Etiqadın gücü

11:06 / 22.07.2014

Zöhrə Əsgərova

Yazıçı-publisist

Dövlətin əsas vəzifələrindən biri dövlət və din arasındakı pozitiv proseslərin tənzimlənməsidir. Tarixdən məlumdur ki, Qafqazda islamın  yayılması və inkişafı Azərbaycanla bağlıdır. Bu gün də “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ərazisində yaşayan hər bir vətəndaşa maneəsiz  öz dinini ifadə etmək hüququnu verir. Lakin XIX əsrin ortalarından etibarən  Azərbaycanda  islam dini necə təbliğ edilirdi?

2007-ci ildə nəşr olunan Azərbaycan Milli Ensiklopediyasına müraciət edək: “1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə Xarici İşlər  Nazirliyinin əməkdaşı N.Xanıkov “Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə” layihəsini hazırlamışdı. Layihə bütövlükdə  bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı...Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. “Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında əsasnamə”  Dövət Şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 1872-ci il aprelin 5-də təsdiq edildi...1920-ci ildə Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan sonra şeyxülislamlıq  təsisatı ləğv edilir, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti  bağlanır...SSRİ dağıldıqdan sonra sovet məkanında  mövcud olan bütün müsəlman təşkilatları  böhrana  məruz  qaldığı, parçalandığı halda Zaqaqfqaziya Müsəlmanları Ruhani İdarəsi öz fəaliyyət dairəsini daha da genişləndirmişdir”.

Qısaca da olsa keçən əsrin əvvəllərində islam dini ilə bağlı yaranan problemlərə, tarixi hadisələrə həqiqət işığında yanaşaq. Tarixçilər çox vaxt öz millətinə, dininə müxtəlif  fəndlərlə haqq qazandırmaq üçün həqiqəti kor etməyə hazırdırlar. Xüsusilə, əsrlər boyu Azərbaycana qarşı yönələn əsassız ittihamlar, yalana xidmət edən təbliğatlar bu gün də bizim iqtisadi, mədəni tərəqqimizi gözü götürməyən qüvvələrin uydurmalarıdır. P.B.Rıbakovun və L.B.Alaevin  redaksiyası əsasında Rusiyanın Elmlər Akademiyasının Şərqşünaslıq  institutunun  2006-cı ildə nəşrə hazırladığı “Şərqin tarixi” adlı kitabın V cildində  Azərbaycan Qafqazda təcavüzkar ölkə kimi təqdim edilmişdir. Tarixi hadisələr 1914-1945-ci illəri əhatə edir.  Alimlər qaranı ağdan seçmək istəməyəndə, tarixin başına cörab hörəndə gələcək nəsillər üçün ən pis, ən ədalətsiz miras qoyub gedirlər. Hadisələr 1918-20-ci illəri əhatə edir. Kitabdan oxuyuruq: “...Azərbaycan eyni  zamanda  Naxçıvan və Dağlıq Qarabağ uğrunda Ermənistanla, Axaltsixe, Axalkalaki  üçün Gürcüstanla döyüşüb. İngiltərənin köməkliyi ilə Dağıstana da göz dikib, çünki Denikinin Rusiyanı birləşdirmək planlarının həyata keçə bilməyəcəyinə ümid edirdi....” Belə çıxır ki, regionda qonşu olkələrin dinc həyatına haram qatan yalnız Azərbaycandır. Kitabda daha sonra oxuyuruq: “...Osman hakimiyyəti 1915-ci ilin yazında erməni xalqına qarşı qenosidə başladı. 1915-ci ildə misli görünməyən genosidlə bağlı Ermənistanın tarixi qərb hissəsində ( Ərzurum, Van gölü ətrafı və s. sahələr) erməni əhalisi demək olar ki, yox oldu.”  Şərqşünaslıq institutunun tarixi faktlara belə qeyri-obyektiv münasibəti tarix qarşısında ən böyük günahdır. Ermənistana məxsus olmayan xəritəni əsassız iddialarla ağ vərəqlərdə “yaratmaq”, onun “hüdüdsuz” sərhədlərini genişləndirmək cəhdi nə vaxta qədər davam edəcək? Qiyamət  günü bu yalanlarla  Allah qarşısında necə dayanmaq olar?  Axı, əməl dəftərində əməlləri yazan  mələklər heç kimin yalan danışmasına  imkan verməyəcək. Atalar sözüdür, yalan ayaq açar, amma yeriməz.  Həmin kitabda qeyd edilir ki, 1916-cı ildə rus ordusu osman ərazilərinin dərinliklərinə doğru irəliləyərək Ərzurumu aldı...və s. Kitabı diqqətlə oxuyanda  Ermənistanın tarixi ərazisi kimi  təqdim edilən Ərzurumun əslində  osman ərazisində yerləşməsi məlum olur. Düz deyiblər ki, yalançının yaddaşı olmaz. Ümumiyyətlə, “Şərqin tarixi” kitabında türk mıllətinə qarşı aqressiv, mənfi mövqe özünü qabarıq göstərir. Onu oxucunun gözündən hərtərəfli salmaq üçün kitabın müəllifləri  “böyük zəhmət” çəkmişlər. Siyasətin də içində müdriklik, uzaqgörənlik daha çox  olmalıdır. Sabah o siyasət bumeranq  kimi özünə qayıtmasın. Genosid qurbanı kimi dünyaya car çəkən ermənilərin bu iftiradan savayı başqa ölkə daxili problemləri yoxdur? Miskin, yazıq görkəmi almaq heç bir xalqa baş ucalığı gətirmir. Öz  gələcəyini  düşünən dövlət hər il öz tarixi qələbələrini bayram edir, qonşu dövlətlərlə  mehriban,  diplomatik  əlaqələr saxlayır. Atalar demişkən, axı, yaxın qonşu uzaq qohumdan yaxşıdır.

Fikirlər məni nədənsə tarixin ən qədim ünvanına apardı. Eramızdan əvvəl II minillikdə müqəddəs Nil sahillərində yaşayan qədim xalqlara məxsus ədəbiyyat sahəsi ilə tanış olanda  xüsusilə,  kitaba verilən ən böyük tərifi dönə-dönə oxudum. Şeirin məzmunu təxmini belədir: "Başdaşı yazılarından, möhkəm divarlardan kitab yaxşıdır. Kitabda yazılanlar ürəklərdə imarətlər, piramidalar ucaldır. Dillərdə həqiqət ucalsın deyə, səlnaməçilərin adı təkrar çəkilir". Zaman kitabı deyil, kitab zamanı öz içində yaşatmağa qadirdir.  Məhz buna görə dillərdə həqiqətin ucalması səlnaməçinin, tarixçilərin vicdan və əqidəsindən çox asılıdır.

Tarixi kitablar, dini kitablar, dərsliklər vasitəsi ilə xalqlar arasında soyuq müharibələr, ədalətli, obtektiv  fikirlərlə sülh də yaratmaq olar. Bu, asılıdır dövlətin, ictimai təşkilatların yürütdüyü  siyasətdən.

Öz ruhani fəaliyyətində  dinlər arasında sülhə xidmət edən  yüksək nümunəyə layiq olan rus keşişi  Aleksandr Meni xatırlamaq yerinə düşər. O, həmişə müxtəlif din nümayəndələrini qarşılıqlı ehtiramla fikir mübadiləsi aparmağa dəvət edirdi: "Allaha  doğru gedən yol hər bir insanın öz sirridir. Heç kim öz yolunu başqalarına israr etməməlidir. ..Əlbəttə, dini təsəvvürlər arasında prinsipial fərqlər qalmaqdadır. Lakin buddaçılar, müsəlmanlar, xristianlar, konfutsiçilər Allahın ali varlığını təsdiq edirlər...20-ci illərdə ekumenizm hərəkatı baş vermişdi. Müxtəlif xristian təriqətləri olan pravoslav, katolik və protestantlar arasında  yaxınlıq və qarşılıqlı anlaşma yaranmağa başlamışdı. Təəssüf  ki, mənəvi  səviyyəsi aşağı olan insanlar həmişə rəmzi düşmən obrazı yaratmağı bacarırlar..."

Təəssüf ki,  Daniil Sısoyev kimi pravoslav  din xadimi isə xristianlığın əsas məqsəd və vəzifəsini  islam dininə qarşı  mübarizədə  öz kəskin çıxışlarıyla sübut etməyə çalışmışdı. Məsələn, Aleksandr Men və Daniil Sısoyevi ayrı-ayrılıqda dinlədikdən sonra xristian dini, İsa peyğəmbər haqqında, ümumiyyətlə, insan dəyərləri, əxlaqı haqqında müxtəlif təəssüratlarla üz-üzə qalırsan. Yeri gəlmişkən, Daniil Sısoyevin islam dininə, Məhəmməd peyğəmbərə olan neqativ fikirləri üzərində az da olsa dayanaq. Onun "Məhəmməd peyğəmbər kimdir?" mühazirəsi geniş dinləyici auditoriyası üçün nəzərdə tutulmuşdu. O sübut etmək istıyirdi ki, Məhəmməd peyğəmbərə Allanln vəhyi baş mələk həzrəti Cəbrayıl tərəfindən deyil, qara bir qüvvənin, şeytanın əməlidir. Çünki peyğəmbərin eşitdiyi səs çox zəhmli və sərt olub, amma Həzrəti Cəbrayıl Məryəmlə, qohumu Zəkəriyyə peyğəmbəri ilə çox mülayim danışıb. Əgər Daniil Sısoyevin dediyi kimi, Quran şeytan tərəfindən nazil olubsa, niyə səmavi kitabda insanın düşməni sayılan şeytan və cinlərə qarşı ayələr var. Məgər onlar insanları ədalətə, xeyirxahlığa dəvət edə bilərlər? Quranda qiyamət günündə cəhənnəm qapıları kimlərin üzünə açılacaqdır? Mömin və xeyirxah insanlarınmı? Sısoyev Quranın surələrini mükəmməl bilmədiyi halda heç bir məntiqə sığmayan fikirlər  söyləyir. Heç, şeytan da insanları cəhənnəmlə qorxudarmı? Maddi dünyanın üstünlüyünü hər vasitə ilə önə çəkər. Qurani-Kərimin 114-cü “Nas” surəsinə nəzər salaq: “(Ya peyğəmbər!) De, pənah aparıram insanların Rəbbinə! İnsanların ixtiyar sahibinə. İnsanların Tanrısına. Vəsvəsə edən (Allahın) adı çəkiləndə isə qorxusundan qaçıb gizlənən şeytanın  şərrindən. O şeytan ki, ürəklərinə vəsvəsə salır. (O şeytan  istər cinlərdən olsun, istər insanlardan.)”

Daniil ata “ Quran Allahın sözü olduğunu iddia edə bilərmi?”  məqaləsində məntiqdən, həqiqətdən uzaq fikirlərin diyününə düşür. O, Quranı heç bir vəchlə İncilin mükəmməl məzmunu, çümlələri, yunan şairlərindən Homer, Esxil, Sofoklun əsərləri ilə də müqayisə etmək istəmir. Guya, Quranın mənəvi səviyyəsi  nəcib Avropa səviyyəsinə ucala bilmir.

Fikilərimizi dahi Füzulinin “Mətlə ül Etiqad” əsəri ilə davam edək: “...bütün peyğəmbərlərin  peyğəmbərliyinin sübutu müəyyən möcüzələrdən ibarət olmuşdur. Lakin o peyğəmbərlərdən  sonra həmin möcüzələrdən  heç bir əsər  qalmamışdır. Halbuki bizim peyğəmbərin möcüzələrindən biri  olan Quran peyğəmbərdən  sonra olduğu kimi  qalmış və bütün zamanlar üçün  qiyamət gününə qədər olan  peyğəmbərliyinin şahidi olaraq qalacaqdır. Beləliklə, möcüzəsi daha artıq yaşayan və daha sabit olan (peyğəmbər) hamısından üstündür.”

Daniil Sısoyev  “Məhəmməd peyğəmbər kimdir?” məqaləsində özünəməxsus  sarkazmla yazır: “İncil” ibrani, aramİ, qədim yunan dillərində yazılıb. Bu üç dil yaşayan canlı dillərdir. Bu üç dil bütün dünyanın universitetlərində, məktəblərində öyrənilir, nəinki qureyşlilərin ərəb dili. Bu cəhətdən Quran İncillə  müqayisədə geridədir. Ona görə də müsəlmanlar məcburdurlar ki, öz yanlış fikirlərinə bəraət qazandırmaq üçün “Allah” sözü altında alovun, terrorun, qətllərin vasitəsi ilə mübarizə aparsınlar...Quran ərəblər və cinlər üçün nəzərdə tutulmuşdur.” Bir sözlə, D.Sısoyevin fikrincə, Pravoslav kilsəsindən kənarda insanlar qurtuluş tapa bilməzlər. Nədənsə, o, "İncil"də yazılanları unudur. "Mühakimə etməyin ki, mühakimə olunmayasınız. Çünki nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız; və hansı ölçü ilə ölçsəniz, o ölçü ilə sizin üçün  ölçüləcəkdir." Ən dürüst qanun budur ki, insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla  elə rəftar edin.”

Quranın “Bəqərə” surəsinin 62-ci ayəsində deyilir: “Şübhəsiz ki, möminlərin, yəhudi, nəzrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.” Qurani-Kərimdə müxtlif dinlərə mənsub insanlar haqqında heç bir ayrı-seçkilik  olmadan  möminlərin Allah tərəfindən mərhəmət göstəriləcəyinin şahidi oluruq.

Hər bir apologet öz mənəviyyatının, dünyagörüşünün hansı səviyyədə, hansı keyfiyyətdə olduğunu aydın nümayiş etdirir. Nifrətlə, inkarla həqiqətə güzgü tapmaq qeyri-müükündür. Nikolay  Kuzanski  panteizmi inkişaf etdirən görkəmli  alim, katolik din xadimi kimi nəinki yaşadığı dövrdə, bütün əsrlərdə humanist filosof kimi yadda qalmışdır.

1453-cü ildə Nikolay Kuzanski “Etiqadın razılığı haqqında” kitabını başa çatdırır. Dünyanın bütün şüurlu insanlarını birliyə təcavüz yolu ilə deyil, bir-birinə ehtiramı gözlməklə nail olmasını əsərində qeyd edir. 10 ildən sonra isə xristian və islam dini arasındakı oxşarlıqdan danışır.O. şərq və qərb xristian kilsələrinə dialoqa, islam ölkələri ilə barışığa dəvət edir. (“Superekumenizm” adlanır müxtəlif dinlərin rəhbərlərini dialoqa çağırmaq.) O, yazırdı: “ Yaradan Tanrı hər bir şeyin əsasını təşkil edir.Tanrının təkcə göydə olmasını düşünmək yanlış fikirdir. Tanrı heç yerdə və həmçinin hər yerdədir. Tanrı vahid və eyni zamanda nəhayətsizdir. Dünyanın yaradılışı da belədir.Tanrının yaratdığı kainatının nə mərkəzi, nə də sərhədi var. Fasiləsiz hərəkətdə olan kainatın nə aşağı, nə də yuxarısı var.O bütövdür, və onun müxtəlif hissələrində eyni qanunlar hökm edir.”

Kopt  pravoslav keşişi  Zəkəriyyə  Botros da din xadimi kimi dinlər arasında dialoqdan çox, qarşıdurmaya  üstünlük verir. Zəkəriyyə Botros, Daniil Sısoyev və onun kimi din xadimləri əgər Allahın vahidliyinə inana bilsəydilər, Allahın insana verdiyi böyük qiyməti lazımınca dəyərləndirməyi bacarardılar. Vaxtı ikən Misirdə yaşayan Zəkəriyyə Botros islam dininə qarşı qalmaqallı çıxışlarına görə,  vətənindən uzaqlaşıb, mühacirətdə yaşayır. Nədənsə o, öz müddəalarını Qurana əsaslanmadan, Məhəmməd peyğəmbərimiz (s.s.) haqqında mənbəsi şübhəli olan hədislərdən sitat gətirir. Guya peyğəmbərimizin qüsul aldığı suyu onun ətrafında olanlar içib, üzünə sürtürmüşlər. Axı, bu, hərəkət peyğəmbər tərəfindən  ona  iman gətirənlər üçün təhqir deyilmi? Onun bu əxlaqın  sahibi olduğuna heç kim inana bilməz.

Zəkəriyyə Botros yenə də qeyd etmək istəyirəm ki, Müqəddəs Quranı-Kərimdən deyil, hədislərə əsaslanıb Məhəmməd peyğəmbərə yaraşmayan keyfiyyətləri oxuculara, dinləyicilərinə aşılamağa çalışır. Quranın "Bəqərə" surəsinin 135-ci ayəsində deyilir:  "(Yəhudilər, xaçpərəstlər müsəlmanlara:) " Doğru yolu tapmaq üçün  yəhudi, yaxud da xaçpərəst olun!"- deyirlər.(Ya Rəsulum:) Sən de: "Biz batildən haqqa  tapınan (haqq  yolda  olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi."

Rus inqilabçısı, keçmiş SSSR-nin Elmlər Akademiyasının fəxri üzvü, yazıçı, Nikolay Morozov 1930-cu ildə  Moskva Dövlət nəşriyyatında çap olunan “İsa” kitabının müəllifidir. Əsərin giriş hissəsində qeyd edilir: “...mənə dönə-dönə deyilib: Əgər qədim tarixi əks edən materiallarımda həqiqəti təhrif edən sənədlər olsa, tarixi həqiqət fantaziyadan necə fərqlənə bilər?” Ağıllı adamların bu məsləhətinə baxmayaraq, N.Morozovun əsərdə yanlış informasiyalara yol verməsi, təəəssüf doğuran  acı faktlardan biridir. O, “həqiqəti” olduğu kimi deyil, görmək istədiyi kimi  təqdim edir. Kitabın ikinci hissəsinin birinci başlığı belə adlanır: “Quran nədir?” O, özünəməxsus inamla qeyd edir ki, Quran yəhudi-xristian İncilindən bəhrələnib. Bu kitab əxlaqi tövsiyələrin  xaotik toplusu, həmçinin İncildə adları qeyd olunan peyğəmbərlər haqqında rəvayətlərdən ibarətdir. Qurani-Kərimin “Qəsəs” surəsinin 44-cü ayəsində deyilir: “(Ya Rəsulum!) Biz Musaya vəhy etdiyimiz ( peyğəmbərlik  bəxş edib Firon əhlinin yanına getməsini buyurduğumuz) zaman  sən (Tur  dağının) qərb tərəfində  Musanı gözləyənlər arasında  deyildin. Sən( buna) şahid olanlardan da deyildin!  (Sənin yəhudilərə və ərəb müşriklərinə  bu xəbərləri doğru söyləməyin yalnız Allahdan nazil olan vəhylərdir!)

Daha sonra N.Morozov ən savadsız  suallarından  birini verir. “Quran harda yazılmışdır? O nə Məkkədə, nə də Mədinədə yazılmayıb. Guya coğrafi şəraitinə görə onlar mədəniyyət mərkəzlərindən biri ola bilməz. Sadəlövh təsiri bağışlayan Quranın himnlərində  (yəni surələri  demək istəyir) hələ də günəşə səcdənin qalıqları hiss olunur. “Alla” (Allah) yunan dilində Elios  “günəş” deməkdir.  

İslamda Amon-Ra, yəni Rə-Əman rəmzi Rəhman kimi qalmışdır. Rəhman Allah göyləri dirəksiz yaradaraq bütün  ərşi- ayı, ulduzları, günəşi özünə tabe etdi. Morozov başqa dinlərə mənsub insanlarda Quran haqqında yanlış təsəvvür yaratmağa çalışır. O, qeyd edir ki, Ouranın “Fatihə” surəsinin tərcüməsində “Əl həmdilillahı rəbbil aləmin” belə təqdim edilir: “De, Allah( Günəş Allahı).”  

Allah tərəfindən yaradılan hər şeyin bir əzəmətli, qüdrətli sahibi varsa, o da Allah özüdür. Onun təkcə “Var ol!” deməsi kifayətdir.  Məsələn, Quranın "Ənam" surəsinin 75-79-cu ayələrinə nəzər salaq: "Beləcə biz İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun. Gecənin qaranlığı onu bürüdükdə, o, ulduz görüb: "Bu, mənim Rəbbimdir",- dedi.O batdıqda isə: "Mən batanları sevmirəm",-dedi. Doğan ayı gördükdə: "Bu mənim Rəbbimdir",-dedi. O batdıqda isə: "Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış  adamlardan olardım",- dedi. Doğan günəşi gördükdə: "Bu mənim Rəbbimdir, bu, daha böyükdür",-dedi. O batdıqda isə dedi: "Ey qövmüm! Həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam! Doğrudan da mən, hənif olaraq üzümü  göyləri və yeri yaradana  çevirdim. Mən müşriklərdən deyiləm"."

N.Morozovu rahatsız edən suallar  çoxaldıqca, həqiqəti sübut edən geniş səviyyədə cavablar verməkdə acizliyi hiss olunur: “Gəlin araşdıraq, görək ki, Quran hansı dildə yazılmışdır? Bizə deyirlər ki, ərəbcədir, belə olduqda, səni məcbur edirlər  inanasan ki, o Səudiyyə Ərəbistanında yaranıb. Əslində bu, elə deyil...”Ərəb” sözünün özü xalqın, tayfanın adı deyil, islam dinini bildirir...mən ərəb dilini adicə olaraq, islamçı, yaxud qureyşli adlandıracağam...” Əvvəla Quranın zahiri deyil, batini məzmununu Morozov kimilər çətin qavraya. Vaxtı ikən ərəb dilində qureyş  ləhcəsi üstünlük təşkil etsə də  Quran nazil olduqdan sonra o öz əvvəlki mövqeyini, üstünlüyünü itirmişdi. Bir çox ərəb yazarları Quranın bəlağətli dili qarşısında öz acizliyini hiss etmişdilər. Ona bənzər yazılar üzə çıxartmaq istəyən bəzi ərəb şairlərinin isə canfəşanlığı, zəhməti hədər getmişdi.  Bu haqda Quranın “Yasin” surəsinin 69-cu ayəsində deyilir: “Biz ona (Məhəmməd əleyhissalama) şeir öyrətmədik və bu ona heç  yaraşmaz da (lazım da deyildir).”  Qurani-Kərimin dili olan ərəb dili qiyamətə qədər heç vaxt dünya tarixindən silinə bilməz. Allah o  dilə öz xeyir-duasını vermişdir. Həmçinin səmavi müqəddəs kitab hədis, fiqh üsulu, fiqh elmlərinin inkişafına səbəb olmuşdur.

Əgər “Qəsəs” surəsinin 57-ci ayəsini oxumaq  ona müyəssər olsaydı bir çox suallarına cavab alardı. "(Qureyşlilər) dedilər: “Əgər biz səninlə birlikdə haqq yolu (islam dinini) tutub getsək, (əksəriyyəti müşrüklərin əli ilə) yurdumuzdan  tezliklə didərgin salınarıq. “Məgər biz onları özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs)  bir yerdə ( Məkkədə) sakin etmədikmi? Lakin onların  əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin  qədrini) bilməz.”

Quranın “Nəhl” surəsinin 23-cü ayəsinə də müraciət etmək yerinə düşərdi: “ Bu (Quranın dili) isə açıq-aşkar bəlağətli, fəsahətli) ərəb dilidir.(Ərəblər  özləri Quranın dil, üslub  gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda  əcəmilər  bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?)” Şərqşünaslar qeyd edirlər ki, ərəb dilinin söz ehtiyatının zənginliyi onun özgə dillərdən az bəhrələnməsinin göstəricisidir.

Təəssüf ki, Morozov az qala özünü “peyğəmbər”  kimi göstərməklə, cəmiyyətə Quran haqqında “həqiqətlərini” sırımağa çalışırdı. Əslində sərt  təbiətə, çətin həyat şəraitinə  malik  ərazidə əhalidə nikbinlik, iradə, vahid Allaha iman aşılamaq,  xeyirlə şərin sərhədlərini fərqləndirmək vacib məsələlərdən biridir. Cənnət kimi yerdə yaşayan insana xoşbəxt olmağı öyrətməyə ehtiyac  varmı”?! Rus şairi, kulturoloq, teoloq, parlaq zəka sahibi  Dmitriy Şedrovitskiy “Nur saçan Quran” əsərində Məhəmməd peyğəmbəri  bütün peyğəmbərlərin möhürü hesab edir. Qurana onun layiq olduğu dəyəri verə bilir. Əsərdə deyilir: “Quranda həqiqi peyğəmbərlərin  ümumi təlim və məqsədləri açıqlanır və Quran bütün bəşər övladının Allaha doğru qayıtmasının həllini həyata keçirmək üçündür... Məhəmməd nəinki  özündən əvvəlki  peyğəmbərlərin mənəvi varisi həm də Allah qarşısında onların həmrəyidir...Qeyd edək ki,  Quran  məhz Məhəmməd peyğəmbərin elçiliyininin səbəblərini konkret bildirir...”  D. Şedrovitskiy həmçinin qeyd edir ki, Quran peyğəmbərimizə  Allah tərəfindən uzun illər ərzində hissə-hissə verilib. Erkən yazılan surələr Məkkədə, daha sonrakı surələr isə Mədinədə yazılmışdır. Müəllif “Peyğəmbər və peyğəmbərlik” şerinin sonunda  qeyd edir ki, məhz Quran Məhəmməd peyğəmbərin Allahın elçisi olduğunu  təsdiq edir.

Şərq mədəniyyətinin dəyərini bir daha üzə çıxarmaq üçün məhz qərbi Avropanın, Rusiyanın bəzi tərəqqipərvər ziyalıalrının yaradıcılığından, Qurana olan məhəbbətindən az da olsa, nümunələr gətirdik. Quranı, islamı öyrənməyə  P.Çaadayev, L.Tolstoy, V.Solovyov, P.Vyazemski, Q.Derjavin, A.Bestujev-Marlinskiy, A.Puşkin, M. Lermontov, N.Nekrasov, N.Qumilyov, İ. Bunin  və b.can atmışlar. “Allaha tərəf çağıran, yaxşı iş görən və həqiqətən, mən “müsəlmanlardanam” deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?”  (Fussilət,33)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      

Əsas odur ki, dünya mədəniyyətini yaxından öyrənməklə yanaşı həmçinin öz əxlaqi dəyərlərimizə, mədəniyyətimizə sadiq olaq. Təəssüf ki, “Şərqin tarixi” kimi qeyri- obyektiv kitabların sayı çoxaldıqca dinlər və xalqlar arasında mənəvi yadlıq, uçurum dərinləşəcək. Unutmayaq ki, məhz Allahın iradəsiylə  günəş şərqdə doğulur. Bu hadisəni heç bir “tarixi” faktlarla təkzib etmək islamı sevməyənlərə  müyəssər olmayacaq.

(Ardı var)

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM