Yaradılmışların ən alisi və şərəflisi olan, bır çox mətləbləri özündə sirr kimi saxlayan və bununla da bir-birindən kəskin fərqlənən insan qurur, yaradır, dəyişdirir. O həmişə axtarışda, həqiqətin əldə olunmasında bilik və bacarığını səfərbər edir. “Gilas ağacını ərik gətirməyə məcbur edən” insana fəaliyyətinin uğurlu olması üçün düzgün məqsəd müəyyənləşdirməyin, müvafiq qərar qəbul etməyin son dərəcə vacib olması, cəmiyyətdə baş verənlər haqqında hərtərəfli və düzgün təsəvvürlərə malik olması böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, “insan elə bir varlıqdır ki, onun hiss, düşüncə və idrakının çevrəsinin sərhəddini müəyyənləşdirmək, hansısa düsturla, qanunauyğunluqla ifadə etmək müəyyən deyil”. İnsan psixologiyasını öyrənən elmlər şəxsiyyətin sirlərini açmaqda onu kəşf etməkdə hələ də aciz qalıb. Çünki hər bir insan ayrı-ayrılıqda bir möcüzədir. Hər bir şəxsiyyətin mahiyyətini formalaşdıran, dayanıqlı edən, sonrakı dəyişmələrini proqnozlaşdıran ümumi düsturun formulu” çox mürəkkəbdir. İnsanlar fərqlidir, “eyni bir ağacın üzərində mütləq oxşar çiçək, yarpaq olmadığı kimi” insanlar da müxtəlifdir, müxtəlif ideya, funksiya, əməl daşıyıcısıdırlar. “Bəs belə olan halda milyonlarla fərqliliyə eyni ad vermək sözün acizliyinin göstəricisi”dirmi sualı bəzən beyinləri silkələyir. “Biz hadisələrin, gerçəkliklərin həm zaman, həm də məkan baxımından yalnız bir hissəsini gördüyümüzdən həqiqəti tam dərk edə bilmirik. Həmçinin böyük bir ağacın kiçik bir budağına baxmaqla onun nəhəng kök sistemini və yerüstü hissəsini dərk etmək” çətinliyi qarşısında çabalayırıq.
Son illərin ən yaxşı və oxunaqlı romanlarından, şedevr əsərlərindən olan “Sahibsiz kölgələr”də insanı düşündürən bu kimi bir sıra suallara cavab tapmaq mümkündür. Əsərin mahiyyətinə endikcə romandakı dərin fəlsəfi mühakimələr, incə təfəkkür tərzi, iti mülahizələr, dəmir məntiq, konkretdən abstrakta yüksəlmə, yaradıcı təxəyyül, geniş erudisiya, maraqlı mübaliğələr, zəruri qarşılaşdırmalar, praktik və nəzəri biliyin vəhdəti oxucunu səhifələri diqqətlə oxumağa vadar edir, hadisə və proseslərin sonrakı inkişaf dinamikasını intizarla gözləməyə çağırır.
Yazar oxucusunu həqiqəti axtarmağa dəvət edir, fəlsəfəni sevdirə bilir, onlara
öz fəlsəfi fikir və düşüncələrini yüksək ustalıqla və incəliklə çatdırır, onları haqsızlığa qarşı mübarizə aparmağı öyrədir, personajlarına qayğı göstərərək düzgün yola istiqamətləndirməyə çalışır, çətinlikləri başa salır, kreativ yanaşmaya üstünlük verir, yenilikləri tətbiq etməyi sevir.
Müəllifin incə və məntiqi təfəkkürünün məhsulu olan əsərdə bir-birindən maraqlı fikir və ideyalar yer alır. Belə ki, təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin son dərəcə mürəkkəb olduğunu təsvir edən yazar bu qənaətə gəlir ki, müasir dövrdə elmlər onların mahiyyətini açmaqda heyrətamiz nailiyyətlər əldə etməkdədir. Belə şəraitdə insanların çevik təfəkkürə malik olması həmişəkindən daha zəruridir. Bununla əlaqədar təbiət, sosial həyat və insanın daxili dünyası kimi üç əsas sahənin sirrlərinin dərindən mənimsənilməsində dünyagörüşün rolu durmadan artır.
Həyat inkişaf etdikcə cəmiyyətdəki problemlərə münasibət yeniləşir və zənginləşir. Kitabdan əldə olunan qənaətə görə, problemlərin həlli onların keçmişinin ümumiləşdirilməsinə, müasir vəziyyətinin təhlil edilməsinə və gələcəyinin proqnozlaşdırılmasına əsaslanır. Əsər boyunca müəllif insanın mahiyyəti, məqsədi və taleyi, həyatın ağıllı təşkili ilə bağlı məsələlərə dair maraqlı fikirlərini bölüşdürür, insanlara mesajını göndərir. Bu isə insanın fəaliyyətini stimullaşdırır, hərəkət, davranış trayektoriyasını müəyyənləşdirir.
“Əqlinin çəmənliklərini şərabla suvaran, şeytan laboratoriyasında ideyalar kəşf edən, idrakından, soyuq məntiqdən uzaqlaşan, qürurunu cibində, namusunu quyruğunda gəzdirən, ömrə damcı-damcı zəhər yağdıran” insanların fəaliyyətinə güzgü tutur, onlara tənqidi münasibətini bildirir, yeni fikir və ideyalar qarşısında onları susmağa məcbur edir. Müəllif ustalıqla yeniliyə qarşı çıxanları gənc alimlərin yolundan kənarlaşdırır, düşmən dəyirmanına su tökən amal və məqsədlərini alt-üst edir,iflic vəziyyətinə salır.
“Günəş özü gəlməzdən öncə süvariləri qaranlıqları qılınclayıb nur dünyasının sultanına yol açırlar. Bitkilər yarpaqlarını bacardıqları qədər həyat şüalarının gələcəyi istiqamətə çevirib, onun pişvazına çıxmağa hazırlaşırlar. Hər bir pişvazın, gözləntinin mahiyyətində mütləq şəkildə umacaq, təmənna elementləri də var.
Bitkilər özlərinin və digər canlıların mövcudluğunu şərtləndirən mahiyyəti formalaşdırmaq üçün günəşdən nur istəməyə məhkumdurlar. Nur sultanın bir az gecikməsi bəzi problemlərin təzahürünü tezləşdirə bilər”. Elm də belədir. Elmin inkişafı, cəmiyyətin inkişafı üçün əldə etdiyi nəticələri, faydaları bəşəriyyət daim böyük intizarla gözləyir, onun qarşısını almaq mümkün deyildir.
Öz “Orbitlər və Universal mövcudluq”nəzəriyyəsi ilə fərqləri hərəkət, poten-sial enerji kimi götürən müəllif, bərabərliyi sükut, ölüm adlandıraraq, dünyanı ni-zamda saxlayanın qeyri-bərabərlik enerjisi olduğu qənaətinə gəlir. Maraqlı və insanı bu ətrafda düşünməyə məcbur edən ideyalar, fikirlər irəli sürür.
Əsərdə Azərbaycan xüsusi xidmət orqanlarının işi, düşmənə qarşı barışmazlıq əzmi, Azərbaycanın igid oğullarının cəsarəti və çevikliyi, kənd insanlarının zəhmətkeş həyatı, Azərbaycan insanının humanizmi, qaygıkeşliyi yüksək səviyyədə təsvir olunur, düşmənin insanlıq adına ləkə gətirən hərəkət və davranışları ifşa olunur.
Əlbəttə ki, düşünmək yazmaqdan, yazmaq oxumaqdan, anlamaq isə hamısından çətindir. Bu dərin məzmunlu romanı ələ alarkən həm dərin düşünməli, həm bəzi qeydlərini etməli, həm də baş verən hadisə və prosesləri dərk etmək üçün bütün intellektini səfərbər etmək zərurəti ilə qarşılaşırsan.
Zeynəddin Şabanov
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM