İqtisadçı alim
Monetar siyasət daxil olmaqla mövcud iqtisadi siyasətin post-neft və ya böhran dövrünə uyğunılaşdırılmasına ehtiyac var. Hal-hazırda Mərkəzi Bank və bütövlükdə hökumətin mövcud iqtisadi siyasətinin iki əsas prioriteti var: inflyasiyanı tənzimləmək və milli valyutanın məzənnəsinin potensial kənarlaşmalarının qarşısını almaq və ya yubatmaq. Bu prioritetlər vacibdir, amma bunlar heç də iqtisadi çətinlik və ya böhran dövrünün əsas hədəfləri deyil və ola da bilməz. Pul bazasının inzibatı metodlar ilə məhdudlaşdırılması qısa müddətli dövrdə prosesi tənzimləməyə imkan versə də orta və uzun müddətli dövrdə neqativ nəticələrə gətirib çıxara bilər. Əslində manatın birinci devalvasiyasından sonra hökumət məhdudlaşdırıcı iqtisadi siyasətini dəyişib iqtisadi aktivliyi stimullaşdıran siyasət həyata keçirməyə başlamalı idi. Bir neçə ölkədə anti-böhran çalışmalarına cəlb edilən iqtisadçı kimi qeyd edə bilərəm ki, pul bazasınını məhdudlaşdırılması hesabına real sektorda aktivliyi azaldan mövcud iqtisadi və monetar siyasətin tamamilə dəyişdirilməsinə ehtiyac var. Belə siyasət nəinki real sektorda canlanmanın yaranmasına gətirib çıxara bilməz, hətta bağlanan iş yerlərinin sayını artırması ilə nəticələnəcək. Böhrandan çıxmaq iqtisadiyyata “isti pulların” daxil olmasını tələb edir. Məhdudlaşdırıcı monetar siyasət isə bu pulların real sektora daxil olmasına imkan vermir. Nəticədə bu manatin inzibati yolla məzənnəsinin saxlanmasına səbəb olsa da, nə dollara olan tələb ödənilir, nə də yeni iş yerlərinin açılmasına xidmət edən siyasətin həyata keçirilməsinə imkan verir. Mərkəzi Bankın mövcud məhdudlaşdırıcı siyasəti məşğulluq sektoruna mənfi təsir göstərir və buna görə də, mövcud siyasətinin anti-böhran və ya canlanma tədbirləri ilə əvəzlənməsi olduqca vacibdir.
Problem ondadir ki, hal-hazırda mövcud monetar siyasət dollarlaşma prosesini daha tez başa çatdırmaq və əks-dollarizasiyaya başlamağa hədəflənib. Manat təklifinin inzibati yolla məhdudlaşdırılması da buna xidmət edir. Amma dollar qıtlığı yaratmaqla, “qara bazar” formalaşdırmaqla dollarlaşma prosesi aparmaq olmaz. Dollara tələb tam ödənilməyincə proses sadəcə süni şəkildə “acı bağırsaq” kimi uzanacaq və Mərkəzi Bank hədəflədiyi sonluğa yetişə bilməyəcək. İnsanların 300 dollar almaq üçün uzun növblərə dayanması heç də stabil məzənnə siyasəti anlamına gəlməməlidir. Deməli, yanaşmanın dəyişməsi olduqca vacibdir və əslində köhnə qaydalardan imtina mövcud iqtisadi siyasətin ən həlledici elementi olmalıdır. Dollar satışının məhdudlaşdırılması idxal ilə məşğul olan sahibkarların fəaliyyətində ciddi durğunluq yaradıb. İş adamları xarici valyutaya olan tələbini ödəyə bilmədikləri üçün xarici ticari fəaliyyətində çətinliklər yaranıb və bu da real sektorun kiçilməsinə gətirib çıxarır.
Bütün böhran nəzəriyyələri məhdudlaşdırma deyil, genişləndirmə siyasəti üzərində qurulur. Bizdə isə əksinə Mərkəzi Bank pul bazasını məhdudlaşdırır. Nəticədə dövriyyədə pul kütləsinin kəskin azalması investisiya imkanlarını məhdudlaşdırır və alıcılıq qabiliyyətini aşağı salır. Pul bazası süni və inzibati şəkildə manat təklifin azaldılması deyil, pul dövriyyəsi haqqında qanuna uyğun olaraq formalaşdırılmalıdır. Təəssüf ki, baş bankın mövcud siyasəti pul kütləsi ilə Ümumi Daxili Məhsul arasındakı proporsionallığın da itməsinə səbəb olub. Təbii ki, məsələ heç də yeni emissiyadan getmir. Mərkəzi Bank dövriyyəyə daxil olan yeni manatların dollar axtaracağından və bununla da intervensiya xərclərinin artacağından ehtiyatlana bilər. Amma məsələ ondadır ki, mövcud imkanlar daxilində ölkəyə valyuta cəlbi həm dollarlaşma prosesinin sürətlənməsinə, həm də “dollar axtaran” deyil, iqtisadiyyatda yeni dəyər yaradan manatların dövriyyədə olmasına səbəb ola bilər.
Əslində, ölkə Prezidentinin yanvarın 10-da müşavirədə qeyd etdiyi məsələlər birbaşa iqtisadi canlanmağa xidmət edir. Hökumətin həmin tapşırıqların hamisi öz fəaliyyətində nəzərə almasına ehtiyac var. Dövlət başçısı bütün sektorlarda islahatların genişləndirilməsi ilə yanaşı eyni zamanda sahibkarlara verilən güzəştli kreditləri həcminin artırılması göstərişini verib. Və əslində indiki iqtisadi böhran dövründə maliyyə təminatının gücləndirilməsi və bununla da real sektorda canlanmanın yaradılması hökumət üçün ən vacıb prioritet olmalıdır.
Mərkəzi Bank mərhələli olsa da manatın bazar kursunun müəyyənləşdirilməsinə imkan verməlidir. İnzibati metodlar ilə milli valyutanın məzənnəsini uzun müddət stabil saxlamaq mümkün deyil. Mərkəzi Bank manatın kəskin ucuzlaşacağından ehtiyatlanaraq məzənnə siyasətinə geçmir. Sadə məntiqlə belə olan halda Mərkəzi Bankdan soruşula bilər ki, əgər sonda məzənnə belə kəskin düşəcəkdisə o zaman 12 milyard dollar valyuta ehtiyatımız niyə əridi. Məncə, hətta bundan da ehtiyatlanmaq lazım deyil. Doğrudur əgər Mərkəzi Bank hətta 2015-ci ildə kursu saxlaya bilməyəcəyikdirsə o zaman üzən valyuta rejiminə ötən il dekabr 21-də deyil, məhz 21 fevralda keçməli idi. Böhran dövründə iqtisadi siyasət çevik olaraq dəyişir və bizdə də dəyişməlidir. Artıq sözügedən məbləğdəki valyuta ehtiyatımız xərclənib və o daha geri qayitmayacaq. Və biz elə etməliyik ki, həmin 12 milyard dolları real sektor, sahibkarlıq özü formalaşdırsın. Bunun üçün isə real sektorda yeni dəyər yaradacaq genişlənmə fəaliyyətlərinin həyata keçirilməsinə ehtiyac var. Bu fəaliyyətlər isə dövriyyəyə valyutanın daxil olmasını tələb edir ki, burada söhbət birbaşa müqayisəli üstünlüyə malik olan sektorlarda çalışan sahibkarlara çox aşağı faizli və uzun müddətli kreditlərin verilməsindən gedir. Sahibkar illik maksimum 3 faizlə 7 il müddətinə şəffaf şəkildə kredit almaq imkanına malik olmalıdır ki, ixrac edilə biləcək məhsul istehsal edə bilsin.
Dövlət Neft Fondunun aktivlərinə hər zaman “sığorta yastığı” kimi baxılıb. Yastıq nə zaman lazım olur? İqtisadi çətinlik və ya böhran olanda. Deməli indi. Maraqlıdır, biz bu yastıqdan niyə istifadə etmirik? Norveç Pensiya (Neft) Fondu xaricdəki daşınmaz əmlakını satışa çıxardığı bir zamanda Azərbaycan Dövlət Neft Fondu ölkəmizdə valyutaya ciddi ehtiyac duyulduğu halda İtaliya iqtisadiyyatına sərmayə qoyaraq əmlak alır. Halbuki, indiki halda valyutanın ölkədən kənara çıxmasına deyil, daxildə qalmasına üstünlük verilməlidir. Heç bir böhran nəzəriyyəsi bu suala cavab tapa bilməz: Əgər ölkədə valyutaya tələbat varsa, nə üçün pul ölkədən çıxarılmalı və başqa ölkənin iqtisadiyyatına sərmayə qoyulmalıdır?
Anti- böhran modelləri birmənalı şəkildə Dövlət Neft Fondu mövcud aktivlərinin bir hissəsini, ilkin mərhələdə 4 milyard dollarını ölkəyə gətirilməsi, banklar vasitəsi ilə sahibkarlıq subyektlərinə şəffaf şəkildə və heç bir baryer olmadan sahibkarlara verməsini tövsiyyə edir. Vəsaitin sahibkarlara verilməsində şəffaflığn tam təmin edilməsi üçün vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər və hətta xarici menecerlərdən ibarət xüsusi komissiya da formalaşdırıla bilər. Bu, imkan verəcək ki, bir tərəfdən ölkəyə daxil olan valyutanın həcmi artsın, manata təzyiq azalsın, digər tərəfdən bankların valyuta ehtiyatları artsın, həmçinin bu vəsaitlə sahibkarlığı dəstəkləmək mümkün olsun. Xaricdəki pulların ölkəyə gətirilməsinin həm bank sektorunun, həm də sahibkarlığın inkişafına müsbət təsir edəcək. Dövlət Fondunun ehtiyatları 33 milyard dollardır və onların 80 faizi sabit gəlirli səhmlərdə saxlanılır. 5 faizə yaxını əmlak alınması üçün istifadə olunur, 5 faizi qızıla yatırılıb, digər 10 faiz isə qiymətli kağızlardadır. Çünki, valyuta formasında gəlir və banklar vasitəsilə sahibkarlara təqdim olunur. Bu da imkan verir ki, indiki məqamda Dövlət Neft Fondunun vəsaitlərindən sahiblarlığın dəstəklənməsi üçün istifadə edilsin. Qeyd etdiyimiz kimi, Mərkəzi Bank özündə olan manatı dövriyyəyə ona görə buraxmır və manat bazasını ona görə azaldır ki, manat təklifi azalsın, dolların məzənnəsi daha kəskin yüksəlməsin. Ancaq Dövlət Neft Fondunun 4 milyard dollar vəsaiti ölkəyə gələrsə, valyuta formasında konvertasiya olunub, iqtisadiyyata daxil olarsa, bu, manata təzyiqi artırmayacaq. Ölkəyə valyuta daxil olacaq, sahibkarlıq isə aşağı faizli kredit almaqla, qeyri-neft sektoruna öz tövhəsini verə biləcək. Bu baxımdan indiki məqamda Dövlət Neft Fondunun sözügedən məbləğdə vəsaitinin ölkəyə gətirilməsi vacibdir. Sahibkarlığın dəstəklənməsinə ehtiyac var. Çətinlik davam etdikcə, iş yerlərinin sayı azalacaq, bağlanan sahibkarlıq subyektlərinin sayı artacaq. Ona görə də, cari valyuta ehtiyaclarının ödənilməsi və sahibkarlığın maliyyələşdirilməsi üçün ya xarici borclanmaya getmək, ya da Dövlət Neft Fondunun vəsaitlərinin bir qismini ölkəyə gətirərək, bank yolu ilə iş adamlarına təqdim edilməsi vacibdir. İndiki məqamda bu haqda qərarın verilməsinə ehtiyac var. Dövlət Neft Fondunun vəsaitlərinin ölkəyə gətirilməsinin yubadılması iqtisadi problemləri dərinləşdirə bilər.
Deməli, indiki mərhələdə bir tərəfdən Neft Fondunun aktivlərindən istifadə edərək mövcud məhdudlaşma siyasətinin tamamilə dəyişdirilməsinə ehtiyac var. Digər tərəfdən isə, genişmiqyaslı islahatlar (struktur və institutsional dəyişikliklər, monopoliya və korrupsiyaya qarşı mübarizənin gücləndirilnəsi, sahibkarlığın dəstəklənməsi və s.) həyata keçirilməsi yolu ilə starteji baxımdan qeyri-neft ixracının həcminin artırılmasına çalışmalıdır. Sözgedən cari və strateji hədəflər reallaşmasa isə təəssüf ki, heç kim bizi növbəti kəskin devalvasiyadan sığortalaya bilməz.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM