“Qiymət artıbsa siqaret çəkmə”

13:22 / 13.01.2016

Dr. Vüqar Bayramov

İqtisadçı alim

Siqaretlərin qiyməti artanda ən çox səslənən məsləhət “qiymət artıbsa siqaret çəkmə” oldu. Amma məsələ heç də siqaretdən istifadə edib-etməmək də deyil. Məsələ ondadır ki, ABŞ istehsalı olan siqaretlərin qiyməti supergüc dövlətlə problemləri olmayan Azərbaycanda, həmin ölkənin sanksiyasına məruz qalan Rusiya ilə müqayisədə 2 dəfəyə yaxın bahadır. Təssəvvür edin: “brənd siqaretlər” sanksiyalara məruz qalan dövlətdə bizə nisbətən daha ucuzdur.

Əslində, siqaret bir nümunədir. Ötən ilin aprel ayında İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) ərzaq səbəti üzrə Gürcüstan daxil olmaqla bütün MDB dövlətləri üzrə qiymətlərin statistik təhlilini aparıb. CESD-nin statistik qiymət təhlili göstərir ki, Azərbaycan ərzaq məhsullarının qiymətinə görə MDB ən yüksək qiymətlərə malik 2 ölkədən biridir. Səbəb nədir?

Səbəb əslində son zamanlar gündəmi zəbt edən monopoliyadır. Ölkəmizdə siqaret istehsalı ilə məşğul olan şirkətin olmasına baxmayaraq xarici ticarətdəki monopoliya qiymətlərin azalmasına imkan vermir. Səbəb təbii ki, idxal monopoliyasıdır. Bu baxımdan, bizim qiymətləndirmələr göstərir ki, əgər xarici ticarətdəki monopoliya tamamilə ləğv edilərsə o zaman qiymətlər orta hesabla 60 faiz aşağı düşər. Monopoliyani iqtisadiyatda “irinləmiş yaraya” bənzədirlər. Onu kəsib atmasan bədəndə aparılan heç bir müalicənin xeyiri olmur. Ona görə də, idxal və ixracatda monopliyanın tamamilə aradan qaldırılmasına ehtiyac var. Sahibkar istədiyi malı sərbəst və heç bir baryer olmadan idxal və ixrac hüququna malik olmalıdır. Əks halda iqtisadiyyatın liberallaşması mümkün deyil.

Dünya Bankının “Bizneslə Məşğul Olmaq” hesabatında hər il ölkəmizin yerinə ən çox mənfi təsir edən faktor məhz idxal və ixrac üçün tələb edən proseduraların və günlərin sayının çox olmasıdır. Bu sahədə hansı islahatların aparılmasını təklif edirəm:

- Stuktur islahatlarının gömrük idarəetmə sferasını da əhatə etməsi. CESD-nin 2011-ci ildə hazırladığı dövlət sənədində bu sferada idarəetmənin vahidləşməsi təklif edilirdi. Bizim təkliflərə Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsini və səlahiyyətlərin ASAN Xidmətlə bölüşdürülməsini əhatə edirdi. Bu isə idarəetmənin təkmilləşdirilməsinə imkan yarada bilər;

- Gömrük proseduraların elektronlaşdırılması və ASAN xidmət vasitəsi ilə aparılması. Gömrük rəsmilləşdirilməsi və ödənişlərin elektron qaydada sözügedən xidmət vasitəsi ilə aparılması şəffaflığın formalaşdırılmasına imkan verəcək;

- Məmur-sahibkar münasibətlərinin minimumlaşdırılması üçün elektron keçid sistemindən istifadə edilməsi. Elektron rəsmilləşmə və ödəniş proseduralarından keçən sahibkar elektron kartlar vasitəsi ilə ölkədən mal aparmaq və ya gətirmək imkanına malik olmalıdır. Yalnız istisna hallarda malların yoxlanması hüququ saxlanılmalıdır;

- Dünya Ticarət Təşkilatları ilə danışıqlar çərçivəsində yol verilən limitlər daxilində gömrük rüsumlarına baxılması və optimallaşdırılması. Bütün qeyri-rəsmi ödənişlərin ləğv edilməsi həmçinin rüsumlara yenidən baxılmasına imkan yaradacaq. Daxili bazarı qorumaq üçün yerli istehsalı olan məhsulların idxalına rüsumların artırılması mümkündür. Digər bütün məhsualları üzrə aşağı rüsumların saxlanılmasına ehtiyac var;

- Rüsumsuz ölkəyə gətirlən ərzaq məhsualların vətəndaşlar tərəfindən gətirilməsi ilə bağlı bütün süni baryerlərin aradan qaldırılması və ərzaq limitinə yenidən baxılması. Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulan çəkidə ərzaq məhsullarını ölkəyə gətirmək hüququndan istifadə etməlidirlər və yerli istehsal olmayan və ya tələbi tam ödəməyən məhsullar üzrə bu kvota 3 dəfə artırılaraq 30 kq.a çatdırılmalıdır;

- Vətəndaşların 10 min dollaradək şəxsi tələbat üçün ölkəyə rüsumsuz mal idxalındakı bütün süni baryerlər aradan qaldırılmalıdır və bunun icrası üçün şəffaf və aydın proseduralar müəyyənləşdirilməlidir;

- Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyün bu il ərzində tamamlanması. Artıq MDB-nin əksər ölkələri adıçəkilən təşkilatı üzvüdür. Bu təşkilata üzvlük gömrük proseduralarında şəffaflığın güclənməsinə, sahibkarların hüquqların qorunması üçün yeni və şəffaf mexanizmlərin formalaşmasına imkan verəcək. Eyni zamanda, bu gələcəkdə yenidən monopoliya qurmaq cəhdlərinə imkan verməyəcək;

- İxracdakı bütün süni baryerlərin aradan qaldırılması və ixrac subsidiyasının tətbiq edilməsi. Qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması üçün yeni ixrac subsidiyaların tətbiq edilməsinə ehtiyac var. Rüblük ixrac dövriyyəsi 100 min dollardan çox olan sahibkarlar ixrac etdiyi məhsulun həcminə uyğun olaraq subsidiya almaq hüququna malik olmalıdırlar.

Fikrimcə, gömrük proseduraların elektronlaşdırılması və “ASAN”laşdırılması bu sahədəki bütün süni baryerlərin və monopoliyanın aradan qadırılmasına və bazarda qiymətlərin azalmasına gətirib çıxaracaq xalis rəqabətin yaranmasına səbəb ola bilər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM