XV əsrdən başlayaraq Azərbaycanın Osmanlı dövləti ilə olan münasibətlərində mədəni əlaqələrin daha da gücləndiyi bilinməkdədir. Bu dövrdə güclü imperiya şəklinə gələn Osmanlı dövləti elm və sənət sahəsindəki əksikliklərini doldurmaq məqsədi ilə qonşu müsəlman ölkələrdən çox sayda elm və mədəniyyət xadimini öz ölkəsinə cəlb etmişdir. Bunlar arasında çox sayda azərbaycanlı elm və sənət xadimi də öz yerini almışdır. Bu da iki ölkə arasında güclü mədəni əlaqələrin yaranması və inkişafına şərait yaratmışdır. Ənənə halını alan bu prosses Fateh Sultan II Mehmeddən (1451-1481) sonra hakimiyyətə gələn bir çox Osmanlı sultanı tərəfindən dövlət siyasəti olaraq davam etdirilmişdir [13, 289-290; 3, 866-867; 5, 458; 19, 13]. Xüsusilə, tarixşünaslıqdan da bilindiyi kimi 1514-cü ildə baş vermiş Çaldıran döyüşündən sonra Sultan I Səlim (1512-1520) tərəfindən Təbrizdən İstanbula yüzlərlə tanınmış azərbaycanlı elm və mədəniyyət xadimi aparılmışdı. XVI əsrdə Osmanlı mədəniyyətinə nəqqaş (rəssam), xətat və şair kimi töhfə vermiş belə muhacir azərbaycanlı sənətkarlardan biri də Şahqulu Pənahi olmuşdur.
Aşağıda məlumat veriləcək Şahqulu Pənahi haqqında Azərbaycan və Türkiyə tarixşünaslığında bir neçə tədqiqat işi aparılıdığının şahidi oldum. Azərbaycanda onun daha çox şairliyi, Türkiyədə isə rəssamlığı tədqiq edilmişdir. Ədəbiyyat tarixşünaslığında onun haqqında ilk məlumatı verən İsmayıl Hikmət (Ərtaylan) olmuşdur. Hikmət 1928-ci ildə Bakıda nəş etdirdiyi "Azərbaycan ədəbiyyatı tarixi" kitabında ilk dəfə bu dəyərli Azərbaycan sənətkarını xalqımıza tanıda bilmişdir [12, 356-358]. Daha sonra Həmid Araslı, Azadə Musabəyli [18, 18] Ömər Bayram [4, 87] və Vüsalə Musalı [17, 268] kimi tədqiqatçılar qısa da olsa Şahqulu Pənahinin ədəbi yaradıcılığına öz əsərlərində bəzi əlavələr edərək yer veriblər. Türkiyəli sənət tarixçisi Banu Mahir isə Osmanlı miniyatur sənətini tədqiq edərkən Şahqulunun nəqqaşlıq fəaliyyətlərini göz ardı etməyən tədqiqatçı kimi bilinir [14, 128; 15, 122-123]. Ancaq əldə etdiyim yeni mənbə məlumatları Şahqulu Pənahi haqqında daha geniş məqalə yazmağıma şərait yaratdı.
Şahqulu Pənahi haqda sözsüz ki, ilk məlumatların alındığı yer Osmanlı mənbələridir. Belə mənbələrdən nəşr edilmiş bir neçə Osmanlı arxiv sənədini xüsusi olaraq qeyd etmək lazımdır. Bunlar Şah İsmayılın (1501-1524) Təbrizdə "Həşt Behişt" sarayındakı xəzinəsinin ələ keçirilməsindən sonra osmanlılar tərəfindən qeydə alınmış 2 sentyabr 1514-cü il tarixli və bu gün Türkiyə Respublikası Topqapı Sarayı Muzeyi Arxivində saxlanılan D. 10734 saylı farsca arxiv sənədi [11], 23 mart-12 aprel 1515-ci il tarixli Sultan Səlimin Amasiyada yazdırdığı Təbrizdən İstanbula aparılan elm və sənət xadimlərinin siyahısı tutulan təqsimat dəftəri [2, 325-333] ilə 1520, 1526 [20] və 1546-cı il tarixli [22] Qanuni Sultan Süleyman dövrü Osmanlı saray sənətkarlarına (əhl-i hirəfin) hər üç ayda bir verilən yevmiyyə-maaş dəftərləridir. Bu arxiv sənədləri Şahqulunun rəssamlıq sahəsindəki fəaliyyətlərini məlumatlandıran çox qiymətli məndələrdir. Osmanlı dövlət adamı və tarixçisi Gelibolulu Mustafa Alinin (v.1599) "Mənaqibi hünərvəran" [10] əsərində də onun rəssamlığı haqqında kifayət qədər məlumat verilir. Bunlardan başqa onun həm rəssamlıq, həm də şairlik yönlərini ələ alan ilkin mənbələr isə Osmanlı təzkirəçiləri olan Aşiq Çələbinin (v.1572) "Məşairüş-şüarə" [3] və Əhdi Bağdadinin (v.1593) "Gülşəni-şüəra" [1] əsərləridir. Eyni zamanda mövzumuzla əlaqəli aparılmış başqa tədqiqat işləri olan kifayət qədər kitab, məqalə və ensiklopediya maddələrindən də bu məqalənin hazırlanmasında istifadə olunmuşdur.
Əslən Təbrizli olaraq bilinən Şahqulu (sadəcə bir yerdə 1546-cı il arxiv sənədində onu "Şahqulu Bağdadi" kimi [16, 93; 22, 505] təqdim edirlər) haqqında sözsüz ki, ilk məlumatların alındığı yer Osmanlı mənbələridir. Osmanlı təzkirəçiləri onu daha çox "Pənahi" kimi bir şair olaraq qələmə versələr də, eyni zamanda Təbrizdən gələn azərbaycanlı nəqqaşlardan biri kimi də təqdim edirlər. Bu mənbələrdən birində Pənahi ləqəbli nəqqaş Şahqulunun Sultan II Bəyazidin (1481-1512) hakimiyyətinin son illərində oğlu şahzadə Əhmədin bəylərbəyi olduğu Amasiya şəhərinə Təbrizdən gəldiyi qeyd edilir [3, 199-201; 1, 112-113]. Bəzi tədqiqatçılar da sadəcə Aşiq Çələbidə "Sultan Bəyazidi mərhum zamanında diyari əcəmdən Təbrizdən gəlüp Sultan Əhmədi mərhum şahzadə ikən Amasiyada asitanəsinə gəlüp Sultan Səlimi mərhumun cülüsündan İstanbula gəlüp Sultan Süleyman mərhum dövründə nəqqaşbaşı olmışdı" [3, 199] şəklində keçən bu məlumatı öz əsərlərində istifadə edərək səhfən Şahqulunun məhz 1514-cü ildən əvvəl Osmanlı dövlətinə getdiyini qeyd etmişlər [12, 356; 18, 18; 17, 268]. Lakin yuxarıda adları qeyd olunan bir neçə mötəbər Osmanlı arxiv sənədində Şahqulunun Sultan Səlim tərəfindən 1514-cü ildə baş verən "Çaldıran" döyüşündən sonra çox sayda azərbaycanlı elm və sənət xadimi ilə birlikdə İstanbula aparıldığı açıq bir şəkildə yazılmaqdadır. Belə ki, Çaldıran döyüşündən sonra Təbrizə daxil olan Sultan Səlim, Təbrizdəki "Həşt Behişt" sarayındaki Səfəvilərdən geriyə qalan xəzinəni və çox sayda elm və mədəniyyət xadimini ələ keçirtmişdi. Təbrizdə qənimət olaraq götürülən Səfəvi xəzinəsinin qeydə alındığı 2 sentyabr 1514-cü il tarixli arxiv sənədində "Cəmaatı naqqaşan" başlığı altında nəqqaş Şahqulunun da adına rast gəlinir. Sənəddə yazılanlardan belə məlum olur ki, 1514-ci ildə Səfəvi dövlətində nəqqaşlar qrupu fəaliyyət göstərmişdir. Şahqulu, Əbdülqəni və Hüseyn Qəzvini kimi nəqqaşlardan təşkil olunmuş bu qrupun başçısı isə Şah Mansur Təbrizi olmuşdur. Yenə sənədin başqa bir yerində "Cəmaatı naqqaşan" başlığı altında bir neçə nəqqaşın əl işləri ilə yanaşı "An yed-i üstad Şahqulu: Zin-i esb-i natamam 2 qıta; sebz, munaqqaş, musavvər. Sədəf kari munaqqaş" cümləsindən [11, 33, 36] aydın olur ki, osmanlılar tərəfindən ələ keçirilən qənimətlər arasında Şahqulunun gümüş örtüklü göy rəngli qiymətli qaşlardan daha tam olaraq hazırlayıb bitirmədiyi iki ədəd yəhər də olmuşdur. Başqa bir Osmanlı arxiv sənədi olan və 23 mart-12 aprel 1515-ci il tarixli Sultan Səlimin Amasiyada yazdırdığı Təbrizdən İstanbula aparılan elm və sənət xadimlərinin adlarının yer aldığı təqsimat dəftərində də, Osmanlı dövləti tərəfindən maaşa bağlanan, yəni "ulüfə" alan 70-ə yaxın azərbaycanlı elm və sənət xadiminin arasında nəqqaş Şahqulunun adına təsadüf edilir [2, 332]. Beləcə bir müddət Amasiyada qalan Şahqulu bundan sonraki nəqqaşlıq fəaliyyətini ömrünün sonuna qədər yaşadığı Osmanlı paytaxtında sürdürmüşdür. Yuxarıda qeyd olunanlardan aydın olur ki, Şahqulu Səfəvi dövlətində çox tanınmış və istedadlı bir rəssam olmuş və onun xüsusi maaşa bağlanaraq İstanbula aparılmasında da bu amil mühim rol oynamışdır.
Şahqulunun İstanbuldaki həayatı haqqında keçən ilk məlumat isə 12 dekabr 1520-ci ilə aiddir. Bu sənəd "ruznamə" adlanan 1520-ci il tarixli saray sənətkarlarının maaş dəftəridir. Burada onun artıq İstanbulda Osmanlı sarayında nəqqaş kimi fəaliyyət göstərdiyi açıq bir şəkildə qeyd olunur [20, 26]. Bu tarixdən təqribən beş il sonra 1526-cı ilin əvvəlində tutulmuş "əhl-i hirəf"in növbəti maaş dəftərində isə onun adı nəqqaşlara məxsus göstərilən siyahının başında gündəliq qazancı 22 axça olaraq göstərilir və adının qabağında "Təbrizdən sürgün gəlib Amsiyada cihət buyrulub İstanbul xassə xərcinə həvalə olunmuş..." cümləsi yazılıdır [16, 91; 20, 26]. Buradan bir daha aydın olur ki, Şahqulu məhz Çaldıran döyüşündən sonra sürgün edilərək Osmanlı dövlətinə aparılıb. Onun daha əvvəlki tarixdə şahzadə Əhmədin Amasiyadaki sarayına işə alınması məlumatı isə həqiqətə uyğun deyildir.
Şahqulunun adı keçən son arxiv sənədi isə 15 mart-12 iyun 1546-cı ilə aiddir. Bu əhli hiref dəftərində keçən məlumatlara görə, o gündəlik 25 axça maaş alaraq "sərbölük", yəni naqqaşların başçısı vəzifəsindədir [16, 93; 22, 505]. Bundan əlavə əlimizdə olan "bayramlarda Sultana verilən hədiyyələr və sultandan sənətkarlara paylanan ənamlarla" bağlı tarixsiz üç arxiv sənədində də Nəqqaş Şahqulunun adına rast gəlinir. Burada Sultan Süleymana iki dəfə hədiyyə verən sənətkara, iki min axça pul mükafatı və bir də "bənəkli kaftan" (xələt) hədiyyə edilmişdir [20, 66, 67, 71]. Lakin, bu sənədlərdə onun vəzifəsi başnəqqaş olaraq yox, sadəcə nəqqaş kimi göstərilir. Belə olduğu təqdirdə güman etmək olar ki, ard arda yazılmış bu üç sənədin tarixi 1546-cı ildən əvvəl olmalıdır.
Osmanlı tarixçisi Mustafa Ali "Mənaqibi hünərvəran" əsərində qeyd edir ki, nəqş sənətinin sirlərini Səfəvi sarayının məşhur nəqqaşı Ağa Mirdən öyrənən Şahqulu, öz işini yüksək səviyyədə bacaran və "son nəqşi ilkindən daha yaxşı olan" bir sənətkar olmuşdur. Müəllif daha sonra davam edərək bildirir ki, başnəqqaş olandan sonra onun üçün sarayda xüsusi emalatxana açılmış və maaşı da gündəlik 100 axçaya çıxardılmışdır. Sultan Süleyman (1520-1566) da tez-tez emalatxanaya baş çəkərək onun əl işlərinə zövqlə tamaşa edərmiş [10, 65]. Şahqulunun, Osmanlı nəqqaşlıq sənətində yenilik edərək "saz yazmaq" və ya "saz qolu" adlandırılan minyatur çəkməyin bir növü kimi yeni bir nəqş janrı tədbiq etdiyi türkiyəli sənət tarixçiləri tərəfindən ortaya çıxarılmışdır. Osmanlı sənətşünaslığında ilk dəfə Şahqulu tərəfindən tədbiq olunan bu "saz" üslubu daha sonralar da istifadə olunaraq inkişaf etdirilmişdir. Bu işi XVIII əsrdə yaşamış Osmanlı nəqqaşlarından Əli Üsküdari daha yaxşı bacardığı üçün ona "sani-i Şahqulu", yəni ikinci Şahqulu demişlər [14, 128; 6, 283-284].
Osmanlı müəlliflərindən Aşıq Çələbi və Mustafa Ali kimi tarixçilər Şahqulu Pənahinin söz və nəqş sənətini övsələr də, şəxs olaraq onu bəyənmədiklərini açıq bir şəkildə qeyd edirlər. Eyni zamanda bu mənbələrdə onun, Osmanlı baş şahnaməçisi olan başqa bir azərbaycanlı şair Fətullah Arifi (v. 1562) ilə münasibətlərinin yaxşı olmadığı da bildirilir [3, 559; 9, 238].
Şahqulu Pənahi türk və fars dillərində yazdığı ruh oxşayan şeirlərilə XVI əsr Osmanlı ədəbi mühitində özünə yer edən şairlərdən olmuşdur. Osmanlı dövlətində yaşamış hürufi meyilli şairlərdən biri kimi də tanınmışdır. Onun hürufilik fəlsəfəsini izah edən kiçik bir məsnəvisi vardır. Şahqulunun bu əsəri türkoloq İsmayıl Hikmət Ertaylan tərəfindən ortaya çıxarılaraq, 1946-cı ildə "Hurufi Edebiyyatı Örnekleri II Məsnəvi-i Pənahi" adıyla çap edilmişdir [8]. Əfsuslar olsun ki, bu məsnəvi xaricində ancaq bir neçə şeiri günümüzə qədər gəlib çatmışdır. Aşiq Çələbi və Əhdi Bağdadinin əsərlərində keçən bu beytlərdən ikisi belədir:
Yazaydı ləl-i yari fil-məşəl gər,
Görən derdi zəhi ruh-i musavvər [3, 200].
Gərçi bi-çarə bə kuy-i tu bəsi mi ayəd,
Heç bi-çarə-tər əz bəndə kəsi mi ayəd [1, 113].
Mənbələrdə Şahqulunun vəfatı ilə bağlı açıq bir şəkildə heç bir məlumat verilmir. Sadəcə ümumi hadisələri təhlil edərkən onun nə vaxt dünyasını dəyişdiyini təqribi olaraq təyin etmək mümkündür. Ən son 1546-cı il arxiv sənədində adı keçən Şahqulu Pənahinin Osmanlı dövlətinin 1551-ci ildə şahnaməçi olaraq təyin olunmuş şair Fətullah Arifi Çələbi [7, 63] ilə münasibətlərinin olduğuna diqqət edidikdə onun 1551-ci ildən sonra həyatda olduğu anlaşılır. Lakin 1557-ci ildə tutulmuş əhli hiref dəftərindəki siyahıda adına rast gəlinmədiyi üçün [16, 94-95; 21, 8-9] artıq bu tarixə qədər vəfat etdiyini güman etmək olar.
Şahqulu, Osmanlı dövlətində yaşadığı 42 illik həyatının demək olar ki, hamısını sarayda nəqqaş və baş nəqqaş kimi məsuliyyətli vəzifələri icra edərək keçirtmişdir. İstedadlı nəqqaş, gözəl xəttat və şair olan Şahqulu Pənahi, bu illər ərzində ərsəyə gətirdiyi göz oxşayan əsərləriylə Osmanlı mədəni həyatına yeni çalarlar qataraq, xüsusilə bu ölkənin rəssamlıq sənətinin inkişafında çox böyük rol oynamışdır.
Ədəbiyyat
1. Ahdi Bağdadi. Gülşen-i Şuara, B metin, hazırlayan: Süleyman Solmaz, Denizli, 2009.
2. Arslan Hüseyin. XVI.yy. Osmanlı Toplumunda Yönetim, Nüfus, İskan, Göç ve Sürgün. İstanbul, 2001.
3. Aşık Çelebi. Meşa'irü'ş-Şu'ara, İnceleme Tenkitli Metin. C. I, hazırlayan: Filiz Kılıç, Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü Eski Türk Edebiyatı Anabilim Dalı Doktora Tezi, Ankara, 1994.
4. Bayram Ömer. Anadolu Sahasında Azerbaycanlı Şairler. / Journal of Qafqaz, Vol. 1, No-15, 2005, s. 81-90.
5. Смирнов В. Д. Очерк истории турецкой литературы. Всеобщая история литературы. под редакцией В. Ф. Корша и А. И. Кирпичникова, т. IV, СПБ, 1892.
6. Derman F.Çiçek, Duran Gülnur. Şahkulu, TDİ, C. 38, 2010, s.283-284.
7. Dədəyev Bilal, Osmanlı dövlətində şahnaməçi azərbaycanlı alimlərdən biri olan Fətulla Arifi Çələbi./Geostrategiya, No 06(30) noyabr-dekabr 2015, s.61-67.
8. Ertaylan Hikmet İsmail. Hurufi Edebiyyatı Örnekleri II-Mesnevi-i Penahi. İstanbul, 1946.
9. Gelibolulu Mustafa Ali. Künhü'l-Ahbarın Tezkire Kısmı. hazırlayan: Mustafa İsen, Ankara, 1994.
10. Gelibolulu Mustafa Ali. Menakıb-ı Hünerveran. İstanbul, 1926.
11. Genç, Vural. Heşt Behişt Sarayından Topkapı Sarayına: Şah İsmailin, Çaldıran Savaşı’ndan Sonra Alıkonulan Hazine ve Eşyaları./Toplumsal Tarih, Sayı: 208, Nisan, 2011, s.24-36.
12. Hikmet İsmail. Azerbaycan Edebiyatı Taririhi I-II. hazırlayan: Parvana Bayram, Ankara, 2013.
13. Kastamonlu Latifi. Tezkere-i Latifi. İstanbul, 1314.
14. Mahir Banu. Şahkulu./ Dünden Bügüne İstanbul Ansiklopedisi, C. XVII, 1994, s.128.
15. Mahir Banu. Osmanlı minyatür sanatı. İstanbul, 2012.
16. Meriç Rıfkı Melül. Nakış Tarihi Vesikaları./Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi. Cilt: 1, Sayı: 2, 1952, s.85-107.
17. Musalı Vüsalə. Osmanlı təzkirələrində Azərbaycan şairləri, Bakı, 2009.
18. Musayeva Azadə. XV-XVI əsrlər Azərbaycan mühacirət ədəbiyyatı və Xəlilinin "Firqətnamə"si. Bakı, 2007.
19. Rehber jurnalı. No-3, 27 şevval /1 dekabr, 1324/1906, Bakı.
20. Uzunşarşılı İsmail Hakkı. Osmanlı Sarayında Ehl-i Hiref Defteri./Belgeler. XI/15, Ankara, 1986, 23-76.
21. Yaman Bahattin. 1557 Tarihli Ehl-i Hiref Defterine Göre Osmanlı Saray Sanatkarları./ KÖK Sosyal ve Stratejik Araştırmalar Dergisi. c. VIII, Sayı-2, Güz: 2006, s. 5-38.
22. Yaman Bahattin. 1545 yılı Osmanlı Saray Sanatkarları./ Belleten. c. LXXII, Sayı-264, Avqust, 2008, s.501-534.
Açar sözlər: Azərbaycan, Şahqulu Pənahi, Səfəvi dövləti, Osmanlı dövləti, saz üslubu.
Ключевые слова: Азербайджан, Шахгулу Панахи, государство Сафеви, Османское государство, стиль саз.
Key words: Azerbaijan, Shah Qulu Panahi, Safavids, Ottoman state, “saz” genre.
РЕЗЮМЕ
Родившийся в Тебризе Шахгулу Панахи был одним из азербайджанских мастеров вносивший свой вклад в культуру Османлы ХVI в. как каллиграф (художник), поэт и т.д. Он, в 1514 году после битвы «Чалдыран» вместе с многочисленными деятелями науки и искуства был сослан в Станбул. Работавший в сарае некоторое время каллиграфом а потом исполняющий обязанности главного каллиграфа государства Шахгулу Панахи привел новшествов османскую искусства каллиграфии и получился новый жанр под названием «стиль саз». В то же время написанные под прозвишем Панахи, трогающую душу стихи на турецком и персидском языке помогли утвердится ему как поэт в Османской литературе XVI века. Его несколько стихотворений и одна маленькая поэма обясяняюший философию хуруфизмфа дошли до наших дней. Талантливый художник, каллиграф и поэт Шахгулу Панахи, добавив новые оттенки в культурной жизни османской империи, в частности сыграл важную роль в развитии искуства живописи этого государства.
SUMMARY
Shah Qulu Panahi who was originally from Tabriz was one of the Azerbaijani masters contributing to the cultural life of Ottomans as poet and artist. He was exiled to Istanbul together with many Azerbaijani science and art workers after “Chaldiran” battle which happened in 1514. He started as an artist in Ottoman palace and later was appointed as a head of artists. His main achievement in the field is his invention of a new genre in painting under the name of “saz”. At the same time with his poetries written in Turkish and Persian languages, he was able to occupy important place in the Ottoman literature environment of XVI century. Some of his poetries and his small mesnevi which describes the philosophy of “hurrufism” were able to reach to our days.
Shah Qulu Panahi who was a talented artist, poet and calligrapher by adding a new way to the Ottoman cultural life, in particular played important role in the development of art of painting of this country.
"GEOSTRATEGİYA" jurnalı №03 (39) May- İyun 2017
Bİlal Dədəyev
Tarix üzrə fəlsəfə doktoru
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM