“Benzinin ucuzlaşması mümkündür”

09:43 / 02.02.2016

Dr. Vüqar Bayramov

İqtisadçı alim

Neftin dünya bazar qiyməti aşağı düşməyə başladıqdan sonra benzinin qiyməti ABŞ-da 43, İspaniyada 21, Fransada 16, avro ekvivalentində Polşada 30, Norveçdə 22 faiz azalıb. Avrozonaya daxil olan, demək olar, bütün dövlətlərdə yanacağın qiyməti aşağı düşüb. Neftin qiymətinin kəskin azalmasına baxmayaraq ölkəmizdə benzinin qiyməti dəyişdirilməyib. Manatın dəyər itirməsindən sonra benzinin qiymətinin azaldılması məsələsi yenidən aktuallaşıb. Ümumi tarazlıq modelindən istifadə etməklə benzinin qiymətinin neçə faiz azalmasını və iqtisadiyyatın müxtəlif sektorlarına təsirlərini müəyyənləşdirmək mümkündür. Dəyərləndirmələrimiz göstərir ki, indiki halda yerli istehsal olan benzinin qiymətinin 30 faiz ucuzlaşması mümkündür. Benzinin 1 litrini qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək. Çünki benzinin ucuzlaşması digər sahələrdən qazanılan əlavə dəyərin artmasna imkan verəcək.

Əgər Tarif Şurası benzinə tətbiq edilən vergiləri azaltsa, benzinin ucuzlaşması mümkündür. Yanacağın və benzinin xərc strukturuna diqqət yetirsək bəlli olur ki, orada əsas xərc vergilərdir. Dövlət Neft Şirkəti üçün bir barel neftin orta qiyməti 15 dollardır. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiymətinin hansı həddə olmasından asılı olmayaraq, şirkətdə bir barel nefti xərci dünya bazar qiymətindən aşağı olduğu üçün benzinin qiymətinin endirilməsi bu qurumun gəlirlərinə təsir göstərməyəcək. Sadəcə olaraq, Tarif Şurası vergiləri azaltmaqla, benzinin qiymətinə müsbət təsir edə bilər.

Bu, eyni zamanda imkan verəcək ki, yeni yaradılmış dəyər hesabına alternativ olaraq başqa sektorlardan vergi ödənişlərinin həcmini artırmaq mümkün olsun. Bu, vətəndaşların sosial vəziyyəti baxımından vacibdir. Ölkədə 1 milyon 200 mindən artıq avtomobil istifadəçisi var. Deməli, onların xərcləri azalacaq. Devalvasiyadan sonra ictimai nəqliyyatda xərclərin artımı baş verdiyində bu sektord da vəsaitlərə qənaət etmək mümkün olacaq. Çünki avtomobillərin ehtiyat hissələri xaricdən idxal olunur və onların qiymətində artımlar var. Benzinin ucuzlaşması beynəlxalq yükdaşımaların xərcinin də azalmasına imkan verəcək. Aqrar sektora birmənalı şəkildə müsbət təsir göstərəcək. Çünki aqrar sektorda yanacaqdan çox istifadə edilir. Yanacağın ucuzlaşması həm fermerlər üçün yeni imkanlar yaradacaq, xərcləri azaldacaq, həm də istehsal olunan məhsulların qiyməti ucuzlaşacaq. Məhsullar ucuzlaşdığı üçün ixrac imkanları artacaq. Bu, həmçinin digər xidmət sahələrində də ucuzlaşmaya səbəb olacaq. Qiymətləndirmələrimiz onu göstərir ki, benzinin ucuzlaşması başqa sektorlara müsbət təsir edəcək, həmin sektorlardan vergi ödənişlərinin həcmi artacaq. Nəqliyyatda, beynəlxalq yükdaşımalarda, iqtisadiyyatın digər sektorlarında büdcə ödənişlərinin həcminin artması avtomatik olaraq, benzinin ucuzlaşması ilə azalan birbaşa gəlirləri kompensasiya edir. Bütün bu iqtisadi əsaslandırmaları nəzərə alsaq, benzinin qiymətinə yenidən baxılması və aşağı salınmasını təklif edirəm.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM