Həsən padşahın xəlvətiyyə şeyxlərindən Seyid Yəhya Bakuvinin xəlfiəsi M.B.Ərzincani ilə də münasibətləri olmuşdur. Onunla tez-tez Ərzincanda görüşmüşdür. Həsən padihaş iki dəfə-Otluqbeli savaşından (1473) əvvəl və sonra M.B.Ərzincani ilə görüşmüşdür. İlk görüşdə Həsən padşah şeyxin dəstəyini almaq məqsədi ilə ziyarətinə gəlmişdi. Şeyxin Həsən padşaha Osmanlı ordusunun islam əsgərləri olduğunu, İstanbulu fəth etdikləri üçün Peyğəmbərin şərəfinə nail olduqlarını söyləyən, onlarla savaşının doğru olmayacağına dair böyük bir cəsarətlə söylədiyi nəsihəti Həsən padşahı əsəbləşdirmişdi. Təkyədən istədiyini ala bilməyən padşah qəzəblə oradan ayrılanda şeyx ona: "Bizim sözümüzün mənasını görəcəksiniz, siz seçdiyiniz yolun nəticəsinə qatlanacaqsınız"-demişdi. Savaş Uzun Həsənin xeyrinə nəticələnmədikdə o, hərb meydanından uzaqlaşıb, Ərzincana gəlmiş, şeyxin zaviyəsinə enmişdir. Şeyx onu qonaq kimi qəbul etmiş, təsəlli verib, tövsiyə və nəsihətləri ilə ona yol göstərməklə kifayətlənməmiş, Sultan Fateh Məhhəmməd ilə arasında sülhün təmin olunması üçün xəlifəsi Əhmədin elçi olaraq göndərilməsini tövsiyə etmişdir. Həsən padşahın razılığı ilə Şeyx Əhməd elçi olaraq Fatehin yanına getmiş, Fateh tərəfindən böyük ehtiramla qarşılanmışdı və onlar sülh sazişi bağlamışdılar (11, 200-201). Ərzincanda Ağqoyunluluar dönəmində mütəsəvvüflərə verilən böyük önəm digər bir səbəbdən də mühüm əhəmiyyət kəsb etmişdir. Bəllidir ki, bu imperiya böyük bir coğrafi ərazidə formalaşmışdı. İmperiyada yaşayan xalqlarla birbaşa təmaslarda şeyxlər, pirlər mühüm rol oynayırdılar. Onların xalq içərisində böyük nüfuzu var idi. Ağqoyunlu sarayı bundan isttifadə edərək xalqla təmasa girir, xalq da şeyxlər və pirlər vasitəsiylə bütün arzularını Ağqoynulu sarayına çatdıdırdılar. Beləliklə, şeyxlər, pirlər xalqla iqtidar arasında bir bağlantı rolunu oynayırdılar (11, 538).
Tədqiqatçıların fikrincə, məhz Həsən padşah dövründə Azərbaycanda dini sahədə geniş miqyasda vəhdət yarandı. Həsən padşahın sarayı isə bu dini vəhdətin mərkəzi idi. İmperiya ərazisində din və təriqət azadlığı mövcud idi. Onun zamanında Azərbaycan ərazilərində çoxlu sayda mədrəsələr fəaliyyət göstərir və bu mədrəsələrdə kiməsə məzhəbə görə fərq qoyulmurdu. Ağqoyunlular dövründə Təbrizdə “Nəsriyyə” mədrəsəsi ilə yanaşı “Dəməşqiyyə”, “Məqsudiyyə”, Şəfaiyyə” və “Hənəfiyyə”, “Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdində “Darül-irşad” fəaliyyət göstərmişdir (3a, 124). Ağqoyunlu hökmdarı Həsən padşahın Əbunəsr adını daşıyan Nəsriyyə mədrəsəsinə verdiyi yüksək qiymətin nəticəsi idi ki, o, 1478-ci ildə vəfat edərkən məhz bu mədrəsənin həyətində dəfn olunmuşdur (4a, 229). Ağqoyunlular dönəmində Şərqi Aanadolu və Azərbaycanda Şeyx Səfa, Şah Sultan Xatun, Sultan Qasım, Həsən Padşah, Fərhadşah, Peyğəmbər mədrəsələri fəaliyyət göstərmişdir (18, 450).
Təqdim etdiyimiz bu araşdırmada Həsən padşah dövründə dini sahədə yaradılan vəhdəti diqqətə çəkmək istədik. Çünki tarix həm də nəticədir. Bu nəticəni bu gün də həyatımzda görürük. Azərbaycanda insanlar arasında dinə münasibətdə çox böyük dözümlülük özünü göstərir. Bu baxımdan biz bu məsələdən yazmaq istəyəndə Azərbaycan Ağqoyunlu imperiyasının tarixini də nəzərdən keçirməliyik. Bu həm də dövlətçiliyimiz üçün olduqca mühüm məsələdir.
ƏDƏBİYYAT
1.Ağayev R.Ə. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qapşılıqlı münasibətləri (XV-XVI əsrlər). Bakı: Kür nəşriyyatı, 2004, 151 s.
2.Arslantaş Yüksel. Tasavvufun doğuşunda dış tesirlər meselesi. Türk Dünyası Araştırmaları. Sayı:124. Şubat 2000/01, s.223-232.
3.Агаджанов С.Г. Государство Сельджукидов и Средняя Азия вXI-XIIвв. М.: Наука, 1991, 302 с.
4.Azərbaycan tarixi. Yeddi cilddə, c.3. Bakı: Elm, 1999, 584 s.
5.Elçibəy Ə. Azərbaycandan başlayan tarix. Bakı: Adiloğlu nəşriyyatı, 2003, 288 s.
6.Erşahin S. Akkoyunlular. Siyasal, kültürel, ekonomik ve sosyal tarih. Ankara: 2002, 317 s.
7.Əbubəkr əl-Qutbi əl-Əhəri. Tarix-e Şeyx Uveys. Fars dilindən tərcümə və müqəddimə, şərhlər və qeydlər M.D.Kazımov və V.Z.Piriyev tərəfindən yerinə yetirilmişdir. Bakı: Elm,1984, 152 s.
8.Əfəndiyev Oqtay. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərbaycan dövlət nəşriyyatı, 1993, 299 s.
9.Əmir Teymurun vəsiyyətləri. Özbəkcədən çevirəni Məti Osmanoğlu. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1991, 112 s.
10.Фалина А.И. Реформы Газан-хана. Уч. зап. ИВ АН СССР. Т. 17. М.: 1959, 76 с.
11.Himmet Konur. Akkoyunlular Döneminde Tasavvuf. Türkler. Cild. 7. YeniTürkiyeyayınları.Ankara: 2002, s.536-539.
12.Hinz W. Uzun Hasan və Şeyh Cüneyd (çev: Tevfik Biyiklıoğlu). Türkmen Akkoyunlu imparatorluğu. Ankara: 1992, s.97-116.
13.Hikmet Ali Asğar. Cami Hayati ve Eserleri (çev: M.Nuri Gençosman), İstanbul: 1991, 260 s.
14.İbrahimov Cəfər. Səfəvilərin Ərdəbil hakimiyyəti tarixinə dair (Qiyabiçilər üçün tədris vəsaiti). Bakı: V.İ.Lenin adına APİ-nin nəşriyyatı, 1960, 46 s.
15.İlhan Erdem., Kazım Paydaş. Ak-Koyunlu tarihi (Siyaset-Teşkilat-Kültür). Birleşik Yayın evi. Ankara: 2007, 224 s.
16.İsmet Zeki Eyuboğlu. Günün işığında Tasavvuf. Tarikatlar. Mezheblertarihi. İstanbul: 1993, 493 s.
17.Mehmet Rihtim. Seyid Yəhya Bakuvi və xəlvətilik. Bakı: Qismət, 2005, 251 s.
18.Nəcəfli T.H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşünaslığında). Bakı: Çaşıoğlu, 2012, 604 s.
19.Osmanlı Uyarlığı. Yayına hazırlayanalar: Halil İnalcık, Günsel Renda. TC Kültür ve Turizm Bakanlığı. Ankara: 2004, 487 s.
20.Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı: Nurlan, 2003, 458 s.
21.Петрушевский И.П. Государства Азербайджана в XV веке. Сборник статей по истории Азербайджана. Выпуск I. Баку: Издательство АН Азербайджанской ССР, 1949, 312 с.
22.Reşidüddin, Fazl b. Ebil-Hayr Fazlullah-i Hemedani, Tarih-i Gazan Han, arapçaya çev. Fuat Abdulmuti es-Sayyad, Kahire, Darus-Sikafe İln-Neşr. Kahire 2000.
23.Spuler Bertold. İran Moğolları: Siyaset, İdare ve Kültür İlhaniler Devri 1220-1350, çev. Cemal Köprülü. TTK. Ankara 1987.
24.Seyfettin Erşahin. Akkoyunlular. Siyasal, Kültürel, EkonomikveSosyalTarih. Ankara-2002. 317 s.
25.Şahin Hanifi. İlhanlılar Döneminde ŞİİLİK. İstanbul, Ötüken Neşriyat A.Ş., 2010, 326 s.
26.Şami Nizamüddin. Zafername. Farscadan çeviren Necati Lugal. Ankara: Türk Tarih Basımevi, 1987, 404 s.
27.Şakir Ziya. MezheblerTarihi. Şiilik-Sünnilik-Bektaşilik-Alevilik. İstanbul: Maarif Kitabxanası və mətbəəsi, 240 s.
28.The Cambridge history of İran. In eight volumes. Volume 5. The Saljuq and mongol periods. edited by J.A.Boyle. Cambridge at the university press, 1968, 770 p.
29.Təsəvvüf nurunun iki çırağı: Mənsur Həllac və Sərrac Tusi. Ərəb dilindən tərcümə edən, öz sözün və giriş məqalələrin müəllifi: Könül Bünyadzadə. Bakı: Adiloğlu nəşriyyatı, 2007, 190 s.
30.Tehrani Ə. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilər Rəhilə Şükürovanındır. Bakı: Elm, 1998, 336 s.
31.Vamberi German. Əmir Teymur (Məşhur macar professorun əsəri). Bakı: Azərbaycan Dövlət Kitab Palatası, 1991, 82 s.
Key Words: Azerbaijan, Aghgoyunlu, Hasan Padishah, sufi, empire, sеkt.
Ключевые слова: Азербайджан, Аккоюнлу, Хасан-Радишах, cуфи, империя, сект.
Summary
Founder Azerbaijani State Aghgoyunlu Hasan Padishah was not only a prominent military commander, politician Azerbaijani culture, literature, science, moral and religious values. He concentrated in his Tabriz famous Muslim scholars, poets, sufis and organized is the hottest scientific and religious debate. In written sources, there is evidence that Hasan Padishahn Aghgoyunlu inclined to an ascetic life.
The Empire Aghgoyunlu (Bayandur) created by Hasan Padishah, dominated religious unity. On the territory of the empire functioned 4000 teke and zavie (holy places of Muslim worship secluded). This fact indicates that Hasan Padishah Aghgoyunlu was both ascetic. The closest advisors Hasan Padishah were prominent representatives of sufism. He was respectful to people of other sects and religions. Hasan Padishah sought to focus the leaders of all religions and sects in his palace.
РЕЗЮМЕ
Оснаватель азербайджанского государства Аккоюнлу Хасан-падишах был не только видным полководцем, политическим деятелем азербайджанской культуры, литературы, науки, морально-религиозных ценностей. Он сосредоточил в своем тебризском знаменитых мусульманских ученых, поэтов, суфиев и организовывал здесь жаркие научно-религиозные дискуссии. В письменных источниках имеются сведения о том, что Хасан-падишах Аккоюнлу склонялся к аскетическому образу жизни.
В империи Аккоюнлу (Баяндурия),созданном Хасан-падишахом, господствовало религиозное единство. На территории империи функционировали 4000 текье и завие (святых мест уединенного мусульманского поклонения). Этот факт свидетельствует о том, что Хасан-падишах Аккоюнлу был одновременно аскетом. Самыми близкими советниками Хасан-падишаха были видные представители суфизма. Он с уважением относился к представителям других сект и религии. Хасан-падишах стремился сосредоточить руководителей всех религий и сект в своем дворце.
"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017
Dilavər Əzimli, Tarix üzrə fəlsəfə doktoru
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM