Tarixlər boyu azərbaycanlıların öz dədə-baba torpaqları olan indiki Ermənistan ərazisindən məcburən və kütləvi zorakılıqla qovulmasının sonuncu mərhələsi 1988-1989-cu illərdə baş vermişdir.
Bu dövrdə ermənilərin həyata keçirdikləri qətliamlar nəticəsində Göyçə 56 şəhid (45 nəfər Basarkeçər, 11 nəfər Çənbərək rayonu ərazisində) verdi, Göyçənin son 80 min nəfər əzəli sakini didərgin düşdü, əhaliyə şəxsi əmlak qismində 500 milyon, ictimai təsərrüfatların əmlakı qismində 1 milyard dollar həcmində ziyan dəydi.
1960-cı illərdən başlayaraq Ermənistan SSRİ-də azərbaycanlılardan rəhbər vəzifədə olanların böyük əksəriyyətini ermənilər əvəz etdilər. Göyçə mahalının Basarkeçər, Krasnoselo, həmçinin Qarabağlar, Zəngibasar, Vedi rayonlarında (əhalinin 75-90% azərbaycanlılar olmaqla) rayon partiya komitələrinin azərbaycanlı olan birinci və ikinci katibləri heç bir əsas olmadan işdən azad edildilər (3, 54).
1964-cü ildə Ermənistanın rəsmi dairələri Moskvanın razılığı ilə uydurma “Erməni genosidi”nin 50 illiyinin qeyd edilməsi haqqında qərar qəbul etmişdilər. Erməni millətçiləri 1965-ci ilin fevralında cəllad Andranik Ozanyanın anadan olması olmasının 100 illiyini təntənəli surətdə qeyd etdilər. Həmin dövrdə Ermənistanı Yenidən Birləşdirmə Komitəsi yaradılmışdır. Bu hərəkata gizli surətdə Ermənistanın KP MK-nın o zamankı birinci katibi Y.N.Zarobyan, kinci katibi H.Bağdasaryan, Elmlər Akademiyasının prezidenti V.Hambarsumyan və s. rəhbərlik edirdilər (1, 123).
Bunu Ermənistanın KP MK-nın o zamankı birinci katibi Y.N.Zarobyanın 1964-cü ildə etdiyi məruzəsindən də görmək olar: “...Vəzifə xarici ölkələrin mütərəqqi təşkilatları ilə əlaqəni bundan sonra da genişləndirməkdir... Xarici ermənilərin kütləvi surətdə Sovet Ermənistanına qayıtmasının təşkil edildiyi xəbəri həmvətənlərimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. 1962-1963-cü illərdə İrandan, Kiprdən, Yunanıstan və digər ölkələrdən bizə üç mindən artıq erməni gəlmişdir. Respublika, partiya, sovet və komsomol təşkilatlarının şərəfli işini qeyd etmək lazımdır ki, ermənilərin nümunəvi qəbulu və yerləşdirilməsində böyük işlər görmüşlər...” (7).
Bu dövrdə erməni rəhbərliyi erməni şovinizmini gənclərin beyninə yeritmək üçün ideoloji təbliğatdan geniş istifadə edirdi. Bunun məntiqi davamı olaraq siyasi qərarla İrəvan şəhərində uydurma 1915-ci il “erməni soyqırımı”na abidə də qoyulmuşdur. Ermənistan SSR Nazirlər Sovetinin 18 mart 1965-ci il qərarı ilə 1915-ci il qırğınının qurbanı olan ermənilərin xatirəsini əbədiləşdirmək üçün Yerevan şəhərində daş abidə qoyulması qərara alınmışdır (8).
1965-ci ilin aprel ayının 23-25-ində İrəvan şəhərində keçirilən tədbirlər kulminasiya nöqtəsinə çatır. İrəvan şəhərində 400 min erməni əhalisi küçələrə çıxaraq, “genosid qurbanları”nın xatirəsinə ucaldılmış memorial tikinti yerinə doğru axışırdı. Kütlənin önündə erməni katolikosu ilə birlikdə respublikanın rəhbərləri addımlayırdılar. Kütlənin başı üzərində qara parça ilə örtülmüş rəmzi tabut və “Böyük Ermənistan”, “Qoparılmış ərazilər Ermənistana qaytarılmalıdır!”, “İntiqam!”, “İntiqam! “sözləri yazılmış şüarlar aparılırdı. Bu hadisədən sonra Ermənistan SSR-nin azərbaycanlı əhalisi sıxışdırılmağa başlanıldı, xüsusən İrəvanda, Göyçədə, Leninakanda, Kirovakanda, Qafanda avtobuslarda, bazarlarda, ictimai yerlərdə azərbaycanlılar təhqir olunur, döyülürdü (6, 113; 3, 55).
XX əsrin 60-cı illərində Ermənistanda aparılan milli ayrıseçkilik siyasəti və diskriminasiya aksiyası nəticəsində İrəvan və onun ətraf rayonlarından minlərlə ailə Azərbaycana köçməyə məcbur olmuşdur.
1961-ci ildə SSRİ hökuməti xaricdə yaşayan ermənilərin yeni dəstəsinin qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Ermənistan KP MK-nın 1961-ci il oktyabr plenumunda qərara alınmışdır ki, ermənilərin 1946-1948-ci illərdə köçürülməsi zamanı əldə edilən təcürbəyə əsaslanaraq, onlara mənzil fondu ayırmaqla, məktəblər və s. social obyektlər təşkil edilməklə onların yerləşdirilməsinə başlanılsın. 1962-ci ilin əvvəlindən başlayaraq Kiprdən, Misirdən, İrandan, ABŞ-dan, Türkiyədən, Uruqvaydan, Argentinadan ermənilərin yeni köç dalğası başladı. 1962-1965-ci illərdə Ermənistana 7 min erməni köçürülmüşdür. Ümumiyyətlə isə, 1962-1973-cü illərdə xaricdən Ermənistana 26 min nəfər erməni yerləşdirilmişdir (1, 124).
Bu dövrdə xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi faktını, “Sovet Ermənistanı” qəzetində çap olunan məqalələrdən də görmək olar.
Qəzetin 3 oktyabr 1964-cü ildə çap olunan nömrəsində “Misir Erməniləri Leninakana gəlmişlər” adlı məqalədə yazılır: “Ermənistan SSR Xarici İşlər naziri B.Martirosyan yoldaş Misirdən Sovet Ermənistanına gələn ermənilərin yeni qrupunu salamladı və təbrik etdi... Sovet Ermənistanının yeni vətəndaşları, Misirdən gələn 41 ailənin üzvləri münasib və işıqlı mənzillərdə yerləşdirildilər (7).
Bu qəzetin 10 noyabr 1964-cü ildə cap olunan 133 saylı nömrəsində “Suriyadan vətənə qayıdan ermənilərin ikinci karvanı Sovet Ermənistanına gəlmişdir” adlı məqalədə yazılır: “Suriyadan vətənə qayıdan ermənilərin ikinci karvanı noyabrın 9-da xüsusi qatarla Batumdan Sovet Ermənistanına gəlmişdir. 329 nəfər erməni doğma torpaqda əbədi məskən salmışdir... Təkcə son iki ildə Kiprdən, Birləşmiş Ərəb Respublikasından, İrandan, Suriyadan qayıtmış 1200 erməni Kirovakanda məskən salmışdır...” (7)
“Sovet Ermənistanı” qəzetinin 1965-ci il 13 mart (N31) tarixli sayında Sovet Ermənistanının yeni vətəndaşlarının respublika toplanışında çıxış edən pensiyaçı Nşan Hovhannesyan deyir: “Biz Ermənistana qayıtdıqdan dərhal sonar həm mənzillə, həm də işlə təmin olunmuşuq. İndi təkçə Kirovakanda vətənə qayıdanlardan 682 nəfər dövlətdən pensiya alır. Son iki ildə Kirovakanda 1187 nəfər vətənə qayıdan məskən salmışdır…” (8).
Bu dövrdə də həyata keçirilən diskriminasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistan ərazisindən Azərbaycana kütləvi axını davam etmişdir.
1918-ci ildə Ermənistanda azərbaycanlılar respublika əhalisinin 45 faizini, 575 min nəfər təşkil etdiyi halda, əksinə, 1979-cu ildə keçirilən Ümumittifaq siyahıyalmasına görə, Ermənistanda azərbaycanlılar 160841 nəfər, yaxud Ermənistan əhalisinin (3037259 nəfər) 5,3 faizini təşkil edirdilər. 1926-cı ildə Ermənistanda türklər 84,6 min nəfər olmuşdur. Həmin dövrlə müqayisədə azərbaycanlılar cəmi 89 faiz, yaxud 1,9 dəfə artmışdır. Müqaiyisə olunan müddətdə ermənilər 743,6 min nəfərdən 2725000 nəfərə çatmışdır. Onların artımı 280 faiz yaxud 3,7 dəfə olmuşdur. Bu rəqəmlər azərbaycanlıların Ermənistanda nə dərəcədə diskriminasiya və represiyaya məruz qaldıqlarının əyani nümunəsidir (1, 125; 3, 56).
Azərbaycanlıların öz dədə-baba torpaqları olan indiki Ermənistan ərazisindən məcburən və kütləvi zorakılıqla qovulmasının sonuncu mərhələsi 1988-1989-cı illərdə baş vermişdir.
1988-ci il fevralın 20-də keçmiş DQMV-nin Xalq deputatları Soveti “Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq, Ermənistan SSR-in inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında” qərar qəbul etməsi millətlərarası münasibətləri daha da kəskinləşdirdi.
Bu qərardan sonra Ermənistanın siyasi dairələrində də milli münaqişəyə təhrik edən siyasi tələblər irəli sürülməyə başladı. 1988-ci il iyun ayında keçirilən on birinci çağırış Ermənistan SSR Ali Sovetinin yeddinci sessiyasında DQMV Xalq Deputatları Sovetinin bu qərarı müzakirəyə çıxarıldı. Bu sesiyada erməni deputatlar öz siyasi riyakarlığını nümayiş etdirərək bu qərarı ciddi cəhdlə müdafiə etmişlər. Sevan seçki dairəsindən deputat olan A.M.Kirakosyan öz nitqində deyirdi: “Deputat yoldaşlar! Ali Sovetin bu günkü sessiyasında müzakirə olunan məsələ-Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə keçməsi barədə DQMV Sovetinin qərarı qanuni tələbdir və bu həyata keçirilməlidir...” (103). Bu sessiyada DQMV qəbul etdiyi qeyri-qanuni qərarı müdafiə olundu və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul olundu.
Dağlıq Qarabağ ermənilərinin bu əsassız qərarı erməni katalikosu Vazgen tərəfindən də birmənalı müdafiə olunmuşdur. Onun 1988-ci il iyulun 7-də Ermənistan televiziyası ilə çıxışında erməniçilik təfəkkürünə əsaslanaraq tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarını alqışlamışdır. O, öz çıxışında ermənilərə müraciət edərək deyirdi: “Mən bütün dünya ermənilərinin katalikosu müqəddəs Eçmiadzindən yenidən öz sözümlə sizə müraciət edirəm. Keçən fevralın sonlarında Qarabağın erməni əhalisinin birgə qərarla ana Ermənistana birləşmək arzusunu ifadə etdi. Sovet Ermənistanı və xarici ermənilər fəxr ediləcək birlik və intizamla qarabağlıların ədalətli arzularına tərəfdar çıxdılar... Erməni analar, bacılar qardaşlar, xüsusilə siz gənclər xalqın və vətənin ali mənafeyini unutmayın. Araratı qoruyun...” (9).
Ermənistan siyasi və dini dairələrinin bu mənfur addımlarından sonra ermənilər, hər yerdə olduğu kimi, Göyçədə də açıq hərbi təcavüzə cəhd göstərdilər. 1988-ci il mart ayının 26-sını “Sumqayıtın qisas günü” elan etmiş “Krunk” cəmiyyətinin çağırışına cavab olaraq ermənilər Basarkeçərdə də qanlı aksiyalar törətmək iddiasına düşmüşdülər. Guya bu qırğının qarşısını almaq istəyən SSRİ rəhbərliyinin hiyləgər taktikası da əslində hələ 1988-ci il martın 26-da, yəni faciəvi 1918-ci il qırğınlarının 70-ci ildönümü günlərində Ermənistanın türklərdən təmizlənməsi üçün real şərait yaratmışdı. Belə ki, guya millətlərarası toqquşmaya yol verməmək mahiyyəti daşıyan fövqaladə vəziyyətə rejimi, o vaxt cəmi 300-500 türkün yaşadığı Yerevan şəhərində, bir nəfər türkün belə yaşamadığı Leninakanda tətbiq edilmiş, türklərlə ermənilərin qarışıq yaşadığı kənd rayonları isə “unudulmuşdu”. Əlverişli şəraitdən yararlanan “Krunk” əsasını Türkiyə və İrandan köçürülənlərin təşkil etdiyi Martuni və Kamo rayonlarındakı fəalların səfərbər edərək, demoqrafik üstünlük türklər tərəfdə olan Basarkeçərə yeritmişdilər və …Martın 26-da “Krunk” fəalları gözlənilənin tam əksi olan mənzərə ilə rastlaşdılar. Basarkeçər rayon mərkəzinin türk kəndlərinə yaxın qəsəbəsində – “Zod ORS” deyilən hissədə yaşayan ermənilər gecə ikən qəsəbəni tərk edərək, təhlükəsiz evlərə çəkilmişdilər. Elə həmin gün ZOD mədənlərində işləyən Nərimanlı kənd sakini Fazil bir türk oğlu onunla axınaq zarafat edən bir ermənini ağır traktorun təkərləri altında əzərək öldürmüş, cəmi 11 türk ailəsinin yaşadığı Tüstülü kəndindən isə gənc bir türk balası onu hədələyən erməni həmyaşıdını bıçaqla yaralamışdı (10, 113).
1988-ci il iyun ayının 15-də Göyçə mahalında ermənilərin yaramaz hərəkətlərinə qarşı azərbaycanlılar öz etiraz səsini qaldırmalı aldular. Krasnoselo rayonunun Şorca və Gölkənd kəndlərində on min əhalinin mitinqi keçirildi. Səhərisi gün Basarkeçər rayonunun Şişqaya və Nərimanlı məntəqələrində də azərbaycanlılar mitinqə çıxdılar. Ümumilikdə bu mitinqlərdə iyirmi mindən çox adam iştirak etmişdir (5, 22).
Nəhyət, 1988-ci ilin yazında 17 türk kəndi nümayəndələrinin iştirakı ilə Nərimanlı kəndi ərazisindəki Göy körpüdə (1919-cu ildə Şulikovun başının kəsildiyi yerdə) və Krasnoselo rayonu ərazisindəki türk kəndlərinin birləşmiş səyı ilə Şorça kəndində başlamış bu mitinqlərdə “Göyçənin Ermənistan SSR-in tərkibindən çıxarılaraq, Azərbaycan SSR-in ərazi – inzibati bölgəsinə daxil edilməsi” tələbi irəli sürülmüşdür. Təəssüflər olsun ki, Göyçə azərbaycanlılarının bu haqlı tələblərinə dəstək olaraq, noyabr ayının 17-də Bakıda “Azadlıq” meydanında yüzminlərlə insanın iştirakı ilə keçirilən mitin zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyat verilməsi tələbi ilə qətnamə qəbul olunsa da, bu tələb o zamankı Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənmədi (10, 114).
1988-ci ilin sentyabr-oktyabr aylarında erməni millətçiləri ardı-arası kəsilməyən mitinqlər keçirir, bu bölgələrdən türklərin çıxarılmasını tələb edirdilər. Evlərə od vurulur, insanlar işgəncə ilə öldürülür, qadınların sinəsinə xaç çəkilir, uşağa, qocaya rəhm edilmirdi. Bu ərazilərdə iqtisadi blokada davam etdirilirdi. Bütün bunlara isə SSRİ rəhbərliyi laqeyidcəsinə göz yumurdu.
1988-ci il noyabr ayının 22-də Ermənistanın SSR Ali Sovetinin sessiyası öz işini yarımçıq dayandıraraq, bütün stansiya rəhbərlərinə “noyabr ayının 28-dək respublikanın türklərdən təmizlənməsini təmin etmək” tapşırığı verildi. Ermənistanın bütün rayonlarına şamil edilən bu qərarın təsir dairəsinin mərkəzinə şübhəsiz ki, Göyçə mahalı və Ağbaba bölgəsi düşürdü. Çünki 1988-ci ilin noyabr ayınadək digər rayonlardan türklərin deportasiyası, demək olar ki, başa çatdırılmışdı. Odur ki, Göyçə və Ağbabadan türklərin deportasiyasına rəhbərlik Ermənistan Respublikasının ali rəhbərliyinə həvalə edildi.
Noyabr-dekabr aylarında Ermənistandan azərbaycanlıların çıxarılması üçün son hazırlıq işlərinə başlandı. İllərdir həyata keçirilən “Türksüz Ermənistan” planının son mərhələsinə start verildi.
Bu planın həyata keçirilməsində bütün vasitələrdən istifadə olunmağa başladı. Hətta bu plana qarşı çıxan rayon rəhbərləri də işdən azad edilirdi.
Azərbaycanlıların kompakt yaşadığı Basarkeçər rayonunda birinci katibi dəyişməyə ehtiyac olmadı. Çünki Razmik Yenqoyan ikinci katib Aşot Akopyanla birlikdə həyata keçirilməkdə olan fitnəkarlıq hərəkatının başında dayanmışdır. Rayon daxili işlər şöbəsinin rəisi Bahar Boxyan, Torf İstehsalat Birliyinin rəisi Qurgen Harutyunyan, Çaxırlı sovxozunun direktoru Arkadi Petrosyan, quşçuluq fabrikinin direktoru Albert Petrosyan “Türksüz Ermənistan” uğrunda başlanan avantürist kampaniyanın aparəıcı ünsürlərindən idilər (5, 26).
Bu daşnak-kommunistlərin rəhbərliyi sayəsində Göyçə əhalisi öz dədə-baba yurdlarından tamamilə qovularaq Azərbaycana “yola salındılar”. Onlarla azərbaycanlı döyülərək yaraldı və qarlı-boranlı dağ yollarında həlak oldular.
Bu dövrdə ermənilərin Göyçədə törətdikləri vəhşilikləri görmüş yüzlərlə canlı şahidlər var. Göyçədə baş verən hadisələrpin tam mənzərəsini təsəvvür etmək üçün o zaman Göyçə qızıl mədənlərində çalışan, milliyyətcə rus olan L.V.Tolstyakın şahid ifadəsindən bir məqamı diqqət yetirmək kifayətdir. O, öz şahid ifadəsində deyir: “1988-ci il noyabr ayının 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonradan Ermənistan KP MK-nın birinci katibi olmuş V.Movsesyan Vardeniz (Basarkeçər) rayonunun Zod kəndinə gələrək, yerli əhalinin kəndi tərk etməsi üçün 3 gün vaxt verdiyini, əks halda təhlükəsizliyə təminat verilməyəcəyini bildirdi. Elə həmin gün kəndə elektrik enerjisi və ərzaq verilməsi dayandırıldı, gecələr kənd atəşə tutuldu” (1, 135).
1988-ci ilin noyabrında ermənilərin Göyçədə həyata keçirdiyi soyqırım və deportasiya siyasətinə o zamanki Azərbaycan hökuməti tam laqeydliklə yanaşdı. Ə.Vəzirov bilavasitə ermənilərin tərəfdaşı rolunda çıxış etdi. Deportasiyanı həyata keçirmək üçün erməni tərəfinə nəqliyyat yardımı göstərən Azərbaycan KP MK-nın birinci katibi qaçqınların Azərbaycanın ermənilər yaşayan bölgəsində yerləşməsinə rəsmi qadağa qoydu ki, bunun da çox ciddi nəticələri oldu.
1988-1989-cu illərdə Göyçə mahalında ermənilərin törətdiyi vəhşiliyin xronologiyasını sizə təqdim edirik:
26 noyabr 1988-ci il: Daşnak terrorçuları Sevan rayonunun Çubuqlu kəndində Nəsrəddin və Həbib Əliyevlərin şəxsi minik maşınlarını - “Jiquli” avtomobilini əllərindən alıb əzir, parça-parça edirlər. Özlərini isə vəhşicəsinə döyüb ölümcül hala salırlar;
27 noyabr - 7 dekabr 1988-ci il: Daşnak terror qrupları son məqsədə çatmaq, Qərbi Azərbaycanda türksüz Ermənistan terror dövləti yaratmaq üçün ayrı-ayrı bölgələrin şəhər və kəndlərinə kütləvi basqınlar edirlər. Aşağıda göstərilən sayaq çoxsaylı insan tələfatı ilə nəticələnən sayı yüzləri aşan terror aktları törədirlər: Allahverdi (Tumanyan) rayonunda 4 nəfər, Amasiyada 13 nəfər (5 qadın, 1 uşaq), Axtada (Razdan) 3 nəfər (1 qadın), Baranada (Noyemberyan) 3 nəfər (1 uşaq), Basarkeçərdə (Vardenis) 44 nəfər (8 qadın, 4 uşaq), Böyük Qarakilsədə (Quqark) 23 nəfər (6 qadın, 1 uşaq), Vedidə (Ararat) 6 nəfər (1 qadın), Kalininoda 12 nəfər (5 qadın), Qarakilsədə (Sisian) 5 nəfər (4 qadın), Qafanda 7 nəfər (3 qadın, 1 uşaq), Zəngibasarda (Masis) 22 nəfər (4 qadın, 3 uşaq), Karvansarayda (İcevan) 7 nəfər (1 qadm), Keşişkənddə (Yeğeqnadzor) 2 nəfər, Gorusda 2 nəfər, Mığrıda (Meqri) 1 nəfər, Soylanda (Vayk) 15 nəfər (4 qadın, 2 uşaq), Hamamlıda (Spitak) 15 nəfər (5 qadın, 1 uşaq), Çəmbərəkdə (Krasnoselski) 18 nəfər (7 qadın, 2 uşaq), Calaloğluda (Stepanovan) 8 nəfər (2 qadın) günahsız, əliyalın, köməksiz, evini tərk etmək istəməyən dinc və təhlükəsiz azərbaycanlılar müxtəlif cür vəhşiliklərlə qətlə yetirilirlər. Şəhid düşənlərdən 41 nəfər döyülməklə öldürülür, 2 nəfərin başı kəsilir, 11 nəfər diri-diri yandırılır, 1 nəfər asılır, 3 nəfər doğranır, 29 nəfər maşınların təkəri altına atılır, 1 nəfər toka verilir, 16 nəfər isə güllələnir. Ümumiyyətlə, qətlə yetirilən 216 nəfərin 57-si qadın, 23-ü isə uşaq olmuşdu. Bu amansız qətl hadisələrini törədənlərin böyük bir qisminin şəxsiyyəti məlum olsa da, onlardan heç biri nə İrəvanın, nə də Moskvanın hüquq mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilməmişlər;
28 noyabr 1988-ci il: Daşnak terror qrupları Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqınlar edirlər. Nəqliyyat vasitəsi olmayan imkansız, əliyalın əhalidən 34 nəfər döyülərək, işgəncə verilməklə qətlə yetirilir. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə adlamaq çün Sarınər, Urumbasar gədiklərindən aşmalı olurlar. Qarda-çovğunda borana, şaxtaya düşən qaçqınların 12 nəfəri donvurmadan tələf olur;
29 noyabr 1988-ci il: Daşnak terror qruplarının təzyiq və təcavüzlərinə davam gətirməyən Basarkeçərin Aşağı və Yuxarı Şorca, Qayabaşı, Qoşabulaq, Subatan, Zağalı, Sarı Yaqub, Qaraqoyunlu, Nəriman, Ağkilsə, Zərkənd, İnəkdağı kəndlərinin əhalisi 44 nəfər itki verərək qarlı dağlar aşıb Kəlbəcər rayonu ərazisinə qaçmalı olurlar. Bir çox yaşlı nəslin nümayəndələri, uşaq və qadınlar isə qarlı-çovğunlu havada donvurmadan həyatlarını qeyb edirlər;
30 noyabr 1988-ci il: Sevan şəhərində yerləşən respublika ruhi xəstəxanasındakı azərbaycanlı xəstələrə rəhmi gəlməyən daşnak terrorçuları 22 nəfər Azərbaycan türkünü su ilə doldurulmuş quyuya ataraq boğub qətlə yetirirlər (4, 179).
Təqdim olunan hadisələrin bu qısa xronologiyasından da görünür ki, erməni faşistləri bu illərdə azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklər törətmiş, sözün əsl mənasında soyqırım siyasəti həyata keçirmişlər.
Ermənilərin bu vəhşi siyasətini 1988-1989-cu illərdə Göyçə gölü hövzəsindən deportasiya edilmiş azərbaycanlı yaşayış məntəqələrinin siyahısında da görə bilərik:
Vardenis (Basarkeçər) rayonu
1. Hüseynquluağalı (Nərimanlı, Şatavan-1991), 2. Böyük Qaraqoyunlu (Əzizli-1935, Norabak-1991), 3. Aşağı Şorca, 4. Yuxarı Şorca, 5. Daşkənd (Ayrk-1991), 6. Sarıyaqub (Çaxkadzor-1991), 7. Qayabaşı (Qeğamabak-1991), 8. Qoşabulaq (Şadcrek-1991), 9. Zərzibil (Zərkənd-1935, Kut-1991), 10. Ağkilsə (Azad -1935), 11. Zod (Cotk-1991), 12. Babacan (Qızılkənd-1978), 13. Pəmbək, 14. Dərə (Daranek-1991), 15. Şişqaya (Qukariç-1991), 17. Bala Məzrə (Pokr Masrik-1991), 18. Qaraiman (Sovetkənd-1978, Kaxank-1991), 19. Kəsəmən (Bahar-1978, Arpunk-1991), 20. İnəkdağı (Yenikənd-1978, Tretuk-1991), 21. Qanlı (Qamışlı -1946), 22. Kərkibaş (Şəfəq-1967, Vanevan-1991), 23. Subatan (Qexakar-1991), 24. Canəhməd (Günəşli-1969, Kutakan-1991), 25. Ağyoxuş, 26. Sətənəxaç (Güney-1935, Arevuni-1991)
Qarışıq yaşayış məntəqələri:
27. Yuxarı Zağalı (Ağpradzor-1978), 28. Çaxırlı (Sovetakert-1978, Kaxakn-1991), 29. Tüstülü (Lusaqeunk-1978), 30. Böyük Məzrə (Medz Masrik-1991), 31. Qızılvəng (Çiçəkli-1940, Makenis-1978), 32. Torf
Krasnoselo (Çəmbərək) rayonu
1. Cil, 2. Ardanış, 3. Şorca, 4. Toxluca (Draxtik-1991), 5. Ağbulaq (Axperek-1991), 6. Gölkənd (Ayqut -1991), 7. Çaykənd (Dprabak-1991), 8. Əmirxeyir (Kalavan-1991), 9. Bəryabad (Barepat-1991), 10. Yanıqpəyə (Meşəkənd-1978), 11. Cıvıxlı, 12. Qaraqaya (Coravank-1991),
Qarışıq yaşayış məntəqələri:
13. Çəmbərək (Krasnoselo), 14. Orconikidze (2, 113-114).
Ümumiyyətlə, 1988-ci ilin 27 noyabr 5 dekabr aralığında ermənilərin həyata keçirdikləri qətlamlar nəticəsində Göyçə 56 şəhid (45 nəfər Basarkeçər, 11 nəfər Çənbərək rayonu ərazisində) şəhid verdi, Göyçənin son 80 min nəfər əzəli sakini didərgin düşdü, əhaliyə şəxsi əmlak qismində 500 milyon, ictimai təsərrüfatların əmlakı qismində 1 milyard dollar həcmində ziyan dəydi.
ƏDƏBİYYAT
1. Arzumanlı V. və Mustafa N. Tarixin qara səhifələri. Deportasiya, Soyqırımı, Qaçqınlıq. Bakı: Qartal, 1998, 279 s.
2. Azərbaycanlıların soyqırımı və deportasiyası. Bakı: PK, 2010.
3. Ermənistan Azərbaycanlıların tarixi coğrafiyası Tərtib edən S.Əsədov, /B.Budaqov və Q.Qeybullayevin redaktəsi ilə. Bakı: Gənclik, 1995,464 s.
4. Əroğul Ə. Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası (bədii, tarixi publisistika), Bakı, “Təknur”, 2009, səh.200 s.
5. İsmayıl E. Ermənistan türklərinin 1988-ci il soyqırımı. Bakı: Qəzəl Şərq, 110 s.
6. Qazıyev Y. Erməni məsələsi. Yalanlar və gerçəklər. Bakı, Nurlar, 2009, 344 s.
7. Sovet Ermənistanı qəzeti, 1964, 3 oktyabr-N117, 10 noyabr - N133
8. Sovet Ermənistanı qəzeti, 1965 13 mart, N 31.
9. Sovet Ermənistanı qəzeti, 12 iyul 1988, N85; 23 iyun N 76.
10. Vilayətoğlu S. Oğuz elinin müqəddəs ocağı: Göyçə. Bakı: TS, 2006, 512 s
Açar sözlər: İrəvan quberniyası, Göyçə mahalı, 1988-1989-cu illər deportasiyası.
Ключевые слова: Иреванская губерния, магал Гейча, депортация азербайджанцев в 1988-1989 гг.
Keywords: Iravan province, Goycha mahal, deportation of the 1988-1989 years.
Резюме
В 60-х гг. прошлого века в Армянской ССР началась очередная интенсивная антитюркская, антимусульманская прораганда. В результате дискриминационных акций тысячи азербайджанцев были вынуждены покинуть Иреван и близлежащие территории и переселиться в Азербайджанскую ССР.
В 1988-1989 гг. в результате политики дискриминации и депортации тысячи азербайджанцев были изгнани из Армянской ССР – родной очага азербайджанских тюрков и стали беженцами в своей стране. В магале Гейча было убито 56 азербайджанцев (45 человек в Басаркечарском, 11 человек в Ченбаракендском районах). Последние 80 тысяч гейцинчев – азербайджанцев были изгнаны из родных очагов.
Summary
In the 60s of the 20th century, the anti-Turkish, anti-Muslim propaganda began with all its might in Armenia again. During this period, as a result of the national discrimination policy and discrimination actions in Armenia thousands of families were forced to leave Iravan and its surrounding areas.
The last stage of mass and forcibly banishment of Azerbaijanis from present Armenia which throughout the history has been their ancestral lands took place in 1988-1989. During this period, as a result of massacres committed by Armenians 56 people were killed in Goycha (45 people in Basarkecher and 11 people in the area of Chanberek region) gave. the last 80 thousand people - old residents of Goycha were driven from their homes, and were damaged their personal property worth to total $ 500 million and as the property of public holdings $ 1 billion.
"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017
Bəxtİyar Əhmədov
AMEA-nın Tarix İnstitutu
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM