Qarabağda türk-müsəlmanlara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Azərbaycan xalqı ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalmış, minlərlə tarixi mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdi. Xalqın ziyalıları birləşib müdafiə məqsədilə bir partiya yaratmışdılar. Bu partiya Difai adlanırdı. Partiyanın fəal üzvilərindən biri də Məşədi Mehdiqulu Şirinov idi.
Mehdiqulu Hacı Şərif oğlu 1858-ci ildə Şuşa qəzasının Cavanşir sahəsinin Bərdə kəndində anadan olmuşdu. Təhsilini məhəllə mollaxanasında, Molla Şərəfxan Mirzə Fətəli oğlunun yanında almışdı. Əkinçiliklə, qismən də heyvandarlıqla məşğul olmuşdu. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Mehdiqulu nəinki Bərdənin, bütün Cavanşir qəzasının ağsaqqalı idi. Mülkədarlar və rəiyyətlər arasında yaranan mübahisələri o həll edirdi. Dəfələrlə mərzləmə məsələsində mübahisə yaranmışdı. Hətta bu mübahisələr qan davasına kimi yürümüşdü. Ortalığa Məşədi Mehdiqulunun girməsiylə mübahisə çözülmüş, qan davası yatmışdı. İmamqulubəyli obasında ziyadxanovlarla rəiyyət arasında bəhrə üstündə azca qala atışma olacaqdı. Araya yenə Məşədi Mehdiqulu girmişdi. Vəzirovlarla pirimovlar, ağayevlər arasındakı incikliyi Məşədi Mehdiqulu aradan götürmüşdü. Di gəl ki, sözünün dinlənmədiyi yerlərdə böyük məğşuşluq törənirdi.
Məşədi Mehdiqulu Difai partiyasının üzvü idi. Partiyanın Bərdə təşkilatına başçılıq edirdi. Partiyanın özək üzvləri isə müəllim Musa Quliyev, Huseynəli Kəlbəli oğlu, Molla Həbib Kərbəlayı Mehdi oğlu, mülkədar Məşədi Zeynalabdin bəy Əhməd bəy oğlu və tacir Allahverdi Hacı Pənahəli oğlu idi.
Məşədi Mehdiqulu Bərdə əhalisi bu təşkilat ətrafında birləşdirmişdi. Cavanşir qəza rəisinin raportunda “Məclis”in proqram tələbləri son dərəcə neqativ səciyyələndirilmişdir: “...bu proqram bu xalqı siyasi cəhətdən sıx birləşdirməyi, onu əlaltından hazırlamağı nəzərdə tutur. O, hokumət muəssisələrinin boykot edilməsi, mulkədarlar və kəndlilər arasında torpaq munasibətlərinin yəni, aqrar məsələnin kəskinləşdirilməsi məqsədi güdürdü. Nəticə etibarilə bu proqramı pozanlar üçün ayrı-ayrı şəxslərin, bütün ailələrin boykot edilməsi, partiyanın tələblərinə israrla tabe olmaq istəməyənləri cərimələr gözləyirdi”. (Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г., с.274.)
Məşədi Mehdiqulu təşkilatın silahlı dəstəsinə də başçılıq edirdi.
Məşədi Mehdiqulu erməni qatil və qarətçilərinə qarşı əhalinin müdafiəsini təşkil etmişdi. Oba və kəndlərin başçılarına, kovxalara, kədxudalara və yüzbaşılara xəbərdarlıq göndərib, birləşməyi nəsihət etmişdi. Bir polis məruzəsində yazılır: “Qəza və şöbədə bu başçının qabalığı o həddə çatıb ki, kənd rəhbərlərinə yerinə yetirilməsi üçün əmrlər göndərib”. (Документы по русской политике в Закавказье. Вып. I, Баку, 1920, с.32, 33)
Məşədi Mehdiqulu yatırından təşkilata yardım ayırmışdı. Bölgə tacir və tanqahçılarını da təşkilata kömək etməyə təşviq etmişdi. 1907-ci il mayın 30-da Yelizavetpol qubernatoru Q. Kovalyov ona çatmış məlumatlar əsasında polis rəislərinə tapşırıq verir ki, tamamilə məxfi yollarla bu partiyanın şəxsi heyətini, onun məqsədlərini və nəhayət onun hansı vəsaitlər hesabına mövcud olmasını aydınlaşdırsınlar. Aydınlaşmışdı ki, partiyanın bölmələri maliyyə məsələləri ilə də məşğul olurdular. Partiyanın vəsaiti üzvlük haqlarının hesabına yaranırdı. Üzvlük haqlarını yığarkən partiyanın xəzinədarlarının yanında çek kitabçaları olurdu. Pulu alanda üstünə ştempel vurulmuş qəbz verirdilər. Əhalidən xeyriyyəçilik adı ilə də pul yığılırdı. Camaat içində buna "ac müsəlmanlara yardım" adı qoymuşdular. Həm də elan olunurdu ki, bu vəsait mərkəzi müsəlman xeyriyyəçilik cəmiyyətinə göndərilir. (Gürcüstan MA, fond 13, siyahı 27, iş 5269, vərəq 29 arxada.) Partiyanın bölmələri pul vəsaiti yığmaqdan başqa məhkəmə işlərinin təhqiqatı, cərimə qoyulması, torpaq münaqişələrinin həlli, döyüş drujinalarının yaradılması ilə də məşğul olurdular.
"Difai"nin bölmələri yerli əhali arasında böyük nüfuz qazanmışdı. Çar məmurları qeyd edirdilər ki, bu partiyanın mövcud olduğu vaxt ərzində yerli əhalinin ictimai işlərə marağı xeyli artmışdır, indi əhali hakimiyyət orqanlarından daha çox partiyanın komitələrinə müraciət edir. (Документы по русской политике в Закавказье, c. 1.)
1907-ci ildə Məşədi Mehdiqulu Hacı Şərif oğlunun daxil оlduğu «Qarabağ məclisi»nin fəalları kütləvi həbsə məruz qaldılar.
1908-ci ildə növbə Məşədi Mehdiquluya da çatdı. Onu və Bərdə təşkilatının digər üzvlərini tutdular. Məşədi Mehdiqulunun nüfuzundan çəkinən məmurlar onu buraxmalı oldular. Bu işdə onun məmurlara verdiyi “şirinliy”in də yardımı olmuşdu. (Документы..., с.33) Azad olunandan sonra Məşədi Mehdiqulu bütün Qarabağ əhlinə teleqram vurub, özünün sərbəst, məmurlarınsa rüşvətxor, satqın olduğunu bildirmişdi. Hər kəsə məlumat vermişdi ki, partiyanın işi haqdır, ədalətlidir. Onun məsləkdaşları, əqidə yoldaşları çar məmurları tərəfindən repressiyaya uğramışdılar.
Difai partiyası öz fəaliyyətini 1909-cu ildə dayandırmışdı. Məşədi Mehdiqulu yenə Bərdədə əyləşərək, ağsaqqalığını edirdi.
Bərdəli mülkədar İsmayıl bəy Tağıbəyovun rotmistr Kornilova ünvanlanmış 8 aprel 1910-cu il tarixli məktubunda qeyd edilir ki, polkovnik Qamkrelidzenin səyləri sayəsində bu il hökümətin düşmənləri, "Difai"nin Bərdə komitəsinin üzvləri tutulub saxlanmışdır. (Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г., с. 294.)
1913-cü il mayın 2-də Cavanşir qəzası Divanlı kəndinin mülkədar və bəyləri pay torpaqlarını zorla tutaraq, kəndliləri oradan qovmuş və onların 8 xışını aparmışdılar. Pay torpaqlarında darı əkilməsinə baxmayaraq, onlar həmin yerləri yenidən şumlatdırıb əkdirmişdilər. Divanlı kəndliləri zəbt edilmiş pay torpaqlarına yaxınlaşmaq istədikdə mülkədar Bədirbəyovlar onlara silahlı müqavimət göstərmişdilər. (ARDTA, fond 1, siyahı 1, iş 98, vər. 45.) Kəndlilər qəza rəisinə şikayət etmişdilər. İş uzanınca Məşədi Mehdiqulu ortalığa girmiş, bədirbəyovlara qulaqburması vermişdi.
Məşədi Mehdiqulu 1914-cü ildə bütün Cavanşir qəzasının dövlət məmurlarına xəbərdarlıq etmişdi ki, incilmiş rəiyyətlərin qisasını almaq üçün bölgədə hərəkata başlayacaq. Bu işdə bütün qəza əhalisinə arxayındır. Həmin dönəmdə Cavanşir qəzasında rəis Z.M.Lorçenko olmuşdu. Azərbaycanlılardan Ələkbər bəy Əzizbəyov, polis sistemində Ələkbər bəy Qalabəyov (Şirvanlı nahiyəsi), Cümşüd bəy Vəzirov (Orlovo-Denisov nahiyəsi) və İsfəndiyar bəy Əliyev (Yevlax nahiyəsi) qəzanın idarəçilik sistemində işləmişlər (Памятная книга Елисаветпольской губернии на 1914 годъ. Подъ редакцией Секретаря Комитета И.П.Бабенко. Типография Канчелярий Наместника Е.И.В. на Кавказъ. Тифлисъ: 1914., s.29).
Təqdim olunan məqalədə bir şəxsin həyatındakı hadisələrin təsvirinə həsr olunmuşdur. Zəngin tarixi mənbələr və mövcud elmi ədəbiyyat əsasında yazılmışdır. Bir çox hadisələrin işıqlandırılmasında müəllif arxiv materiallarından istifadə etmişdir. Müəllif həm Azərbaycan, həm də xarici ölkələrin tədqiqatçılarının əsərlərindən yaradıcı istifadə edərək bir Difaiçinin fəaliyyətini tədqiqini həyata keçirməyə cəhd göstərmişdir.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM