Əfqanıstandan…Qarabağa

11:13 / 21.11.2019

“Mən ordakı hadisələrin heç birini unutmamışam. Dünən, sırağagün etdiyim söhbətlər yadımdan çıxa bilər, amma Əfqanıstanla bağlı heç nə yaddaşımdan silinə bilməz… Müharibədə insanlar təkcə ölmür, itmir, həm də tapılır.”…

Bu fikirlər “Əfqanıstan uçurumu” romanı ilə ədəbiyyatsevərlərin rəğbətini qazanmış mərhum yazıçı-jurnalist Zakir Sadatlının müsahibəsindəndir.

“Sovet ordusunun 15 min itki verdiyi Əfqanıstan müharibəsində 10 mindən çox azərbaycanlı iştirak edib, onlardan 208-i həlak olub, 7 nəfər isə itkin düşüb. Bu gün daxili işlər orqanlarında da Əfqanıstanda xidmət etmiş, müharibənin odunu-alovunu görmüş və torpaqlarımıza erməni təcavüzü başlayanda da ön sıralarda sinəsini qabağa verərək döyüşən polislərimizi, təəssüfflər olsun ki, gənclərimiz tanımırlar. Onları tanıtmaq üçün özümüz tanımalıyıq”.

Polis polkovniki Akif Qorçubəylinin bu fikirlərindən sonra bir daha əmin oldum ki, Vətən, torpaq uğrunda qanını, canını fəda edənlər heç zaman unudulmurlar. Onları xatırlayanlar hər zaman olub və bundan sonra da olacaq.

Polis polkovniki Elman Kərimov və polis polkovnik-leytenantı Zakir Salamov gəlişimin səbəbini bildiklərindən Əfqanıstanla, Qarabağla bağlı acılı-şirinli xatirələrin boy verdiyi ağlı-qaralı şəkillərə baxıb gözlərini uzaqlara dikmişdilər. Nəyi, kimləri xatırladıqlarını bilməsəm də ürəklə əlbəyaxa olmağın insana necə əzab verdiyini yurdunu itimiş biri kimi mən də yaxşı bilirəm.

Qaysaq tutmayan yaraları övladları yuxuya gedəndən sonra daha möhkəm sızıldayır, gözlərini yuman kimi Əfqanıstandan Qarabağa gedən yollarda ruhları bu gün də qələbə üçün sızıldayan döyüş yoldaşları onları düşməndən qisas almağa səsləyir.

Elman Kərimov o illəri belə xatırlayır: “Əfqanıstan deyiləndə gözlərimiz önünə dünən Rusiyanın, bu gün isə qərbin poliqonu olan dövlət gəlir. Bizim hərbi hissəmiz Əfqanıstanda idi və mən tərxis olunmağımdan bir neçə gün əvvəl idmanla bağlı tədbirə qatılmışdım. Gələndə isə mənə hərbi hissəmizin mücahidlər tərəfindən yerlə-yeksan olunduğu, əsgərlərin isə qırıldığı barədə məlumat verdilər. Bəlkə də Allahın mənə yazığı gəlmişdi və mən ordan sağ çıxmışdım.

O, 1966-cı ildə Gürcüstanda doğulsa da Bakıda böyüyüb boya-başa çatıb. İqtisad Universitetini və Polis Akademiyasını bitirib. Müharibənin ilk günlərindən döyüşün ön sıralarında olub. Onun döyüşdə olduğunu “Bakinskiy raboçi”

qəzetində çıxan şəklindən sonra biliblər. Daxili İşlər orqanlarında 1987-ci ildən xidmət edir.

Zabit rütbəsini də döyüşlərdə fərqləndiyinə görə alıb. Şuşanın, Ağdamın, Laçının, Goranboyun müdafiəsində iştirak edib. Murovda 63 gün qarın içində qalıb. “Bu gün adları Azərbaycanın Milli Qəhrəmanı kimi tariximizə düşmüş, Azərbaycanı bütün varlığı ilə sevən, milliyyətcə rus olan Yuri Kovalyovun adını iftixarla çəkirəm. Çünki Çaykəndin alınmasında onun böyük əməyi var. Çaykənd iki dəfə düşməndən azad edilib. Biz ermənilərin içinə məhz həmin oğulların sayəsində girirdik. Çünki rus olduqlarına görə ermənilər həm onlardan qorxur, həm də onları özlərinə xilaskar bilirdilər. Beləcə bəzi kəşfiyyat məlumatları da əldə edirdik”.

1992-ci ildə DİN-ə Baş İctimai Təhlükəsizlik İdarəsinə inspektor təyin olunub, sonra müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildən BMİ-də Xidmətin Təşkili İdarəsinin rəis müavinidir. 2005-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Onun da deyiləsi, yazılası daha çox sözü var. Adətən deyirlər ki, şəhər uşaqları ağır şəraitə dözümsüz olurlar. Ancaq bu heç də belə deyil. Polis polkovnik- leytenantı Zakir Salamov Bakıda doğulub, “dünyanın poliqonu” olan Əfqanıstanda ağılasığmaz çətinliklərə dözən, 1988-ci il hadisələrindən sonra Vətənimizin bütövlyü uğrunda yenidən döyüşlərə atılan oğullardandır.

1983-cü ilin aprelini heç vaxt unutmur. Həmin gün hərbi xidmətə yola düşüb. Dəniz vağzalından gəmi ilə Vətəndən ayrılıb. Krasnovodskidən Düşənbəyə, Düşənbədən isə Termes şəhərinə yola düşəndə vəziyyətin nə yerdə olduğunu anlayıb. Çünki o yerlərə Əfqanıstan “havası” daha yaxın idi. Əfqanıstandan gəlmiş kursantların dağlıq ərazilərdə onlara təlim keçmələri qarşıda nələrin olacağından xəbər verirdi. Kundus şəhərində Daşkurqana yola düşüblər və elə ordaca hərbi biletlərini təhvil verib “həyatın və komandirlərin” ixtiyarına veriliblər. İki il altı ay hərbi xidmətdə olub və Palixomruda döyüş maşınının minaya düşməsi nəticəsində ayağından yara alıb.

İndi zarafatla xatırlasa da diqqət çəkən məqamlardan biri də o idi ki, onları Çexislovakiyada xidmət adı ilə sonradan Əfqanıstana aparıblar. Türkmənistanda deyiblər ki, sizlər Əfqanıstana gedirsiniz. 1985-ci ildə Vətənə qayıdıb.

Həmkarımız 1988-ci ildə daxili işlər orqanlarına qəbul olunub. İyirmi yanvar faciəsinin canlı şahididir. 1991-ci ildə təhsilini artırmaq üçün N.Rizayev adına Xüsusi Orta Milis Məktəbinə göndərilib. 1993-cü ildə məktəb akademiya stastusu

alanda təhsilini orda davam etdirib. Kursant olarkən də DİN-in əmri ilə Goranboya ezam olunublar. Döyüş yolu, beləcə, başlayıb…

Zabit kimi ilk xidmət yeri Xəzər Rayon Mühafizə İdarəsi olub. Səbaildə, Sabunçuda xidmət edib. Hazırda BMİ Xidmətin Təşkili İdarəsinin baş inspektorudur. İki övladı var. Böyük oğlu Polşada, kiçiyi isə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır.

Torpaqlarımız uğrunda döyüşən oğullar bu Vətənin ən qiymətli sərvətidir. Gəlin onları qoruyaq, şəhidlik zirvəsinə ucalanları isə hər zaman xatırlayıb yad edək. O zaman yenilməz və qalib olarıq.


Etiket:

Strategiya.az

Xəbərlər
13.12.2019

Sabah daha bir ağacəkmə aksiyası keçiriləcək - Meşə fondu ərazisində

13.12.2019

Honkonq polisi kütləvi aksiyalara görə mükafatlandırıldı

13.12.2019

Şəmkirdə qadını qatar vurub öldürdü

13.12.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 70 dolları ötüb

13.12.2019

Boris Conson növbədənkənar seçkilərdə istədiyi nəticəni əldə etdi

13.12.2019

Avtomobildə at əti daşıyan şəxs saxlanılıb

13.12.2019

İran vətəndaşı sərhəddən 2 kq narkotik keçirməyə cəhd edib

13.12.2019

XİN: Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək

13.12.2019

Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi

13.12.2019

Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək

13.12.2019

İtaliya ənənəvi espresso qəhvəsini UNESKO-nun mədəni irs siyahısına daxil etməyə hazırlaşır

13.12.2019

Cəbhədə atəşkəs pozuldu - 23 dəfə

13.12.2019

Dekabrın 13-də xarici valyutaların manata qarşı məzənnələri

13.12.2019

Böyük Britaniyada parlament seçkilərində “exit poll”un nəticələri açıqlanıb

13.12.2019

Pentaqon yerüstü ballistik raketini sınaqdan keçirib

13.12.2019

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

13.12.2019

Dünya bazarlarında neft bahalaşıb

13.12.2019

Xələf Xələfov: "Belə insidentlər təxribat xarakterli deyil"

13.12.2019

Bu gün başa çatır

13.12.2019

UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələn klublar bəlli olub

13.12.2019

Direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ - VİDEO

13.12.2019

ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib

13.12.2019

"Qarabağ" “Düdelanj” ilə heç-heçə edib

12.12.2019

Bakıda beşmərtəbədə yanğın - 15 nəfər təxliyə olundu

12.12.2019

Noyabrda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

12.12.2019

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?

12.12.2019

BDYPİ əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması ilə bağlı görüntülərə aydınlıq gətirib

12.12.2019

Yeni radio kanalının açılması ilə bağlı müsabiqə başa çatıb

12.12.2019

Türk F-16-ları yunan təyyarələrinə ŞOK YAŞATDI - ANBAAN VİDEO

12.12.2019

“Tramp Lavrovu qəbul etdi, amma...” – Peskovdan kritik açıqlama

12.12.2019

"Liverpul"la düşsək, onları məhv edəcəyik" - Zidan

12.12.2019

Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək

12.12.2019

Yaxın 10 ildə sonuncu tropik buzlaqlar da əriyəcək

12.12.2019

Bakıətrafı magistral avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq

12.12.2019

Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ

12.12.2019

Psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək

12.12.2019

İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb

12.12.2019

Nazir müavinindən direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ

12.12.2019

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

12.12.2019

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12.12.2019

“Yuventus”dan türk futbolçuya xüsusi jest: “Çox yaxşı idin”

12.12.2019

SUMQAYIT ŞƏHƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN TARİXİ XİDMƏTLƏRİ - FOTOLAR

12.12.2019

Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib - FOTOLAR

12.12.2019

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı

12.12.2019

Sabahın havası: 3 dərəcə şaxta olacaq

12.12.2019

Ötən gün axtarışda olan 31 nəfər saxlanılıb

12.12.2019

PAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır

12.12.2019

Azərbaycan Prezidentinin köməkçisi azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib

12.12.2019

ABŞ-ın neft ehtiyatları 448 milyon barrelə çatır

12.12.2019

Bu rayonlar üzrə pensiya təyinatı ilə qaydalar dəyişir