Oktay SƏMƏDOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Ötən əsrin sonunda bir sıra ölkələrdə ictimai-siyasi quruluş köklü dəyişikliklərə məruz qaldıqdan, bazar iqtisadiyyatına keçidlə bağlı ictimai münasibətlərə yeni baxış, sosial problemlərə yeni yanaşma formalaşmağa başladıqdan sonra ictimai şüurun müxtəlif formalarında ifadə olunan təsəvvürlər, məfhumlar sistemi - ideologiya ilə bağlı fikir və mülahizələr öz aktuallığını müəyyən dərəcədə itirmiş olsa da, bu gün, milli maraqlarına xüsusi önəm verən müstəqil dövlətlərin təşəkkül tapdığı dövrdə ideologiyanın və ideoloji tərbiyənin cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb etdiyi danılmazdır.
İdeologiya sözün geniş mənasında müəyyən insan qrupları, təşkilatlar, ayrı-ayrı bölgələr və ya dövlətlərin bölüşdükləri dəyərlər sistemi kimi anlaşıldığı halda gənc nəslin təlim və tərbiyəsi işini ideologiyasız, yəni dəyərlər sistemindən kənar təsəvvür etmək qeyri-mümkündür: məhz ideologiya tərbiyənin əsasını təşkil edir.
Təlim-tərbiyə prosesində geniş istifadə olunan istənilən mədəniyyət əsəri (ədəbi əsər, təsviri sənət əsəri, film, televiziya verilişi və s.) gənc nəslin tərbiyə olunması və sosiallaşması işinə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanına malikdir. Bu cür imkan isə yalnız tərbiyə sistemi ilə ideoloji tərbiyə prosesinə təkcə müsbət deyil, həm də mənfi təsir göstərə biləcək sosiallaşma elementləri arasında tarazlığın təmin olunduğu halda yarana bilər. İdeoloji tərbiyə işinin keyfiyyəti gənc nəslin sosiallaşmasında mənfi ünsürlərin təsirinin azaldılmasından və tərbiyə olunma ilə sosiallaşma arasında həmahəngliyin nail olunmasından bilavsitə asılıdır.
İnternet üzərindən yayımlanan informasiya axınında neqativ hallarla, müharibə, zorakılıq, təcavüz, müxtəlif növ cinayətlərlə bağlı məlumatların geniş yer alması, sosial şəbəkələrdə qeyri-etik, əxlaqdan uzaq görüntülərə, söz və ifadələrə yol verilməsi, dünya televiziya efirinin xəbərlər blokunda terror hadisələri, təbii fəlakətlər, texnogen qəzalar barədə məlumatların üstünlük təşkil etməsi, şou proqramlarında lokal məişət problemlərinin geniş tamaşaçı auditoriyasında qabardılması, bazar anlayışlarının cəmiyyətin təkcə iqtisadi həyatına deyil, həm də ictmai, sosial və mədəni həyatına geniş şəkildə siyarət etməsi gənc nəslin şüurunda daim saysız-hesabsız risklərlə, təhlükələrlə üzləşəcəkləri barədə yanlış təsəvvür yaratmaqla onun sosiallaşması prosesinə mənfi təsir göstərir.
Yeganə çıxış yolu təlim-tərbiyə sistemi ilə sosiallaşma sistemi arasında qarşılıqlı təsirin mütənasibliyinə və harmoniyasına nail olmaqdır.
İdeoloji tərbiyə milli təhlükəsizliyin təmin olunmasında da xüsusi əhəmiyyət kəsb edir. Müasir dünya birliyi müxtəlif forma və məzmunlu qlobal çağırışlar və təhlükələrlə üzləşir. Bəşər təcrübəsində siyasi sabitliyin qorunması və möhkəmlənməsi, daxili münaqişələrin qarşısının alınması mexanizmləri kifayət qədər işlənib hazırlnmış və müəyyən dərəcədə uğurla tətbiq edilmişdir. Buna baxmayaraq, sabitliyin pozulmasına səbəb olan amillər – milli təhlükəsizliyə daxili və xarici təhdidlər müasir siyasi sistemlərə daim təsir göstərməkdədir. Təhlükəli qlobal çağırışlara və təhdidlərə yalnız ideoloji baxımdan möhkəm cəmiyyət sinə gərə bilər. Yalnız mənəvi və ideoloji baxımdan güclü şəxsiyyət ekstremizm və terrorizm kimi ideoloji cərəyanların təsiri altına düşməyə bilər ki, bu da gənc nəslin ideoloji tərbiyəsi diqqət mərkəzində olan cəmiyyətdə mümkündür.
Müasir dövrdə ideoloji tərbiyə problemini aktuallaşdıran əsas amillər aşağıdakılardan ibarət ola bilər:
- təhsil islahatları nəticəsində yeni sosial-pedaqoji mühitin yaranması;
- ənənəvi dəyərlər sistemində və gənc nəslin sosiallaşması mexanizmində yeniliklərin meydana gəlməsi;
- mövcud sosial reallıqların cəmiyyətin şəxsiyyət qarşısında yeni tələblər sistemi irəli sürməsi;
- xarici qüvvələrin gənclərə milli təfəkkürdən uzaq qərb dəyərlərinin aşılanması istiqamətində artan fəallığı;
- bir sıra hallarda təhsilə, təlim prosesinə ayrılan diqqətin tərbiyə işinə göstərilən diqqət və qayğı ilə müqayisədə üstünlük təşkil etməsi və s.
Məqsədyönlü ideoloji tərbiyə gənclərdə dünyagörüşünün və mənəvi dəyərlərin aşılanması, onlara öz xalqının tarixi irsi və yaradıcı əməyinə düzgün münasibətin formalaşması ilə bağlı fəaliyyətin əhəmiyyətini və səmərəliliyini yüksəldir.
Müasir dövrümüzdə yeniyetmə və gənclərdə xalqımızın tarixinə və mədəniyyətinə düzgün münasibət formalaşmaqdadır, onların üzv olduqları vətəndaş cəmiyyəti ölkənin azadlığı və dövlətin müstəqilliyi, humanizm və həmrəylik, tolerantlıq və milli barışıq, ailə institutu və konfessional ənənələrə hörmət, vətənpərvərlik kimi ümumi dəyərlər ətrafında birləşməkdədir.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin banisi olduğu qüdrətli milli məfkurə - azərbaycançılıq ideologiyası - bu gün hər bir vətəndaşımızın dövlətçilik düşüncəsinin əsasını təşkil edən milli, mənəvi, mədəni, ədəbi, tarixi, siyasi, iqtisadi dəyərlər sisteminin ümumiləşdirilmiş məcmusu kimi Azərbaycan reallığında bərqərar olmuşdur və Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir və möhkəmləndirilir.
“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Ümummilli baxışlar sistemi kimi formalaşmış, milli dövlət maraqlarını önə çəkmiş, ölkənin iqtisadi, social və mədəni inkişaf mərhələsinə qədəm qoymasını təmin etmiş azərbaycançılıq məfkurəsi cəmiyyətdə insan fəaliyyətinin mənəvi əsaslarını və istiqamətlərini müəyyənləşdirməklə yönləndirici, siyasi fəaliyyəti stimullaşdırmaqla səfərbəredici, milli həmrəyliyi təmin etməklə birləşdirici, ümumbəşəri və milli-mənəvi dəyərlərə önəm verməklə maarifləndirici funksiyalara malikdir. Azərbaycançılıq ideologiyasının mühüm xüsusiyyətlərindən biri də onun tərbiyəedici funksiyaya malik olmasıdır ki, bu da ilk növbədə gənc nəslin formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
Cəmiyyətdə bərqərar olmuş bir dəyər kimi mənimsənilən, Azərbaycanın milli və dövlət maraqlarına cavab verən, milli-mənəvi identikliyi təmin edən azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir.
Azərbaycançılıq məfkurəsi ilə bağlı bilgilərin gənc nəslə aşılanması isə ideoloji tərbiyə sahəsində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir.
Böyüməkdə olan nəslin ilkin sosiallaşmasının ailə, daha sonralar orta və ali təhsil ocaqları çərçivəsində baş verdiyi, yeniyetmə və gənclərin ölkə vətəndaşı kimi tərbiyə olunmasında təhsil müəssisələrinin mühüm rol oynadığı bəlli olduğu halda gənclərin əxlaqi, mənəvi və ideolooji tərbiyəsində Azərbaycan dili və ədəbiyyatının, ölkə tarixi və mədəniyyətinin tədrisi keyfiyyətinin yüksəldilməsi xüsusi diqqət mərkəzində olmalıdır.
Azərbaycançılıq ideologiyasına əsaslanan yeni tərbiyə konsepsiyasının təkmilləşdirilməsi işinə təhsil işçiləri, təlim-tərbiyə sahəsində çalışan mütəxəssislərlə yanaşı, filosoflar, sosioloqlar, mədəniyyətşünaslar və psixoloqlar da fəal şəkildə cəlb olunmalıdırlar.
Təlim və tərbiyə “Nə öyrədilməli və nə tərbiyə olunmalıdır?”, “Nə cür öyrətməli və nə cür tərbiyələndirməliyik?”, “Kim öyrətməli və kim tərbiyə etməlidir?” kimi sualları cavablandıra bilən ideologiyanın mövcudluğunu tələb edir. Söhbət əsla müstəqillik bərpa olunanadək cəmiyyətə hakim kəsilmiş kommunist ideologiyasına oxşar siyasi ideologiyadan getmir: demokratik dövlət quruculuğunu gerçəkləşdirən Azərbaycanda dünyaya sinfi mübarizə qanunları prizmasından birtərəfli baxış qeyri-mümkün olduğu qədər yolverilməzdir. Gənc nəslə aşılanan azərbaycançılıq ideologiyası rəsmi olaraq ümummilli statusa malik olan, cəmiyyətin bütün üzvləri tərəfindən qəbul edilən, cəmiyyət və dövlətin inteqrasiyası və bütövlüyünün təməli, gələcək inkişafın əsas istiqamətləri kimi qanunla qorunan sosial dəyərlər sistemidir.
Ali məktəblərdə dini bilgilərin əsaslarına dair fənnin tədris edilməsi ilə bağlı təşəbbüs müsbət həllini tapdığı halda orta təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinə və universitet tələbələrinə niyə də azərbaycançılıq məfkurəsiini özündə ehtiva edən xüsusi bir fənnin tədrisi barədə düşünməyək?!
Azərbaycançılıq ideologiyasının xalqımızın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpü olduğunu etiraf ediriksə, bu ideologiya ilə bağlı anlayışların təhsil alan yeniyetmə və gənclərə xüsusi tədris fənni çərçivəsində təqdim edilməsi ilə bağlı problemlərin müzakirəsi məqsədəuyğun hesab edilə bilər.
İdeoloji tərbiyə ümumilikdə tərbiyə işinin məzmununun əsasını təşkil edir və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, dövlətə və xalqa sadiq vətəndaş kimi formalaşmasına xidmət göstərir. Unutmayaq ki, ideoloji tərbiyə nəticəsində təşəkkül tapan ictimi-siyasi şüur hər bir gəncin mənəvi mövqeyini möhkəmləndirir, öz baxışlarını düzgün və əsaslı şəkildə ifadə etməkdə, yad ideologiyaya qarşı barışmaz mövqe tutmaqda, yaşına və maraqlarına uyğun fəaliyyət sahələrində ictimai-siyasi fəallıq nümayiş etdirməkdə köməklik göstərir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM