Cəzaların icrasına dair beynəlxalq standartlar sistemi - Təhlil

12:07 / 30.05.2014

Toğrul Abbasov
AMEA İnsan Hüquqları İnstitutunun doktorantı

Məhkumlarla davranışa dair beynəlxalq standartlar dövlətlərarası əməkdaşlıq, həmçinin insan hüquqlarına riayət edilməsi sferasında formalaşır. Həmin standartlar cəzaların icrası üzrə dünya təcrübəsini özündə əks etdirir. Cəzaların icrası sisteminə tətbiq edilən belə əməkdaşlıq nəticəsində müasir penitensiar nəzəriyyədə məhkumlarla davranışa dair beynəlxalq standartlar kimi normalar işlənib hazırlanır və tətbiq edilir. Qeyd olunan standartlarda beynəlxalq cəza-icra praktikası və penitensiar sistemin humanist inkişafı tendensiyası cəmlənmişdir. Cəzaların icrasına dair beynəlxalq standartlar sistemi kifayət qədər genişdir.
Cəza-icra məsələlərinin nizamlanmasına dair qüvvədə olan universal beynəlxalq aktlar sisteminə ümumi və xüsusi xarakterli aktları daxil etmək olar.
İnsan hüquqlarının 1948-ci il tarixli Ümumi Bəyannaməsi, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair 1963-cü il tarixli BMT Bəyannaməsi, 1966-cı il tarixli İqtisadi, sosial və mədəni hüquqlar haqqında və Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktlar, İşgəncə və digər qəddar, qeyri-insani və şəxsiyyəti alçaldan rəftar və cəzalardan bütün şəxslərin müdafiəsi üzrə 1975-ci il Bəyannaməsi, Din və etiqada görə ayrı-seçkiliyin və dözümsüzlüyün bütün formalarının ləğvinə dair 1981-ci il tarixli Bəyannamə, İşgəncə və digər qəddar, qeyri-insani və şəxsiyyəti alçaldan rəftar və cəzalara qarşı 1984-cü il Konvensiyası (9, 94).
İnsan hüquqlarının 1948-ci il tarixli Ümumi Bəyannaməsinin ayrı-ayrı maddələri cəza-icra hüquq münasibətləri ilə bağlı məsələləri tənzimləyir. Bəyannamənin 2-ci maddəsinə müvafiq olaraq, Bəyannamədə təsbit edilən hüquq və vəzifələr istisnasız olaraq hər kəsə aid edilir. Bəyannamə cəza tədbiri kimi işgəncə və onunla bağlı digər hərəkətləri rədd edir. 5-ci maddəyə müvafiq olaraq, heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftar və cəzaya məruz qalmamalıdır (10, 14-20).
Bəyannamənin bəzi müddəaları bilavasitə məhkumlara aiddir. 9-cu maddədə isə qeyd edilir ki, heç kim özbaşınalıqla həbsə, tutulub saxlanılmaya və sürgün edilməyə məruz qala bilməz.
Bəyannamədə məhkumların hüquqi statusu ilə bağlı müddəalar da təsbit edilmişdir. Bəyannamənin 29-cu maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız o məhdudiyyətlərə məruz qala bilər ki, onlar müstəsna olaraq, başqalarının hüquq və azadlıqlarının lazımi qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi və demokratik cəmiyyətdə əxlaq qaydalarının, ictimai asayişin və ümumi rifahın ədalətli prinsiplərinin ödənilməsi naminə qanunla müəyyən edilmişdir (5, 12).
1966-cı il tarixli Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı maddəsi yaşamaq hüququnu hər bir şəxsin ayrılmaz hüququ kimi təsbit edir. Bu hüquq qanunla qorunur. Heç kim özbaşınalıqla bu hüquqdan məhrum edilə bilməz. Paktın 7-ci maddəsinə əsasən heç kim işgəncəyə, qeyri-insani və ya şəxsiyyəti alçaldan cəza və ya davranışa məruz qala bilməz, əsasən də insanı, öz razılığı olmadan tibbi və ya elmi sınaqlara cəlb etmək qadağandır (10, 32-53).
Pakt cəza-icra məsələlərinə münasibətdə bir sıra əsas hüquqları bəyan edir. Bu mənada 9-cu maddə xüsusilə vurğulanmalıdır. Burada azadlıq və şəxsi toxunulmazlıq hüququ bəyan olunur: heç kim özbaşına həbs edilə və ya həbsdə saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslardan başqa və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilməməlidir. Həbs olunan hər bir kəsə həbs zamanı onun həbs olunmasının səbəbləri barədə məlumat verilir və irəli sürülən istənilən ittiham təcili qaydada ona bildirilir (8, 392). Cinayət ittihamı ilə həbs edilən və ya tutulub saxlanılan hər bir şəxs təcili qaydada məhkəməyə və yaxud məhkəmə hakimiyyətinin həyata keçirilməsinin qanunla həvalə edildiyi digər vəzifəli şəxsə çatdırılır və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya azad edilmə hüququna malikdir. Məhkəmə araşdırmasını gözləyən şəxslərin həbsdə saxlanılması ümumi qaydada olmalıdır. Lakin azadlığa buraxılma məhkəməyə getməyə, məhkəmə araşdırmasının istənilən mərhələsinə gəlməyə və zəruri hallarda hökmün icrası üçün gəlməyə təminat verilməsindən asılı hala salına bilər. Həbs və ya dustaq edilmə nəticəsində azadlıqdan məhrum edilən hər kəs işinin məhkəmədə araşdırılması hüququna malikdir. Eyni zamanda, qeyri-qanuni həbs və ya dustaq edilmənin qurbanı olan hər bir kəs iddia qüvvəsində olan kompensasiya hüququna malikdir.
Bəyannamənin təsiri altında 1984-cü ildə BMT Baş Məclisi tərəfindən müvafiq konvensiya qəbul edildi (10, 109-125). Konvensiyaya müvafiq olaraq, iştirakçı-dövlətlər milli qanunvericiliyə müvafiq olaraq, işgəncəni cinayət kimi qəbul etməlidir. Konvensiya istənilən halda, hətta, milli qanunvericiliklərdə istisna hesab edilən hallarda (müharibə təhlükəsi və ya şəraiti, daxili siyasi qeyri-sabitlik, komandirin və ya dövlət hakimiyyətinin əmri və s.) belə işgəncəni qadağan edir.
1955-ci il tarixli Məhbuslarla davranış üzrə Minimal Standart Qaydalar, 1979-cu il Hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərin davranış Məcəlləsi, 1982-ci il tarixli səhiyyə işçilərinin, xüsusilə də həkimlərin məhbus və saxlanılan şəxslərin işgəncə və digər qəddar, qeyri-insani və ya şəxsiyyəti alçaldan davranış və cəzalardan müdafiəsi sahəsində roluna münasibətdə tibbi etika prinsipləri, 1984-cü il tarixli Ölüm cəzasına məhkum olunmuş şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsi Tədbirləri, Yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsinə dair 1985-ci il tarixli Minimal Standartlar Qaydalar (Pekin Qaydaları), 1988-ci il tarixli Bu və ya digər formada tutulan və ya həbsə məruz qalan şəxslərin müdafiəsi prinsiplərinin Məcmusu, Həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair 1990-cı il tarixli Minimal Standart Qaydalar (Tokio Qaydaları), Azadlıqdan məhrum edilən yetkinlik yaşına çatmayanların müdafiəsinə dair 1990-cı il tarixli BMT Qaydaları, Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın qarşısının alınmasına dair 1990-cı il tarixli BMT rəhbər Prinsipləri (Ər-Riyad Prinsipləri) (10, 319-325).
Məhkumlarla davranışa dair xüsusi beynəlxalq standartlar əksər dövlətlərin penitensiar fəaliyyətin və məhkumların hüquq və azadlıqlarına riayət olunmasına yönəlmiş birgə fəaliyyətinin nəticəsidir.
Minimal Standart Qaydalar azadlıqdan məhrum edilmiş məhbuslarla davranışa dair daha bütöv və əhatəli sənəddir. Struktur baxımından tövsiyə xarakterli 95 qaydanı özündə birləşdirən 2 əsas hissəyə bölünür (13, 161).
İntizam və cəzalarla bağlı məsələlər növbəti şəkildə tənzimlənir: Cəzalar yalnız bu cür qanunlara və ya sərəncamlara uyğun olaraq təyin edilə bilər, heç bir məhbus eyni əmələ görə təkrar cəzaya məruz qala bilməz. İntizam xətalarına görə cəza qismində bədən cəzaları, qaranlıq kameraya salma və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan cəza növləri qadağan edilməlidir. Ciddi həbs rejimini və ya qidanın məhdudlaşdırılmasını nəzərdə tutan cəzalar yalnız həkim məhbusu müayinə etdikdən sonra təyin edilə bilər və o, məhbusun belə cəzanı çəkməyə qadir olmasını yazılı təsdiq etməlidir.
Məhbuslara müntəzəm zaman fasilələri ilə və lazımi nəzarət altında, istər yazışma qaydasında, istərsə də görüşlərin gedişində, ailələri ilə və ya normal nüfuzlu dostları ilə ünsiyyətdə olmaq imkanı verilməlidir.
Həbsdə olan xarici ölkə vətəndaşlarına öz dövlətlərinin diplomatik və ya konsulluq nümayəndələri ilə əlaqə saxlamaq üçün ağlabatan imkan yaradılmalıdır. Müvafiq ölkədə diplomatik və ya konsulluq nümayəndəliyinə malik olmayan ölkələrin vətəndaşları olan məhbuslar, habelə qaçqınlar və vətəndaşlığı olmayan şəxslər onların mənafelərinin qorunmasını öz üzərinə götürən dövlətin diplomatik nümayəndələri ilə yaxud onların müdafiəsi ilə məşğul olan istənilən milli və ya beynəlxalq təşkilatla əlaqə saxlamaq imkanına malik olmalıdırlar.
Minimal Standart Qaydaların tənzimetmə predmetinə daxil olan əsas məsələlərdən biri müəssisə personalı ilə bağlıdır. Həbsxana idarəsi orqanları bütün kateqoriyadan olan personalın seçilməsinə ciddi fikir verməlidir, çünki həbsxanaların normal fəaliyyəti həmin əməkdaşların vicdanlılığından, humanistliyindən, səlahiyyətliliyindən və şəxsi keyfiyyətindən asılıdır. Həbsxanaların bütün əməkdaşları özlərini elə aparmalı və vəzifələrini elə yerinə yetirməlidir ki, məhbuslara nümunə olsun və onların hörmətini qazansınlar. Bu ştatlarda, məsələn, psixiatrlar, psixoloqlar, sosial işçilər, müəllimlər və sənətkarlıq fənlərini tədris edənlərdən ibarət kifayət qədər mütəxəssislər olmalıdır.
1979-cu il Hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərin davranış Məcəlləsi BMT Baş Məclisinin 17 dekabr 1979-cu il tarixli 34/169 saylı Qətnaməsi ilə qəbul edilmişdir (2, 343). Mahiyyət etibarilə, bu sənəddə penitensiar müəssisələrdə işləyən vəzifəli şəxslərin nümunəvi davranış qaydaları təsbit edilmişdir. Məcəllənin 1-ci maddəsinin şərhinə əsasən “hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri” termini polis səlahiyyətlərinə, xüsusilə də cinayətkarları tutmaq üzrə səlahiyyətlərə malik olan, funksiyaları hüququn tətbiq edilməsi ilə əlaqədar olan bütün təyin olunan və seçilən vəzifəli şəxsləri özündə ehtiva edir. Deməli, Məcəllə cəzaları icra edən müəssisə və orqanların personalının fəaliyyətinə birbaşa təsir göstərir (8, 395).
Məcəllə tövsiyə xarakteri daşıyır və bu məsələləri nəzərdə tutur: əməkdaşların hüquq qaydasının qorunması üzrə vəzifələri, insan hüquqlarının qorunmasının zəruriliyi, gücün tətbiq edilməsi halları, məxfi məlumatlardan istifadə, işgəncələrin, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və cəzaların qadağan olunması, həbsdə saxlanılanların sağlamlığının qorunması və qanuna və bu Məcəlləyə riayət olunması.
Ölüm cəzasına məhkum olunmuş şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsi Tədbirləri EKOSOK-un 25 may 1984-cü il tarixli 1984/50 saylı Qətnaməsi ilə qəbul edilmişdir. Struktur baxımından 9 maddədən ibarət olan bu sənəd ölüm hökmünün çıxarılması üçün əsasları, müvafiq hökmün icrası, ölüm cəzasına məhkum olunmuş şəxsin məhkəmə qərarından şikayət verməsi və s. məsələləri tənzimləyir. Qətnamənin xüsusilə əhəmiyyətli müddəalarından biri də ondan ibarətdir ki, burada ölüm hökmünün tətbiq edilmədiyi şəxslərin dairəsi müəyyən olunur. Belə ki, cinayət törədilən anda yaşı 18-dən az olan şəxslər, hamilə qadınlar, yaxud son zamanlarda ana olan, yaxud anlaqsız şəxslər barəsində ölüm hökmü çıxarılmamalıdır (2, 399-400).
Yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsinə dair Minimal Standartlar Qaydalar (Pekin Qaydaları) BMT Baş Məclisinin 10 dekabr 1985-ci il tarixli 40/33 saylı Qətnaməsi ilə qəbul edilmişdir. Bu sənəd BMT-nin mühakimə icraatı və cəzaların icrası sahəsində yetkinlik yaşına çatmayanların müdafiəsinə yönəlmiş əsas sənədlərdən biridir. Pekin Qaydaları yetkinlik yaşına çatmayanlar barəsində cinayət məsuliyyətinin yaranmasının ümumi müddəalarını (minimal yaş həddi, xüsusi status, hüquqları və s.) müəyyən edir. Qaydalarda, həmçinin həbsdə saxlanma, ibtidai istintaq və mühakimə icraatı zamanı yetkinlik yaşına çatmayanlarla rəftarın əsas prinsipləri də müəyyən edilir. Qaydalara müvafiq olaraq, yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi gənclərin müdafiəsinə və cəmiyyətdə sülhün qorunmasına kömək etməklə hər bir ölkənin milli inkişafı prosesinin tərkib hissəsi olmalıdır (4, 61-64).
1989-cu ildə BMT Baş Məclisi tərəfindən Bu və ya digər formada tutulan və ya həbsə məruz qalan şəxslərin müdafiəsi prinsiplərinin Məcmusu qəbul olunmuşdur. Həmin beynəlxalq-hüquqi aktda 39 prinsip nəzərdə tutulur. Bu prinsiplərə müvafiq olaraq, hər hansı formada saxlanmağa, yaxud həbsə məruz qalmış bütün şəxslər humanist rəftar və insan şəxsiyyətinə məxsus ləyaqətə hörmət hüququna malikdirlər.
Avropa kontinentində belə sənədlərin əksəriyyəti 1949-cu ildə yaradılmış Avropa Şurasının himayəsi altında işlənib hazırlanmış və qəbul edilmişdir. Nizamnaməsinə uyğun olaraq, Şura sosial sferanın inkişafı məsələləri və insan hüquq və azadlıqlarının təmin edilməsi ilə məşğul olan hökumətlərarası təşkilatdır. Ümumdünya əhəmiyyətli beynəlxalq aktlar baxımından Şuranın fəaliyyətinin hüquqi əsasını təşkil edən əsas sənədlər 4 noyabr 1950-ci il tarixli İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyası və 26 noyabr 1987-ci il tarixli İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Avropa Konvensiyasıdır.
İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyası – 4 noyabr 1950-ci il tarixdə Roma şəhərində qəbul edilmiş və 3 sentyabr 1953-cü ildə qüvvəyə minmişdir. 1998-ci il noyabrın 1-də qüvvəyə minmiş 11 saylı Protokolla əlavə və dəyişikliklər edilmişdir (3, 361).
Avropa Penitensiar Qaydaları – Avropada belə standartların işlənib hazırlanmasına ilk cəhd 1973-cü ildə göstərilmişdir. O zaman Avropa Şurası özünün R(73)5 saylı Qətnaməsi ilə Məhbuslarla davranışın Avropa Minimal Standart Qaydalarını bəyənmişdir. Bu sənəd 1955-ci il Məhbuslarla davranış üzrə Minimal Standart qaydaların Avropa şəraitinə uyğunlaşdırılmasına yönəlmişdi.
Avropa Şurası Nazirlər Komitəsinin 11 yanvar 2006-cı il tarixli iclasında qəbul edilmiş və (2006)2 saylı Qətnamə ilə üzv-dövlətlərə tövsiyə edilmiş Avropa Penitensiar Qaydalarının yeni mətni struktur baxımından 108 maddə, 9 hissədən ibarətdir.
2006-cı il tarixli Avropa Penitensiar Qaydalarında 9 prinsip göstərilir:
- Azadlıqdan məhrum edilmiş bütün şəxslərlə davranış zamanı onların hüquqlarına hörmət edilməlidir;
- Azadlıqdan məhrum edilmiş şəxslər məhkum olunduqları və həbsdə saxlandıqları qanuna və məhkəmənin qərarına əsasən məhrum olunmadıqları bütün hüquqları saxlayırlar;
- Azadlıqdan məhrum edilmiş bütün şəxslərə tətbiq olunan məhdudiyyətlər onun tətbiqinin əsas məqsədinə uyğun və minimal olmalıdır;
- Məhbusların insan hüquqlarının pozulması ilə müşayiət olunan şəraitdə saxlanması vəsaitin çatışmaması ilə şərtləndirilə bilməz;
- Azadlıqdan məhrumetmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki həyatın müsbət cəhətlərinə yaxın olmalıdır;
- Həbsdə saxlanma elə təşkil olunmalıdır ki, bu, azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə qayıdışına kömək etsin;
- Xarici sosial xidmətlərlə əməkdaşlığı və imkan daxilində, vətəndaş cəmiyyətinin məhbusların həyatında iştirakını həvəsləndirmək məqsədəuyğundur;
- Penitensiar müəssisələrin işçi heyəti vacib ictimai funksiyanı yerinə yetirir və buna görə də xidmətə qəbul qaydası, ixtisas hazırlığı və iş şəraiti onlara məhkumlarla davranışda yüksək standartlara riayət etmək imkanları verməlidir;
- Bütün penitensiar müəssisələr dövlət orqanları və müstəqil strukturlar tərəfindən mütəmadi olaraq təftiş edilməlidir (1, 5).
Qaydaların 2006-cı il tarixli mətnində növbəti kateqoriya məhbuslar müəyyən edilir: qadınlar, yetkinlik yaşına çatmayanlar, azyaşlı uşaqlar, xarici dövlətlərin vətəndaşları, milli və dil azlıqları. Həmin qaydaların 36.1-ci bəndinə müvafiq olaraq, azyaşlı uşaqlar öz valideynləri ilə azadlıqdan məhrumetmə yerlərində o halda qala bilərlər ki, bu ən yüksək dərəcədə onların maraqlarına cavab verir. Onlarla məhbus kimi rəftar etmək olmaz.
Xarici dövlətlərin vətəndaşlarına münasibətdə növbəti qayda təsbit edilir: xarici dövlətlərin vətəndaşları olan məhbuslar təxirə salınmadan öz ölkələrinin diplomatik və konsulluq nümayəndəlikləri ilə əlaqəyə girmək hüququ barədə məlumatlandırılırlar və onlara belə təmas üçün zəruri imkanlar yaradılır.
1975-ci il sentyabr ayının 18-də Avropa Şurası Nazirlər Kabinetinin 248-ci iclasında Məhbusların əməyi haqqında Qətnamə qəbul edilmişdir. Qətnamə tövsiyə xarakterlidir. Burada göstərilir ki, məhkumların əməyinə münasibətdə müəyyən status və prioritet verilməli, penitensiar müəssisələrin tələblərinə uyğun olaraq əmək tərbiyəsi proqramlarının dəstəklənməsi üçün kifayət qədər resurslar təmin edilməli, bu məqsədlər üçün adekvat və müasir idarəetmə sistemlərindən, texniki və istehsal proseslərindən istifadə edilməli, əməyin qeyri-həbsxana şərtlərinə, əmək şəraiti və əməyin ödənilməsi şərtlərinə uyğunlaşma üçün zəruri tədbirlərin həyata keçirilməlidir (17).
Həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair 1990-cı il tarixli Minimal Standart Qaydaların (Tokio Qaydaları) müsbət tərəflərinin inkişafı nəticəsində 1992-ci ilin oktyabr ayında Avropa Şurası Nazirlər Komitəsi tərəfindən tövsiyə xarakterli akt olan Ümumi (alternativ) sanksiya və tədbirlər üzrə Avropa Qaydaları qəbul etdi. Bu sənəd 19 oktyabr 1992-ci il tarixdə Nazirlər Komitəsinin 482-ci iclasında qəbul edilmişdir. Ümumiyyətlə, alternativ cəzaların tətbiqində əsas məqsəd humanizm prinsipini rəhbər tutaraq məhkumun cəmiyyətə daha tez qayıdışı üçün körpü yaratmaqdır (11, 55).
Tokio Qaydalarından fərqli olaraq, Avropa Qaydalarında cəzaları icra edən orqan və müəssisələrin işçi heyətinə və onların fəaliyyətinə böyük önəm verilmişdir. Avropa Qaydalarına əsasən alternativ cəzaları icra edən müəssisələrin personalı məhkumların islah edilməsi ilə bağlı həyata keçirilən tədbirlərdə ictimaiyyətin iştirakına daha çox üstünlük verməli və bu işə şərait yaratmalıdır. Qaydaların 45-ci maddəsində birbaşa göstərilir ki, cəzaları icra edən müəssisələrin işçilərinin fəaliyyəti cəmiyyətdə mövcud olan bütün yararlı resursların istifadəsi ilə tamamlanmalıdır.
Avropa ilə yanaşı, digər regionlarda da cəza-icra hüquq münasibətlərini tənzimləyən beynəlxalq-hüquqi sənədlər mövcuddur.
İnsan hüquqları haqqında İslam Bəyannaməsi – 1990-cı ilin sentyabr ayında İslam Konfransı Təşkilatı üzv-dövlətlərinin Xarici İşlər Nazirlərinin Qahirə şəhərində keçirilmiş XIX Görüşündə qəbul edilmişdir. Bəyannamənin 20-ci maddəsinə əsasən insan fiziki və ya psixi işgəncələrə, həmçinin digər qəddar və ya insan ləyaqətini alçaldan və ya inkar edən davranışa məruz qala bilməz. Bəyannamənin özünəməxsus cəhəti ondadır ki, 24-cü maddədə birbaşa olaraq göstərilir ki, bu Bəyannamədə təsbit edilən bütün hüquq və azadlıqlar Şəriətə əsaslanır. Bəyannamənin 25-ci maddəsində isə qeyd edilir ki, Şəriət Bəyannamənin istənilən maddəsinin şərhinin yeganə mənbəyidir. Digər islam bəyannaməsi – 1981-ci il tarixli İnsan hüquqları haqqında Ümum- islam Bəyannaməsinin 7-ci maddəsi psixoloji və ya fiziki işgəncələrin, həmçinin şəxsə və ya onun yaxınlarına münasibətdə hədə-qorxunun və alçaltmanın qadağan edilməsini müəyyən edir (14, 150). Dini əsaslar üzərində formalaşmasına baxmayaraq, İslam Konfransı Təşkilatı da insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlıqla, o cümlədən terrorçuluqla mübarizə məsələlərinə xüsusi önəm verməkdədir. Onu da qeyd etmək lazımdır ki, Təşkilatın əsas məqsədi qismində çıxış edən üzv-dövlətlər arasında islam həmrəyliyinin möhkəmləndirilməsi müddəası ilə əlaqədar beynəlxalq-hüquqi ədəbiyyatlarda iki məsələnin dəqiqləşdirilməsi mübahisə obyekti olaraq qalır: Təşkilat üzvlərinin yalnız “müsəlman dövlətləri” olması ilə əlaqədar bu təşkilatın üzvlük üçün açıq xarakterə malik olması; Təşkilatın Nizamnaməsinin BMT Nizamnaməsinə uyğunluğu.

ƏDƏBİYYAT:

1. Avropa Penitensiar Qaydaları (yeni qəbul edilmiş mətn). Bakı, Çaşıoğlu, 2006, 48 s.
2. Beynəlxalq sənədlər toplusu. I cild. Bakı, GISО Еntеrprisе KRINB, 2005, 868 s.
3. Mehdiyev F. Nəzəriyyə və Təcrübədə İnsan Hüquqları. Dərs vəsaiti. Bakı, Adiloğlu, 2009, 390 s.
4. Yuvenal ədliyyə üzrə beynəlxalq standartlar. Bakı, “Təknur”, 156 s.
5. Защита прав человека в местах лишения свободы (сборник нормативных актов и официальных документов). М., ИД «Юриспруденция», 2003, 480 с.
6. Карташкин В.А., Лукашева Е.А. Международные акты о правах человека. Сборник документов. Комиссия по правам человека при Президенте РФ. Институт государства и права РАН. Изд. 2. М., Норма-Инфра, М, 2002, 944 с.
7. Комментарий к минимальным стандартным правилам обращения с заключенными. Под общ. ред. Ю.И. Калинина, Рязань, 2005, 584 с.
8. Костенко Н.И. Международная уголовная юстиция. Проблемы развития. М., Р Консулт, 2002, 448 с.
9. Малинин В.Б., Смирнов Л.Б. Уголовно-исполнительное право. Учебник для юридических вузов и факультетов. М., Межрегиональный институт экономики и права, Юридическая фирма «КОНТРАКТ», ООО «ВОЛТЕРС КЛУВЕР», 2009, 778 c.
10. Международная защита прав и свобод человека. Сборник документов. Сост. Г. Мелков. М., Юридическая литература, 1990, 672 с.
11. Новые Европейские пенитенциарные правила: совершенствование санкций и мер: материалы междунар. науч.-прак. конф. Рязань, Академия ФСИН России, 2007, 202 с.
12. Реформа Уголовно-исполнительной системы России: состояние, проблемы, перспективы. Тезисы Международной научно-практической конференции 28-29 октября 2004 г. Рязань, Академия права и управления Минюста России, 2004, 268 с.
13. Уголовно-исполнительное право. Учебник в двух томах. Том 2. Особенная часть. Под общей редакцией Ю.И.Калинина. М., Рязань, Логос, 2006, 600 с.
14. Чиков П.В., Хадиева Г.Н., Насырова А.М., Мезяев А.Б. Универсальные и региональные системы защиты прав человека и интересов государства. Отв. ред. Г.И.Курдюков. Казань, Легранд, 2002, 468 с.
15. Шестаков Л.Н. Права человека. Сборник универсальных и региональных международных документов. М., Изд-во Моск. Ун-та, 1990, 205 с.
16. www.coe.int
17. www.ec.europa.eu
18. www.prisonstudies.org


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM