Salam , əziz qardaşım.Necəsən?Anamız necədır? Anam üçün darıxdığımı səndən gizlətməyəcəyəm.Təskinliyim odur ki, Vətənim də anamdır və mən Vətənimin ,anamın keşiyində ayıq-sayıq dayanıram və qoruyuram. Qardaş, artıq Dövlət Sərhəd Xidmətinin zabitiyəm.Çiynimdə gəzdirdiyim 2 kiçik səkkizgüşəli ulduzun məsuliyyəti olduqca böyükdür. Həm də daşıdığım ikiqat məsuliyyət ön mövqedə əsgər bölməsinin komandiri olmağımla bağlıdır.Burda Azərbaycanın bir çox bölgələrindən əsgərlər xidmət edir.Biz bir ailə kimi ön mövqedə dövlət sərhədinin mühafizəsindəyik və Vətənimiz qarşısında müqəddəs borcumuzu şərəflə yerinə yetiririk.Bu möbqeyə təyin olunan gündən etibarən əsgərlərlə döyüş və mənəvi -psixoloji hazırllıq üzrə təlimlər və dərslər keçirəm.Axı əsgərin yüksək hərbi bilikləri və bacarıqları bilavasitə döyüşdə uğur və qələbə deməkdir.Mən Dövlət Sərhəd Akademiyasında qazandığım bilıkləri hər cəhətdən tağımın daima döyüş vəziyyətinin yüksəldilməsinə sərf edirəm.Dərs və təlim məşğələləri keçdikcə hər bir əsgərin gözündə düşmənə qarşı böyük nifrət qığılcımı və qəzəb alovu görürəm. Bizim yüksək səviyyədə xidməti fəaliyyətimiz üçün rəhbərlik yetərincə lazımi şərait yaradıb. Tabeliyimdə olan əsgərlər şəhid qanı ilə suvarılmış düşmən tapdağı altında olan torpaqlarımızdan boy atan bağrıqan lalələrin həsrətinə son qoymaq üçün tezliklə silaha sarılaraq döyüşə atılmaq və mənfur düşməndən qisas almaq arzusundadırlar.Mən də hər zaman təlimlərimdə onların bu hislərlə yaşadığını duyduğum üçün onlara tezliklə bu istəyimizə nail olacağımıza əminliyimi hiss etdirir və düşmənlə barışmazlıq duyğusunu aşılayıram.
Əziz qardaşim, ön mövqedə xidmət etməyə başladıqda bir daha əmin oldum ki, əsl kişilik məktəbi məhz buradir.Ön mövqedə xidmət edən hər bir zabit ,hər bir əsgər Vətənimizi tezliklə erməni qəsbkarlarından təmizləmək və işğal olunmuş müqəddəs torpaqlarımızı azad etmək arzusu ilə yaşayır .Yüksək çinli zabitlərimiz, başda DSX-nin rəisi olmaqla, demək olar ki,hər gün yanımızdadırlar.Komandanlıq bizə güvənir.Biz də hər cəhətdən onlara güvənir və arxalanırıq.
Tağımımda bir əsgər var.Onun atası Qarabağ müharibəsində şəhid olub.O, tez-tez mövqeyimizdən aydın görünən əzəli torpaqlarımıza baxanda, mən onun aydın oxunan üz çizgilərindən qisas hissi ilə alışıb yandığını görür və oxuyuram..Atasi şəhid olanda o , balaca imiş.Atasının döyüş yoldaşları tez-tez onun ailəsinə baş çəkib və atasının necə qəhrəmanlıq göstərməsi haqqinda ona danişiblar.Bu gün o, onu ata nəvazişində məhrum edən erməni şovenistlərindən atasının qısasını almaq niyyətində,gücündə və iqtidarındadır və bu hislərlə də yaşayır.Və həmişə deyir ki,istəmirəm,məmləkətimdə bir uşaq da ata,ana qayğısından kənar yaşasın, mənimtək vətən torpaqlarına həsrətlə boylansın.
Qardaş, biz tez-tez hərbi təlimlərə cəlb edilirik.Bu təlimlərdə bütün silahlardan sərrast atəş açmağı və düşmənə qarşı müxtəlif növ döyüş üsullarını öyrənirik.Sən bilirsənmi ki, bu təlimlər necə də maraqlı keçir? Komandirlərimiz bizə hərbi bilik verərək döyüşün müxtəlif şəraıtlərdə necə aparılmasını öyrədirlər.Artıq ordumuz güclənib və modernləşib.Səni qeyd-şərtsiz əmin edirəm ki,əgər döyüşlər başlasa, biz mütləq qalib gələcəyik! Biz hər an Cənab Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrini gözləyirik və bu amalla da yaşayırıq.Əminik ki,erməni daşnaklarının xain və fitnəkar əməllərinə layiqincə cavab verəcəyik.
Mənim məktəbli qardaşım ,çalış ki, sən də əsgərliyə çağırılanadək məktəbdə hərbi hazırlıq dərslərində hərb elminin incəliklərini öyrənəsən.Çünki sən bu dediklərimi əsgərliyə gəlməzdən öncə öyrənsən, sənə xidmət etmək çox rahat olacaq.
Məktubumun sonunda sənə bir ismaricim var: Hər an Vətəni sev və Vətən uğrunda yaşamağa,hətta lazım gəlsə, ölməyə hazır ol və bu amalla yaşa…
Vətən müqəddəsdir. Vətən varlığımızdır, kimliyimizdir, keçmişimiz, bu günümüz, gələcəyimizdir . “Kitabi-Dədə Qorqud” dastanında deyildiyi kimi: ”Vətəni qorumasan,əkib-becərməyə dəyməz.Əkib –becərməsən,qorumağa dəyməz.”Vətənimizi hər qarış torpağı müqəddəs and yerimiz,Məkkəmiz,Mədinəmiz,qibləgahımızdır.Unutma,mükəmməl bilik və bacarığa malik olub dövlətimizin iqtisadiyyatını inkişaf etdirmək,yüksək tribunalardan zəngin tarixi keçmişə malik ölkəmizi siyasi xadim kimi təmsil etmək,hərbi biliklərə mükəmməl yiyələnib vətənin keşiyində dayanmaq sənin də ,mənim də, torpaqlarının 20 faizi işğalda inləyən Qarabağ nisgilli bütün Azərbaycan xalqının müqəddəs məqsədi,amalı və vəzifə borcudur! Canımızı ,fiziki varlığımızı bizə ALLAH əta etsə də,bir millət,bir xalq olaraq mənəvi varlığımızı Vətən bəxş edib! Biz bu torpagın havasın udub suyunu içmişik.Üstündə ayaq tutub gəzmişik.Vətən torpağından yoğrulmuşuq . Hər birimiz bir ovuc vətən torpağı,vətən daşıyıq.Elə yaşamalı,vətənin müdafiəsi keşiyində elə dayanmalıyıq ki, vətənləşə,vətəndaşlaşa bilək! Dediklərimi unutma! Yaşından,mövqeyindən,vəzifəndən asılı olmayaraq çalış ki, hər zaman Vətənə layıqli əsgər olasan!
Mən sərhədlərimizi mühafizə etməyimlə qürur duyuram.
Anamdan müğayət ol,qardaş, necə ki mən və Vətənsevər dostlarım bu an və hər an ana Vətənimizi ,anamızı qorumaq üçün ön mövqedə ayıq-sayıqıq,sən də bizdən həyat dərsi al. Davamçımız ol. Anamı və özünü qoru, mənim üçün ,Vətən üçün!
Öpürəm səni,mənim sənin zabit qardaşın.
Ehtiyatda olan polkovnik –leytenant Mürsəl Qurbanov
-
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM