Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik tarixi milli sərvətimizdir

09:50 / 10.12.2015

Vüqar Rəhimzadə

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında əvəzolunmaz və unudulmaz xidmətləri barədə fikirlərini açıqlayan YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini bir qəzet məqaləsində əhatə etmək qeyri-mümkündür. Bütün həyatını Vətəninə, xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Dahi şəxsiyyət Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir, müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Azərbaycanın uğurlu gələcəyi naminə təkmil inkişaf konsepsiyasını hazırlayan və davamlı uğurlara imza atmasına nail olan dahi şəxsiyyət Heydər Əliyevin “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dahi liderin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin aydın ifadəsini yaradır.

Ulu Öndərin xidmətlərindən bəhs edərkən ilk olaraq dahi rəhbərin xilaskarlıq missiyası göz önünə gəlir. Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməkdən, parçalanmaqdan xilas edən dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması növbəti uğurlar üçün möhkəm zəmin yaratdı. Məlum olduğu kimi, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olsa da, müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi bu marağın azalmasına, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Lakin 1993-

cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qalxmasını şərtləndirdi. Belə ki, 1994-cü ilin 20 sentyabrında tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanın iqtisadi imkanlarının artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında əhəmiyyətli rol oynamaqla yanaşı, növbəti sazişlərin imzalanmasına geniş yol açdı. Məhz bu uğurlu yolun nəticəsidir ki, bu gün dünya artıq “Cənub” qaz dəhlizinin perspektivlərindən, Azərbaycanın dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında günbəgün artan rolundan bəhs edir. Möhkəm təməl üzərində inamla addımlayan Azərbaycan beynəlxaq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə, etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də əsası 1994-cü ilin sentyabrında qoyulan uğurlu neft strategiyasının nəticəsidir.

Ulu Öndər iqtisadi inkişafı demokratikləşmə prosesindən ayrı təsəvvür etməyərək bu sahədə də bir-birindən əhəmiyyətli uğurlara imza atdı. Məhz ölkəmizdə müstəqil dövlətin təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin demokratik inkişafın əsas atributları olan insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atdığı mühüm addımların, bir sözlə, yaratdığı möhkəm təməlin nəticəsidir ki, bu gün Azərbaycanın demokritk təcrübəsi digər ölkələrə nümunə göstərilir.

İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycan beynəlxalq münasibətlər sistemində də yerini və rolunu möhkəmləndirdi. Dahi şəxsiyyətin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılmış informasiya blokadası yarıldı, dünya ictimaiyyəti həqiqətlərimizin öyrənilməsinə və düzgün

dəyərləndirilməsinə maraq göstərdi. Ən əsası dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyi, həmrəyliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2001-ci ilin noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi bu istiqamətdə atılan mühüm addım oldu. Bu gün böyük qürur hissi lə qeyd edirik ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız həmin ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edirlər, dünyada cərəyan edən proseslərə təsir imkanlarına malikdirlər.

Dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən bəhs edərkən onun bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olan Yeni Azərbaycan Partiyası təsis konfransını 1992-ci il noyabr ayının 21-də müxtəlif regionlardan təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsinin iştirakı ilə keçirdiyi halda, bu gün YAP öz sıralarında 670 minə yaxın üzvü birləşdirir. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, hazırda Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə inamın təsdiqidir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə qısa baxış bir daha belə bir ümumiləşdirməyə və bu reallığı təsdiqləməyə əsas verir ki, bugünkü müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu əsəri ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyi ilə zənginləşdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün ən yüksək zirvədədir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM