İqtisadçı alim
Boyat elinin bağrıdan qopan dahi Məhəmməd Füzulinin şərəfinə Füzuli rayonu adlanan qədim ellərimizdən biridir bu el. Qədim yaşayış məskəni tarix boyu mədəniyyətimizin, mənəviyyatımızın beşiklərindən olub. Bu müqəddəs ocaqda yüzlərlə dahi, böyük şəxsiyyət, ziyalı yetişib. Təəssüf ki, 21 ildən artıqdır bu isti ocağa mənfur düşmənlərimiz su calayıb, ocağı söndürmək istəyir. Ancaq o ocaq haqdan yandığı üçün onu ürəklərdə, könüllərdə söndürmək mümkün deyil. Füzulinin ürəyi yaralanıb, ikiyə bölünüb. Ürəyinin bir parası düşmən təpikləri altında döyəclənir. O biri hissəsi də, o ağrıdan qovrulur. Füzulililərin dili ilə desək Füzuli alınmaz qala, sındırılmaz qıfıl idi. Lakin düşmən dəyirmanına ovuc-ovuc su tökənlərin köməkliyi ilə bu qala da alındı, qıfıl da sındırıldı.
Füzuli füzulililərin həsrətini çəkir, onların isti nəfəsi üçün darıxır. Elə füzulililər də Füzulinin yaşadığı acını yaşayır. Qəhrəmanımız yuxularında Füzuliyə gedir.
Bir an belə unuda bilmədiyi ata ocağını hər gecə röyalarında görür. Deyirlər ki, adam yatanda ruh bədəni tərk edir və insanın arzuladığı yerlərə gedir. Nə dərəcə də həqiqətdi bilmirəm, belə deyirlər. Kaş həqiqət olaydı. Müsahibim əslən Füzulidən olan tanınmış iqtisadçı alim Vüqar Bayramovdur.
- Vüqar müəllim, doğulduğnuz kənd yadınızda necə qalıb?
Doğulduğum Aşağı Güzlək kəndi Füzulinin ən ucqar kəndlərindən biridir. Bizim kəndimiz Cəbrayıl və Dağlıq Qarabağa daha yaxın idi. İbtidai sinfi kənddə oxumuşam. O vaxt kənd sakinlərinin sayı təxminən 500 nəfərə yaxın idi. Bütün uşaqlıq xatirələrim Füzuli ilə bağlıdır. Baxmayaraq, yalnız uşaqlıq dövrüm Füzuli rayonunda keçib. Amma Füzulidə yaşadığın hər bir an video lent kimi gözümün önündən keçir. Səmimi olaraq deyim ki, mən yuxularımda tez-tez kəndimizi, oxuduğum məktəbi görürəm. Ailəmin məsləhəti ilə daha yaxşı təhsil almaq üçün Füzuli rayon mərkəzinə gəldim. Rayon mərkəzi kənddən xeyli aralı da idi. Uşaqlıq xatirələri insanlar üçün əziz və şirin olur. Əbəs yerə deyil ki, bizim üçün əziz olan anları yuxularımızda görürük. İllərin keçməsinə baxmayaraq doğulub boya başa çatdığım doğma yurdum mənim üçün çox dəyərlidir. Qarabağ artıq hər bir azərbaycanlı üçün qürür mənbəyidir. Qarabağ hər bir azərbaycanlının həssas yeridir.
- Yəqin ki, işğal hadisəsini vahiməli bir yuxu kimi xatırlayırsız?
Məlumdur ki, Füzulu 1993-cu il avqustun 23-də işğal olunub. Rayon düşmən tərəfindən istila olunduğu zaman orada deyildim, Bakıda ali təhsil alırdım. O gün Füzulidə olmasam da, ağrı-acı dolu anları çox gözəl xatırlayıram. Anam və kiçik qardaşım kənddə qalırdı. Mütamadi olaraq kəndə ailəmi ziyarət etməyə gedirdim. Doğmalarımla Qarabağın son vəziyyətini müzakirə edirdik. Biz Füzulinin nə zamansa işğal olunacağını heç ağlımıza belə gətirmirdik. Tətil zamanı rayona gəldiyim avtobusu ermənilər güllə yağışına tutmuşdular. Təsadüf nəticəsində sağ qaldım. Həmin gün anam və qardaşım məcburiyyət qarşısında kəndi tərk etdilər. Onu da deyim ki, anam qətiyyən kənddən çıxmaq istəmirdi. Təkcə anam deyil, bütün kənd camaatı da doğma yurdu qoyub getmək fikrində deyildi. Baxmayaraq , dəfələrlə kənd camaatına xəbərdalıq olunmuşdur ki, qadın və uşaqları kəndlərdən çıxarın. Amma nə qadın, nə də yaşlı nəslin nümayəndələri doğma torpağı qoyub getmək istəmirdilər. Ermənilər tərəfindən dayanmadan atılan güllərin səsi insanları vahimələndirir. Artıq evlər dağıdılmış və çarəsizlikdən ailəm kənddən çıxmışdı. Onu da deyim ki, ailəm kənddən çıxarkən nə şəkil albomu, nə də bir sənəd götürə biliblər. Çox ağrılı günlər idi.
- Bir iqtisadçı olaraq rayon işğal olunan zaman dəyən ziyan barədə nə deyə bilərsiniz?
Füzuli iqtisadi baxımdan Azərbaycanın ən böyük rayonlarından biri idi. Füzulinin ümumi sahəsi 1386 kvadrat metr idi. İşğaldan sonra 20 kənd azad olundu. Rayonun 51 min məcburi köçkünü var. Füzuli aqrar rayon olmasına baxmayaraq orada sənayə müəssisələri də az deyildi. Sənayə müəssisələri o zaman keçmiş SSRİ-nin digər bölgələrinə məhsul göndərə bilirdi. Rayonda olan sənayə müəssisələri və vətəndaşlara malik olan daşınmaz əmlak və kənd təsərrüfat sahələrini də nəzərə alsaq işğal zamanı Füzuliyə dəyən zərərin kifayət qədər böyük olduğunu görərik. Qiymətləndirilməyə əsasən, rayon işğal olunan zaman Füzuliyə 10 milyard manat dəyərində ziyan dəyib. Onu da nəzərə almaq lazımdır ki, artıq 21 ildir ki, Füzuli işğal altındadırsa o zaman dəymiş zərər 10 milyard manatdan qat-qat çoxdur.
“KarabakhİNFO.com”
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM