Yazıçı-publisist
Həyatının çox hissəsini milli mədəniyyətimizin inkişafına sərf edən Əməkdar İncəsənət Xadimi, Xalq artisti, yazıçı, dramaturq Kərim Kərimov mənalı bir ömür yaşamışdır. Fevralın 4-də Kərim müəllimin anadan olmasının 90 illiyidir. Onun çoxşaxəli yaradıcılığını, fəaliyyətini təqdim etmək üçün əslində saysız-hesabsız xatirələrə, faktlara müraciət etmək lazımdır. Bu isə kitab səhifələrinə sığa bilər. Mədəniyyət xadimi kimi işlədiyi sahələrdə Kərim müəllimin əsas məqsədi xalqın musiqi sahəsində maariflənməsi, estetik zövqünün formalaşması, milli, dünya mədəniyyəti tarixinin öyrənilməsi idi və bu şərəfli vəzifənin öhdəsindən o, bacarıqla gəlirdi.
O, hələ keçən əsrin 50-60- cı illərindən radio və televiziyada musiqi redaktoru, radio pyeslərin, televiziya filmlərinin ssenari müəllifi kimi özünü təsdiq etmişdi. Həmçinin müsiqişünas kimi onun “Azərbaycan xalq çalğı alətləri”, “Simli kvartet”, “Opera haqqında söhbət”, “Azərbaycanda xalq mahnılarının toplanması və öyrənilməsi” “Musiqidən keçən ömürlər” adlı kitabları çap olunmuşdur. “Cahargah fantazasiyası”, “Xanəndənin taleyi” pyesləri səhnələşdirilmişdir.
Kərim Kərimovun “üzeyirşünaslıq”, “bülbülşüaslıq”, “qaraşünaslıq”, “fikrətşünaslıq” üzrə yazdığı ssenariləri, rejissor işləri musiqişünaslıq sahəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan radiosunda keçən əsrin 60-cı illərində onun “Mont restoranından qoca”, “Dvorjakın melodiyası” radio pyesləri səsləndirilib. “Dvorjakın melodiyası”nın televiziya filmi də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Kərim müəllim dünyanın 20-dən çox xarici ölkələrinin universitetlərində Azərbaycanın milli musiqisinin, musiqi alətlərinin təbliği ilə bağlı konsert-mühazirələrlə çıxışlar etmişdir.
“Musiqidən keçən ömürlər” kitabında keçən əsrdə milli musiqi tariximizdə baş verən hadisələri müsiqişünas kimi qələmə almışdır. XX əsrin əvvəlləri və ortalarında yetişən istedadlı incəsənət xadimlərimizin milli mədəniyyətimizin inkişafı uğrunda mübarizəsi, fəaliyyəti kitabda öz geniş əksini tapmışdır. Kərim müəllim “Azərbaycan xalq mahnılarının toplanılması və öyrədilməsi” məqaləsində qeyd edir ki, Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yüz mahnıdan ibarət Azərbaycan xalq mahnıları məcmuəsini ilk dəfə olaraq nəşr etdirmişdir. Səid Rüstəmov Cabbar Qaryağdıoğludan əllidən yuxarı mahnı öyrənib onları işləyərək, məcmuə şəklində çapa vermişdir.Muğamatların ilk not yazısı və nəşri 30-cu illərdə M.Mansurovun ifasında Tofiq Quliyev və Zakir Bağırov reallaşdırmışdır. Milli musiqi aləti olan tarla bağlı maraqlı xatirələri, tarixi faktları oxucular üçün dəyərli məlumatlardır. Sovet dövründə Kərim müəllimin Mərkəzi televiziyadakı vətənpərvər çıxışları tarın müdafiəsinə yönəlmişdi.
Təəssüf ki, 1948-ci ildə Üzeyir Hacıbəylinin vəfatından sonra konservatoriyada “Xalq musiqisi” şöbəsi bağlanılır. Sonralar mədəniyyətimizdə bu siyasətin acı nəticələri milli mədəniyyətimizdə öz mənfi izini qoyur. Bu məsələlərlə bağlı Kərim müəllim “Musiqidən keçən ömürlər” kitabında öz fikirlərini bildirir.
Qeyd etmək lazımdır ki, Kərim Kərimovun qardaşı müğənni Kamal Kərimov uzun illər Azərbaycan Konservatoriyasında kafedra müdiri kimi çalışmış, vokal üzrə neçə müğənni yetişdirmişdir. Vaxtı ikən Kamal Kərimov Bülbülün tələbəsi kimi maestronun yanında vokal dərsləri almışdır. Kərim müəllimin də səsi olmasına baxmayaraq, müğənni deyil, musiqişünas peşəsini seçməsində Bülbülün böyük rolu olub. Bülbülün Kərim Kərimova tövsiyəsi: “Səsin tenordur. Hökm deyil ki, mütləq müğənni olasan, əgər musiqini sevirsənsə, musiqi texnikumuna daxil ol, sonra bilinər kim olacaqsan. Hər halda bizə musiqi təhsili alan ziyalılar çox lazımdır. Musiqi redaktoru ola bilərsən, mühazirəçi, musiqişünas da.” Kərim müəllim həqiqətən də çox istedadlı musiqişünas kimi özünü təsdiq edir. 1961-ci ildə Bülbülə həsr olunan “Xalq nəğməkarı” adlı sənədli filmin ssenari müəllifi olur. Bu filmdə Bülbülün Xan kəndinə, Şuşaya son səfəri, konserti, yadda qalan görüntüləri incəsənərimizin mənəvi sərvətidir. Bülbül son dəfə orda Üzeyir Hacıbəylinin “Sənsiz” romansını oxuyur. Qarabağda olarkən erməni şovinizminin şahidi olarkən üzünü tamaşaçılara tutub ürək ağrısıyla deyir: “...əgər millət bu biganəlik yuxusundan oyanmasa, sonralar ermənilər deyərlər ki, Şuşa bizimkidir və Qarabağ əldən gedər.” Hər il sentyabrın 26-da efirlərdə həmin film nümayiş olunur. Filmin rejissoru Kamil Rüstəmbəyov, operator Nəriman Məmmədovdur.
Uzun illərdən sonra 1997-ci ildə 27 sentyabr tarixli “Xalq” qəzetində Kərim müəllimin “Bülbülün ibrət dərsləri” məqaləsinə nəzər yetirək: “1969-cu ilin iyulun 14-də hakimiyyətə gəlmiş Azərbaycanın dövlət başçısı Heydər Əlirza oğlu Əliyev sanki Bülbülün həyəcanlı harayını eşidib Qarabağın köməyinə gəldi. O, respublikanın görkəmli ziyalılarını ətrafına toplayıb, böyük karvan ilə onları Şuşaya apararaq , burda tarixdə görünməmiş mədəniyyət bayramı keçirdi. Orada o, Vaqifin məqbərəsini tikdirdi, Natavanın, Üzeyir bəyin, Bülbülün və başqa tanınmış adamlarımızın muzeylərini açdırdı...Qədim Şuşa abadlaşıb gəncləşdi, Xankəndində Vilayət İcra Komitəsi binasının üstündə ilk dəfə olaraq Azərbaycanın dövlət bayrağı dalğalandı.”
Qeyd edək ki, Kərim müəllim təbiətən çox vətənpərvər ziyalı idi. Əsl istedadların üzə çıxmasında onun xidmətləri saysız-hesabsızdır. 60-cı illərdə gənc Müslüm Maqomayevin də tanınmasında onun böyük zəhməti vardı. Müğınninin efirdəki ilk çıxışları Kərim Kərimovun adı ilə bağlıdır. Sonralar onun haqqında “Gələn görüşlərədək, Müslüm” televiziya filmini ərsəyə gətirir.
Xalq artisti İslam Rzayevin Kərim müəllim haqda xatirələrindən: “Sarayın konsertləri simfonik orkestrin çıxışı olmadan ötüşməzdi və orkestrin bədii rəhbəri maestro Niyazi ilə Kərim müəllimin münasibətləri çox yaxşı idi. Teleradionun musiqi redaksiyasının baş redaktoru vəzifəsində çalışdığı vaxtlar mən sənətdə yeni-yeni tanınmağa başlamışdım. Kərim müəllim məni tez-tez verilişlərə dəvət edirdi...Mərkəzi Komitədə işlədiyi vaxtlar idi. Bir gün görüşdük, o, mənə dedi ki, İslam, xaricə qastrol səfərinə getmək
üçün bir qrup hazırlayıram. Mən də muğam ifaçısı kimi səni nəzərdə tutmuşam.Soruşdum ki, səfərimiz haradır? Dedi ki, Əlcəzairə...Bir ay sonra bizi Əhsən Dadaşovun ansamblı ilə bərabər Şövkət xanım Ələkbərova, Elmira xanım Rəhimova və gözəl ifası ilə qəlbimizdə həmişə yaşayan Gülağa Məmmədov və bir neçə adam Nazirliyin xətti ilə bizi Əlcəzairə göndərdilər...Zəngin təəssürat və maraqlı çəkilişlərlə geri qayıdan Kərim müəllim film hazırlayaraq Əlcəzair səfərini yüksək səviyyədə geniş auditoriyaya təqdim etdi. Onun müəllifi və rejissoru olduğu “Salam, Əlcəzair” filmi o vaxt maraqla qarşılanmışdı...”
O, “Musiqidən keçən ömürlər” kitabında qeyd edir: “Azərbaycanda əsrimizin ikinci yarısında nə qədər görkəmli musiqi ifaçıları varsa, hamısının sənətə ilk gəlişini yaxşı xatırlayıram. Çünki onlar radionun və televiziyanın qapısından keçiblər, ilk dəfə bu qapıları onlara mən açmışam.” Kərim Kərimovun mədəniyyət xadimi kimi fəaliyyəti, yaradıcı uğurları haqda çox söz demək olar, lakin bu, kiçik yazının həcmi üçün deyil.
“Musiqidən keçən ömürlər” kitabında Kərim müəllim Azərbaycan radiosunda çalışdığı illəri belə qeyd edir: “On il ərzində hər gün müxtəlif janrlarda azı on konsert proqramı tuturdum...Musiqinin yer üzündə yaranmasından bu günə qədər müxtəlif xalqların və ölkələrin necə inkişaf etdiyindən, musiqi sənətinin bütün formalarından və janrlarından, bir sözlə, dünya musiqisindən danışmaq imkanım var idi...Bizim musiqi redaksiyasının təcrübəsindən görünür ki, musiqi təhsili verilişlərinə müntəzəm surətdə qulaq asan dünləyicilər klassik musiqi əsərlərini getdikcə daha yaxşı qavrayır. Musiqi verilişləri müxtəlif səpgidə təşkil edilir. Buraya “Musiqini necə başa düşməli?”, “Musiqi əlifbası”, “Musiqi lüğəti”, “Bilirsinizmi?”, “Tapmaca konserti”, “Bəstəkarların portretləri” seriyasından verilişlər daxildir.” Keçən əsrin 50-ci illərində radioda səslənən bu musiqili verilişlər Kərim Kərimovun ilk radio işçisi kimi formalaşdığı dövr idi. Sovet dönəmində televiziya və radioda ifa olunacaq musiqi, mahnı bildiyiniz kimi, bədii şurada təsdiq olunmalıydı. Yalnız peşəkar bəstəkarların əsərləri ciddi təhlildən sonra efirdə səslənirdi.
Kərim Kərimov bir çox dövlət tədbirlərinin bədii rəhbəri və baş rejissoru olmuşdur. Əminə xanım Dilbazi onunla bağlı xatirələrində qeyd edir: “Kərim müəllimin Mərkəzi Komitədə işlədiyi vaxtlar idi. Bir gün zəng etdim ki, yanınıza gəlmək istəyirəm, sözüm var. Bilirdi ki, mən xoreoqrafoya məktəbində dərs deyirəm...tələbələrə Azərbaycan rəqslərini öyrədirəm. Amma burada milli rəqs şöbəsi yoxdur. İstərdim ki, belə bir şöbə yaradılsın...Bu təklifim Kərim müəllimi çox sevindirdi. Dedi ki, Əminə, bu çox gözəl bir fikirdir. Və o, az bir vaxt ərzində xoreoqrafiya məktəbində milli rəqs qrupunu açdırdı.” Bu fikirlər mənim 2013-cü ildə Kərim Kərimovun 85 illiyi münasibıti ilə çap etdirdiyim “Talelərə yazılan musiqi” kitabındandır. Kitabda bir çox incəsənət nümayəndələrinin onun haqqında işıqlı xatirələri toplanmışdır. Heydər Əliyev adına Respublika Sarayının direktoru Fərhad Babayevin xatirəsindən: “ Təxminən 6 ay işləyəndən sonra Kərim müəllim məni özünə müavin təyin etdi. Və mən on il Kərim müəllimin yanında bu vəzifəni daşıdım...Yüksək dairələrdə, incəsənət aləmində Kərim müəllimin çox böyük hörməti vardı.Yaltaqlıq, riyakarlıq kimi xüsusiyyətlər ona yad idi...O, saraya rəhbərlik etməzdən əvvəl yüksək vəzifələrdə işləmişdi. Onun televiziyada yaradıcılıq fəaliyyəti hələ də lentlərin
yaddaşında yaşayır...Artıq neçə ildir ki, mən bu vəzifədə çalışıram. Ondan öyrəndiklərimi həyata keçirirəm.”
Kərim müəllimin “Musiqidən keçən ömürlər” kitabından bir xatirəsi yerinə düşərdi: “1967-1970-ci illər ərzində Mərkəzi Komitədə işlədim...Köhnə mənzilimiz darısqal, 5-ci mərtəbədə yerləşirdi. Heydər Əliyev hakimiyyətə gələndən bir ay sonra mən Həmkarlar Komitəsinə çağrıldım. Eşitdiyim şad xəbərə inanmadım. Dedilər ki, dəniz kənarı parkla üzbəüz binada 3 otaqlı mənzilin məhz mənə verilməsini Heydər Əliyev israr etmişdir...Daha sonra məni yaradıcı insan kimi qiymətləndirib, etimad göstərərək Dövlət Filarmoniyasına direktor, bədii rəhbər təyin etdi. Musiqişünas olmağımı nəzərə alaraq dedi ki, bu sahəni bilən peşəkar insan kimi filarmoniyada tez-tez simfonik konsertlər təşkil edim.” O illər yadımdadır, Filarmoniyanın ətrafında simfonik əsərlərdən ibarət konsertlərin afişaları var idi. Başqa ölkələrdən gələn musiqiçilər tez-tez Bakıda konsertlər verirdilər. Dünya şöhrətli musiqiçi Mstislav Rastropoviçin Bakıda baş tutan konsertlərinin isə öz qəribə tarixi var. Bu haqda mən “Talelərə yazılan musiqi” kitabımda qeydlər etmişəm. Kərim Kərimovun xatirələrindən: “...70-ci illərin əvvəllərində mən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri idim. Bir gün Sabir (Xalq artisti velonçel ifaçısı Sabir Əliyev onun qaynı idi) Moskvadan gəlib mənə dedi ki, Slava (o, Rostropoviçi belə çağırırdı) Bakıya gəlmək istəyir, əgər mümkünsə, onun konsertlərini sentyabrın ortalarına planlaşdırın...Sabir böyük təəssüflə bildirdi ki,nə “Soyuzkonsert”, nə də “Qoskonsert” daha Rostropoviçin konsertlərini təşkil etməyəcək, çünki onun və Qalina Vişnevskayanın çıxışları qadağan olunmuşdur...Rostropoviçin Bakıya gəlib konsert vermək arzusunu mən o vaxtlar respublika rəhbəri Heydər Əliyevə çatdırdım. Çox çəkmədən mənə xəbər gəldi ki, Heydər Əliyev tapşırıb ki, Rostropoviçin konsertləri Bakıda ən yüksək səviyyədə keçirilsin... Rostropoviç Bakıya 1971-ci il sentyabrın 13-də gəldi...O, Bakıda bir həftə ərzində on konsert verdi.Bu konsertləri o, “Tarixi silsilə” adlandırmışdı. Rostropoviçin konsertlərinə dəfələrlə Heydər Əliyev öz ailəsi ilə gələrdi.”
Kərim Kərimov bir yaradıcı insan kimi geniş dünyagörüşünə malik idi, həmişə axtarışda idi. Əməkdar İncəsənət Xadimi Arif Qazıyevin Kərim müəllim haqda xatirəsinə nəzər yetirək: “Televiziyaya 1957-ci ildə diktor kimi işə qəbul olunmuşdum. 1959-cu ildə televiziyanın rejissor şöbəsinə keçdim və özümün istəyi ilə musiqi redaksiyasında rejissor köməkçisi kimi fəaliyyətə başladım...O vaxt Kərim müəllimin bəstəkarlarımız haqqında , qərb ölkələrinin, Rusiyanın bəstəkarları haqqında silsilə verilişləri gedirdi. Mən də bu verilişlərin rejissoru olurdum...İlk Yeni il şənliklərinin ssenari müəllifi, rejissoru da Kərim müəllim olub. Bu, 1960-cı illər idi...Kərim müəllimlə işləməkdən zövq alırdım...Aktyor Möhsün Sənani məclisə tamadalıq edirdi...Kərim müəllim musiqinin bütün janrlarından danışırdı...O vaxtlar Kərim müəllim, Əfrasiyab Bədəlbəyli bu səpgidə verilişlərin aparıcısı idilər...Respublika Sarayındda işlədiyi müddətdə də konsert proqramlarını hazırlayarkən televiziya elementlərindən istifadə eidrdi. Birinci dəfə səhnədə fonda kadrların verilməsi Kərim müəllimin dəsti-xəttidir.”
Düşünürsən ki, xalqın mədəniyyət tarixinin inkişafında fəal iştirak edənlər, bilik və bacarığını bu sahəyə böyük həvəs və qeyrətlə həsr edənlər doğrudan da xoşbəxt
sənətkardırlar. Bu, məhəbbətin, uğurun qazanılan ani xoşbəxtlik sevinci deyil, xalq və vətən üçün yaşamağın ali xoşbəxtliyidir. Milyonlarla dinləyicisi, tamaşaçısı olan radio və televiziya məkanlarının fəaliyyət hədəfi insanın şüuru, hissləri, qəlbidir. Konfutsinin fikridir: “Bir ölkənin doğru idarə olunub olunmadığını, əxlaq baxımdan yüksəlib yüksəlmədiyini bilmək istəyirsinizsə, o ölkənin musiqisini dinləyin.”
Kərim Kərimovun anadan olmasından 90 il keçir, bir əsrdən on il az zaman. Ömrün çox hissəsi xatirələrdə yaşayır, Kərim müəllimi yaşadır. Onun sadiq dostu Eldar Həsənovun “Sənət fədaisi” yazısından: “...Kərim Kərimovun adı çəkiləndə ilk növbədə əsl ziyalı anlayışı yada düşür. Görəsən, əsl ziyalı nə cür yetişir? Bəlkə xalqın min illər ərzində əxlaqı, mənəvi sərvətləri macal tapıb bircə ömür içində mənimsəyə bilməklə, xalqın kamalından süzülən işığı, enerjini damla-damla, misqal-misqal gözlərinə yığıb ürəyinə toplamaqla! Yəqin ki, əsl ziyalı elə bu cür yaranır.” Deyirlər ki, xatirə bizim ruhumuzun ətridir. Kərim müəllim dünyasını dəyişsə də, onun haqqında səmimi, xoş xatirələr heç vaxt ünvanını dəyişməyəcək.
Yazını Nəbi Xəzrinin fikriləri ilə sona çatdırırıq:
Dünyada hər şeyin xatirəsi var,
Bir doğum, bir ölüm xatirəsizdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM