Hafizə İmanova
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin müşaviri
1956-cı il fevralın 14-ü... Azərbaycanda televiziya məhz bu tarixdə yarandı. Xalq artisti Nəcibə Məlikova “Göstərir Bakı” kəlməsi ilə televiziyanın fəaliyyətə başlamasını elan etdi və bütün xalqa bu münasibətlə təbriklərini çatdırdı. Sonra “Bəxtiyar” filmi nümayiş olundu. Beləcə, Azərbaycanda ilk televiziya fəaliyyətə başladı. O gündən də əsas missiyası xalqa xidmət etmək oldu. İlk vaxlar böyük çətinliklərlə üzləşdi. Kadr çatışmazlığı olduğundan televiziyanın fəaliyyətini davam etdirmək üçünradio və qəzetlərdən mütəxəssislər dəvət olunurdu. Amma bu yetərli deyildi. Çünki, televiziya tam fərqli bir sahə olduğundan burada təcrübəli işçilərə ehtiyac duyulurdu. İlk televiziya olduğu üçün dəbu sahə üzrə ixtisaslaşan kadr demək olar ki yox idi. Amma vaxt keçdikcə milli televiziya öz simasını formalaşdıra bildi. Burada çalışan hər bir işçi çətin və məsuliyyətli işin öhdəsindən gəlməyi bacardı.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra isə üç dəfə 2 saatlıq proqramla tamaşaçılar qarşısına çıxmağa başladı.Sonradan yayımın sayı artırıldı. 1957-ci ildən Azərbaycan televiziyası həftədə 5 dəfə efirə çıxdı və verilişlərin müddəti də 20 dəqiqə uzadıldı. Yəni efir vaxtı 2 saat 20 dəqiqə davam edirdi. 1962-ci ildə isə Milli televiziya gündəlik efirə çıxmağa başladıvə proqramların vaxtı 7 saata qədər uzadıldı. 70-ci illərdən etibarən Azərbaycan Televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə milli televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. Mərhələlərlə inkişaf edərək bu günə qədər gəlib çatdı. İndi Azərbaycan teteviziyası xalqın təfəkkürünün formalaşmasında, onun maariflənməsində, mədəni irsinin təbliğində əhəmiyyətli rola malikdir. Bəlkə də elə bu səbəbdəndir ki, televiziyanın kəşfi XX əsrin ən böyük möcüzəsi adlanır.Çünki televiziya mədəniyyət tarixinin tərkib hissəsi olmaqla yanaşı, bütövlükdə incəsənət növlərinin əyani təbliğat vasitəsi kimi də çıxış edir. Bu mənada mütəmadi olaraq dəyişən və təkmilləşən televiziyanın inkişaf yolu bütövlükdə aid olduğu cəmiyyətin tarixi mənzərəsini əks etdirir.
Keçmiş Sovetlər Birliyində xalqın dünyagörüşü və bədii-estetik zövqünün formalaşmasında əsaslı rol oynamış televiziya Azərbaycanda da mürəkkəb inkişaf yolu keçərək, tədricən kütləvi əxlaq və xarakter psixologiyasından milli dirçəliş, oyanış düşüncəsinə manevr etmişdir. İlk əvvəl “ev kinosu” kimi dəyərləndirilən televiziya mərhələ-mərhələ irəlilədikcə cəmiyyətin ictimai-siyasi, eləcə də mədəni həyatının bir parçasına çevrildi. Xalqın məlumatlanması, maariflənməsi və əylənməsi funksiyalarını üzərinə götürdü.Bu məqsədlə tamaşaçılara “Retro” kinozalı, “Bayatı” ədəbi almanaxı, “Şahmat məşqçilərinin televiziya məktəbi”, məktəblilər üçün “Günəş”, “Yelkən” verilişləri, eləcə də “Bağçılıq”, “Qitələr, hadisələr” beynəlxalq proqramları təqdim edilirdi. Televiziyada “Səyahət”, “Gəncliyin səsi”, “Kəndimizin qayğıları”, “Qabaqcıl təcrübə məktəbi”, “Bazar münasibətləri: problemlər, perspektivlər”,“Əməkdaşlıq”, “Mahnı qanadlarında”, “Sənət yollarında”, “Palitra” incəsənət proqramı” kimi ən müxtəlif istiqamətli verilişlər hazırlanırdı. 1991-ci ilin diqqət çəkən verilişlərindən biri “Televiziya tamaşaçılarının suallarına cavab verirlər” adlanırdı. Bütün bunlarda milli televiziya xalqın həyatının bir parçasına çevrilirdi. İndi də eyni missiya və amalla xalqa xidmət göstərməyə davam edir. Bu gün də müxtəlif tele-debatlar, televiziya tamaşaları, talk-şoularlarla milli ruhun möhkəmlənməsinə xidmət edir.
Hazırda Azərbaycan televiziyasında ən aparıcı sahə “Xəbərlər” departamentidir. Ölkədaxili və dünyada baş verən hadisələr barədə xalqın məlumatlandırılmasına xidmət edən “Xəbərlər” proqramı ilk dəfə 1960-cı ildə “Günün yenilikləri” adı ilə ekrana çıxmağa başladı. Sonra “Son xəbərlər”, 1967-ci ildən isə “Günün ekranı” adı ilə efirdə yayımlandı. Adlar müxtəlif olsa da strategiya eyni idi. Məqsəd ölkədə və dünyada baş verən ən mühüm hadisələri, rəsmi məlumatları, görüşləri tamaşaçılara çatdırmaq idi. İndi “Xəbərlər” adı ilə yenə də eyni missiyaya xidmət edir, əhalini ən son siyasi yeniliklərlə tanış edir. Bu şərəfli və məsuliyyətli işin öhdəsindən də layiqincə gəlməyi bacarır.
Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Televiziyası bu gün nəinki ölkə daxilində eyni zamanda dünyanın bir çox ölkələrində yayımlanır. Verilən operativ və şəffaf informasiyası ilə özünə çoxsaylı tamaşaçı kütləsi toplamış Dövlət Televiziyamız daima öz izləyicilərini istər dünya xəbərlərindən istərsə də ölkə daxilində baş verən ən son hadisələrdən məlumatlandırır və maarifləndirir. Cənab Prezidentin qayğısı nəticəsində Azərbaycan Dövlət Televiziyası öz örnək fəaliyyəti ilə missiyasını layiqincə davam etdirir və televiziya, radio sahəsində peşəkar kadrlar yetişdirməklə dünyanın qabaqcıl televiziya mütəxəssisləri ilə rəqabətə girə biləcək işlər ortaya qoyur. Ümid edirəm ki, Dövlət Televiziyamız örnək fəaliyyəti ilə Azərbaycan tarixinə adını əbədi həkk etdirəcək və Müasir Azərbaycanın yalnız xoşbəxt, firavan günlərini yayımlayacaq. Bayramınız mübarək!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM