Dünya praktikasında kiçik və orta sahibkarlığın inkişafı və idarə olunması

12:13 / 27.07.2017

Son illər həm inkişaf etmiş ölkələrdə, həm inkişaf etməkdə olan ölkələrdə, həm də üçüncü dünya ölkələrinin iqtisadiyyatlarında kiçik və orta müəssisələrin (KOM) rolu artmaqdadır. Onların iqtisadiyyatların rəqabət qabuiliyyətinin artmasında, iqtisadi artım və məşğulluğun təmin olunmasında, sənaye məhsulları istehsalının genişlənməsində, ixracın effektivliyinin artmasında, bazar yönümlü iqtisadi siyasətin bərqərar olmasında rolu danılmazdır. KOM-ların fəaliyyətləri ilə bağlı dövlətlərin təşviq tədbirlərini araşdıran və yeni normativ çərçivələr təklif edən əsas beynəlxalq təşkilatlardan ən mühümü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatıdır(İƏİT - OECD). İƏİT-nin “Bolonya Konfransı”nda iştirakçı dövlətlərin müvafiq nazirləri və təmsilçiləri .
1. KOM-un iqtisadi inkişafda, yeni iş yerlərinin yaranmasında, regional və iqtisadi inkişafda, sosial birliklərdə, həmçinin qadın və gənc sahibkarların oynadığı rolda əhəmiyyətini təsbit etdilər;
2. Sahibkarlığın və dinamik sektor kimi KOM-un iqtisadiyyatın yenidən strukturlaşmasında və yoxsulluqla mübarizədə vacibliyini təsbit etdilər;
3. Qloballaşmanın, texnoloji dəyişiklik və innovasiyaların KOM üçün yeni alternativlər yaratdığını və daha yüksək yaşayış standartları gətirəcəyini və onun xeyirlərinin hamı üçün bərabər bazisdə əldə oluna bilməsini bildirdilər;
4. KOM-un siyasətlərinin davamlı və sosial inkişafla yanaşı fərdi ölkələrin və sektorların prioritetlərinə və vəziyyətlərinə uyğunlaşdırılmasının vacibliyini bildirdilər.
Kiçik və orta biznesin iqtisadiyyatda əsas üstünlüyü onun daha az kapital xərcləmələri hesabına ciddi məşğulluq potensialı formalaşdıra bilməsidir. Hətta belə hesab olunur ki, KOM-ların əmək tutumluğu iri bizneslərdən daha yüksəkdir. KOM-lar dünyanın inkişaf etmiş ölkələrini özündə birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT - OECD) ölkələrindəki müəssisələrin 95%-ni, məşğulluğun 60-70%-ni təşkil edirlər. Avropa Birliyində (AB) isə KOM-lar bütün müəssisələrin 99%-ni təşkil edirlər ki, onlardan da 91%-i işçilərinin sayı 10-dan az olan mikro-müəssisələrdir. Neft-qazla zəngin ərəb ölkələrindən Səudiyyə Ərəbistanının ÜDM-nin 25%-ni, Əlcəzairdə 77%-ni, Birləşmiş Ərəb Əmirliklərində 75%-ni KOM-lar istehsal edir. Livan və Küveytdə iş yerlərinin 90%-i, Misirdə isə kənd təsərrüfatından kənarda fəaliyyət göstərən müəssisələrin 99%-i KOM-ların payına düşür. İnkişaf etmiş ölkələrdə Ümumi Daxili Məhsulun (ÜDM) 50%-i KOM-lar tərəfindən istehsal edilir. Geniş kapital bazasına malik olmayan və milyonlarla ailələrin fərdi gəlir mənbəyi olan kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadi böhran dövründə xüsusi həssaslıq dərəcəsinin artması da bir faktdır. Bunun aşağıdakı səbəbləri var:
1. Onlar miqyaslarının kiçik olması səbəbindən daha artıq kiçilməyə gedə bilmirlər;
2. Onlar fəaliyyətlərini fərdi surətdə diversifikasiya edə bilmirlər;
3. Onlar daha zəif maliyyə strukturuna və kapitallaşmağa malikdirlər;
4. Onlar aşağı və ya sıfır dərəcəli kredit reytinqinə malikdirlər;
5. Onlar kreditlərdən həddən artıq asılıdırlar;
6. Onlar cəmi bir neçə maliyyə opsionlarına malikdirlər.
KOM-lar arasında mühüm fərqləndirici amil onların inkişaf dərəcəsidir. İƏİT o firmaları "yüksək artımlı müəssisələr" kimi müəyyən edir, ki onların 3 il ərzində illik olaraq 20 faizdən çox işçi artımına və hesabat dövrunun əvvəlində ən azi 10 əməkdaşa malik olmuşlar (OECD 2009). Tədqiqatçılar hesab edirlər ki, yüksək artımlı müəssisələr sahibkarlıq həyatında gücün mənbəyidir, onlar iqtisadi artım və yeni iş yerlərinin yaradılmasının mühüm təkanvericisi kimi çıxış edirlər. Yüksək inkişaf etmiş müəssisələrin xüsusi vacib alt qolu fəaliyyət müddəti 5 ildən az olanlardır. Bu yeni yüksək artım göstərən firmalara bəzən “təkmil şirkətlər” deyilir, belə ki, dünya miqyasında bu şirkətlərin payı toplam firmaların 1 fazindən az olmasına baxmayaraq, bunlar yeni iş yerlərinin yaradılması və iqtisadi artımın əldə edilməsində böyük rol oynayırlar. Son araşdırmalar siyasi qərar vericiləri iş yerləri yaratmaq baxımdan bu cür yüksək artım göstərərn firmaların vacibliyinə diqqətlərini çəkmişdir. Henrikson və Johansson (2010) hesab edir ki, artım fərqləri, zaman periodu, firmanın böyüklüyü və yaşı, təhlil metodları və coğrafi əhatə fərqliliklərinə baxmayaraq bir neçə faktı hamsına aid etmək olar. Bir neçə sürətlə inkişaf edən firma yüksək inkişaf etməyən firmalarla müqayisədə iş yerlərinin bütün yeni şəbəkələrinin proporsional olmayan dərəcədə böyük hissəsini yaradır. Bu firmalar inkişaf etdiyi müddətdə tənəzzül daha da qabarır. Bu cür firmalar orta ölçülü firmalardan daha gəncdirlər.
Bütövlükdə kiçik və orta müəssisələr iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bütün iqtisadiyyatlar üçün xüsusi önəm daşıyır. Böhran dövründə debitor borclarının ödənməsindəki ləngimələr və artan ödəniş qabiliyyətsizliyi və ya müflisləşmə dərəcəsi KOM-ların maliyyə resurslarına çıxışını çətinləşdirən amillərdir. Nəzərə almaq lazımdır ki, KOM-ların ən mühüm maliyyələşmə mənbəyi xüsusi kapital və bank kreditləridir. Kreditlərə çıxışın çətinləşməsi KOM-ları rezervlərin mobilizasiyası, özünümaliyyələş-dirmə, faktorinq kimi alternativ maliyyələşdirmə mənbələrinin tətbiqinə ciddi şəkildə vadar etdi. Müxtəlif Avropa ölkələrinin antiböhran tədbirlər paketində KOM-lara vergi güzəştləri, eksport kreditləri və sığortalama xərclərinin kompensasiyası, borcların ləngidilməsi kimi tədbirlər yer alır. Yaponiyada hökümət korporativ vergini növbəti iki il üçün illik gəlirləri 61 min avroya qədər (8 milyon yen) olan KOM-lar üçün 22%-dən 18%-ə qədər endirdi. Niderlandda 200.000 avroya qədər olan dövriyyələr üçün olan vergi kateqoriyasının dərəcəsi 2009 və 2010-cu illər üçün 23%-dən 20%-ə düşdü[88]. Eyni zamanda, Kanada, Çexiya, Fransa və İspaniyada əlavə dəyər vergisi (ƏDV) ödənişlərinin dərhal və ya bir aydan sonra kompensasiyası tətbiq olunur. KOM-lərin qlobal iqtisadi böhranlar dövründə satışın azalması və onlara ödənilməli vəsaitlərin ləngidilməsi kimi “tələb şoku” (demand shock) təzyiqlərinə ənənəvi cavabları bundan ibarət olur:
- mənfəətliliyin dolayı artırılması məqsədilə xərclərin (o cümlədən, əmək haqqılar üzrə) kəskin ixtisarı;
- əlavə likvidlik mənbələri axtarışı (özlərinin etməli olduqları ödənişlərin ləngidilməsi, dividendlərin azaldılması);
- yeni investisiya və genişlənmə planlarının təxirə salınması.
Müxtəlif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin kiçik və orta sahibkarlığın inkişafı üzrə fərqli dövlət tənzimləməsi və təşviqi modelləri vardır.
ABŞ təcrübəsi.ABŞ-ın Kiçik Biznes Administrasiyası (SBA) kiçik bizneslərə birbaşa borc vermir, ancaq biznesin maliyyələşməsi və inkişafı üçün əhəmiyyətli rol oynayır. SBA kiçik bizneslərin inkişafı üçün səhm kapitalı, uzun müddətli borclar və idarəetmə xidməti təklif edir. Ancaq həmin firma onların standartlarına uyğun, yəni müəyyən növ və ölçüdə olmalıdır. Digər bir proqram zaminlikdir. Bu, o deməkdir, SBA hər hansı kiçik biznes borc aldığı zaman ona zamninlik edir və borc ödənilmədiyi təqdirdə öhdəlikləri üzərinə götürür. İxracın maliyyələşdirilməsi biznesin xaricə açılmasına və məhsulun xaricə çıxışını təmin etmək üçün tətbiq edilir, adətən banklar ixrac üçün borcların verilməsində maraqlı deyillər və bu zaman SBA 90% məsulliyyəti öz üzərinə götürür. Kiçik firmalar özlərini təsdiqləmək üçün başladıqları gündən dövlətlə müqavilə bağlamalıdırlar. Belə ki, onlar federal vebsəhifədə qeydiyyatdan keçməli,maliyyə hesabatı üçün tanınma nömrəsi almalı, məhsula və ya xidmətə uyğun sənaye kodu tapmalıdırlar. Ölçü standartı işçilərin sayına və orta illik qəbzlərə əsaslanır. Texnologiya proqramı texnologiya bazarında rəqabətliliyin güclənməsi, genişlənməsi və biznesin inkişafına şərait yaradır. SBA təbii fəlakət səbəbindən ziyan dəymiş şəxsi mülkiyyəti, maşın və avadanlıqları, inventarları və biznes aktivlərini təmir etmək və ya yeniləmək üçün ev sahiblərini, icarədarları, bütün ölçüdə olan özəl və qeyri-maliyyə təşkilatlarını aşağı faizli fəlakət borcları ilə təmin edir. Eyni zamanda, burada təşəbbüslər dedikdə hökumət tərəfindən həyata keçirilən layihələr və proqramlar nəzərdə tutulur. Sxem 2-də “Startup America” istisna olmaqla digərləri pilot proqramlardır. “Startup America” isə Ağ Ev tərəfindən yüksək inkişaflı sahibkarları bir yerə yığmaq, sanki bir alyans kimi və onları şöhrətləndirmək və ruhlandırmaq üçün irəli sürülən təşəbbüsdür. İclaslar və treninqlər bölümündə biz departamentlərin adlarını görə bilərik. Onların vəzifəsi kiçik bizneslərin müxtəlif tipli iclaslarda iştirakını təmin etmək və onlara lazım olan anda təlimlər keçməkdir. Kiçik biznes proqramının məqsədi kiçik və əlverişsiz bizneslərin bazarda rəqabət aparmasına dəstək vermək, şəhərkənarı və kənd ərazilərində az diqqət yetirilən sahələri inkişaf etdirmək, həmiçinin müxtəlif birlikləri - azlıqların, veteranların, qadınların birliklərini təşkil edərək onlara bizneslərinin inkişafı üçün müəyyən güzəştlər etməklə kiçik biznesi genişləndirmək üçün bir çox layihələr həyata keçirməkdir. Müdafiə ofisi kiçik bizneslərin federal hökumətdə təmsil edir və “Elastik Tənzimləmə Aktı”nda (Regulatory Flexibility Act) onların maraqlarını müdafiə edir. Dinləmələr və Müraciətlər ofisinin missiyası müəyyən SBA proqram qərarlarının müstəqil və kvazi məhkəmə çağırışlarını təmin etməkdir. Baş Müfəttiş ofisinin missiyası isə Amerikan xalqının mənfəəti və SBA-in tamlığının, məsuliyyətinin və performansının inkişaf etdirilməsi üçün müstəqil və obyektiv nəzarəti təmin etməkdir. Nəhayət, Ombudsman ofisi kiçik bizneslər federal agentliyin ədalətsizliyi ilə üzləşdikdə (məsələn, təkrar təftişlər, həddən artıq cərimələr, cəzalar və təhdidlər zamanı) yardım göstərir.
Avropa Birliyi (AB) ölklərinin təcrübəsi. 23 milyon kiçik və orta ölçülü şirkətlər AB-də mövcud olan bütün biznesin 99%-ni təşkil edir və onun iqtisadi inkişafında, innovasiyasında, məşğuliyyətində və sosial inteqrasiyasında aparıcı rol oynayır. AB ərazisində orta hesabla əhalinin 1000 nəfərinə 40 KOM (Azərbaycanda 22 KOM). Avropa Komissiyası KOM üçün uğurlu sahibkarlığa dəstək olmağı və bines muhitinin inkişafını hədəfləyir və onlara bugünkü qlobal iqtasiyyatda bütün potensiallarını həyata keçirməyə imkan verir. 2008-ci ildə qəbul olunan “Kiçik Biznes Aktı” (Small Business Act - SBA) Avropa Komissiyasının kiçik və orta ölçülü şirkətlərin AB-nin iqtisadiyyatında mərkəzi rol oynamasını təsdiqlədi. İlk dəfə olaraq AB və üzv ölkələr üçün KOM siyasəti öz yerini tapdı. “Kiçik Biznes Aktı” həm AB, həm də milli səviyyədə siyasətlərin dizayn olunması və düzəlişlər olunmasına bələdçilik edən müəyyən prinsiplərdən ibarətdir. Bu, şirkətlərin bütün mümkün potensiallarından istifadə etməklə yeni peşələrin yaradılması və inkişafı üçün AB daxilində hüquqi və inzibati mühitin inkişafı üçün əhəmiyyətlidir.
AB və ABŞ-da ayrı-ayrılıqda KOM-lar eyni dövriyyəyə malik olsalar da, AB-nin iqtisadiyyatında, ÜDM-də onların rolu daha böyükdür. AB-də fəaliyyət göstərən 23 milyon KOM bütün müəssisələrin 99%-i təşkil edərək 75 milyon iş yeri ehtiva edirlər[129]. AB ərazisində 1 yanvar 2005-ci ildən etibarən KOM-ların yenilənmiş təsnifatı qüvvəyə minmişdir. Birlik əraizisində bu vahid təsnifatdan KOM-lar kredit üçün müraciət edərkən tələb olunan “Özünü qiymətləndirmə bəyannaməsi” modelində (model self-assessment declaration) və regional maliyyə fondlarına çıxış zamanı aktiv istifadə edirlər. Bu definisiyaya əsasən işçilərinin sayı 10-a, illik dövriyyəsi və illik müstəqil mühasibat balansı 2 milyon avroya qədər olan müəssisələr mikro; işçilərinin sayı 10-50 arasında olan, illik dövriyyəsi və illik müstəqil mühasibat balansı isə 2-10 milyon avro intervalında olan müəssisələr kiçik; işçilərinin sayı 50-250 arasında olanlar, illik dövriyyəsi 10-50 milyon avro və illik müstəqil mühasibat balansı müvafiq olaraq 10-43 milyon avro olan müəssisələr isə orta müəssisələr hesab olunur. Burada işçilərin sayına həm tam ştatlı işçilər, həm yarımştat işçilər, həm də mövsümi işçilər daxildir. Hələ yekun müqavilə imzalanmayan sınaq müddəti keçənlər, təlim müqaviləsi ilə təşkilatda təcrübə keçən tələbələr bu zaman nəzərə alınmır. İllik dövriyyə satışdan və xidmətlərin göstərilməsindən il ərzində gələn gəlirlərin dolayı vergilər çıxıldıqdan və ən vacib ödənişlər edildikdən sonra qalan yekunudur. İllik müstəqil mühasibat balansı isə müəssisənin əsas aktivlərinin son dəyəridir.Kiçik biznes aktına görə KOM-lar aşağıdakı kimi təsnifatlaşdırılır (Sxem 1).

Sxem 1. Kiçik və orta biznesin təsnifatı


Avropa Birliyi ölkələrindən Almaniyada iqtisadi inkişaf və ixracda kiçik və orta müəssisələr (Mittelstand) olduqca mühüm rol oynayır. Almaniyanın Federal İqtisadiy-yat və Texnologiya Nazirliyi “KOM-ların dirçəldilməsi: daha böyük məsuliyyət, daha böyük azadlıqlar” adlı yeni təşəbbüsdə aşağıdakı 7 sahəni kiçik və orta biznesin dəstəyi üçün prioritet elan edib: innovasiya; bacarıqlı işçi qüvvəsi, “start-up”ların və biznes uğurlarının dəstəklənməsi; ölkədən kənarda bazar imkanları; maliyyələşmə; bürokratiyanın azaldılması; xammal və enerji effektivliyi. Avropa Birliyində kiçik biznes aktının nəticəsinin bir hissəsi kimi “AB KOM Elçisi” təsisatının yaradılmasını qeyd etmək olar. “Elçi”nin vəzifəsi Komissiya və KOM arasında və onların təmsilçi qurumları ilə danışıq kanallarının açılması və Komissiya daxilində KOM-un himayədarı olmaqdan ibarətdir. Bununla yanaşı üzv ölkələrin hər birinin KOM-nu təmsil edən “Milli Elçilər” də seçilərək onların şəbəkəsi yaradırlmışdır. İlk dəfə olaraq 2011-ci il sentyrabrın 14-də AB biznes qurumlarının iştirakı ilə “KOM Elçilər Şəbəkəsi”nin (Network of SMEs Envoys) formal görüşü keçirilmişdir. KOM-ların Avropada məşğulluğun artırılmasında, məhsul çeşidinin, bazar və ticarət dövriyyəsinin genişləndirilməsində əhəmiyyəti çox böyükdür. Bir çox məqamlarda sahibkarların bacarığı və təcrübəsi şirkətin daha da genişləndirilməsi üçün kifayət qədər səmərəli olmur. Bizensin inkişafının daha yüksək mərhələləri üçün yeni texnologiyalar və “nou-hau”lar, əlavə bacarıqları olan işçi heyəti və yeni bazarlara giriş tələb olunur. Həmçinin məsləhət və yardımlar, maliyyə investisiyaları da yeni bazara giriş üçün çox vacibdir.
Avropa Birliyinə böhran dövründə daha çox şirkət lazımdır. Ancaq bunun qarşısındakı mühüm əngəl kiçik şirkətlərin biznesi başlaması üçün tələb olunan xərclərin çoxluğu və nisbətən çox zaman tələb olunmasıdır. 2008-ci ildə “Kiçik Biznes Aktı”nın yenilənməsi ilə “Rəqabətlilik Konsulu” (Competitiveness Council) şirkələr üçün daha geniş və ambisiyalı şərtlər hazırladı. Rəqabətlilik Konsulunun 2011-ci il yekun iclasında üzv ölkələrdə yeni şirkətlərin qurulması üçün müddətin 3 günə, xərclərin 100 avroya endirilməsi tövsiyyə olundu.Sahibkarlığın çiçəklənməsi üçün yalnız yeni şirkətlərin yaradılmasını düşünmək yalnış olardı. Hər il minlərlə kiçik firmaların sahibləri mübarizəyə dözməyərək istefa verir və firmanı vermək üçün kimsə tapmır. Şirkətin bir şəxsdən digərinə ötürülməsi çox uzun və mürəkkəb prosesdir. Biznesin transferi üçün bir neçe illik hazırlıq tələb oluna bilər. Ancaq bir çox sahibkarlar ailə biznesini satarkən psixoloji sədlə üzləşirlər. Əgər aşkar varis mövcud deyilsə, bu transfer hazırlıqlarını, “nou-hau” və bacarıqların ötürülməsini ləngidir. Bu yalnız mövcud sahibkar üçün biznesin dəyərini azaltmır, eyni zamanda alıcı sahibkarın planları üçün də təhlükə yaradır. Avropada hər il 2 milyon iş tutumu olan 450000-dən artıq biznes transfer olunur. Bu səbəbdən Avropaya transfer proseslərini asanlaşdırmaq və effektiv dəstək xidmətlərini inkişaf etdirmək lazımdır.

Sxem2. AB-də kiçik və orta müəssilər üçün xidmətlər

Resursların mobilliyi AB-nin müəssisələri üçün xarakterik xüsusiyyətdir. Avropa Komissiyası xaricdə təşkil olunan peşə təlimlərini ciddi şəkildə dəstəkləyir. Avropa şirkətləri AB tərəfindən həyata keçirilən dəstək xidmətlərindən peşə və təhsil təlimlərindən geniş şəkildə yararlana bilər. Avropada kiçik şirkətlər üçün ən uygun proqram “Leonardo Da Vinci” proqramıdır. Bu proqram ümumiyyətlə fərdləri iş həyatı və cəmiyyət üçün tam yararlı ola biləcək bilik, qabiliyyət və bacarıqlarla təmin etmək üçün innovativ transmilli təşəbbüsləri dəstəkləyir.
KOM-ların yaradılması və inkişafı məşqulluğun və iqtisadi inkişafın əldə edilməsində təməldir. Şirkət menecerləri belə mürəkkəb dünyada biznesi uğurlu idarə etmək və inkişaf etdirmək üçün lazımi biliklərə yiyələnməlidir. Avropada menecment bacarıqlarının qurulmasına yönəlmiş maraqlı təşəbbüslərin müəyyən olunması və yerli, milli və Avropa səviyyəsində gələcək siyasi inkişaf bazasının təmin edilməsi üçün AB-dən 19 ölkə və Norveç bir qrup ekspertlərdən ibarət işçi qrup formalaşdırmışlarbunlar da əsas diqqəti KOM-ların yaradılması və inkişafına yönəltmişlər.
KOM-un inkişaf məqsədlərindən biri ətraf mühitə təsirin azaldılmasıdır. KOM-lar Avropadakı sənayə çirklənməsinin təxminən 64%-nə səbəb olurlar. Şirkətlərin 24%-ə yaxını ətraf mühitə təsirin azaldılması (əsasən enerji istehlakını azaltmaqla) proseslərinə qoşulmuşlar. KOM-ların 0,4%-i isə sertifikatlaşdırılmış Ətraf Mühit Menecemet Sistemindən (EMAS, ISO 14001 və ya başqa sistemlər) istifadə edir. KOM ətraf mühitin çirklənməsinin qarşısını almaq və ya azaltmaq üçün investisiya qoyarkən daha az xərcli həllərə üstünlük verir: sadə təmizləmə sistemi, qapalı sistem (suyun və ya zibilin təkrar emalı), enerji effektli elektrik lampaları, zibillərin ayrılması və s. Avropa Kiçik Biznes Portalı KOM-a bazarlar və maliyyələşmə alternativləri haqda lazımi informasiyaları tapmaqda kömək edir. AB enerjidən effektiv istifadənin yollarını dərindən öyrənilmisini və texnoloji eko-innovasiyaların, yeni biznes modellərinin və idarəetmə sistemlərinin köməyi ilə ətraf mühitə təsirin azaldılmasını geniş şəkildə maliyyə instrumentləri ilə təmin edir.
Avropadakı bizneslərin əksəriyyəti bir insanlı şirkətlərdir (one person enterprises), yəni işçi qüvvəsi yoxdur. Belə şirkətlər Avropadaümimi işçi qüvvəsinin məşğulluğunun 8%-ni təmin edirlər və bu şirkətlərdə çalışanlar Avropa əhalisinin isə 4%-ni təşkil edir. Bəzi Avropa ölkəsindən olan şirkətlər isə işçi qəbul etmir. Buna səbəb əmək haqqı vergiləri, sosial öhdəliklər, davamlı hesabatın hazırlanması, sağlamlıq və təhlükəsizliklə bağlı inzibati yüklərdir. Şirkətlərin bir hissəsi qeyri-əmək haqqı xərclərini qarşılaya bilmədiklərinə görə, bir hissəsi isə uyğun işçi tapa bilmədiyinə görə və ya yeni işçilərin təlimi çox xərc tələb etdiyi üçün işçi qəbul etmirlər. İşçi qəbulu üçün məcburi inzibati müqavilələrin azaldılması, inzibati prosedurların azaldılması və sadələşdirilməsi təklif edilir.
Avropada hər il bir neçə yüz min şirkət bağlanır. Bu sağlam iqtisadiyyatın bir hissəsidir, bundan başqa şirkətlərin yalnız 50%-i onlar yaradılandan 5 il sonra həyatda qalır. Şirkətlərin 15%-i müflis olduqlarını elan etməklə bağlanırlar, bunun 4-6%-i aldadıcı iflasdır. Yaxşı qurulan şirkətlərin mövcud olmasına səbəb onların sahiblərinin ilk addımda müflis olmalarına baxmayaraq yenə cəhd etmələridir. İflasa ciddi yanaşılmalıdır, ancaq bilinməlidir ki, əsl istedadlı sahibkarlar Avropada peşənin və sərvətin bütün potensialının üzə çıxarılması üçün digər cəhdləri edəcəklər.Daxili və xarici mühasibatın kiçik şirkətlərin sahibləri, menecerləri və həmçinin səhmdarları üçün əhəmiyyəti getdikcə artmaqdadır. Onları hazırlamaq üçün Avropa səviyyəsində “Beynəlxalq Mühasibat Uçotu Standartları”ndan və yeni “Beynəlxalq Maliyyə Hesabatı Standartları”ndan istifadə olunur.

 

 

ƏDƏBİYYAT
1. Azərbaycan iqtisadiyyatında kiçik və orta sahibkarlıq: Nəticələr, problemlər və perspektivlər”. Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı. Bakı.
2. “Kiçik və orta sahibkarlıq subyektləri üçün əyani vəsait”. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu. Bakı,2002
3. İri, orta və kiçik sahibkar meyarları” http://e-qanun.az
4. “Biznes-Planlaşdırma: Kiçik özəl müəssisələrin sahibləri, müdirləri və mühasibləri üçün tədris-metodik vəsait”. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu; Tərtibçi: E.Məmmədov; Layihənin rəhbəri: S.Bağırov;Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi. Bakı.
5. European Comission, “Think Small First”: “Small Business Act” for Europe, Brussels, 25.6.2008 COM(2008)
6. Prince Nwakanma, Hudson Nwakanma, Gail Thompkins, “Entrepreneurial Productivity: Sectoral Contribution to the GDP of Developing Economy”, International Business & Economics Research Journal – July 2010 Number 7
7. Smita Kuriakose, “Fostering Entrepreneurship in Azerbaijan”, International Bank for Reconstruction and Development, World Bank, 2013
8. The EU Eco-Management and Audit Scheme (EMAS).


Açar sözlər: sahibkarlıq, kiçik və orta sahibkarlıq, maliyyə investisiyaları, yüksək inkişaf, kicik biznes.

Ключевые слова: предпинимательство, малое и средное предпринимательство, финансовые вложения, высокое развитие, малый бизнес.

Keywords: enterprise, small and medium business, financial investments, high development, small business.


Резюме
Согласно статье, малые и средние предприятия (МСП) очень важны для всех экономик независимо от уровня экономического развития. Здесь анализируются теоретические вопросы, изучаются различные модели государственного регулирования и поощрения развития среднего и малого бизнеса различных развитых и развивающихся стран. Традиционные ответы на «шок спроса» (demand shock) как снижение продажи МСП во время экономического кризиса, в том числе задержка суммы, которые должны быть оплачены им, также находят свое отражение в статье.

Summary
According to the article, small and medium-sized enterprises (SMEs) are very important for all economies, regardless of the level of economic development. Here are analyzed the theoretical questions, and being studied various models of state regulation and promotion of the development of small and medium-sized businesses in various developed and developing countries. Traditional responses to the "demand shock" as the decline in the sale of SMEs during the economic crisis, as well as, the amount of delay that must be paid to them, are reflected in the article.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017


Rəşad Əsgərov
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası



 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM