Ramazan SİRACOĞLU
Bu yazını son günlərdə dövri mətbuatda və sosial şəbəkələrdə rayonlarımızdan birində lentə alınmış görüntünün təsiri ilə yazdım. Hərə bir cürə reaksiya verir: kimi gülür, əsəbiləşir, kimi də istehza edir, dodaq büzür, əylənir. Əslində, bu mənzərə acınacaqlıdır. Hamımız səbəbi araştırmadan nəticəyə görə mühakimə yürüdürük.
İslam dininin sarsılmaz təməli tövhid prinsipinə dayanır, yəni, ALLAH birdir, şəriki yoxdur, məkan və zaman fövqündədir, əbədidir, bütün aləmləri, o aləmdə mövcud olanları O yaratmışdır, heç nəyə möhtac deyil, qüdrət, rəhmət, bərəkət, şəfqət sahibi ancaq Odur. Füzuli demiş, “Hökm Onun hökmüdürür, fərman Onun fərmanıdır”. Hamımızın əzbər bildiyimiz və hər gün təkrarladığımız Fatihə surəsinin 5-ci ayəsində “ اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَع۪ينُۜ – İyyakə nəəbudu və iyyakə nəstəin- Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik” biz bu prinsipi özətləyirik. Dilimiz bu sözləri söyləsə də əməldə tam fərqli işlər görürürk. Elə o videoya alınmış mərasimdəki kimi.
Peyğəmbərimiz başda olmaqla, şəxsiyyətlərinə, imanlarına, biliklərinə şübhə etmədiyimiz, adlarını sayqı və ehtiramla andığımız bütün dini rəhbərlər ALLAHa şərik tutanların ən böyük günah işlədiklərini dönə-dönə bildirmişlər. Şərik sözü “ - شرك şirk” sözündəndir, “ortaq” anlamındadır. Dini mətinlərdə “şərik” sözü ilə bərabər təxminən eyni mənanı ifadə edən “əndad انداد -” və “ənbaz انباز- ” sözlərinin də işləndiyini görürük. “Əndad”- “bənzərlər”, “ənbaz” isə “həmtaylar” deməkdir. ALLAHa şərik tutmaq, Ondan başqa hər hansı bir varlığa sığınmaq, bütləşdirdiyi varlıqdan yardım diləmək, nicat istəmək, şəfa və bərəkət ummaqdır. Dinimizə görə, bu hərəkətlər və buna bənzər olaylar “şirk” sayılır və böyük günahdır. Qurani- kərimdə dəfələrlə “şirk”in günah olduğu göstərilmişdir. Məsələn: Bəqərə surəsinin 22-ci ayəsində buyurulmuşdur:
“فَلَا تَجْعَلُوا۟ لِلَّهِ أَندَادًا - Fə la təc’əlu lillahi əndadən- ALLAHa ortaqlar qoşmayın”. Nəyisə bütləşdirmək, kimlərisə ilahiləşdirmək insanalrın xislətində var. Bunun başlıca səbəbi ya çarəsizlik, ya da bilgisizliktir. Burada bir məqamı unutmaq olmaz: bir insanın birinə sayqısı, ehtiramı, sevgisi, aşırı bağlılığı ola bilər. Bu normal haldır. Qədirbilən adamın öz valideyninə, müəlliminə, ustadına, rəhbərinə, xariqüladə insana bəsləmiş olduğu xətir-hörmət, yüksək amallar uğrunda çalışmış, dünyasını dəyişmişlərin məzarlarını ziyarət, onların adlarını əziz tutması tamamilə məqbul hadisədir. Bu işlər bir insanlıq borcudur və ALLAHa şirk sayılmır.
Cahiliyyə dönəmində insanlar müxtəlif maddələrdən özləri yaratdıqları bütləri ilahlaşdırıb onlardan yardım diləyirdilər. Rəsulillahdan hələ çox əvvəl İbrahim peyğəmbər bütpərəstliyə qarşı çıxmışdı. Qurani- kərimin Ənam surəsinin 74-cü ayəsində bu barədə məlumat var: قَالَ اِبْرٰه۪يمُ لِاَب۪يهِ اٰزَرَ اَتَـتَّخِذُ اَصْنَاماً اٰلِهَةًۚ اِنّ۪ٓي اَرٰيكَ وَقَوْمَكَ ف۪ي ضَلَالٍ مُب۪ينٍ - Qalə İbrahimu li əbihi Azərə, ə təttəxizu əsnamən alihəhətən, inni ərakə və qauməkə fi dəlalin mubin- İbrahim atası Azərə dədi: Bütləri tanrılarmı sanırsan, doğrusu, mən səni də, qövmünü də açıq-aşkar yanlış yolda (zəlalətdə ) görürəm.”
Əsrlər ötsə, illər keçsə, nəsillər dəyişsə də, insanların əksəriyyətinin beynində bütpərəstliyin izləri silinib getmir, müxtəlif zamanlarda fərqli şəkillərdə təzahür edir, öz mövcudiyyətini sürdürür. İnsanların geyim-kecimləri, məişət avadanlıqları dəyişsə də, elmi- texniki tərəqqinin ən son nailiyyətlərindən gen-bol istifadəyə başlasalar da ibtidai icma dövrünün bəzi adətlərindən əl çəkə bilmirlər. İngilislər demiş, “habit is second nature- alışqanlıq ikinci xasiyyətdir.”
Hörmətli oxucular lütfən inanclı olmağı bütpərəstliklə qarışdırmasınlar. Sidq ürəkdən ALLAHa inanmaq, iman sahibi olmaq, halal-haramı gözləmək ən gözəl və zəruri insani keyfiyyətlərdir. Bu zəruri xüsusiyyətlərdən məhrum olanları da ALLAH öz birliyi xatirinə islah etsin inşallah. Vətəndaşlarımızın düzgün tərbiyələnməsində, yüksək əxlaqi dəyərlərə yiyələnmələrində, onların cəhalətdən qurtarmalarında elm-təhsil müəssisələri ilə bərabər, milli təəsübkeşliyi olan savadlı ilahiyyatçıların da üzərinə böyük iş düşür. Burada həqiqi ilahiyyatçı ilə xurafat maraqlısı olanları ayırd etməliyik.
Zənnimcə, beş-on kəlmə ərəbcə nəsə bilən hər adamı da ilahiyyatçı hesab etmək doğru olmaz. Rəspublikamızda hamımız Azərbaycan türkçəsini bilirik, onda bizim hamımız filosof, ədəbiyyatçı, dilçi, riyaziyyatçı, məntiqşünas, siyasətşünas, hüquqşünas olardıq. Yaxud da, Ərəbistandakı bütün ərəb hammalları, sərsəriləri, oğruları, əyyaşları ilahiyyatçı sayılardılar. İlahiyyatçı olmaq çətin işdir, o, dillə bərabər, tarixi, ədəbiyyatı, məntiqi, hüququ yaxşı bilməli, dəqiq elmlərdən, heç olmasa, orta məktəb səviyyəsində xəbərdar olmalıdır. Məsələn, Qurani-kərimə 1904-cü ildə üç cildlik “Kəşfül həqayiq” şəklində təfsir yazıb nəşr etdirən Bakı qazisi Hacı Mirməhəmməd Kərim Mircəfər Bakuvi (1858 – 1937 ) ərəb və fars dilləri ilə yanaşı riyaziyyatı və tibbi də yaxşı bilirmiş. Məşhur quranşünas Əli Ələkbər oğlu Fəhmi ( 1919-1975 ) ali təhsilli həkim idi, Tibb İnstitutunu (Universitetini) fərqlənmə ilə bitirmişdi, 1941—1949-cu illərdə təyinatla Sabirabadda, daha sonra isə Bakıdakı 12 saylı poliklinikada baş həkim işləmişdi.
Vətənpərvər ilahiyyatçılar mütəmadi olaraq insanlara doğru yol göstərməli, onları xurafat və cəhalət uçurumuna yuvarlanmaqdan xilas etməlidirlər. Hansısa təriqət mənsubuna sayqılı olmaq təqdir edilsə də o təriqət mənsubununa aid əşyanın ( təsbehin, köynəyin, başmağın, qələmin vs. ) şəfa qaynağı olaraq görülməsinin yanlışlığı izah olunmalıdır. Yasin surəsinin 74-cü ayəsində buyurulmuşdur:
وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةً لَّعَلَّهُمْ يُنصَرُونَ – Və əttəxəzu min dunillahi alihətən ləəlləhum yunsərun- Bəlkə yardım edərlər deyə, ALLAHdan savayı başqa ilahlar (da) götürdülər.”
Bəzi insanların xurafat qurbanlarına çevrilməsində cəmiyyətin bütün fərdlərinin də müəyyən məsuliyyəti vardır. Heç vaxt heç kimi ümidsiz və çarəsiz vəziyyətdə buraxmaq, onu taleyin cilvəsinə tərk etmək olmaz. İşindən, məişətindən, gələcəyindən, sağlamlığından məhrum qalmış istənilən şəxs böhran vəziyyətinə düşür. O anda ona dəstək olmaq hamımızın borcudur. Mömin insan, sadəcə öz dini mükəlləfiyyətlərini yerinə gətirən adama deyilmir, o həm də xeyirxah işlər görməlidir, əməli salih olmalıdır. Məryəm surəsinin 96-cı ayəsində buyurulduğu kimi: إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَيَجْعَلُ لَهُمُ ٱلرَّحْمَٰنُ وُدًّا – İnnə əlləzinə amənu və ə’milu-s- salihati sə yəc’əlu ləhumu-r- rəhmanu vudda- Şübhəsiz, iman edənləri və xeyirli iş görənləri rəhimdil ALLAH sevilənlərdən edəcəkdir.”
Xalq, əgər bələ demək mümkündürsə, bir bağdır, ziyalılar da bir bağban. “Bağa baxarsan, bağ olar”-deyiblər. Məlumdur ki, bağ qayğı, şəfqət və böyük zəhmət tələb edir. Bağında gül-çiçək, lətif meyvələr, qəddi-qamətli ağaçlar görmək istəyən bağban əziyyət çəkməlidir. Xalqın ayrı-ayrı fərdlərini tənqid etmək və ona istehza etməklə iş bitmir. Onları səbrlə müntəzəm şəkildə maarifləndirmək lazımdır. Əks təqdirdə, başından aşan problemlərlə üz-üzə qalan şəxslər çarəsizlikdən gümanları gələn istənilən təbirə əl atacaqlar. Niyə görə atalarımız “suda boğulan saman çöpündən yapışar” demişlər? Sağlam mənəvi mühitdə yaşamaq üçün savadlı ( diploma görə yox), geniş dünyagörüşlü, işgüzar insanların əhatəsində olmaq şərtdir. Həm də belələrinin sayı ümumi əhalinin, heç olmasa, 10 %-ni təşkil etməlidir. O qədər insan ( yəni, bizim üçün lazım olan 1 milyonu ) yetişdirmək bizim strateji hədəfimiz və vəzifəmiz olmalıdır.
Bəzən xurafat və mövhumata qarşı çıxıb ona etiraz edənləri susdurmaq üçün, ona “şəkkaka lənət” bədduasını xatırladırlar. Amma unudurlar ki, “şəkkak” dedikdə ALLAHın birliyinə və qüdrətinə şəkk edənlər, ondan şübhələnənlər nəzərdə tutulmuşdur. İnsanların dini hissləri ilə oynayıb onların çarəsizliyindən yararlanan dəllallara inanmaq isə, nəinki şəkk deyil, əksinə savab işdir. Əsl “şəkkak”lar onlardır, çünki özlərini ilahi qürət sahibi kimi qələmə verir, aləmlərin Rəbbinə xas sifətlərə sahib olduğunu söyləyir və ilahi varlığın vəhdətinə şübhə oyadırlar. Maidə surəsinin 72-ci ayəsində Uca ALLAH buyurmuşdur:
مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ - Mən yuşrik billahi fəqəd hərrəm Allahu əleyhil cənnətə və mə'vahun nar- ALLAHa şərik qoşana ALLAH cənnəti haram edib və onun ( müşrikin ) gedəcəyi yer atəşdir ( cəhənnəmdir).
Bu sətirləri yazarkən Berlində doktor işləyən qızıma zəng vurub soruşdum ki, a bala, nemeslərin körpələrinin boğazına çöp qalanda o binəva nemeslər neyliyirlər? Qızım gülüb dedi ki, doğulan hər körpə üçün xəstəxanada pulsuz (!) olaraq xüsusi cihaz verirlər ki, anası vaxtaşırı o cihazla körpənin burun-udlaq nahiyyələrini təmizləsin; ona görə də çöpçüyə ehtiyac qalmır.
Qızımın sözlər məni çox təsirləndirdi. Düşündüm ki, iqtisadi problemlərin təzyiqindən əziyyət çəkdiyimiz bir məqamda kabus kölgə kimi bizi izləyən bu nadanlıq niyə bizdən əl çəkmir, qədim dövrlərdən arzuolunmaz bir miras kimi cəmiyyətimizi təqib édə-édə 21- ci əsrə gəlib çıxmış bu mənhus cəhalət qır saqqız olub niyə yaxamızdan düşmür, bizi haraya sürükləmək istəyir?
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM