Osmanlı, Portuqaliya və Səfəvi münasibətlərində Hörmüz məsələsi

09:00 / 26.05.2017

XVI əsrin əvvəllərində meydana gəlmiş Səfəvilər imperiyası çətin vəziyyətlə üzləşmişdi. Hind okeanı və Anadolu üzrə strateji planlarını həyata keçirmək istəyən Şah I İsmayıl hər iki istiqamətdə döyüşlər aparmaq fikrində deyildi. Çünki həm Portuqaliya, həm də Osmanlı imperiyaları özlərinin ən qüdrətli dönəmlərini yaşayırdılar. D.Əzimlinin fikrincə, avropalıların Hindistana dəniz yolu açması Asiya- Avropa ticarətinə ciddi zərbə vurmadı. Ədviyyat Avropaya iki istiqamətdən daşınmağa başlandı. Beynəlxalq münasibətlərdə baş vermiş proseslər Aralıq dənizi limanlarında ticarətin inkişafına тəkan verdi. Çünki Avropa dövlətləri iki cəbhəyə parçalandı. Kapitalizmin ilkin rüşeymlərinin yarandığı bəzi Avropa dövlətləri sənaye xammalına olan tələbatını ödəmək üçün Aralıq dənizi sahillərinə üz tutmuşdular. Osmanlı sultanlarının bu istiqamətdə həmin dövlətlərə verdiyi ticarət güzəştləri də həmin ticarətin inkişafında rol oynayırdı. Digər tərəfdən, Portuqaliya da Hindistandan daşıdığı ədviyyatın böyük bir qismini Aralıq dəniz sahillərinə göndərirdi(13, s.151). Portuqaliya kralları XVI əsr boyunca benyləxlaq ticarətə nəzarət uğrunda Hind okeanında, Asiya istiqamətində Osmanlı-Səfəvi qarşıdurmasını izləyirdi. Hörmüzün portuqallar tərəfindən işğal edilməsi və Səfəvilərin Moskva dövləti ərazisi vasitəsilə Avropa ilə ticarət əlaqələri saxlaması Osmanlı iqtisadi maraqlarına ağır zərbə idi. Hörmüzün portuqallar tərəfindən işğalı beynəlxalq ticarət sistemində ciddi dəyişikliklərlə müşayiət olunurdu. Strateji baxımdan çox mühüm əhəmiyyət daşıyan Hörmüzü ələ keçirib orada əsgərləri yerləşdirmiş Albukerki Qırmızı dəniz vasitəsilə ticarətə əsaslı zərbə vurmuşdu(13,s.139-140).
Məhz buna görə də Şah I İsmayıl Portuqaliyanın Hörmüzdə möhkəmlənməsinə mane ola bilmədi. Hörmüz portuqallar tərəfindən işğal edildi, portuqallar orada qala qurdular (10, 183-184;12,334). Lakin Şah I İsmayıl portuqalların Bəhreyn adalarında tamamilə möhkəmlənməsinə imkan vermədi. Hind okeanında Osmanlı imperiyası ilə toqquşan Portuqaliya Səfəvi dövləti ilə ziddiyyətlərinin dərinləşməsində maraqlı deyildi. Portuqaliya üçün qüdrətli Səfəvi imperiyasının mövcudluğu əslində sərfəli idi. Bunun əsas səbəbləri sırasında Osmanlı imperiyasına qarşı Portuqaliyanın güclü müttəfiqi ola bilməsi kimi güclü amil nəzərə alınmalıdır (1, 32; 12, 211). “Portuqaliya ilə əlaqələri nizama salmaq istəyən Şah I İsmayıl onun Hörmüzdə möhkəmlənməsi nəticəsində zəifləmiş İran körfəzi vasitəsilə ticarətini qaydaya salmağa çalışırdı. Çünki Səfəvi imperiyasının Hind okeanı hövzəsindəki ölkələrlə ticarət əlaqələrinin məhdudlaşdırılması Hörmüz-Təbriz-Şamaxı-Xəzər-Volqa ticarət yolu vasitəsilə Moskva dövləti, Avropa ölkələri ilə saxlanılan iqtisadi əlaqələrə ağır zərbə vurdu. Bu, Azərbaycanın xarici ticarət əlaqələrini xeyli zəiflətdi”(12,130;2).
Beləliklə, XVI əsrin əvvəllərində bir tərəfdən Osmanlı imperiyası, digər tərəfdən Portuqaliya işğalları Azərbaycan Səfəvi dövlətini tam iqtisadi mühasirəyə salaraq çox çətin vəziyyət yaratdı. Buna görə də şah I Ismayıl Çaldıran döyüşü ərəfəsində Osmanlı imperiyasına qarşı Portuqaliya ilə hərbi ittifaq bağlamağa və İran körfəzi vasitəsilə bu dövlətin odlu silahlarını, artilleriya mütəxəssislərini almağa da cəhd göstərdi (3, 149-150).
1514–cü ildə Albukerki ilə aparlmış danışıqlar nəticəsində Hörmüzdə müttəfiqlik müqaviləsi imzalandı. Portuqaliyalıların İran körfəzinin digər məntəqələrində işğalları genişləndi. Bütün danışıqlara, hədiyyələrə, cəhdlərə baxmayaraq, bu müqavilənin ciddi bir nəticəsi olmadı. “Çünki vitse-kralın – Albukerkinin əsas məqsədi Səfəvilərə yardım etmək deyildi. Osmanlı imperiyası ilə toqquşmaq istəməyən Səfəvi Şahının portuqallara ərazi güzəştlərinə getməsinə yönəlmişdi. Albukerkinin səyləri bəhrəsini verdi. Şah I Ismayıl portuqallar tərəfindən göstəriləcək yardım müqabilində Hörmüzü müvəqqəti olaraq onlara güzəştə getdi. İran körfəzində portuqalların yüzillik hökmranlığı dövründə Hörmüz onların inzibati-siyasi, ticari və hərbi bazasına çevrildi” (12, 131-132).
Albukerkinin Şah İsmayılla əlaqə yaratmaq məqsədilə II dəfə, “Miquel Fereira” adlı keşişlə birlikdə Mir Əbu İshaqı onun sarayına yola saldı və nümayəndə heyəti 1513-cü ildə Təbrizə yola düşdü. Hələ Miquel Ferreira Səfəvi dövlətində olduğu günlərdə Şah I İsmayıl “Xacə Əlixan” adlı başqa bir nümayəndəni Portuqaliya kralına yazdığı dostluq məktubu ilə Albukerkinin yanına göndərdi və onunla müttəfiqlik və dostluq etmək istədiyini bildirdi. Ə.Ə.Vilayəti məktubun surətini “Məcəlləye-bərrəsihaye tarix – 9-cu cild, № 3, s. 154 olaraq Cahangir Qaemməqami. Məsəlleye – Hörmüz dər rəvabete – İran və Portuqan” adlı I cilddən əldə etdiyini yazmışdı (12,236-237). Aparılmış danışıqlar nəticəsində Albukerki və Şah İsmayıl arasında Hörmüz boğazı haqqında yeni müddəaları aşağıdakılardan ibarətdir:
-Portuqaliyanın dəniz qüvvələri Bəhreyn və Qətifə həmlə etməkdə Səfəvi dövlətinə kömək etsin;
-Portuqaliyalılar Şah İsmayıla Mikran və Belucistan qiyamlarını yatırmaqda kömək etsin;
-Səfəvi dövləti Hörmüzü istila etmək fikrindən daşınsın və turanşah Portuqaliya kralı Don Emmanuel tərəfindən keçmişdəki kimi Hörmüz əmirlərinə təyin olunsun; (12, 60).
Albukerki Frumao Qomesdellemos başda olmaqla növbəti nümayəndə heyətini 5 may 1515-ci ilin 5 may tarixində Şah I İsmayılın sarayına göndərdi və onlara belə göstəriş verdi: “Mənim adımdan Şah İsmayıla deyəcəksiniz ki, mən onun əzəmətli məqamı, şöhrəti xatirinə və saysız –hesabsız səylərinə görə bu elçilər heytəini onun görüşünə göndərirəm. Şah İsmayılın osmanlılarla müharibəyə aid təklifi haqqında Portuqaliya dövləti bir qədər gəmi, əsgər və artilleriya göndərməklə ona kömək edir və bizim məzhəb firqəmizdən olub sizin sarayınızda yaşayan məsihilər bizim vasitəçilərimiz olacaqlar. Portuqaliya yolu ilə onların vasitəsilə Rum (osmanlı-A.Ö.) sarayından da istifadə etmək mümkündür” (12, 258). Ə.Ə.Vilayəti qeyd edir ki, bu elçi heyəti ilə Albukerki tərəfindən Şah I Ismayıla yaqut, zümrüd, almaz, mirvari, qızıl və müxtəlif cəvahirlərdən ibarət çoxlu qiymətli hədiyyələrlə bərabər, xeyli miqdarda qızıl sikkə, qılınc, qızılla işlənmiş nizə, 3 at, 6 tüfəng, 2 top, 4 mancanaq, çoxlu başqa vəsait göndərildi (12, 239).
1534-cü ilin dekabrında osmanlılar Bağdadı tutdular. Sultan I Süleyman bir neçə ay Təbrizdə oldu və İbrahim paşa ilə birgə Ərəb İranının idarəçiliyi ilə məşğul oldu. İşğal edilmiş yeni torpaqlar əyalətlərə bölüşdürüldü. 1535-ci ildə sultan Bağdadı tərk etdi. Burada onun 32 minlik qoşunu qaldı. Osmanlıların Fars körfəzinə çıxması portuqaliyalılarla münaqşəyə səbəb oldu. Qucarat sultanı Portuqaliyanın buradan çıxarılması üçün sultan I Süleymanın müttəfiqi kimi çıxış etdi. Sultanın əmri ilə Süveyş sahilində 76 gəmidən ibarət olan donanma yarandı. Gəmilərində 7 min nəfər olan bu donanma 1538-ci ilin yayında Hindistan sahillərinə yola düşdü. Yolüstü qəfil hücumla Ədən tutuldu. Ədəndən sonra Portuqaliyanın Diu adası arasındakı hərbi bazasına 20 gün davam edən hücum başlandı. Lakin bütün hücumların qarşısı alındı. Donanma Süveyşə qayıtdı. Geriyə üzərkən ordu Yəmən şəhəri Makkanı və Yəmənin sahillərini işğal etdi. Portuqaliya ilə Osmanlılar arasında müharibə davam edirdi. 1552-ci ildə Osmanlı donanması (30 gəmidə 16 min nəfərlik dəniz piyadası vardı) Oman sahillərinə yaxınlaşdı və 2 həftəlik top atəşi nəticəsində maskat tutuldu.1554-cü ilin avqustunda dənizdə portuqallarla osmanlılar arasında baş vermiş növbəti döyüşdə osmanlılar qalib gəldilər. ( 8; 9)
1548-ci ildə Osmanlı -Səfəvi müharibəsi yenidən başlandı. Osmanlıların qoşunları Təbrizi işğal etdilər, bir neçə gündən sonra Van qalasını tutdular. 1553-cü ildə müharibə yeni müstəviyə keçdi. Osmanlılar Gürcüstana və qərbi Azərbaycana hücum etdilər. Bundan başqa, Kaşan və Qumu, İsfahanı işğal etdilər. Səfəvilər İraqı, Gürcüstanın qərbini və Azərbaycanın bəzi qərb torpaqlarını osmanlıların idarəsinə verməli oldular. 1551-ci ildə osmanlılar Liviyanın Tripoli şəhərini Malta sərkərdələrindən azad etdilər. Tezliklə bütün Tripolitaniya osmanlı imperiyasının tərkibinə daxil oldu. Osmanlılar Sudanın işğalına başladılar və 2 illik müharibə nəticəsində osmanlılar qalib gəldilər. Bundan sonra osmanlılar Afrikanın Qırmızı dəniz sahillərini işğal edib, 1558-ci ildə şimali Eritreyanı tutdular. Afrikanın şimalı uğrunda osmanlıların müharibəsində əsas rəqib İspaniyanın köməyi ilə döyüşən Malta sərkərdələri ordeni idi. Osmanlı sultanı I Süleyman (1520-1566) Belqradı, Rodosu, Macarıstanı, Mesopotamiyanı, Əlcəzairi işğal etməklə sərhədləri bütün istiqamətlərdə xeyli genişləndirmişdi. Portuqaliya Ədəni (1598) və Kamaran adasını (1526) tutmağa xüsusi əhəmiyyət verirdi. Bununla da osmanlılar əslində portuqallara Qırmızı dəniz sahillərini tam işğal etməyə maneçilik törədirdilər. Portuqallardan fərqli olaraq, osmanlılar işğal etdikləri ərazilərin yerli əhalisini dilini və dinlərini dəyişməyə məcbur etmişdilər. Osmanlılarla Portuqaliyanın ilk toqquşması 1517-ci ildə Misirin türklər tərəfindən tutulması zamanında baş vermişdi. Bundan sonra portuqalların Hörmüzdəki hakimiyyəti üçün ciddi təhlükələr yarandı. 1546-cı ildə osmanlıların Bəsrəni tutması ilə Hind okeanına həm Hörmüz-Fars körfəzi, həm də Qırmızı dəniz vasitəsilə yol açıldı. Həmin illərdə Avropanın hakim dairələri Hörmüzdə yarana biləcək narahatlığı yalnız Portuqaliya ilə əlaqələndirirdilər, yəni Sultan Süleymanın daha uzaq məsafəyə və məqsədə yönəlmiş məqsədini dərk edə bilmirdilər. Əslində onun yaxın planında Misirdən və Bəsrədən sonra Hörmüzü, oradan isə Qucəratı , qalan Hindistanı tutmaq olmuşdu. Bu işlərdən sonra Hind racələrinə aid olan milyonlarla insan və zəngin varidat osmanlılara çatmalı idi (8;9).
1538-ci ildə Bahadur şah Sultan I Süleymana yardım üçün müraciət etdiyi zaman o razılığını vermişdi. Sultan Suveyş kanalından Qırmızı dəniz vasitəsilə tərkibində 70 gəmi və 7 min əsgər, matros, yaxşı silahlanmış yeniçərilər olan hərbi eskadranı köməyə göndərdi. Donanmaya rəhbərlik “Xədim” ləqəbli Süleyman paşaya tapşırılmışdı. Ədən limanına çatdıqda bu insan əvvəlcə şəhərin şeyxini öz gəmisinin burnunda asdırdı, sona şəhəri yeniçərilərə talan etməyə verdi. Bununla da, səhər Osmanlı sancağına çevrildi. Beləliklə, Qırmızı dənizə giriş Osmanlı bürclərinin əlinə keçdi. Bahadur şah artıq sağ olmadığı üçün Xədim Süleyman paşa İstanbula onun Məkkədə gizlədilən varidatını sultana hədiyyə göndərdi. Bundan sonra o, Sultan Süleyman ona verdiyi əmri, yəni Portuqaliyanın gəmilərini tapıb, məhv etmək barədə olan fərmanını yerinə yetirmək əvəzinə o, Hind okeanını üzüb keçdilər və Hindistanın qərb sahillərinə çatdılar. Bu hərəkətin əsas səbəbini onun yanında gəmi kapitanı qismində çalışan macar Xuçi belə izah edir: “O, portuqallardan çox qorxurdu. Onlarla dənizlərdə döyüşməmək üçün, gizlənmək üçün yer axtarırdı” (11,456-478;6, 67-69).1538-ci ilin sentyabrın əvvllərində o, Diu sahillərinə 600 yeniçəri döyüşçüsünü düşürdü. Onlara bir neçə top da həvalə edildi. Onlar Diuda portuqalların tikdiyi qalanı mühasirəyə aldılar. Qalanın müdafiəsinə portuqallardan Antoniu da Silveyrə tapşırıldı. Qəfildən dənizdə fırtına başlayanda Süleyman paşa gəmilərini Maxuva limanına apardı və 20 gün orada yerləşdi. 28 sentyabrda yenidən Dirya qayıtdı və qalanın divarlarını xüsusilə də istehkamını top atəşinə tutdu(11, 234).
Qala bürclərinə rəhbərlik edən Fransisku Paseku təslim olmağa razılıq verdi. O, silahları təhvil verib qalanın içərisinə çəkilməyə icazə istədilər. Amma Osmanlı ordusu onların silahlarını alıb, şəxsən Süleyman paşanın gəmisində qrebesi-matros kimi işlətdi. Bundan sonra Süleyman paşa qalanın müdafiəçilərinin başçısı Antoniu da Silveyrə təslim olmağı təklif etdi. Razılıq olmadığından yenidən qalanın hücumu başlandı. Oktyabrın 4-də başlayan hücum fasiləsiz olaraq 20 gün davam etdi. 600 nəfərlik müdafiəçidən əlində silah tutmağı bacaran 250 nəfər qaldı. Düşməni aldatmaq üçün Süleyman paşa limandan gəmilərini geri çəkdi və 14 minlik silahlılarla yenidən hücuma keçdi. Bir neçə gündə qalanın divarları bir neçə yerdən uçulurdu və qala təslim oldu. Bu zaman Xədim Süleyman paşa Bahadur şahın varisi Qucarat hakimindən onun ordusunu ərzaqla təmin etməyi və özünün şəxsən onun hüzuruna gəlməyi tələb etdi. Amma o heç bir tələbi yerinə yetirmədi. Ədən şeyxinin faciəli taleyindən xəbəri olan Qucarat hakimi, portuqallardan daha çox Osmanlı türklərindən qorxurdu. Bu zaman türklər portuqalların Qoadan böyük hərbi qarnizonla Diuya gəldikləri barədə məlumat aldılar. Bu hadisənin şahidi macar Xuçi yazırdı: “İki aydan sonra portuqalların eskadrası şəhərə yaxınlaşdıqda, paşa qorxmağa başladı. Buna səbəb portuqalların sayının çoxluğu və daha güclü silahlanması olmuşdu. Hər iki tərəfdən toplar atəş açırdı. Paşa gəmilərə topları yerləşdirməyi və su ehtiyatı gətirməyi tələb etdi. Biz bu döyüşlərdə 50 hərbi gəmi və 4 iri qalerlərlə düz bir il 1538-ci ildən 1539-cu ilə qədər vuruşduq. Sonda döyüşdən imtina edib, qaçdıq”(11, 434-356;4,569-570).
6 noyabr 1538-ci ildə Qoadan Diu şəhərinə Qarsiya da Noronyanın rəhbərliyi ilə donanma gəlir və qalanın uçmuş divarlarını təmir etməyə başlayırlar. Hörmüz boğazında bundan sonra Sultan Süleymanın Hindistana hücumları olmasa da, portuqallarla münaqişəsi qaçılmaz idi. Belə ki, bura Portuqaliyanın əlində idi. Nəticədə, Hörmüz boğazına girişdən məhrum olan sultan Bağdadın və Bəsrə limanının itşğalından əl çəkməli idi. Bu isə öz növbəsində hərbi dəniz qüvvələrinin hərəkətinə, həmçinin ticarət əlaqələrinin güclənməsinə böyük maneçilik yaradırdı. Bu həm də Dəclə çayında yan keçmək demək idi. 1550-ci ildə Bəsrənin türk paşası Fars körfəzindəki El Katif və Bussor limanlarını zəbt etdikdən sonra portuqalların Hörmüzdən çıxarılmasına Osmanlı imperatorluğunda şərait yaratdı. Yalnız bundan sonra Osmanlılar Ərəbistan və Səfəvilərin dənizlərindəki kommunikasiyasına sahib çıxa bilərdi. Bu məqsədə çatmaq üçün sultan əvvəlcə El Katif qalasını möhkəmləndirməyə, orada ağır artilleriya toplarını yerləşdirməyə və limanı hərbi gəmilərlə qorumağa başlayır. Qeyd etmək lazımdır ki, El-Katif sonradan osmanlılara aid “El-Xasa” adlı əyalətin mərkəzi olmuşdu. Bu hazırlıqlardan Portuqaliyanın Hörmüzdəki müttəfiqi xəbər tutmuşdu. Buradakı hakim qüvvələr nisbətən müstəqilliklərini qorumuş, bəzi vergilərdən azad edilmiş, həmçinin yerlərdə öz məmurları idarəsini davam etdirirdilər. Bu vəziyyət həm də portuqalları qane edirdi. Belə ki, portuqallar səfəvi-osmanlı münasibətlərində şiyə-sünnü qarşıdurmasını həmişə gərgin saxlamaqla öz nailiyyətlərini də qoruyurdular. Bu isə katolik portuqallarla müsəlman şiyə səfəviləri ümumi məqsəddə – yəni osmanlı sünnülərinə qarşı birləşdirən əsas amillərindən birinə çevrilmişdi. Beləliklə, Osmanlı türklərinin Hörmüz haqqında planlarından xəbər tutan Səfəvi hakimi Qoaya karavella adlı sürətli gəmi ilə xəbər göndərərək portuqallardan yardım istəmişdi. Eynilə Qoaya Osmanlıların işğal etdiyi adaların şeyxləri türkləri qovmaq üçün kömək istəyirdilər. Vitse kral Alfonsu de Noronya (1551-1554) şura çağırıb, məktubları oxuyur və elçiləri dinləyir. Hörmüzə kömək üçün 7 qalxan, 12 hərbi qaler və 1200 silahlılardan ibarət eskadra Hörmüz boğazına göndərmək qərarı verilir. Əsgərlər və hərbi rəhbərlik xüsusi olaraq döyüşmək qabiliyyəti güclü olanlar içərisindən seçilir, onlara yüksək əmək haqqı, yaxşı işlək silahlar verilir. 1551-ci ilin aprelin 1-də Antoniu da Noronyanın başçılığı ilə eskadra Qaodan Hörmüzə yollarınır və aprel ayının axırında ora çatırlar. Hörmüzdə hərbi şurada yerli hakimlərə kömək üçün daha 3 min əsgər və gəmilər vermək məsələsi müsbət həllini tapır. Bu qoşun dəstələrinə Ras Şərəfə adlı insan rəhbərlik edirdi. Noronya hər ehtimala qarşı El-Katif limanını mühasirəyə alaraq, Bəsrədən gələ biləcək köməyin qarşısını almaq üçün 10 gəmini buranın sahil sularına yerləşdirmişdi. İyun ayının sonlarında portuqal-səfəvi gəmi donanması Hörmüz boğazından çıxaraq, El-Katifdəki mühasirədəki gəmilərin sıralarına qatıldılar. Qayıqlarla sahilə çıxan müttəfiqlərin əsgər qüvvələrinin bəzi hissələri Osmanlı türkləri ilə əlbəyaxa döyüşə başladılar. Osmanlılar məğlub olub, geriyə qalaya qayıtdılar. 9 gün davam edən döyüşlərdən sonra Osmanlı türkləri gizli yollarla qalanı tərk etmək məcburiyyətində qaldılar. Portuqaliyalı tarixçi-Xronistin yazdıqlarına görə, Antoniy da Noronya qalanı Pas Şərəfənin ixtiyarına verdi. Amma Şərəfə buranın qorunmasının mühafizəsinin dəyərinin, onun özündən çox bahalı olmasını dedikdən sonra qalanı partlatmaq qərarına gəlirlər. Hazırlıq işləri zamanı barıt çəlləyinə təsadüfən düşən qığılcım böyük partlayışa səbəb olur və nəticədə 40 nəfər portuqaliyalı məhv olur. Bir neçə gündən sonra Osmanlı türkləri 80 nəfər ərəblə geri qayıtdıqda, yenidən məğlub olurlar. Bu hadisədən sonra Antonia da Noronya 18 gəmi ilə Hörmüz boğazından Fars körfəzinə daxil olur və Fərat çayının mənsəbinə doğru üzərək, oradan osmanlıları çıxarmaq məqsədilə hərəkət edirlər. Amma hərəkətin başlandığı ilk gecə fırtına qalxır və 9 gəmi sıradan çıxır. Qalan 9 gəmi hərəkəti davam etdirir. Portuqalların admiralı Osmanlı türklərindən canını qurtarıb qaçan Bəsrə sultanın məktub göndərir (11, 567-587).
1556-cı ildə portuqalların Bəsrəyə hücumu məğlubiyyətlə sona çatdı. Buna baxmayaraq, onların bir neçə gəmisi ilə şəxsən feytor (vali – A.Ö.) osmanlıların xahişi ilə 1557-ci ilə qədər orada qalmışdı. Yəni müharibə ticarət əlaqələrinin inkişafına mane olmadı. 1561-ci ildə Portuqaliyanın 20 gəmidən ibarət daha güclü eskadrası yenidən Bəsrəni tutmağa cəhd göstərdi və yenə də məğlub oldu. 1559-cu ildə 1200 əsgər, o cümlədən yeniçərlilərdən ibarət Osmanlı eskadrası Bəhreyn qalasını mühasirəyə aldı. Lakin bu döyüşdə osmanlılar məğlub oldular. (8;10;11).
Buna baxmayaraq, osmanlılar Hind okeanı sahillərində, Qırmızı dənizdə, körfəzlərdə, o cümlədən Hörmüz boğazında hakimiyyəti portuqalların əlindən çıxarmağı bacardılar. Artıq Qırmızı dənizə üzən müsəlman gəmiləri portuqallar tərəfindən tutulmurdu. Qırmızı dənizdən Osmanlı türklərinə aid gəmilər Hörmüzlə Hindistan arasında üzən portuqal gəmilərinə hücum edirdilər. 1561-ci ildən etibarən Hörmüzdən üzən gəmilər hərbi gəmilərlə müşayiət olunurdular. Görünür, bu səbəbdən Səfəvi hökmdarı Fras körfəzində, Hörmüz boğazında Osmanlı hökmdarları ilə siyasi danışıqlara başlamaq məcburiyyətində qaldı. 1580-ci ildə Portuqaliyanın taxt-tacına ispaniyalı Filipp sahib çıxdıqdan sonra bu münasibətlər daha da gücləndi. Hörmüz şəhəri 1560-cı ildən çiçəklənən ticarət şəhəri idi. Burada portuqallar hakimiyyətdə olmaqlarına baxmayaraq, bura dünyanın bütün dinlərinin və dinlərinə aid olan tacirlərinin rahatlıqla toplandığı məkana çevrildi. Portuqallar burada yerləşən insanları xristianlığa təlqin etməyi əsas işlərindən sayırdılar(11).
İrqindən və milliyyətindən asılı olmayaraq, xristian dinini qəbul edən zəngin insanları, hətta Portuqaliyanın paytaxtı Lissabonda kral xüsusi təmtəraqla qəbul edirdi. Tarixi kitablarında həmin illərdə Hörmüzün baş hind kahini xristianlığı qəbul etdikdən, adını dəyişib “Paulu de Santa” adını götürdükdən sonra paytaxtda onu “krallar” kimi qəbul etmişdilər.Portuqaliya zəiflədikdən sonra Hörmüz 1580-ci ildə İspaniyanın hakimiyyətinə tabe oldu(11, 345).
Bütün bunlara baxmayaraq, Hörmüz boğazının Səfəvilərə qaytarılması işi Səfəvi şahından asılı idi. Buna görə də Şah I Abbas hakimiyyətinin ilk illərindən bu mühüm staretiji məkan uğrunda mübarizəyə başladı və həmin mübarizədə qalib gəldi.

Ədəbiyyat
1. Бодянский В.А. Бахрейн. К истории Персидского залива. М.: Наука, 1962, 161 c.,
2. Berchet C. La republica di Venezia e la Persia. – Torino: 1865, 289 s.
3. Bulut Mehmet. XVII yüzyılın Osmanlı bölgelerindeki faaliyetleri. Osmanlı, 12 cilt, 3 c. İktisat Editor: Güler Eren. Ankara: Yeni Türkiye yayınları 1999, s. 210-220.
4. Ekinçi İlhan. Kızıl dənizin güneyində rekabet – Şeyx Said Fersan adaları meselesi // Türk tarihi kurumu, cilt LXIX, La, 255. Aqustos, 2009, s. 567-569.
5. Sarıtaş Mehmet. Osmanlıdan Cümhuriyyete Ceçişin Sosyo-ekonomik dinamikleri // Türk Yurdu, Aralık, 1999-Ocaq, 2000, cilt 19-20// sayı, s. 148-149.
6. Özbaran Salih. Osmanlı imparatorluğu ve Hindistan yolu. On altıncı yüzyılda ticaret yolları üzerinde türk-Portegiz Rekabet ve ilişkileri// Tarih Dergisi, İstanbul Universiteti Edebiyyat Fakültesi, sayı, 31: Mart, 1977, İstanbul Edebiyyat Fakültesi Matbaası, 1978, s. 66-146.
7. İnalçık N. Capital formation on the Ottoman Empire // Journal of Economic history, XXIX, 1969, p. 109-110.
8. Hees Andrew C. The Ottoman conguest of Egypt of the sixtenth century (1517) World WAR // International journal of Middle east studies, Cambridge Universitety press, 1973, № 1, Vol, 4, January, 1973.
9. Османская империя и страны Центральной, Восточной и Юго-Восточной Европы в ХV-ХVI вв. (И.Б.Греков, С.Ф.Орешкова, Г.Г.Литаврин и др.). Отв. ред. И.Б.Греков. М.: Наука, 1984, 301 с.
10. Жуан Р.Л. Ъоле. Ривал Емпирес оф траде анд имами shiism in Eastern Arabia. 1300-1800 may // International Journal of Middle East, Cambridge Universitety press, 1987, № 2 vol, 19, p.177-203.
11. The Oxford history of İndia. From the Earliest times to the end of 1911 by Vincent A.Smith CİE Second edition revised and contunied to 1921: Oxford; At the Clarindon press, 814 p.
12. Vilayəti Ə.Ə. Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi. Bakı: Əlhuda, 1998, 421 s.
13. Əzimli D. Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı – XVII əsrin I yarısı). Bakı:Turxan, 2014, 290 s.

Açar sözlər: Hind okeanı, Anadolu, Albukerki, Şah I İsmayıl, Sultan I Süleyman, dəniz döyüşləri.
Ключевые слова: Индийский океан, Анатолия, Албукерки, Шах Исмаил I, Султан Сулейман I , морские сражения.
Keywords: The Indian ocean, Anatoly, Albukerki, Shah Ismail I, Sultan I Suleyman, fights in the seas.


Резюме
В статье рассматривается Ормузская проблема, возникшая во взаимоотношениях азербайджанского государства Сефевидов, Португалии и Османской империи за владение Ормузским проливом. Накануне португальского завоевания этот пролив находился в составе Сефевидского государства. Однако в период Великих Географических открытий стал яблоком раздора между государствами – соперниками и разгоралась ожесточенная борьба за Ормузский пролив. В это же время Османская империя вела борьбу за контроль над торговыми путями через Индию. Наконец этот пролив был захвачен Испанией.


SUMMARY
In article the problem between the countries of the Azerbaijani state Sefevidov, Portugal and the Ottoman Empire for ownership of the Strait of Hormuz is considered. The specified passage in front of zavoyevaniy Portugal was in jurisdiction of the Sefevidsky state. However in time of Great Geographical discoveries among the first won territogriiya there was this passage. In the same time Osmasky Turkey conducted a broba for trade ways through India to Evrou. And therefore not only fight between these countries, but also long wars were conducted. At the end of the passage it was taken by Spain.

 

"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017

Anar Ömərov
Bakı Dövlət Universiteti



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM