AZƏRBAYCANDA DEMOQRAFİK VƏZİYYƏT NƏZƏRƏ ALINMAQLA İDXALIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN QANUNVERİCİLİK BAZASININ GÜCLƏNDİRİLMƏSİ VƏ PRİORİTET İSTİQAMƏTLƏRİ

09:00 / 31.05.2017

Müasir dövrdə ölkəmizdə sosial-iqtisadi inkişafın yeni mərhələləri və yeni meyarları formalaşmaqdadır. Dünya iqtisadi proseslərinin transformasiyası və ciddi təsirlərə məruz qaldığı bir şəraitdə demoqrafik vəziyyətin sabit saxlanılması və bununla bağlı problemlərin dərindən öyrənilərək tənzimlənməsi dövlətin qarşısında duran strateji vəzifələr kimi xarakterizə olunurlar. Bununla əlaqədar olaraq ölkəmizdə demoqrafik vəziyyətin idxalın dövlət tənzimlənməsinə təsirinin təkmilləşdirilməsinin təmin edilməsi vacib məsələlərdəndir. Professor A.Şəkərəliyev qeyd edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı potensialının tam reallaşmasına yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsi, idxalı əvəzetmə inkişaf strategiyalarının effektiv sintezinə imkan verən müvafiq iqtisadi mexanizmlərin işlənməsi və realizasiyası əsasında mümükündür[1]. Ölkəmizin qeyri-neft sektorunun inkişafı baxımından idxal əvəzedici sahələrin təşkili mühüm əhəmiyyət kəsb edir. Bu potensialdan zəif istifadə edilməsi bir çox sənaye məhsullarının, xüsusilə yüngül sənaye məhsullarının kütləvi idxalını məcburi etmişdir. Məsələnin mahiyyəti təkcə yüngül sənaye mallarının təminatı sahəsində idxaldan aslılıqdan getmir, bu həm də mühüm sosial-iqtisadi problemdir. Belə ki, ölkə əhalisinin yüngül sənaye mallarına olan tələbatının əksər hissəsinin daxildə istehsalının təşkili və bununla əlaqədar olaraq çoxlu sayda istehsal müəssisələrinin və şəbəkəsinin yaradılması, yeni iş yerlərinin təşkilinə real imkanların əldə edilməsi, iqtisadi cəhətdən fəal əhalinin potensialından səmərəli istifadə olunması, işsizlik səviyyəsinin aşağı salınması, insan resurslarının realizə edilməsi, onların bacarıq və intellektini nümayiş etdirmələrinə müvafiq şəraitin yaradılması, gənc ailələrin formalaşmasına maddi dəstəyin gücləndirilməsi və mənəvi mühitin təşkili, yeniyetmələrin sağlam ruhda böyüməsi üçün əlavə tədbirlərin görülməsinə resursların yaranması və s. mümkün olardı. Demoqrafik proseslər cəmiyyətə və milli iqtisadiyyatın inkişafına əsaslı təsir göstərmək imkanına malikdir. Bu halda həmin proseslərin tənzimlənməsi obyektiv zərurət kimi çıxış edir. Məsələn, tədqiqatçı V.Quliyev qeyd edir ki, ölkə əhalisinin gəlirlərinin diferensiallaşmasının yumşaldılması, yoxsulluğun azaldılması, sosial sferada islahatların hüquqi təminatı, yoxsulluğun azaldılmasının təkmilləşdirilməsi, bunlarla bağlı dövlət proqramlarının həyata keçirilməsi zamanı sosial qeyri-bərabərliyin azaldılması sahəsində daha əsaslandırılmış, planlaşdırma-idarəetmə qərarlarının qəbul etməsi və hüquqi tənzimlənmənin təkmilləşdirilməsi təmin edilməlidir[2]. Əhalinin narahatçılığına səbəb olan problemlərin içərisində sosial qeyri-bərabərliklə bağlı məsələlər daha genişdir və bütün bunlar demoqrafik proseslərin gərginləşməsinə gətirib çıxarır. Buna görə də ölkədə demoqrafik vəziyyətin sabitləşdirilməsi məqsədilə iqtisadiyyat sahələrinin və cəmiyyətin davamlı, həm də tarazlı inkişafı təmin olunmalıdır. Tədqiqatçı Azərbaycanın E. Emir-İlyasova dünya iqtisadiyyatına inteqrasiya şəraitində Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin səmərəliliyini araşdırarkən qeyd etmişdir ki, dövlətin iqtisadi siyasətində ayrı-ayrı qeyri-neft sektoru sahələrinin inkişafı sürətləndirilməli, onların ixrac potensialı artırılmalı və idxaləvəzedici iqtisadiyyat sahələrinin genişləndirilməsi stimullaşdırılmalı, bununla bağlı məsələlər qanunvericilik aktları ilə daha əhatəli baxılmalı, valyuta və gömrük tənzimlənməsi, həmçinin idxal mallarının ölkənin və ayrı-ayrılıqda milli istehsalçıların maraqlarına uyğun olaraq lisenziyalaşdırılması, tarif siyasəti vasitəsilə idxalın tənzimlənməsi həyata keçirilməlidir[3]. İdxalın tənzimlənməsi vasitəsilə ölkədəki proseslərə bu və ya digər formada təsir göstərmək imkanı yaradıla bilər və demoqrafik vəziyyətlə bağlı ortaya çıxan məsələlərdə xarici iqtisadi amillər də az əhəmiyyət kəsb etmir. Bunlara diqqət yetirən tədqiqatçı F.Qənbərov qeyd edir ki, qloballaşma şəraitində idxal-ixrac əməliyyatlarının prosedur qaydaları sadələşdirilməli, şəfaflıq təmin edilməli, bunlarla əlaqədər planlaşdırılmayan xərclər azaldılmalı və sonda malların qiymətinin aşağı düşməsi təmin olunmalı, müxtəlif əhali təbəqələrinin, o cümlədən nisbətən kasıb əhali təbəqələrinin maraqları qorunmalı, arzuolunmaz demoqrafik problemlərə gətirib çıxaran halların qarşısı alınmalıdır. İdxal rüsumlarının azaldılması yolu ilə milli bazarda rəqabətqabiliyyətlilik artırılmalı, yerli istehlakçılar daha ucuz və keyfiyyətsiz mallar imkanı qazanılmalıdır, əhalinin tələbatı dolğun ödənilməlidir və bu istiqamətlərdə idxaləvəzedici fəaliyyət sahələri təşkil olunmalıdır[4,s.34]. Bu məsələlər eyni zamanda işçi qüvvələrinin məhsuldar yerləşdirilməsi, əmək bazarının və demoqrafik vəziyyətin tənzimlənməsi, məşğulluğun gücləndirilməsi üçündə vacib hesab olunur. Bu baxımdan əmək resurslarından və əmək ehtiyatlarından daha səmərəli istifadənin təşkili, bunlarla bağlı ölkədəki demoqrafik vəziyyətdən doğan reallıqların obyektiv qiymətləndirilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsi əhəmiyyətli məsələlər kimi diqqət çəkir[5;6].
Qeyd edək ki, Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı qüvvəyə minmişdir[7]. Bu fərmanla ölkəmizdə xarici iqtisadi əlaqələrin, xüsusilə ticarət əlaqələrinin liberallaşdırılması, bu işlərin genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatı tələblərinə cavab verən müasir qaydaların müəyyən edilməsi məqsədilə idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları təsdiq edilmişdir[8]. Bununla da ölkəmizdə idxalın daha səmərəli təşkili üçün qanunvericilik bazası gücləndirilmişdir və bu qanuna əsasən milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin, xüsusilə qeyri-neft sektoru sahələrinin, o cümlədən kənd təsərrüfatı və aqrar sənaye müəssisələrinin inkişafının gücləndirilməsi üçün əlavə mexanizmlər və iqtisadi alətlər formalaşdırılmış, regionlarda əhalinin iqtisadi fəallığının artırılması, sosial-iqtisadi problemlərin həll edilməsi, demoqrafik vəziyyətə mənfi təsir edən ayrı-ayrı sosial-iqtisadi amillərin öyrənilməsi, nəzərə alınması, onlara adekvat tədbirlərin görülməsi işləri genişləndirilmişdir. İdxal əməliyyatlarının daha effektiv təşkili regionlarda fermer təsərrüfatlarının və aqrosənaye təyinatlı müəssisələr şəbəkəsinin yaradılmasını stimullaşdırmış və kənd rayonlarında əhalinin məskunlaşması, əhalinin təkrar istehsalı proseslərinə müsbət təsir göstərmişdir. Ölkə Prezidentinin 2 avqust 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı təsdiq edilmişdir[9]. Qeyd edək ki, hazırda bu tədbirlərin əksəriyyəti reallaşdırılmış və ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul edilməsi üçün maneələr əsasən aradan qaldırılmışdır. Sonradan bu sahədə aparılmış tədbirlərin daha da gücləndirilməsini təmin etmək üçün ölkə Prezidentinin 14 may 2010-cu il tarixli fərmanı ilə ölkəmizdə idxal əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər müəyyənləşdirilmişdir[10]. Bu qaydaların təkmilləşdirilməsi prosesləri intensivləşdikcə, ölkəmizdə idxal siyasətinin müasir dövrün tələblərinə, həmçinin ölkədaxili demoqrafik proseslər və iqtisadi amillərin təsirinə adekvat tənzimləməsi zərurəti yaranır. Bu hallar əsas götürülməklə, 2013-cü il 13 iyun tarixli “Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir [11]. Bu qanunla ölkəmizdə gömrük tarifinin formalaşması və tətbiqi, həmçinin ölkəmizin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydaları tənzimlənir. Bu kimi tədbirlərin həyata keçirilməsi və ölkəmizin sosial-iqtisadi siyasəti, milli maraqları və digər amillər nəzərə alınmaqla müəyyənləşdirilən tarif-gömrük mexanizmləri, idxalın tənzimləmə alətləri bu sahədə zəruri addımları atmağa və tələb olunan işləri reallaşdırmağa imkan verə bilər.
Qeyd edək ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, səmərəli dövlət tənzimlənməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşmasına, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulmasına, əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə, müasir təhsil sisteminin formalaşdırılmasına, gender bərabərliyinin təmin olunması və ailənin inkişafına, gənclərin potensialının və idmanın inkişafının təmin edilməsinə ciddi önəm verilmişdir[12]. Azərbaycanın ərzaq təhlükəsizliyi, regionların inkişafı, məşğulluq və yoxsulluğun ixtisarı nöqteyi- nəzərindən əhəmiyyət kəsb edən aqrar sektorun inkişafı dövlətin diqqət mərkəzindədir. Dövlət tərəfindən verilən güzəştli kreditlər, subsidiyalar, meliorasiya və irriqasiya işləri və regional infrastrukturun təkmilləşdirilməsi kənd təsərrüfatının inkişafını sürətləndirmişdir. Azərbaycan dövlətinin apardığı diversifikasiya siyasətinin əsas istiqamətlərindən biri də, ölkə daxilində regional balansın yaranması, və coğrafi tarazlığın qorunmasıdır[13]. Bununla belə, regionlarda qeyri- neft ixracı məhsullarının istehsalı şəbəkəsinin genişləndirilməsi və nəticədə idxalın həcminin azaldılması hesabına əhalinin maddi rifahının yaxşılaşdırılası və demoqrafik vəziyyətin balanslaşdırılması daha çox mümükün olardı. Bu qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasında demoqrafik vəziyyətin qanunvericilik bazasının gücləndirilməsi və idxalın dövlət tənzimlənməsinə təsirinin təkmilləşdirilməsi yollarını ümumiləşdirmək mümkündür:
-idxalın strukturunun təkmilləşdirilməsi, demoqrafik proseslərin təsirindən formalaşan amillər baxılmaqla idxal siyasətinin yenilənməsi və bunlarla bağlı qanunvericilik bazasının gücləndirilməsi həyata keçirilməlidir;
-müxtəlif mal qruplarının ölkəyə gətirilməsinin məhdudlaşdırılması, əvəzində isə idxaləvəzedici istehsal və fəaliyyət sahələrinin təşkili yolu ilə demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsinin hüquqi bazasının formalaşdırılması təmin olunmalıdır;
-ölkədə demoqrafik vəziyyətin idxalın dövlət tənzimlənməsinə təsirinin kompleks baxılması, bunlarla bağlı zəruri tədbirlərin görülməsi, tənzimlənmə mexanizmlərinin hazırlanması, bu mexanizmlərin təkmilləşdirilməsinin təmin edilməsi, idxaləvəzedici yüksək standartlara cavab verən istehsal, kənd təsərrüfatı, aqrosənaye, xidmət təsərrüfatları şəbəkəsinin yaradılması, əmək ehtiyatlarından və insan resurslarından maksimum səmərəli istifadənin təmin edilməsi, demoqrafik vəziyyətin tarazlaşdırılması və sabit saxlanılması üçün yeni resurs potensialının formalaşması məqsədilə, on illik bir dövrü əhatə edən “Azərbaycan Respublikasının demoqrafik vəziyyətinin idxalın dövlət tənzimlənməsinə təsirinin təkmilləşdirilməsi tədbirləri Dövlət Proqramı”nın hazırlanması və həyata keçirilməsi məqsədəuyğun hesab edilir və s.


Ədəbİyyat
1. Şəkərəliyev A.Ş.Azərbaycan iqtisadiyyatı: reallıqlar və perspektivlər. Günaskam. http://www.gunaskam.com.
2. Quliyev V.M. Azərbaycan Respublikasında yoxsulluğun və sosial qeyri-bərabərliyin azaldılmasının hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi. İ.ü.f.d. dissertasiyasının Avtoreferatı. Bakı, 2013. -27 s.
3. Эмир-Ильясова Э.И. Внешнеэкономические связи Азербайджанской Республики в условиях интеграции в мировую экономику. Автореферат дисс. д-ра экон. наук. Баку, 2013. -48 с.
4. Qənbərov F.Ə. Qloballaşma şəraitində Azərbaycanda iqtisadi artımın təmin edilməsinin xarici iqtisadi amilləri. İ.e.d. dissertasiyasının Avtoreferatı. AMEA, İqtisadiyyat İnstitutu. Bakı, 2014. -60 s.
5. Ганбаров Е.И. Модели и методы прогнозирования некоторых аспектов рынка труда (на примере Азербайджана). Автореферат дисс. канд. наук. Баку, 2007. -20 с.
6. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
7. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı. Bakı şəhəri, № 609.
8. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuşdur.
9. Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə” Tədbirlər Planı. Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Bakı şəhəri, № 1583.
10. Azərbaycan Respublikasının idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 14 may 2010-cu il № 260.
11. Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu”. Bakı şəhəri 13 iyun 2013-cü il.
12. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
13. Qasımlı V. İqtisadi modernizasiya. Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı- 2014.-312 s.

Acar sözlər: demoqrafiya, demoqrafik vəziyyət, demoqrafik proseslər, idxal, idxalın dövlət tənzimlənməsi, qanunvericilik bazası, sosial-iqtisadi problemlər.
Ключевые слова: демография, демографическое положение, демографические процессы, импорт, государственное регулирование импорта, законодательная база, социально-экономические проблемы.
Keywords: demography, the demographic situation, demographic processes, imports, government regulation of imports, legislative framework, social and economic problems.

Резюме
В статье цель заключается в исследовании и подготовке предложений и рекомендаций по усилению законодательной базы государственного регулирования импорта и приоритетных направлений с учётом демографического положения в Азербайджане. Методология состоит из общих научных методов, научных взглядов исследователей и учёных, обобщения, анализа вопросов по усилению законодательной базы государственного регулирования импорта и приоритетных направлений с учётом демографического положения в Азербайджане.
В результат сформированы научные и практичные современные взгляды, мысли и предложения по усилению законодательной базы государственного регулирования импорта и приоритетных направлений с учётом демографического положения в Азербайджане.

Summary
Purpose of the research is the study and preparation of proposals and recommendations for strengthening the legislative basis for state regulation of the import and priorities taking into account the demographic situation in Azerbaijan. Methodology consists of general scientific methods, scientific views of researchers and scientists, synthesis, analysis of issues to strengthen the legislative basis for state regulation of the import and priorities taking into account the demographic situation in Azerbaijan.
Finding formed scientific and practical modern opinions, thoughts and suggestions on strengthening the legislative basis for State regulation of the import and priorities taking into account the demographic situation in Azerbaijan.

 

"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017

RASİM ABBASOV
Əmək və Sosial Problemlər üzrə ETTM


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM