Dost və qardaş Mərakeşdə taxt-tac günü qeyd ediləcək - Fotolar

13:58 / 16.07.2014

Reyhan Mirzəzadə

Publisist-politoloq

Ölkənin kralı VI Məhəmmədin hakimiyyətə gəlişinin 15 ili tamam olur.

Mərakeş haqqında neçə illər bundan əvvəl, Azərbaycanın böyük siyasi, ictimai və dövlət xadimi Nəriman Nərimanovun hələ 1906-cı ildə yazdıgı “Mərakeş məsələsi” və “Quzgunlar cəmdək üstə”, 1907-ci ildə  tanınmış ziyalımız Sultanməcid Əfəndiyevin   qələmə aldıgı “Müstəmləkat məsələsi” adlı tarixi məqalələri oxuyandan sonra, bu ölkə ilə ətraflı maraqlanmaga başlamışdım. Məqalələrin üçündə də Mərakeşin taleyindən narahatlıq və üzüntülər əksini tapmışdı. Demək,bu tarixi simalarımızın həyəcanında nəsə bir özəl səbəb vardı. Bu səbəb isə Mərakeşə olan dost,dogma münasibət, qardaşlıq hissləri idi. Nərimanov səmimi  duyguları ilə yazırdı:” Bu axır vəqtdə Avropa qəzetləri Mərakeş məsələsinin barəsində çox bəhs edirlər. Mərakeş hal-hazırda Afrikanın şimal-məgrib (yəni şimal-qərb) tərəfində balaca müsəlman padşahlıgı hesab olunur. Haman bu padşahlıq mazidə(yəni keçmişdə) böyük müstəqil padşahlıq olub, Afrikanın hamı şimal tərəfini tutmuşdu. Bu padşahlıgın yavaş-yavaş kiçilməyinə səbəb bir yandan müsəlmanların arasında olan bəlayi-əzim-nifaq (yəni böyük bəla,nifaq,ayrılıq,düşmənçilik), o biri tərəfdən Avropa dövlətlərinin “pərəstarlıgı” olubdur. Haman bu səbəblərə görə firənglər (yəni fransızlar) vəqtində Tunisi zəbt etdilər; bu səbəblərə görə hal-hazırda Mərakeşə dəxi əl uzadırlar...Bu səbəbə indi üç həftədir İspaniya dövlətində Aljiras adlı şəhərdə konferensiya qurulub, Mərakeş məsələsi həll olunur...

...Mərakeşin Əlcəzayir ilə ümumi sərhəddi olmagına səbəb, Fransiyə tələb edr ki, qoşun ancaq firənglərin tərəfindən gərək olsun.Germaniyə isə buna razı olmuyub, qoşunların Avropa dövlətlərinin tərəfindən göndərilməsini istəyir. Və dəxi xahiş edir ki, Mərakeş bir neçə hissəyə bölünsün və hər bir hissəyə qoşun təyin olunsun...Xülasə,Mərakeşdə hansı dövlətdən qoşun çox və güclü olsa,o dövlətin əsəri Mərakeşin xarici və daxili işlərinə səbəb olacaqdır... Belə hərəkətə Avropa dilində “pərəstarlıq”deyilir; biz isə buna “güclünün yanında gücsüz həmişə təqsirkardır” deyərik...”

Bu məqalədən təxminən ay yarım sonra “Quzgunlar cəmdək üstə”ni ərsəyə gətirərkən Nərimanov yenə ürək agrısı ilə yazırdı:”...Gözəl yerlər! Gözəl Mərakeş! Mazidə böyük mənalı, ümid məkanı! Hal-hazırda zəlil,həqir, sərgərdan qalmış!İki ay bundan müqəddəm hökmü rəvan,müstəqil soltan hal-hazırda dilsiz, fikirsiz, əlləri qoynunda oturub dəvət olunmamış qonaqların təkliflərinə  “bəli-bəli” deyir...On iki milyon nüfuslu Mərakeş yer cəhətcə Yapondan iki dəfə, Almaniyadan bir dəfə yarım böyük olarkən,indi...

Əcəba! Quzgunlar ölü ruhsuz cəmdəyin üstə yıgılırlar. 12 milyon Mərakeş ərəblərini ruhsuzmu hesab edirlər? Ya köməksiz görüb ruhunumu puç etmək istəyirlər? Yox,cənab quzgunlar! Səhv edirsiniz,hal-hazırda şikarınızda olan mərakeşlilər Kordova igidlərinin ( bu anda  711-ci ildə İspaniyanı fəth edən və Avropanın cənubunda Kordova adlı islam xilafəti yaradan müsəlman sərkərdə Tariq bin Ziyadı və  dünya memarlıq xəzinəsinin böyük nümunəsi olan məşhur Kordova məscidini xatırlayıram.  Sonralar sərkərdənin adı verilmiş və “Tariqin dagı” anlamını verən bogazın adı Cəbəllütariqdir - Reyhan Mirzəzadə) nəvə, nəticə, kötükcəsidirlər! Bunları asanlıq ilə puç etmək olmaz! Sizin “ədalətinizi” görəndən sonra öz başlarına çarə qılarlar...Dəyənəyin iki başı olar...Bir başı cəmdəyə dəyəndə,o biri başı cəmdəyin üstə oturan quzgunlara dəyər...”

Sultanməcid Əfəndiyev də bir azərbaycanlı kimi Mərakeşin halına acıyıb yazırdı:”...Fransa sərmayədarları da İngiltərə,İspaniya, Germaniya sərmayədarlarilə ittifaqda sərvəti-təbiisi istifadə olunmamış və camaatı əcirlənməmiş Marokkonun (Mərakeşin) sinəsinə minmiş,öz şikarlarını bölməyə qədəm qoymuşlar...”

Daha sonra S.Əfəndiyev tərəqqipərvər mətbuatın məqaləsindən sitat gətirib əlavə dir:”...Hamı millətlərin sərmayədarlarının qabagında Marokkonun qapıları  açıqdır,hamı sərmayədar üçün sənət,ticarət və mavrları(Mərakeş ərəblərini) sərmayə zənciri altında əcir etmək sərbəstdir: məlumdur ki, Mərakeşin sahibləri olan ərəblərdən izin və filan almaq istəmirlər...”

İkinci Dünya müharibəsi qurtardıqdan sonra dünyanın bəzi regionlarında oldugu kimi, Şimali Afrikada da atəş kəsilmədi.Qan axıdılması dayanmadı.Hələ 19-cu əsrin axırlarında müstəmləkəçi dövlətlər Mərakeş üstündə bir-biri ilə şiddətli mübarizə aparmaga başlamışdılar.Mərakeş üstündə gedən dava hər şeydən əvvəl Mərakeşin hərbi-strateji mövqeyinin əlverişli olması idi.Xatırladım ki, Mərakeş Misir və Sudandan sonra üçüncü böyük ərəb dövlətidir. Ölkə şimaldan Aralıq dənizi,qərbdən Atlantik okeanının suları  ilə (bu imkan balıqçılıgın inkişafına xeyli təsir göstərir) əhatə olunub.Bundan başqa,krallıgın ərazisindən çoxlu çaylar axır.

Mərakeş Afrikanı Avropa, Yaxın Şərq və Amerika ilə birləşdirən əsas ticarət marşrutlarının kəsişməsində yerləşir.Bu cografi mövqe isə Mərakeşin regionun ixrac mərkəzinə dönmək imkanlarının böyük olduguna zəmanət verirdi.

İmperialistlər Mərakeşin  zəngin faydalı qazıntı yataqlarına da göz dikmişdilər. Fosfat (hazırda fosfat turşusunun satışına görə Mərakeş dünyada birinci yeri tutur),kobalt,manqan ehtiyatlarına görə ölkə öncül sıralarda idi. Digər təbii sərvətləri kömür,qurguşun,dəmir filizi,gümüş və mis də öz yerində. Ölkə ərazisinin geniş münbit torpaqlara malik olması imperialistlərin diqqətindən yayınmırdı.

Mərakeş üstündə gedən mübarizə 1905 və 1911-ci illərdə iki dəfə son dərəcə kəskinləşərək, hərbi münaqişə dərəcəsinə çatmışdı.Lakin 1912-ci ilin əvvəllərində imperialist dövlətlər öz  aralarında sazişə gələ bildilər və martın 30-da Mərakeş ərazisi fransız qoşunları tərəfindən işgal edildi.Ölkənin sultanı Şərif İmperiyasının (Mərakeş dövlətinin o vaxtkı rəsmi adı) Fransa protektorluguna çevrilməsi haqqındakı müqaviləni imzalamaga məcbur oldu.

   İllər ötdü, Mərakeşlə, Afrika ilə bərabər, Nərimanov, Əfəndiyev kimi şəxsiyyətlərimizin simasında bütün Azərbaycan xalqının da arzuları çin oldu. 1956-cı ildə qardaş ölkənin taleyinə azadlıq,müstəqillik günəşi dogdu.

Afrika materikinin şimal-qərb hissəsində islam dövləti olan Mərakeş, ərəb dilində əl-Məgrib, tərcümədə yəni “qərb”,yaxud Məgrib əl-Əksa, yəni “Uzaq qərb” deməkdir.Ölkənin tam rəsmi adı-Mərakeş Krallıgı ərəb dilində Əl-Məmləkə Əl-Məgibiyyə adlanır. Əhalisinin sayı 34 milyon nəfərə yaxındır.

Qeyd etdiyim kimi,Mərakeş  Fransa tərəfindən işgal edilib,1912-ci ildən 1956-cı ilə qədər Fransanın protektoratı (yəni müstəqilliyini formal olaraq saxlayan zəif dövlətin daha güclü dövlətdən faktiki asılılıq forması) olub. Həmin illərdə ölkəyə kral Sultan Məhəmmd rəhbərlik edib. Onu 1961-ci ildən oglu II Həsən əvəz edib və o da 38 il Mərakeşin kralı olub.

II Həsən Yaxın Şərqdə sülhün bərqərar olunması naminə çox işlər görüb və dünyanın  siyasi liderləri arasında özünəməxsus nüfuz  qazanıb.

Onun vəfatından sonra 1999-cu il iyul ayının 30-da  oglu VI Məhəmməd hakimiyyətə gəlir. Hər il bu tarixi, taxt-tac gününü xalq böyük sevinclə qeyd edir.  Həmin gün ölkədə hərbi parad və bayram konsertləri  keçirilir, kralın xalqa müraciəti olur.

Tam adı Məhəmməd ibn əl-Həsən bin Məhəmməd olan kral VI Məhəmməd 21 avqust 1963-cü ildə Mərakeşin paytaxtı Rabat şəhərində anadan olub. Kral II Həsən və onun xanımı Lalla Lətifə Hammanın böyük oglu,ailənin ikinci övladıdır.O,ilk təhsilini 4 yaşında ikən Quran məktəbində alıb. Öz ölkəsində hüquqi sahədə bakalavr təhsili alan VI Məhəmməd,daha sonra təhsilini Fransada,Nitssa Sofiya Antipolis Universitetində davam etdirib. 1666-cı ildən etibarən Mərakeşdə hakimiyyətdə  olan Alauitlər sülaləsinin  23-cü monarxı, 3-cü kralıdır.

Hakimiyyətə gələndən sonra  yeni kral ölkədə bir sıra siyasi, iqtisadi və sosial liberallaşma kursuna üstünlük verdi. Kral VI Məhəmmədin ilk əsaslı islahatı  “Mudavana” qanunu hesab edilir.Bu qanun qadınlara daha çox hüquqi imkanlar verdi.”Mudavana” qəbul olunarkən dini mühafizəkarlar etirazını bildirsələr də,müqəddəs Quranın prinsiplərini əlində rəhbər tutan kral,belə hüquqların qadınlara Quranda da verildiyini nümunə göstərdi.

Hakimiyyətdə oldugu müddətdə kral eyni zamanda kasıbçılıqla mübarizə apararaq,”kasıbların hamisi “ titulunu qazanmışdır. 2003-cü ildə Kasablankada törədilmiş terror hadisələrindən sonra hakimiyyət ekstremistlərə qarşı həlledici addımlar atmaga,terrorizmə qarşı yeni mübarizə qanunları tətbiq etməyə başlamışdır. ABŞ Mərakeşin iqtisadi,siyasi cəhətdən stabilliyini,konstruktiv mövqeyini qiymətləndirərək, ölkəyə “ NATO xaricində tərəfdaş” statusu vermişdir.

2011-ci ildə kral VI Məhəmməd ölkədə Konstitusiya islahatları aparılması istiqamətində parlamentin, Baş nazirin səlahiyyətlərinin, məhkəmə sisteminin müstəqilliyi zəmanətliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi zəminində xeyli işlər həyata keçirmişdir. Korrupsiyaya qarşı mübarizə gücləndirilmişdir. Bərbər dili ərəb dili ilə bərabər rəsmi status almışdır.

Kral 2002-ci ildə xanım Lalla Salma Bennani ilə ailə həyatı qurub.Lalla xanım ixtisasca informasiya texnologiyaları mühəndisidir. 2003-cü ildə ailənin ilk ogul övladı Mulay Həsən, 2007-ci ildə qız övladı Lalla Xədicə dünyaya gəlib.

Bu gün Mərakeş istər iqtisadi,istərsə də elmi,mədəni,siyasi və sosial sahələrdə günü-gündən inkişaf etməkdədir. Ölkənin iqtisadi modeli liberalizm,şəffaflıq və struktur islahatlara meyllilik kimi xüsusiyyətləri özündə cəmləşdirir ki, bu da ölkə iqtisadiyyatının daxili və beynəlxalq kontekstdə möhkəmliyini təmin edir. Ötən il  xarici sərmayənin həcmi 4 milyard ABŞ dolları təşkil etmişdir. Xarici sərmayənin həcminə görə Mərakeş Afrika qitəsində Cənubi Afrika Respublikasından sonra ikinci yeri tutur.İnflasiya 2 faiz səviyyəsindədir və işsizlik 8,9 faiz təşkil edir.

Dost  ölkədə günəş enerjisindən istifadə etmək üçün artıq iki günəş stansiyası istifadəyə verilib,  iki stansiya da tikilmək üzrədir. Buna paralel olaraq külək enerjisindən istifadəylə baglı layihə üzərində iş gedir. Neft-qaz sahəsində 20-dən çox xarici şirkət Mərakeşdə fəaliyyət göstərir. Bu sahə üzrə birgə əməkdaşlıga dair Azərbaycan Dövlət Neft Şirkəti ilə də danışıqlar  aparılıb.

Krallıq eyni zamanda cəlbedici turist məkanıdır. Statistikaya görə, keçən il 10 milyon nəfərdən artıq turist ölkəni ziyarət edib. Hazırda turistlərin sayının 20 milyon nəfərə çatdırılması üçün bir sıra layihələr həyata keçirilir. Mərakeş eyni zamanda bir çox mədəni və bədii festivallara ev sahibliyi edir ki, bu da ölkəyə gələn çeşidli turistlərin həm bu festivallardan,həm də Mərakeşin əsrarəngiz, füsunkar təbiətindən zövq almaqlarına xidmət  edir.

Mərakeşin Kasablanka şəhəri  Şimali Afrikanın aparıcı ticarət şəhəri olmaqla bərabər, eyni zamanda krallıgın işgüzar, maliyyə və sənaye paytaxtıdır. Atlantikanın iri limanı buradadır. Kasablankada xeyli tarixi, dini və müasir abidələr mövcuddur. Bu abidələr həm də gözəl memarlıq və zəngin incəsənət nümunələridir.

Şəhərin ən əzəmətli abidələrindən biri  20 ildən artıq kral II Həsənin şəxsi memarı olan görkəmli  fransız  sənətkarı  Mişel Pinsonun inşa etdiyi  II Həsən Məcid məscididir. Tikintisi dörd il sürən məscid 1993-cü ildə istifadəyə verilib. İnşasına 800 milyon ABŞ dolları xərclənib. Böyüklüyünə görə Məkkə məscidindən sonra ikinci məsciddir. Minarəsinin hündürlüyü 200 metrdir. Binada kitabxana və Milli Muzey də yerləşir.

Müasir Kasablanka  Afrikanın Qahirədən sonra ikinci böyük şəhəridir. Cənubi Avropa şəhərlərinə bənzəyən bu şəhər orta əsrlərdə çox varlı idi və Ənfa adı ilə tanınırdı. 1468-ci ildə portuqaliyalılar şəhəri dagıtdı,şəhər 1515-ci ildə bərpa olundu. 1755-ci ildə baş verən güclü zəlzələdən sonra həmin dövrdə sultan Sidi Məhəmməd bin Abdallahın rəhbərliyi ilə şəhər yenidən salınaraq  Dər-əl Beyda ( ərəbcə “Ag ev “, ispanca “ Kasablanka” ) adlandırıldı. İkinci Dünya  və Böyük Vətən müharibəsinin qızgın dövründə  antihitler koalizasiyasının, ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın Baş naziri Uinston Çörçil arasında,həmçinin 1961-ci ildə müstəqil Afrika ölkələrinin rəhbərləri tərəfindən keçirilən ( onu da deyim ki, Asiya qitəsi ərazisində müstəmləkə agalıgı məhv edildikdən sonra müstəmləkəçilərə qarşı mübarizə alovları imperialistlərin son dayagı olan Afrikanı da bürüdü. İngiltərədə çıxan “ Deyli meyl “ qəzeti 1948- ci ildə yazırdı:“Ola bilsin Afrika bizim son pənahımızdır.” Lakin həyat imperialistlərin bu son ümidini puça çıxardı.  Afrika xalqları  böyük mübarizə yolu ilə müstəmləkə agalıgından xilas oldular – R.Mirzəzadə)  konfransın  məhz  Kasablankada baş tutmasını da xatırlamamaq mümkün deyil.

Dünyanın ən qədim universiteti sayılan Əl-Qarauin Universiteti Mərakeşin Fəs  şəhərində yerləşir. Bura islam dünyasının ən tanınmış təhsil müəssisələrindən biridir. Ginnesin rekordlar kitabının tərtibçiləri onu dünyanın fasiləsiz fəaliyyət göstərən ən qədim ali təhsil müəssisəsi hesab edirlər. XII əsrdən başlayaraq həmin universitetdə İbn Xəldun, İbn Bitruci, İbn Xarəzm, İbn Vəzzən, hətta deyilənə görə ərəb rəqəmlərini Avropaya aparan, orta əsrlərin böyük alimi,  kilsə xadimi  Papa  II Silvestr kimi məşhur adamlar təhsil alıb,dərs deyiblər. Bu universitetin yetirmələri müxtəlif fəlsəfi- estetik cərəyanlara aid olan şair və filosoflar İbn Rüşd, İbn Tüfeyl, İbn Zühr sonradan ümumislam mədəniyyətinə və elminə böyük töhfələr vermişlər.

Mərakeşdə hər il 600-ə qədər yeni kitablar çap olunur. Məhəmməd Şükri, Tahar Bəncəllun, Dris Şraybi, Fuad Lauri, May Binebin, Racaye Benşemsi, Əbdellətif Laabi, xanım yazarlardan Hana Bennun, Malikə Əl- Asimi, Leyla Əbuzeyd və s-nin əsərləri Avropada və digər regionlarda  sevilə-sevilə oxunan  kitablardır. Amerikanın məşhur yazıçı,dramaturq və bəstəkarları Pol Boulz, Tennesi Uilyams, Cek Keruak, Uilyam Berrouz və başqaları bir müddət Mərakeşdə yaşayıb-yaradıblar. 2009-cu ildə Azərbaycanda Mərakeş mədəniyyəti günləri keçirilərkən dost və qardaş ölkənin şairlərindən Həsən Nəjmi, Əhməd Bərəkət və Bakouri Əl-Əminə ölkəmizin qonagı olmuş, ictimaiyyətimizin nümayəndələri, ziyalılarımız,şair və yazıçılarımızla bir sıra görüşlər keçirmişlər.

Mərakeş ecazkar turistik ölkə kimi,dagları,dənizi,səhrası,yaşıllıqları ilə turistləri ilboyu özünə cəlb edir. Bundan başqa,Mərakeş dünyanın hər yerindən gələn məşhur sənətçilərin, ifaçıların,rəqqasların iştirakı ilə böyük beynəlxalq festivallar təşikl edir. Festivallar mövzusuna görə ayrı-ayrı şəhərlərdə keçirilir. Beləki, dini musiqilər Fəsdə, caz  Es Suveyra, Rabat və Tanjerdə, pop, rap və digər musiqilər Kasablankada, amazinq, yenə caz Aqadirdə, ərəb və milli musiqilərin təqdimatı isə Rabatda keçirilir. Həmçinin Rabat, Aqadir, Mohammedia, Kasablanka və Mərakeş şəhərlərində keçirilən qolf turlarına  axın edən bütün dünya qolf azarkeşləri üçün də Mərakeş sevimli ölkədir.

Yəqinki Azərbaycanda az adam tapılar ki,  iqamətgahı Mərakeşdə yerləşən İSESCO- İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatını tanımasın.Bu təşkilat xalqımızın mənafeyi naminə dostluq və qardaşlıq köməyini əsirgəmir. Dünyanın 51 ölkəsini  birləşdirən İSESCO çox nəcib,humanist bir ideyanı həyata keçirir. 1979-1980-ci llərdə yaradılan təşkilatın başlıca məqsədi dünya ölkələrinin elm,təhsil və mədəniyyət sahələrində əlaqələrinin yaradılması və xalqlararası dialoqun qurulmasıdır.  İSESKO öz fəaliyyətini sırf müsəlman ölkələri ilə məhdudlaşdırmır.O, əhalisinin tərkibində müsəlmanların sayı az olan ölkələrlə də sıx əməkdaşlıq edir,elmin,mədəniyyətin və təhsilin inkişafı üçün proqramlar hazırlayır. İSESCO-nun fəaliyyətinin mühüm istiqamətlərindən biri də müharibə ilə üzləşmiş müsəlman dövlətlərinin zəngin tarixi irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.

Azərbaycan Təhsil Nazirliyinin İSESCO ilə birgə əməkdaşlıgı çərçivəsində Azərbaycanın görkəmli şərqşünas alimi Aida xanım İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri “  kitabı ərəb dilinə tərcümə edilərək, İSESCO tərəfindən çap olunub. 2006-cı il noyabrın 23-də Heydər Əliyev Fondunda kitabın təqdimat mərasimi keçirilib.  Mərasimdə həmçinin Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Parlamentinin deputatı Mehriban xanım Əliyeva dünyəvi sivilizasiyaların bir-birinə yaxınlaşmasındakı xidmətlərinə görə İSESCO-nun da xoşməramlı səfiri adına layiq görülüb. ”Mehriban Əliyeva təşkilatın bu yüksək adına layiq görülmüş ilk qadındır “-deyə İSESCO-nun Baş direktoru doktor Əbdüləziz bin Osman Əl- Tüveycri Azərbaycanın birinci xanımına fəxri adın verilməsi haqqında diplomu ona təqdim edərkən bildirib. Qeyd edimki, bu təşkilatın xoşməramlı səfiri adına həmin vaxtadək islam dünyasının üç  görkəmli dövlət və ictimai xadimi layiq görülmüşdü.

Heydər Əliyev Fondu İSESCO ilə 2007-ci ildə əməkdaşlıq haqqında  sənəd imzalayıb. Həmin sənədə əsasən Azərbaycanda elm,təhsil və mədəniyyət sahəsində müxtəlif tədbirlər və layihələr həyata keçirilib. Bu çoxsaylı işlərin həyata keçirilməsində əlbəttəki Mehriban xanım Əliyevanın ölkəmizin,xalqımızın,gələcək nəsillərin tərəqqisinə verdiyi töhfələr əvəzsiz və danılmazdır.

2008-ci il idi. Bakıda “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009“ mədəniyyət  ilinə həsr olunmuş təntənəli mərasim keçirilirdi.  İSESCO-nun Baş direktoru Əbdüləziz  bin Osman Əl- Tüveycrinin çıxışındakı bu sözlər indiki kimi xatirimdədir : “Bu əziz ölkənin, çox istədiyim Azərbaycan ərazisinin müəyyən hissəsi erməni işgalı altındadır. Bir çox tarixi abidələr, dini məbədlər,muzeylər,mədəniyyət və sivilizasiya məkanları dagıdılıbdır. Biz İSESCO olaraq bunu qəti şəkildə pisləyirik. Biz beynəlxalq ictimaiyyəti bu gözəl ölkənin zəngin və şanlı tarixini qorumaq üçün öz konstruktiv rolunu oynamaga çagırırıq.” Bu anda o da yadıma düşür ki, Daglıq Qarabag problemi ilk dəfə beynəlxalq arenada 1994-cü ildə məhz Mərakeşdə keçirilən İslam Konfransı Təşkilatının zirvə toplantısında dilə gətirilmişdi. Azərbaycan ərazisinin dərhal  işgaldan azad olunması tələb edilmişdi. Həmin vaxt Azərbaycanın Prezidenti olan Ulu öndərimiz Heydər Əliyev orada ölkəmizin üzləşdiyi agır çətinliklərlə baglı çıxış etmişdi.

Azərbaycan həqiqətlərinin dünyaya yayılması və milli maraqlarının müdafiə olunmasında istər İslam Konfransı Təşkilatının,istərsə də İSESCO-nun böyük xidmətləri,xalqımıza misilsiz dəstəyi vardır. “İkinci Dünya müharibəsi zamanı bəşəriyyətə qarşı törədilən faciələr, vəhşiliklər və cinayətlər 1992-ci ildə Xocalıda və Daglıq Qarabagın digər ərazilərində təkrarlandı!..”-deyə Əbdüləziz bin Osman Əl-Tüveycri dəfələrlə Ermənistanı və ona dəstək verən işgalçı qüvvələrin əməllərini pisləyib və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün beynəlxalq birliyi erməni silahlı qüvvələrinin Azərbaycanın işgal olunmuş  torpaqlarından dərhal çıxarılması üçün lazımi addımlar atmaga çagırıb.

Azərbaycan tərəfdən cənab Tüveycrinin xidmətləri həmişə böyük ehtiramla qarşılanıb.Beləki elm,təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə cənab Tüveycri Heydər Əliyev Fondunun “Qızıl çinar“ beynəlxalq mükafatının 2011-ci il üzrə qalibi elan olunub.

Ölkəmizin Prezidenti möhtərəm İlham Əliyev də İSESCO-nun Azərbaycana olan münasibətini və bu mötəbər təşkilatın rəhbəri cənab Tüveycrinin fədakar fəaliyyətini yüksək qiymətləndirərərək, onu Azərbaycan dövlətinin “Şöhrət “ ordeni ilə təltif edib.

İSESCO-nun yaradılmasının 30 illiyi münasibəti ilə Mərakeş kralı 6-cı Məhəmmədin dəstəyi ilə təşkilatın mənzil-qərargahında keçirilən yubiley mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin İSESCO-nun  Xatirə Qızıl Medalı ilə təltif olunması bildirilib.Medal və “İSESCO: 30 ilin nailiyyətləri“ adlı kitab ölkəmizin rəhbərinə çatdırılması üçün krallıqdakı səfirimiz və İSESCO-dakı daimi nümayəndəmiz S.Agabəyova təqdim olunub.

Azərbaycan və İSESCO arasında sıx əməkdaşlıq bu gün də parlaq şəkildə davam edir.Bir çox layihələrin həyata keçirilməsi ugurla davam edir. Ölkəmizdə dinlərarası münasibətlərdə mövcud olan tolerantlıgın ən yüksək səviyyəsinə məmnunlugunu bildirən Əbdüləziz bin Osman Əl-Tüveycri bunu dünyada nadir rast gəlinən nümunə kimi qiymətləndirib. Odur ki, İSESCO, Azərbaycanda yaradılması həyata keçirilən Tolerantlıq Mərkəzinin həmtəsisçisi olmaqla da bu müqəddəs işə  köməyini  əsirgəmir.

Bütün bu qardaşlıq missiyalarının həyata keçirilməsində Mərakeşin Azərbaycandakı xalqımızın dostuna çevrilən səfiri cənab Həsən Haminin əməyini unutmaq olmaz. Onu əlkəmizdə çox sevirlər. Dəyərli ziyalı,səmimi insan,həm də istedadlı qələm sahibidir. Bakıda işlədiyi vaxt yaradıcılıgından da qalmayıb. Xeyli kitablar ərsəyə gətirib.Kitablarda maraqlı süjetlər,azərbaycançılıq motivləri də məhəbbətlə əksini tapıb.

Xalqımızın etibarlı dostu qardaş Mərakeş və mərakeşlilərin milli bayramı ərəfəsində  duygularımı sevimli oxucularımla paylaşmasaydım, inanın, rahatlıq tapa bilməzdim. Bu gözəl ölkə,onun əzəməti,simaları haqqında bir qəzet səhifəsinə sıgacaq nəsə deməyi bacardımsa, deməli,qürur hissi yaşamaga haqqım var. Yalnız o zaman ki, mövzu ilə baglı yazılarım davam etsin. Bu qardaşlıga töhfələrimi bəxş etməkdə mən də özümü borclu sanıram.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM