İbrahimov Hacı,
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı
Sağlamlıq - şəxsi, sosial, peşə və s. imkanların tam həyata keçirilməsi üçün lazımi şərait, xoşbəxtliyin əsas elementi, həm azadlığın, həm də yaradıcılıq prosesinin vacib şərtidir. İnsan nə qədər sağlam olarsa bir o qədər yaradıcılıq fəaliyyəti aktiv və səmərəli olar və yaxud aktiv yaradıcılığı olan insanın sağlam bədənə malik olduğu birmənalıdır. Sağlamlıq abstrakt məfhum deyil, əksinə konkretdir: - o ya var, ya da yoxdur. Həyatın firavanlığı sağlamlığın qorunub saxlanmasını tələb edir. Bütün bu deyilənlər sağlamlıq fəlsəfəsini açıqlayır.
Sağlamlıq fəlsəfəsinin məğzi - insan sağlamlığının qorunması, bərpası və profilaktik möhkəmlənməsi məsələlərindən yaranır. Onun sağlamlığı əqli inkişafından və əzaların bir-birini sağlam tamamlaması ilə təyin olunur. Sağlam insanın niyyəti, fikri, arzuları, danışığı və əməli bir-birini tamamlayır. Sağlamlığın fəlsəfəsində bu məqamı vacib hesab edirik. Qədim Şərq dünyagörüşündə həmin ideya mövcuddur. Müasir tarixi mərhələdə bu tezisin doğruluğunu təsdiq edən saysız-hesabsız faktlar vardır. Bu bağlılıqda bir maraqlı statistikanı xatırlatmağa ehtiyac duyuruq. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, insan sağlamlığinın ancaq 10 faizi - tibbdən, 20 faizi – ekologiyadan, 20 faizi – nəsildən, qalan 50 faizi isə həyat tərzindən asılıdır. Belə bir xalq deyimi var ki, xəstəlik həyat tərzinə görə cəza, sağlamlıq isə ona görə mükafatdır. Deməli, məsələnin tibbi aspekti ilə yanaşı, “həyat tərzi” adlanan və insan yaşamının məzmununu təşkil edən prosesin sağlamlığa təsiri olduqca çoxdur. Məhz bu səbəbdən sağlam-düşüncə-sağlam söz-sağlam əməl tezisinin ciddi əsasları vardır.
İbn-Sinanın sağlamlığın şərtləri haqqında fikirləri də bu baxımdan diqqəti çəkir. O yazırdı ki, insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşmalıdır:
1) qidaya;
2) geyimə;
3) burun vasitəsilə düzgün nəfəs almağa;
4) bədən quruluşunu həmişə düzgün formada saxlamağa;
5) xasiyyətini tarazlamağa;
6) bədənini “lazımsız tullantılardan” təmizləməyə;
7) fiziki və əqli aktivliyə[1, s.79].
Bu şərtlərdən görünür ki, insan xasiyyətinin tarazlaşmasının sağlamlığa ciddi təsiri var. Bu məsələ insanın daxili emosional durumunda harmoniyaya nail olmaqla əlaqəlidir. Fizioloji olaraq sağlamlığın məğzi insanın bütün əzalarının birgə vəhdətindən ibarətdirsə, burada həmçinin daxili və xarici sağlamlıq üsullarının balansına nail olmaq gərəkdir.
İnsanın nə ilə və necə qidalanması çox mühümdür. Araşdırmalar göstərir ki, təbii bitki, meyvə və tərəvəzlər insan orqanizminə müsbət təsir göstərən ən faydalı qida vasitələridir. Belə ki, təbii bitkilər yaşlanmanın qarşısını alır və hüceyrələri zədələrdən qoruyur. Həyat üçün ferment proseslərinin aktivliyində əsas rolu vitamin və mikroelementlər oynayır. Molekulyar biologiya sahəsində yeni tədqiqatlar uğurlu nəticələr əldə etməyə imkan verdi: insan sağlamlığında yaranan əksər problemlər adi vitaminlər çatışmamazlığından yaranır[2, s.143] Bu da düzgün qidalanma prinsipinə əməl etməməkdən irəli gəlir. Tibbi baxımdan sağlamlığın idarə mərkəzi bağırsaq, qara ciyər və ya böyrəklərdə yox, baş-beyin nahiyəsində yerləşir. Ona görə də sağlamlığın nə qədər vacib və lazımlı olduğunu həmişə ön plana salmaq önəmlidir. Onun həqiqi mənasını sağlamlıq mövzusuna aid ideyaları dərindən öyrənib dərk etmək ən əsas vasitələrdəndir. Möcüzəli şəfa tapmaq üçün sehirli vasitələr axtarmağına dəyməz. Bizə və sağlamlığımıza lazım olan vasitələr öz daxilimizdə, ətrafımızda və gözlərimizin önündədir. Sağlamlıq gündəlik ardıcıl qulluq tələb edir.
Xəstəliklər qəflətən gəlmir, uzun inkişaf tarixinə malik olurlar, bəzən biz bunu ayırd edə bilmirik. ”Az danışıb, çox iş görmək” məsəli bu ideyanı dəqiq izah edir. Yəni səy göstərib xəstəliyi dəf etməyə çalışmaq lazımdır. Həyat mübarizəni xoşlayır, əks təqdirdə sağlamlığı itirmək təhlüləkəsi yaranır. Hikmətdən bəhrələnmək həyatı firavan edir, onu sevməyəndə isə əzab-əziyyətə, xəstəliklərə yuvarlayır. Sağlamlıq fərdi qulluq tələb edir, heç kim bizi hər hansı bir maddiyyətlə sağlam edə bilməz. Başqası bu işdə bizə kömək və ya mane ola bilər, biz isə əvəzində minnətdarlıq edə bilərik. Deməli öz sağlamlığımıza özümüz fərdi məsuliyyətlə yanaşmalıyıq. Bütün xəstəliklər bir-birinə oxşayır, ancaq sağlamlığa yol fərdidir. İnsanın özündən başqası ona ideal sağlamlıq proqramı verə bilməz, daha doğrusu onun əvəzinə çalışa bilməz.
Dini qanunlar insan üçün hazır bir proqramdır ki, əməl etsə həyatını problemsiz, sağlam yaşayar. Tələbə ustadsız elmə çətin yiyələndiyi kimi , insan da İlahi qanunlara itaət etmədən yuksək zirvəyə qalxa bilməz və sağlamlığını itirər. Ramazan ayında Rəbbimiz oruc tutmağı vacib buyurur. Bu barədə Quran buyurur: “Ey iman gətirənlər oruc tutun ki, sağlam və təqvalı olasınız. Sizdən əvvəlki ümmətlərə olduğu kimi, sizə də vacib oldu” [3, s. 28 (2:183)].
Qədim romalılar haqlı olaraq deyirdilər: «Həkim müalicə edir, təbiət isə sağaldır». İnsan təbiətin ayrılmaz hissəsidir. İnsanlar, heyvanlar, bitkilər və s.canlılar eyni təbiət ünsürlərindən ibarətdirlər. Ona görə də insan orqanizmi təbii dərman və kosmetik vasitələri süni kimyəvi preparatlara nisbətən daha asanlıqla qəbul edir və mənimsəyir.
Elmi tərəqqinin inkişafı ətraf mühitdə əsaslı dəyişikliklər yaratmışdır. Nəticədə isə ekoloji tarazlıq pozularaq əks proseslər başlamışdır, yəni ən əsası odur ki, insan sağlamlığına böyük zərər dəymişdir. Bu gün bu nəticələr açıq – aydın görünməkdədir. Bu isə əsrin ən qlobal problemlərindən sayılır. İllərlə yığılan problemlərin həllı məsələsi təbii ki, uzun illər tələb edir ki, onu müəyyən vəziyyətə çatdırasan. İnsan anatomiyası və fiziologiyası cox mürəkkəb olduğundan onun sağlamlığında yaranan müasir problemləri (xəstəlikləri), natarazlıqları (disfunksiya) bərpa etmək üçün xeyli müddət tələb olunur. Alim, filosof, mütəxəssislərin bu sahədə apardıqları tədqiqatlar, qədimdən müasir dövrədək insan həyatı və sağlamlığında olan dəyişikliklər bunu sübuta yetirir. Bu dəyişikliklər isə kompleks şəklində olduğundan və bir-birini tamamladığına görə bərpası o qədər də asan olmur, çünki ümumi ətraf mühit lazımınca məcburi dəyişikliyə uğramışdır. Özü də yer üzünün xəlifəsi olan insan tərəfindən.
Təbiətin varlığını, mühafizəsini və onun ətrafındakı canlı aləmlə münasibətini ekologiya elmi öyrənir. Daha doğrusu, ekologiya canlı varlıqların bir-biri və ətraf mühit ilə qarşılıqlı münasibətlərini öyrənir. Ekologiya elmi özündə onlarla elmi birləşdirərək ekosistem şəklində təbiətin, təmasda olan canlı aləmin və insan sağlamlığının keşiyində durur. İnsan sağlamlığı dedikdə, əsasən, tibbi ekologiyanın bu sahədə böyük rolu olduğu nəzərə çarpır.
Təbii ki, insanın sağlamlığı və fəaliyyəti üçün bitki aləmi onun həyat tərzində böyük rol oynayır. Məlumdur ki, bitkilər müalicəvi əhəmiyyətə malikdir və bir çoxları öz həyatında fitoterapiyadan (təbii müalicədən) bəhrələnir. Həmçinin insanın qidalanmasında və ekologiyanın təmizlənməsində bitki aləmi böyük rol oynayır.
İnsanın öz ətraf mühitinə münasibəti dəyişdiyi kimi, təbiətin də insan həyatına təsiri dəyişmişdir. Tədricən, illər keçdikcə müasir həyat tərzi və ekologiyada yaranan dəyişikliklər insan sağlamlığına qlobal təsir göstərmişdir. Bunun nəticəsində isə son illər xəstəliklərin kəskin və xroniki formaları öz yerlərini dəyişmişlər. Belə ki, əgər yüzilliyin əvvəllərində yoluxucu xəstəliklərin (və ümumiyyətlə xəstəliklərin) əksəriyyəti kəskin şəkildə keçirdisə, son otuz - əlli ildə xəstəliklər daha çox xroniki şəkildə müşahidə olunurlar. Belə yerdəyişmənin əsas səbəbini son illər kimyəvi dərman preparatlarının həddən çox və hətta lüzumsuz tətbiq olunması, orqanizmin və xəstəlik törədicilərinin bu dərman maddələrınə adət etmələri, onlara qarşı davamlılıq qazanmaqları ilə izah etmək olar[4, s.4].
Müasir tibb еlminin ən böyük qüsuru ondadır ki, o, məhdud Qərb rasionalizmi üzərində qurulub. Son onilliklərdə Qərbdə formalaşmış tibb еlmi məlumat cəhətdən nə qədər zəngindirsə, düşüncə, müdriklik baxımından bir o qədər kasıbdır. Lakin son zamanlar insanlar qədim müalicə üsullarının üstünlüyünü anlamağa başlayıblar və bütün dünyada, o cümlədən Qərbdə Şərq təbabətinə maraq artır.
Ekoloji cəhətdən təmiz təbii kosmetika və bitkilərdən hazırlanmış dərman preparatları getdikcə daha da populyarlaşır. Şəhərlərin bir çox yerlərində park və bağlar salınır və insanlar uşaqlarına təbiətə məhəbbət hissi aşılamağa çalışırlar. Çünki yalnız təbii şəraitdə boya-başa çatan insan özünün zehni və fiziki sağlamlığını qoruya bilər.
Təmiz havada gəzinti sağlamlığın əsasıdır, bunun üçün isə təbiəti sevib ona qayğı göstərmək vacib şərtlərdən hesab olunur. Bioloji təbabətdə elmi və texniki tərəqqi, tibbin keyfiyyətli texnoloqiyaları, kliniki praktikada inqilabi tərəqqilər səhiyyədə mənəvi - etik problemləri aktuallaşdırmışdır. Beləliklə, fəlsəfi baxışdan pasiyentin şəxsiyyət kimi hüquq və azadlığının saxlanılması üçün həkimlərin şəxsi məsuliyyət kriteriyalarının yenidən baxılması məsələsi gündəmə gəldi. Tibb işçiləri və filosoflar qarşısında obyektiv məsələ galdırıldı: tibb işçilərinin öz fəaliyyətində mənəvi-hüquqi sərhədlərin yaradılması. Bu, əsasən, insan orqanlarının transplantasiyasının geniş praktikası, süni mayalanma, insanlar üzərində təcrübələrlə əlaqədardır. Dünyada və ölkəmizdə də çarəsiz xəstələrin bəzi hallarda halını “yüngülləşdirmək”, daha doğrusu evtanaziyanın köməyi ilə onların ölümünü yüngülləşdirməyi - guya tibb işçilərinin peşə vəzifəsidir - diskussiyası genişlənmişdir. Bu və bir neçə başqa problemlər insan həyatında alimlərin və həkimlərin, filosof və hüquqşünasların diqqətini cəlb etmişdir. Tibb əhatəsində tədqiqat məsələlərinin dərinləşməsi tələbləri ilə yanaşı mənəvi-hüquqi sualların mahiyyəti də gərginləşmişdir. Mənəviyyatın fəlsəfi əsasları sayılan insanın insanla birgə münasibətinin mənəvi - etik tərəfi təxminən bizim eradan min il və ya çox əvvəl yuksək qiymətləndirilirdi. Bununla əlaqədar insanların əxlaqında daxili nəzarətcilər - vicdan, vəzifə, şərəf və s. nəzərə çarpacaq dərəcədə yüksəlməsi hiss olunurdu. Müasir dövrdə insan sağlamlığında yaranmış bütün bu problemərin həlli üçün bioetika elmi köməyə gəlmişdir. Altmışıncı illərin ortalarından ABŞ və Qərbi Avropada bioetika formalaşmağa başlamışdır. İnsan və ətraf mühit, eləcə də canlı aləm arasında əsrlərlə yaranan bu natarazlığı bioetika elmi öyrənməyə başlamışdır ki, bu isə XX əsrin ikinci yarısına təsadüf edir.
Əgər hər halda dialoqsuz “iki mədəniyyət” mövcuddursa – bioloji və humanitar elmlər, onda bu yeni nizam-intizamın arasında bizə yeni körpü (bioetika) qurmaq nəsib olacaq ki, bu iki mədəniyyəti birləşdirsin - “gələcəyə körpü”. “Bioetika” termini ilk dəfə olaraq 1969 – cu ildə amerikan onkoloqu və biokimyaçısı Van Rensseler Potter tərəfindən, “Bioetika: gələcəyə körpü” (1971) kitabında müasir dünyada bəşəriyyətin potensial təhlükələrdən yaxa qurtarması ilə əlaqədar etik problemlərin müəyyən edilməsi üçün daxil edilmişdir. Potterin əsas ideyası yer üzərində həyatın qorunması problemlərinin həlli üçün humanitar və bioloji elmlərin birləşdirilməsi cəhdinə, uzunmüddətli elmi-texniki proqressin (əsasən, biotibbi texnologiyalar sahəsində) nəticələrinin hesabatına yönəlmişdir [5].
Bioetika bəşəriyyətin (bəşəri sağlamlığın) keşiyində duran bir elmdir. Bioetika özündə fəlsəfi bilik inkişafinın vacib nöqtəsini göstərir, onun formalaşması və inkişafı ənənəvi etikanın həmçinin də, tibbi etikanın transformasiya prosesi ilə əlaqədardır. Bioetika (yunanca bios-həyat, etika- mənəviyyat haqqında elm) – həm də insanın tibbdə və biologiyada mənəvi tərəfdən davranışının öyrənilməsidir. Bioetika – tibb işçilərinin yeni tibbi texnologiyaların istifadəsi şəraitində peşə davranışı qanunları, prinsipləri və tənzimləmə qaydaları haqda təlimdir. Bioetika insana, onun sağlamlığına və ətraf mühitə zərər verilməsinin yolverilməz olduğunu təsdiqləyir.
Bioetika termini böyuk mənada sosial, ekoloji, tibbi və sosial-hüquqi problemlərin və təkcə insana deyil, insanı əhatə edən ekosistemə daxil olan hər bir canlı orqanizmlərin tədqiqatına (araşdırılmasına) aiddir. Bu mənada bioetika fəlsəfi yönlüdür, bunu bütövlüklə tibb və biologiyada yeni texnologiya və ideyaların inkişaf nəticələri qiymətləndirir.
Yunan filosofu, həkim, təbii sınaqçı Klavdiy Qalen insanın təbiətə bağlı olduğunu dəfələrlə özünün bir çox əsərlərində qeyd edərək, tərkibi bitkilərlə zəngin olan (bəzən 60 – a qədər bitkidən) öz təbii dərman vasitələrinin hazırlanması və praktikada tətbiqi ilə sübut etmişdir. Bu qünə qədər də “qalen preparatları” tibbdə böyük həvəslə istifadə olunur. Həkim ancaq təbiətə kömək etməlidir – təbiət özü müalicə edir. Qalen bir çox fəlsəfi məsələlərdə Platon və Aristotelin davamçısı olmuşdur. “Yaxşı həkim - filosof olmalıdır” – Qalenin bu deyimi əsrlər boyu dəfələrlə vurğulanmış və təkrar olunmuşdur.
Qalenə görə müalicə - düzgün qidalanma və dərman vasitələridir. Hippokratdan fərqli olaraq Qalen təsdiq edir ki, bitki və heyvan mənşəli dərmanlarda xeyirli maddələr mövcuddur ki, bununla da elmə ilk dəfə təsiredici maddələr anlayışını daxil etmişdir. Qalen bitkilərdən alınmış vasitələrlə müalicə edirdi, şirələrdən, sirkə qarışığından, baldan və s. geniş istifadə etmişdir [6]. Bitki və canlı aləmin insan orqanizminin sağlamlığında necə böyük, xeyirli rol oynadığı bioetik normalara əməl edildikdə öz səmərəsini verir. İnsan – təbiət vəhdəti canlı aləmin qorunmasının rəmzi olmalıdır. Bitkilər aləmi bəşər üçün xeyirli tükənməz xəzinədir ki, Uca Rəbbimiz tərəfindən ehsan edilmişdir. “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında,üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün çiçək və meyvələrdən şirə çək və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get!.. (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət var!” [3, s.274].
İslam Peyğəmbərimiz də balın Adəm övladının ağlına sığmayan sirli hikmətlərini anladaraq buyurmuşdur: “siz, ey ümmətim, iki şeyə üstunlük verin: Qurana və bala”.
Balın müalicəvi məhsul kimi 2-3 min il bizim e.ə. tarixi var. Qədim filosofların, təbiblərin əsərlərində bala çox əhəmiyyətli dəyər verilmişdir. İndi də simpozium, konqreslərdə xəstəliklərin profilaktikası və müalicəsində balın tətbiqi ilə əlaqədar müzakirələr aparılır. Bütün bu deyilənlərdən nəticə çıxarmaq olar ki, insan və təbii aləm bir – biri ilə sıx əlaqədardır.
Təbiət yaradılış dövründən insanla vəhdət təşkil edir. Bunu müasir elm xadimləri də dəstəkləyirlər. Azərbaycanda təşkil olunmuş “Ümumivəhdət fəlsəfəsi və müasir elm” mövzusunda elmi-nəzəri seminarın nəticələrinə nəzər salsaq, görərik ki, bu məsələyə alimlərimiz necə aydınlıq gətirirlər: Məlumdur ki,varlığın zənginliyini, onun hissə və cəhətlərini ayrı-ayrılıqda öyrənən konkret elmlər və varlığı bütöv şəkildə öyrənən fəlsəfənin adlarını çəkdiyimiz nəzəriyyələri mahiyyət etibarilə və üzvü əlaqə və vəhdətdə bir-birinin təsəvvürlərini tarix boyu təsbih edərək təkmilləşdiriblər. Bu təsbihetmə prosesi – onların inkişafının obyektiv qanunauyğunluqlarındadır. Söylənənləri nəzərə alaraq, zənnimcə, konkret elmlərin nailiyyətləri onların gələcək inkişaf imkanlarının təmini eynilə müasir cəmiyyətin sosial-mədəni inkişaf perspektivləri baxımından vəhdət və dəyərləndirilməsi xüsusi əhəmiyyətə malikdir [7, s.9].
Orta əsr Şərq təbibləri insanın təbiətlə ünsiyyətdə olmasma böyük əhəmiyyət verirdilər. Fiziki və psixoloji yorğunluğu aradan qaldırmaq üçün bağda gəzişmək, ot və çiçəkləri qoxulamaq məsləhət edilirdi. Bundan başqa, xəstəyə quşlarm cəh-cəhinə, fəvvarə və yaxud bulaq suyunun şırıltısına qulaq asmaq, gözəl mənzərələri seyr etmək tövsiyə edilirdi. Adətən, baş ağrısmdan əziyyət çəkən orta əsr zadəganları gül bağçalarına üz tuturdular. Onlar ərik ağacınm kölgəsində, qızılgül, yasəmən və bənövşə çiçəklərinin yanında əyləşib, onların gözəl qoxusundan zövq alırdılar.
Beləliklə, sağlamlığın fəlsəfəsini dərk etmək üçün təbiəti sevib, qayğı göstərərək ondan səmərəli istifadə etmək lazımdır. Yəni insan öz sağlamlığını ancaq təbii aləmə məhəbbət göstərməklə tənzimləyə bilər, bu bir vəhdətdir.
Müasir dövrümüzdə isə sivilizasiyanın yüksək inkişafı ilə əlaqədar insanlar süni qida məhsullarına və sintetik geyimlərə üstünlük verməklə bir çox ağır bəlalara düçar olmuşdur.
ƏDƏBİYYAT
1. Каримов У.И, Хуршут Э.У.«Канон врачебной науки» Абу Али ибн Сина: Ташкент: Фан, 1981, 792 с.
2. Tихоплав В.Ю, Тихоплав Т.С. Гармония хаоса, или фрактальная реальность. СПб.: Весь, 2003, 340 с.
3. «Qurani Kərim». Bakı.: Çıraq, 2004, 636 s.
4. Ş.Qədimov. ,,Şəfa Ensiklopediyası”. Azərbaycan Ensiklopediyası. Bakı, НПБ, 1997, 400 s.
5. Поттер В.Р. Биоэтика: мост в будущее. Киев.: Держава, 2002. 216 с.
6. Клавдий Гален. «О назначении частей человеческого тела». М.: Медицина, 1971, 556 с.
7. “Ümumvəhdət Fəlsəfəsi və müasir Elm”. Elmi-nəzəri seminarın materialları. Bakı, 2010, 60 s.
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM