Avropa İttifaqi çərçivəsində inteqrasiya proseslərinin həyata keçirilməsinin əsas mərhələləri

10:10 / 04.04.2017

Ən çox inkişafı Avropada olmuş və tədricən, mərhələ-mərhələ baş vermiş inteqrasiya proseslərinin tədqiqi, bu proses zamanı qanunauyğunluqların müəyyən edilməsi, və bununla yanaşı həm regional, həmçinin universal səviyyədə müxtəlif inteqrasiya proseslərində Azərbaycan Respublikasının mümkün iştirakının optimal modelinin hazırlanması və tərtib edilməsi məqsədilə Azərbaycan ictimai elmi üçün böyük maraq kəsb edir. Yaxşı bəllidir ki, müxtəlif inteqrasiya proseslərində iştirak etmə ayrı-ayrı ölkələrin dövlət sərhədləri hüdudlarından kənara çıxan iqtisadi (maliyyə, valyuta,kredit, hesablaşma və s.) və siyasi proseslərə müəyyən dərəcədə təsiretmə imkanı verir. Bu səbəbdən hazırki məqalənin əsas məqsədi dünyada ən uğurlu inteqrasiya birliyi olan Avropa İttifaqı (Aİ) çərçivəsində inteqrasiya proseslərinin inkişafının əsas mərhələlərinin tədqiq edilməsidir.
Öz fəaliyyət dövründə Aİ bütün Avropa məkanında ən güclü inteqrasiya birliyinə çevrilmişdir və bu günə 28 Avropa ölkəsinin siyasi və iqtisadi birliyi kimi çıxış edir. Ümumi əhalisi 510 mln. insan olan (bu isə dünya əhalisinin 7,3% təşkil edir), Beynəlxalq Valyuta Fondunun məlumatına görə, vahid bütöv kimi baxılan Aİ-nın payı 2016-cı ildə nominal əhəmiyyətinə görə dünya ümumi daxili məhsulu (ÜDM) üzrə 22,2 % (16,477 trln. ABŞ $), alıcıliq qabiliyyəti pariteti (AQP) üzrə isə 16,9 % təşkil etmişdir. Beləliklə, Aİ iqtisadiyyatı nominal əhəmiyyətinə görə dünyada birinci və digər göstərici - AQP üzrə ÜDM həcminə görə ikinci yeri tutur. II Dünya Müharibəsindən sonra gələcəkdə Avropa qitəsində müharibələrin yenidən başlanması imkanının istisna edilməsi və möhkəm sülhün təmin edilməsi, həmçinin Qərbi Avropa ölkələrinin çoxunun dağıdılmış iqtisadiyyatının bərpa edilməsi zərurəti müxtəlif sahələrdə Avropa ölkələrinin inteqrasiyası üzrə səylərin birləşdirilməsi də daxil olmaqla, bir sıra tədbirlərin görülməsini tələb edirdi.
Avropanın inteqrasiyası prosesinin başlanmasında 9 may 1950-ci ildə Fransa hökuməti adından Fransa xarici işlər naziri Robert Şuman tərəfindən irəli sürülmüş “Şuman Bəyannaməsi” adlanan sənədi birinci atılmış addımlardan biri kimi qiymətləndirmək olar. Bu sənəd bu ölkələrdə iqtisadiyyatın əsasını təşkil edən Fransanın və Qərbi Almaniyanın daş kömürü, dəmir filizi və metallurgiya sənayesinin birləşdirilməsini nəzərdə tuturdu. Belə ki, R. Şuman öz çıxışında qeyd etmişdir ki: “Avropa xalqlarının birləşməsi Fransa və Almaniyanın əsrlik qarşıdurmasının ləğv edilməsini tələb edir... Kömür və metallurgiya sənayesində yaradılmış həmrəylik, beləliklə, Fransa və Almaniya arasında hər çür müharibənin baş verməsini nəinki ağlabat olmasını, hec maddı cəhətdən mümkün olmamasını bildirəcəkdir”. [9, s. 4] Bu planın həyata keçirilməsi üçün 6 Avropa ölkəsi – Fransa, Almaniya, İtaliya, Hollandiya, Belgiya və Lüksemburq 18 aprel 1951-ci ildə Fransanın paytaxtı Parisdə Avropa Kömür və Polad Birliyininin təsis edilməsi haqqında müqavilə imzaladılar (AKPB, ingiliscə, ECSC - European Coal and Steel Community). [11] Əsas fikir Fransa-Almaniya kömür və metallurgiya məhsulunun birləşdirilməsindən ibarət idir. İqtisadi nöqteyi nəzərdən bu iki xammal bu ölkələrin sənaye və energetikasının əsasını təşkil edirdi. AKPB müqaviləsi 23 iyul 1952-ci ildən qüvvəyə minmiş və müqavilə müddəti bitdikdən sonra (50 il) 23 iyul 2002-ci ildə bu təşkilatın fəaliyyətinə son qoyulmuşdur. AKPB müqaviləsi iştirakçı dövlətlərin iqtisadi, siyasi və hüquqi əməkdaşlıq sahələrini əhatə edirdi. Q.Qorniq və O. Vitviskaya qeyd edirdilər ki, AKPB iqtisadiyyatın köməyi ilə Avropa inteqrasiyasının həyata keçirilməsi cəhdi idi. Və bunun ardınca siyasi inteqrasiyanın baş verəcəyinə ümid edilirdi. [5, s. 22] İqtisadi sahədə ümumi tənzimlənən kömür və polad bazarının yaradılması nəzərdə tutulurdu. Bundan əlavə bu müqavilədə normal rəqabətin mühafizəsi, rəqabət şəraitində müdaxilədən müdafiə, əmək haqqı və işçi qüvvəsinin hərəkəti, nəqliyyat və həmçinin birgə ticarət siyasətinin həyata keçirilməsi üzrə tədbirlər də müəyyən edilirdi. Siyasət sahəsində isə hakimiyyət səlahiyyətlərinə malik olan ümumi institusional orqanların yaradılması nəzərdə tutulurdu. AKPB vacib xüsusiyyətlərindən biri də dövlətüstü institusional mexanizmin təsis edilməsi idi. Belə ki, AKPB orqanları həm iştirakçı dövlətlər üçün, həmdə bu dövlətlərin fiziki və hüquqi şəxsləri üçün məcburi xarakter daşıyan normativ və fərdi aktların qəbul edilməsi üzrə səlahiyyətlərə malik idilər. Məsələn, Ali rəhbəredici orqan qərarlar qəbul etmək, tövsiyələr və ya müvafiq rəylər vermək səlahiyyətinə malik idi.
AKPB-nə üzv olan ölkələrin iqtisadiyyatının digər sahələrini əhatə edən inteqrasiya proseslərinin inkişafının sonrakı mərhələsi Avropa İqtisadi Birliyinin (AİB, ingiliscə EEC - European Economic Community), və Nüvə Enerjisi üzrə Avropa Birliyinin (NEAB, ingiliscə Euratom — European Atomic Energy Community) təsis edilməsi ilə bağlıdır. Bu təşkilatlar 25 mart 1957-ci ildə Romada iki müxtəlif müqavilənin bağlanması yolu ilə yaradılmışdır. İqtisadi sahədə AİB-nın yaradılması təkcə iqtisadiyyatın ayrı-ayrı sektorları ilə məhdudlaşmayan və AKPB-ya aid olmayan xalq təsərrüfatının digər sahələrini də əhatə edə bilən ümumi bazarın formalaşması üçün nəzərdə tutulmuşdur. Belə ki, AİB-nin səlahiyyət dairəsinə iştirakçı dövlətlər arasında hər cür gömrük rüsumların, həmçinin ixracat və idxalat nomenklaturasına aid məhdudiyyətlərin aradan qaldırılması kimi məsələlərin daxil edilməsi nəzərdə tutulmuşdur. AİB-nin səlahiyyət dairəsinə həmçinin üçüncü dövlətlərə dair ümumi gömrük tarifinin qəbul edilməsi və ümumi ticarət siyasətinin aparılması və həmdə kənd təsərrüfatı və nəqliyyət sahəsində ümumi siyasətin həyata keçirilməsinə dair məsələlər də aid edilmişdir. Bundan əlavə, ümumi bazar çərçivəsində rəqabəti təhriflərdən qoruyan effektiv sistemin yaradılması, iştirakçı dövlətlərin iqtisadi siyasətinin razılaşdırılması və s. tətbiqi və həmçinin şəxslərin, xidmətlərin və sərmayələrin azad hərəkət etməsi istiqamətində hər bir maneələrin aradan qaldırılması nəzərdə tutulurdu. Siyasi sahədə həmdə AİB-nin institusional mexanizminin fundamenti kimi AKPB-nin institusional mexanizminin əsasına qoyulmuş rəhbəredici prinsiplər çıxış edirdi. Bununla yanaşı, AİB-nin əsas orqanı kimi Sura müəyyən edilmişdir. Şura üzv dövlətlərin ümumi iqtisadi siyasətinin həyata keçirilməsi üzrə koordinasiyanın aparılmasını təmin edirdi və məcburi xarakter daşıyan qərarların qəbul edilməsi hüququna malik idi. Həm də Şura özü tərəfindən qəbul edilmiş aktlarda əksini tapan normaların həyata keçirilməsi üzrə səlahiyyətlərin icra funksiyasını həyata keçirən AİB-nın digər institusional orqanı olan Avropa Komissiyasına vermək hüququna malik idi. Lakin qeyd etmək lazımdır ki, Birliyin Assambleya və Məhkəmə kimi digər institusional orqanlarına aid prinsipial xarakter daşıyan xüsusi dəyişikliklər baş verməmişdir.
Bununla yanaşı, ümumi bazarın fəaliyyəti üçün zərurətdən irəli gələn dərəcədə üzv dövlətlərin qanunvericiliyin bir-birinə yaxınlaşdırılması nəzərdə tutulmuşdur. Həm AİB, həm də AKPB özlərinin əsas institusional orqanları tərəfindən dövlətüstü hüquq yaradıcılığının həyata keçirilməsini nəzərdə tutan səlahiyyətlər əldə etmişlər. Bu normativ hüquqi aktların qəbul edilməsi, presedent xarakteri daşıyan məhkəmə qərarlarının çıxarılması, və həmçinin digər ölkələrlə və beynəlxalq təşkilatlarla müqavilələrin bağlanması yolu ilə həyata keçirilirdi.
NEAB-ın təsis edilməsi nüvə sənayesinin yaranması və sonrakı artımı məqsədilə bütün zəruri şərtlərin yaradılmasına yönəldilmişdir. Bu məsələnin həlli üçün elmi-tədqiqat işinin inkişafı və texniki biliklərin yayılması, bütün əhalinin sağlamlığının qorunması üçün vahid təhlükəsizlik normalarının tərtib edilməsi və onların üzərində nəzarətin həyata keçirilməsi, investisiya rejiminin sadələşdirilməsi, AİB-də nüvə energetikasının inkişafı üçün zəruri olan sahələrdə fundamental tədqiqatların həyata keçirilməsi üçün qurğuların yaradılması və s. üzrə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Bütövlükdə hər iki Birliyin institusional orqanlarının statusu və bu orqanlar tərəfindən normativ aktların qəbul edilməsi qaydası oxşar xarakter daşıyır. Bununla yanaşı, tamamilə aydındır ki, NEAB AİB-dən fərqli olaraq, sektoral xarakter daşıyır və nüvə sənayesinin inkişafına yönəlib. Bu isə NEAB AKPB ilə yaxınlaşdırır. NEAB həmçinin beynəlxalq hüquq qabiliyyətlidir. [8]
Beləliklə, bir-birindən fərqli olan üç Birlik - AKPB, AİB və NEAB yaradılmışdır. Qeyd etmək lazımdır ki, bu Birlikləri birləşdirən amillər mövcüd idi.
Birincisi, bütün bu Birliklərin üzvləri eyni dövlətlər idi.
İkincisi, bu Birliklər qarşılarına mahiyyətçə oxşar məqsədlər qoyulmuşdur.
Üçüncüsü, bu Birliklərin institusional mexanizmi və qurulma prinsipləri praktiki olaraq eynidir.
Dördüncüsü, praktikada AİB və NEAB öz fəaliyyətinə başladıqdan sonra onların nümayəndəlik və məhkəmə orqanları mövcüd olan hər üç Birliyə aid institusional orqanlar kimi fəaliyyət göstərməyə başladılar.
Beləliklə, bu Birliklərin əsas orqanlarının birləşdirilməsi və vahid institusional mexanizmin və həmçinin Birliyin ümumi institusional strukturunun yaradılması təbii addım idi. İnteqrasiya proseslərinin inkişafında növbəti və məntiqi addım Avropa Birliklərinin vahid Şurasının və vahid Komissiyasının yaradılması idi. Bu məqsədlə 8 aprel 1965-ci ildə Brüsseldə “Avropa Birliklərinin vahid Şurasının və vahid Komissiyasının təsis edilməsi haqqında” saziş imzalanmışdır. AKPB, AİB və NEAB orqanları öz strukturuna görə bir təşkilat vahidində birləşdirilmişdir. [10] Bir vahid Şura və bir vahid Komissiya yaradılmışdır. Həmçinin Birliyin vahid büdcə institutu da qəbul olunmuşdur. Faktiki olaraq Birliklərin formalaşması prosesi yekunlaşmışdır.
Avropa Birliklərinin tədricən inkişaf prosesinin özü və müasir Aİ formasının əldə edilməsi ona dövlətüstü səviyyədə idarəetmə ilə bağlı həm tədricən daha çox funksiyaların verilməsi, həm də bu inteqrasiya birliyinə üzv dövlətlərin sayının artırılması yolu ilə baş verirdi. Həm də Birliklərin genişlənməsi də qeyd olunmalıdır. Bunu ilk növbədə inteqrasiyanın uğurlu nətəcələri ilə bağlamaq lazımdır. [3, s. 345] Məsələn, 1 yanvar 1973-cü ildən Danimarka, İrlandiya və Böyük Britaniya bu Birliklərə qoşuldu. 1 yanvar 1981-ci ildə Avropa Birliklərinə Yunanıstan, 1 yanvar 1986-cı ildə isə İspaniya və Portuqaliya qəbul edilmişdir.
İqtisadi sahədə Avropa Birliklərində keyfiyyətcə yeni səviyyədə inteqrasiya proseslərinin sonrakı inkişafı vahid daxili bazarın yaradılması prosesinin yekunlaşdırılmasını və həmdə perspektivdə vahid Avropa valyutasının dövriyyəyə buraxılması ilə vahid valyuta bazarının formalaşması üçün şərtlərin yaradılmasını tələb edirdi. Bu səbəbdən Avropa Birliklərinin təsis sənədlərində müvafiq dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Avropa Birliklərinin üzv dövlətləri Haaqada Vahid Avropa Aktını imzaladı. Bu sənəd Birliklərin təsis sənədlərinə bir sıra mühüm düzəlişlər etdi və Birliyin Vahid Bazar Proqramını (VBP) tənzimlədi. VAA-da qeyd edilirdi ki, VBP-nın həyata keçirilməsi Birliklərin məqsədidir və, bununla yanaşı, onun son müddəti kimi 31 dekabr 1992-ci il göstərilmişdir. Yəni gözlənilirdi ki Birliklərdə vahid daxili bazarın qurulması üçün üzv dövlətlərdə bu müddətə bütün lazımi islahatlar yekunlaşacaq. Bununla yanaşı, nəzərdə tutulmuşdur ki daxili bazar, mahiyyətcə, sərhədləri olmayan məkan olmalıdır. Və bu məkanda hər cür malların, şəxslərin, xidmətlərin və sərmayələrin azad hərəkət etməsi üçün şərtlər yaradılmalıdır. Belə ki, Avropa Şurası tərəfindən, o cümlədən işçi qüvvəsinin və həmçinin əmtəə və xidmətlərlə mübadiləyə dair hər çür maneələrin aradan qaldırılmasına yönəlmiş aktların qəbul edilməsi ilə bağlı məsələlər üzrə qərarların qəbul edilməsi proseduru sadələşdirilmişdir.
Birliyin institusional orqanları sisteminə də müəyyən dəyişikliklər edilmişdir. Belə ki, Avropa Şurası, müstəqil struktur kimi, Birliyin institusional mexanizminin bir hissəsi kimi tanınmışdır. Bununla yanaşı, Birliklərin Assambleyası ləğv edildi və onun yerinə yeni səlahiyyətlər verilmiş Avropa Parlamenti yaradıldı. Bundan əlavə Birliklərin üzv dövlətlərinin xarici siyasət məsələləri üzrə siyasi əməkdaşlıq mexanizmi də dəyişdirilmişdir.
Qeyd etmək lazımdır ki, universal səlahiyyətə malik olan inteqrasiya Birliyinin yaradılması ideyası müxtəlif konfrans və sammitlərdə irəli sürülmüşdür. Məsələn, 1972-ci ilin iyununda Avropa Birliklərinə üzv ölkələrin dövlət (hökumət) başçılarının Paris görüşünün yekun bəyannaməsini göstərmək olar. Bu sənəddə üzv ölkələr arasında münasibətlərin bütün kompleksini Avropa İttifaqına çevirmək qərarı haqqında deyilir. Daha sonra 1976-cı ildə, Avropa Şurasının tapşırığı üzrə
Belgiyanın baş naziri L. Tindemans tərəfindən bütün sahələrdə inteqrasiya proseslərin idarə edilməsinə dair vahid mexanizmin yaradılması məqsədilə Avropa Birlikləri institutlarının yenidən qurulması proqramının layihəsi irəli sürülmüşdür (L. Tindemans məruzəsi). Bu layihənin yekun məqsədi Avropa Birliyinin Aİ-na çevrilməsi idi. Xarici siyasət sahəsində öz hərəkətlərinin əlaqələndirilməsi üçün Birlik dövlətləri tərəfindən vaxtaşarı siyasi məsləhətləşmələrin aparılmasının təşkil edilməsi zərurəti haqqında təklif irəli sürülmüşdür. Lakin L. Tindemansın məruzəsi qəbul edilmədi. AFR və İtaliyanın xarici işlər nazirləri H. Henşer və E. Kolombo Avropa Birlikləri əsasında vahid Aİ-nın yaradılmasına dair yeni birgə təşəbbüs ilə çıxış etdilər. Onlar 1981-ci ilin noyabr ayında yeni sənəd layihəsi təqdim etmişlər. Bu layihənin əsasında 19 iyun 1983-cü ildə Birliklər Avropa İttifaqı haqqında “Təntənəli bəyannamə” adlandırılan sənədi qəbul etdilər. Bundan əlavə 5 il müddətində Birliklərin İttifaqa çevrilməsi haqqında müqavilə layihəsinin hazırlanması qərarı da verilmişdir. Aİ-nın yaranması haqqında formal saziş isə 7 fevral 1992-ci ildə Maastrixt (Hollandiya) şəhərində imzalanmış və 1 noyabr 1993-cü ildən qüvvəyə minmişdir. [12] Elmi ədəbiyyatda ədalətli olaraq qeyd edilir ki, Maastrixt sazişinin qüvvəyə minməsi iqtisadi əsasla yanaşı, Aİ-nın siyasi qurum kimi fəaliyyət göstərməsinin də əsasını yaratdı. [1, s. 366] Onu da xüsusi vurğulamaq lazımdır ki, Maastrixt sazişinin vacib əhəmiyyətindən biri də yeni institusional orqanın yaradılmasıdır. Aİ üzv dövlətlər tərəfindən AİB əsasında Aİ təsis edilirdi. Bundan əlavə onun səlahiyyətlərinə siyasət sahəsi və əməkdaşlığın yeni formaları da əlavə edilirdi. Aİ-nın yaradılması haqqında saziş bu Birliyin təsisedici aktlarının birinə çevrildi. Bütövlükdə 1957-ci il tarixli Roma sazişləri və 1992-ci il tarixli Maastrixt müqaviləsi Aİ-nın fəaliyyət göstərməsinin əsaslarını təşkil edir. Bununla yanaşı, Maastrixt müqaviləsi Avropada inteqrasiya proseslərinin dərinləşdirilməsi üçün baza yaratdı. Aİ-nın əsas məqsədləri kimi heç bir daxili sərhədləri olmayan məkan kimi çıxış edən ümumi bazarın formalaşdırılması yolu ilə iqtisadi və sosial tərəqqiyə kömək edilməsi, və, son nəticədə, vahid Avropa valyutasının dövriyyəyə buraxılması ilə iqtisadi və valyuta ittifaqını yaradılması, Birliyin əldə edilmiş səviyyəsinin saxlanılması (acquis communautaire) müəyyən edilmişdir. Bu isə əvvəlini Avropa Birliklərinin yaradılması ilə qoyulmuş Avropa inteqrasiyasının həyata keçirilməsinin yeni, daha yüksək səviyyəyə keçməsi zərurəti demək idi. Bundan əlavə Aİ-nın institusional orqanlarının işinin təkmilləşdirilməsinə və yaradılan vahid mexanizmin fəaliyyət göstərməsi səmərəliyinin yüksəldilməsinə yönəlmiş tədbirlərin görülməsi nəzərdə tutulurdu. Vacib məqsədlərdən biri də iqtisadi və valyuta ittifaqının hüquqi bazasının yaradılması idi.
Beləliklə belə bir nəticəyə gəlmək olar ki, Aİ-nın təsis edilməsi Birlik hüdudlarında inteqrasiyanın gücləndirilməsi,vahid Avropa valyutasının dövriyyəyə buraxılmasını nəzərdə tutan üzv dövlətlərin iqtisadi və valyuta ittifaqının yaradılması və bu proseslərin Aİ-nın dövlətüstü orqanlarının idarəçiliyi altında olması üçün əsas yaradır. Bununla yanaşı, Aİ-da “bu iqtisadi həmrəyliyi eyni zamanda, siyasi inteqrasiyaya da yol açırdı”. [2, s. 44]
Ai-nın daha sonrakı formalaşması mərhələsi Maastrixt müqaviləsi ilə nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi ilə bağlıdır. Belə ki, 2 oktyabr 1997-ci ildə Amsterdam müqaviləsi imzalanmışdır. Bu sazişə əsasən Ai-nın səlahiyyətləri genişləndirilmişdir. Məsələn, viza və immiqrasiya siyasətinin aparılması Aİ-nın səlahiyyətinə aid edilmişdir. Sosial-iqtisadi sahədə Aİ-nın vacib nailiyyətlərinə Avropa məşğulluq siyasətini aid etmək olar. Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyinə üzv dövlətlərinin çoxu məşğulluq sahəsində öz suverenitetinin bir hissəsinin Avropa Birliyinə verilməsinə razılıq vermədi. Bu səbəbdən məşğulluq sahəsində siyasətə dair Aİ bu sahədə yanlız üzv dövlətlərin milli siyasətini əlaqələndirirdi. Bununla yanaşı Aİ-nın institusional islahatı prosesinin davam edilməsini də vurğulamaq olar. Belə ki, Avropa Parlamentinin səlahiyyətləri genişləndirilmiş, Şura, Komissiya və Avropa Parlamenti tərəfindən qərarların birgə qəbul edilməsi prosedurları təkmilləşdirilmişdir. Əlavə edilmiş xüsusi Protokol ilə Amsterdam müqaviləsi Şenqen sazişi (Schengen acquis) hüququnu və onun əsasında qəbul edilmiş normativ aktları Aİ-nın təsis sənədlərinə inkorporasiya etdi.
Qeyd etmək lazımdır ki, Aİ-nın genişlənməsi bu qurumum səmərəli fəaliyyət göstərməsi problemini ortaya qoydu. Belə ki, Avstriya, Finlandiya və İşveç bu quruma 1 yanvar 1995-ci ildən üzv olduqdan sonra Aİ-nın üzvlərinin ümumi sayı 15 dövlətə çatdı. Bundan əlavə, bu quruma bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrinin daxil olunması gözlənilirdi. Bununla bağlı Aİ ölkələri başçılarının 2000-ci ilin fevral ayında keçirilmiş konfransında Aİ-nın təsis sənədlərinə müvafiq dəyişikliklərin edilməsi zərurəti haqqında razılaşma əldə edilmişdir. Belə dəyişikliklər 26 fevral 2001-ci ildə bağlanmış Nitsa sazişi ilə edildi. Bu müqavilənin əsas məqsədlərindən biri Aİ-nın institusional orqanlarının yeni ittifaqda fəaliyyət göstərməsinə hazır olması prosesini yekunlaşdırmaq idi. O cümlədən Aİ-nın institusional orqanlarının səlahiyyətləri genişləndirilmişdir. Məsələn, Şura tərəfindən müəyyənləşdirilmiş çoxluq əsasında həll edilən məsələlərin sayı artmışdır (bundan əvvəl yekdillik prinsipi qüvvədə idi). Bu dəyişikliyin edilməsi məqsədəmüvafiq idi. Çünki Aİ-na gözlənilən üzv dövlətlərin kəskin artmasından sonra hər bir dövlətin veto hüququna malik olması Aİ-nın fəaliyyət göstərməsini mürəkkəbləşdirə bilərdi. Bundan əlavə Avropa Parlamentinin səlahiyyətləri və tərkibi genişləndirilmiş, Avropa Komissiyasının rolu isə gücləndirilmişdir. Aİ-nın məhkəmə sistemi də dəyişdirilmişdir. Belə ki, 2001-ci ildə Məhkəmənin statusu haqqında Protokol qəbul olunmuşdur. Bu sənəddə həm Məhkəmə üzvlərinin və həmdə Avropa Birliyinin birinci instansiya Tribunalının statusu, və bununla yanaşı bu orqanların daxili strukturu və iş proseduru müəyyən edilmişdir. [7]
Aİ çərçivəsində inteqrasiya proseslərinin sonrakı inkişafı bu quruma Çexiyanın, Macarıstanın, Polşanın, Slovakiyanın Sloveniyanın, Estoniyanın, Latviyanın, Litvanın, Kiprin və Maltanın qoşulması ilə bağlıdır. Üzv ölkələrin çoxalması inteqrasiya proseslərinin dərinləşdirilməsinə yönəlmiş tədbirləri mürəkkəbləşdirirdi və Aİ-nın institusional mexanizminin fəaliyyətini çətinləşdirirdi.
Bütün bu amillər Aİ-nın fəaliyyətinin tənzimlənməsinə dair konstitusiya xarakterli vahid bir sənədin yazırlanmasını tələb edirdi. Nəticədə 29 noyabr 2004-cü ildə Romada “Avropa üçün Konstitusiyanı müəyyən edən Saziş” imzalanmışdır. Lakin bu sənəd bir sıra səbəbdən Fransada və Hollandiyada qəbul olunmadı. Bu səbəblərin arasında Fransa və Hollandiya vətəndaşlarının Aİ-nın Şərqə doğru genişlənməsinin istəməməsini, cinayətkarlığın və işsizliyin artmasından ehtiyatlanmasını və s. göstərmək olar. Postdam Universitetinin professoru E.Klayn qeyd edir ki, Aİ Konstitusiya müqaviləsi Aİ-nın siyasi istiqaməti məsələsi kimi məsələlərə inandırıcı cavablar vermirdi. Onun fikrincə təcili tərtib edilməsi və dəqiqləşdirilməsini tələb edən konsepsiyalar etatizmin (“Avropa federativ dövləti” tipli) köhnə nümunələrinə istiqamət götürməməlidir. Çünki bu halda üzv dövlətlərin federasiya quruluşlu zəifləmiş Avropa dövləti ilə əvəzlənməsi yanlız ali səviyyədə milli-dövləti problemlərin təkrar yaranmasına gətirəcək. [6, s. 491-492] Bütün bunlara görə Aİ-nın vahid bir dövlətə tədricən çevrilməsi qorxusunu yaradan müddəalardan imtina etmək, həm Aİ orqanlarının institusional sistemini, həmçinin onların prinsiplərini və iş qaydasını ciddi şəkildə sadələşdirmək və, bununla yanaşı, onların fəaliyyətini daha da aydın və şəffaf etmək qərarına gəlinmişdir.
Beləliklə, Aİ-nın fəaliyyət prosesinin yaxşılaşdırılması məqsədilə 19 dekabr 2007-ci ildə “Avropa İttifaqı haqqında Müqaviləni və Avropa Birliklərinin təsis edilməsi haqqında Müqaviləni dəyişdirən Lissabon Müqaviləsi” bağlanmışdır. Bu vaxta qədər isə Aİ-na 6-cı 2007-ci ildə Bolqarıstan və Rumıniyanın qəbul edildi. Lissabon müqaviləsi Aİ-nın quruluşunun ümumi prinsiplərini əks etdirir və onun əsaslarının, həmçinin onun orqanlarının institusional mexanizminin yenidən qurulmasını nəzərdə tutur. Avropa Birliyi öz fəaliyyətini dayandırır və Aİ onun varisi olur. Avropa İttifaqı haqqında Müqavilə (AİM), yəni 2007-ci il Lissabon müqaviləsi redaksiyasında Maastrixt müqaviləsi və Avropa İttifaqının fəaliyyəti haqqında Müqavilə (AİFM), yəni Lissabon müqaviləsi redaksiyasında 1957-ci il tarixli Roma müqaviləsi Aİ-nın təsisedici sənədlərinə çevrilir. Bununla yanaşı hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir və bir-birini tamamlayır. Aİ-nın bütün institutlarında əhəmiyyətli dərəcədə dəyişikliklər baş vermişdir. Belə ki, Avropa Şurası Aİ-nın tamdəyərli institutlarının birinə çevrilmişdir. Avropa Şurasının daimi sədri vəzifəsi təsis edilmişdir. O, öz səlahiyyətləri çərçivəsində, Aİ-nı xarici siyasətdə və həmçinin ümumi xarici siyasətinin və təhlükəsizlik siyasətinin həyata keçirilməsi məsələlərində təmsil edir. Onu da xüsusi qeyd etmək lazımdır ki Aİ-nın təhlükəsizlik məsələləri çoxaspektlidir və məsələn, Aİ-nın enerji təhlükəsizliyini də əhatə edir. [bax, 4, s. 295-303] Avropa Şurasının işində həmçinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Aİ-nın Ali nümayəndəsi iştirak edir. Əgər əvvəllər Avropa Şurasının sədri hər 6 aydan bir rotasiya qaydasında təyin edilirdisə, indi Avropa Şurası öz sədrini 2,5 il müddətinə kifayət edən səs çoxluğu ilə seçir və bu müddət yanlız bir dəfə yenilənə bilər. Əsasən Şura öz qərarlarını kifayət edən səs çoxluğu ilə qəbul edir və 1 noyabr 2014-cü ildən bu kifayət edən səs çoxluğu Şura üzvlərinin 55%-dan az olmamalıdır. Avropa Parlamenti qanunverici funksiyaların həyata keçirilməsi üzrə səlahiyyətlərə malikdir. Aİ-nın büdcəsi ilə bağlı funksiyaları isə Avropa Parlamenti Şura ilə birgə həyata keçirir. Avropa Parlamenti Avropa Komissiyasının sədrini seçmək səlahiyyətinə malik olur (əvvəllər Avropa Parlamenti yanlız üzv dövlətlər tərəfindən irəli sürülən namizədi bəyənirdi). Avropa Parlamentində 2014-cü ildə qüvvəyə minmiş yerlərin yeni bölüşdürülməsi sistemi qəbul edilmişdir. Bununla yanaşı, Avropa Parlamentində yerlər “azalan mütanasıblık” prinsipinə müvafiq olaraq bölüşdürülür: bir dövlətdən ən azı 6, ən çoxu isə 96 nəfər seçilir. Dəyişikliklər Aİ-nın əsas orqanlarından biri olan Avropa Komissiyasına da toxunmuşdur. Avropa Birlikləri Komissiyasının adı dəyişdirilərək Avropa Komissiyası (AK) olmuşdur. Bu orqan Aİ-nın ümumi maraqlarını qoruyur və bu məqsədlərin həyata keçirilməsi üçün müəyyən təşəbbüslərlə çıxış edir. Həmçinin AK Aİ-nın müqavilələrinin tətbiq edilməsi üzərində nəzarəti həyata keçirir. AK həmçinin Aİ-nın büdcəsini icra edir və Aİ-nın müvafiq proqramlarını idarə edir. Beləliklə, AK həm əlaqələndirici və icra və həmçinin idarəetmə funksiyalarını yerinə yetirir. AK ümumi xarici siyasət və təhlükəsizlik siyasəti istisna olmaqla Aİ-nı beynəlxalq arenada təmsil edir. AK-nın üzvləri bütün üzv ölkələr arasında bərabər rotasiya nəzərə alınmaqla seçilir. Bu isə həm demoqrafiya diapazonunu, və həmdə Aİ-na üzv dövlətlərin cografi regionlarını əks etdirməyə imkan verir.
Dəyişiklikər NEAB-a da toxunmuşdur. Nəzərə alınmışdır ki, NEAB bundan sonra Aİ-nın institutları tərəfindən idarə olunacaq. Onu da xüsusi vurğulamaq lazımdır ki, vahid hüquq sistemi - Aİ hüququ yaradılmışdır.
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki:
1. Öz formalaşma prosesində Aİ inteqrasiyanın bütün formalarını keçdi: azad ticarət zonası (üzv dövlətlər arasında ticarət məhdudiyyətləri, gömrük rüsumları ləğv edilir); gömrük ittifaqı (xarici ticarət məhdudiyyətlərinin ləğvi il vahid gömrük tarifi müəyyən edilir və üçüncü dövlətlərə aid vahid xarici ticarət siyasəti aparılır); ümumi bazar (dövlət sərhədlərin keçməsinin “dörd azadlığını”, yəni əmtəə, xidmətlər, sərmayə və işçi gücü nəzərdə tutur); iqtisadi və valyuta ittifaqı (azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar haqqında sazişlərə ümumi iqtisadi və valyuta siyasətinin aparılması haqqında sazişlərlər əlavə olunur, və bundan əlavə bu inteqrasiya birliyinin idarə olunması üçün dövlətüstü institutlar təsis edilir); siyasi ittifaq (razılaşdırılmış xarici siyasət aparılır).
2. Aİ-da inteqrasiya proseslərinin inkişafı səmərəli regional təsərrüfat mexanizminin formalaşmasına və dövlətlərarası tənzimlənməsi və unifikasiya olunmasına məruz qalan sahələrin genişlənməsinə gətirdi.
3. İqtisadi, valyuta və siyasi ittifaq olaraq, Aİ bu günə dünyada ən inkişaf etmiş inteqrasiya qurumudur.


Ədəbiyyat
Əliyev Ə.İ. İnsan hüquqları. Dərslik. Bakı, 2013, 506 s.
2. Qasımzadə R.S. Avropa İttifaqı və Azərbaycan: “Yeni Qonşuluq Siyasəti”, Bakı, “Adiloğlu” nəşriyyatı, 2011, 152 s.
3.Yusifzadə S. Avropa İttifaqı: ümumavropa məkanına doğru // Dirçəliş, 2008, № 122-123, s. 342 - 348
4. Abbasova Ü. Avropa İttifaqının enerji təhlükəsizliyi: reallıqlar və perspektivlər // Xəbərlər, tarix, fəlsəfə, hüquq, № 1, Bakı, “Elm”, 2011, s. 295 - 304
5. Горниг Г., Витвицкая O. Право Европейского союза / Г. Горниг, О. Витвицкая. СПб [и др.]: Питер, 2005, 256 с.
6. Международное право/Вольфганг Граф Витцум и др. пер. с нем. М.: Инфотропик Медиа, 2011, 992 с.
7. Arnull A. The European Union and its Court of Justice. - 2nd ed. Oxford University Press, 2006, 699 pp.
8. Consolidated version of the Treaty establishing the European Atomic Energy Community // OJ, C 327, 26.10.2012, p. 1–107
9. McDougall W.A. Political Economy versus National Sovereignty: French Structures for German Economic Integration after Versailles // The Journal of Modern History, Vol. 51, No. 1 (Mar., 1979), pp. 4-23
10. Merger Treaty// OJ, L 152, 13.7.1967, p. 2–17
11. Treaty Establishing the European Coal and Steel Community, 18 April 1951 // 261 U.N.T.S. 140.
12. Treaty on European Union (Treaty on Maastricht) //OJ, C 191 of 29.7.1992, p.1

Açar sözlər: Avropa İttifaqı, inteqrasiya, mərhələ, birlik, ümumi bazar, iqtisadiyyat
Ключевые слова: ЕС, интеграция, этапы, союз, общий рынок, экономика
Keywords: EU, integration, stages, union, common market, the economy

Резюме
В данной статье рассмотрены основные этапы формирования и развития интеграционных процессов в Европейском Союзе. Автор исследует различные формы интеграции в ЕС: зона свободной торговли; таможенный союз; экономический и валютный союз; общий рынок товаров и услуг; политический союз.

SUMMARY
This article examines the basic stages of formation and development of integration processes in the European Union. The author explores the various forms of EU integration: a free trade zone; customs union; economic and monetary union; a common market for goods and services; political union.

 

"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017

ŞƏBNƏM ZEYNALOVA, “Xəzər” universiteti



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM