İSMAYIL QASIMOV
Redaktor müavini
Tanış olaq :
YUNESKO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlıq Akademiyasının, Almaniya Rəssamlar Assosiasiyasının üzvü, “Dünya səfiri” beynəlxalq diplomun sahibi, Almaniyada yaşayan Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov.
Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov
Onun peşəkar karyerası Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun köhnə binasında başlayıb. Əşrəf müəllim 1981-ci ildə orada təhsil alan Prezident İlham Əliyevin dəstəyi ilə rəsm əsərlərinin ilk sərgisinin keçirilməsini məmnunluq hissi ilə xatırlayır. MDBMİ-nun rəhbərliyindən alınan mükafat onun üçün çox əziz və qiymətlidir. O vaxtlar azərbaycanlı rəssamın dünya şöhrətli universitetə təqdim etdiyi bir neçə əsəri hələ də onun qalereyasında nümayiş etdirilir. Bu ilin mart ayında məşhur Moskva Universitetinin rektoru Anatoliy Torkunov “35 il sonra MDBMİ-da” adı altında yenidən onun əsərlərinin sərgisinini təşkil etmişdi. O, sərgi zamanı universitetin arxivindən Aleksandr Zuyev tərəfindən imzalanmış ilk mükafatın nüsxəsini aşkarlayır. Bu yaxınlarda rəssam MDBMİ-nin rektoru A.Torkunovdan Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsi uğrunda ikinci dəfə keçirilən rəsm sərgisi üçün daha bir təşəkkür diploma almışdır. O, yeganə rəssamdır ki, tarixi qoruq sayılan Bakının Qala kəndində yerləşən muzeydə rəsm sərgisi keçirilib. Rəssam bununla çox fəxr edir, cünki onun babası Əliəşrəf orada məktəb və məscid tikdirmişdir.
YARADICILIQ
Rəssam uzun illər Azərbaycandan kənarda yaşamasına baxmayaraq, vətəninin parlaq rənglərini, Abşeron günəşinin özünəməxsus parlaqlığını, öz doğma Azərbaycanının tarixi və milli ənənələrini əsərlərində böyük ustalıqla əks etdirmişdir. Yüksək peşəkarlıq, humanist dünyagörüşü, tükənməz enerji və həyat optimizminin ən yüksək dərəcəsi - bu xüsusiyyətlər həm bir çox ölkələrdə tanınmış rəssamı, həm də Bakı sakinini, Azərbaycan rəssamının ən yaxşı xüsusiyyətlərini və yaradıcı mahiyyətini özündə qoruyub saxlayan Əşrəf Heybətovu xarakterizə edir. Onun rəsmlərinə baxarkən rəssamın doğma torpaqların hüdudlarından kənarda yaşadığına inanmaq çətindir. Azərbaycan rəssamın istifadə etdiyi bütün rənglərdə ustalıqla işlədiyi ən incə detallarda duyulur, sanki əsərdə yaratdığı əlvanlıq, canlılıq, parlaqlıq nəğmələrlə səsləşir. Onun monumental panelləri izləyiciyə müsbət impuls, güc və yaşamaq arzusu verir. Almaniyada yaşayıb belə isti, işıqlı əsərlər yaratmaq hec də asan deyil. Buna görə də Əşrəf müəllimin yaradıcılığını “Azərbaycanın rəngləri simfoniyası!” da adlandırmaq olar.
Azərbaycan Demokratik Respublikasının (ADR) yüzillik yubileyi ərəfəsində, Əşrəf Heybətovun Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Tarixi Muzeyində 28 əsərdən ibarət rəsm sərgisi keçirildi.
BOŞ SÖHBƏT
Almaniyaya qayıtmaq ərəfəsində, Əşrəf Heybətov Azərbaycan Respublikasının Xalq Rəssamı fəxri adına layiq görüldü.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qərarına əsasən, Ə.Heybətovun Almaniyaya həsr olunmuş 100-ə yaxın ağ – qara qrafika əsərləri çap olunub. Bu əsərlər yeni sənət albomuna daxil olunacaq. Giriş sözünü F.Muradovun yazdığı albom təqdimatı Komitənin Böyük zalında keçiriləcək. Alman tərəfindən isə Əşrəf müəllimin yaşadığı Koblenz şəhərinin burgomistri Şultz Vasserman çıxış edəcək. Əşrəf Heybətovun Şultz Vassermanla dostluq münasibətlərini və Vassermanın rəssamlığa olan sevgisini mütləq qeyd etmək lazımdır.
Hər il Bakıya gələn Əşrəf müəllim Azərbaycanın bölgələrində görüşlər keçirir - Xızı, İsmayıllı, Şəki və başqa rayonlarda ustad dərsləri verir.
SİVİLİZASİYALARIN DİALOQU
ÖYRƏNMƏK İSTƏYİ VƏ SƏYAHƏTLƏR
Rəssamın ruhu həmişə yenilik görməyə can atır, onun təsəvvürləri sərhəd tanımır və buna görə də daim dünyanın müxtəlif ölkələrinə və Almaniyanın şəhərlərinə səyahət edir. Bu yay ərzində Almaniyanın şimalında yerləşən yeddi kiçik adaya səyahət edib. Sonda Baltrum adasında dayanır. Bu adada hərəkət üçün nəqliyyat vasitələri və avtomobillərdən deyil, at və velosipedlərdən istifadə edirlər. Almanlar bu adaları gözəl təbiət təsvirləri, sərin Baltik dənizi və sırf romantik Alman arxitekturası ilə təmtəraqlı təmiz və sağlam ərazilərə çeviriblər. Əlbəttə ki, təbiətin gözəlliyi və ətrafdakı tikililər sənətkarda çoxsaylı əsərlər yaratma hissini oyatmaya bilməzdi. Rəssamın yaradıcılığı və səyahətləri barədə danışarkən, qeyd etmək lazımdır ki, əgər onun yaratdığı rəsm əsərləri xronoloji yerləşdirilsə, bu əsərlərə baxmaqla rəssamın səyahətlərini və ayağı dəyən bütün şəhərlərin coğrafiyasını görmək olar.
Rəsmlərə baxdıqca rəssamın dünyagörüşünün genişliyi və yaradıcı maraqlarını duymaq olur. Onun mövzu dairəsinin belə geniş olmağı birbaşa gəzib gördüyü şəhər və kəndlərin təbiətindən, tarixi yerlərdən, həmin yerlərin insanlarından, onların düşüncələrindən qaynaqlanır. Buna əsasən, sənətkarların istirahət üçün yaradılmadığını söyləyə bilərik, çünki yaradıcı düşüncə bir dəqiqə dayanmır. Fərqli ölkələrə səyahət edən Əşrəf Heybətov, hər bir ölkənin mədəniyyətini daha yaxından öyrənmək və öz Vətəni ilə ortaq təmas nöqtələrini tapmağa çalışır. O, Maltaya səhayəti zamanı bu adanın Abşeronla necə oxşar olduğundan təəcüblənmiş və ... Malta silsiləli əsərlərini yaratmışdı.
Onun böyüyüb boya-başa çatdıgı İçərişəhər, Abşeron və dəniz mövzusu Əşrəf müəllimin yaradıcılığının əsasını təşkil edir. Əsərlərin bir çoxu sərgilərin keçirildiyi ölkələrə - İordaniya, İsrail, Hindistan, Mərakeş, İran, Misir, Avropa dövlətlərinə həsr olunub. Əsərlər xüsusi mövzularda, məsələn, “Ezoterika”, “Şamanizm”, “Muğam”, “Çiçəklər”, rus peyzajı, tənhalıq mövzularında təsnif edilir. Portret seriyasından olan əsərlərə isə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya, əfsanəvi general Kərim Kərimova həsr olunanları göstərmək olar. Elə mövzular vardır ki, rəssam onları işləyərkən bundan çox böyük zövq alır. Böyük panellər və monumental əsərlər rəssama düşüncələrini və yüksək fikirlərini ifadə etmək imkanı verir. Musiqidə ritm olduğu kimi rəsmlərdə də ritm var. Bu, bəlkə də sənətkarın çalışarkən xalq mahnıları, muğamlar və E. Mansurovun mahnılarını dinləməsinin nəticəsidir. Əşrəf müəllim haqqında filmlər çəkilmişdir. Bu filmlərdə onun sevdiyi bəstəkarın, Eldar Mansurovun musiqiləri səslənmişdir. Amma onun ən sevdiyi musiqini soruşduqda gülümsəyərək, - Dövlət Himnimiz deyir.
Ağ-qara şəkillərdən ibarət olan “Şərq dünyası” adlı albom görkəmli şərqşünas-alim Aida İmanquliyevaya həsr olunmuşdur. Rəssam milli sənətin inkişafı üçün xaricdə AR Mədəniyyət Nazirliyinin təşkil etdiyi sərgilərin fəal iştirakçısıdır.
FIRÇA ƏVƏZİ QƏLƏM
Son bir neçə il ərzində Əşrəf Heybətov on üç fəsildən ibarət olan “Zaman və hadisə” adlı xatirə kitabını yazır. Məsələn, onlardan biri “Sevimli və məşhur” adlanır və Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə həsr olunub. Onlarla görüşləri rəssam həyatının uğuru kimi qiymətləndirir.
Rəssam, ölkəsinin məşhur və dünya mədəniyyəti tarixinə öz adlarını yazdıqları çoxlu sayda qeyri-adi şəxsiyyətləri və əfsanəvi insanları haqqında qürurla və sevincini gizlətmədən danışır...
Sərgilərindən bəhs edən Əşrəf müəllim, 1994-cü ildə Ankarada Rusiyanın Türkiyədəki səfiri A. Çernişov tərəfindən açılan sərgini xüsusi xatırlayır və tədbirin tərcüməçisinin Rusiya prezidentinin hazırkı mətbuat katibi D.Peskovun olduğunu qeyd edir.
XOCALI FACİƏSİ
MEHRİBANÇILIQ VƏ XEYRİYYƏÇİLİK
Əşrəf Heybətov bir çox Beynəlxalq və Azərbaycan Cəmiyyətlərinin diplom və fəxri fərmanlarına layiq görülmüşdür. Onun beynəlxalq təşkilatlarda, yüksək vəzifəli şəxslərin iqamətgahlarında, BMT, AŞ, NATO və digər strukturlarda təkrarsız rəsm sərgiləri keçirilmişdir. Bildiyimiz kimi sənətdə abstraksionizm, konseptualizm, kubizm, akademlilik, realizm kimi terminlər mövcud olsa da, Əşrəf Heybətov sonuncu əsərlərində Azərbaycanın landşaftlarını real olaraq göstərməyə çalışır. Yəni sənətkar öz yaradıcılığının mahiyyətini, üstünlüyünü göstərməyə və özünü aldatmağa çalışmır. Ona Vətəni ilə bağlı - təbiəti, milli adət-ənənələri ilə əlaqəli hər şey maraqlıdır. Şübhəsiz ki, rəssamın əməyi sözlərlə təsvir edilə bilməz, rəssamın sənətə olan məsuliyyəti ona rahatlıq vermir və əldə etdikləri razılıq hissi oyatmır.
Əşrəf müəllim elə şəxsiyyətlərdəndir ki, əsərlərini düşünmədən, təmənnasız hədiyyə edir. Azərbaycan İstiqlal Muzeyində onun təqdim etdiyi şəkillər saxlanılır. Onun əsərlərindən aydın başa düşmək olar ki, o, öz vətənini və xalqını necə sevir, onun keçmişini, buqününü və parlaq gələcəyini çəkdiyi şəkillərdə necə vəsf edir. Tanınmış beynəlxalq təşkilatlarda, akademiyalarda, universitetlərdə keçirilən çoxsaylı sərgiləri digər qalereyalardan fərqləndirən əsas cəhəti odur ki, onlar qeyri-kommersiya xarakteri daşıyır və orada rəsm satışı istisna olunur. Onların üstünlüyü ondan ibarətdir ki, sənətkar öz vətənini - Azərbaycanı təsvir edir. Yüksək beynəlxalq səviyyəli şəxslər onun statusunu bilirlər, çünki o, təkcə adi rəssam deyil. Əşrəf Heybətov elə bir statuslu rəssamdır ki, onun sərgilərinin keçirilməsi üçün heç bir maneə yoxdur. Əşrəf müəllim tez-tez rəsmlərini hədiyyə edir. O, hətta onun əsərindən ilhamlanan bir şəxsə də əsərini hədiyyə edə bilər. Səttar belə hədiyyə edərdi, o da belə edir...
RƏSSAM VƏ ZAMAN
Son illərdə rəssam 60-dan çox dəniz peyzajı yaradıb. Rəssam bu əsərlərində hər il Mərdakanda yerləşən bağ evində çəkdiyi Xəzərin gün və il ərzində necə dəyişdiyini təsvir edib. Rəssam Bakıda olanda yoldaşları və həmkarları ilə görüşür, yaradıcılıq planlarını və maraqlı fikirlərini bölüşür. Məşhur opera divası, SSRİ və RF xalq artisti, “Bolşoy teatr”ın solisti Tamara Sinyavskaya Moskvaya səfəri zamanı sənətçiyə bülleten dərc etdirməyi və ona “Bizim Xəzər” adını verməyini məsləhət görüb. Bu bülleten Müslim Maqomayevin məşhur “Sinyaya veçnost” mahnısına həsr olunacaq - müğənninin vizit kartı. Unudulmaz Müslüm Maqomayevin xatirəsinə və sənətinə hörmət olaraq bu bülleten yaxın zamanlarda Moskvada təqdim olunacaq. Harada olursa olsun, rəssam həmişə Azərbaycanda nə qədər çox istedadlı və fərqli sənətkarların olduğunu söyləyir. O, hesab edir ki, rəssam öz yaradıcılığında zamanın çağırışlarına cavab verməli, onlara öz münasibətini bildirməlidir.
Rəssamın düşüncələri və ideyaları “Sivilizasiyaların dialoqu” və “Bizim əsrin üzü” adlı panolarda təsvir olunub. Onlarda yaradıcı insanın dünyası və bu gün dünyada baş verən bütün hadisələr – ekologiyanın pisləşməsi, iqlim şəraitinin dəyişməsi, itən mənəvi dəyərlər, davam edən müharibələr və yeni qarşıdurmalar yer alıb. Təəsüflər olsun ki, İkinci Dünya müharibəsi bəşəriyyətə bir şey öyrətmədi, rəssam kədərlə qeyd edir. Dünyada baş verən qloballaşma proseslərindən bəhs edən rəssam, Qərbin bizi milli seqmentdən məhrum etdiyini söyləyir, ümumibəşər milli seqment mütləq mövcud olmalıdır ki, insanlar manqurta çevrilməsinlər. Dostu Çingiz Aytmatovun dediyi kimi, “milli kökləri olmayan bir insan manqurt olur”. Əşrəf müəllim təəssüflə bildirir ki, Ç. Aytmatovun Nobel mükafatı üçün dörd dəfə namizədliyi irəli sürülsədə, lakin siyasi motivlərlə hər dəfə onun namizədliyi rədd edilirdi. Rəssam Çingiz Aytmatovun Kölndə söylədiyi son sözlərini yada salır: - “Humanizm süquta uğrayıb”...
GƏLƏCƏYƏ BAXIŞ
Rəssam daim hərəkətdə və dinamik yaradıcılıq prosesindədir və təbii ki, bunların hamısı onun yaradıcılığına təsir edir. Bu baxımdan BMT-nin Bakı ofisində və ya Bakıda Nobel qardaşları ofisində “Villa Petrolea”da keçiriləcək sərginin hazırlanması və təşkilini qeyd etmək lazımdır. Hal-hazırda danışıqlar aparılır və bu tədbirin detalları müzakirə olunur. Ölkəmizin gözəl guşəsi olan Zaqatala və Qax şəhərlərində də Heydər Əliyev Sarayında ekspress - sərgilər təşkil olunacaq və master-klasslar keçiriləcəkdir. Rəssamın xaricdə səfərinə gəldikdə isə qeyd etmək olar ki, ilin əvvəlində Azərbaycanın səfiri Tarik Əliyevlə görüşünün nəticəsi olaraq ilin sonunadək Mərakeşin Rabat şəhərində rəssamın sərgisi yekunlaşacaq. Azərbaycanlı rəssamın gözəl Şimali Afrika ölkəsinə həsr olunmuş 50-yə yaxın əsərinin Rabat Müasir İncəsənət Muzeyində nümayiş olunması gözlənilir, onlardan ancaq 25-i sərgilənəcək, qalan 25-i isə Azərbaycan mövzularını əks etdirəcək. Bir rəssam bu gözəl fürsətdən faydalanmayaraq Mərakeşlilərə gözəl vətəni olan Azərbaycanı – Odlar Yurdunu necə göstərməyə bilər?!
EV MUZEYİ
Hamı bilir ki, rəssamların ev interyeri adi insanın ən zəngin bəzədilmiş evinin interyerindən çox fərqlidir, baxmayaraq ki, hər iki tərəf həm gözəlliyi, həm də yüksək incəsənət nümunələrini sevirlər. Lakin rəssamın evi məhəbbət, gözəllik və mənəviyyatın yerləşdiyi sərhədsiz, təmiz və parlaq bir yerdir. May ayında Əşrəf Heybətov “Kaspi” qəzetin təsisçisi, filologiya elmləri doktoru Sona Vəlieva ilə görüşdü. Maraqlı və səmimi söhbət əsnasında, rəssam Prezident İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar gözəl ev-muzeyini ona təqdim etdiyini və bütün qiymətli sənət əsərlərini, xarici səfərlərdən gətirilmiş rəsm əsərlərini, antikvar əşyaları və suvenirləri Azərbaycan xalqına miras etdiyini söylədi. Əşrəf müəllim Almaniyanın Berlin və Koblenz şəhərlərində olan evlərindəki bütün rəsm əsərlərini və kolleksiyalarını dövlətimizə verməyi planlaşdırır.
Bu baxımdan rəssam, Bakıda olan mənzilinin sərgi sahəsinin genişləndirməsinə ehtiyac olduğunu və dövlətin bu ciddi məsələdə ona kömək etməsini istəyir.
О, Azərbaycanın paytaxtının həmvətənlərinin və qonaqların ziyarət etdiyi bir məkanı, möhtəşəm Dünya mədəniyyətləri muzeyinə çevrilməsini istərdi. Dünya mədəniyyətləri muzeyinin dünyada iki analoqu var: biri Frankfurtda, digəri isə Dərbənddə, sonuncusu isə çox maraqlı bir interyerə malikdir və əlbəttə ki, azərbaycanlı rəssamın əsərlərini öz kolleksiya toplusuna daxil etmək istəyərdi. Əşrəf müəllim isə bu kolleksiyanın ona doğma olan Bakısını bəzəmək üçün əlindən gələni edir. Mənzil-muzeyin eksponatları, kolleksiyaları, ev əşyaları Azərbaycan rəssamının dünya mədəniyyətinə və onun dərin milli daxili dünyagörüşündən xəbər verir. Burada dünya xalqlarının ən gözəl sənət nümunələri, diplom və sertifikatları, BMT, NATO, Vatikan, ADA Universiteti, dünya şöhrətli şəxsiyyətləri, sərgi plakatları, heykəlləri ilə yaddaqalan fotoşəkillər toplanıb. Əşrəf Heybətovun kolleksiyasının xüsusi nümunəsi - Venesiya sənət maskalarının toplusudur. Onların arasında –rəssamın sərgisinin keçirildiyi ölkələrin suvenirləri, kuklalar və ölkə bayraqları vardır. Rəssamın evi onun rəsmləri kimi rəngli, işıqlı və rəngarəngdir. Mənəvi zənginlik bu məkanı məzmunlu və sərhədsiz edir. Mən Əşrəf müəllimi “Dünya vətəndaşı” adlandırsam heçdə yanılmaram, çünki bu, müxtəlif qitələrin xalqlarının milli xarakterinə böyük bir sevgi və dərin nüfuza malik olan çoxsaylı rəsm əsərləri ilə xarakterizə olunur.
VƏTƏN
Əşrəf Heybətov vətənindən uzaqda yaşasa da, tez-tez Bakıya gəlir, rəsmlərini sərgiləyir və nüfuzlu beynəlxalq forumlarda iştirak edir - ürəyi Vətəni ilə döyünür. Onun bütün düşüncələri və planları Azərbaycanla bağlıdır, onun bütün əsərlərində sevdiyi doğma torpağının milli simvollarını və atributlarını görürük. Əşrəf Heybətovun milli rəssam statusuna malik olmağı onun Azərbaycan naminə çalışması, zəngin mədəniyyətinin təbliği, ölkənin həyatında müsbət və mütərəqqi dəyişikliklərin təbliği üçün daha da güclü təkan verir. Vətəndən uzaqda sənətə sadiq qalmaq və yorulmaz xidmət etmək bəzən vətənpərvərlik hissini gücləndirir. Rəssam üçün Vətən anlayışı - sehrli muğam və milli sənətdir, ölkənin tarixi və etnoqrafiyasıdır, bölgələrin möhtəşəm təbiəti və doğma Mərdəkanın havasıdır. Əşrəf müəllim strateji cəhətdən həmişə Vətəninin inkişafı, uğuru yolunda olduğunu bildirir.
İstedadlı rəssama yeni yaradıcılıq uğurları və tükənməz ilham, bütün arzularını reallaşdırmaq yolunda çox güclü olmaq və bu yolda yaşıl işıq arzulayırıq!
Azərbaycanlı rəssam missiyasını doğma Azərbaycanının şöhrətlənməsində görür, əvəzolunmaz Səttar Bəhlulzadə və dostu Toğrul Nərimanbəyovun etdikləri kimi. Bir dəfə nə arzuladığını ondan soruşanda rəssam, Bakı, Ankara, Moskvada “Azərbaycan: dünən, bu gün, sabah” mövzusunda böyük bir rəngli panel, kompozisiya yaratmaq istədiyini söylədi.
Buna görə də hər bir əsəri rəssam tərəfindən bu kompozisiya üçün ömrü boyu hazırladığı eskiz kimi qəbul olunur ...
"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM