Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Qlobal transformasiya və inteqrasiya proseslərinin cərəyan etdiyi müasir dünyada sivilizasiyanın inkişafının yeni mərhələsi ilə qarşılaşmaqdayıq. Sənaye cəmiyyətinin dəyişməsi üçün zəmin formalaşdırmış yeni ictimai-iqtisadi formasiyanın determinantları və indikatorları üzrə çıxır ki, o, “informasiya cəmiyyəti” adlandırılır. Artıq bu günün də reallığı olan postindustrial cəmiyyət konsepsiyasının əsas resursunu da informasiya təşkil edir. Hələ XX əsrdə “informasiya” anlayışı bir çox elmi sahələrdə inkişafın əsas faktoru kimi xüsusi əhəmiyyət kəsb etməyə başlamışdı. Postindustrial cəmiyyət konsepsiyasının banilərindən sayılan D.Bell informasiya dedikdə iqtisadiyyatda və sosiumda axtarılan, emal edilən və qorunan, yayılan aprior resursu nəzərdə tuturdu.[1]
İnformasiya - kommunikasiya texnologiyalarının sürətlə inkişaf etməsi, ondan iqtisadiyyatda və cəmiyyətin həyatında daha geniş istifadə edilməsi həqiqi mənada sosiumun yeni inkişaf konsepsiyasının meydana çıxdığını əminliklə deməyə əsas yaradır. Bu da birmənalı olaraq “informasiya cəmiyyətidir”.
Piter Drаker “Postkapitalist cəmiyyəti” kitabında yazır ki, cəmiyyət kapital, torpaq və fiziki əmək üzərində qurulmuş cəmiyyətin daha üstün forması olan “informasiya cəmiyyəti”nə daxil olur. O təsdiqləyir ki, cəmiyyətin bu tipi ümumi iqtisadiyyatın vəziyyətinə, biznesin idarəedilməsinə, təhsilin roluna güclü təsir edir və bütün sistemin fasiləsiz işləməsini şərtləndirir. Bu cəmiyyətdə insan həyatının bütün konstruksiyası dəyişir, dəyərlər sistemini fərqli rakursda inkişaf etdirir. Sənaye cəmiyyətindən fərqli olaraq “informasiya cəmiyyətində” maddi məhsulların istehsalı və istehlakı deyil, burada intellekt, bilik istehsal olunur və istehlak edilir. [2]
Yeni ictimai-iqtisadi formasiya daxilində dövlət idarəçiliyindən tutmuş iqtisadiyyat, sosial həyat, elm və təhsil, hüquq mühafizə sistemi, bütövlükdə insan həyatının bütün sahələri informasiya-kommunikasiya texnologiyaları əsasında realizə edilir. Yəni, ana tezis ondan ibarətdir ki, “informasiya cəmiyyətində” sosium informasiya istehsal edən İKT vasitəsilə idarə olunur. “E-hökumət” layihəsinin də meydana gəlməsi birbaşa olaraq bu tip cəmiyyətin tələbindən irəli gəlir.
İnformasiya cəmiyyəti – bu, cəmiyyətin hərtərəfli informasiyalaşdırılmasını xarakterizə edən sivilizasiyanın postindustrial inkişaf mərhələsində formalaşır və postsənaye dövrünü əvəzləyir. Bu cəmiyyətdə informasiyanın strateji resurs kimi rolu kütləni və ictimai şüuru manipulyasiya edən elektron kütləvi informasiya vasitələrinin inkişafı ilə yüksəlir. “İnsan intellektinin imkanlarını dəfələrlə artıran yeni sənaye inqilabı” dövründə kommunikasiya - informasiya texnologiyaları əsas qüvvəyə çevrilirlər. Bu gün bütün aparıcı ölkələr informasiya texnologiyalarından milli maraqlar naminə istifadə etməklə, qlobal informasiya cəmiyyətinə daxil olmaq üçün dövlət proqramları hazırlayır və həyata keçirirlər. [4]
İnformasiya cəmiyyətində İKT-nin inkişafı və geniş tətbiqi, informasiya texnologiyalarının cəmiyyətin bütün həyat sferalarını əhatə etməsi ictimai istehsalatda, sosial qrupların fəaliyyətində, fərdlərin tərbiyə edilməsində, həmçinin sosiumun sosial strukturunda iqtisadi və siyasi əlaqələrin inkişafında mühüm rol oynayır. Bununla da insan cəmiyyətin siyasi, iqtisadi, dövlət, təhsil, ictimai həyatında aktivlik nümayiş etdirə bilir. İnformasiya cəmiyyətində sosiumun iki sinfə bölünməsi industrial cəmiyyətdən daha tez baş verir. Burada biliklərin (informasiyanın) daşıyıcısı olan intellektuallar və informasiya iqtisadiyyatına daxil olmayanlar sinfi ortaya çıxır. [5] İnformasiya cəmiyyətində insanların həyat şəraiti, sosial qrupların dəyərlər sistemi dəyişir, beləliklə də maddiliyə münasibətdə informasiya dəyərlərinin əhəmiyyəti yüksəlir. Bu mənada E.Toffler qeyd edib ki, informasiya cəmiyyətinin bərqərar olması sosiumda, istehsal sahəsində özü ilə birgə məcburən gətirəcəyi sosial yeniliklər ruhunda radikal dəyişikliklər baş verəcək. [3]
İnformasiya cəmiyyətinin xarakterik xüsusiyyətləri kimi informasiya böhranının aradan qalxmasını, informasiya axını və informasiya “qıtlığı” arasındakı ziddiyyətin həll olunmasını, informasiya - kommunikasiya texnologiyalarından istifadənin kütləvi hal alması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranmasını, İKT vasitəsilə hər bir insanın bütün sivilizasiyaların informasiya resurslarına sərbəst çıxışının reallaşmasını göstərmək olar.
İnformasiyanın, ölkədə və dünyada baş verən hadisələrin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin (KİV) rolu danılmazdır. KİV mürəkkəb proseslərdə müşahidəçi və iştirakçı rolunu oynamaqla informasiyanın cəmiyyətə çatdırılmasını təmin edir. Elə KİV-in funksiyaları – məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək onların cəmiyyətin inkişafındakı rolunu sübut etməyə yetərlidir. Cəmiyyətin informasiya ilə təmin olunmasında isə KİV özünəməxsus şəkildə sözünü deyir. Müasir dövrdə KİV dedikdə radio, televiziya, ənənəvi mətbuat (qəzet, jurnal) və İnternet nəzərdə tutulur. KİV-lər ictimai həyatı əks etdirir və İKT insanlar, dövlət orqanları və ümumilikdə, cəmiyyətin ünsiyyət qurması üçün bir vasitəyə çevrilir. Cəmiyyətin “güzgüsü” kimi, KİV eyni zamanda, demokratiya, siyasi proseslər, identiklik məsələsi, həmçinin ictimaiyyət və mədəniyyət problemlərində vacib faktor rolunu oynayır. Müasir dünyada KİV daha çox təbliğat və maarifləndirmə vasitəsi olmaqla, ictimai-siyasi və sosial-iqtisadi proseslərin idarə edilməsində də əhəmiyyətli yer tutur. Xüsusilə də bu sahədə xüsusi aktuallığını qoruyub saxlayan ənənəvi media vasitələri – qəzet, jurnal və s. ictimai fikrin formalaşdırılması və idarə edilməsində öz sözünü deyir.
Amerikalı sosioloq E.Tofflerin informasiya cəmiyyətinin bərqərar olması ilə KİV-lə əlaqədar ortaya qoyduğu futuroloji fikirlər müəyyən mənada bu gün özünü doğrultmur. Toffler iddia edirdi ki, yeni cəmiyyətdə KİV-lər kütləvisizləşmə prosesi ilə üzləşəcək. O, qeyd edir ki, yeni nəsil media və İKT vasitələrinin yaranması ilə xüsusilə də ənənəvi mətbuat oxucu auditoriyasını itirməklə, əvvəlki rolundan məhrum olacaq. [3]
Lakin bu gün qloballaşma və transformasiya proseslərinin sürətlə getməsi və milli dövlətlərin ümumi sosio-mədəni identiklik prosesinə dirənməsi ənənəvi media vasitələrinin rolunun əvvəlki səviyyədə qalmasına əsas yaradır. Doğrudur, qəzet və jurnalların tirajlanmasında zəifləmə prosesi müşahidə olunsa da, onların ictimai fikrə təsiretmə gücü daha da yüksəlib.
Radio, televiziya, sonda isə İnternet yarandıqdan sonra ənənəvi media digər KİV-lə rəqabətdə uduzmamaq üçün yeniliklərdən istifadə etməyə başladı. Belə ki, qəzet hadisə baş verəndən çox sonra bu barədə oxucuya informasiya verə bilir. Ona görə qəzetdə çalışan müxbirlər radioya məxsus olan canlı ünsiyyəti təmin etmək üçün reportaj janrından istifadəyə başladılar. Qəzetdə reportaj yazan jurnalist çox vaxt felin indiki zaman forması ilə danışaraq oxucunu hadisələrin iştirakçısına çevirməyə çalışdı. Jurnalistlər nə qədər maraqlı, operativ analitik yazılar yaza bilsələr, yeni janrlar, formalar tapa bilsələr, oxucunu bu vasitələrlə nə qədər çox cəlb etsələr çap mediası o qədər də uzunömürlü olacaq.
Televiziya ilə rəqabətdə isə qəzetlər KİV-in bir sıra məhdudiyyətlərindən istifadə edərək uğur qazana bilərlər. Birincisi, televiziya yalnız kadrlar göstərə bildiyi hadisələrlə işləyir. O, vizual təsvirlərlə təchiz olunmamış materialla işləyə bilməz. Qəzetlərdə isə bəzən şəkil belə vermədən hər hansı hadisə haqqında informativ və ya analitik yazı vermək mümkündür. İkincisi, televiziyanın yarım saatlıq xəbər buraxılışını mətnə köçürsək bu qəzetin bir səhifəsini tuta bilər. Qəzet isə informasiyanı geniş və əhatəli şəkildə oxucuya çatdırmaq imkanına malikdir.
İnternetlə rəqabətdə isə mətbuat heç də ondan geri qalmır. İnternetin imkanlarından istifadə edən bir çox qəzetlər özlərinin İnternet variantlarını da yaradıblar. Beləliklə də, əldə etdikləri məlumatları daha geniş auditoriyaya və daha operativ təqdim etmək imkanı əldə ediblər. Eyni zamanda, internet portalları yalnız xəbər yaydığı və baş verən hadisənin əsl mahiyyətini açıb göstərə bilmədiyi üçün yenidən analitik yük qəzetlərin üzərinə düşür.
Qəzet mediasına meyil ənənəsi cəmiyyətdə hələ də davam edir və özünəməxsus keyfiyyətlərinə görə çap mediası elektron mediaya uduzursa, bunun əksi olaraq, elektron media da bəzi xüsusiyyətlərinə görə çap mediasından geri qalır. Arxivləşdirmə və intellektual keyfiyyətlərinə görə də çap mediası yeni nəsil mətbuatdan daha etibarlıdır. Yəni, qəzetdə araşdırmaya, maraqlı publisist yazılarına yer ayrılırsa, xəbər özünəməxsus formada işlənib ictimaiyyətə çatdırılırsa, geniş ictimai müzakirələrə yer verilirsə, çap mediasının vaxtının keçməsi barədə danışmaq hələ tezdir. Elektron mediadakı rəqabət qəzetlə deyil, xəbərin operativ çatdırılmasına görə xəbər saytları arasında kimin qabağa düşməsi uğrunda gedən rəqabətdir. Bəzən elə olur ki, saytlarda yazılan xəbər operativ olsa da, birmənalı şəkildə “şok” effektə hesablanır, balans pozulur, qərəzli alınır.
Göründüyü kimi, informasiya cəmiyyətində medianın rolu danılmazdır və sosium inkişaf etdikcə KİV-in əhəmiyyəti, ictimai-siyasi proseslərə təsiri və ictimai fikrin formalaşdırılmasında əhəmiyyəti getdikcə artır. Müasir İKT vasitələrinin meydana gəlməsi ilə yeni nəsil mətbuat vasitələrinin yaranması da yeni cəmiyyətin əsas indikatoru olan informasiyanın istehsalı, emalı və ötürülməsi işində KİV-lərin, xüsusilə də ənənəvi medianın rolunu nəinki azaltmayacaq, əksinə, bu proses keyfiyyətcə yeni yüksəliş dövrü yaşayacaq.
ƏDƏBİYYAT
1. Белл Д. Наступление постиндустриального общества. Опыт социального прогноза. Москва, «Экзамен», 1973, стр. 118.
2. Дракер П. Посткапиталистическое общество. Новая постиндустриальная волна на Западе. Антология . под ред. В.Л.Иноземцева. Москва, «Academia», 1999. стр. 168
3. Тоффлер Э. Шок будущего. Москва, «ACT», 2001. стр. 560
4. Масуда Е. Информационное общество как постиндустриальное общество. Москва, “ЭКСМО ПРЕСС”, 2003. стр. 448
5. Кaстельс М. Информационная эпоха. Экономика, общество и культура, Москва, ГУ ВШЭ, 2000. стр.608
Açar sözlər: İnformasiya, informasiya cəmiyyəti, kommunikasiya, qlobal transformasiya, sivilizasiya, sənaye cəmiyyəti, postindustrial cəmiyyət
Ключевые слова: Информация, информационное общество, коммуникация, глобальная трансформация, цивилизация, индустриальное общество, постиндустриальное общество.
Keywords: information, information society,communication, global transformation, civilization, industrial society, postindustrial society
Рагимзаде Вугар Гянджали оглы,
Доктор философии по политическим наукам,
профессор БСУ
Традиционные медиа и новые медиа в течение нового
информационного периода: в какой области будет перспектива?
Резюме
Быстрое развитие информационных и коммуникационных технологий (ИКТ) и более широкое их использование в экономике и в жизни общества в реальном смысле позволяют с уверенностью утверждать проявление новой концепции развития социума. Это однозначно «информационное общество».
В новых социально-экономических рамках все аспекты экономики, социальной жизни, науки и образования, правоохранительной деятельности и, в целом, всех аспектов человеческой жизни реализуются на основе информационных и коммуникационных технологий. Это значит что основной тезис заключается в том, что в «информационном обществе» социальность контролируется ИКТ, которая производит информацию. Появление проекта «Электронное правительство» напрямую связано от требования общества.
Rahimzadeh Vugar Ganjali
PhD in political sciences,
professor of Baku Slavic University
Traditional press and new media during the new information period:
In which field will the perspective be?
Summary
The rapid development of information and communication technologies (ICT), and its wide use in the economy and in the life of society makes it possible to say with certainty that a new concept of development of the socium has emerged. This is unambiguously “information society”.
Within the framework of the new socio-economic formation, from the state administration to the economy, social life, science and education, law enforcement, entirely all areas of human life are realized on the basis of information and communication technologies. So, the main thesis is that in the “information society” the socium is controlled by ICT, which produces information. The emergence of the “E-government” project is directly related to the demand of this type of society.
"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM