Gizir Ariz Aslanov
DİN-in Daxili Qoşunlarının
hərbi qulluqçusu
“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”. Heydər Əliyev.
İnsan doğulduğu gündən ölənədək həyatı hislərlə müşayiət olunur. Hislər içində ən güclüsü sevgi hissidir. Sevginin isə ən dəyərlisi, ən önəmlisi, ən alisi Vətən sevgisidir. Heç nə ilə müqayisəyə gəlməyən Vətən sevgisi insanın millətinə, xalqına, doğma torpağının hər bir daşına, qayasına, çayına, bulağına sevgidir. Vətənə məhəbbət öz şəxsi maraqlarını el-oba yolunda qurban verməkdir.
Azərbaycan xalqı hər zaman Vətəninə bağlı olub, onun hər qarışı uğrunda canından keçməyə hazırdır. Xalqımız bunu tarixin hər səhifəsində sübut edib. Keçmişdə bu yurdun Koroğlu, Cavanşir, Babək kimi igid oğulları olub. Yaxın keçmişə, 90-cı illərə nəzər salsaq isə görərik ki, xalqımız əsl qəhrəmanlıq dastanı yazıb. Bu dastandan bir parça olaraq Daxili Qoşunların sıralarında xidmət etmiş beş cəngavərin, beş igidin adını çəkə bilərik. Şahin, Yalçın, Maqsud, Fərhad və Siyavuşun fədakarlığını xalqımız heç vaxt unutmayacaq. Onlar xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr əlavə etdilər. Bu beş döyüşçü nəinki ölümdən qorxmadılar, əksinə, ölümün üstünə getdilər. 1993-cü il 11 dekabrda Füzuli rayonunun Böyük Bəhmənli kəndi ətrafında gedən döyüşlər zamanı dayandıqları səngərdə gələn düşmən tankının qarşısından çəkilmədilər. Vətən sevgisi ölümə qalib gəldi. Və onlar qəhrəmancasına, son damla qanlarınadək vuruşaraq şəhidlik zirvəsinə ucaldılar. Bu beş igid üzərlərinə gələn tankın qarşısından çəkilməyi, qaçıb canlarını qurtarmağı ağıllarından keçirtmədilər. Çünki, Vətən sevgisi onların qəlbini bütünlüklə sarmışdı. Döyüşüb uğrunda canlarını verdikləri həmin yerdə onların abidəsi ucaldılıb.
Qarabağ müharibəsində soydaşlarımız bir qayə ətrafında-Vətəni qorumaq, xilas etmək ətrafında birləşdilər. Eyni hal 2016-cı il aprel döyüşlərində də təkrarlandı. Vətən övladları doğma yurd naminə canlarından keçməklə dünyaya əsl vətənpərvərlik nümunəsi göstərdilər, hərb tariximizdə şərəfli iz qoyub getdilər. Hər iki savaşda qəhrəman, igid, Vətən sevgisilə qəlbləri alışıb-yanan oğul və qızlarımız ölümləri ilə ölümsüzlüyə qovuşdular. Ən uca, ən ali zirvə olan şəhidlik zirvəsinə ucaldılar.
Qarabağ uğrunda gedən döyüşlər xalqımızın övladlarının Vətəni hər şeydən çox sevdiklərini, Azərbaycan adı gələndə canlarını heçə saydıqlarını dünyaya sübut etdi. Bu savaş xalqımızın qəhrəmanlıq salnaməsidir.
Bütöv bir millətin Vətəni sevməsi, vətənpərvər olması onun azadlığı, tamlığı, qurduğu dövlətin tanınması, müstəqil olması və suverenliyi deməkdir. Vətənpərvər olmaq həm də cəmiyyətə, xalqa yararlı şəxsiyyət kimi yetişmək, Vətən üçün çalışmaq, onun qüdrətli olması naminə əlindən gələni əsirgəməməkdir. Bu baxımdan hər kəs yiyələndiyi peşəni mükəmməl mənimsəməlidir ki, Vətənə, dövlətə öz töhfəsini verə bilsin.
Hər bir Azərbaycan vətəndaşı ictimai mövqeyindən, ixtisasından, peşəsindən asılı olmayaraq, lazım olduqda Vətəni müdafiə edən əsgər olmalıdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM