Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Hazırda ölkədə neftin ucuzlaşması, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar dövlətimizin başçısının rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülür, mühüm islahatlar həyata keçirilir.
Bu gün dünyada cərəyan edən siyasi proseslər, baş verən qarşıdurmalar, mövcud münaqişə ocaqları, eləcə də böyük dövlətlərin maraqlarının toqquşması iqtisadiyyata da öz mənfi təsirini göstərir. Sözsüz ki, bu cür hallar beynəlxalq birliyin fəal üzvü olan Azərbaycana da təsirsiz ötüşmür. Xüsusilə neftin qiymətinin aşağı düşməsi bir çox ölkələrin iqtisadi inkişafına əngəl yaradır. Ancaq hazırda ölkəmizdə bununla bağlı qabaqlayıcı tədbirlər görülür. Bunun nəticəsidir ki, dünya dövlətləri bu böhrandan əziyyət çəkdiyi bir vaxtda, ötən il Azərbaycanda iqtisadi artım müşahidə edilib. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ölkəmiz 2015-ci ildə uğurla inkişaf edib. Qarşıda duran bütün vəzifələr icra edilib. Bununla yanaşı, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb.
Dövlətimizin başçısı iclasda neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, manatın məzənnəsinin dəyişməsi ilə bağlı bir sıra vacib məqamlara toxunub və bunun qaçılmaz olduğunu bildirib. Təbii ki, neftin qiymətinin aşağı düşməsi nə iqtisadi amillərlə bağlıdır, nə də Azərbaycanın, eləcə də neft-qaz hasil edən digər ölkələrin iradəsindən asılıdır. Nəzərə almaq lazımdır ki, neftin ucuzlaşması bəzi qonşu dövlətlərin milli valyutalarının 100 faiz, hətta daha çox dərəcədə devalvasiyaya uğramasına gətirib çıxarıb. Ona görə, hazırda ölkə rəhbərliyi çalışır ki, xalqımız, vətəndaşlarımız bu iqtisadi çətinlikdən daha az zərərlə çıxsın.
Hazırda ölkədə neftin ucuzlaşması, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar dövlətimizin başçısının rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülür, mühüm islahatlar həyata keçirilir. Prezident İlham Əliyev iclasda bildirib ki, gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalı, inhisarçılığa qarşı daha da ciddi mübarizə həyata keçirilməlidir. Bu gün Azərbaycan vətəndaşı qeyd etdiyimiz məsələləri sözdə yox, əməli işdə görür, öz həyatında hiss edir. Bu günlərdə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar Azərbaycan Prezidentinin tapşırığına əsasən əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad edildi. Bununla da bu sahədə baş verə biləcək qiymət artımının qarşısı alındı, 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata endi.
Azərbaycanda yerli istehsal mövcud olsa da, sözsüz ki, bəzi məqamlarda idxaldan asılılığımız davam edir. Ona görə də bəzi hallarda qiymət artımı qaçılmaz olur. Ancaq manatın məzənnəsinin dəyişməsini özünə fürsət bilib, süni qiymət artımına əl atanlar da az deyil. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu məqama xüsusi olaraq diqqət yönəldib, istehlak qiymətlərinə çox ciddi nəzarət edilməli olduğunu bildirərək deyib: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər... O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır... Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir”.
Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər şəxsi mənafeyini milli maraqlardan üstün tutan bəzi “iş adamları” üçün çox ciddi mesajdır. Artıq buna əməl etməyənlərin cəzalandırılmasına başlanılıb. Belə ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İqtisadiyyat Nazirliyi ilə birgə un, çörək, yumurta və digər istehlak məhsullarının, həmçinin dərman vasitələrinin qiymətlərinin süni şəkildə artırılması, qıtlıq yaradılması kimi sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə gördüyü tədbirlər nəticəsində 6 cinayət işi açılıb, 7 vəzifəli şəxs barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hesab edirəm ki, işbazlar bundan dərs götürməlidirlər. Süni qiymət artımına cəhd göstərmək, xalqın cibinə girmək olmaz.
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. İnsanlar üçün yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi konstitusion normadır. Təsadüfi deyil ki, ötən il dünya üçün çətin bir dövr olmasına baxmayaraq, Azərbaycanda bütün sosial proqramlar icra edilib. Ölkəmizdə insanlara böyük məbləğdə ünvanlı dövlət sosial yardımları verilib. Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında güclü sosial siyasətin aparıldığını xüsusi vurğulayaraq deyib: “Biz bu il bütün sosial proqramları tam icra edəcəyik... Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır”.
Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Azərbaycan xalqı öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır. Bu birlik sarsılmazdır. Dövlətimizin başçısı atdığı hər bir addımında vətəndaşın yanında olduğunu, onun sevincinə şərik olub, kədərini bölüşdüyünü nümayiş etdirir. Prezident ən yüksək səviyyəli məmurları belə xalqla təmasda daha diqqətli olmağa çağırır, onlara xalqın, dövlətin qulluqçuları olduğunu xatırladır. Təbii ki, bu normalar gözlənilməyəndə Prezident onları sərt şəkildə cəzalandırır. Hər birimiz dəfələrlə bu cür halların şahidi olmuşuq. Məntiqli insan da bunu görür və dərk edir, bir daha dövlətin gələcəyinin etibarlı əllərdə olduğuna əmin olur.
Qeyd etdiyimiz kimi, hazırda bir çox ölkələrdə iqtisadi və siyasi böhran yaşanır. Dünyada neftin qiymətinin aşağı düşməsi, bir çox dövlətlərin milli valyutaları ilə yanaşı, manatın da məzənnəsinin dəyişməsi müəyyən iqtisadi çətinliklərlə müşayiət olunur. Hər zaman qərəzli, anti-milli fikirləri ilə xalqı çaşdırmağa çalışan, cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edən, xarici xidmət orqanlarının “sifarişlərini” yerinə yetirən bəzi dağıdıcı ünsürlər yenə də fəallaşıblar. Bu əməllərin sahibləri antiazərbaycan, erməni və ermənipərəst qüvvələrin əlində alətə çevriliblər. Həyatda özünü təsdiq edə bilməyən, nəinki Vətənə, xalqa, heç özünə belə xeyri olmayan belə insanlar kompyuter arxasına keçərək virtual aləmin sanki “şirlərinə” dönürlər. Daha çox sosial şəbəkələrdə, bəzi saytlarda virus kimi yayılan bu cür “facebook qəhrəmanları” insanların beynini zəhərləməyə, onlarda dövlətə qarşı mənfi fikir formalaşdırmağa cəhd edirlər. Yalan məlumat yaymaq, xəstə təxəyyülün məhsulunu insanlara fakt kimi sırımaq cəhdləri belələrinin həyat tərzinə çevrilib. Ancaq onlar anlamırlar ki, xalqımız dövlətə və onun rəhbərinə inanır, Prezidentimizin həyata keçirdiyi siyasi kursu dəstəkləyir. Bu inam, etibar illərin sınağından çıxıb, təsdiqlənib, zaman keçdikcə daha da möhkəmlənib. Heç kim Xalq-Prezident birliyini sarsıtmaq iqtidarında deyil. Heç şübhəsiz ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sınaqdan da üzüağ çıxacaq, dövlətimizin iqtisadi inkişafı bundan sonra da yüksək səviyyədə davam etdiriləcək.
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM