NATO-NUN QƏRBİ BALKANLARDA YENİ GENİŞLƏNMƏ DALĞASI VƏ TÜRKİYƏNİN MÖVQEYİ

11:23 / 27.03.2017

2014-cü ildə NATO üzvləri tərəfindən yeni baş katib Norveçin keçmiş baş naziri Yens Stoltenberq seçildi [18]. Onun baş katibliyi dövründə NATO-ya yeni namizədlərin üzv olaraq qəbulu istiqamətində konkret addımlar atılmağa başlandı. Xüsusilə Balkanlarda bu təşəbbüs daha tez hiss edildi. Rusiyanın təhdidlərinə baxmayaraq Balkanların qərbində Qaradağ, Bosniya və Herseqovina, Makedoniya itti-faqa üzv olmaq üçün fəaliyyətini davam etdirir [20, 119-121]. Digərləri ilə müqa-yisədə Qaradağ Respublikasının NATO-nun 29-cu üzvü olması məsələsinin həllinin yaxın olması görünür. Bütövlükdə, NATO Balkanlarda mövqeyini möhkəmləndirmək, sabitliyi təmin etmək üçün bu dövlətlərin kiçikliyindən, itifaqa verə biləcəyi töhfədən asılı olmayaraq üzv olmasına ehtiyac duyur və bu işdə onun ən böyük dəstəkçisi yalnız Türkiyə ola bilər. Çünki Türkiyə bir başqa NATO üzvü - Yunanıstanla müqayisədə bu dövlətlərin ən böyük dəstəkçisidir [19, 22-34].
2006-cı il iyun ayının 3-də Serbiya ilə ittifaqdan rəsmən ayrıldığını bəyan edən Qaradağ Respublikasının müstəqilliyini tanıyan 7-ci ölkə Türkiyə Cümhuriyyəti oldu. İki dövlət arasında bir ay sonra, iyul ayının 3-də diplomatik əlaqələr qu-ruldu. Balkanlardakı sülh və sabitliyin qorunub saxlanılmasında maraqlı olan Qaradağ Respublikası bu istiqamətdə daha böyük uğurlar əldə etmiş Türkiyə Cümhuriy-yəti ilə dostluq münasibətləri qurmaq yolunu seçdi [16]. İki tərəfli əlaqələr fonunda görülən işlər qısa bir müddətdən sonra Qaradağ kimi kiçik bir dövlətin NATO üz-vünə çevrilməsinə də öz töhfəsini vermiş oldu. Türkiyənin bu Balkan dövləti ilə yüksələn xətt üzrə inkişaf etdirilən münasibətlərinə Qaradağın əhalisinin 19%-ni bosniyalıların, qaradağlı müsəlman və albanların təşkil etməsi də təsirsiz ötüşmədi. 2009-cu ildə iki dövlət arasında imzalanmış İqtisadi Əməkdaşlıq Müqaviləsi iqti-sadi və ticarət əlaqələrinin əsasını təşkil etmişdir. 2008-ci il noyabr ayının 26-də İs-tanbulda imzalanan və 2010-cu ilin mart ayının 1-də qüvvəyə minən Sərbəst Tica-rət Müqaviləsi ilə Türkiyədən ixrac edilən sənaye mallarına Qaradağda tətbiq edilən gömrük rüsumunun faiz nisbəti azaldıldı. Qaradağda fəaliyyət göstərən 5 türk şirkətinin bu ölkəyə ayırdığı investisiya 26 milyon dollar təşkil edir. 2015-ci ildə Qaradağda reallaşdırılan ən mühüm investisiyalardan biri də Türkiyənin Ziraət bankının iyul ayında bu ölkədə fəaliyyətə başlaması oldu. İstanbul birja fondu 2014-cü ildə Qaradağ birjasına təxminən 25% payla şərik oldu. Türkiyə Cümhuriyyəti 2015-ci il dekabr ayının 2-də NATO–nun Xarici İşlər Nazirlərinin iclasında üzvlük müzakirələrinə dəvət edilən Qaradağ Respublikasının üzvlüyünü dəstəklədi. 2016-cı il may ayının 19-da isə Qaradağın lehinə NATO-nun XİN-i tərəfindən Brüsseldə üzvlük protokolunu imzalanması mərasimində iştirak etməklə bu dəstəyini rəsmiləşdirdi [9]. İyun ayının 29-da isə bu qərar TBMM-in qəbul etdiyi qanun-la qüvvəyə mindi[15]. Həmin qanunda qeyd edilir ki, NATO-nun genişlənməsi “Qaradağ üçün də NATO ilə qurulacaq təhlükəsizlik və müdafiə əlaqələri baxım-dan mühüm əhəmiyyət daşıyır və namizəd ölkələrin xarici və müdafiə siyasətində bir prioritet təşkil edir” [15]. Qəbul edilən qanunda Türkiyənin NATO-nun genişlənməsini “Avropadakı bölünmə xətlərinin ləğv edilməsi istiqamətində inteqrasiya prosesinin mühüm aspekti kimi gördüyünü” və “genişlənmə prosesini başlandığı vaxtdan dəstəklədiyini” bəyan edilirdi. Türkiyə höküməti Qaradağ kimi kiçik bir dövlətin üzv olaraq qəbul edilməsinin üzvlük niyyətində olan ölkələr üçün də bir işarə və təşviqedici bir addım hesab edirdi. Həqiqətən də Rusiya Federasiya Şura-sının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerovun sözləri ilə qeyd etsək “600 min əhalisi olan Qaradağ hərbi baxımdan heç bir təhlükə kəsb etmirdi” [8], lakin Cənub-şərqi Avropanın Balkanlar bölgəsində strateji sabitliyin və Avropanın bütövlüyünün qorunub saxlanılması üçün mühüm əhəmiyyətə malik idi [15].
Qaradağ Respublikasının üzv olaraq qəbul edilməsindən sonra növbədə Bosniya-Hersoqavina və Makedoniya Respublikalarının üzvlük məsələsi aktual olaraq qalırdı. Bu istiqamətdə görülən işlərin mərhələli şəkildə həyata keçiriləcəyini NATO-nun baş katibi Yens Stoltenberq 2015-ci ilin payızında “Turkish Policy Quarterly” jurnalına verdiyi müsahibəsində də bəyan etmişdi: “Müttəfiqlər növbəti aylarda Bosniya-Hersoqavina, Makedoniya... kimi NATO üzvlüyünü arzulayan ölkələrin də fəaliyyətini dəyərləndirəcək. Lakin bu dəyərləndirmələr barədə konkret hökm verməyəcəm. NATO Avropa-Atlantik qurumlarına inteqrasiya müddətində bu millətlərə dəstək verməyi və bu dəstəyə sadiq qalmağı davam etdirəcəkdir” [21, 17-21].
Bosniya və Herseqovinanın NATO-ya üzvlük müzakirələrinin tarixi 2006-cı ildən başlayır. Həmin il Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulandan sonra Bosniya-Hersoqavina ilə NATO arasında dialoqlar daha geniş xarakter aldı. 2008-ci ildə isə NATO ilə bu dövlət arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) imzalandı. Bosniya və Herseqovinanın 2009-cu ildə üzvlük müraciətindən sonra, Türkiyənin də böyük dəstəyi ilə NATO 2010-cu ilin aprel ayının 22-də Bos-niya və Herseqovinanın Üzvlük Əməliyyatı Planını bəzi tədbirlərin reallaşdırılması şərtiylə qəbul etdi. Birinci şərt Bosniya və Herseqovina ilə bağlı Serbiya Respub-likasında mövcud “şübhəçilik” düşüncələrinin, ikinci şərt isə daşınmaz hərbi əmla-kın dövlətə həvalə edilməsi baxımdan texniki durğunluğun həllini tapması idi [10]. Bu problemlərin tam həll edilməməsinə və Serbiyanın etirazlarına baxmayaraq 2012-ci ilin mayında bu dövlət “Üçlü Rəhbərlik Şurası”na qəbul edildi [5, 42-43]. NATO-nun baş katibi Rasmussenin 2013-cü il fevral ayının əvvəllərində bu ölkəyə səfəri vaxtı həllini tapmayan bu şərtlər bir daha xatırlanmışdı. Xüsusilə də Bosniya və Herseqovina Dövlət Şurasının serb üzvü Neboyşa Radmanoviç ölkəsinin NATO -ya üzv olması üçün hərbi əmlak məsələsinin həll edilməsinin ən mühüm şərt oldu-ğunu bəyan etmişdi [10]. Serbiyanın Bosniya böhranından sonra bu Balkan dövləti üçün yaratdığı bu problemin fonunda yenə də Bosniya və Herseqovinanın ən böyük dəstəkçisi Türkiyə Cümhuriyyəti idi. Hələ ötən əsrin 90-cı illərində Türkiyənin Malayziyada Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra etmiş Əhməd Davudoğlu bir müddət Bosniya və Herseqovinanın ilk prezidenti Aliya İzzətbəyo-viçin xahişi ilə bu Balkan dövlətinin fəxri səfiri kimi Malayziyada təmsil etmişdi.
Bundan başqa o, Malayziyanın Bosniya və Herseqovinaya göndərdiyi hərbçilərin xidməti sahələri ilə bağlı məsələlərdə məsləhətçi vəzifəsini də icra etmişdi [1]. Bu fakt Türkiyə Cümhuriyyəti ilə Bosniya və Herseqovina dövləti arasındakı münasi-bətlərin hansı səviyyədə olmasını dəyərləndirmək baxımdan olduqca maraqlıdır. 2014-2016-cı illərdə Türkiyə baş naziri olmuş Əhməd Davudoğlu XİN-i olduğu dövrdə də (2009-2014-cü illər) Bosniya və Herseqovina – Türkiyə Cümhuriyyəti münasibətlərinə inkişafına daim öz töhfəsini vermiş, hətta bu dövlətin qonşuları – Serbiya və Xorvatiya ilə münasibətlərinin tənzimlənməsi üçün qarşılıqlı səfərlər təşkil etmişdir [13]. Bu səfərlərin də məntiqli nəticəsi kimi qarşı tərəf daim Türkiyə Cümhuriyyətindən öz razılığını ifadə etmiş və münasibətlərin yüksək səviyyədə saxlanılmasına səy göstərmişdir. 2013-cü ilin martında “Bosniyanın dünəni, bu günü və sabahı” mövzusunda Ərzurum Atatürk Universitetinin təşkil etdiyi konfransda iştirak edən həmin ölkənin səfiri Sabit Subaşiç konfransdakı çıxışında “Türkiyə NATO üzvlüyündən başqa bir çox beynəlxalq sahələrdə də bizə dəstək verir. Biz də hər fürsətdə verdiyi bu dəstəyinə görə Türkiyəyə minnətdarlığımızı bildiririk”, deyə bəyan etmişdi [3]. Lakin Türkiyənin Qərbi Balkanlarda xüsusilə də Bosniyada gördüyü işlər və bu dövləti NATO ailəsinə cəlb etmək təşəbbüsləri yalnız Ser-biyanın deyil, Rusiyanın da narahatçılığına səbəb olurdu. Məhz bu səbəbdəndir ki, bu dövlətin üzvlük məsələsini tam olaraq başa çatdırmaq mümkün olmur. Məsələn, 2014-cü ilin sentyabr ayında BMT-nin Baş Assambleyasının 69-cu iclasında RF “Qaradağ, Makedoniya və Bosniya və Hersoqovinanın NATO-ya tam üzvlüklərinin qəbul edilməsi perspektivinə necə münasibət bəsləyir” sualına Rusiya XİN-i Lavrov “bu istiqamətdəki addımları açıq şəkildə NATO-nun yalnış siyasəti və təxribatı kimi qəbul edirik”, deyə cavab vermişdi. Bu şərh açıq-aşkar Rusiyanın bu ölkələrin NATO ailəsinə qoşulmasına qarşı olduğunu göstərir [2]. Bu etirazlara baxmayaraq Qaradağ NATO-nun 29-cu üzvü olmağın artıq bir addımlığındadır. Bos-niya və Hersoqovinanın isə bu baxımdan vəziyyəti bir qədər fərqli dəyərləndirilir. İstər Serbiya, istərsə də RF hər vəchlə bu ölkənin NATO yoluna mane olmaqda da-ha qərarlı görünür. Təsadüfi deyil ki, Bosniya və Hersoqovina dövlətinin tərkib hissəsi olan Serb Respublikası RF tərəfindən ən yüksək səviyyədə dəstəklənir [2]. Məhz bu səbəbdən də əvvəldə də qeyd etdiyimiz kimi istər NATO-nun ən mühüm üzvlərindən biri olan Türkiyə, istərsə də alyansın rəhbərliyi bu məsələdə üzvlük probleminin mərhələli şəkildə həllinə üstünlük verir. 2016-cı ilin fevralında Bosniya və Hersoqovinanın AB-nə üzv olmaq üçün müraciət etməsi və 2 il ərzində müzakirələrin başlanacağına dair ümidlər bu dövlətin istər AB-i, istərsə də NATO üzvlüyü prosesinin daha uzun çəkəcəyi fikrini formalaşdırır.
Qərbi Balkanlarının NATO-ya üzvlük yolunda digər namizədlərindən biri də Makedoniya Respublikasıdır. Makedoniya höküməti 1992-ci ildə müstəqillik əldə etdikdən sonra beynəlxalq təhlükəsizliyini və dövlətin siyasi sabitliyini təmin etmək üçün NATO-ya üzv olmağı qarşısına məqsəd qoymuşdur. Bu ittifaqa üzv ol-maq üçün lazım olan bütün islahatları reallaşdırmış, NATO-nun həyata keçirdiyi əməliyyatlara hərbi dəstək vermiş və Cənubi-şərqi Avropa Sülh Əməliyyatı Qüv-vələri tərkibində iştirak etmiş, lakin Yunanıstanla mövcud “dövlətin necə adlan-ması problemi” ilə əlaqədar üzvlüyə qəbul edilməmişdi. Bu üzvlüyün də qəbulu üçün Makedoniya xaricdən dəstəyə ehtiyac duyur. ABŞ-la yanaşı Türkiyə bu dəs-təyini sona qədər təmin etmiş və etməkdədir. Türkiyə Cümhuriyyəti ABŞ-la birlikdə həm NATO üzvü olduğuna, həm də xarici siyasətində Balkanlardakı sabit və dinc şəraitin mövcudluğuna üstünlük verdiyinə görə Makedoniya Respublikası üçün çox böyük əhəmiyyət daşıyırdı [14, 27].
Türkiyə Cümhuriyyəti Makedoniyanın NATO-ya üzv olmasını Balkanlar siyasəti çərçivəsində dəyərləndirir. ABŞ-dan fərqli olaraq Balkanlardakı sabitliyin qorunub saxlanılmasına daha həssas yanaşır. Çünki bölgədə baş verməsi ehtimal edilən hər hansı bir ziddiyyət bölgə ilə tarixi və geosiyasi yaxınlığına görə Türkiyəyə daha çox mənfi təsir göstərə bilər. Bu səbəbdən də bu bölgədə dinclik və sabitliyin qorunub saxlanılması olduqca əhəmiyyətlidir. Türkiyə Cümhuriyyəti bu istəyini Makedoniyanın da NATO-ya üzv edilməsi ilə reallaşdırmağın mümkün olacağını başa düşür və bu istiqamətdə fəaliyyətini də hər vəchlə davam etdirir. Makedoniyanın üzvlüyünə dəstək verilməsinin digər səbəbi isə bu dövlətdə yaşayan türklərdir. Bu ölkədə baş verə biləcək hər hansı bir narahatlıq birbaşa onlara zərər verə bilər. Bu da istər yeni miqrant axınına, yaxud da Makedoniya türklərinin qohumlarının Türkiyədə yaşamasına görə Türkiyəyə daha çox ziyan verə bilər [14, 27]. Buna bənzər milli azlıq problemi türklərlə deyil, albanlarla bağlı 2001-ci ildə baş vermişdi.
2001-ci ilin iyununda Makedoniyanın Prezidenti Boris Trajkovski Milli Azad-lıq Ordusunu və ölkədə fəaliyyət göstərən etnik Alban qruplarını tərksilah etmək üçün NATO-dan kömək istədi. Cavab olaraq, Şimali Atlantika Şurası ikili yanaşma irəli sürdü; edilən hücumlara öz etirazını bildirərək, hökumətin ekstremist qruplara qarşı fəaliyyətində onlara dəstək olmaq üçün tədbir gördü. Eyni zamanda, hökuməti öz hərbi qüvvələrinin sayını azaltmağa, etnik Albanların cəmiyyətdə və siyasətdə iştirakını artırmaq üçün konstitusional islahatlar qəbul etməyə çağırdı. Tərəflər sülh və atəşkəsə aparan siyasi dialoqda iştirak etdilər. 2001-ci ilin 13 avqustunda Ohrid Çərçivə Sazişinin imzalanması NATO qoşunlarının 2001-ci ilin 27 avqustunda ölkə ərazisinə girməsinə və daxili islahatlara şərait yaratdı. Kod adı Vacib Məhsul Yığımı Əməliyyatı olan 30 günlük missiyanın vəzifəsi Milli Azadlıq Ordusu tərəfindən könüllü olaraq toplanmış bütün silahları təhvil almaq və məhv etməkdən ibarət idi. Əməliyyata 3500 nəfərlik NATO qoşunu cəlb edilmişdi və nəticədə təxminən 3875 silah və tərkibində mina və partlayıcı maddələr olan 397.600 digər vasitələr təhvil alındı. İlin sonunda Parlament sülh müqaviləsinə uyğun olan 15 konstitusional düzəliş qəbul etdi. 2001-ci ilin sentyabrında Prezident Trajkovski Makedoniyada sülh planının tətbiqinə nəzarət edən Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Şurasından olan beynəlxalq müşahidəçilərin təhlükəsizliyini təmin etmək üçün növbəti hərbi qüvvələrin ölkə ərazisinə gəlmə-sini xahiş etdi. NATO-ya üzv olan ölkələrdən təşkil edilmiş 700 nəfərlik qoşundan ibarət, Almaniyanın başçılığı altında “Kəhrəba Tülkü” kod adı ilə tanınan növbəti missiya ölkədə olan təxminən 300 nəfərlik birliyi daha da möhkəmləndirdi. 2001-ci il sentyabrın 27-də fəaliyyətə başlayan üç aylıq mandat sülh planının tətbiqinə nəzarət edən beynəlxalq müşahidəçilərin təhlükəsizliyini qorumağa kömək edirdi və bu proses sonralar daha geniş vüsət aldı [6, 151]. Prezident Trajkovskidən gələn rəsmi xahişə cavab olaraq NATO 2002-ci ilin 16 dekabrında Müttəfiqlərin Ahəngi Əməliyyatı adlı yeni missiyanın əsasını qoydular. Missiya beynəlxalq müşahidəçilər və məşvərətçi qrupun təhlükəsizliyini təmin etməkdə, bütün ölkə ərazisində təhlükəsizlik məsuliyyətini yerinə yetirməkdə hökumətə yardım edən operativ elementlərdən ibarət idi. NATO-nun rəhbərlik etdiyi Müttəfiqlərin Ahəngi Əməliyyatı 2003-cü ili martında Avropa İttifaqına təhvil verilməsinə qədər davam etdi. Böyük hərbi nəqliyyatın və hərbi təchizat marşrutunun istifadəsi nəticəsində yollar və körpülərin sıradan çıxması, zərərin miqdarının artmasını görən NATO yenidənqurma və digər mülki mühəndislik layihələri həyata keçirməklə ölkəyə öz töhfəsini verdi. NATO-nun burada fəaliyyət göstərən qərargahı Skopye Universitetinin mülki mühəndislik şöbəsi ilə əməkdaşlıq şəraitində bu səylərin koordinasiyasında bö-yük rol oynadı [6, 152].
Makedoniyanı konstitusiyadakı adı ilə tanıyan və Skopyeyə səfirini göndərən ilk dövlət Türkiyədir [17]. Türkiyə Cümhuriyyəti Makedoniya Respublikasının ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin dəyişməzliyini həmin vaxtdan qəbul edir və qətiyyətlə müdafiə edir. Türkiyə ilə Makedoniya arasında XXI əsrin əvvəllərində bir çox əməkdaşlıq müqavilələri imzalanaraq qısa müddət də qüvvəyə minmişdi [4, 209]. 2001-ci ildə baş verən Makedoniya böhranına da bir NATO ölkəsi kimi öz töhfəsini verən Türkiyə Cümhuriyyəti Skopye ilə olan diplomatik əlaqələrinin pozulmaması üçün ehtiyatlı siyasi xətt götürmüşdür. Məlum böhrandan Skopye rəhbərliyin daxili işlərinə müdaxilə vasitəsi kimi istifadə etməmişdir. Bu cür mövqe Makedoniya prezidenti Trajkovski tərəfindən minnətdarlıqla qarşılan-mış və Ankaranın mövqeyi təqdir edilmişdi [12]. Hər nə qədər Türkiyə Cümhuriyyəti Makedoniya böhranında sülhsevər, ardıcıl və uzlaşdırıcı bir mövqe nümayiş etdirsə də, əslində ölkə daxilində baş verən ağır iqtisadi böhran Ankara rəhbərliyi-nin Makedoniyada cərəyan edən hadisələrə müdaxilə etməsinə mane olmuşdur. Türkiyə regional təhlükəsizlik və sabitliyi təmin edən Ohrid Çərçivə Sazişinin im-zalanmasını dəstəkləmiş və Makedoniyadakı türk azlığının hüquqları ilə bağlı o qə-dər də tələb irəli sürməmişdir. Hətta Ankaranın bu mövqeyi makedoniyalı türklərin ruh düşkünlüyünə səbəb olmuş, bəzi makedoniyalı türklər də Ankara hökümətini makedon tərəfdarı olmaqda günahlandırmışdı [11, 36].
Əslində isə Türkiyə Cümhuriyyətinin Makedoniya ilə bağlı ehtiyatlı siyasi bir kurs götürməsi bu dövlətin də Bosniya və Hersoqovina ilə bənzər problemlərindən qaynaqlanır. Hər iki dövlətin NATO və AB-yə daxil olması istiqamətində xarici amil böyük rol oynayır. Əgər Bosniya və Hersoqovinanın hər iki ittifaqa daxil olması istiqamətində ən böyük maneə kimi Serbiya və RF ilə münasibətlər həlledici rol oynayırsa, Makedoniya üçün də xüsusilə Yunanıstan nümayiş etdirdiyi mövqe həlledici rola malikdir. Bu baxımdan Makedoniyanın NATO-ya üzvlüyü daha çətin görünür. Hər nə qədər də Makedoniya ittifaqa üzv olmaq istiqamətində Türkiyə və ABŞ kimi NATO-nun dəstəyini alırsa, Yunanıstanın ölkənin adlanması ilə bağlı tələb olaraq qoyduğu “ad vetosu” bu üzvlüyün reallaşması müddətini daha da uzadır. Eynilə Makedoniyanın XİN-i Nikola Poposkinin NATO-nun keçmiş baş katibi Rasmussenlə görüşdə bəyan etdiyi kimi “Makedoniya artıq 13 ildir NATO-nun qa-pısında gözləyir, bu uzun bir müddətdir və NATO üzvləri ilə bir masa arxasında Makedoniyaya da yer verilməsinə ehtiyac duyulur” [7].
Bütövlükdə tədqiqatın gedişində belə bir qənaətə gəlmək olar ki, NATO-nun Balkanların qərbində yeni genişlənmə dalğasının gedişatı Türkiyə Cümhuriyyətinin də maraqlarına cavab verir. Çünki Balkanların qərbindəki dövlətlərin NATO-ya üzv qəbul edilməsi nəinki ittifaq daxilində, hətta bu regionda Türkiyənin mövqe-yinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

 


ƏDƏBİYYAT
1. Bilge Kral Aliya İzzetbegoviç'in Davutoğlu öngörüsü/www.yeniakit.com.tr/ haber/bilge-kral-aliya-izzetbegovicin-davutoglu-ongorusu-27660.html
2. Bosna Hersek'in AB ve NATO yolu/www.bosnahersek.ba/bosna-hersekin-ab-ve-nato-yolu/
3. "Bosna'nın NATO'ya Üyeliği İçin En Çok Desteği Türkiye'den Alıyoruz" /www.haberler.com/bosna-nin-nato-ya-uyeligi-icin-en-cok-destegi-4413695-haberi/
4. Çağ G. Dağılan Yugoslavya’nın Ardından Makedonya ve Türkiye // Çankırı Karatekin Üniversitesi Uluslararası Avrasya Strateji dergisi, 2012, sayı 1(1), ss. 197-216.
5. Ekinci M.U. Bosna-Hersek siyasetini anlama kılavuzu. İstanbul: SETA, 2014,
130 s.
6. NATO məlumat kitabı. Bakı, 2009, 388 s.
7. NATO'dan Makedonya'ya Destek/www.yenibalkan.com/gundem/natodan-ma kedonyaya-destek-h498.html
8. NATO'nun yeni üyesi Karadağ/www.dw.com/tr/natonun-yeni-üyesi-karadağ/a -19269358
9. NATO'nun yeni üyesi o ülke oldu. “Hürriyet” gaz., İstanbul, 2016, 19 Mayıs.
10. ‘NATO’ya Katılım Bosna'nın Elinde’/www.zambak.ba/8216-nato8217-ya-kati lim-bosnanin-elinde8217--1303h.htm
11. Özlem K. Soğuk savaş sonrası dönemde ABD’nin ve Türkiye’nin Balkanlar politikalarının Bosna-Hersek, Kosova ve Makedonya krizleri örneğinde incelen-mesi//Balkan Araştırma Enstitüsü dergisi, 2012, № 1, s. 23-39
12. Sezer Makedonya Cumhurbaşkanı ile Görüştü.“Hürriyet” gaz., İstanbul, 2001, 21 Mart.
13. Soğuk Savaş Sonrasında Bosna-Hersek Krizi ve Türkiye-Bosna Hersek İlişki-leri/politikaakademisi.org/2012/11/26/soguk-savas-sonrasinda-bosna-hersek-kri zi-ve-turkiye-bosna-hersek-iliskileri/
14. Şimşek A. Makedonya’nın Nato Üyeliğinin Türkiye ve ABD Desteği Kapsa-mında Tartışılması // Barış Araştırmaları ve Çatışma Çözümleri Dergisi, 2014, cilt 2, sayı 1, ss. 26-36
15. TBMM. Yasama dönemi: 26. Yasama yılı: 1. Sıra sayısı: 407. Karadağın Ku-
zey Atlantik Antlaşmasına Katılımına İlişkin Protokolün Onaylanmasının Uy-gun Bulunduğuna Dair Kanun Tasarısı (1/742) ve Dışişleri Komisyonu Raporu. Ankara: TBMM Basımevi, 2016, 11 s.
16. Türkiye-Karadağ Siyasi İlişkileri/www.mfa.gov.tr/turkiye-karadag-siyasi-ilisk ileri.tr.mfa
17. Türkiye-Makedonya İlişkileri/www.mfa.gov.tr/turkiye-makedonya-cumhuriye ti-siyasi-iliskileri-.tr.mfa
18. Генсеком НАТО назначен бывший премьер Норвегии Йенс Столтенберг/
tass.ru/mezhdunarodnaya-panorama/1082212
19. Глазова А. В. Политика Турции на Западных Балканах//Научный журнал проблемы национальной стратегии, 2013, № 2 (17), с. 22-34
20. Райнхардт Р.О. Россия и страны Западных Балкан: экономическое изме-рение сотрудничества // Журнал Российский внешнеэкономический вест-ник, 2016, № 11, с. 119-121
21. Interview with Jens Stoltenberg: NATO-Russia Relations & Regional Insta-bility //Turkish Policy Quartery journal, 2015, volume 14, № 3, fall, pp.17-21

Açar sözlər: Türkiyə, NATO, ABŞ, RF, Balkan, Qaradağ, Bosniya və Herseqovina, Makedoniya, genişlənmə.

Ключевые слова: Турция, НАТО, США, Россия, Балканы, Черногория, Босния и Герцеговина, Македония, расширения.

Key words: Turkey, NATO, USA, Russia, the Balkans, Montenegro, Bosnia and Herzegovina, Macedonia, enlargement.

RESUME
The establishment of closer military and political relations between Turkey and the Western Balkans in the future could change the balance of forces in the region. If earlier, Turkey located on the southern flank of NATO, was forced to focus on ensuring an equilibrium situation with Greece, but now he has the opportunity to attract to their side the Balkan countries and the Allies develop a common position with them in the framework of the North Atlantic Alliance.

РЕЗЮМЕ
Установление более тесных военно-политических связей Турции с госу-дарствами Западных Балкан в будущем может изменить баланс сил в реги-оне. Если раньше турецкое государство, находящееся на южном фланге НАТО, было вынуждено уделять основное внимание обеспечению равновес-ного положения с Грецией, то теперь у него появляется возможность привле-кать на свою сторону Балканские страны-союзники и вырабатывать в рамках Североатлантического альянса общую с ними позицию.

 

"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017

Hüseyn Hüseynli , Bakı Dövlət Universiteti



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM