Qələbə tariximizi özümüz yazmalıyıq...

10:23 / 31.03.2018

Cavanşir Feyziyev

Fəlsəfə doktoru, millət vəkili

 

 

Milli dövlətçiliyimizin çox əsrlik təkamülü tarixində Azərbaycan ərazisi çoxsaylı savaşların meydanı olub. Bu ərazidə regionun və dünyanın böyük güc sahibləri üz-üzə gəliblər. Lakin 20-ci əsrə qədərki dövrdə heç zaman yerli əhalinin – Azərbaycan türklərinin kütləvi qırğınına, etnik və dini mənsubiyyət zəminində məhv edilməsi hallarına rast gəlinməyib. 19-cu əsrin birinci yarısında torpaqlarımıza yerləşdirilən ermənilər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirdikcə  xalqlar arasında nifaq salmağa, bu ərazinin aborigen əhalisinə qarşı təxribatlar törətməyə və nəhayət, torpaqlarımızı özününküləşdirməyə başladılar. Əsrlər boyu multikultural dəyərlər əsasında yaşamış cənubi Qafqaz xalqları həmin dövrdən bu günədək zaman-zaman şiddətlənən erməni terrorizmindən hələ də əziyyət çəkir. Keçən əsrin əvvəllərində  minlərlə dinc insanın vəhşicəsinə qətl edilməsi ilə başlanan geniş miqyaslı terror qısa bir müddətdə daha da təşkilatlanaraq insanlıq əleyhinə cinayətlərə və soyqırımlarına çevrildi. 100 il əvvəl, 1918-ci ilin mart ayında artıq on minlərlə azərbaycanlı əvvəlcədən düşünülüb planlaşdırılmış  soyqırımı hadisələrinin qurbanlarına çevrildilər. O zamankı  imperialist qüvvələrin və onların əlaltısı olan ermənilərin planı  Cənubi Qafqaz ərazisinin bütün müsəlman əhalisini öz torpaqlarından qovub çıxarmaqla bu ərazidə oyuncaq erməni dövləti yaratmaq idi. 1918-ci ildə regionda sülh yaratmaq naminə Azərbaycan torpaqlarının bir hissəsində tarixdə ilk erməni dövlətinin yaradılması da təəssüf ki, bu planların qarşısını ala bilmədi. Bütün 20-ci əsr boyunca Azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması, kütləvi surətdə deportasiyası və kütləvi surətdə qətlə yetirilməsi davam etdi. Bu gün də torpaqlarımızın 20%-i erməni faşistlərinin işğalı altındadır və 1 milyona yaxın insan öz evlərinə dönəcəyi günü böyük ümidlə gözləyir.

Ən azı son 100 ili  xalqımız özü öz dərdləri və faciələri ilə baş-başa qalıb. Nə sovetlərdən əvvəl, nə də 70 illik sovet dönəmində son 200 il ərzində xalqın başına gətirilən fəlakətlər barədə dünyaya informasiya çıxışımız olmayıb. Hətta hadisələrin şahidlərinə də baş verənlər barəsində danışmaq yasaq olunub, danışanlar dərhal susdurulub. Dünyanın dörd tərəfinə səpələnmiş ermənilər isə bütün bu dövr ərzində “əzilən, öldürülən, məzlum xalq” cildinə girərək , qədim türk torpaqlarında törətdikləri amansız cinayətləri – soyqırımı cinayətlərini ört-basdır etməyə nail olublar. Lakin erməni həyasızlığı erməni iddiaları qədər sonsuzdur. Onlar bununla da kifayətlənməyib və imperialist havadarlarının köməyi ilə guya özlərinin soyqırımına məruz qaldıqlarını iddia etməyə başlayıblar. Ermənilər türk dünyasının beynəlxalq siyasət  səhnəsində sıxışdırılması şəraitində saxta “ erməni soyqırımı” iddialarının dünyanın bir sıra ölkələrində tanınmasına da nail ola biliblər. Belə bir şəraitdə qarşımızda duran vəzifələrin məsuliyyətini dərk edərək 100 ildən çox xalqımıza qarşı aparılan  fiziki və mənəvi terrorun qarşısını almaq, əsl həqiqətlərin dünya tərəfindən tanınmasını və qəbul olunmasını təmin etmək üçün əlindən gələni etmək hər bir azərbaycanlının şəxsi öhdəliyi və şərəf borcu olmalıdır.

Xalqımıza qarşı soyqırımı siyasətini dayandırmaq və Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını tam dolğun şəkildə birdəfəlik təmin etmək üçün ilk növbədə, baş vermiş hadisələrin dərindən öyrənilməsi, bu bilgilərin hər bir vətəndaşa öyrədilməsi və eyni zamanda soyqırımı hadisələrinin dünya miqyasında tanıdılması mühüm əhəmiyyət daşıyır. 1998-ci ildə prezident Heydər Əliyevin Sərəncamı ilə 31 Mart tarixinin “Azərbaycanlıların soyqırımı günü” elan edilməsi bu tədbirlərin dünya miqyasında həyat keçirilməsinə təkan verdi və geniş imkanlar yaratdı. Bu istiqamətdə dövlət qurumları tərəfindən, qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətləri və ziyalılar tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir. Elmi-tədqiqat institutları çoxsaylı araşdırmalar aparır və elmi əsərlər yazılır. Bütün bunlara baxmayaraq, dünya miqyasında Azərbaycan tarixinə dair, xüsusilə, xalqımızın soyqırımı tarixi ilə bağlı bilgilər olduqca azdır və biz digər ölkələrin siyasətçiləri ilə görüşlərimizdə bir daha bunun şahidi oluruq.  Bu vəziyyət düşmənlərimizin özlərinin uydurduqları “tarixi faktlar” əsasında əks-təbliğat aparmasına, real tarixi hadisələrin təhrif olunmasına imkan yaradır. Beynəlxalq mediada və elmi dövriyyədə belə hallara tez-tez rast gəlmək mümkündür. Məsələn, 2015-ci ildə ABŞ-nın Kaliforniya Ştatında Joseph R. Rudolf adlı bir naşirin tərtibatçılığı ilə “Müasir etnik münaqişələrin Ensiklopediyası” adlı kitab buraxılıb. Bu kitabda dünyada baş verən bir sıra etnik münaqişələrlə yanaşı  Azərbaycan-Ermənistan münaqişəsinə də yer verilib. Lakin Dağlıq Qarabağ münaqişənin mahiyyətini anlatmaq üçün istifadə olunan şərhlərin çox böyük hissəsi erməni müəllifləri tərəfindən yazılmış mənbələrdən götürülüb. Azərbaycan mənbələrinə istinada cəmi bir yerdə rast gəlinir, o da sovet dövrünün sonlarında Moskva tərəfindən Azərbaycana prezident təyin olunmuş Ayaz Mütəllibovun verdiyi  müsahibədən ibarətdir. Kitabın formatından belə bir nəticəyə gəlmək olur ki, tərtibatçı dünyada baş verən etnik münaqişələrin ensiklopediyasını tərtib etmək üçün mənbə kimi on-line resurslarda yer alan analitik materiallardan istifadə edib. Bu fakt nə qədər təəssüfləndirici olsa da, eyni zamanda həm də nəticə çıxarmağa və informasiya siyasətimizdə olan boşluqları görməyə imkan yaradır.

Bu onu göstərir ki, beynəlxalq mediada, beynəlxalq elmi – kütləvi nəşrlərdə Azərbaycan həqiqətlərinin yayılması istiqamətində hələ çox işlər görülməlidir. İlk növbədə, ölkəmizin dövlətçilik tarixi ilə bağlı, eləcə də müasir tariximizlə bağlı qısa və konkret bilgilərin xarici tədqiqatçılara açıq və əlçatan olmasını təmin etməkdən olduqca zəruridir. Xüsusilə soyqırımları ilə bağlı aparılmış araşdırmalar, müxtəlif dövrlərdə qəbul olunmuş rəsmi sənədlər, faktları təsdiqləyən istintaq materialları və s. on-line resurslarda dünyanın müxtəlif aparıcı dillərində təqdim olunmalı və şərh olunmalıdır. Hal-hazırda bir çox ölkələrdə, o cümlədən, İspaniyada, İtaliyada, Fransada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri araşdıran tədqiqatçılar var və onlar da on-line resurslarda soyqırım hadisələrinə dair faktların, bu faktları təsdiq edən sənədlərin tapılmamasından əziyyət çəkdiklərini bildirirlər. Hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 80-ci illərin sonlarında və 90-cı illərin əvvəllərində qəbul olunmuş rəsmi sənədlərin bir qisminə arxivlərin on-line versiyalarında rast gəlinmir və xarici tədqiqatçılara rəsmi sənədlər əsasında ətraflı araşdırmalar aparıb, ədalətli nəticəyə gəlməsi üçün çətinlik yaradır.

Ölkə daxilində vətəndaşlarımızın öz  tariximizə dair xüsusi əhəmiyyət kəsb edən bilgilərinin də məhdud olması təəssüf doğurur. Orta və ali təhsil müəssisələrimizdə tarix fənninin tədrisinin daha səmərəli şəkildə yenidən qurulmasına ehtiyac hiss olunmaqdadır. Birinci növbədə, orta məktəb dərsliklərində Azərbaycan tarixinin öyrədilməsi prosesində bu bilgilər daha optimal şəkildə sistemləşdirilməli və daha səmərəli formada tədris edilməlidir. Əlbəttə, orta məktəbin ayrı-ayrı siniflərində soyqırımı hadisələrinə dair  məlumatlar var və öyrədilir. Lakin bir sıra orta məktəb müəllimləri ilə apardığım söhbətlərdən belə qənaətə gəlmək olur ki, bu biliklər fərqli siniflərdə ayrı-ayrı tarixi epizodlar şəklində öyrədildiyindən şagirdlərin təsəvvüründə soyqırımı tarixinin ardıcıl, mükəmməl mənzərəsi yaranmır. Ona görə də ilk növbədə hələ aşağı siniflərdən başlayaraq şagirdlərə Azərbaycan dövlətçiliyinin atributları və tarixi barədə, tarixi dövlətçilik ənənələrimiz barədə qısa, lakin əhəmiyyətli biliklərin verilməsi çox vacibdir. Daha sonrakı orta siniflərdə tarixi hadisələrin gedişatı, mahiyyəti və nəticələri haqqında ətraflı biliklər verilməli, orta məktəbi bitirmək ərəfəsində isə Azərbaycan tarixi üzrə qazanılmış bütün biliklərin qısa xronikasının ümumiləşdirilmiş şəkildə bir daha tədris edilməsi bu boşluqları aradan qaldıra bilər. Yeri gəlmişkən,  Avropa ölkələrinin məktəblərində tarix fənni üzrə tətbiq edilən curriculum ölkə tarixinin məhz 3 mərhələdə öyrədilməsini nəzərdə tutur ki, bizim də bu təcrübədən yararlanmağımız faydalı olardı.

Bu və digər çatışmazlıqların müvafiq qurumlar tərəfindən nəzərə alınması və onların aradan qaldırılması üçün lazımi addımların atılması son 100 ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırım faktlarının dünya ictimaiyyətinə, beynəlxalq elmi, siyasi dairələrə obyektiv şəkildə çatdırılmasına yardım edəcəyinə inanıram. Lakin bütün bunlar problemin tam həlli deyil. Torpaqlarımız hələ də düşmən tapdağı altındadır, soydaşlarımız dədə-baba ocaqlarına qayıtmağın həsrəti ilə üzülür. Dünya həmişə olduğu kimi susur. Bizimsə bir yolumuz var - öz həqiqətlərimizi özümüz öyrənməli və bütün dünyaya öyrətməliyik. Faciələrimizi özümüz araşdırmalı, bütün dünyaya da özümüz tanıtmalıyıq. Ona da inanıram ki, çox şey öz əlimizdədir. Çünki biz varlığı ilə qürur duyduğumuz, varlığı üçün can verməyə və qan tökməyə hazır olduğumuz müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq.  100 illik ədalətsiz təzyiqlərin, fiziki və mənəvi terrorun, başımıza gətirilən soyqırımı faciələrinin qalibiyyətli sonluğunu da üçrəngli bayrağımızın altında özümüz yazmalıyıq !

 

30 mart 2018-ci il.


Etiket:

Strategiya.az

Xəbərlər
19.02.2019

Saatlı sakinindən silah-sursat götürülüb

19.02.2019

Daha 200 məcburi köçkün ailəsinə yeni mənzil verilib 

19.02.2019

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına parlamentlərarası dostluq qrupları da töhfə verirlər

19.02.2019

Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək

19.02.2019

Buraxılış imtahanlarının vaxtı məlum olub

19.02.2019

Güclü külək Mingəçevirdə fəsadlar törədib

19.02.2019

Dahi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş stend-sərgi hazırlandı

19.02.2019

Hazırda paytaxtda sıxlıq və tıxac olan yolların SİYAHISI

19.02.2019

Həsrətlə gözlənilən qar 4 kəndlə əlaqə kəsdi: sürücülər yolda qaldı

19.02.2019

Yolüstü kənd sakini Türkel Ağarzalı saxlanılıb

19.02.2019

Rusiya XİN-in rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər

19.02.2019

Hansı qan qrupu hansı xəstəliyin riskini artırır

19.02.2019

Canavarların kəndlərə hücum etməsinin qarşısının alınması ilə bağlı İşçi Qrup yaradılıb

19.02.2019

ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər

19.02.2019

"Barselona"nın "Lion"la ilk oyun üçün heyəti - siyahı

19.02.2019

Uzun ömür sürmək üçün nələrə DİQQƏT EDƏK? - VİDEO

19.02.2019

Türkiyədə çökmüş mədənin dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb

19.02.2019

Azərbaycanda orta məktəbi xüsusi nailiyyətlərlə başa vuranlara xüsusi nümunəli attestat veriləcək

19.02.2019

“Birinci və axırıncı səhvimizdir” - Qaynatanın mal-qarasına "göz dikən" yeznə – VİDEO

19.02.2019

“Fənərbağça”nın sabiq futbolçusu ABŞ klubuna transfer olunub

19.02.2019

Bakıda şirniyyat evinin fəaliyyəti məhdudlaşdırılıb

19.02.2019

Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib

19.02.2019

Türkiyə “Türk axını” layihəsinə 23 milyon dollar sərmayə qoyacaq

19.02.2019

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

19.02.2019

Kürdəxanıda 704 partlamamış hərbi sursat aşkarlanıb

19.02.2019

ABŞ-ın 16 ştatından ibarət koalisiya Prezident Donald Trampı məhkəməyə verib

19.02.2019

Bakıda qanunsuz odlu silah gəzdirən Masallı sakini saxlanılıb

19.02.2019

Sabah hava yağmursuz keçəcək

19.02.2019

Sumqayıtda 63 yaşlı qadının meyiti aşkarlanıb

19.02.2019

Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb

19.02.2019

Yalnış yazılan protokol cərimələrinə qarşı NƏ ETMƏLİ? - VİDEO

19.02.2019

Bakı sakininin evindən 2 kq-a yaxın heroin tapılıb

19.02.2019

İkardi "Yuventus"a keçir? - "İnter"dən açıqlama

19.02.2019

SAATLI SAKİNİNDƏN SİLAH-SURSAT GÖTÜRÜLÜB

19.02.2019

Qanuna 18 yaşınadək şəxslərə siqaret və spirtli içki satışını qadağan edən dəyişiklik qəbul olundu

19.02.2019

Ötən gün ən çox qar BU ƏRAZİLƏRƏ yağıb

19.02.2019

Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

19.02.2019

Ölkənin əsas avtomobil yollarındakı SON VƏZİYYƏT

19.02.2019

“Azeri Light”ın bir barreli 68,65 dollara satılır

19.02.2019

Hərbi qulluqçularımız çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər

19.02.2019

Birjalarda neftin qiyməti

19.02.2019

"Messi soyuqlasa, bizim üçün yaxşı olacaq" - "Lion"un prezidenti

19.02.2019

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

19.02.2019

Ötən ildən axtarışda olan şəxs saxlanılıb

19.02.2019

Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim

19.02.2019

Təkəbbür-Görüntülər, əyintilər, çürüntülər...

19.02.2019

Reyestrin aparılması qaydalarını pozanlar cərimələnəcəklər

19.02.2019

Gəncə sakinində silah aşkarlanıb

19.02.2019

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

19.02.2019

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb