STRATEJİ YOL XƏRİTƏLƏRİNİN İCRASININ İNTENSİVLƏŞDİRİLMƏSİNDƏ MİLLİ İQTİSADİ DİPLOMATİYANIN GÜCLƏNDİRİLMƏSİNİN ƏHƏMİYYƏTİ

13:21 / 24.07.2017

Dünya təsərrüfat sistemi formalaşdıqca və ticarət əlaqələri inkişaf etdikcə bu sahələrə “diplomatiya”, “xarici əlaqələr” anlayışları tədricən, xüsusilə XVIII əsrin axırlarından başlayaraq daxil olmuşdur. Qərbi Avropada bu dövrdə rəsmi qurumların xarici əlaqələr sahəsində “diplomatiya” sözü formalaşmağa başlamış və ölkələrarası əlaqələrdə bu və ya digər formada iqtisadi problemlərin həlli üçün diplomatik danışıqlardan və diplomatiya elementlərindən istifadə edilmişdir. Bununla belə, “İqtisadi diplomatiya” anlayışı son dövrlərə xas olan müasir bir iqtisadi vasitə kimi diqqəti cəlb etməkdədir. İqtisadi diplomatiya 20-ci əsrin sonlarında xüsusilə daha çox tələb olunan fəaliyyət sahəsi kimi beynəlxalq iqtisadi münasibətlər sistemində mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Bu ilk növbədə beynəlxalq iqtisadi proseslərdə və dünya təsərrüfat sistemində baş verən tarixi transformasiyalar və qlobal təsirlərin artması ilə birbaşa bağlı olmuşdur [1,с 29]. İqtisadi diplomatiyanın beynəlxalq münasibətlər sistemində rolunun artması, həm də beynəlxalq kooperasiya və təsərrüfat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı ölkələrarası əməkdaşlığın sıxlaşdırılmasının vacibliyi ilə hesab olunur. İ.İvanov belə hesab edir ki, iqtisadi diplomatiya əslində milli maraqlar çərçivəsində dövlətin müxtəlif xarici iqtisadi fəalyyət sahələrində apardığı iqtisadi siyasətin iqtisadi və hüquqi mexanizmlərinin məcmusudur[2]. Görkəmli fransız iqtisadçısı və diplomatı Q.K.Karrer isə belə hesab edir ki, iqtisadi diplomatiya bir tərəfdən dövlətin beynəlxalq aləmdə maraqlarını qoruyursa, digər tərəfdən iqtisadi diplomatiyanın mexanizmləri və alətləri vasitəsi ilə beynəlxalq iqtisadi proseslərin daha səmərəli istiqamətlərinin müəyyənləşdirilməsi mümkündür[3].
İqtisadi diplomatiyanın rolu 1990-cı illərdən sonra dünya xəritəsində yeni dövlətlərin əmələ gəlməsi və sosializm iqtisadi sisteminin əsasən süqut etməsi ilə əlaqədər olaraq daha da güclənmişdir. Belə ki, beynəlxalq iqtisadi münasibətlərə daha müasir yanaşmalar və ölkələrarası əlaqələrin yeni-effektiv modellərinin formalaşdırılması vacib zərurət kimi ortaya çıxmışdır. Rusiyalı alim V.Şetininin fikrincə, iqtisadi diplomatiya - iqtisadi amillərin beynəlxalq münasibətlərə qanunauyğun təsirindən yaranan bir vasitədir [4]. Bundan əlavə, iqtisadi diplomatiyanın inkişafında ölkənin milli xarici iqtisadi strategiyasının işlənib hazırlanması, prioritet istiqamətlərinin seçilməsi və bu sahələrin lazımı səviyyədə təşkilatlandırılması, maliyyələşdirilməsi, kadrlarla təminatı ilə bilavasitə bağlıdır. Müasir dövrdə iqtisadi diplomatiya-dövlətin qloballaşma şəraitində ən mühüm iqtisadi funksiyalarından biridir. Rus alimi İ.Qrişinin fikrincə, hər bir ölkənin davamlı inkişafı və rəqabətqabiliyyətli sənayeyə malik olması, bu ölkənin iqtisadi diplomatiyasının inkişafından çox asılıdır[5].
Qeyd edək ki, dünya təsərrüfat sistemi genişləndikcə və qloballaşma amillərinin təsiri artdıqca iqtisadi diplomatiyanın aktuallığı qaharıq olaraq özünü biruzə verməkdədir. Belə bir şəraitdə iqtisadi diplomatiya bir tərəfdən dünya təsərrüfat sistemində möhkəmlənmək istəyən dövlətlərin milli maraqlarının qorunması, onların iqtisadi sistemlərinin davamlı inkişaf etməsi və ölkənin iqtisadi təhlükəsizliyinin təminatçısı rolunda çıxış edirsə, digər tərəfdən, ölkələr arasında rəqabət mühitini, ticarət iqtisadi münasibətləri dərindən öyrənməkdə səmərəli bir iqtisadi vasitə kimi mühüm əhəmiyyət kəsb edir[6]. İqtisadi diplomatiyanın mühüm vəzifələrindən biri də Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadi təhlükəsizlik diplomatiyasının gücləndirilməsidir. İqtisadi təhlükəsizlik diplomatiyası - iqtisadiyyatın sabit və dinamik inkişafının, davamlı iqtisadi artımın təşkili, iqtisadi istehlakın effektivli təmin edilməsi, ehtiyatların və milli resursların hərəkətinə nəzarət, milli və beynəlxalq səviyyələrdə milli iqtisadi maraqların qorunması proseslərindən ibarətdir. Azərbaycan Respublikası Prezdenti İlham Əliyevin 23 may 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”nda qeyd edilmişdir ki, ölkənin iqtisadi inkişafının davamlı olması hökümətin iqtisadi siyasətinin təməl prinsipidir. Sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq nəticəsində yarana biləcək iqtisadi qeyri-sabitlik təhdidinin qarşısının alınması məqsədilə iqtisadi siyasət iqtisadi çoxşaxəliliyin təşviqinə yönəldilməlidir[7]. Bu baxımdan, milli iqtisadi təhlükəsizliyin prioritet sahələrinə iqtisadi inkişaf proseslərinin gücləndirilməsi, dünya iqtisadi proseslərində ölkənin layiqincə təmsil olunması, milli adət-ənənələrə, sahibkarlık xüsusiyyətlərinə hörmətlə yanaşmaqla bərabər, beynəlxalq səviyyədə beynəlxalq iqtisadi əlaqələrin xarici-ticarət fəaliyyətinin genişləndirilməsi, sərbəst ticarətin inkişafı, daxili və xarici investisiyalardan ölkənin iqtisadi inkişaf modelinin dünya iqtisadiyyatının effektiv tərkib hissəsinə çevrilməsinin təmin edilməsi və sairlər aiddir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, dövlət atributlarının formalaşdırılması, dövlət quruculuğu proseslərinin təşkili ilə yanaşı, ölkənin milli maraqlarına cavab verən iqtisadi inkişaf konsepsiyasının yaradılması zərurəti ortaya çıxdı. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, mühüm dövlət atributlarının formalaşdırdığı proseslərdə ölkəmizin milli iqtisadi diplomatiyasının yaranması, formalaşması və təkmilləşdirilməsi prosesləri sürətlənmişdir. Öz milli sərvətlərindən uğurla istifadə edən Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin tarixi səyləri nəticəsində dünya iqtisadi diplomatiyasında ən ugurlu nümunələrdən biri kimi dəyərləndirilməyə layiq olan milli neft strategiyasını işləyib hazırladı və gerçəkləşdirdi[8]. 1994-cü ildən başlayaraq, Azərbaycanda bazar iqtisadiyyatı şərtlərinə söykənən iqtisadi inkişaf istiqamətləri müəyyənləşdirildi. Bu ilk növbədə 1994-cü ildə həyata keçirilmiş “Əsrin kontraktı” ilə bağlı olmuşdur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını qoymuş bu kontraktla Azərbaycan dünya təsərrüfat sisteminə çoxşaxəli inteqrasiya istiqamətlərini reallaşdıra bildi. Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində zəngin təbii sərvətləri, maddi-texniki və intellektual potensialı, əlverişli strateji və geosiyası mövqeyi olan, beynəlxalq kommunikasıya xətləri, Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi, dünya dövlətlərinin maraq dairəsində olan Azərbaycan tarixi inkişaf yolunu demokratiya, sərbəst sahibkarlıq, azad rəqabət, bazar iqtisadiyyatı ilə müəyyənləşdirdi və iqtisadi siyasət modelində əsas amillər kimi iqtisadiyyatın ayrı-ayrı sahələrinin fəaliyyətinin sabitləşdirilməsi, islahatların sürətləndirilməsi, dünya təsərrüfat sisteminə qoşulması, qloballaşma və liberallaşma şəraitində aktiv inteqrasiya proseslərinin fəal iştirakçısına çevrilməsi özünü göstərmişdir. Hazırda ölkə rəhbərliyi tərəfindən uğurla icra edilən neft strategiyası Azərbaycanı regionda və dünyada dinamik inkişaf edən bir dövlətə çevrilməkdə ciddi təkan vermiş, ölkənin öz milli maraqlarına uyğun iqtisadi diplomatiyası güclənmiş, iri neft-qaz, nəqliyyat, infrastruktur layihələri həyata keçirilmiş, biznes mühiti yaxşılaşmış, sahibkarlığın inkişafına hərtərəfli şərait yaradılmış, ölkənin beynəlxalq imici artmışdır.
Qeyd edək ki, Azərbaycan iqtisadi diplomatiyasının formalaşdırılmasında, təkmilləşdirilməsində və müasir qlobal iqtisadi çağırışlara cabav vermək səviyyəsinə qaldırılmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri böyükdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezdentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamında qeyd edilir ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir[9]. Müstəqiliyyimizin bərpasından sonrakı dövrdə Heydər Əliyev Azərbaycan xalqının bütün sahələrdə üzləşdiyi mürəkkəb problemlərdən qurtarmağa qadir olan tarixi şəxsiyyət və ümummilli lider kimi, milli iqtisadiyyatımızın dirçəldilməsinə də mühüm töhfələr vermişdir. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir. İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqrammı təsdiq edilmişdir. Ulu öndərin çoxsaylı xarici səfərləri, iki tərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini vermişdir. Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi-bərpa və dinamik inkişaf dövrü başlanmışdır. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsullarının həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 mlrd. ABŞ dolları həcmində investiyaların qoyulması təmin olundu[10].
Azərbaycanın iqtisadi diplomatiyasının ən böyük uğuru və gücü onun əsasən müstəqil olması, digər dövlətlərin təsirindən çəkinməməsi, milli maraq və milli iqtisadi maraqların ən mühüm xüsusiyyətlərini özündə əks etdirməsi, ölkənin iqtisadi maraqlarının dünya səviyyəsində qorunması iqtidarında olmasıdır. Professor N.Məmmədov qeyd edir ki, ölkəmiz beynəlxalq enerji layihələrində fəal iştirak dir. Bunun regional və qlobal miqyasda baş verən geosiyasi proseslərə təsirini görməmək mümkün deyil. Indi Azərbaycan özü Trans-Anadolu qaz kəməri adlı enerji layihəsinin təşəbbüskarıdır... Azərbaycanın enerji daşıyıcıları bir neçə istiqamət üzrə ixrac edilir. Bu cür diversifikasiya ölkənin geosiyasi vəziyyətinə müsbət təsir edir, onun rəqabətədavamlılığını artırır[11]. Ölkəmizin əsas təbii sərvət potensialından və milli resurlarından daha uğurlu və maksimum səmərəli istifadə edilməsi kifayət qədər mühüm bir məsələdir və ən yüksək milli maraqları özündə birləşdirmişdir. Heydər Əliyevin təbirincə, Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir[12].
2003-cü ildən başlayaraq ölkə iqtisadiyyatının inkişafında yeni dövr və milli iqtisadi diplomatiyanın əsas vəzifələri sırasında isə kifayət qədər mürəkkəb olan problemlərin-milli iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi, ölkə iqtisadiyyatının imicinin artırılması, milli iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, ixrac potensialının gücləndirilməsi və onun strukturnun diversifikasiyalaşdırılması, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, ümumillikdə milli iqtisadiyyatın qlobal təsirlər şəraitində rəqabət qabiliyyətinin artırılması problemlərinin həlli lazım gəlmişdir. Ümummilli lidermiz Heydər Əliyevin möhkəm təməlini yaratdığı milli iqtisadi diplomatiya kursunun Prezdent İlham Əliyev tərəfindən böyük uğurla davam etdirməsi nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsi, dinamik inkişafı, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, xüsusilə qeyri-neft sektoru sahələrinin inkişafının sürətləndirilməsi, əhalinin sosial-iqtisadi problemlərinin həll edilməsi, ölkəmizin beynəlxalq səviyyədə imicinin artırılması və rəqabətqabiliyyətinin gücləndirilməsi təmin olunmuşdur. Akademik R.Mehdiyev qeyd etmişdir ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının şaxələnməsi və sosial rifah sahələrində mühüm naliyyətlər əldə etmişdir[13].
Son illərdə dünya iqtisadi proseslərində qlobal təsirlər daha çox kəskinləşmiş, eyni zamanda Azərbaycanın əsas valyuta gəlirləri mənbəyi olan neftin qiyməti dünya bazarlarında bir neçə dəfə aşağı düşmüşdür. Təsadüfi deyildir ki, Azərbaycan dünya ölkələri sırasında ilk növbədə neft amilinin hesabına möhkəmlənmişdir və ölkənin milli iqtisadi diplomatiyasının beynəlxalq aləmdə əsas rıçaqı və təsir amili də məhz neft amilidir. Professor Ə.Həsənov haqlı olaraq Xəzər neftinin Azərbaycanın dünyanın aparıcı ölkələri ilə iqtisadi və siyasi əlaqələrinin qurulmasında mühüm əhəmiyyət daşıdığını bildirmişdir[14, s. 904]. Bu baxımdan, neft amili hələ uzun müddət milli diplomatiyanın tutarlı amillərindən biri olaraq qalacaqdır. Amma, son illərin qlobal çağırışları və təhlükələri milli iqtisadiyyatın neftdən asıllığının əhəmiyyətli şəkildə azaldılmasını şərtləndirir və bu istiqamətdə ölkəmizin iqtisadi diplomatiyasının yeni mühüm vəzifələri formalaşmışdır. Həmin vəzifələr, ilk növbədə Azərbaycan Respublikası Prezdentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ki, strateji hədəflərdən irəli gəlmişdir[15].
Beləliklə, yaxın perspektivdə ölkəmizin millli iqtisadiyytaının rəqabət qabiliyyətliliyinin gücləndirilməsi, iqtisadiyyat sahələrinin inklüzivliyi və ölkə əhalisinin sosial rifahın daha da artırılması istiqamətində Azərbaycanın milli iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi və dünya iqtisadi inkişaf proseslərinə uyğunlaşdırılması istiqamətində geniş miqyasda iqtisadi diplomatik səylər göstərmək lazım gələcəkdir. Qlobal çağırışlara adekvat olaraq investisiyaların cəlbi, azad rəqabət mühiti, dünya bazarlarına çıxış və insan kapitalının inkişaf etdirilməsi və ölkəmizin dünya iqtisadiyyatında mövqeyinin gücləndirilməsi, yüksək gəlirli ölkələr qrupuna daxil olması üçün əlavə tədbirlərin görülməsi milli iqtisadi diplomatiyanın qarşısında duran strateji vəzifələrdəndir. Bu proseslərdə milli iqtisadi diplomatik fəaliyyətin əsas məqsədi ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi proseslərinə iri kapitalın axınına və investisayaların gətirilməsinin intensivliyinə nail olmaq, dünya ölkələri ilə maksimum səmərəli xarici-iqtisadi əlaqələr formalaşdırmaq, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması məqsədilə qeyri-neft sektoru sahələrinin ixrac potensialının yüksəldilməsi tədbirlərində fəal iştirak etmək, ölkə sahibkarlarının və biznesmenlərinin milli iqtisadi maraqlar nəzərə alınmaqla dünya bazarlarında fəaliyyətinin genişləndirilməsinə, bütövlükdə milli iqtisadiyyatımızın davamlı və dayanıqlı, dinamik artım tempi ilə inkişafına nail olmaqdan ibarətdir və s.


Ədəbiyyat
1. с 29. Шевченко Б.И. Экономическая дипломатия в современной системе международных отношений // Экономический журнал. Выпуск №41/2016.- С 29-40.
2. Иванов И.Д. Хозяйственные интересы России и её экономическая дипломатии. Москва, 2001.- С. 4.
3. Guy Carron de la Carriere. La Diplomatie économique. Le Diplomate et le marché Broché – février 1998.-224 p.
4. «Экономическая дипломатия». Щетинин В.Д., Москва - 2001 г.
5. Гришин И.В.. Экономическая демократия: шведский казус//Мировая экономика и международные отношения. №5, 2006. http://www.imemo.ru.
6. Əliyev Ş.T. İqtisadi diplomatiya. Bakı, Elm və təhsil, 2012.-96 s.
7. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. Azərbaycan Respublikası Prezdentinin 2007-ci il 23 may tarixli Sərəncamı ilə təsdiq edilmişdir
8. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Sumqayıt Dövlət Universitetinin Nəşriyyatı, 2015.-185 s..
9. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 21yanvar 2013-cü il.
10. Mustafayev Ş. Heydər Əliyev-müasir Azərbaycanın qurucusu. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi. http://www.economy.gov.az.
11. Məmmədov N. “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır”. http://newtimes.az.
12. Azərbaycan nefti. http://www.azerbaijan.az.
13. Ramiz Mehdiyev: “Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının şaxələnməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə edilib” http://news.milli.az.
14. s. 904. Али Гасанов. Современные международные отношения и внешняя политика Азербайджана. (Второе издание, дополненное), Баку, “Zərdabi LDT” MMC, 2013, 1008 стр.
15. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Açar sözlər: Azərbaycan, milli iqtisadiyyat, iqtisadi diplomatiya, strateji yol xəritəsi, strateji hədəflər, milli iqtisadi inkişaf modeli, dünya iqtisadi modeli.
Ключевые слова: Азербайджан, национальная экономика, экономическая дипломатия, стратегическая дорожная карта, стратегические цели, национальная модель экономического развития, мировая экономическая модель.
Key words: Azerbaijan, national economy, economic diplomacy, strategic road map, strategic purpose, the national model of economic development, global economic model.

Резюме
В статье исследована важность усиления национальной экономической дипломатии в интенсификации реализации стратегических дорожных карт. Анализированы эволюция формирования экономической дипломатии, мысли и теоретические подходы учёных мира по экономической дипломатии. Раскрыта эффективность усиления национальной экономической дипломатии в ускорении развития национальной экономики. Обоснована важность совершенствования целей и задач национальной экономической дипломатии по улучшению модели экономического развития Азербайджана в условиях современных экономических вызовов.
В конце статьи дан ряд предложений и рекомендаций по важности усиления национальной экономической дипломатии в интенсификации реализации стратегических дорожных карт в ближайшей перспективе.

Summary
The importance of strengthening the national economic diplomacy to intensify the implementation of strategic roadmaps is investigated in the article. The evolution of the formation of economic diplomacy, thought and theoretical approaches of scientists of the world on economic diplomacy are analyzed. The enhance efficiency of the national economic diplomacy in accelerating the development of the national economy is revealed.The substantiates the importance of improving the goals and objectives of the national economic diplomacy to improve the model of economic development of Azerbaijan in the conditions of the current economic challenges is substantiated.
The number of proposals and recommendations on the importance of strengthening the national economic diplomacy to intensify the implementation of the strategic road maps in the near future are given at the end of the article.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May- İyun 2017


ŞƏFA ƏLİYEV
İqtisad elmləri doktoru

Səmədzadə T.R.
Sumqayıt Dövlət Universiteti



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM