prof. Ramazan SİRACOĞLU
Dünyada 50 milyona yaxın insanın ölümünə, saysız-hésabsız insanın yaralanmasına, əlil olmasına, əsir düşməsinə, işgəncə görməsinə, yerindən-yurdundan didərgin düşməsinə səbəb olan faşizm üzərində qələbədə o zamankı bütün insanların müəyyən payı vardır: hər adam öz imkanları daxilində ön və ya arxa cəbhələrdə fəaliyyət göstərmişdir. Əsgərlər səngərlərdə, istéhkamlarda vuruşanda, arxa cəbhənin adamları da gécə-gündüz “hər şéy cəbhə üçün, hər şéy qələbə üçün!” prinsipi ilə hərəkət étmişlər. Bu yazıda adı dünya tarixinə yazılmış, uzun zaman ismi gizli saxlanılan, mənsubiyyəti étiraf olunmayan, lakin faşizmin mütləq məğlubiyyətinin mémarlarınan olan, dünya kəşfiyyat tarixində bənzəri olmayan, əsl mənada supérmén olanbir əfsanəvi şəxsiyyətdən, həmyérlimiz Rixard Zorgé haqqında düşüncələrimi oxucularla paylaşmaq istərdim. Bu bayram həm də Onun bayramıdır, uğrunda özünü fəda étdiyi siyasi quruluş yox olub gétsə də, fərdi prinsipiallığına, şəxsi sədaqətinə, göstərdiyi ağlasığmaz hərbi şücaətinə görə xatırlanmağa, yada salınmağa, anılmağa haqqı var.
Haqqında bəlkə də yüzlərcə rəvayət və əfsanələr uydurulan Rixard Zorgé (1895-1944 ) Sabunçu qəsəbəsində doğulmuşdu, atası Qustav alman, anası Nina rus idi. Rixardın atası Nobél qardaşlarının néft mədənlərindən birində mühəndis idi. XIX əsrin sonlarında minlərcə işçini, ac-yalavacı qoynuna alan neft Bakısının gəlhagəli idi. Qısa zamanda sürətlə varlanmaq istəyən Avropa maqnatları, şirkətləri, o cümlədən Rusiyada yaşayan milyonerlər buraya dünyanın hər yerindən işçilər gətir, onları minimal şəraiti olmayan mədənlərdə çalışdırırdılar.
Rixard Zorgé atası Qustavın qucağında. Bakı qəzası, Sabunçu kəndi, 1898-ci il.
Zorgélər ailəsi nəsilliklə sosialist təmayüllü olmuşlar. Rixardın babasının qardaşı Fridrix III Komintérni quranlardandır. O, éyni zamanda, Karl Marksın katibi idi. Rixard Zorgénin atası işi ilə əlaqədar olaraq Almaniyaya gedəndə balaca Rixard da ailəsi ilə Bérlinə gétmişdi. Orada réalnı məktəbdə oxuyanda I Dünya müharibəsi başlayır və Zorgé könüllü olaraq cəbhəyə gédir. 1915-ci ildə ilk dəfə olaraq yaralanır.
Zorgé I Dünya müharibəsində 3 dəfə yaralanmış, bu yaralardan ayağında ömürlük fiziki qüsur qalmışdı və 1918-ci ilin yanvar ayında ordudan tərxis olunmuşdur. Cəbhədə gördükləri onda belə fikir formalaşdırır ki, kapitalizm insanları qəddarlaşdırır və gənc Zorgé Marksın “kapitala olan hərislik kapitalistdəki bütün insani müsbət kéyfiyyətləri öldürür” fikri ilə tədricən razılaşır. İctimai élmlərlə maraqlanır, 1919-cu ildə Hamburq univérsitétinin dövlət və hüquq fakültəsinin doktoru olur.
I Dünya müharibəsinin iştirakçısı, kapral rütbəli R. Zorgé. 1915-ci il
1920-1921-ci illərdə Frankfurt sosial araşdırmalar institutunun élmi əməkdaşı kimi fəaliyyət göstərir. Almaniya Kommunist partiyasının üzvü kimi təbliğat yürüdür. Kommunist partiyasının fəaliyyəti qadağan olunanda 1924-cü ildə Moskvaya gəlmiş, 1925-ci ildə sovét vətəndaşlığını qəbul étmişdi. R. Zorgé xaricə ézam olunmadan əvvəl, Moskvada işlədiyi zaman öz tanışlarına bélə söyləyərmiş: “Вообще-то я могу считать себя азербайджанцем. Только вот беда — ни слова по-азербайджански не знаю— Ümumiyyətlə, mən özümü azərbaycanlı saya bilərəm. Amma bəla burasındadır ki, azərbaycanca bir kəlmə də olsun bilmirəm.” 1929-cu ildə Sovét hərbi kəşfiyyat idarəsi onu Almaniyaya uzunmüddətli ézamiyyətə göndərmişdi. Rixard Zorgé mükəmməl analitik təfəkkürə, qéyri-adi hafizəyə, nüfuzédici baxışlara, dərin və soyuq təhlil qabiliyyətinə sahib idi. Bir néçə dil bilirdi. Zorgé qısa zamanda sürətlə öz karyérində irəliləyişlərə nail olmuşdu. 1933-cü ildə Zorgé Almaniya Nasional Sosialist partiyasına üzv qəbul édilir. Nasist Almaniyasının o zamankı xarici İşlər Naziri Ribbéntropun təqdiri ilə Réyxə xidmət étmək üçün öncə Çinə, daha sonra Yaponiyaya göndərilir. Çində Aléksandr Conson imzası ilə ABŞ qəzétlərinə béynəlxalq problemləri şərh édən silsilə məqalələr yazır. Zorgénin xidmətindən razı qalan almanlar onu Tokiyoya ézam édirlər.
O, Tokioda “Franktfurer saytunq” qəzétinin xüsusi müxbiri çətiri altında çalışmağa başlayır. Qısa zamanda almanlar onu Almaniyanın Tokiyodakı səfirliyinin mətbuat katibi vəzifəsinə yüksəldirlər. Zorgé, Mərkəzdən aldığı mühüm tapşırıqları yerinə yétirmək üçün bütün mümkün vasitələrdən və öz şarmından çox bacarıqla faydalanmışdır. Alman rəsmiləri ona ali, əsl ari irqin mənsubu kimi çox inanır və güvənirdilər. Diplomat olmamasına rəğmən alman səfirliyində Zorgénin öz kabinéti vardı. Alman səfiri O. Ottun ondan gizləyəcəyi sirri yoxdu. Zorgé bu inamdan yararlanaraq Mərkəzə çox önəmli məlumatlar ötürürdü. Yaponiyada fəaliyyət göstərən bütün gizli kəşfiyyat əməkdaşlarının fəaliyyətinin koordinatoru Zorgé idi.
1939- 1946-cı illərdə Sovét hərbi kəşfiyyatına rəhbərlik étmiş général- léyténant P.M. Fitin ( 1907-1971 ) onun qüsursuz işini çox bəyənirdi. Yéri gəlmişkən, məşhur “Baharın 17 anı” filminin 2-ci sériyasında biz həmin adamı İ.V. Stalinlə Krémldə danışarkən görürük (2.59— 4.14-cü dəqiqələr ). Filmdə Yustas kod adlı Ştirlits məhz ona- Aléksə müntəzəm şifroqram göndərir və Aléks kod adlı P.M. Fitindən göstərişlər alır. Daha bir détal: adı keçən filmin réjissoru T. Lioznova filmin baş rolunun ifaçısı V. Tixonovdan tələb étmişdi ki, əgər o, filmdəki kəşfiyyatçı-rézidént ştandarténfürér Ştirlits rolunu oynarkən beynində hər an əfsanəvi kəşfiyyatçı Rixard Zorgéni düşünə bilsə rolun öhdəsindən gələ biləcək. Ştirlits rolunun V. Tixonova həvalə édilməsini isə SSRİ DTK-nın sədri Y. V. Andropov tövsiyyə étmişdi: “Lap Zorgéyə bənzəyir!” Bəlkə də bu filmi bizə bu qədər doğmalaşdıran xəyali Ştirlitsin əsl kəşfiyyatçı Rixard Zorgéyə bənzəməsidir?! Éhtimal ki, əsərin müəllifi Y. Sémyonov da éyniadlı əsəri yazarkən prototip olaraq məhz Zorgéni düşünüb, onun bəzi kéyfiyyətlərini Ştirlits obrazında təcəssüm étdirmişdir. Axı Ştirlits də rézidənt idi Zorgé kimi.
Sovét hərbi kəşfiyyatının Yaponiyadakı rézidénti R. Zorgé. Tokio, 1938
Rixard Zorgé açıq şəkildə kütləvi tirajla nəşr olunan Avropa mətbuatına iqtisadi-siyasi şərhlər yazır, təhlillər édirdi. Sıravi oxuculara kəşfiyyat xaraktérli héç nə vəd étməyən bu yazılarda Zorge Moskvaya kodlanmış mətinlər ötürürmüş. Tokio küçələrində sürətlə motosiklet sürən Zorgé, motosikletin sürətini artırıb-azaltmaqla, sən demə, morzé əlifbasıyla o küçədə işləyən sovét kəşfiyyat kuryérinə informasiya vérirmiş. Zorgénin vəzifəsinə müharibənin nə zaman başlayacağı tarixini öyrənmək daxil déyildi. Bununla Bérlin rézidénurası məşğul idi, lakin Zorgé də zaman -zaman Mərkəzə o məşum vaxt haqqında éhtimal olunan tarixləri bildirirdi: 15.05.1941, 01.06.1941, 15.06.1941, 22.06.1941. Zorgénin vəzifəsinə Yaponiyanın SSRİ-yə hücum étməyəcəyini öyrənmək daxil idi. Zorge bu vəzifəni böyük uğurla yerinə yetirdi. R. Zorgé Yaponiyada çalışdığı səkkiz ildə o ölkəni yaxşı öyrənmişdi. Təsadüfi déyil ki, 14 séntyabr 1941-ci ildə Tokiodan Moskvaya göndərdiyi məxfi məlumatda R. Zorgé İ. V. Stalini əmin étmişdi ki, 1942-ci ilin ikinci yarısınadək Yaponya SSRİ-yə qətiyyən hücum étməyəcək. Suyu üfürə-üfürə içən ağıllı və tədbirli yaponlar SSRİ-nin zərbini 1938-1939-da görmüşdülər. Onlar SSRİ-nin tam gücdən düşdüyünə əmin olmadan héç vəchlə başlarını bəlaya soxmazlar. Məhz Zorgénin məlumatından sonra Ali Baş Komandan İ. V. Stalin Uzaq Şərqdə Yaponiyanın hərbi təcavüzünü dəf étməyə hazır dayanmış 26 diviziyanı, başqa sözlə, 286 min əsgəri, hərbi sursat və téxnikanı ( 1941-ci ildə sovét atıcı diviziyasının hər birində 11minə yaxın hərbçi qulluq édirdi ) Moskvanın müdafiəsinə cəlb étdi. Moskvanın 25 kilométriliyinə qədər irəliləmiş almanlara qarşı Uzaq Şərqdən gətirilən əlavə 26 diviziya, démək olar ki, müharibənin taléyini həll étdi, 6 dékabr 1941-ci ildə soyuğa davamlı Sibir diviziyaları almanları 250 kilométr geriyə çəkilməyə məcbur étdi. Müharibə başlayandan aramsız olaraq sovét ərazilərinə doğru hücum édən almanlar ilk dəfə idi ki, belə irimiqyaslı döyüşü uduzurdular. O vaxtın mətbuatına baxsaq, “Sovinformbüro”nun məlumatları ənənəvi cümləylə bitirdi: “Ağır döyüşlərdən sonra qızıl əsgərlər …… şəhərini tərk étdilər.” Mərkəzi radionun məşhur diktoru Y. Lévitanın bu qurğuşun ağırlıqlı sözü dinləyənlərdə təəssüf hissi yaratsa da gizli bir ümid də yaradırdı: Qoşunlarımız istəsəydilər géri çəkilməzdilər”. Bu məqamda məşhur amérikan yazıcısı Larri Kollinsin ( 1929-2005 ) sözlərini xatırlatmaq yérinə düşər: “ Richard Sorge's brilliant espionage work saved Stalin and the Soviet Union from defeat in the fall of 1941, probably prevented a Nazi victory in World War II and thereby assured the dimensions of the world we live in today."— Rixard Zorgénin casusluq işi Stalini və Sovét İttifaqını 1941-ci ilin payızında məğlubiyyətdən qurtardı, faktik olaraq II Dünya müharibəsində nasistlərin qələbəsinin qarşını aldı və bununla da bu gün yaşadığımız dünyanın sərhəd ölçüsünü təmin étdi.”
Parisdə nəşr olunan nüfuzlu “Le Figaro” qəzéti Rixard Zorgéni “James Bond de Staline— Stalinin Ceyms Bondu” adlandırmışdır. Boston univérsitétinin proféssoru, amérikan publisisti Lens Morrou Rixard Zorgé haqqında “dünyanı dəyişdirən casus – The spy who changed the World- söyləmişdir.
Öz qéyri-adiliyi ilə dünyanı təəccübləndirən Rixard Zorgé haqqında 1953-cü ildən étibarən müsbət fikirlər qéyd olunmağa başlanmışdır. Məhz həmin ildə naşir Rudolf Auqştayn Almaniyanın “Şpigél” jurnalında Zorgé haqqında 17 silsilə məqalə yazıb dərc étdirmişdir. Onun fikrinə görə, Zorgé nasizmə nifrət élədiyi üçün nasional sosializmin əléyhdarı idi. Auqştayn əmindir ki, “Die deutsche Niederlage vor Moskau ließ den Blitzkrieg gegen die Sowjetunion endgültig scheitern— Almanların Moskva məğlubiyyəti Sovét İttifaqına qarşı ildırım sürətli müharibəni qəti şəkildə puça çıxartdı.”
Mənasız bir təsadüfdən yaxalanan sovét radisti şifrəli mətnlərin kodunu yapon polislərinə açıqlayandan sonra Zorgénin tutulması an məsələsi olur. Yaponiya həbsxanasında tam 1100 gün saxlanıldı, uzun-uzadı istintaq édildi. Tabéliyində olan şəxsləri qurtarmaq naminə çox şeyi öz üzərinə aldı. 1943-cü ilin 29 séntyabrında édam cəzasına layiq görüldü. Zorgé Yaponiya Ali Məhkəməsinə əfv olunması haqqında ərizə yazsa da yaponlar “ərizəniz nəzərdə tutulduğu vaxtdan géc yazıldığından diqqətə alınmadı” cavabı vérdilər. Rixard Zorgéni 7 noyabr 1944-cü ildə Tokiyodakı Suqamo qapalı həbsxanasında səhər saat 10.20-də édam étməyə aparanda soruşmuşdular ki, bu gün ayın néçəsi və néçəinci il olduğunu bilirsinizmi? Məsələ burasındadır ki, Zorgé 18 oktyabr 1941-ci ildən 7 noyabr 1944-cü ilə qədər tək adamlıq kamerada saxlanılmışdı, ona oxumağa qəzét və ya kitab vérmirdilər, radio dinləyə bilmirdi. Tam təcrid olunmuş bir vəziyyətdə saxlanana adamın vaxt ölçüsünü itirməməsi héyrətamizdir. Zorgé qürurla bilirəm démişdi: 7 noyabr 1944-cü ildir. Bu gün əlamətdar gündür – dünyada ilk sosialist inqilabının 27-ci ildönümüdür. Édam yérində Zorgé yaponlara samuray prinsiplərinə sadiq qalmalarını, onun başına qara torba kéçirməmələrini xahiş étdi.
Hər şéy üçün bütün məhbəs çalışanlarına təşəkkürünü bildirdi və boynuna kəndir kéçiriləndə cəlladlar onun nə dédiyini anlasınlar déyə, yaponca “Naqaiki sekiqun” – Yaşasın Qızıl ordu, “Naqaiki sobieto kuosan” – Yaşasın sovet kommunizmi- sözlərini var gücüylə qışqırdı. Məhkəmə həkiminin qéydinə görə, Rixard Zorgé dar ağacından götürüləndən sonra ürəyi daha 8 dəqiqə döyündü. Zorgéni édam olunduğu Suqamo məhbəsinin ərazisində gömdülər. Məhkəmədə Zorgéyə ölüm cəzası tələb étmiş baş prokuror Mitsusada Yoşikava sonralar étiraf étmişdir ki, bütün həyatımda onun kimi böyük və dəyanətli adam görməmişəm.
1967-ci ildə ABŞ hərbçiləri onu II dünya müharibəsində müttəfiq dövlətlərə göstərdiyi fövqəladə xidmətlərə görə hərbi törənlə Tokionun Tama məzarlığında dəfn étmişlər. Zorgénin cəsədinin qalıqlarını ayaq sümüklərindəki platin milə, gözlüyünün gümüş sağanağına və dişlərindəki qızıl diş körpücüyünə və qapağa əsasən müəyyənləşdirdilər. Yapon ölçülərini nəzərə alsaq, R. Zorgénin məzarı yétərincə iri əraziyə malikdir və idéal sayıla biləcək dərəcədə təmiz saxlanılır. Məzarın sinə daşı boz bazalt daşdandır, üzərində alman və yapon dillərində R.Zorgéyə dair bioqrafik məlumatlar həkk olunmuşdur. Baş daşı isə cilalanmış qara mərmərdəndəndir. Üzərində rus dilində “Герой Советского Союза Рихард Зорге- Sovét İttifaqı Qəhrəmanı Rixard Zorgé” sözləri yazılmış və dəfnə budağının fonunda Qızıl ulduz médalı təsvir olunmuşdur.
5 noyabr 1964-cü ildə SSRİ Siyasi Bürosunun yékdil tövsiyyəsi və SSRİ Ali Sovéti Rəyasət Héyətinin sədrinin imzaladığı fərmanla Rixard Zorgé ölümündən sonra Sovét İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Britaniya kəşfiyyat xidməti Mİ-6-nın agénti, ingilis publisisti F.Forsayt II Dünya müharibəsində Rixard Zorgéninfəalliyyətindən bəhs édərkən irəli sürdüyü fikir çox şeyi özündə əks étdirir: “Öz məzarlarında "rəhbərliyə pis-yaxşı çatdırdığım məlumatlar planétimizin tarixini dəyişdirdi" söyləyə biləcək casusları bu dünyada tək əlin barmaqları ilə saymaq olar. Rixard Zorgé onların arasındadır."
Héykəltəraş V. Siqalın yaratdığı héykəldə Rixard Zorgé divardan kéçib irəli addımlayan vəziyyətdə təsvir olunub. Divar sanki tarazlığığını itirib yıxılacaq. Bununla héykəltəraş bildirmək istəmişdir ki, Zorgénin öyrənə bilməyəcəyi sirr, aşamayacağı sədd yoxdur.
Rixard Zorgénin Tokiyodakı məzarı
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM