AKADEMİK YAQUB MAHMUDOV: GÖRKƏMLİ ELM VƏ TƏDRİS TƏŞKİLATÇISI

12:10 / 08.02.2019

Açılmamış səhifələri vərəqlədin,

“İtirilmiş torpaqları” yada saldın,

Bizləri yetişdirib, Ata yurduna yola saldın.

 

Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrün ən mühüm nailiyyətlərindən biri də milli tarix elminin inkişafı sahəsində əldə olunan böyük uğurlardır. Azərbaycan tarixinin azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli araşdırılmasını, gənc nəslin qədim zamanlardan indiyə qədər olan tarixini dərindən öyrənməsini vəsiyyət etmiş Ümummilli liderimiz Heydər Əliyev tarixçilər qarşısında tariximizi zərərli konsepsiyalardan, saxtalaşdırmalar və təhriflərdən təmizləyərək yenidən işlənməsi kimi mühüm vəzifələr də müəyyən etmişdir. Ulu Öndərin müəyyən etdiyi bu inkişaf strategiyasını uğurla və ardıcıl surətdə həyata keçirən Prezident İlham Əliyevin 13 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə görkəmli tarixçi, dünya şöhrətli tədqiqatçı və ictimai xadimi, böyük bir elmi məktəbin banisi Yaqub Mikayıl oğlu Mahmudov Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru təyin olunmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın “böyük tarixçisi” adlandırdığı Y.M.Mahmudova bu elm məbədinin etibar olunması ilə Azərbaycan tarixinin ən mühüm mərhələlərinin və istiqamətlərinin vahid elmi problem halında araşdırılmasının əsası qoyulmuşdur.

Akademik Yaqub Mikayıl oğlu Mahmudovun fədakar ömür yolu, zəngin elmi yaradıcılığı, ictimai xadim kimi fəaliyyətinə bir məqalə çərçivəsində, üstəlik məqalə müəllifinin də elmi və yaradıcılıq potensialının imkanları çərçivəsində, işıq salmaq çox çətin və mümkünsüz görünür. Bununla belə, akademikin zəngin elmi-ictimai fəaliyyətinin bəzi istiqamətlərinə diqqəti yönəldərək onun parlaq həyat yolu haqqında bəzi təəssürat və düşüncələrimi yazmağı özümə borc bilirəm.

Müasir dövr Azərbaycan tarixşünaslığında “itirilmiş torpaqların tarixi” konsepsiyasının elmi dövriyyəyə daxil edilməsi, bu istiqamətdə ciddi elmi tədqiqatların aparılması, obyektiv tarixi gerçəkliyi özündə əks etdirən sanballı əsərlərin yaranması - bir sözlə, itirilmiş torpaqların tarixini araşdıran tarixçilər nəslinin, məktəbinin formalaşması bilavasitə akademik Yaqub Mahmudovun adı ilə bağlıdır. Məhz onun çoxillik elmi fəaliyyətinin, gənc tarixçilərin yetişdirilməsi sahəsində zəhmətinin nəticəsində müasir Azərbaycan tarix elmində yeni elmi istiqamətin təməli qoyulmuşdur. “İtirilmiş torpaqların tarixi” konsepsiyası elmi və siyasi baxımdan xüsusi aktuallıq kəsb edən istiqamətlərdən biri olub, qonşularımıza hər hansı ərazi iddiası irəli sürmədən, əzəli tarixi torpaqlarımızın tarixini öyrənərək onu gələcək nəsillərə ötürmək zərurətindən doğmuşdur.

Azərbaycan tarixşünaslığında uzun müddət unudulmuş və tədqiqatlara cəlb olunmamış “itirilmiş torpaqların” tarixi, mövcud boşluqdan istifadə edən qonşular tərəfindən öz istək və maraqlarına uyğun şəkildə “tədqiq” olunmuşdur. Azərbaycanın öz müstəqilliyini itirdiyi son iki yüz illik dönəmdə tarixşünaslıqda Azərbaycan tarixi ilə bağlı irəli sürülən bəzi “konsepsiyaar” elmə zidd və heç bir faktiki əsası olmayan yanlış müddəalardan ibarət olub, Azərbaycan xalqına, onun əzəli tarixi torpaqlarına, keçmişinə qərəzli, iddialı münasibət nəticəsində formalaşmışdır. Uzun müddət tariximizə olan qərəzli münasibətə Azərbaycan tarixşünaslığında tutarlı cavab verilmədiyindən, üzdəniraq “tədqiqatçılar” öz iddialarında xülyasında olduqları “tarixi yaradır”, hətta bir-biri ilə toqquşur, biri digərini tarixi təhrif etməkdə suçlayır, bu torpaqların əsl sahibləri olan azərbaycanlıların və Azərbaycan dövlətinin varlığını “unudur”, torpaqlarımızı öz aralarında “bölüşdürür”, hərəsi özünə daha çox “pay götürməyə” çalışırdılar. Akademik Yaqub Mahmudovun sözləri ilə desək, bütün coğrafi cəhətlərdən, o cümlədən də şimaldan və qərbdən, tariximizə “hücum çəkən” saxtakarlar, elm dəllalları unutmamalıdırlar ki, Azərbaycanın öz tarixi torpaqlarını itirə-itirə gəldiyi dövr artıq başa çatmışdır. Bizə qarşı torpaq iddiası ilə cızmaqaralar yazanlar, tarixi abidələrimizə və əzəli torpaqlarımızı “öz abidələri” və “öz torpaqları” kimi qələmə verənlər unutmamalıdırlar ki, indi müstəqil Azərbaycan dövləti vardır. Azərbaycan xalqı

öz dövlətinin ərazisində milli-mənəvi dirçəliş dövrünə qədəm qoymuşdur. Vaxtilə Moskvanın himayəsinə sığınan bəzi qonşu ölkə tarixçilərinin xüsusi niyyətlə saxtalaşdırdıqları Azərbaycan tarixi yenidən araşdırılır, tarixi Azərbaycan torpaqları barədə obyektiv həqiqətlər üzə çıxarılır.

Azərbaycan tarixinə böhtan və hədyanlar yağdıranlara qarşı ayrı-ayrı dövrlərdə Azərbaycan tarixçiləri tərəfindən cavab verməyə cəhdlər edilmişdir. Lakin belə cəhdlər kifayət qədər dəstəklənmədiyindən davamlı olmamış və fraqmental səciyyə daşımışdır. Yalnız akademik Yaqub Mahmudovun əvəzolunmaz xidmətləri nəticəsində bu sahədə dönüş yaranmış, bütövlükdə Azərbaycan tarixi, eləcə də itirilmiş torpaqlarla bağlı elmi araşdırmalar sistemli xarakter almış, tariximizə təcavüz edənlərə layiqincə cavab verilmişdir. Bilavasitə akademikin rəhbərliyi altında Naxçıvan, İrəvan, Göyçə, Zəngəzur, Borçalı mahallarının, Telavidən bəri Şimal-Qərbi Azərbaycan torpaqlarının, Dərbənd və Samur vadisinin və ən nəhayə,t Qarabağın tarixi ilə bağlı hərtərəfli və dərindən elmi tədqiqatlara başlanmışdır. Aparılmış elmi araşdırmalar nəticəsində yazılmış onlarla əsər müxtəlif dillərdə nəşr olunaraq geniş oxucu kütləsinə çatdırılmışdır.

Akademik Yaqub Mahmudovun rəhbərliyi ilə “itirilmiş torpaqlar” elmi istiqamətinin mühüm bir bölməsi Şimal-Qərbi Azərbaycan (Albaniya) tarixinin tədqiqi ilə bağlıdır. Yaqub Mahmudov məktəbinin nümayəndələri E.Lətifova, A.Məmmədova, İ.H.Əliyeva, Ş.H.Əliyev və başqaları bu istiqamətdə elmi araşdırmalarını uğurla davam etdirir.

Bütöv Azərbaycanın ayrılmaz bir parçası olan Şərqi Alazan vadisində elliklə məskunlaşan, bölgənin ən qədim avtoxton etnik qruplarından biri olmaq etibarilə, ingiloyların tarixi uzun müddət elmə zidd bir sıra təsirlərə məruz qalmışdır. İngiloyların tarixinə dair əldə olunmuş faktik materialların təhlili və onlardan əldə olunan nəticələr göstərir ki, elmi təcrübəsində tarixi keçmişi bu qədər təhrif olunmuş digər bir etnos təsəvvür etmək çətindir. İngiloyların mənşəyi, soykökü, etnik özünüdərki, məişəti, maddi və mənəvi mədəniyyəti son yüz əlli illik tarixşünaslıqda o şəkildə təhrif olunması hətta etnik ilkinliyini qoruyub saxlanmaqda kifayət qədər israrlı olan bu etnosun bəzi nümayəndələrinin mövcud hakim mülahizələrin təsirinə düşməsinə, hətta özlərinin mənşəyindən “şübhələnməsinə” gətirib çıxarmışdır...

Dünyaya göz açdığım doğma Əliabad qəsəbəsində yaşayan soydaşlarımı daima ingiloyların kimliyi, soy-kökü, etnik əraziləri, tarixi keçmişi ilə bağlı suallar düşündürmüşdür. Ötən əsrdə Azərbaycanın öz tarixi torpaqlarını itirə-itirə gəldiyi bir dövrdə ingiloyların da Alazanın sağ sahilində yerləşən torpaqları, müqəddəs yerləri, ziyarətgahları əllərindən alınaraq Gürcüstana verilmişdir. Bütün bunlar azmış kimi, ingiloyların etnik tarixinə təcavüz olunmuş, onları tarixi kökündən ayırmağa çalışmışlar. İngiloyların guya “gürcü olması”, tarixən yaşadıqları Alazan vadisinin “əzəli Gürcüstan torpaqları” olması haqqında gürcü və qeyri-gürcü tədqiqatçıların təbliğat xarakterli saysız-hesabsız əsərləri qarşısında özlərinin gürcü olmadığını yəqin bilən və bunu qətiyyətlə bəyan edən sadə insanlar nəhayət Bakıya, tarixçilərə müraciət etdilər. Onların müraciətinə dərhal cavab verənlərdən ən birincisi BDU-nun Tarix fakültəsinin o vaxtkı dekanı Yaqub Mahmudov olmuşdur. Bölgəyə ezam olunmuş Azərbaycanın ən məşhur tarixçi alimləri ingiloyların qədim alban etnoslarından biri olmasını əsaslandırmağa çalışmaqla yanaşı, ingiloyların və ümumiyyətlə, bölgənin tarixinin tədqiq olunmasının zəruriliyini xüsusi olaraq vurğulamışdılar. Məqalə müəllifinin hələ şagird ikən şahidi olduğu bu hadisə onun gələcəkdə tarixçi olub, bölgənin tarixini araşdırmaq fikrinin qətiləşməsində həlledici rol oynadı...

Bakı Dövlət Universitetinin tələbəsi kimi yeni açılmış “beynəlxalq münasibətlər” ixtisasında təhsil almağımda da akademikə borcluyam. Azərbaycanda milli diplomatik kadrların, beynəlxalq münasibətlər sahəsində mütəxəssis hazırlığına başlanmasında akademik Yaqub Mahmudovun böyük xidmətləri olmuşdur. Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən strategiyası əsasında Azərbaycanda beynəlxalq hüquq məktəbi qurulmuşdur. Lakin sovet dövrünün sərt qadağaları üzündən Bakı Dövlət Universitetində yalnız əcnəbilər bu ixtisas üzrə təhsil ala bilərdilər. Heydər Əliyev siyasətinin önündə gedən Yaqub Mahmudov da səriştəli tədris təşkilatçısı kimi, hələ Bakı Dövlət Universitetinin Tarix fakültəsinə rəhbərlik etdiyi (1986-1990) dövrdə, onun təşəbbüsü və səyi ilə universitetin Tarix fakültəsində digər yeni ixtisaslarla yanaşı “beynəlxalq münasibətlər” ixtisası da açılmışdı. Nəticədə, ilk dəfə milliyətcə azərbaycanlı gənclərin “beynəlxalq münasibətlər” ixtisası üzrə qəbulu aparılmış, milli diplomatik kadrların hazırlığına başlanmışdır...

Təsadüfi deyil ki, akademik Yaqub Mahmudovun zəngin elmi yaradıcılığının, tədqiqatlarının mühüm bir hissəsi də Şərq – Qərb münasibətləri kontekstində Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı əlaqələrinin öyrənilməsinə həsr olunmuşdur. Əslində, milli tarixşünaslığımızda ilk dəfə olaraq Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ilə siyasi-diplomatik, iqtisadi-ticari əlaqələrini kompleks tədqiq etməklə, akademik, Azərbaycanın beynəlxalq münasibətləri, xarici siyasəti və diplomatiyası tarixinin elmi araşdırılmasının təməlini qoymuşdur. “Azərbaycan diplomatiyası tarixi”nin elmi araşdırılmasında müstəsna xidmətləri olmuş akademikin onlarla yetirməsi də müxtəlif dövrlər üzrə araşdırmalar aparmış, bu istiqamətdə sistemli tədqiqatlar davam etdirilməkdədir...

BDU-nun tələbəsi kimi buraxılış işim Yaqub Mahmudovun tövsiyəsi və rəhbərliyi altında “Orta əsr Azərbaycan – Gürcüstan münasibətləri “Kartlis Tsovreba”nın məlumatları əsasında” mövzusuna həsr olunmuşdu. Orta əsr gürcü mənbələr toplusu ilə ilk tanışlıq, əslində, gələcək elmi tədqiqatların istiqamətini də müəyyənləşdirməyə imkan verdi. Prof. Yaqub Mahmudovun aspirantı kimi “İngiloylar: tarixi - etnoqrafik tədqiqat” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, “Şimal-Qərbi Azərbaycan: ingiloylar” adlı monoqrafiya və ingiloyların tarixinə həsr olunmuş onlarla məqalə və tezis çap etdirərək, müxtəlif beynəlxalq konfrans və seminarlarda məruzələr oxunmuşdur. Hazırda akademik Yaqub Mahmudovun elmi məsləhətçisi olduğu “IX əsrin sonları – XIII əsrin əvvəllərində Azərbaycan – Gürcüstan münasibətləri (Şəki hakimliyinin tarixinə dair materiallar əsasında) ” mövzusunda doktorluq işi tamamlanmaq üzrədir...

Akademik Yaqub Mahmudovun rəhbərliyi ilə hələ 1996-cı ildən başlanmış elmi tədqiqatlar nəticəsində istər ingiloylar, istərsə də Şimal-Qərbi Azərbaycanda “itirilmiş torpaqlar”la bağlı obyektiv tarixi reallıqların üzə çıxarılması istiqamətində mühüm elmi nailiyyətlər əldə olunmuşdur. Apardığımız tədqiqatlar nəticəsində “ingiloy” etnonimi ilə bağlı ənənəvi konsepsiyanın elmə zidd olduğu, ingiloyları “gürcüdən dönmə”, “yeni yola gələn”, yəni konfessional əhali qrupu (“müsəlmanlaşmış gürcülər”) hesab edən tədqiqatçıların yanıldığı tutarlı dəlillərlə sübuta yetirilmişdir. İngiloyların “gürcü mənşəli olduğunu” sübut etməyə ciddi cəhdlə çalışan müasir gürcü tədqiqatçılarına tutarlı elmi cavab vermək üçün ilk növbədə daha çox öz obyektivliyi ilə seçilən orta əsr gürcü mənbələrinə istinad olunmuşdur.

Araşdırmalar zamanı bir çox müasir tədqiqatçıların mənbələrindən istifadə edərkən, sözü gedən məlumatları düzgün dərk etməmək üzündən mətləbi müxtəlif istiqamətlərə yönəltmək səyləri tənqid edilmiş və onların tutarsız olduğu sübuta yetirilmişdir. Tədqiqat zamanı ingiloyların (gellərin) tarixi coğrafiyası dəqiqləşdirilmışdir. İlk mənbələr, xüsusilə də orta əsr gürcü mənbələri əsasında gel (her) tayfalarının tarixi etnik əraziləri, o cümlədən Qafqaz Albaniyasının şimal-qərb sərhədləri müəyyənləşdirilmişdir. Qədim dövrlərdən eramızın II əsrinədək Qafqaz Albaniyasının şimal-qərb sərhədinin məşhur Dəryal keçidi daxil olmaqla Araqvi çayı hövzəsindən keçdiyi müəyyən edilmişdir. Tədricən geri çəkilməkdə olan Qafqaz Albaniyasının şimal-qərb sərhədi son olaraq nisbətən sabit şəkildə (III-XII əsrlər) aşağıdakı kimi müəyyənləşdirilmişdir. Debed çayının Xramı ilə birlikdə Kürə qovuşduğu mənsəbi (indiki Ağstafa rayonu ərazisi), Xunanın qarşı tərəfindən Samebis çayının İoriyə qovuşduğu mənsəbinədək (Saqarecodan qərbdə) uzanan sərhəd xətti, Samebis çayı boyunca Şua-mta dağlarınadək (Sivi yüksəkliyi), dağın əks tərəfindən Turdos-xevi çayı boyunca Qulqula gölünədək və bu çayı Alazana qovuşduran mənsəbi (Telavidən qərbdə), təxminən onun qarşı tərəfdən Ştoris-xevi çayının mənsəbi və bu çay boyunca Qafqaz dağlarınadək.

Azərbaycan torpaqlarının müxtəlif dövrlərdə ayrı-ayrı dövlət qurumlarının tərkibinə qatılması barədə tarixi faktları təhrif edən müasir tədqiqatçıların məkrli iddialarının əsassız olduğu sübuta yetirilmişdir. Xüsusilə də, Azərbaycanın itirilmiş torpaqlarının əvvəl başdan qonşularımıza mənsub olması ilə bağlı müasir tədqiqatçıların ciddi tarixi təhriflərə yol verdikləri aşkar olunmuşdur.

Azərbaycan tarix elmində “itirilmiş torpaqlar” elmi istiqaməti üzrə aparılan mövcud tədqiqatlar işin hələ başlanğıcıdır. “İtirilmiş torpaqlar”ın tarixi ilə bağlı onlarla tədqiqat işi hələ də öz həllini tapmamışdır. Bizi qarşıda tarixin açılmamış səhifələrinə aydınlıq gətirmək kimi məsuliyyətli və şərəfli bir vəzifə gözləyir. Akademik Yaqub Mahmudov məktəbinin əbədiyaşar təməl prinsipləri bu istiqamətdə tədqiqatlar aparan tarixçilər nəslinə daima yol göstərəcək.

Şirinbəy Əliyev

Bakı Slavyan Universiteti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM