Etiqadın gücü

14:54 / 05.08.2014

Zöhrə Əsgərova

Yazıçı-publisist

  (II yazı)

         Keçən əsrin sovet rejimində ali məktəblərdə ateizm bir fənn kimi tədris  edildi, sosial çağırışları ilə ətrafına öz  həmfikirlərini toplaya bildi. Ateistin manifestində qeyd edilib: "İnsanın heç bir dinə və Allaha inanmamağa, dini ayinləri yerinə yetirməməyə, öz fikirlərini azad surətdə genişləndirməyə hüququ var." Yaxud: "Hər bir məmur öz rəsmi vəzifəsini icra edərkən, bütün dini konfessiyalara eyni şəkildə laqeydlik göstərməlidir." Sovet rejimi dövründə sosializmin siyasi  ideologiyasında ateizm təlimi xüsusi bir yer tuturdu. Əlbəttə, çoxları siyasi quruluşa zahirən tabe olub dilinə gətirməsə də qəlbində Allah eşqi yaşayırdı.

Əslində  ateizmin kökləri daha qədimdir. Hələ antik dövr alimlərinin fəlsəfi dünya görüşlərində ateizm üstünlük təşkil edib. Fales, Anaksimandr, Demokrit, Pifaqor, Evripid, Epikur və başqaları. Məsələn, Anaksimandr az qala Darvin kimi  sübut etməyə çalışıb ki, insan başqa növ heyvandan əmələ gəlib. Epikur deyirdi: “Ölümdən sonra heç bir başqa dünya yoxdur.Ona görə ondan qorxmaq lazım deyil...Nə qədər biz varıq ölüm yoxdur, ölüm varsa, demək biz də yoxuq.” Epikur daha sonra deyirdi: “Allah şəri aradan qaldırmaq istəyir, lakin bacarmır. Demək o, gücsüzdür. Bacarsa da , amma bunu istəmir. Demək o, zalımdır. Bəlkə də istəyir. Elə isə şər hardan yaranır? Bacarmır və istəmir? Elə isə niyə onu Allah adlandıraq?” “Epikur bağı” adanan məktəbdə Epikurun “əkdiyi ağaclar”ın barı yerdəki cəhənnəm üçündür. Hər meyvəyə bənzəyən barın dadı isə şirin olmur.

Anaksimenə görə hava Allahlar tərəfindən deyil, onlar havadan yaranıb. O dövrdə materialist alimlər məhdud dünyagörüşünə malik idilər. Lukian isə özündən əvvəlki filosoflardan fərqli olaraq qeyd edib ki, din təbiət  hadisələri qarşısında qorxudan əmələ gəlməyib, onun dərin sosial  kökləri var. Roma hökmdarları uzun illər xristian dininə qarşı qadağalar qoyub, onun ardıcılları təqib edilib. Məhz 311-ci ildə dövlət  nəzarəti altında xristian dininə rəsmi icazə verilir. Müdrik Konfutsi demişkən : “Hökmdar küləyə, xalq ota bənzər. Külək hardan əssə ot başını o yana əyər”.

Proletarların rəhbəri Lenindən başlayaraq, V.Belinskiy, A.Gertsen, N.Çernışevskiy, A.Lunaçarskiy, M.Qorkiy, V.Mayakovskiy, D.Bednıy, K.Siolkvskiy, K.Timiryazev, İ.Pavlov, B.Vernadskiy, A.Çexov, M.Şoloxov və başqaları öz yaradıcılığında və elmi işlərində ateist ruhda köklənmişdilər. Akademik, məşhur həkim İ.Pavlov dini psixoterapiyanın növlərindən biri hesab edirdi. N.Çernışevskiy "Antropoloji prinsip" əsərində qeyd edirdi ki, heç nə sübut edə bilməz ki, insanda qeyri-adi ilahi ruh var. Tanrı qarşısında insanın məsuliyyətini qəbul etmirdi. Bəlkə ona görə də çətin anlarında tərəddüdlərə qapılanda "Nə etməli?" sualı ortaya çıxırdı.

Xatırlamaq yerinə düşərdi ki, Nitsşenin ateist  fəlsəfəsi bəşəriyyətə  baha başa gəlmış, XX əsrin tarixində faciəvi rol oynamışdır.Onun fikirlərindən bəhrələnən Hitler nasizm ideologiyasını yaradır. Milyonlarla insanların qatilinə çevrilir. Ümumiyətlə, müstəmləkəçi siyasətinin özündə qəddarlıq dayanır. X.Kolumbun 1492-ci ildə  yeni qitəni-Amerikanı kəşf etməsi avropalıların hindulara qarşı genosidi  ilə nəticələnir.

1937-ci ildə Yaponiyada imperator Xiroxitonun hakimiyyəti dövründə  yapon əsgərləri Çinin Şanxay və Nankin şəhərlərinə hücum edirlər. Nankin qətliamı tarixin ən qəddar səhifələrindən biridir. Samuraylar 300 mindən çox Nankinin dinc əhalisini amansızlıqla qətlə yetirir. Kombocada kommunist və ateist Pol Pot hakimiyyətə gələndən sonra ölkəni Çinin əyalətinə çevirmək məqsədi ilə 2 milyon kambocalıları  işgəncələrə məruz qoyub məhv edir. Belə soyqırımların siyahısı bu qeyd etdiklərimizlə bitmir...

18 noyabr 2004-cü ildə  Vatikanda keçirilən  görüşdə Roma Papası İoan Pavel-II bildirmişdi: “Heç kimə ixtiyar verilməmişdir ki, dinləri dözümsüzlük aləti, təcavüz, zorakılıq və qətllər üçün vasitə kimi təqdim etsin və ya onlardan istifadə olunsun.Əksinə dinlərin dostluğu və qarşılıqlı ehtiramı əsl tərəqqi və sülhün zəngin mənbəyini təşkil edir.”

Məsələn, Amerikada demokratik prinsiplərə əsaslanan, çoxpartiyalı cəmiyyətdə öz fərdi seçiminə  sahib olan insanlar  müxtəlif dünyagörüşünə malikdirlər.Başqa xristian kilsələrindən fərqli olaraq zəncilərin öz kilsələrində spriçyuels, qospel  oxunur. İfaçılar öz yaradıcılığını orda inkişaf etdirir. Dində fərqli ibadətlər mövcuddur. Lakin bütün dinlərin əhəmiyyətini heçə endirmək istəyən  atezm də öz ideologiyasının keşiyində əli boş dayanmayıb.

            Keçən əsrin 60-cı illərində Amerikada bitlz həvəskarları çoxalanda, makkartizim pik nöqtəsinə  çatanda ölkənin senatı və prezidenti tərəfindən  ümumtəhsil məktəblərində din tədris olunmağa başladı. Darvinizm nəzəriyyəsinin tədrisi   qadağan olundu. Siniflərin divarında İncildən fikirlər, dini atributlar asılmışdı. Din dərsində dualar oxunurdu. Məktəbdə valideynlərdən biri Madelin Myurrey Oxayer dini dərsə qarşı öz etirazını bildirir. Konstitusiya qanunlarına görə, vicdan  azadlığının pozulduğunu iddia edərək, öz ətrafında həmfikirlərini toplaya bilir. "Amerika ateistləri" hərəkatının prezidenti olur. Madelin Myurrey Oxayerin atest cəmiyyəti məktəbdə din dərsinin ləğv edilməsinə nail olur.

            Amerikada xristian dininə qarşı cəmiyyətlər çoxdur."Azad düşüncəli kampusların alyansı" gənclərin, xüsusilə də tələbələrin cəmiyyətidir. "Amerikanın humanist assosiasiyası" öz ətrafında bir çox görkəmli alimləri, mədəniyyət xadimlərini toplaya bilmiş, "Humanist" jurnalında ateizmin  fəlsəfəsini, dünyagörüşü təbliğ edilir, öz oxucu auditoriyasına malikdir.

            Bunarla yanaşı "Ateist alyansı", "Birləşmiş ateistlər", "Bertran Rasselin cəmiyyəti", "Dini fundamentalizmdən azadlığa doğru", "Keçmiş xristianlar" və s. cəmiyyətlər kütlələrlə geniş maarifləndirmə işləri aparırlar.

            Ateistlər öz fəlsəfəsinə uyğun ideoloji cərəyanları, sosial hərəkatları genişləndirmək üçün  yetərincə gücə malikdirlər. Bu,  onun sosial, "mədəni" potensialını həyata keçirməyə köməklik göstərir. Sosioloqların araşdırmalarına görə, Hollandiyada 15 il ərzində kilsələrdə ibadət 60-90% azalıb, Fransada da təxmini eyni vəziyyətdir. Bir sözlə, Qərbi Avropada 30 il ərzində yeni bir kilsə, kostyol  tikilməyib.  Bəzi dini məbədlər  kommersantlara satılır, ordan ticarət obyekti, idman zalı kimi istifadə edilir. Oktyabr inqilabından sonra sovet quruluşu dövründə də belə bir proses həyata keçirilmişdi. Kilsələr, məscidlər dağıdılır, keçmişin qalığı kimi  tarixdən silinməyə başlayırdı.

Lakin bu yaxınlarda  Berlində xristian, müsəlman və yəhudilər üçün ekumenizmi təbliğ edən  məbədin tikintisi nəzərdə tutulub. Əgər xalqlar arasında sülh, həmrəylik belə məbədlərin tikintisindən asılı olsaydı,  biz  bu layihələrin səmərəliliyinə inanardıq. 8 iyun 2014-cü ildə Vatikanın bağında provoslav, katolik, yəhudi, islam dininin nümayəndələri Roma papası Fransiskin dəvəti ilə - yaxın Şərqdə sülhün bərqərar olması üçün  birgə ibadətə dəvət edilmişdilər. Patriarx Varfolomey, İsrailin Prezidenti Şimon Peres, Fələstinin Milli Muxtariyyətinin rəhbəri Mahmud Abbas və başqaları burda iştirak etmişlər. Allah qarşısında dua edib, sonra silaha əl atmaq bir araya sığmır. Bir aydan sonra İsrail əsgərləri fələstinliləri qanına boyamağa başladılar. Yəqin  düşünürlər ki, Allah çox uzaqdadır, bəlkə heç dualarımızı eşitməyib. Mahatma Qandinin sözləridir:“Duada qəlbsiz sözlərdənsə, sözsüz ürəyə malik olmaq daha yaxşıdır.”

 Amerikanın "Əzəmətli Bryus" filmini xatırlayaq. Uğursuzluqlardan təngə gələn jurnalist Bryus bir dəfə çox qəribə binaya dəvət alır. O, tanımadığı yerə getmək istəməsə də məcbur gedir və məlum olur ki, Allah  onunla görüşmək istəyir.  Və bir neçə müddətə Allah Bryusa öz səlahiyyətlərini verir. Bir çox sərgüzəştlərdən sonra Bryus dərk edir ki, Allah olmaq elə də asan məsələ deyil. Çünki  o, gecə-gündüz insanların taleyində iştirak edir. Yorğunluq, yuxusuzluq, laqeydlik Allaha yaddır. Hamının arzularından, dualarından xəbərdardır.

Bu həyatda Allah bizi öz qədim günahlarımızla birgə üz-üzə qoyub! Bəşəriyyət üçün isə bu, ən ağır sınaqdır. Vicdanımız  günahlardan “xəstələnib”. Bu xəstəlik çoxmu davam edəcək?  Bunu, ancaq Allah bilir! 1970-ci ildə Nyu-Yorkda yaranan "Sülh uğrunda din" ekumenik, patsifist  təşkilatı müxtəlif din nümayəndələrini özündə birləşdirib. Bu çağırışları dəstəkləyən cəmiyyətlər hələ də qəti deyə bilməzlər ki, bəli, bizim qurum hansısa regionda müharibənin qarşısını ala bilib. Uzun illərdir ki, silahlar "sülh" deyən sözləri ölümcül yaralayıb, onların göyərçin kimi qanadlarını sındırır. Müharibələrdə partlayan  bombaların zəhərli qazlarına qarşı göylərdəki mələklər də yəqin ki, səmavi  əleyhiqaz geyinir.

Siyasətçilər müharibələrdə öz çirkin məqsədinə çatandan sonra qanlı əlləri ilə ağ vərəqlərdə kövrək sülhü təsdiqləyən sənəd imzalayırlar.Torpaqlarda müharibə, kağızlarda sülh. Daha sonra müharibə qurbanlarına həsr edilən daş heykəllər, kompozisiyalar  turistlərin ziyarət etdiyi məkana-muzeyə çevrilir. Nankin qətliamını əks edən  açıq səma altında yaradılmış kompozisiyada  o dövrdə insanların yaşadığı acı-ağrı heykəllərdə öz təcəssümünü tapa bilmişdir.  Bu faciənin tarixi ilə tanış olan  hər bir ziyarətçinin qəlbində  qanlı hadisələr dərin izini  qoyur.  Heykəlləri açıq səma altında görmək o faciəni yaxından görmək deməkdir. Tunc bədənli heykəllərin üzündə, dodaqlarında donmuş haray canlanıb yeri-göyü titrədə bilsəydi müharibələri də susdura bilərdi...

Son illər ərəb ölkələrində düşmən əsgərlərin  hədəfində məscidlər, müqəddəs ocaqlardır, onların külü göyə sovrulur. Yunus peyğəmbərin də partladılan qəbri kimlərinsə yerini dar edib.  Belə getsə,  qədim muzeylər də məhv olmaq ərəfəsindədir. Milli-mədəni abidələr təcavüzkar qüvvələrin hədəfindədir. Bu, ateizmin təbliği deyilmi? Rerix Paktına əsasən  müharibə zamanı mədəniyyət abidələrində, muzeylərdə xüsusi bayraqlar asılır ki, bu obyektər dağıdılmasın. Bunu  rəmzi olaraq  xalq arasında “mədəniyyətin qırmızı xaçı” adlandırırlar.

Bilmirəm, oxuduğum bu yeni xəbərə sevinim ya ağlayım, "İsveç müsəlmanlar assosiasiyası"nın  rəhbəri Mahmud Əldəbə qəribə bir layihəni həyata keçirməyə hazırlaşır. Şaxta babanın vətəni olan Laplandiyada buzdan məscid inşa etmək istəyir. Bura turistlər cəlb edilməklə yanaşı onlar islam mədəniyyəti ilə tanış ola biləcəklər. Vay o günə ki, ərəblər qışda Laplandiyaya buz kimi soyuq məscidi ziyarətə getməyə  məcbur olsunlar.

Ən təəssüf doğuran xəbər isə odur ki, Dünya Kilsələr Şurası bütün  kilsələrlə  birgə  2015-ci il aprelin  24-də qondarma  erməni “soyqırım”ını tanımağa hazırlaşır. Bəs, 1918-ci ildə 31 mart tarixində ermənilər  tərəfindən azərbaycanlıların soyqırımının hesabını kim verəcək? 1992-ci ildə törədilən  Xocalı faciəsi, yarası hələ də sağalmayıb. Ürəyimizə düşmən ermənilərin vurduğu yaraların qanı hələ də axır.

31 mart qırğınında 25 min azərbaycanlı amansızlıqla qətlə yetirilib. Ermənilər 2 min nəfərin sığındığı xəstəxananı yandırıb. Zəngəzur qəzasında 115 azərbaycanlı  kəndı yandırılmış, 10068  soydaşımız öldürülüb, şikəst edilib və s. vəhşilklər törədilib. Bu haqda nəinki  bizim tarixçilərimiz,  həm də xarici müəlliflər  öz  obyektiv münasibətini kitablarda  geniş şəkildə əks etmişlər.  İki əsrdir Azərbaycan əhalisinə  qarşı  təşkil olunan qətliamlar dünya ictimaiyyəti tərəfindən qəbul edilməlidir.

 Dünya Kilsələri Şurası yaxşı olardı ki, təqvimdə yeni bir tədbirin həyata keçirilməsində iştirak etsin.  Dünyada törədilən bütün soyqırımlarda həlak olanların ruhu üçün dualar oxunsun.  Bəşəriyyəti  barışığa çağıran bir aksiya təşkil etsin. 2015-ci ildə  31 mart azərbaycan soyqırımını tanısın və ona layiqincə qiymət versinlər.

Ən böyük həqiqət  isə odur ki, ilk dəfə İslam Əməkdaşlıq Təşkilatı ermənilərin təcavüzkar siyasətini pisləmiş, Xocalı soyqırımını tanımışdır. Beynəlxalq səviyyədə qazanılan  uğurlarımızda  Heydər Əliyev Fondunun  prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın xidməti əvəzsizdir.

1946-cı ildən ömrünün sonuna kimi (1978) islam dininin  ən parlaq tədqiqatçılarından  biri olan  Anri Korben “İslam fəlsəfəsinin tarixi” əsərində yazır: “Çox təəssüf ki, islam fəlsəfəsi uzun müddət dərsliklərə salınmamış, fəlsəfə tarixi üzrə elmi-tədqiqat işləri daha doğrusu, latın sxolastlarının nöqteyi-nəzərincə öyrənilmişdir.” Bu mövqe də dinlər arasında barışığa, yaxınlığa şərait yaratmağa mane olur. Fikirlərdə gedən “döyüşlər”, ayrı-seçkilik silahdan da güclüdür.

Qeyd etmək yerinə  düşərdi ki, Dünya Kilsələr  Şurasında ekumenizm dini-fəlsəfi liberal cərəyandır. Müasir ekumenizm əslində qloballaşma prosesinin önündə gedir. Bu hərəkat 1910-cu ildə Edinburqda fəaliyyətə başlamışdır. Dinlərin birləşdirilməsinə çalışan  beynəlmiləl din həvəskarları tarixdə az olmayıb. Nikolay Rerix görkəmli filosof, rəssam, yzıçı kimi  dünya mədəniyyətində bir çox  əsərləri, fəlsəfi görüşləri ilə özünə yer tutub. Onu elmlə dinin sintezi məsələləri çox düşündürüb. “Şərq və Qərb”, “İerarxiya”, “Aqni-yoq”, “Asiyanın qəlbi” və s. kitabların müəllifidir. Sovet hakimiyyəti dövründə o, dövlət rəhbərlərinə buddizm ilə kommunizmi birləşdirib vahid siyasi ideologiyanın yaradılmasını təklif etmişdi. Lakin bu təklif dövlət  tərəfindən qəbul edilmir.  Buddanın  müqəddəsliyi qarşısında təzim etməyin  sovet adamı üçün yolverilməz olduğu bildirilir. Nikolay Rerixin  “Mahatma-Lenin” adlı yeni siyasi quruluş haqqındakı  fikirləri öz inkişafını tapmır.

Ateizmdə müqəddəs sima olmur, o simanın “missiyasını”  Stalin öz üzərinə götürmüşdü. Ateist cəmiyyətində müqəddəs məbəd Leninin mavzoleyi idi. Onu ziyarət etmək üçün səhər-axşam  insanlar növbəyə dayanırdılar. Kilsəinin zəngləri, məscidlərdən gələn “Azan” səsləri indi  suveren dövlətlərdə  ateizmin məhvi üzərində qələbə himnidir. İndi bu din ocaqlarına daha çox insan axışır...

Bir haşiyəyə çıxım. Bir gün qocaman müəllim auditoriyada öz tələbələrindən soruşur: "Deyə bilərsinizmi, niyə insanlar mübahisə edəndə çox vaxt səslərini ucaldırlar?” Tələbələr  buna müxtəlif  izahlar versələr də, düzgün  cavab verə bilmirlər . Müəllim bu suala  belə aydınlıq gətirir: "İnsanlar əsəbiləşib mübahisəyə qalxan zaman elə bil bir-birindən uzaqlaşırlar. Sanki  aralarında böyük bir məsafə yaranır və elə zənn edirlər ki,  səsləri uzaqdan eşidilmir və  başlayırlar qışqırmağa.” Tələbələr soruşur: “Bəs, insan sevərkən hansı halları yaşayır?”  Müəllim təbəssümlə deyir: “ Bunun cavabını siz bilərsiniz. Sevgi insanlar  arasındakı məsafəni azaldır,  qəlblər  bir-birinə yaxınlaşır və öz məhəbbətini  az qala pıçıltıyla  paylaşırlar."

Kaş məhəbbətin məsafə ölçüsü olan yaxın dostluq,  keyfiyyət rəmzi olan sədaqət  siyasi burulğanlara  düşmədən insanlara  dinindən asılı olmayaraq  sülh gətirsin. Sülh sözü ölkələrdə çəmən kimi göyərsin. Bu çiçəkli çəmənə xüsusilə, uşaqların daha çox ehtiyacı var...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM