Torpağa əsgərlər deyil, silahlar basdırılsın - Foto

22:11 / 17.05.2017

Zöhrə Əsgərova

Yazıçı-publisist

 

Deyirlər ki, tarix keçmişə baxan peyğəmbərdir. Peyğəmbər kimi tarixi keçmişdən öyrəniləsi şeylər çoxdur. Çünki bəşəriyyət daim müharibə təhlükəsinə məruz qalır. Silahların hədəfində nəinki siyasi düşmənlər, həm də günahsız körpələrdir. Sözlər aciz qalanda silahlar döyüş meydanında öz dilində danışır.

Azərbaycanın keçmiş tarixinə 9 may Qələbə günü kimi daxil olub. Bu gün də bu zəfərin-alman nasistləri üzərində qələbənin qazanılmasında azərbaycanlı əsgərlərin, zabitlərin, Sovet İttifaqı Qəhrəmanlarının əvəzsiz xidməti tarixdə yaşayır.

II Dünya Müharibəsindən 72 il keçir. Döyüşlərdə ən əsaslı dönüş Stalinqradın müdafiəsində yaranıb. 1942-1943-cü illər arasında gedən amansız döyüşlərdə hərbiçilərimiz, xüsusilə, azərbaycanlılar qanı ilə əsl qəhrəmanlıq səlnaməsini yazdı. Almanlar və onların müttəfiqləri Stalinqradda 1,5 milyon nəfər canlı itki, yaralı, əsir oldular. Bir sözlə, alman nasistlərinin qələbə arzuları Volqa sahillərində, Stalinqradda iflasa uğradı.

Bu döyüşlərin iştirakçıları üçün dövlət tərəfindən “Stalinqradın müdafiəsinə görə” medalı təsis edildi. 2 minə yaxın həmyerlimiz “Stalinqradın müdafiəsinə görə” medalına, “Qırmızı ulduz” ordeninə layiq görüldü. Gəlin, həmyerlilərimizdən birini xatırlayaq. Həmzə Sadıqov Stalinqradın müdafiəsində göstərdiyi fədakarlığa görə medal və “Qırmızı ulduz” ordeni ilə təltif edilir. II Dünya Müharibəsində döyüşən zabit Həmzə Sadıqovun şöhrəti, qəhrəmanlığı ilə gənc nəsil yaxından tanış olmalıdır. O alman generalı Rodenburqu əsir götürmüşüdü. Ermənilər bu hadisəni öz adlarına çıxarmaq istəsələr də həqiqət qalib gəlir. General Həmzə Sadıqovun peşəkarlığına, cəldliyinə heyran qalır. Xahiş edir ki, onu ələ keçirən zabitlə tanış etsinlər. Azərbaycanlı zabitin sorağı Stalinə çatır. Onu Sovet İttifaqı Qəhrəmanı adına təqdimatında ermənilər mane olur. Üstəlik Həmzə Sadıqovun soy adı dəyişdirilir “Sadıqaşvili” kimi təqdim edilir. Faşistlərin işgəncələrindən azad olunan yəhudilər öz xilaskarını yaxşı tanıyırdı, Həmzə Sadıqovun adını məxfi saxlayanları ifşa edirlər.

Həmzə Sadıqov həyatını təhlükəyə ataraq nə qədər insanları, xüsusilə, yəhudiləri bacardığı qədər nasistlərin caynaqlarından xilas edə bilib. Qəhrəmanın oğlu Firdovsi Sadıqov sonralar atasının müharibədə keçdiyi döyüş yollarının izinə düşmüş, onunla birgə döyüşən dostlarını araya bilmiş, atası haqqında məlumatlar əldə etmişdi.

2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu Rövşən Vəlizadə və Firdovsi Sadıqovun birgə ərsəyə gətirdiy “Stalinqrad döyüşünün unudulmuş qəhrəmanı” adlı kitabı əslində qəhrəmanın hüquqlarının reabilitasiyasına həsr edilib. Kitabın ön sözünün müəllifi institutun direktoru, millət vəkili, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayevadır. Ön sözdə qeyd edilir: “...Uzun müddət tarixin arxivlərində “Sadıqaşvili” kimi yaşayan, “heç kimə lazım olmayan” qəhrəmanımız, həmyerlimiz Həmzə Cümşüd oğlu Sadıqovun hüquqları az-çox bərpa olundu.Onun keçdiyi şərəfli yol xalqlar arasında (xüsusilə Azərbaycan-yəhudi, Azərbaycan-rus) qurulmuş dostluq və qardaşlıq körpülərinin ən davamlı sütunlarından biri olacaq.”

Kitabda arxiv sənədlərindən çıxarışlar Həmzə Sadıqovun kimliyini, fəaliyyətini kifayət qədər üzə çıxarır. Kitabın 33-cü səhifəsində oxuyuruq: “H.C.Sadıqov Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı idi...xidmət etdiyi hissənin poçt qutusunun nömrəsi ВЧ 44388 idi. H.C.Sadıqovla bağlı olan maraqlı faktlardan biri arxiv sənədləri şöbəsinin rəisi, mayor A.L.Lonşakovun xatirələridir. O, yazırdı ki, əksər sənədlərdə Sadıqov Həmzə Cümşüd oğlunun milliyyəti azərbaycanlı kimi deyil, gürcü və erməni kimi qeyd olunurdu. Lonşakov etiraf edirdi ki, ondan əvvəl bu vəzifəni polkovnik Beqlaryan Stepan Aşotoviç tutmuşdu. Hətta “Qırmızı ulduz” ordeni ilə təltif olunan zaman sənədlərdə onun adı Sadıqaşvili Həmzə Cümşüdoviç kimi qeyd olunmuşdur. (bax SSRİ MN mərkəzi Arxivi. 1/II29375)

Hərbi kəşfiyyat polkovniki A.Savçenkonun 1949-cu ildə “Leninqrad” nəşriyyatında dərc olunan “Stalinqrad”adlı sənədli kitabında deyilir: “...Əgər Fon Rodenburqun başçılıq etdiyi 76-cı alman piyada diviziyası məğlub edilməsəydi, 1943-cü il Tehran konnfransı baş tutmayacaqdı. ABŞ Prezidenti Ruzvelt də eyni fikirdə idi...”

Böyük qəhrəmanlıq göstərən, alman generalını məğlub edən Həmzə Sadıqov isə ermənilər tərəfindən arxadan zərbə alır. O, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmür. Məkrli düşmənlərimiz müharibə içində azərbaycanlılarla da gizli

müharibə aparırdılar. Bu məsələdə yəqin ki, o dövrün dövlət xadimi Mikoyanın da iştirakı az olmayıb.

Kitabda Stalinqrad ərazisində alman generalı Fon Rodenburqun “Ölüm sarayı” adlanan əsir düşərgəsindən H.Sadıqovun xilas etdiyi ruslar, yəhudilər arasında ermənilər də vardı: Suren Akopoviç Seyranyan, Maryam Gevorkoviç Xaçikyan, Herodast Yegizaroviç Maliyan. Onlar öz xilaskarına yəhudi əsirləri kimi yüksək dəyər verə bilməzlər. Onların damarlarından xəbis, məkrli qan axır. 8 may Şuşanın ermənilər tərəfindən işğal olunan günüdür. Ermənilərin yırtıcı, zalım, riyakar insan nümunələrindən, əməllərindən ibarət “Namərdlər” adlı müzey yaratmaq olar. Kitabda Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev həmişəki kimi xalqımıza olan dərin məhəbbətini bir daha etiraf edir: “...Polkovnik Sadıqov Həmzə Cümşüd oğlu öz canı və qanı bahasına göstərdiyi qəhrəmanlıqları ilə xalqlarımızın qəlbində heykəlini ucaltmış və ölməzliyə qovuşmuşdur. Qədirbilən xalqlarımız hər zaman polkovnik Sadıqovun göstərdiyi qəhrəmanlıqları gənclərimizə örnək sayaraq onu qəlblərində yaşadacaq.”

Həqiqətən də yəhudi xalqı öz xilaskarına səmimiyyətlə, dərindən dəyər verməyi bacarır. Məsələn, 1943-cü ildə fotoqraf müsəlman Veseli bir neçə yəhudi ailəsini Albaniyada öz evində gizlətmiş, bir ildən çox onlara hərtərəfli maddi və mənəvi dəstək olmuşdur. O, 2000-ci ildə vəfat edib. ADAS İsrail Konqresasiyası Veselinin ailəsini Vaşinqtona dəvət etmişdir. Ravin Kilşteylov belə humanist ailələrin dünyaya nümunə ola biləcəyini vurğulamışdır. Bununla yanaşı bu yaxınlarda siriyalı ailənin sinaqoq tərəfindən qəbul edilməsi ilə yəhudilərə vaxtı ikən sığınacaq verənlər arasında yaxın, doğma münasibətlərin mövcudluğunu göstərir. Əslində insanların bir yerdə sülh və əmin-amanlıq içində yaşaması vacibdir. Tədbirdə yəhudilərə sığınacaq verən ailələrin siyahısı əbədiləşmiş “Doğruların bağı”adlı lövhəyə həkk edilmişdir. Lövhədə Polşa, Portuqaliya, Yunanıstan, Albaniya və s. ölkələrin adı var.

Əvvəldə qeyd etdim ki, tarix keçmişə baxan peyğəmbərdir. Tarixi dərslər bizə dostumuzu, düşmənimizi tanıdır. Əsas odur ki, tarixdən sağlam nəticələr çıxarmağı bacaraq.

Həmzə Sadıqov kimi azərbaycanlı vətənpərvər, humanist, qəhrəmanlarımızın keçdiyi cəbhə yollarını gələcək nəsillərə nümunə kimi təqdim etməliyik. Çünki qəhrəmanlar ölmür, onlar tariximizdə yaşayırlar. Onların adını daşıyan küçə olsun,

“Doğruların bağı” kimi memorial lövhədə xalqlar dostluğunun tarixini yaşadaq. Xüsusilə, yəhudi qardaşlarımızın və bizim qarşılıqlı hörmət və sülh içində yaşaması, çətin anlarda bir-birinə dayaq olması bəşəriyyət üçün ən gözəl mesajdır. Gənclərimizin Əvəz Sadıqov kimi nəcib, cəsur qəhrəmanımızı daha yaxından tanıması çox önəmlidir. Ataların, babaların keçdiyi qəhrəmanlıq tarixi bu gün bizim qürur mənbəyimizdir.

Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqov atasının adına, şöhrətinə layiq övladdır. 1972-1981-ci illərə qədər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində prokuror köməkçisi, baş müstəntiq, 25 il ərzində isə bir çox rayonlarda prokuror, prokuror köməkçisi, baş müstəntiq kimi ləyaqətlə çalışmışdır. 2003-cü ildə “Göstərdiyi fədakarlığa görə” medalını almışdır. Uzun illər atasının əsl şöhrət və qəhrəmanlığını kölgədə qoymağa çalışanları ifşa etmiş, əsl müstəntiq kimi başladığı işi uğurla başa çatdırmışdır. Bu da Firdovsi Sadıqovun vətənpərvər, peşəkar, bacarıqlı dövlət qulluqçusu olduğunu bir daha sübut edir.

Bir haşiyəyə çıxım. Bizim azərbaycanlılar II Dünya Müharibəsində qəhrəmanlıq göstərdikləri halda Erməni millətçisi Njde Qaragenin xain dəstəsi keçmiş SSRİ-nin ərazilərində yaşayan yəhudilərə, ruslara, digər xalqlara qarşı düşmən mövqedə idilər. 1942-ci ildə Njde Berlində yaradılan Erməni Milli Şurasının 7 üzvündən biri idi. O öz silahdaşlarını SSRİ-yə qarşı silahlı mübarizəyə qoşulmağa çağırıb. O, deyirdi ki, Almaniya uğrunda ölən hər bir şəxs Ermənistan uğrunda ölür. Njde Hitlerin “Mayn Kampf” əsərinə bənzər kitabların müəllifidir. “Böyük Ermənistan”ı necə yaratmağın amansız, qanlı yollarını işləyib hazırlamışdı. “Mənim kredom” yazısında isə o qeyd edirdi ki, bir gün belə türkə qarşı mübarizəsiz keçməməlidir.

Erməni İnqilab Federasiyasının liderləri alman kəşfiyyatı ilə əməkdaşlıq edirdi. 1941-44-cü illərdə 808, 809, 810, 811, 812 adlı birləşmələrin tərkibində döyüşlərdə iştirak edirdilər. Yazıçı, hərbi təyyarəçi Antuan de Sent Ekzüperinin fikridir: “Sən öz əməllərində yaşayırsan, bədənində yox. Sən-sənin fəaliyyətindir, başqa sən yoxdur.”

Unutmayaq ki, Njde Qaragen 1918-1920-ci illərdə Zəngəzurda azərbaycanlılara qarşı törədilən qırğınların rəhbərlərindən biridir. II Dünya Müharibəsində erməni millətçiləri almanlara xidmət etməyin əvəzində Rusiya işğal olunarkən onlara dövlət kimi müstəqilllik verilməsini istəyiblər. Lakin Hitler bundan

imtina edib onlara tutarlı cavab verib ki, siz üç dəfə xəyanət etmisiniz. Çar Rusiyasına, Türkiyəyə, Sovet İttifaqına. Siz dördüncü xəyanət də edə bilərsiniz.

Təəssüf ki, Njde Qaragenin abidəsi Yerevanda ucaldılıb. O, milli qəhrəman səviyyəsinə qaldırılıb. Erməni rejiminin apardığı siyasət göz qabağındadır.

Njde Qaragenin əlləri qana boyanmış cəlladdır. Vaxtı ikən Trotski onun əxlaqsızlığı haqda fikirlərini gizlətmir, onu pisləyirdi.

Bütün sülhsevər insanlar kimi yəhudi müharibə veteranları bu abidənin əleyhinədir. İsrail Veteranlar İttifaqının Qüds bölümünün sədri Yuri Periç qeyd edib: “Bu yolverilməzdir. O, faşizmin qələbə qazanması uğrunda döyüşüb. Millətçi anlayışı var. Millətçi elə bir şəxsdir ki, öz milləti ilə yanaşı başqa millətlərə də hörmətlə yanaşır. Bir də var ki, nasistlər kimi ancaq öz millətini sevir, digərlərini isə məhv edirlər. Bizlər üçün nasist qəhrəman ola bilməz.”

28 aprel 2017-ci ildə Böyük Vətən Müharibəsinin son şairi, məşhur alim-həkim, əfsanəvi tankçı yəhudi əslli İon Deqen 92 yaşında vəfat etdi. 16 yaşında doğulduğu Ukraynadan könüllü kimi cəbhəyə yola düşür. 130-cu atıcı diviziyasında qəhrəmanca döyüşüb. Çoxlu düşmən tankını məhv edib. 2 dəfə o, Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilib.

İon Deqenin şeirləri müharibəyə həsr edilmişdir. Bu barıt qoxulu, ölüm sifətli şeirlərin sətirlərində müharibə səhnələri, əsgərlərin vəziyyəti real səhnələrlə, səmimi yaşantılarla verilmişdir. Bütün bunlara baxmayaraq, əfsanəvi tankçı kimi məşhur idi.

Bu kiçik yazıda əsas məqsəd oxucuların diqqətini Azərbaycanın qəhrəman oğlu Əvəz Sadıqovun uzun illər unudulan fəaliyyətinə yönəltməkdir. Atalar sözüdür: “Həqiqət nazilər, amma üzülməz.”

Dünyada gedən bəzi proseslərə də nəzər salmaq yerinə düşərdi. Təəssüf ki, bir çox Avropa ölkələrində II Dünya Müharibəsinə həsr edilən heykəllər, memorial abidələr sökülür. Heykəllərə qarşı elan olunmayan müharibə aparılır. Azərbaycanda isə belə abidələr qorunur, onlara ehtiramla yanaşılır. Çünki müharibədə qəhrəmanlıq göstərən hərbçilərimiz, şəhid gedən əsgərlərimiz çoxdur. Heykəllər ziyarət yeri, fəaliyyət istiqamətidir.

Kaş elə bir zaman gəlsin ki, təcavüzkar ölkənin əsgərləri ədalət, sülh naminə hücumdan imtina edib silahları yerə qoysunlar. Məhəbbət nifrətə qalib gəlsin. Ölən əsgərlərin əvəzinə silahlar torpağa basdırılsın və heç vaxt günahsız insanlar müharibənin canlı hədəfinə çevrilməsinlər.

Gənc nəsil unutmasın ki, 2 may 1945-ci ildə Almaniyanın Brandenburq darvazasına qələbə bayrağını həmyerlilərimiz Məmmədov, Əhmədzadə, ruslardan Andreyev, Berejnoy leytenant A.Məcidovun rəhbərliyi ilə sancmışlar.

9 may- Qələbə günü milyonlarla şəhidin də ruhunun qələbəsidir. Ruhları şad olsun.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM