Qafqaz Mərkəzi Asiya ilə Xəzər hövzəsinin Qara dənizə, Anadoluya və Avropaya açılmasına imkan yaradan, Rusiya, Türkiyə və İranın sabitliyinə təsir edən geosiyasi əhəmiyyətə malik bir regiondur(3;2014. 1). Şərq və Qərb, Şimal və Cənub arasında keçid bölgəsi olan Qafqaz, Soyuq Müharibədən sonra yeni yaranan dünya nizamında özünəməxsus yer tutan əhəmiyyətli regiondur. Türkiyə dünyanın ən əhəmiyyətli üç böhran bölgəsinin ortasında yerləşir. Bu regionlardan xüsusilə ikisi (Qafqaz və Yaxın Şərq) sahib olduqları enerji qaynaqları ilə dünya dövlətlərinin marağında olmaqla yanaşı, bu dövlətlərin rəqabət sahəsidir. Bu vəziyyətin region sabitliyi üçün müsbət olduğunu söyləmək isə bir qədər çətindir. Ümumiyyətlə, Qafqaz coğrafi mövqeyi etibarilə demək olar ki, Türkiyə ilə eyni coğrafiyada yerləşir. Belə ki, Anadolu və Qafqaz üçün istifadə edilən, “Kiçik Asiya” və “Ön Asiya” terminləri də bunun bir göstəricisidir. Bu coğrafi yaxınlıq, eyni zamanda bu bölgənin tarixi, demoqrafik, mədəni və siyasi inkişafına da müsbət təsir göstərmişdir. Bu səbəbdən, Türkiyənin Qafqaz və burada yeləşən dövlətlər ilə əlaqələrini inkişaf etdirməsini, ya da maraqlanmasını tələb edən bu yaxınlıq, eyni zamanda, SSRİ- nin dağılmasından sonra regionda meydana gələn bir çox şərtlər səbəbiylə daha çox əhəmiyyətli olmuşdur(5; 2002. 4-5).
SSRİ-in dağılmasından sonra Türkiyə xarici siyasətinin şəklini və məzmununu dəyişdirmişdi. Belə ki, Türkiyə Qafqaz və Mərkəzi Asiyada müstəqil respublikaların yaranmasını böyük bir coşğu ilə qarşılamışdır. Türkiyənin qarşısına çıxan bu yeni geosiyasi mühitdə yenidən öz xarici siyasətinə baxmaq məcburiyyətində qalmışdır. Türkiyənin Qafqaz xalqlarıyla mədəni, dil, tarix, soy birliyi və coğrafi yaxınlığının olması regionda aktiv bir siyasət aparmaq imkan verir ki, bu da onu Rusiya və İranla qarşı-qarşıya gətirmişdir. SSRİ-nin dağılmasından sonra “Adriatikdən Çin Dənizinə Türk Dünyası” ideyasının yaranması Rusiyanı olduqca narahat etmişdir. 1991-ci ilin əvvəllərində Türkiyədə mövcud olan Qafqaz ilə əlaqədar həddindən artıq coşğu, yaxın dövrdə yerini daha təmkinli və ölçülü bir siyasətə buraxmışdır. Bu ilk coşğu dövründə güc qazanan bu siyasətin təməlində böyük bir ehtimalla, radikal ruhlu İrana və Rusiyaya qarşı bir tarazlıq ünsürü olan dünyəvi Türkiyənin nüfuzunu təsdiq etmək dururdu(1;2004. 398).
Qafqaz haqqında müəyyən bir siyasi hazırlığı olmayan Türkiyə üçün, bu hadisələr təzyiq kimi olmuşdur. Bu səbəbdən ilk zamanlardan başlayan bu coşğu zəifləmişdi, bunun da əsas səbəbi Türkiyənin daxili iqtisadi və siyasi problemlərinin olması Qafqazda aktiv bir siyasət apara bilməməsinə səbəb olmuşdur. Həm də Türkiyə ciddi bir problemlə “Cənub-Şərq Anadolu Problemi” ilə məşğul olmaq məcburiyyətində qalmışdır.
SSRİ-nin dağılmasından sonra, Qafqaz regionunda yaranan boşluğu yeni yaranan dövlətlər tərəfindən doldurulması ilə yanaşı, Türkiyənin regionun bəzi dövlətlərilə yaxınlığı və Qərb blokunda etibarlı bir ölkə olması, ABŞ başda olmaqla Qərb dövlətləri tərəfindən məcbur edilən Türkiyə iqtisadi gücünün sərhədlərinin fərqində olaraq bu regiona yönələn siyasətini Qərb ilə əməkdaşlıq üzərindən qurmuşdur. Türkiyə qərbə inteqrasiya adı altında bu regiona yönəltməyə çalışmışdır. ABŞ isə ilk mərhələdə birbaşa deyil, Türkiyə vasitəsi ilə regiona nüfuz etməyə çalışmışdır. Bunun da əsas səbəbi Türkiyənin regiona qonşu olmasıyla yanaşı, tarixi əlaqələrinin olması idi. Avropa və Amerikanın Türkiyəyə olan etibarları isə Qərb ilə müttəfiq olması və bir çox xüsusiyyətləri ilə (demokratiya, insan hüquqları) region ölkələrinə model ola biləcəyi düşüncəsidir. Bu siyasət həm Türkiyənin regional liderlik iddiasına dəstək verəcək, həm də keçid dövrünü yaşayan region dövlətlərinə Qərb ünsürlərini təbliğ edəcəkdi(8; 2014.132). Lakin sonrakı proseslər göstərdi ki, ABŞ və Avropa ölkələri Qafqaz və Mərkəzi Asiya siyasətlərində Türkiyənin vasitəçiliyinə ehtiyac duymadan hərəkət etmişdirlər.
Xüsusilə, 1992-ci ildən sonra Qərb dövlətləri Rusiya lehinə öz siyasətlərində dəyişiklik edərək Türkiyəni Qafqazda yalnız buraxmışdılar. Bunu Qərb bloku ilə Rusiya arasındakı danışıqlar prosesi, Azərbaycandakı hadisələr, Dağlıq Qarabağ problemi və Bakı neft boru xətti kimi lahiyələrdə açıqca görmək mümkündür. Bütün bu proseslərdə maddi və mənəvi potensialı ilə tək başına hərəkət etmək məcburiyyətində qalan Türkiyə qarşısında Qərb dövlətlərinin rəftarı düşündürücüdür. Bütün mənfi şərtlərə baxmayaraq, Türkiyə iqtisadi və siyasi problemlərini həll edib, Avropa ilə inteqrasiya olunma məqsədində irəlilədiyi zamanda Qafqaz dövlətlər üçün bir ümid mərkəzi olaraq Rusiyanın təsirini ortadan qaldıra biləcəkdir. Lakin Türkiyənin, qısa bir zaman kəsiyində AB-yə(Avropa Birliyi) inteqrasiyası çətindir. Azərbaycan neftnin daşınmasında da aydın olurdu ki, Türkiyə Qərbin dəstəyini əldə edə bilmədiyi müddətcə çətinlik çəkmək məcburiyyətində qalacaqdır. Bu çərçivədə, Türkiyənin ən əhəmiyyətli strategiyası Qərblə birlikdə hərəkət edərək, Qafqazın təkrar rus hakimiyyətinə girməsinə mane olmağa çalışmaqdır.
Qloballaşan dünyada çox şaxəli olan türk xarici siyasətinin Qafqaz regionunda apardığı siyasəti iki başlıq altında vermək olardı.
1. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpası.
2. Cənubi Qafqazda mümkün qədər çox tərəfliliyin həyata keçirəcəyi iqtisadi əlaqələr platforması.
Bunun üçün Türkiyə Cənubi Qafqazda fəal siyasət həyata keçirməlidir. Lakin bu siyasəti hələ də istənilən nəticəni verməmişdir. Həm siyasi, həm də iqtisadi baxımdan bu əlaqələrin qorunmasına maneələr törədən bir çox amillər vardır. İstərsə bu regiondakı məsələlər, istərsə də böyük dövlətlərin region üzərindəki mübarizələri Türkiyə üçün siyasi və dolayısıyla iqtisadi bir mane yaratmışdır. Belə ki, region xalqları arasındakı sovet zamanında olan düşmənçilik də burada bir siyasi əlaqələrin həyata keçirilməsinə maneə olan digər bir amil olmuşdur.
Həm də region boru xətlərinin keçəcəyi və keçdiyi tranzit yol üzərində yerləşməsiylə yanaşı, Türkiyənin müdafiə etdiyi və fəaliyyətə başlayan Bakı-Tiflis-Ceyhan boru xətti xüsusi əhəmiyyət kəsb etməkdədir. Bu xətt regiondan Türkiyə vasitəsi ilə Ceyhan limanına qədər nefti təhlükəsiz çatdırmasına imkan yaradır. Niyə Ceyhan limanı? Çünki Ceyhan limanı 2 ədəd 300 min tonluk, 2 ədəd 150 min tonluk tanker yerləşə bilir ki, bu da 120 milyon ton yük deməkdir(7;1999.81). Bu xətt irəlidə Qazaxıstan, Türkmənistan və hətta Özbəkistanın da neftinin Qərb bazarlarına təhlükəsiz daşınmasında imkan yaradacaqdır. Regionda zəngin qaynaqları olmasıyla yanaşı, ticarət potensialının da Türkiyə üçün böyük əhəmiyyəti vardır. Ümumiyyətlə, Xəzər hövzəsi ölkələrinin zəngin yeraltı və yerüstü qaynaqları ilə əkinçilik məhsullarının Türkiyədən keçərək dünya bazarlarına çatdırılması regionun iqtisadi inkişafı ilə yanaşı, Türkiyənin iqtisadi inkişafının sürətlənməsində əhəmiyyətli rol oynayacaqdır. Həm də başlıcası enerji qaynaqların bir hissəsinə Türkiyənin də ehtiyacı var. Xəzər hövzəsində çıxarılan neft və təbii qazın fasiləsiz axını həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyənin xüsusilə, Rusiya və İranadan enerji asılılığını nəzərə alsaq, Azərbaycan-Gürcüstan yolunda daşınan neft və təbii qazın olduqca qiymətlidir. Azərbaycanın qaynaqlarına əlavə olaraq Qazaxıstanın neft və Türkmənistanın təbii qaz ehtiyatlarının çoxluğu isə Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə daşınacaq enerjinin dünya bazarlarına böyük potensialı olacağını göstərir(3; 2014.3-4 ).
Türkiyənin Cənubi Qafqaz ilə, iqtisadi bütövlük təşkil etməsi onu Çin, Rusiya, Hindistan, Şərq Avropa və Orta Şərq ölkələrinin bəxş etdiyi geniş bazar imkanlarından, maksimum dərəcədə faydalanmaq və inkişaf etmiş ölkələrlə hər sahədə sərbəst rəqabət gücü qazanmağı təmin edəcəkdir. Türkiyənin AB-yə girmək səyləri davam edərkən yeni bir alternativ olaraq, Şərq bazarına yönəlməsi iqtisadi gücünü artıracaqdır. SSRİ-nin dağılmasından sonra Qafqazda Rusiya ilə Türkiyənin ortaq sərhədi qalmamışdır. Bu səbəblə, bu regionda yeni sabitlik yaratmaq, Türkiyənin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Türkiyə xüsusilə də, Mərkəzi Asiya və Qafqaz ümumiyyətlə, Asiyanın Türkiyə üçün bir inkişaf sahəsi olduğunu başa düşməkdədir.
Rusiyanın mövcud problemləri və iqtisadi çətinlikləri yanında, hərbi gücü, mədəni, iqtisadi, demokratik quruluşu çərçivəsində təşkil etdiyi potensial təhlükə qarşısında, Qafqazın “barış qurşağı” və Rusiya ilə bir “təhlükəsiz bölgə” təşkil etməsi, Türkiyə üçün son dərəcə əhəmiyyət daşımaqdadır. Ümumiyyətlə, müasir təhlükəsizlik kompleksina görə təhlükəsizlik kompleksi “əsas təhlükəsizlik anlayışı qayğıları beynəlxalq problemleri ağıllı olaraq bir-birindən ayrı şəkildə analiz edilə bilməyən və ya həll edilə bilməyən dövlətlər birliyi” olarak tanımlanır(4;2010. 2).
Lakin Rusiya öz məqsədlərini həyata keçirmək üçün etnik münaqişələrə kömək etməklə bu regionda sülh və təhlükəsizliyi pozaraq buradakı dövlətləri özündən asılı vəziyyətə salmağa çalışır. Belə problemlər region dövlətlərinin iqtisadi inkişafı üçün maneə yaradır. Bu vəziyyət, regionda fəaliyyət göstərən türk şirkətlərinə də mane yaradır. Transqafqazda investisiya qoymaq türk iş adamları tərəfindən riskli olaraq qiymətləndirilmişdir ki, bu səbəbdən, onun yerinə daha sabit və böyük bir bazar olan Rusiya seçim edilmişdir.
Ümumiyyətlə, Rusiya keçmiş İttifaq dövlətlərində olan maraqlarından imtina etmədi, sadəcə olaraq təsir mexanizmlərini dəyişdirərək bu ölkələrdə nüfuzunu saxlamaq üçün ənənəvi metodlarını işə saldı. Rusiyanın Qafqazda olan hərbi varlığı da, Türkiyənin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyırdı. Həm də Rusiya bu bölgəni, “arxa bağçası” başqa bir ifadəylə, “yaxın ətrafı” olaraq xarakterizə etməklə təsir sahəsində gücləndirməyə çalışır. 2000-ci ildə Rusiyanın yeni hərbi doktorinasının qəbul edilməsi onu xarici siyasətində dəyişikliklər yaratdı. Belə ki, Rusiya bu doktorinaya görə silahlı münaqişələrin həllində hərbi yoldan çəkinir və münaqişələrin danışıqlar yolu ilə həllinə üstünlük verirdi, lakin 2008-ci il avqust hadisələri bunun əksini göstərdi.
Türkiyə üçün Qafqazın nə anlama gəldiyini bilmək üçün burada həyata keçirilən lahiyələrin həyata keçməsinin nə kimi məna daşıdığını anlamaqla daha yaxşı başa düşmək olar. Türkiyə tərəfindən Qafqazın önəmi Xarici İşlər nazirliyinə görə belə qiymətləndirilmişdir; “Şərq və Qərb, Cənub və Şimal arasında keçid bölgəsi olan Qafqaz, Soyuq müharibə sonrası dünya nizamında Avrasiyada qurulan eneji xətlərinin kəsişdiyi nöqtədə yer almaqdadır. Bu mövqeyilə strateji mövqeyin daha da inkişaf edən region bütün Avrasiyada sabitlik və sülhün təsisi baxımından da gedərək artan bir əhəmiyyətə sahib olmuşdur(2;1998.8).
Sovet İttifaqının dağılmasıyla Türkiyə Qafqazda yeni yaranan dövlətlərin müstəqilliklərini, heç bir ayrı-seçkilik qoymadan tanımış, region ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlıq arzusunu ortaya qoymuşdur. Bu çərçivədə, Türkiyə əsas məqsədi bu dövlətlərin müstəqilliklərinin gücləndirilməsi, ərazi bütövlüklərinin qorunması və iqtisadi potensiallarının həyata keçirilməsində əhəmiyyətli rol oynamaqdır. Türkiyə həm də region dövlətlərinin NATO, ATƏT, AB, Avropa-Atlantik və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional təşkilatlarla inteqrasiya olunmalarında aktiv şəkildə dəstəkləməkdədir. Bu dəstəyin təməl səbəbi, Türkiyənin, SSRİ sonrası, müstəqil olmuş yeni respublikaların dünya ilə inteqrasiya olunmaları, bu respublikaların güclənmələrinə və beləcə Rusiyanın bu respublikalar üzərindəki təsirinin azalacağına olan inanmıdır.
Türkiyə Qafqazada sülhü qorumaq məqsədi ilə fəal siyasət aparmalı və bir neçə problemi həll etməlidir. Bunları belə sıralamaq olar:
- Qafqazda Rusiya ilə Türkiyə arasında bir təhlükəsiz, “Barış Qurşağı”nın yaradılması,
- Gürcüstan və Ermənistan ilə dostluq və sülhün qorunması, Azərbaycan ilə isə dostluq, qardaşlıq və mümkün olan hər sahədə strateji əməkdaşlığın inkişaf etdirilməsi,
- Region dövlətlərinin çoxunun türk və müsəlman olması və ümumiyyətlə, Türkiyəyə yaxın dil və din baxımımdan region xalqları ilə sosial-iqtisadi və siyasi əlaqələr qurulmasının təmin edilməsi,
- Strateji yeraltı zənginliklərin və neft yataqları ilə əlaqədar, uyğun xammal və bazar imkanı meydana gətirilməsi,
- Rusiyanın əsas məqsədi cənuba “isti dənizlərə” çatmaqdır ki, bu səbəbdən region Türkiyə üçün bir təhlükə yaradır;
- Xəzər hövzəsindəki enerjinin bu yol üzərindən Türkiyəyə və beynəlxalq bazarlara daşınması təmin edilməli, Xəzər dənizindən keçəcək boru xəttləri üçün inkişaf etdirilən layihələr dəstəklənməlidir. Qazaxıstan neftinin və Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan-Gürcüstan marşrutu ilə daşınması təmin edilməli, Türkiyə-Azərbaycan-Qazaxıstan və Türkiyə-Azərbaycan-Türkmənistan arasında başladılan üçlü danışıqlar davam etdirilməlidir
Türkiyə regionun ən güclü və müasir ordusuna sahib bir ölkəsidir. Türkiyə Qafqazda böyük bir nüfuza malik, daha doğrusu soy birliyi və dil bənzərliyi olma üstünlüklərinə sahib bir ölkədir. Türkiyə Avrasiyanın enerji koridoru və enerji terminalıdır. Belə ki, Avrasiyada qurulan enerji və daşınma yollarının kəsişdiyi nöqtədə yerləşməsiylə və Qafqaz regionun əhəmiyyətini də artırır. Bununla yanaşı, Qafqaz regionundakı sabitlik və təhlükəsizlik, Türkiyənin öz təhlükəsizliyi və sabitliyi baxımından xüsusi əhəmiyyətə malikdir. Qafqaz Türkiyənin Mərkəzi Asiyaya açılan təbii qapısı olmaqla yanaşı, Türkiyənin Qafqaz regionundakı xalqlarla siyasi, iqtisadi, ictimai və mədəni bağların da olması bu regionun əhəmiyyətini bir qədər də artırır . Regionda sülhün və əməkdaşlığın qorunması, Türkiyə üçün böyük əhəmiyyət daşıyır(6;.2006).
Türkiyənin təşəbbüskar gənc insan gücü potensialına malik bir ölkə olması onun Qafqazda gedən proseslərə müdaxilə etməsinə imkan verir. Lakin avqust 2008-ci il Rusiya–Gürcüstan münaqişəsi bir daha göstərdi ki, Qafqaz regionunda təhlükəsizlik nə qədər zəifdir. Sülhün və təhlükəsiz bir mühitin təmin edilməsinin region dövlətlərinin gələcəyi baxımından nə qədər əhəmiyyətli olduğunu bir daha diqqət mərkəzinə çəkmişdir. Lakin Qərbin və Türkiyənin regionada daha aktif və təmkinli siyasəti buradakı dövlətlərin qarşısında yeni fürsətlər yarada bilər. Cənubi Qafqazda yerləşən Ermənistan və Gürcüstan ilə Türkiyə arasında yarana biləcək bir dostluq və barışığın olması bu ölkələrin faydasına olacaqdır. Azərbaycan isə bəzi maneələrin baxmayaraq, dostluq, qardaşlıq və əməkdaşlığın sərhədsiz şəkildə davam etdirilməsi mümkündür. Qafqazda sülhün olması, Türkiyə üçün son dərəcə vacibdir.
Sovet İttifaqının mirasına sahiblənən Rusiya, bütün gücü və imperialist idealları ilə Anadoluya ən böyük təhlükə yaradır. Qafqaz Türkiyə ilə Rusiya arasında bir təhlükəsiz region olaraq, əhəmiyyətini gedərək artırmaqdadır. Qafqazın, müstəqil və dinc dövlətlərdən ibarət olan bir quruluşa qovuşması, Türkiyənin də təhlükəsizlik vəziyyətində olmasını təmin edəcəkdir. Türkiyənin əsas məqsədi Mərkəzi Asiyaya açılan qapısı olan Qafqazda bütün ölkələrlə yaxşı əlaqələrdə olmaq və bu coğrafiyada sabitliyin təsis edilməsinə kömək edə bilməkdir. Rusiyanın Qafqazdakı nüfuzunu artırmasının maneə olmaq üçün, Türkiyənin Gürcüstan və Azərbaycanın təhlükəsizlik narahatlıqlarının aradan qaldırılmasında da yaxından köməklik etməli və bu istiqamətdə hər sahədə yardımlar göstərməlidir.
Ədəbiyyat
1.Bal İdris.Türkiye-Ermenistan İlişkileri. XXI əsrin türk xarici siyasəti. Nobel yayımları. Ankara 2004.
2.Gachechiladze Revaz. Making of the new Georgia. Development Factors-Plusses and minuses. Caucasian Regional Studies.Cilt 3. No 1. 1998.
3.Kafkasya’daki gelişmeler ve Türkiye. Hesabat NO 6 2014
4.Katman Filiz. Yeni Büyük Oyun, Güney Kafkasya ve NATO. EURAS Academic Journal, 2010,
5. Savaş Yanar. Türk-Rus İlişkilerinde Gizli Güç Kafkasya, IQ Kültür Sanat ve Yayıncılık, İstanbul 2002
6.T.C.Dışişleri Bakanlığı, Türkiye-Güney Kafkasya Ülkeleri İlişkileri, http://www.mfa.gov.tr/Turkce/grupa/Kafkasya.htm 04.10.2006
7.Türkiye - Rusya ilişkilerindeki yapısal sorunlar ve çözüm önerileri. Yayın No. TÜSÜAD-T/99-264 1999.
8. Tüysüzoğlu Göktürk. Türk Dış Politikasında İstikrarın Adresi: Gürcistan: Türkiye-Gürcistan İlişkileri Üzerine Bir Değerlendirme. Türkiye Alim Kitapları İstanbul 2014
Açar sözlər: Türkiyə, Şərq, Qərb,Qafqaz, Gürcüstan, enerji
Key words: Turkey, East, West, Caucasus, Georgia, energy
Ключ слово: Турция, войны, Восток, Запад, Кавказ, Грузия, энергетика
Summary
The article has been talking about the relationship the Caucasus region’s history, culture, race, language, religion, closely related to the safety of the east, economic, political and military cooperation and solidarity in Turkey’s foreign policy. Along with it researched other power centers in the region, aimed at the economic, political, military and cultural interests of the challenges and their effects posed by Turkey
РЕЗЮМЕ
В статье рассматривается внешняя политика Турции в Кавказском регионе, с которой связывает их история, культура, происхождения, язык и религия, а также общие интересы восточной безопастности, экономика, политика и военное сотрудничество и солидарность. На равне с этим в статье исследуется созданные проблемы для Турции и влияние интересов других центральных сил направленных в области экономики, политики, военной и культурных сферах.
"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017
Murad Əsədov
Bakı Dövlət Universiteti
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM