MÜƏSSİSƏNİN TƏSƏRRÜFATÇILIQ FƏALİYYƏTİ VƏ ONUN YAXŞILAŞDIRILMASI İSTİQAMƏTLƏRİ

12:17 / 31.07.2017

Qeyd edək ki, insan potensialının öyrənilməsi digər elmlərlə yanaşı, iqtisadiyyat elminin də əsas fəaliyyət sahələrindən biri olaraq qalır. İnsan potensialının əsas komponentlərinin təsdiqi: onun sağlamlığı, yaradıcılığı, fəallığı, təhlili və peşəkarlığı-insanın əmək fəaliyyətinin əsasını təşkil edir. İnsan potensialının göstərilən komponentlərinin hər birinin formalaşması və inkişaf etdirilməsi cəmiyyətdə həm dövlət səviyyəsində, həm də ayrı-ayrı sahələr, şirkətlər və müəssisələr səviyyəsində aparılan sosial-iqtisadi fəaliyyət sahələrinin inkişaf səviyyəsindən asılıdır. Hər bir ölkənin iqtisadi inkişaf səviyyəsi onun həyata səmərəli sosial siyasətilə müəyyənləşir. Bir qayda olaraq, sosial sahələrin inkişafına ayrılan dövlət vəsaitlərinin dövlət büdcəsində xüsusi çəkisi yüksək olan ölkələr, dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələri siyahısına daxildirlər[1]. Müasir bazar iqtisadiyyatı şəraitində milli iqtisadiyyatın əsasını müəssisələrin təsərrüfatçılıq fəaliyyəti təşkil edir. Son məhsul və xidmətlər çoxluğu, ölkənin milli gəlirinin əsası burada formalaşır. Ayrıca götürülmüş hər bir müəssisə mənfəət əldə etməyə səy göstərməklə, ölkənin milli gəlirini gormalaşdırır və bununla da o cəmiyyətin mənafeyinə xidmət etmiş olur.
Məlumdur ki, müəssisə müstəqil surətdə fəaliyyət göstərən və mövcud qaydada qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Mövcud qaydada qeydiyyatdan keçmiş müəssisə, seçmiş olduğu istehsal fəaliyyətini həyata keçirmək üçün müəyyən miqdarda kapitala malik olmalıdır və bu kapital ilkin kapitaldır. İlkin kapital pul formasındadır, çünki pulla istənilən digər kapital formalarını əldə etmək mümkündür. Aydındır ki, kapitalın sahibkarın ixtiyarında yalnız pul formasında olması vacib deyil. Dünya təcrübəsi göstərir ki, bir sıra istehsal sahələri mövcuddur ki, həmin sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq gəlirli sayılır. Bu sahələrin inkişafına yönəldilmiş kapital qoyuluşu, tezliklə maliyyə müvəfəqiyyətinin qazanılmasına imkan verir. Həmin sahələr aşağıdakılardır: müxtəlif işgüzar xidmət sahələri; ictimai iaşə sahələri; ticarət; avtomobil təmir sahəsi; mənzil tikintisi sahəsi; informasiya- kommunikasiya üzrə xidmət sahələri və s. Kapitalın hansı istehsal sahəyə yönəldilməsini qərara almış sahibkar daha sonra istehsal prosesinin həyata keçirilməsini təmin edə bilən istehsal resurslarını əldə edir. Sahibkar torpaq sahiblərindən ya bir başa alqı-satqı yolu ilə aldığı, ya da uzun müddətə icarəyə götürdüyü torpaq sahəsində istehsal məqsədlərini həyata keçirmək üçün müvafiq istehsal bazasını təşkil edir. Bu məqsədlə sahibkar digər istehsal istehsal resursları: əmək vasitələrini təşkil edən maşın, mexanizm, alət və avadanlığı və eləcə də məhsuldar qüvvə olan işçi qüvvəsini “işə” cəlb edir. İşçi qüvvəsi əmək vasitələrinin köməyi ilə əmək cismlərinə təsir göstərir, onları insan tələbatlarını ödəyə bilən formaya salır. Sahibkar bazar iqtisadiyyatının əsas qanunları olan tələb, təklif, rəqabət və qiymət qanunlarının tələbləri ilə hesablaşmalıdır. O, istehsal amillərinin əldə olunması və istehsal prosesinin təşkili zamanı, habelə istehsal etmiş olduğu məhsulları bazara çıxararkən həmin qanunların tələblərini nəzərə almalıdır. Sahibkar bu qanununların tələblərinə əsaslanaraq seçmiş olduğu istehsal sahəsində gözlənilən mənfəəti qabaqcadan planlaşdırmalı və istehsalın yüksək səmərəliliyinə, gəlirliliyinə nail olmalıdır:
- kifayət qədər yüksək əmək məhsuldarlığını təmin edə bilən mütərəqqi texnika və texnologiyanın tətbiqi;
- müasir idarəetmə sistemlərinin, yəni istehsalın və əməyin təşkilinin səmərəli formalarının tətbiqi;
- müəssisənin maliyyə- təsərrüfat fəaliyyətini xaraktarizə edə bilən səmərəli göstəricilər sistemindən və planlaşmanın üstünlüklərindən istifadə olunması;
- həm işverənlər üçün, həm də işçilər üçün səmərəli olan əmək münasibətlərinin tətbiqinə nail olmaq, müəssisədə normal iş şəraitinin təmin olunması və müəyyən sosial güzəştlərin tətbiqi;
- istehsal olunmuş son məhsul və xidmətlərin tezliklə istehlakçılara çatdırılması, məhsul satışının təşkili.
Müəsisənin təsərrüfatçılıq fəaliyyətinin təşkilində digər məsələlərə də diqqət yetirilməlidir [2]:
- Müəssisənin biznes planının tərtib edilməsi;
- Müəssisədaxiliplanlaşmanıntəşkili;
- Müəssisəniniqtisadigöstəricilərsistemindənistifadəedilməsi;
- Müəssisədaxilisəmərəliəməkmünasibətlərininqurulması.
Biznes-planistehasalınməqsədini, onuntəşkiliyollarını, satışvəmaliyyəmünasibətlərininxarakterini, sahibkarlarlainvestorlararasındakıqarşılıqlımünasibətlərimüəyyənedənəsassənəddir.Müəssisədaxiliplanlaşmaistehsalresurslarıolanəsasvəköməkçimaterialların, yanacaq-enerjiməsrəflərinin, əsasistehsalfondlarının, əməkehtiyatlarının, maliyyəvəsaitlərininvəmüxtəlifinformasiyalarınsəmərəliistifadəolunmasınıtəminedəbilənfəaliyyətnövüdür. Müəssisədaxiliplanlaşmabazariqtisadiyyatışəraitindəmüəssisəninsarsılmazmövqeyinişərtləndirənəsasamillərdənbiridir.İstehsalprosesinintəşkiledilməsininəsasvəhəllediciamiliolanəməkmünasibətləriişverənlərləişçilərarasındakıçoxaspektliqarşılıqlımünasibətlərsistemidir.Müəssisənintəsərrüfatfaliyyətikompleksyanaşmanınvəsistemlitəhlilitələbedir[3]. Bundanəlavə, hərbirmüəssisəninistehsalproseslərinisəmərəliliyi, insanresurslarındanistifadəninisəviyyəsiiqtisadi-sosialbaxımdanqiymətləndirilməlidir[4]. Müəssisənintəsərrüfatfəaliyyətiçərçivəsindəresurslardanmaksimumeffektivistifadəhesabınagəlirliliksəviyyəsininartırlmasıvəişçilərinsosial-iqtisadiproblemlərininhəlledilməsinəsəygöstərilməlidir[5].
Qeyd edək ki, müəsssisənin iqtisadi fəaliyyətinin təşkilinin mühüm şərtlərindən biri müəssisənin iqtisadi vəziyyəti və istehsal resurslarından istifadənin səmərəliliyi barədə müəyyən fikir yürütməyə imkan verə bilən iqtisadi göstəricilərdir. Müəssisəniniqtisadigöstəriciləriniaşağıdakıkimiqruplaçdırmaqolar:
- Müəssisəniniqtisadipotensialınıxarakterizəedəngöstəricilər;
- İstehsal resurslarından istifadənin səmərəliliyini xarakterizə edən göstəricilər;
- Müəssisənin maliyyə vəziyyətini xarakterizə edən göstəricilər.
Birinci qrup göstəricilər müəssisənin aktivlərinin həcmini, satış həcmini, əsas və dövriyyə kapitalının həcmini və s. xarakterizə edən iqtisadi göstəricilərdir. Ümumi milli məhsul, xalis məhsul, əmtəə dövriyyəsi belə göstəricilərdəndir. İkinci qrup göstəricilər müəssisənin istehsal resurslarından istifadənin səmərəlilik səviyyəsini xarakterizə edən göstəricilərdir.Üçüncü qrup göstəricilər müəssisənin gəlirlilik və ödəmə qabiliyyətini xarakterizə edən iqtisadi göstəricilərdir. Mənfəət ödəmə qabiliyyətlilik əmsalı belə göstəricilərdəndir.Müəssisənin iqtisadi göstəriciləri onun balans hesabatlarında sintezləşdirilir. Bundan əlavə, müəssisənin iqtisadi-təsərrüfat fəaliyyətinin effektiv təşkili üçün innovatik proseslərdən istifadəyə üstünlük verilməlidir[6]. Bu məqsədlə, müəssisənin fəaliyyətinin iqtisadi effektivliyinin əsas göstəriciləri və metodları da müəyyənləşdirilməlidir[7]. Eyni zamanda, müəssisənin maliyyə- təsərrüfat fəaliyyəti obyektiv təhlil edilərək adekvat tədbirlərin görülməsi planlaşdırılmalıdır[8].
Qeyd edək ki, müəssisənin təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin təmin edilməsinin əsas istiqamətlərindən biri də müəssisədə marketinq fəaliyyətinin təşkilidir [9].Sənaye müəssisələrinin idarə olunmasında marketinq fəaliyyəti mühüm yer tutur. Azərbaycan iqtisadiyyatının bazar modelinə keçidi ilə əlaqədar dünya iqtisadiyyatı prosesində istifadə olunan kommersiya fəaliyyətinin forma və metodlarına olan maraq güclənmişdir. Bununla əlaqədar marketinq fəaliyyətinin əhəmiyyəti artmışdır, çünki, bazar menasibətləri şəraitində marketinq müəssisənin idarə edilməsinin ən səmərəli konsepsiyası olduğu dünya iqtisadiyyatı tərəfindən qəbul edilmişdir.Əgər müəssisənin fəaliyyəti yeni əmtəənin yaradılmasına və ya mövcud əmtəənin təkmilləşdirilməsinə istiqamətləndirilmiş olarsa, o zaman istehlakçıya yönəldilmiş marketinqdən istifadə olunur. Məqsəd istehlakçıları yeni əmtəələri əldə etməyə sövq etməkdir.Müəssisəni fəaliyyəti bilavasitə bazar tələbatlarının ödənilməsinə istiqamətləndirilmiş olarsa, o zaman istehlakçıya yönəldilmiş marketinqdən istifadə olunur. Belə marketinqin əsas vəzifəsi potensial tələbatların öyrənilməsidir. Bu növ marketinq ümumuiyyıtlə, kommersiya fəaliyyətinin ən mühüm tərkib hissəsindən biridir, çünki, sahibkar istehsalçıların tələbatlarını öyrənmədən fəaliyyət göstərə bilməz.Sənaye müəssisəsinin təsərrüfat fəaliyyəti üçün marketinqin hər iki formasından istifadə olunması məqsədəuyğundur. Həm istehsal nöqteyi-nəzərindən, həm də bazar nöqteyi-nəzərindən müəssisənin imkanlarının hərtərəfli təhlili kommersiya müvəfəqiyyətini təmin edə bilər. Öz istehsal-kommersiya fəaliyyətini marketinq prinsipləri əsasında duran müəssisələr yeni əmtəələr üzrə proqram işləyib hazırlayırlar. Bu əmtəələrin istehsal və satışı bazarın marketinq tədqiqatlarına əsaslanır. Sənaye müəssisələrinin təcrübəsi göstərir ki, bazarda bu və ya digər əmtəənin satışı ilə əlaqədar müvəfəqiyyətin qazanılması nəinki müəssisənin istehsal və maliyyə imkanlarından, həm də istehlakçıya yönəldilmış marketinq fəaliyyətindən asılıdır.
Müəssisənin təsərrüfatçılıq fəaliyyətinə təsir göstərən əsas amillərdən biri də həm ölkə, həm də müəssisə səviyyəsində həyata keçirilən sosial siyasətdir. Sosial siyasət dolayı yolla müəssisənin təsərrüfatçılıq fəaliyyətinin yaxşılaşdırılmasına təsir göstərir.Müəssisə səviyyəsində sosial fəaliyyətin məzmunu, onun əsas istiqamətləri dövlətin apardığı sosial siyasətin yuxarıda göstərilən istiqamətləri ilə müəyyənləşir. Uğur qazanmağa çalışan müəssisələr ilk növbədə ölkə üzrə müəyyən olunmuş rifah standartlarının təmin edilməsinə nail olmalıdırlar. Müəssisənin sosial siyasətihər şeydən əvvələmək kollektivlərinin möhkəmləndirilməsinə, işçi axının qarşısının alınmasına yönəldilməlidir. Bu məqsədlə müəssisəninsosial siyasətini aşağıdakı kimi formalaşdırmaq olar:
- Müəssisənin işçi heyyətinin maddi stimullaşdırılmasının səmərəli sisteminin tətbiq edilməsi;
- İş yerlərinin yaxşılaşdırılması, iş yerlərində təhlükəsizlik xidmətinin gücləndirilməsi;
- İşçi heyyətinin peşə hazırlığının təşkili;
- İşçi heyyətinin sağlamlığını qorumaq, onların istirahətini yaxşılaşdırmaq məqsədi ilə müəssisədə müvafiq səhiyyə ocaqlarının, uşaq baxçalarının və obyektinin yaradılması;
- İşçi heyyətin asudə vaxtının mənalı keçirilməsi üçün tədbirlər sisteminin tətbiqi;
- Müəssisənin maliyyə imkanları hesabına işçi heyyəti üçün müəyyən güzəştlər sisteminin tətbiqi və s.
Beləliklə, milli iqtisadiyyatda sosial siyasətin inkişaf etdirilməsinin əsas istiqamətlərini aşağıdakı kimi formalaşdırmaq olar:
- bütün sosial xidmət sahələrinin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yaxşılaşdırılması;
- əhali gəlirlərinin artırılması, bu məqsədlə minimum əmək haqqı və yaşayış minimumu göstəricilərinin yüksəldilməsi;
- əmək qabiliyyətli əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi;
- əmək qabiliyyətini qismən itirmiş müxtəlif əhali qruplarının müvafiq əmək fəaliyyəti ilə təmin edilməsi üzrə tədbirlərin işlənib hazırlanması və onun həyata keçirilməsi;
- əmək qabiliyyyətini itirmiş əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə mövcud sosial münasibətlərin, təqaüdlərin, digər sosial ödəmələrin artırılmasına və səmərəliliyinə nail olmaq;
- əmtəə və xidmətlərin qiymətlərinin dövlət tənzimlənməsi tədbirlərinin səmərəliliyinin artırılması, əlavə tədbirlərin görülməsi və s.

 

 ƏDƏBİYYAT

1. Генкин, Б. М.Управление человеческими ресурсами. М. : Норма : ИНФРА-М, 2013. – 464 с.
2. Журавлева, Г. П. Экономическая теория. Микроэкономика - 1, 2. М.: Дашков и К, 2012. - 934 с.
3. Савицкая Г.В. Анализ хозяйственной деятельности предприятия. Минск, издательство: Новое знание, 2002.- 704 с.
4. Михмель Г.Н. Экономическая оценка и управление финансово-хозяйственной деятельностью предприятия. Дисс. канд.экон. наук. Хабаровск, 2000.- 248 с.
5. Карнаушенко О.А. Оценка и выбор контрагента хозяйственной деятельности промышленного предприятия. Дисс. канд. экон. наук. Белгород, 2003.- 156 с.
6. Клявлина Я.М. Совершенствование хозяйственной деятельности предприятия на основе развития инновационных процессов: на примере МУП «Уфаводоканал». Дисс. канд. экон. наук. Уфа, 2005.- 133 с.
7. Петрашко Н.Ю. Экономическая эффективность хозяйственной деятельности промышленного предприятия показатели и методы оценки: на примере предприятий ОАО «Оренбургнефть». Дисс. канд. экон. наук. Самара, 2004.- 168 с.
8. Музыченко А.А. Анализ финансово-хозяйственной деятельности компаний по разработке газоконденсатных месторождений. Автореферат. Дисс. канд. экон. наук. Московскийгосударственныйуниверситетим. М.В. Ломоносова. Москва, 2009.- 24 с.
9. Котлер, Ф. Основы маркетинга. 5-е европейское изд / Ф. Котлер, А. Гари. - М.: Вильямс, 2015. - 752 c.


Açar sözlər: müəssisə,biznes-plan, planlaşdırma, iqtisadi göstəricilər, marketinq fəaliyyəti.

Ключевые слова: предприятие, бизнес-план, планирование, экономические показатели, маркетинговая деятельность.

Keywords: company, business-plan, planning, economic indicators, marketing activity.


РЕЗЮМЕ
Статья посвящена исследованию направлений совершенствования хозяйственной деятельности предприятия в условиях рыночной экономики. Отмечается значение бизнес-плана предприятия, внутрихозяйственного планирования, экономических показателей предприятия, трудовых отношений предприятия, а также маркетинговой деятельности как одно из основных направлений.

SUMMARY
This article is devoted to the research of company’s economic activity improvement in the market economics. One of the main direction is the importance of the business plan of the company, internal planning of the company, economic index of the company, labour relations inside the company, as well as marketing activity of the company.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017

 

ELNARƏ ƏHMƏDOVA
Sumqayıt Dövlət Universiteti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM