HƏYATIN MÜQƏDDƏS AMALI

11:04 / 25.08.2014

Reyhan Mirzəzadə

Publisist-politoloq

  26 avqust Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Onun ad günüdür. Əllicə yaşı tamam olur.Bu əllicə ildə taleh ona hər şeyin ən gəncini nəsib etdi.Gənc ikən tələbə oldu.Gənc ikən ömür yoldaşı oldu.Gənc ikən ana oldu.Gənc ikən peşəkar həkim oldu. Gənc ikən Birinci xanım oldu. Gənc ikən böyük bir quruma rəhbərlik etdi.Gənc ikən dünyəvi layihələr həyata keçirdi.Gənc ikən iki nüfuzlu beynəlxalq təşkilatın xoşməramlı səfiri oldu.Gənc ikən Vətənini ən ali tribunalarda,ən ali məclislərdə təmsil etdi.Xalqının adına hörmət gətirdi.Gənc ikən saysız-hesabsız mükafatlar aldı. Gənc ikən qayınana oldu.Gənc ikən nənə oldu.Nəhayət,gənc ikən əllicə yaşın özünü gəncləşdirdi.Lakin bu yaş özü gəncləşsə də, ingilis filosofu  sözlərində haqlıdır.Con Lokk deyib ki, qadın öz yaşını dogum tarixindən deyil, evləndikdən sonra hesablamalıdır.Dogru fikirdir. Odur ki, Mehriban xanımı otuz yaşlı gənc kimi qəbul etmək halalca  haqqımızdır.

 İspan dilşünası Tomas Navarro  etiraf edib ki, qadınların ən yaxşısı ərini xoşbəxt edən qadındır. Mehriban xanım bu cəhətdən də ölkəmizdə elə Birinci xanımdır.Bu Birincilik əsl xanımlıq xəzinəsi, xanımlıq fəlsəfəsidir. Ondan nümunə götürən hər bir qadın bu xəzinənin mənəvi sərvətindən faydalanmaqla ən zəngin qadına, fəlsəfəsindən faydalanmaqla ən zəkalı qadınlardan birinə çevrilə bilər.Bununla yanaşı, Mehriban xanımın bəşəri cəmiyyətdəki misilsiz xidmətlərini görəndə, qadınlıgın nə qədər zərif və nə qədər güclü varlıq oldugu bir daha təsdiqini tapır.Hindistan və Pakistanın böyük şairi Məhəmməd İqbalın dediyi kimi:

Qadın cilvələrilə işıqlanır bu cahan,

Bu nəfəssiz aləmə odur verən nəfəs,can.

Qadın qədəmi dəyən torpagın tozu belə

İşıqlıdır göylərin bütün çıraqlarından.

Mehriban xanım olduqca, dedikcə  böyük işlər görür.Yorulmadan xalqının daha işıqlı gələcəyi naminə çalışır. Bu böyük işlərin içində ən munisi ölkə rəhbərimizin həyat yoldaşı kimi ərinə stimul verməkdir. Dost kimi həyat yollarında ona arxa-dayaq , çətin günlərdə həyan olmaqdır. Qəlbinin dərinliklərindəkini paylaşmaq , gərgin anlarda çıxış yollarını bölüşməkdir.  Xoşbəxtliyin səadətini bərabər yaşamaqdır.Məhz bu bərabərlikdən xalqımızın və ölkəmizin taleyinə böyük inkişaf, ugurlar,qələbələr yazılır. Bu bərabərlikdən millətimiz ucalır. Bu bərabərlikdən çoxları nümunə götürüb haqq yolunu seçir. Səadət yoluna tapınır.Bu bərabərliyə qürurla baxanlar da olur, qibtə ilə baxanlar da. Bu bərabərlik yalnız qətiyyətli və humanist addımlarla onlara yadigar qoyulan zəngin bir irsin  ədalətli yolu ilə addımlayır.

İndi bu bərabərlik bəşəriyyətin baxışları önündə canlı bir abidəyə dönüb.Elə bir canlı abidəyə ki, dilindən və dinindən asılı olmayaraq,dünyanın milyonlarla insanı onları görməyəndə, darıxır. Ali məclislərdə,beynəlxalq tədbirlərdə baxışlar maraqla onları arayır. Ən müxtəlif irqlərin övladları belə onları çox sevir. İngilis filosofu Con Lebbok düz deyib : “ Xoşbəxtlik yaxşı dost və yoldaş seçə bilməkdən asılıdır.” Bu, bir daha sübut edir ki, ölkəmizin başçısı,hörmətli Prezidentimiz İlham Əliyev peşə baxımından mahir diplomat oldugu kimi, özünə dost- həyat yoldaşı seçməkdə  də əsl diplomat olub. Şair  sözləri ilə desək :

Ömrünə əbədi həmdəm seçibsən,

Yaratmaq eşqilə od tək yananı.

Qəlbinin gözüylə görə bilmisən,

Əsl məhəbbətə layiq olanı.

Mehriban xanım əsl məhəbbətə layiq olan Xanımdır. Bu məhəbbətin içində ümumxalq məhəbbətinin öz yeri var. Onun özünəməxsus istedadı bu məhəbbəti bir az da artırır. Belə ki, Mehriban xanımın nitqinə,çıxışlarına və müsahibələrinə diqqət yetirəndə  əsl yaradıcılıq xüsusiyyətlərini aydın müşahidə etmək olur. Cümlələrdəki bir-birinə baglılıq,söz və ifadələrin düzgün seçilməsi, şəkilçilərin yerində işlədilməsi, yıgcamlıq, az sözlə böyük fikirlər ifadə etmək, səlislik, məntiqdə birbaşa hədəfə toxunmaq, fəlsəfi dərinlik kimi  əsl dilçilərə layiq keyfiyyətlərlə Mehriban xanım  mənin aləmimdə  daha çox babası Mir Cəlal Paşayevi xatırladır. Böyük  şəxsiyyət ,istedadlı yazıçı, dəyərli alim, tanınmış ictimai xadim, unudulmaz Mir Cəlal Paşayevi...

 Danılmaz həqiqətdir ki,  Azərbaycan dili dünyanın qədim tarixə malik,inkişaf etmiş dillərindən biridir. Zəngin Azərbaycan  ədəbi dili ilə ən mürəkkəb və ən dərin mənalı fikirləri ifadə etmək mümkündür. Şifahi və yazılı nitqimizin aydınlıgı, hamı üçün anlaşıqlı olması vacib məsələdir. Çünki səlis nitq mədəniyyəti hər bir xalqın mənəvi səviyyəsini müəyyən edir.Bu mənəvi səviyyədə konkretlik, lakoniklik böyük rol oynayır. XIX əsr görkəmli Avropa yazıçısı,fransalı Qüstav  Flobber  vaxtilə yazırdı: “Əgər cümləni qısaltmaq mümkünsə,qısalt.Bunu həmişə etmək olar. Ən yaxşı cümlə ?- Ən qısa cümlədir.” Buna görə də sözdən yerli-yerində, qədərində, mahiyyətinin gücündən agılla istifadə etmək az bacarıq tələb etmir.Sözə həm həssaslıqla,həm də ustalıqla yanaşmaq kifayət qədər təcrübə, savad, və yaratmaq qabiliyyəti tələb edir.

Söz və onun qüdrəti barədə çox yazmaq olar. Lakin rus şairi A.Tvardovskinin “ Söz haqqında” adlanan şerindən misraları yada salıb,mövzumun simaları barədə fikirlərimi davam etmək istəyirəm:

...Dünyada hər fikri deməyə söz var,

Sözlə ordular da qalxar döyüşə.

Çeynənmiş kəlmələr,hazır kəlamlar

Milçək uçuşuna bənzər həmişə.

Söz var atəşindən yanır bədənlər,

Ən dərin ümmanı üzüb qət edir.

Sözü sözçülüklə əvəz edənlər

Sözün qarşısında xəyanət edir.

Bəlkə buna görə, ey ana Vətən,

Korluq çəkməsə də sözdən bu sinə,

Çox vaxt əsə-əsə, qənaətlə mən

Şeir həsr edirəm sənin eşqinə.

Mehriban xanım babası kimi sözə və onun qüdrətinə sədaqətlə xidmət edir.Doğrudur,  onun  istər ata,  istər   ana  tərəfdən  mənsub oldugu ailələr böyük  ziyalıları, alimləri, dilçiləri,ictimai-siyasi xadimləri təmsil edib və indi də etməkdədir,- bu insanların hamısı sözə,onun hüquqi və məntiqi çəkisinə hörmətlə yanaşıb, lakin mən nədənsə  bu barədə Mehriban xanımın genlərində daha çox Mir Cəlal özəlliyini duyuram. Nəvə  öz sevimli babasının genetik xüsusiyyətlərini şərəflə,məhəbbətlə yaşadır.Mehriban xanımın çıxışını dinləyəndə,yaxud məqalələrini oxuyanda Mir Cəlal üslubu, Mir Cəlal qaydası bir daha yaddaşımda canlanır. Babadan nəvəyə keçən genetik ənənə necə də təbii və səmimi görünür.Çünki bu səmimilik və bu təbiilik Mehriban xanımın üzvü oldugu ailələrin insanlıq fəlsəfəsinin bir nümunəsidir.Burda alman filosofu Lüdviq Feyerbaxın sözü yadıma düşür: “ Əsl yazıçılar insanlıgın vicdanıdır.”

Mir Cəlal əsl yazıçı idi, insanlıgın vicdanı idi.İnsanlıga,məhz böyük hərflə yazılan İnsanlıga xidmət edirdi. Xeyirxah idi, kimsədən kömək əlini,məsləhətlərini,tövsiyələrini əsirgəmirdi.Böyük kimi,agsaqqal kimi çoxlarının onun məsləhətlərinə ehtiyacı vardı.Çoxlarına yol göstərirdi.Onun məsləhətinə qulaq asanların hamısı həyatda xeyir tapırdı.O,işləməkdən yorulmurdu. Həm ədəbiyyatçı,həm alim,həm də yazıçı idi. “ Füzulinin poetik xüsusiyyətləri “, “ Azərbaycan ədəbiyyatında ədəbi məktəblər “ adlı böyük elmi əsərlərin, Cəlil Məmmədquluzadə və digər ədəbiyyat korifeylərimiz haqqında onlarla elmi məqalələrin,üç yüzdən artıq hekayənin, bir-birindən maraqlı roman və povestlərin müəllifi idi. Gecəli-gündüzlü zəhmətə qatlaşmasına baxmayaraq,uzun illər ailəsi ilə birlikdə darısqal mənzildə əziyyətlər çəkmişdi. 1937-ci ildə repressiyalara məruz qalan, həbs edilən ədiblərin evlərini ona təklif edəndə,o, həmin mənzillərdə yaşamaqdan qətiyyətlə imtina etmişdi.

Mir Cəlal müəllim bayagı restoran məclislərini sevmirdi. Bütün övladlarının toy şənliklərini  sonralar halal zəhməti ilə aldıgı mənzilində keçirmişdi.Onun evinə tez-tez alimlər,yazıçılar gəlirdi.Hər adamı öz məclisinə dəvət etməzdi. Bir dəfə irihəcmli əsərlər yazan bir yazıçıya əmək qəhrəmanı adı vermişdilər.Mir Cəlal bunu eşidəndə demişdi : “Gərək onun oxucusuna da əmək qəhrəmanı adı verəydilər.” Ondan soruşanda ki, nə əcəb sizə Xalq yazıçısı adı vermirlər?- cavab verirdi ki, mən antixalq deyiləm ki?..

 Qırx ildən artıq işlədiyi Azərbaycan Dövlət Universitetində onun kafedrası qədər elmi kadr hazırlayan ikinci kafedra yox idi. Heç zaman rəqibindən qorxmurdu.Rəhbərlik etdiyi kafedrada qəddar bir müəllim tələbəni imtahandan loru dildə desək,kəsmişdi. Mir Cəlal müəllim imtahan təşkil edib həmin müəllimlə bərabər tələbənin biliyini yoxlamışdı. Müəllim qiymət vermək istəməyəndə Mir Cəlal müəllim tələbəyə demişdi ki, sovet şairlərindən birinin adını desin.Tələbə Səməd Vurğunun adını çəkimişdi. Götürüb tələbəyə qiymət yazmışdı. Yaxşı tələbələrə həmişə atalıq edirdi. Onları ruhlandırır, daha yaxşı çalışmaga, həyatda öz yerini tapmaga istiqamət verirdi. Yəqinki sevimli oxucularım Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Kamran Dadaşoğlu, Məsud Əlioğlu, Təhsin Mütəllibov, Xalid Əlimirzəyev, Firidun Hüseynov və başqalarınınnın adını yaxşı xatırlayırlar. Mir Cəlal Paşayevin tələbələri olmuş bu tanınmışlar  həyatda və cəmiyyətdə öz yerini məhz bu böyük insanın köməyi ilə tapmışdılar.

Mir Cəlalın əsərlərini oxuyanda onun bədii dilinin sadəliyindən həmişə zövq almışam.Xalq şairi Bəxtiyar Vahabzadə  həmin vaxtlar yazırdı ki, Mir Cəlal cümləni qurmamışdan əvvəl “ Bu fikri,bu mətləbi xalq necə deyər?” sualını özü -özünə verib sonra yazır.Bədii əsərləri bir yana, hətta elmi-tədqiqat əsərlərində də Mir Cəlal süni kitab dilindən qaçır.Ədibin Səməd Vurğun haqqında yazdıgı bir məqaləsi belə başlayır: :” Səməd Vurgun əlinə qələm alan gündən şairdir.O, kagız-kuguz korlamamışdır.”

Mənəviyyatını və yaradıcılıgını çox sevdiyim Mir Cəlal Paşayevin “ İnsanlıq fəlsəfəsi “ kitabını hələ yeniyetmə ikən sayını itirdiyim qədər təkrar-təkrar oxumuşdum.Kitab,içindəki əsərlər əsl insanlıgı açıb göstərən və nəcibliyi adamlara aşılayan sənət nümunəsi idi. Mir Cəlal Paşayev bu sənət nümunəsini ustad bir zərgərliklə yaratmışdı. Sadə və təmiz bir dillə. Son dərəcə maraqlı və dəyərli obrazlarla.Oxuduqca,oxumaq istəyirdim. Hadisələri izlədikcə, insanların daxili aləmlərinə baş vurduqca,həyata məhəbbətim artırdı.Mir Cəlal müəllim böyük insanlıgın böyük təbligatçısı idi. İnsanlıq fəlsəfəsinin böyük alimi idi. Bir daha anlayırdım ki, oxucu ilə səmimi ülfət yaradan Mir Cəlal Paşayev əsl söz bayraqdarı idi. Sözü yerində və qədərində işlətməyin mahiyyətinə  dəqiqliklə varan söz memarı idi.Düşünürdüm ki,  Latın Amerikası yazıçısı Varqas Lyosa “ Özünü yalnız ədəbiyyatın ixtiyarına verən,bütün vaxtını,enerjisini bu işə sərf etməyi qərara alan kəslər əsl yazıçı olmaga və özünə şöhrət gətirən əsərlər yazmaga qadirdir” deməklə heç də yanılmamışdı.

Mir Cəlal Paşayev bədii yaradıcılıga 1928-ci ildən başlamışdı.İlk hekayə və oçerkləri “ Qızıl Gəncə”, “ Ədəbiyyat cəbhəsində “, “Hücum “ jurnallarında və “ Gənc işçi “jurnallarında dərc olunmuşdu.Bu barədə yumoru sevən yazıçı  zarafatla deyirdi : “ Gördüm hamı hekayə yazır,oxuyuram. Bir gün də mən başladım yazmaga, oxucular bəyəndilər, oldum yazıçı.”

Ədibin əsərlərini sevən oxucu kimi qeyd etmək istəyirəm ki, onun yaradıcılıgında yumorla lirika, realizmlə romantika vəhdətdədir.Məsələn, Mir Cəlal “ Kəmtərovlar ailəsi”, “Anket Anketov “, “İclas qurusu “ kimi sırf realist,yumorist hekayləri ilə yanaşı, “Söyüd kölgəsi “,” İmtahan “, “ Kəhərin son günləri” kimi lirik fəlsəfi hekayələr,” Bir gəncin manifesti “ kimi ciddi, lirik povest də yazmışdır.”Dirilən adam “, “ Açıq kitab”,” Yaşıdlarım “, “ Təzə şəhər”,” Yolumuz hayanadır?”  və s. kimi irihəcmli bədii əsərləri də,yazıçının elmi yaradıcılıgı da ədəbiyyatımızın inkişafında böyük rol oynamışdır.

Böyük Vətən müharibəsi illərində Azərbaycan yazıçıları tarixdə ilk dəfə olaraq müharibə ədəbiyyatı yaratmışdı.Bu barədə böyük Səməd Vurğun yazırdı:” Aldıgımız cəbhə məktubları göstərir ki, döyüşçülər bizim şeirlərimizi və hekayələrimizi oxuyaraq and içib hücuma keçirlər.Aldığım bir məktubda bir döyüşçü yazır ki, Mir Cəlalın “Vətən yaraları “ hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum.”

 Bu bir həqiqətdir ki, Mir Cəlal Paşayevin hər bir əsəri elə bil həyatın özüdür.Elə bil biz əsər oxumuruq, həyatın bir parçasını görür,özümüzü təsvir olunan əhvalatın iştirakçısı kimi  hiss edirik.Onun 1941-ci ildə öz dogma Azərbaycan xalqı barədə qələmə aldıgı “Xalqın ürək sözü “ adlı yazısındakı  fikirlər bu günün həqiqətləri ilə  tamamilə üst-üstə düşür. Yazıçı yazır :” Azərbaycan xalqının tarixi həmişə həqiqət,ədalət uğrunda mübarizə tarixi olmuşdur.Gənclər və qocalar,qadınlar və kişilər öz ömürlərini,yaşayışlarının məna və məzmununu istilaçılara,zalımlara,zorakılara,xalq əmək və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görmüşlər...İstilaçı nə qədər güclü,nə qədər qüvvətli olur- olsun,onun ən zəif və ən xəstə bir cəhəti vardır.O da istilaçı, qəsbkar olmasıdır.O, nə qədər qəddar, nə qədər qansız,amansız olur-olsun,xalq onunla mübarizədə yeni-yeni qüvvələr tapır...Bu gün azadlıgımızı,yurdumuzu,qələbələrimizi qorumaq,düşməni məhv etmək ugrunda hər bir fədakarlıq sənətə və əbədiyyətə layiqdir.Düşmən əzildikdən, Vətən təhlükədən qurtardıqdan sonra bu fədakar ogulların,qızların hər birinin adına yeni-yeni dastanlar yaradılacaqdır.Vətən qəhrəmanları haqqında mahnılar isə həmişə xalqın ürək mahnısı olmuşdur.”

Ədib 73 il bundan əvvəl yazdıgı bu cümlələrini sanki həyatımızın bugünkü reallıgına həsr etmişdi.Və onun ürək sözləri, qəlbinin həyəcanları ilə bu gün nəvəsi Mehriban xanım Əliyeva dünyanın ən böyük tribunalarından bəşəriyyətə səslənir.Görün Mehriban xanımın  dedikləri  ilə babasının yazdıqlarında  nə qədər oxşar hisslər,oxşar duyğular var :”...Təəssüf ki, xalqımız tarix boyu bu kimi ədalətsizliklərlə üzləşmişdir.Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini,qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq,gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən Quba şəhərində Soyqırım Memorial Kompleksi yaradılmışdır...Azərbaycanın tarixi həqiqətlərinin,o cümlədən Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş Xocalı faciəsinin,münaqişə nəticəsində ölkəmizə vurulan zərərin, işgal olunmuş ərazilərdə törədilən vandalizmin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun əsas hədəflərindən biridir.

Torpaqlarımızın 20 faizinin işğalı,ölkədə bir milyondan çox qaçqının və məcburi köçkünün olması faktlara əsaslanan acı həqiqətdir.Heydər Əliyev Fondu bu münaqişə,azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə,beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərir...Bizim məqsədimiz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq və məkrli erməni təbligatını ifşa etməkdir.” Xocalıya ədalət”  kampaniyasının bir çox ölkələrdə uğurla həyata keçməsinin başlıca bir səbəbi vardır.Bu,tarixi həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasıdır.”

Mehriban xanımın  Azərbaycan həqiqətləri barədə bütün çıxışlarında düşmənə nifrət, torpaqlarımızın işğaldan azad olunması naminə qəsbkarlara qarşı amansız mübarizə çırpıntıları,eyni zamanda Vətən məhəbbəti,yurd sevgisi özünü aydın büruzə verir.

Yenə Mir Cəlal dünyasına qayıtmaq istəyirəm.İnsanlıq fəlsəfəsinə.Bu insanlıq fəlsəfəsi qanla bərabər Mir Cəlal müəllimin övladlarının ruhuna keçib. Bu insanlıq fəlsəfəsindən doğan insanpərvərlik,  zəhmətkeşlik,qayğıkeşlik bu gün onun övladlarının,başda Mehriban xanım olmaqla, nəvələrinin,nəticələrinin daxili aləmində yaşayır. Sədaqət rəmzi kimi yaşayır.Bir məqalədə oxumuşdum ki, Mir Cəlal müəllim yaxşı adamlar irəli çəkiləndə, onlara ad,mükafat veriləndə deyərmiş: “ Anasının südü kimi halaldır.”  Onun yolu ilə gedənlərə, onun qoyduğu ənənələrə sadiq qalanların hamısına anasının südü halal olsun!

O,qız-qadınlara çox hörmətlə yanaşırmış.Azərbaycan qızlarının daim maariflənməsinə,təhsilli olmalarına, xalqın ictimai – siyasi həyatında fəallıq göstərmələrinə çalışırmış.Dərs dediyi universitetdə tələbə qızların güman yeri imiş.Dilçi-alim Raifə Həsənovanı başa salırmış ki, sən bu qızların yolunu kəsmə,onlara əziyyət vermə! Azərbaycanlı qızı gəlib oxuyur,savadını artırır,yüksəlir.Onlara yol açmaq lazımdır !

Mehriban xanım Azərbaycan qadınına münasibətdə babasının ruhunu nə qədər şad edir.Qadınların vəzifələrə çəkilmələrinə,idarəçilkdə, parlamentdə,məhkəmə sistemində daha  çox təmsil olunmalarına, siyasət aləmində daha fəal  çalışmalarına imkanlar yaradır.Onlara istiqamət verir.Qadınları, nəinki Azərbaycan qadınlarını,dünyanın bütün qadınlarını,analarını,onların hüquqlarını daim müdafiə edir:” Milyonlarla qadının fundamental azadlığı hər gün-hətta III minillikdə də pozulur.Ayrı-seçkilik dünyanın çox yerlərində-həm Şərqdə,həm də Qərbdə müxtəlif formalarda mövcuddur...Bizi narahat edən digər problem məişət zorakılığıdır.Hətta ən inkişaf etmiş cəmiyyətlərdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar.Azərbaycan da istisna deyildir...Ənənələrimiz və mentalitetimizdən istifadə edərək,bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır.Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır.Azərbaycanlılar üçün Ana müqəddəs simadır.Əgər müasir cəmiyyətdə qadının vəziyyətini və taleyini əsasən onun ətrafında olan kişilər müəyyən edirsə,bilmək lazımdır ki, həmin kişilər qadınlardan tərbiyə alıblar...”

Mehriban xanım Əliyeva uşaqlıq illərini yada salarkən qeyd edirki, ailədə bizə dəqiq və düzgün həyat yolunu göstərirdilər.Yaşlı həyatımızın bütün təməli məhz o vaxt, uşaqlıq dövründə,bu ailə mühitində qoyulmuşdu.Bütün bunlar bizim ailənin yaşlı nəslinin çox böyük xidmətidir...

Dogrudur. Babalarının, nənələrinin nəsihət və vəsiyyətləri Mehriban xanımın həyatının müqəddəs amalıdır.Bu amal naminə yaşamaq və yaratmaq onu yalnız haqq-ədalət yolu ilə zirvələrə ucaldır.O,ailə ənənələrini bir an belə unutmur, Mir Cəlal bütövlüyünü hər kəsə aşılayır. YUNESCO tərəfindən keçirilən  Mir Cəlal Paşayevin 100 illik yubilyində həmin təşkilatın xoşməramlı səfiri kimi çıxış edən Mehriban xanım deyir :” Görkəmli müəllim və maarifçi kimi Mir Cəlal Paşayev vurğulayırdı ki,dil və ədəbiyyat nəinki tarix və mədəniyyətin bir hissəsidir,o cümlədən bunlar hər bir insanın ürəyində və qəlbindədir.Bu şəxsiyyətin çoxşaxəliliyini sözlərlə təsvir etmək çətindir,çünki o,özündə yazıçı istedadını,alimin intellektual səviyyəsini və müəllim həssaslığını cəmləşdirirdi...Bu gün mən onun ailə üzvü,nəvəsi kimi həmin böyük insanı burada,belə bir nüfuzlu təşkilatda təmsil etməkdən böyük şərəf hissi duyuram...Son dərəcə təvazökar insan olan Mir Cəlal heç vaxt şöhrət və fəxri adlar haqqında düşünmürdü.O,tez-tez təkrarlayırdı:”Mənim yazılarım və tələbələrim var.Bu,mənim üçün kifayətdir!” Bu gün isə biz əlavə edə bilərik: O,Azərbaycan xalqının böyük hörmətini qazanmışdır və onun əbədi xatirəsindədir.”

Mir Cəlal müəllimin daxili saflığı, əqidəsinin təmizliyi ,mənəviyyatının zənginliyi övladlarının hamısında əksini tapmışdır.Müsahibələrinin birində Mehriban xanıma sual verirlər ki, insanlarda hansı keyfiyyətlərə qiymət verirsiniz? Mehriban xanım cavab verir : “Saflıgı və mənliyi,səmimiliyi və xeyirxahlığı, ağlı və peşəkarlıgı.Heç bir ifadədə süniliyi qəbul etmirəm.Təəssüf ki, müasir həyat quruluşu çox şeyi yox edir.İnsana yeni-yeni bilik,bacarıq,imkan verərək bəzən onun mənəvi tamlığını tapdalayır.Uğurun,firavanlığın arxasınca qaçmaq,bunlara nəyin bahasına olursa-olsun, nail olmaq istəyi insanları tanınmaz dərəcədə dəyişir,bu da məyusluq gətirir.Düzdür,illər ötdükcə,mən insanların zəifliklərinə və bir çox şeylərə daha dözümlü yanaşmağa başlamışam. Lakin özüm üçün yolverilməz  saydığım şeylərə görə başqalarını da bagışlaya bilmərəm.Xoşbəxtlikdən məni həm ailəmdə,həm də peşəkar fəaliyyətimdə yalnız parlaq,pozitiv,səmimi və xeyirxah insanlar əhatə edir.Onlarla ünsiyyət həmişə sevinc gətirir...

...Onun doğum günü yaxınlaşır.Bu gün ən əziz adamları  - Aida xanım İmanquliyeva, Mir Cəlal Paşayev,Nəsir İmanquliyev kimi sevimliləri cismən yanında olmasalar da, qəlbən,ruhən onunla bərabərdirlər. Soyadını sevə-sevə, sədaqətlə daşıdıgı, ikinci əvəzsiiz həyat məktəbi olan Əliyevlər ocagının hər bir üzvü onunla birlikdədirlər. İstəkli qayınatası,ulu öndərimiz Heydər Əliyev, anası qədər sevdiyi qayınanası Zərifə xanım Əliyeva həmişə ona xeyir-duaçıdır.Bütün xalqımız,elimiz-obamız ona xeyir-duaçıdır.

Dünya şöhrətli Vilyam Şekspir şeirlərinin birində bütün analara üz tutub deyirdi:

Versən öz ömrünü övladına sən,

Onun varlığında ömür eyləyərsən.

 Bu gün  əziz Aida xanım İmanquliyeva Mehriban xanım kimi,Nərgiz xanım kimi övladlarının varlığında ömür eyləyir.Onların hər bir uğuruna sevinir, ruhu şad olur. Onlarla qürur duyur,fəxr edir. Atalar məsəlidir, qardaş dost olmaya bilər, amma dost həmişə qardaş olmalıdr. Nərgiz xanım Mehriban xanıma sədaqətli bacı olmaqla bərabər, həm də dost olan qardaşdır.Görkəmli alim,  insanpərvər ziyalı,humanist şəxsiyyət olaraq atası Mir Cəlal Paşayev kimi  böyük nüfuz  sahibi olan və onun vəsiyyətlərinə sadiq olub arzularını,irsini yaşadan Arif Paşayev ailədə ağsaqqal kimi yeri seçilən və seviləndir. Dünyada heç bir ev ağsaqqalsız olmasın! Leyla, Arzu, Heydər, Emin, Səməd, Mikayıl, Əli, Aydın Mehriban xanımın taleyinin ulduzlarıdır.Qoy bu ulduzlar onun həyatına daim şəfəq saçsın! Qoy bu ulduzlar onun taleyini daim rövnəqləndirsin! Qoy İlham Əliyev və Mehriban Əliyeva cütlüyü daim  könülləri şad etsin! Qoy bu cütlüyün,bu bərabərliyin səadəti hər zaman,hər an Anamız Azərbaycana xoş günlər,xoşbəxt gələcək nəsib etsin!

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM