XX əsrin sonunda sosializm sisteminin iflası və “soyuq müharibə"nin tədricən aradan qaldırılması beynəlxalq və yerli təşkilatların fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanmasına imkan verdi. İdeoloji qarşıdurmanın dəf olunması və qarşılıqlı etimadın güclənməsi ilə dünyada siyasi iqlimin ümumən mülayimləşməsi, beynəlxalq təşkilatların yaxından iştirakı ilə yaranmış bir sıra hərbi, siyasi və iqtisadi münaqişələrin həll olunması beynəlxalq aləmdə bu təşkilatların rolunu əhəmiyyətli dərəcədə yüksəltdi [4; səh. 23]. Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra siyasi və iqtisadi beynəlxalq təşkilatlara üzv olmuşdur. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) da üzvlük müraciəti edilmişdir və hazırda üzvlük prosesi davam edir.
Azərbaycanın hazırda ən mühüm problemlərindən biri Dağlıq Qarabağ problemidir. Ərazisinin 20 %-i işğal altında olan bir dövlət üçün bütün siyasi və iqtisadi prioritetlərin önündə ərazi bütövlüyünü və suverenliyini təmin etməkdir. Buna görə də, Azərbaycan bütün siyasi və iqtisadi gedişlərində ərazi bütövlüyünün təminatı maraqlarını öndə qoyur. Əlbəttə ki, Azərbaycan istənilən beynəlxalq təşkilata üzvlüyündə BMT tərəfindən hələ ilk müstəqillik zamanında tanınmış ərazisi (Dağlıq Qarabağ da daxil olmaqla) ilə daxil olmalıdır. Məhz buna görə də təkcə iqtisadi üstünlüklərini rəhbər tutaraq, onun siyasi maraqlarına uyğun olmayan əməkdaşlıqlara getmir, bu da düzgün bir mövqedir. Artıq Azərbaycanla əməkdaşlıq bir çox dövlətlərin, təşkilatların, o cümlədən “super güc”lərin marağındadır. Azərbaycan isə tarazlı, balanslı siyasi və iqtisadi siyasət yürüdür. Aydındır ki, beynəlxalq təşkilatlarda da “tərəfkeşlik”, “dostluq” və “arzu olunanlıq” amilləri rol oynayır, xüsusilə iqtisadi qruplaşmalarda. ÜTT-nin özünü bir sıra tədqiqatçılar “şimalın cənub üzərində iqtisadi hökmranlığını təmin etmək” (inkişaf etmiş ölkələrin, inkişafdan geri qalan və inkişaf etməkdə olan dövlətlər” üzərində hakimliyi) vasitəsi hesab etmişlər.
Azərbaycan Respublikasının ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 23 iyun 1997-ci il tarixində ÜTT Katibliyinə təqdim edilmişdir. Dünya ticarətinin 164 ÜTT üzv dövləti vasitəsilə 98 %-nin ÜTT tərəfindən aparıldığı bir vaxtda, onun üzvü olmayan ölkələrin, o cümlədən Azərbaycanın rəqabətə davamlı iqtisadiyyat yarada bilməsi, ixrac bazarlarına çıxması məqsədilə həmin sistemin üzvü olması hesab edirik ki, zaman məsələsidir. Digər mənbələri araşdırarkən və təhlil edərkən, belə qənaətə gəlirik ki, ÜTT-yə üzv olduqdan bəri yüksək sənayeləşmiş dövlətlər ticarətin liberallaşdırılmasından daha çox iqtisadi səmərə götürür. Bu tapıntıya söykənərək, inkişaf etməkdə olan dövlətlərin ÜTT-yə üzv olmazdan əvvəl rəqabətə davam gətirə biləcək beynəlxalq ticarət mühitinin formalaşdırması zəruriliyini əminliklə vurğulaya bilərik.
Dünya Bankının Tədqiqat sənədində Katteneo və Barqa üzvlüyün əsas “xarici” mənfəətlərini belə təsvir edir: a) “Arzuolunan ölkə” statusu almaqla, həmin dövlətlərə daha əlverişli və sərfəli ixrac şərtləri əldə etmək; b) ticarət sazişləri və danışıqları məsrəflərinin azaldılması; c) ticarət üzrə beynəlxalq qaydaların yaradılmasında iştirak; d) beynəlxalq mübahisələrin həlli üzrə mexanizminə çıxış. [5; səh. 18].
Üzvlüyün gətirəcəyi “daxili” mənfəətlər isə əsasən yerli şirkətlər və beynəlxalq investorlar üçün daha əlverişli və daha təkmil biznes mühitinin yaradılması ilə əlaqədar olub, aşağıdakıları əhatə edir: a) daha effektiv və etibarlı ticarət siyasətlərinin yaradılması və islahatları və, b) yerli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə üzvlükdən bir mayak, çərçivə kimi yararlanmaq [5; səh. 16].
Bütün bu faydalar ilə yanaşı, əlbəttə ki, üzvlüyün məsrəfləri – və ya itkiləri də var. ÜTT-yə üzvlük işçilər, koordinasiya, bacarıqların artırılması, qanunvericiliyin dəyişdirilməsi, təkmilləşdirilməsi və təsdiqi üçün müəyyən imkanlar, resurslar, ictimai sektorun iştirakçılığı, şirkətlərin təəhhüdünü tələb edir ki, bunların da bəziləri və ya bir çoxu inkişaf etməkdə olan dövlətlərdə çatışmaya bilər. Məsələn, Səudiyyə Ərəbistanı ÜTT-yə 10 il sürən, 365 iki tərəfli və 14 çoxtərəfli danışıqlar raundundan, ticarət rejimi və biznesin tənzimlənməsi sistemi barəsində 3500 sualı cavablandırdıqdan və 7600 səhifədən ibarət sənədləşmələr təqdim etdikdən sonra 2005-ci ildə üzvlüyə qəbul olunmuşdur. Səudiyyə Ərəbistanı ÜTT qarşısında öhdəliklərinin icrası üçün 28 Kral Əmrləri və 42 qanunla və tənzimləyici qaydalar qəbul etmişdir [6; səh. 3].
Faydaları ilə yanaşı, üzvlük prosesinin çətinlikləri də vardır. Əvvəla, ÜTT üzvlüyü kifayət qədər baha və qəlizdir, dəyəri də getdikcə artır. Bu proses getdikcə daha uzun olur. ÜTT-yə qoşulmaq indi GATT sazişlərinin tələblərindən də üstün, onun çərçivələrindən kənar tələblərin icrasını tələb edir. Və bunlarla məhdudlaşmayaraq, ÜTT üzvlüyü üzv olmaq istəyən ölkənin xüsusi maraqları, şərtləri və ya istək və ehtiyaclarını, ona qarşı xüsusi -differensial münasibət tələbini demək olar ki, nəzərə almır [6; səh. 13].
Bütün bunları nəzərə alaraq, inkişaf etməkdə olan dövlətlərin ÜTT-yə qarşı tənqidi münasibəti artmaqdadır. Milli iqtisadi siyasətə də toxunan bu çətinliklərinə baxmayaraq, yenə də dövlətlər ÜTT-yə üzv olmağa müraciət edir və bu yolu davam etdirirlər. Bu da onunla izah olunur ki, ÜTT-yə üzvlük təkcə iqtisadi fayda gətirmir, həm də siyasi nüfuzunu artırır, həmin dövlətin dünya bazarı və bazar iqtisadiyyatı prinsipləri əsasında iqtisadi siyasət formalaşdırmasını nümayiş etdirir. Kattaneo deyir ki, “bəzi dövlətlər üçün üzvlük iqtisadi rasional arxasında siyasi qərardır” [5; səh. 72]. Ancaq inkişaf etməkdə olan dövlətlərin üzvlüyünü nəzərdən keçirərkən, iqtisadi rasional olmadan, iqtisadi səmərə və itkiləri müzakirə etmədən üzvlüyə qoşulan dövlətləri də görmək olar və buna Monqolustanı [13; səh. 231] misal gətirə bilərik. 2001-ci ildə 15 illik müzakirədən sonra təşkilata üzv olan Çinin isə əldə etdiyi nailiyyətlər göz qabağındadır. Çünki, o bu prosesə kifayət qədər hazırlaşmışdı. Hazırlıq müddətinə daha az vaxt sərf edən Qırğızıstan, Moldova və Gürcüstan isə ÜTT üzvlüyündən gözlədiklərini artım hədəfinə nail ola bilmədilər. Qırğızıstan sərhədlərini bütün mallar və investisiyalar üçün açdı, ancaq nə malların, nə də investisiyaların həcmi artmadı, əksinə azaldı. Ölkəyə gələn xarici birbaşa investisiyalar 2 dəfə aşağı düşdü (1999-cu ildə 96 milyon dollardan 2000-ci ildə 39 milyon dollara). Gürcüstanda da eynilə, iqtisadi göstəricilər hələ artmır. Moldova isə ÜTT-yə üzv olduqdan sonra ölkənin kənd təsərrüfatı mühəndisliyi, tütün və şərabçılıq sektorları böhrana doğru getdi [11; səh. 67]. Məhz bu ölkələrin keçdiyi yoldan öyrənərək, Azərbaycanın tələsmədən bütün addımları hesablaması vacibdir.
Təbii sərvətlər ilə zənginlik baxımından, inkişaf etməkdə olan və keçmiş MDB üzvü olan üç ölkənin – Qazaxıstan, Azərbaycan və Türkmənistanın ÜTT ilə əməkdaşlıq perspektivlərini müqayisə edək. Qazaxıstan 2015-ci ildə ÜTT-nin üzvü olmuş, Azərbaycan və Türkmənistan hələ ki ÜTT üzvü deyil. Türkmənistan isə heç hələ üzvlük müraciəti də etməmişdir. Hər üçün təbii sərvətlər – xüsusilə, neft və qaz ilə zəngin, inkişaf etməkdə olan dövlətdir.
Qazaxıstan ÜTT üzvlüyünə 1996-cı ildə müraciət etmiş, 2015-ci ildə isə üzvlüyə qəbul edilmişdi. İşçi qrupu 27-si Avropa İttifaqı dövlətləri olmaqla 39 ÜTT üzvündən ibarət idi. Həm Birləşmiş Ştatlar, həm də Rusiya Qazaxıstanın ÜTT-yə üzv olmasını dəstəkləyirdi. Müstəqilliyindən cəmi 5 il sonra üzvlüyə müraciət edən hidrokarbonla zəngin bu dövlət əlbəttə ki dünya ticarət meydanına lazımlı idi (eyni münasibət Azərbaycan üçün də mövcuddur – irəlidə daha ətraflı izah edəcəyik). MDB ölkələri arasında ÜTT-yə daha tez üzv olan Ermənistan, Gürcüstan, Qırğızıstan və Moldova ÜTT-nin təsirini iqtisadiyyatlarında hələ hiss etməmişkən, Qazaxstan da Azərbaycan və Türkmənistan kimi üzlük üçün gözüyumulu sazişləri imzalamaq istəmirdi. Təbii, son sadalanan üç ölkənin digərlərindən fərqli olaraq strateji sərvətinin də idxal – ixrac şərtləri sual altında idi. Qazaxıstan 2013-cü ildə 2050-ci ilə kimi dünyanın 30 ən rəqabətli ölkəsindən birinə çevrilmək hədəfini qoyduğu 2050 Strategiyasını təsdiqlədi – bu da onun ÜTT üzvlüyünə ehtiyacını bir qədər labüdləşdirdi [10; səh. 12]. Son illərdə dünyanın ən güclü 50 iqtisadiyyatlarının siyahısında yer alan Qazaxıstan qlobal ərzaq ehtiyatlarının təminatında yüksək rol oynaya biləcəyi üçün ÜTT tərəfindən də onun üzvlüyünün tezləşməsi dəstəklənirdi.
Qazaxıstanın idxal və ixracatına baxsaq, ticarətin liberallaşdırılması əlbəttə ki, onun xeyrinədir. Bu baxımdan Qazaxıstan üçün ÜTT-dən əldə edəcəyi ən mühüm töhfə korrupsiyanın azaldılması, xarici investisiyaların liberallaşdırılması olar. Bunun üçün də ölkənin ÜTT qarşısında götürdüyü institutsional islahatları icra etməsi vacib idi [9; səh. 27].
Qazaxıstan 2015-ci ildə ÜTT üzvlüyündə qəbul olduqda hələ də bir neçə mübahisə məsələləri açıq qalmışdı. Xüsusilə də Qazaxıstan Avrasiya Gömrük İttifaqının üzvü olduğu üçün, o, hər iki təşkilatda üzvlüyünün hüquqi bazasını təmin etmək məcburiyyətində idi. Birincisi, Qazaxıstan kənd təsərrrüfatının subsidiyalaşdırılmasına xüsusi diqqət yetirirdi. Kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi həddi ÜTT-də kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyərinin 8,5 %-i qədər təşkil edir. Müqayisə üçün, onu qeyd edə bilərəm ki, Avrasiya Gömrük İttifaqı çərçivəsində kənd təsərrüfatına dövlət dəstəyi 10 %-dən artıq olmamalıdır. İkincisi, tərəflər yerli tutulma payı üzrə razılığa gələ bilmirdilər. Sadə dildə desək, yerli tutulma payı – Qazaxıstanda yerli məhsullar və xidmətlərin mütləq mənada xarici kapitalın iştirakı ilə investisiya layihələrinə cəlb olunması şərtidir. Məsələn, neft-qaz layihələri üçün bu 50 % təşkil edirdi. ÜTT-yə daxil olmaqla, respublika keçid mərhələsində bu qeyri-tarif alətindən tamam imtina etməyə nail olmalıdır. 2021-ci ilə kimi Qazaxıstan yerli tutulma payını ləğv etməlidir.
Üçüncüsü, Qazaxıstan Avrasiya İttifaqı ilə ÜTT üzvlüyü naminə, gömrük tariflərini hər ikisinə uyğunlaşdırmalıdır. Onun ÜTT-yə üzv olması şərtlərin idxal malları üzrə gömrük rüsumlarını 6.5 %-dək azaltmalıdır [11; səh. 23]. Bu isə, Avrasiya Gömrük İttifaqı çərçivəsində təsbit edilmiş gömrük rüsumlarından xeyli fərqli olacaq. ABŞ və Avropa İttifaqı Qazaxıstanı Avrasiya Gömrük İttifaqı öhdəliklərindən imtina etməyə çalışdığı üçün, Rusiya Qazaxıstana lazımı köməkliyi və dəstəyi göstərirdi [15; səh. 29]. Habelə, yenə də Qazaxıstanın ÜTT-yə üzvlüyü Avrasiya Gömrük İttifaqının fəaliyyətində bir xeyli çətinliklər yaradacağı gözlənilir, çünki, bir çox şərtlər var ki, Gömrük İttifaqının qaydaları ilə ziddiyyət təşkil edir. Eyni çətinlikləri Gömrük İttifaqı Belorusiyanın ÜTT-yə üzv olunacağı prosesdə də yaşayacaq.
Qeyd etdiyimiz kimi, Türkmənistan ÜTT-yə üzvlük üçün müraciət etməmişdir. Türkmənistanı Azərbaycan ilə müqayisə üçün seçməyimizin əsas səbəbi odur ki, Xəzər hövzəsi ölkə olmaqla yanaşı, o da, Azərbaycan kimi zəngin qaz, xam neft, hidrokarbon ehtiyatlarına malikdir və son on illikdə ümumi daxili məhsulu Azərbaycanda olduğu kimi yüksək surətlə artmış, iqtisadiyyatının əsas hissəsini qaz ixracı təşkil etmişdir. ÜTT-yə müraciət etməməsi səbəbini onunla izah etmək olar ki, hidro-karbon ehtiyatlarının qiyməti tariflə tənzimlənmir, onlar rəqabətli azad ticarət prinsiplərindən ayrıca, müstəqil şəkildə təsbit olunur və heç də ticarətin liberallaşdırılması səviyyəsindən asılı deyil. Borular vasitəsilə daşınan təbii qazın ixrac şərtləri və qiymətləri daşınılan ölkə ilə aparılan qarşılıqlı danışıqların nəticəsində individual olaraq müəyyən edilir. Bu da bir sıra ÜTT sazişlərinin tətbiq olunmasını mümkünsüz edir. Buna görə də, Türkmənistan üçün ÜTT-yə üzvlük prioritet olmamışdır. 2013-cü ildə Türkmənistan prezidenti ÜTT-yə üzvlük ilə bağlı danışıqların başlanması üçün Komissiyanın təşkilinə qərar versə də, müşahidəçilər ÜTT üzvlüyünün Türkmənistandan çox uzaq olması fikrindədir. Bunu onunla izah edirlər ki, Türkmənistan geniş miqyaslı özəlləşdirmə təcrübəsi yoxdur, zəif özəl sektora malikdir və qlobal renkinqlərdə korrupsiyanın geniş yayıldığı, repressiv bir ölkə kimi qiymətləndirilir və ən mühüm sahəsi olan neft – qaz sektoruna xarici investisiyaların cəlbində maraqlı deyil [12; səh. 7].
Azərbaycan üçün digər bir maraqlı üzvlük prosesi nümunəsi Səudiyyə Ərəbistanının üzvlüyü ola bilər (neft ixracına əsaslanan iqtisadiyyat ölkəsi olaraq). Səudiyyə Ərəbistanının da üzvlüyü tam iyirmi il çəkmişdi (1985-2005-ci illər). Bu müddət ərzində o, mühüm siyasi proseslərdən keçməli oldu – Səudiyyə Ərəbistanı hökumətinə siyasi və iqtisadi təzyiqlərin edilməsi ilə nəticələnən 1991-ci il İkinci Körfəz Müharibəsi, Soyuq müharibənin bitməsi və Sovet İttifaqının dağılması ilə Səudiyyə alyansının prioritetlərinin dəyişməsi, 9/11 Nyu-York terror aktı nəticəsində Səudiyyə Ərəbistanının siyasi həyatına mənfi təsiri və s. Ölkədəki monarxiya quruluşuna görə, heç vaxt kommunist ölkəsi olmasa da, Səudiyyə Ərəbistanı qarşısında ÜTT-nin əsas tələbi ticarətin tam liberallaşdırılması və tam açıq bazar prinsipinə keçilməsi olmuşdu. Krallıq üçün ÜTT üzvlüyündən ən böyük gözləntisi neft-kimya məhsulları üçün yeni bazarlara çıxmaq idi. Doğrudur, ÜTT olmadan belə Krallıq neftin ən böyük ixracatçısı idi, ancaq indi ona neftdən sonra iqtisadiyyatına ikinci ən böyük gəlir sahəsi olan neft-kimya məhsullarının bazarının genişləndirilməsi idi [7; səh. 88]. Krallığın siyasətçiləri bildirirdilər ki, Səudiyyə Ərəbistanı bu an üçün nə qədər zəngin olsa da, növbəti otuz ildə ÜTT vasitəsilə iqtisadiyyatı diversifikasiya etməklə, ixracı artırmasa bu inkişaf davamlı olmayacaq [7; səh. 131]. Maraqlısı odur ki, hətta Səudiyyə Ərəbistanı da nəticədə ÜTT-yə inkişaf etməkdə olan ölkə kimi qoşuldu. Bu da onunla izah olunur ki, neftə əsaslanan bu iqtisadiyyat da, üzvlük nəticəsində digər sahələrin tənəzzülündən ehtiyat edərək, diversifikasiya və inkişaf üçün güzəştli və müddətli keçid istəyirdi. Həmçinin, Səudiyyə Ərəbistanı danışıqlar nəticəsində İslam dinində qadağan olunmuş ÜTT-nin bəzi kənd təsərrüfatına aid şərtlərini də qəbul etməməyə nail oldu. Demək, ÜTT -yə üzvlükdə dövlətin maraqların uyğun şərtlərlə üzv olmaq mümkündür və Azərbaycan da buna çalışır.
Azərbaycanın təbii sərvətləri olan neft və qazın ümumi daxili məhsulda (ÜDM) payı 59 %, 2013-cü ilin ixracında isə 89 % təşkil etmişdir [8; səh. 65]. İqtisadi nəzəriyyələrə əsasən bu amili çoxları iqtisadiyyatın uzun müddətli inkişafını riskə alan bir fakt kimi izah edir [8; səh. 47]. Başqa dillə desək, Holland sindromu amili Azərbaycana da bəzən şamil olunsa da, neftə əsaslanan ölkə iqtisadiyyatının Holland Sindromuna yoluxması ehtimalı tədqiq edilmişdir. Rosenberg və Saavalainenin Azərbaycanda bu sindorum ehtimalı tədqiqi nəticəsində gəldiyi qənaətə görə, Ümumdünya Ticarət Təşkilatın qoşularaq, ticarət baryerlərinin aradan qaldırılması, milli istehsalın gücləndirilməsi, kənd təsərrüfatının inkişafı bu sindroma yoluxmanın qarşısını ala bilər. [6; səh. 73]. Bu da hazırda Azərbaycanın daxili iqtisadi siyasətinin strateji xəttidir.
Buradan belə qənaətə gəlirik ki, Azərbaycanın ÜTT-yə üzvlük prosesinin ləngiməsini tənqid edən tərəflərin fikrinin əksinə olaraq, Azərbaycan doğru yoldadır. Digər ölkələrin nümunəsinin müqayisəsi də göstərir ki, bu addımı tələsik qəbul etmək olmaz. Neft-qaz ölkəsi olaraq ÜTT üzvlüyünün diqqətlə təhlil edilməsi vacibdir. Neft ölkəsi olaraq, azaldılmış rüsum və tariflərin, qeyri-tarif tənzimləmələrinin neft sektoruna təsirindən çəkinmək əsassızdır. Neftə əsaslanan iqtisadiyyatlardan - Qazaxıstan üçün ÜTT kənd təsərrüfatı məhsulları üçün, Səudiyyə Ərəbistanı üçün neft-kimya məhsulları üçün, İordaniya üçün kömür və qeyri-metal ehtiyatları üçün, Bəhreyn üçün alüminium məhsulları üçün alternativ geniş bazar təmin etmiş oldu və bu da, həmin ölkələrdə iqtisadiyyatın diversifikasiyasına yardım etdi. Azərbaycan da bu nümunələrdən bəhrələnərək, xüsusilə neft qiymətlərinin aşağı düşdüyü bir vaxtda, ÜTT-dən kənd təsərrüfatının və turizm bazarının genişləndirilməsi üçün istifadə edə bilər.
Göstərilən amillər, o cümlədən müəyyən nisbi oxşar iqtisadiyyatların müqayisəli təhlili deməyə əsas verir ki, Azərbaycanın ÜTT-yə üzvlüyü üçün yaxşı zəmin yaranmışdır. Lakin hələ də, bir sıra açıq məsələlər vardır ki, onlar üzrə də ölkənin siyasi və iqtisadi maraqlarının təminatı vacibdir. Üzvlük üçün 1997-ci ildən müraciət etməsinə baxmayaraq, ölkədə mərkələşdirilmiş iqtisadi inkişaf hədəflərinin olması, özəlləşdirmənin hələ də lazımı səviyyədə getməməsi, o cümlədən ölkənin əsas gəlir mənbəyi olan neftin qiymətinin qeyri-sabitliyi, bizim üçün ÜTT-yə üzvlüyə hələ hazır olub olmamağımızın öyrənilməsini tələb edir.
Ədəbiyyat
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi PREZİDENT KİTABXANASI. Azərbaycan Beynəlxalq Arenada. Səh.4
2. Haqverdiyev O. Avrasiya Gömrük İttifaqı: xeyri nədir, şəri nə? // “Həftə içi” qəzeti. 23.11.2013-cü il.
3. Ömərov V. Azərbaycanın dünyaya inteqrasiyasında beynəlxalq təşkilatların rolu. Bakı. Səs, 2013. S.23.
4. Cattaneo O. and Barga P. Everything You Always Wanted to Know about WTO Accession. World Bank Policy Research and Working Paper 5116. 2009.
5. Ghulam F. Accession to the World Trade Organization: Factors Shaping the Case of Saudi Arabia’s Accession (1985-2005). The London School of Economic and Political Science. Thesis submitted to the Department of International Relations for the degree of Doctor of Philosophy. London July 2012
6. Huseynov R. Welfare and Economy -Wide effects of Azerbaijan’s Accession to the World Trade Organization: A quantitative Assessment. Inaugural Dissertation zur Erlangung des Grades Doktor der Agrarwissenschaftgen. Bonn. 2015
7. Khatibi A. Kazakhstan’s Accession to WTO: A quantitative assessment. ECIPE working paper 02\2008
8. Mukhamadiyev Y. Kazakhstan on Fast Track to Join WTO. //Astana Times. Jan. 2013
9. Sagadiyev K., Kazakhstan’s Membership of the WTO: Problems, Consequences and Prospects. // Kazakhstan İnternational Business Magazine N 1, 2013.
10. Sadikov M. Turkmenistan: Ashgabat Talks Privatization and WTO, Surprising Observers. // Eurasia Journal. January 2013
11. Tsogtbaatar D. Mongolia‘s WTO accession: Expectations and realities of WTO membership. Gallagher E, Low P., Andrew L. S. (eds) / Managing the Challenges of WTO Participation. 45 Case Studies// Cambridge University
12. Армения, Карабах и Евразийский экономический союз: В Ереване и Степанакерте комментируют заявление Назарбаева // Панармениан. 30 мая 2014
13. Нормы ВТО станут приоритетными по отношению к Таможенному союзу // «Независимая Газета», 12.10.2011
14. Таможенный союз обновил пошлины с учетом вступления России в ВТО.// Газета «РИА Новости», 23 август, 2012
Summary
This article is focused on learning the political, economic and social read-inness of Azerbaijan for the membership proccess to the World Trade Or-ganization and generally reviews pre-history of Azerbaijan in building part-nerships with the international organizations which in its terms created bet-ter opportunities and readiness for proceeding the process of membership to WTO, and how these conditions can impact to enhance the role of our coun-try in international arena.
Резюме
В данной статье изучается создание процесса политической, экономической и социальной обстановки страны в членство Всемирной Торговой Организации, сотрудничество Азербайджана международными организациями и благодаря этим сотрудничествам создания последующих международных членств в целом. В то же время, проанализируем случаи получения пользы от ВТО, а так же определенные обстоятельства для повышения репутации политики и экономики развивающийся страны с богатыми ресурсами на международной арене.
"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017
Sevda Hüseynova
Azərbaycan Turizm və Menecment Universiteti
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM