ХХ əsrin 20-ci illərindən 80-ci illərin оrtаlаrınаdək sоvеt tаriхşünаslığındаn fərqli оlаrаq xarici ölkə tаriхçiləri Bakı Xalq Komissarları Sovetinin tədqiqinə daha ədаlətli yаnаşmış, prоblеmi оbyеktiv işıqlаndırmаğа əsаsən müvəffəq оlmuşlаr. Bоlşеvik kоnsеpsiyаsını rəhbər tutаn sovet tаriхçiləri Bakı Xalq Komissarları Sovetinin siyasətini qüsursuz və ədalətlı qələmə verdikləri halda Аzərbаycаn Хаlq Cümhuriyyətinin lidеrləri və idеоlоqlаrı, yахud mаrt sоyqırımının şаhidi və yа iştirаkçısı оlаn xarici ölkə müəlliflərin prоblеmə münаsibəti, gözlənildiyi kimi, оbyеktiv оlmuşdur.
Bakı Xalq Komissarları Sovetinin xarici ölkə tarixşünaslığı ona görə böyük elmi əhəmiyyət kəsb edir ki, Amerika və avropalı tarixçilərin əsərlərində bu və ya digər siyasi rejimin sərt təzyiqi, ideoloji tələbləri olmadığı üçün, ayrı-ayrı tarixi şəxslərin doqmatik etalonlara çevrilməsi və bu kimi elmi obyektivlikdən uzaq neqativ hallarla sovet tarixşünaslığında olduğu kimi tez-tez rastlaşmırsan.
Doğrudur, lap yaxın keçmişdə, dünyanın kapitalizm və kommunizm kimi qarşı-qarşıya duran iki böyük sosial-iqtisadi və ictimai-siyasi cəbhəyə bölündüyü hadisələrdə tarix elmi ən güclü ideoloji mübarizə silahlarından biri və bəlkə də birincisi idi. Ən azından məhz bu səbəbdən müxtəlif ideoloji düşərgəyə malik tarixçilər tarixi gerçəkliyi təbii ki, öz maraqları baxımından əks etdirməyə cəhd göstərirdilər. Məhz bu səbəbdən xarici tarixçilər sovet dövlətinin türk-müsəlman xalqlarına qarşı yeritdiyi ikili standart, müstəmləkə xarakteri daşıyan ədalətsiz milli siyasət konsepsiyasını tənqid etməkdə, qeyri-rus xalqlara qarşı velikorus prizmasından yanaşıldığını obyektiv tarixi faktlarla tədqiq və təsdiq edərək ictimaiyyətə çatdırılması sahəsində böyük işlər görmüşdülər.
Xarici tarixşünaslıq üçün Bakı Xalq Komissarları Sovetinin yaranması, fəaliyyəti və törətdiyi mart soyqırımının öyrənilməsinə bu qədər marağın səbəbi bolşevik ideologiyasının demokratiyadan kənar olmasına hamını inandırmaq üçün belə hadisələrin tədqiqinə duyduqları kəskin ehtiyac idi. Bu ehtiyacdan qaynaqlanaraq yola çıxsalar belə son nəticədə qazanan vətən tarixi olmuşdu. Çünki bu gün həmin dövrü araşdırmaq, Bakı Xalq Komissarları Sovetinin fəaliyyətini daha yaxşı başa düşmək və dəyərləndirmək üçün xarici ölkə tarixşünaslığına müraciət çox vacibdir və xüsusi əhəmiyyətə malikdir.
İstər XX əsrin 20-30-cu illər, istərsə də 50-80-ci illərdə SSRİ-nin süqutuna qədərki sovet tarixşünaslığında Bakı Xalq Komissarları Sovetinin yaranması, fəaliyyəti, anti-azərbaycan xarakteri daşıyan mahiyyəti Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda zəhmətkeşlərin mübarizəsi tarixi kimi qələmə verilirdi. [1; 5, 7-9; 6, 5-3; ] Həmin dövr sovet tarixçilərinin heç biri Bakı Xalq Komissarları Sovetinin Azərbaycan xalqı tərəfindən dəstəklənmədiyini, yerli camaat içərisində heç bir sosial-siyasi dayağa malik olmadığını, “Daşnaksütun” partiyası ilə sıx əməkdaşlıq etdiyini, qeyri-leqitim hökumətini sinfi mübarizə fonunda ört-basdır etmək üçün Mart soyqırımını planlaşdırılmış şəkildə həyata keçirdiyini, bu cinayətkar qurumun tərkibinin əsasən erməni millətçilərindən ibarət olması barədə bir kəlmə belə söz açmırdılar. Hadisələr Bakı Xalq Komissarları Sovetinin fəaliyyətinin mədhi və təbliği məcrasında təsvir edilirdi. Sovet tarixçilərinin fikrincə bəhs olunan dövrdə əgər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda da hər hansı bir hərəkat olmuşdursa bu sırf proletar hərəkatı, bolşeviklərin qanuni hakimiyyətə yiyələnməkdən ötrü, “xalqı fəlakətə sürükləyən milli burjua qüvvələrinə qarşı” şanlı mübarizə tarixidir. Halbuki, xarici tarixşünaslıqda mühacir tarixşünaslığındakı kimi onların əsl məqsədlərinin heç də “şanlı mübarizə” olmaması, əslində “müsəlmansız bir Azərbaycan xalqı” hədəfində olmamaları aydın olur.
Xarici tarixşünaslıqda xüsusi maraq doğuran əsərlərdən biri Henri Barbiyə məxsusdur. Henri Barbinin 1921-ci ildə Parisdə nəşr olunan “Ermənilərin ekstravaqant bolşevik epopeyası” [7] adlı əsərində 1918-ci ilin martında bolşeviklərin ermənilərlə ittifaqda 7 min müsəlmanı qətlə yetirməsi [7, 65], Şaumyanın, Fioletov, Çaparidze ilə birgə həbs olunarkən 80 milyon manat qızıl pulu da özü ilə aparması faktı qeyd olunur [7, 94]. H.Barbinin təbirincə “bolşeviklərin əsas rəhbərinin bu qədər pulu nəzarətdən hansı şəkildə “gizlətməsi” Şaumyanın müstəqillik illərində oxuduğumuz obyektiv tədqiqat əsərlərindən artıq bizə tanış olan ziddiyyətli, maraqları uğrunda hər cür ideoloji sərhədləri asanlıqla dəf etməyi bacaran, daha bir müəmmalı hərəkəti haqqında şübhələr oyadır. Tarixçinin Bakı Xalq Komissarları Soveti və onun rəhbərliyi haqqında yazdıqları problemi dərindən bildiyinə əyani sübutdur: “Bolşeviklərin əsas rəhbəri Şaumyan, Fioletov, Çaparidze həbs olundular. Gəmidə Şaumyana məxsus yüklərin içində 80 milyon manat qızıl pul tapıldı” [7, 94]. Fəhlə və kəndlilərin rifahı üçün mübarizə yolunu seçən “Bakı bolşeviklərin fədakar əməyi” bu idimi?! Vətən tarixçiləri də iddia edirlər ki, Şaumyanın göstərişi ilə aprelin 26-da Azərbaycan milli burjuaziyasının nümayəndələrindən 50 milyon manat pul hədə-qorxu və silah gücünə alındı [3, 175]. Sovet məktəbinin sapı özümüzdən olan baltalar kimi yetişdirdiyi XX əsrin 40-50-ci illərinin “vətən tarixçilərimiz” bolşevik ideologiyasının əsas mətbu orqanlarında nəşr etdirdikləri silsilə məqalələr və monoqrafiyalarda heç də bu məqama diqqət etmirdilər. Məhz onlar Şaumyanın və yaxın silahdaşlarnın siyasi tərcümeyi-halındakı antiazərbaycan elementləri ustalıqla ört-basdır etməyə, Bakı Xalq Komissarları Sovetinin tarixi ilə bağlı obyektiv məlumatları əks etdirən xarici mənbələri düşmənçilik cəhdi kimi qələmə verməyə çalışmışdılar.
Azərbaycanın XX əsr tarixinə xüsusi diqqət yetirən xarici müəlliflərdən biri də Firuz Kazımzadədir. Müəllifin Nyu-Yorkdakı Fəlsəfə kitabxanası və Oksfordda Corc Ronald tərəfindən 1951-ci ildə nəşr olunmuş 345 səhifəlik tədqiqat xarakteri daşıyan əsəri mənbələrin zənginliyi baxımından diqqəti cəlb edir. Müəllif dönə-dönə qeyd edir ki, bu əsəri yazmaqda məqsədi sovet quruluşuna olan nifrətini büruzə verməkdən ibarət deyil. Cənubi Qafqazın müəyyən mənada ona doğma olması və burada baş verən proseslər haqqında kifayət qədər məlumatlara malik olduğudan o, bu işə cəhd göstərmişdir. Firuz Kazımzadə “Zaqafqaziya uğrunda mübarizə (1917-1921-ci illər)” adlı əsərində [8] 1917-ci il inqilabı ilə bağlı hadisələrdən bəhs edərək yazırdı: “Rusiya əyalətlərində inqilabi proseslərin inkişafı ilə bağlı proseslər çox zəif öyrənildiyinə görə, hazırda Qərbdə Rusiya imperiyasında yaşayan qeyri-rus xalqlar haqqında heç bir məlumat yoxdur. Bu səbəbdən də həmin xalqlara, ələlxüsus da 1917-1920-ci illərdə beynəlxalq əhəmiyyətli hadisələrin cərəyan etdiyi, Avropa ilə Asiyanın kəsişmə nöqtəsində yerləşən Zaqafqaziyaya və orada yaşayan xalqlara maraq azdır, lazımi dəyər verilmir” [8, 7].
Məlum olduğu kimi “1917-ci ilin fevralında Rusiyada baş verən burjua inqilabından sonra ermənilər daha cəsarətlə hərəkət etməyə başladılar[4, 256]. F.Kazımzadə adı çəkilən kitabında bu “boşluğu” doldurmaq üçün zəngin mənbəşünaslıq bazasından yetərincə faydalanmışdır. “Doğrudur, Kazımzadənin əsərində azərbaycanlı müəlliflərin adı çəkilir, amma müəllif vaxtilə Cənubi Qafqaza ezam olunmuş Qırmızı Professorlar İnstitutunun məzunlarının bolşevik ideologiyası əsasında yazmış olduqları əsərlərə xüsusi münasibət bildirmiş və bolşevik konsepsiyasının zərərli cəhətlərini tənqid etməklə müəyyən məsələlərdə müsavatçılara haqq qazandırmışdır” [2, 199]. F.Kazımzadə “Müsavat və bolşeviklər” adlı yarımbaşlıqda yazırdı: “Bolşeviklərin Azərbaycanda başlıca rəqibi Müsavat partiyası idi” [8, 67]. 1917-ci ilin fevralında Rusiyada baş verən burjua inqilabından sonra bolşeviklərin apardıqları təbliğat bir çox partiyalar, o cümlədən də Cənubi Qafqazda “Müsavat” partiyası tərəfindən də müdafiə olunurdu. Lakin 1917-ci ilin oktyabrında bolşeviklərin zorakı yolla hakimiyyəti ələ keçirməsi müsavatçıları öz əvvəlki fikirlərindən daşındırdı. Əgər müsavatçılar oktyabr ayına qədər Rusiyada qurulmuş Müvəqqəti höküməti bolşeviklərə qarşı tutduğu mövqeyinə görə tənqid edirdisə, noyabrdan sonra müsavatçılar yeni mövqedən çıxış etməyə başladılar. Müəllif daha sonra yazırdı: “Müsavat”ın əvvəlcə Bakı Sovetinə bəslədiyi dost münasibəti belə bir ümiddən irəli gəlirdi ki, bolşeviklər hakimiyyətə gələndən sonra öz vədlərinə əməl edəcək və Rusiya müsəlmanlarının həsrətində olduqları öz müqəddəratını təyin etmə hüququna hörmət edəcək və onu tanıyacaqdır. Bolşeviklərlə “Müsavat” arasında əməkdaşlıq o dərəcədə güclənmişdi ki, onların əleyhdarları bu ittifaqa, ancaq həsəd apara bilərdilər” [8, 68]. Buradaca qeyd etmək lazımdır ki, müəllif öz fikrini əsaslandırmaq üçün erməni tarixçisi İşxanyana istinad edir. Halbuki daşnak partiyasının ideoloqlarından biri olan İşxanyan bütün yaradıcılığı boyu türk-müsəlman dünyasına böhtanlar yağdırmaqla məşğul olmuşdur. Müəllif daha sonra İşxanyanın fikrinə əsaslanaraq yazır: “Müsavatçılar bolşeviklərlə birlikdə İctimai Təhlükəsizlik Komitəsinin və Müəssislər Məclisinin buraxıl-masına, Brest-Litovsk sülh müqaviləsinin bağlanmasına səs verdiyi halda, Rusiya hüdudlarında fəaliyyət göstərən digər partiyalar bolşeviklərin bu təkliflərini rədd etmişdilər” [8, 68].
Müəllif etiraf edir ki, əsərin yazılmasında əsasən, rusdilli mənbələrdən və həm də ABŞ-da ünsiyyətdə olduğu tarixçilərin əsərlərindən istifadə etmişdir. Müəllif müsavatçılarla bolşeviklər arasında əməkdaşlığı müvəqqəti hesab edərək yazır: "Müsavatla bolşeviklərin əməkdaşlığı sırf taktiki xarakter daşıdığı halda, onlar arasında düşmənçilik dərin və real idi və bir az sonra iki partiyanın (bolşevik və “Müsavat”) Qafqaz Azərbaycanında siyasi hakimiyyət uğrundakı mübarizəsi onları antoqonist düşmənlərə çevirdi. Bolşeviklər, “Bütün hakimiyyət Sovetlərə” şüarını irəli sürəndə “Müsavat” lideri M.Ə.Rəsulzadə bildirirdi ki, Müsavat partiyası prinsip etibarı ilə bütün hakimiyyətin Sovetlərə verilməsinə etiraz etmir, ancaq Bakı Soveti demokratik əsaslarla seçilmədiyindən və eyni zamanda, kəndlilər burada təmsil olunmadığından Müsavat partiyası hakimiyyətin sözügedən Sovetə verilməsi ilə razılaşmır və bu səbəbdən Icraiyyə Komitəsinə daxil olmaqdan imtina edir” [8, 68].
Daha sonra müəllif yazırdı ki, ”Bolşeviklər və müsavatçılar başa dü-şürdülər ki, gec-tez onlar arasında ölüm-dirim mübarizəsi başlayacaq və hər ikisi öz qələbəsini təmin etmək üçün tədbirlər görürdü” [8, 68]. Bakıda güclənmək, az sonra bütün qəzalarda Sovet hakimiyyətini qurmaq üçün Bakı Soveti qüvvələri qarşısında duran mühüm vəzifələrdən biri silahlı ordu birləşmələri təşkil etmək və dağıdılmış ordu hissələrini bərpa etmək üçün birinci dünya müharibəsi cəbhələrindən qayıdan başıpozuq rus əsgərlərini bir yerə yığmaqdan ibarət idi. Digər tərəfdən Bakı Soveti rəhbərliyi etibarsız saydıqları azərbaycanlı fəhlələri silahlandırmaqdan ehtiyat edirdilər. O biri tərəfdən də azərbaycanlılar ermənilərin silahlandırılmasına meyilli olan Sovet rəhbərliyinə öz etirazını bildirirdilər. 1905-1906-cı illərdə Bakıda baş verən qırğının acı nəticələri hələ aradan qaldırılmamış və unudulmamışdı. Ona görə də Bakı Soveti rəhbərliyi silahlı qüvvələrin təşkilinə xüsusi diqqət yetirirdi. Müəllif bununla bağlı yazır: “Bakı daimi milli iğtişaş qorxusu ilə yaşayırdı. Şaumyan başda olmaqla qüvvələr Qafqaz cəbhəsindəki ordunun bölünməsi ilə Azərbaycanda rusların kökünün kəsilməsi ilə nəticələnəcəyini fikirləşirdilər. Silahlı qüvvələrin yaradılması Soveti qayğılandıran birinci məsələ idi. Sovetlər Qırmızı qvardiyanı yaradarkən güclü müqavimətlə qarşılaşdılar, ancaq buna baxmayaraq, öz planlarını həyata keçirtdilər [8, 68]. Müəllif fikrini əsaslandırmaq üçün S.Şaumyana istinad edərək yazır: “Ordunun yaradılması haqqında əmr vermək, onu yaratmaqdan asan idi. Sovetin qüvvələri Müsavatın və Daşnaksütyunun qüvvələri ilə müqayisədə çox az idi. Daşnaklar 1917-ci ilin axırlarında Qafqaz cəbhəsindən qayıdan minlərlə rus əsgərlərindən aldığı böyük miqdarda silahlarla çox yaxşı təchiz olunmuşdu. Bundan başqa daşnaklar Rusiya ordusunda xidmət edərkən və Osmanlıda həyata keçirtdikləri partizan əməliyyatlarında hərbi təcrübə qazanmışdılar. Azərbaycanlılar təxminən ermənilər kimi silahlansalar da, ermənilərlə müqayisə ediləcək təşkilata və təcrübəyə malik deyildilər” [8, 68]. Doğrudur, müəllifin “Daşnaksütyun” qüvvələri ilə bağlı fikirlərinə dövrün digər tarixçilərinin əsərlərində də rast gəlmək mümkündür. Amma maraqlısı budur ki, Osmanlı ərazisində böyük təcrübə toplayan və yerli əhalinin qırılmasında ad çıxaran daşnakların hərəkətlərinin ön plana çəkilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, erməni qüvvələrinin Osmanlı ərazisində törətdikləri milli qırğınları inkar etmək üçün bolşevik tarixçiləri də uzun müddət səy göstərmişdilər. Bakıda və ətraf qəzalarda müsəlman əhalisinə qarşı soyqırımın təşkilatçısı Stepan Şaumyan və oğlu Suren etiraf edirdilər. Məhz buna görə də vəziyyətin çətinliyini anlayan S.Şaumyan I.V.Stalinə göndərdiyi məktubunda Qafqazdakı Qırmızı qoşunların ehtiyacını ödəmək üçün 10 milyon rublun ayrılmasını xahiş etmişdi.
Müəllifin Bakı və Bakı ətrafında baş verən hadisələrlə bağlı əsər boyu irəli sürdüyü iki cəhət diqqəti cəlb edir: Birincisi, bolşeviklərlə "Müsavat" arasında mübarizədə yerli xalqın daha çox kimi müdafiə etməsi etiraf edilir. Ancaq bununla yanaşı müəllif real bir faktı təsdiq etmək istəmir ki, Müsavat partiyası milli məfkurəli bir partiya idi və yerli xalqın mənafeyini müdafiə edən bir siyasi təşkilat kimi çıxış edirdi. Bakıda fəaliyyət göstərən partiyaların əksəriyyəti Bakıya müsəlman şəhəri kimi baxmır və ya bu şəhəri Azərbaycan şəhəri kimi qəbul etmirdilər. İkincisi, hakimiyyət uğrunda mübarizədə müəllif hər üç partiyaya (müsavat, daşnak, bolşevik) eyni münasibəti bildirir. Şaumyanın bolşevik və daşnak partiyaları arasında yaratmış olduğu əlaqələri açmaqda xəsislik edir. Əksinə, müəllif yazır: “Müsavat” gücləndikcə, onun Sovetlə münasibətləri pisləşirdi. 1917-ci ilin aprelində çağırılan Transqafqaziya müsəlmanlarının qurultayı zamanı qəbul edilən sənədlər bu iki partiya arasında münasibətləri gərginləşdirdi. Yanvarda bolşeviklər “Müsavat”ı dağıtmaq məqsədi güdən addımlar atmağa başladılar” [8, 69]. Bolşeviklər “Müsavata” hücüm etməyin ən asan yollarından birini tətbiq etdilər. Yəni onu milli iğti-şaşlara təhrik etmək və əksinqilabi mövqe tutmaqda suçladılar. Bu cür taktika bolşeviklərə arzuolunan nəticələri verə bilərdi. Ancaq bolşeviklər ehtiyatı əldən vermir, erməniləri müdafiə etdiklərini ört-basdır edə bilirdilər. Sovetdə olan çoxsaylı ermənilər və ruslar başa düşürdülər ki, onların antimüsəlman siyasəti Azərbaycan əhalisinin "Müsavat" ətrafında daha sıx birləşməsinə gətirib çıxaracaqdır. Ermənipərəst görünməmək üçün bolşeviklər bu mətbuat orqanlarında həm "Müsavat"a, həm də "Daşnaksütyun"a hücum edirdilər. 30-cu illərin bolşevik tarixçilərindən olan Y. Ratqauzer yazırdı: “Bakıda iki böyük düşmən düşərgəsi üz-üzə dayanmışdı. Bunlar Müsavat və Daşnaksütyun partiyalarıdır. Şəhərin demokratik qüvvələri bu iki patiyanı zərərsizləşdirməsə, onda əksinqilabi təşkilatlar fəhlə sinfini silahlandıraraq onları bir-birinə qarşı qoyacaq və özlərinin çürük milli binalarını fəhlə hərəkatının xarabalıqları üzərində qurmağa çalışacaqlar. Toqquşma qaçılmazdır” [9, 128]. F.Kazımzadə yazırd; “Ilk nəzərdən “Müsavat”a və “Daşnaksütyun”a hücum eyni xarakter daşıyır. Əslində isə, bu aldadıcı təbliğat idi. Sovetin bütün fikri “Müsavat”ı məhv etməyə yönəlmişdi. Sovet bu iki güclü rəqibə eyni zamanda qalib gələ bilməzdi. Sovet azərbaycanlılarla ermənilər arasında milli münaqişəni qızışdırmaq və bir xalqdan digərinə qarşı istifadə etmək qərarına gəlmişdi” [8, 69]. Doğrudur, müəllifin bir çox mülahizələrini qəbul etmək olmur. Ona görə ki, müəllif bu fikirlərin bir çoxunu sovet tarixçilərinin əsərlərinə istinadən irəli sürür. Digər tərəfdən, müəllif “Daşnaksütyun” ilə “Müsavat” arasında hakimiyyət uğrunda mübarizədə fərqi görmür və ya görmək istəmir. “Müsavat” öz torpağında hakimiyyət uğrunda mübarizə apardığı halda, “Daşnaksütyun” “böyük Ermənistan” yaratmaq uğrunda qanlı müharibə aparır və qonşu torpaqlarının bu əraziyə qatılmasına çalışırdı. F.Kazımzadə yazır: “Sovet və "Müsavat” arasında kulminasiya nöqtəsinə çatan mübarizə mart hadisələri ilə başa çatdı. Bu hadisələrdə Daşnaksütyunun rolu, Transqafqaziyanın sonrakı tarixi üçün mühüm əhəmiyyət kəsb edir və buna görə də bəzi hadisələri detalları ilə araşdırmağa ehtiyac vardır” [8, 69].
F.Kazımzadənin bəhs etdiyimiz əsəri haqqında fikrimizi yekunlaşdırarkən bəzi məqamlara diqqət yetirək. Əvvəla, müəllifin bu əsəri xarici tarixşünaslıqda Qafqaz tarixi ilə bağlı işıq üzü görən ilk əsərlərdən biridir. Ikincisi, vətən tarixşünaslığında Bakı Xalq Komissarları Sovetinin tarixi parlaq səhifələrdən biri kimi təsvir olunsa da, müəllif bir çox tarixçilərin əsərlərinə münasibət bildirməklə Bakı Sovetinin tarixi ilə bağlı əsl həqiqəti üzə çıxarmağa cəhd göstərmişdir. Üçüncüsü, müəllif bir çox tarixi həqiqətləri üzə çıxarmaqla, əslində, vətən tarixçilərinin tədqiqatlarını sual altında qoymuşdur: 1918-ci ilin martında Bakı şəhərində vətəndaş müharibəsi, yoxsa mart soyqırımı baş vermişdir? Ədalət naminə qeyd etmək lazımdır ki, həyatında Azərbaycanı görməyən, yalnız soyadına görə bizə yaxın olan F.Kazımzadənin hadisəyə “mart qırğını”, ömrü boyu Azərbaycanda yaşayan və bu xalqın övladı adını daşıyan yüzlərlə tarixçinin isə “vətəndaş müharibəsi” ifadələrini tariximizə gətirməsi kimin bizə daha yaxın və real tarixə sadiq olduğunu əyani göstərir.
ƏDƏBİYYAT
1. Abbasov Ş. 26 Komissar. Bakı: Azərnəşr, 1937, 24 s.
2. İsgəndərov A.C. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarix-şünaslığı 1918-1920. Bakı: Adiloğlu 2006, 391 s.
3. İsgəndərov A.C. Azərbaycan həqiqətləri 1917-1920. Bakı: Elm və təhsil. 2012, 226 s
4. İsgəndərov A.C. 1918-ci ildə Şamaxı qəzsında həyata kecirilən soyqırımı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Elmi Əsərlər. "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920)" mövzusuna həsr olunmuş III beynəlxalq elmi konfransın materialları. Xüsusi buraxılış. 2015, 56,57, 58, 621s.
5. Əzizyan A. 26 Bakı komissarının xatirəsi/Azərbaycan qadını jurnalı.1938, № 8, s. 7-9 (latın əlifbası ilə).
6. Qazıyev M. Kommunizm uğrunda mübriz döyüşçülər/Təbliğatçı jurnalı, 1939, № 2, s. 5-13
7. Henry Barby. Le debacle russe: les extravagances Bolcheviques et l'epopee Armenienne. Paris: A. Michel, 1921, 261 p.
8. Kazemzadeh F. The Struggle for Transcaucasia (1917-1921). New York: Phi-losophical Library, 1951, 354 p.
9. Ратгаузер Я.А. Революция и гражданская война в Баку. Ч.1: 1917-1918 гг. Баку: Красный Восток, 1927, 222 с.
Açar sözlər: Anti-azərbaycan siyasəti, Bakı Kommunası, milli istiqlal, xarici tarixşünaslıq.
Ключевые слова: Анти-азербайджанская политика, Бакинская Коммуна, национальная независимость, зарубежной историографии.
Keywords: Anti-azerbaijani politics, the Baku Commune, national Independence, foreign historiography.
РЕЗЮМЕ
Анализ зарубежной историографии показывает, что искаженные в отечественной историографии факты о Бакинских Народных Комиссарах нашли свое подлинное отражение в зарубежной историографии. В то время как отечественные историки руководствуясь большевистской концепцией политику Бакинских Народных Комиссаров описывали как беспорочную и правую, зарубежные историки, лидеры и идеологи Азербайджанской Демократической Республики, а также зарубежные авторы, которые стали свидетелями и даже участниками мартовских репрессий, объективно описывают эти события.
Summary
An analysis of foreign historiography shows that many distorted moments about the history of The Baku Council of People's Commissars in the native historiography found their real reflection in the foreign historiography.
The native historians helding Bolshevik concept as the main described the policy of The Baku Council of People's Commissars impeccably and fairly although the liders and ideologians of the Azerbaijan Democratic Republic, or foreign authors who were witness and participante of the the genocide of March the relation to the problem as expected was objective.
"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017
Elşən Aslanov
Bakı Dövlət Universiteti
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM