Dühalar diyarı - Fotolar

12:04 / 03.01.2013

Reyhan Mirzəzadə

Publisist-politoloq


25 mart-Yunanıstanın müstəqillik günüdür

Bəşər elmi və mədəniyyətinə misilsiz töhfələr bəxş edən Yunanıstanı (İtaliya ilə bərabər) Avropa sivilizasiyasının beşiyi adlandırırlar.

Hələ bizim eradan əvvəl 3-cü əsrdə ümumyunan birliyi və ümumyunan dili yaranıb.Yunandilli əhali "ellinlər",onların yaşadıqları ərazi "Ellada"adlanıb.1991-ci ildə bütün dünya ictimaiyyəti Elladada yaranan demokratiyanın 1500 illiyini təntənəli şəkildə qeyd etdi. Mətləbdən uzaqlaşmadan əlavə etmək istəyirəm ki, həmin dövrdə Yunanıstanın şimalında yaşayan yalnız bir ellin tayfasına "qreklər"deyilirdi.Buna baxmayaraq, romalılar Yunanıstanda yaşayanların hamısını dünyaya qrek adı ilə tanıtdırmışdı.

Tarixdən məlumdur ki,ellinlər Avropa xalqlarının elmi,mədəniyyəti,xüsusilə incəsənəti və ədəbiyyatında özünəməxsus tarixi izlər qoymaqla,güclü sivilizasiya yaratmışlar.Bir çox elmlərin əsası onların dövründə qoyuldugundan elmi terminlərin əksəriyyəti qədim yunan sözlərinin kökündən əmələ gəlmişdir.Qədim yunan fəlsəfəsi hələ bizim eradan əvvəl 7-6-cı əsrlərdə quldarlıq cəmiyyətinin inkişaf etdiyi və gücləndiyi dövrdə yaranmışdır.Dünya ictimaiyyətinin böyük ehtiramla yanaşdıgı Sokrat,Platon,Aristotel,Herodot və digərilərinin bəşəriyyət qarşısında böyük xidmətləri olmuşdur.

Qədim Yunanıstanın tarixini oxuyanda buradakı tərbiyə sistemləri maragıma səbəb oldu.Attika əyalətində (7-5-ci əsrlər) Afina şəhər-dövləti yerləşirdi.Burda yaranmış tərbiyə sistemi-Afina tərbiyəsi qədim Yunanıstanda ən məşhur tərbiyə sistemlərindən biri idi.Afina tərbiyəsi dövrünə görə daha demokratik sistem olub,əqli,əxlaqi,estetik və fiziki tərbiyəni bir vəhdətdə götürürdü.

Eramızdan əvvəl 8-4-cü əsrlərdə isə Sparta dövlət tərbiyə və təlim sistemi barədə bir qədər geniş bəhs etmək istəyirəm.

Spartanın əsasını Lakoniyada (qədim Yunanıstanda Peloponnesin cənub-şərqində vilayət adı idi.E.ə. 10-9-cu əsrlərdə Lakoniya ərazisində ehtimal ki, iki icmanın-dori və axay icmalarının birləşməsi nəticəsində Sparta məskəni yaranmışdı.)  hakimiyyəti irsən 1500 il davam etmiş Lakedomon qoymuş və öz  sevimli arvadının adını şəhərə vermişdi.Sparta e.ə.431-404-cü illərdə Yunanıstanda hegemonluga sahib idi.Ellinizm dövründə Sparta zəifləmiş və Romanın təşkil etdiyi Axey əyalətinin tərkibinə daxil edilmişdi.

Spartanın tarixi şöhrəti buradakı polisin özünəməxsus dəyərli xüsusiyyətləri ilə də səciyyələnirdi.Spartanın polisləri heç bir zaman qarışıqlıq,igtişaş törədib,yaxud digər cinayətlər edib məsuliyyətə cəlb olunası vətəndaşla qarşılaşmamışdı.Ordusu düşmən qarşısında heç vaxt geri çəkilməmişdi.

Ogulları vuruşda həlak olan spartalı qadınlar həmin döyüş meydanına gedir,övladlarının hansı yerindən yaralandıgına diqqət edirdilər.Sinəsindən yaralanan döyüşçülərin anaları qürurla ətrafdakılara baxır,övladlarını ata-baba məzarlıgında şərəf və ehtiramla dəfn edirdilər.Arxadan,kürəyindən güllə yarası alan hərbçilərin anaları utandıgından hönkür -hönkür aglayaraq qaçıb gizlənməyə çalışır,ölünü dəfn etməyi başqalarına həvalə edirdilər.

Sonralar hakimiyyətdə olan Likurq spartalıların həyat tərzinin qaydası barədə xüsusi sərəncam vermişdi:bütün spartalılar,sadə vətəndaşlardan tutmuş çara qədər hamısı eyni şəraitdə yaşamalı idi.Xüsusi əmretmədə evlərin necə tikilməsi,geyimlərin necə olması göstərişi verilirdi.Geyimlər o qədər sadə olmalı idiki əsla bər-bəzəyə,dəbdəbəyə yer verilməməli idi.Hətta evdə bişən xörəklər də hamıda eyni olmalı idi.

Belə olan surətdə spartalılarda var-dövlətə,təmtəraga olan münasibəti tamamilə soyumuşdu.Onsuzda bunlardan istifadə etməyə imkan yox idi.İnsanlar onlar üçün əlçatmaz olan şeylərə nail olmaq barədə deyil,yalnız öz dövlətləri haqqında düşünürdülər.Spartanın heç bir yerində kasıbçılıq varlılıqla qonşuluq etmirdi.Buna görə də heç kəsdə paxıllıq və həsəd hissi,tamahkarlar arasında rəqabət  yox idi.Əgər hər hansı bir gənc çox ucuz qiymətə,yaxud  da havayı torpaq sahəsi əldə edirdisə,onu dərhal məhkəməyə verirdilər.İttihamnamədə deyilirdi ki, bu vətəndaşın hələ çox gənc olmasına baxmayaraq,o,öz mənfəəti barədə düşünərək yolunu azıb.O dövrdə fayda, qazanc hər bir Sparta sakininin düşməni idi.Spartada uşaqların tərbiyəsi vətəndaşın ən ümdə vəzifələrindən biri sayılırdı.Keşikçi kimi xidməti vəzifə daşıyan spartalının 3 oglu vardısa,o,bu xidmətdən azad olunurdu.5 ogul atası isə bütün xidməti borclarından azad olunurdu.7 yaşından etibarən spartalı uşaqlar artıq ailəsinə mənsub deyildi.Uşaqlar valideynlərindən ayrılaraq ictimai həyata başlayırdılar.20 yaşadək oglanlar hərbi sahəli dövlət internatlarında həmvətənləri tərəfindən tərbiyə olunsa da,onlara xüsusi təhkim olunmuş senzorlar nəzarət edirdi.

Sparta tərbiyəsi uşaqlarda oxumaq,yazmaq,qısa və dəqiq danışmaq qaydalarının mənimsənilməsindən, fiziki cəldlik,onların hərəkətlərində ahənglik yaradan müxtəlif bədən tərbiyəsi və idman növlərinin, hərb sənətinin öyrənilməsindən, xorda oxumaq,musiqi alətində ifa etmək bacarıgı aşılanmasından  və ovçuluq təlimlərindən ibarət idi.Belə tərbiyə sistemi ailədə böyüyən qızların da fiziki inkişafını nəzərdə tuturdu.Uşaqları adətən az qidalandırırdılar.Çünki burada qanunla köklüyə icazə verilmirdi.Əgər hansısa yeniyetmə güclü və möhkəm idi,o,təriflənirdi.Kiminsə bədənində boşluq və bürüşüklük tapılırdı,xarici görkəmi Spartanı,onun qanunlarını rüsvay etdiyinə görə həmin yeniyetmə cəzalandırılırdı.

Spartada nikah da qanunlara tabe idi.Şəxsi hisslər heç bir əhəmiyyət daşımırdı.Çünki bütün bunlar dövlət işi idi.Nikaha yalnız fiziki cəhətdən bir-birinə uygun gələn və dünyaya saglam uşaqlar gətirə biləcək gənclər daxil ola bilərdi.Xarici görkəmləri uygun olmayan oglan və qızlara nikaha girməyə icazə verilmirdi.

Uşaqlarda və yeniyetmələrdə dözümlülük,mətinlik,məhrumiyyət və çətinliklərdən qorxmamaq kimi keyfiyyətlər aşılayan tərbiyə sisteminə indi də məcazi mənada Sparta tərbiyəsi deyilir.

Yunanıstanın qədim tarixindən danışarkən təbiiki Olimp və Olimpiyadan söz açmamaq mümkün deyil.Olimp qədim yunan mifologiyasında Müqəddəs Dag, Zevs başda olmaqla, Allahların məskəni hesab olunurdu .Burada bütün Allahlar Zevsə tabe olmuşdur.Onun yüzlərlə epiteti, ən geniş yayılmış emblemi isə şimşək və qartal idi.

Zevs insanların birliyinə çalışır, köməksizləri, incidilənləri daim müdafiə edirdi.O, həmçinin onun ilahi fikirlərini, xoş məramlarını həyata keçirən çoxsaylı qəhrəman ogulların  atası idi.Onun övladları -Herakl, Pepsey, Dioskurlar, Sarpedon Yunanıstanda  məşhur hökmdarlar, Minos, Radamanf və Eok isə müdrik tanınmış simalar olmuşlar.

Yunanların qədim əfsanələrinə görə, dövlətçiliyin yaranması, əxlaq normalarının və qaydaların bərqərar olmasında Zevsin böyük xidmətləri var idi.İnsanlara məxsus olan və formalaşan abır, həya, vicdan, səmimi ünsiyyət də onun aşıladıgı mənəvi prinsiplər kimi təblig olunurdu.

Qədim Yunanıstanın ən məşhur,ən cazibədar abidəsi olan Olimpiya Kiparisiakos körfəzinin sahilləri yaxınlıgında yerləşir.Bura qədim yunan şəhəri olmaqla,həm də dini mərkəz, qeyd etdiyim kimi, qədim yunanların baş Allahı Zevsə sitayiş  və ona həsr edilmiş Olimpiya oyunlarının keçirildiyi yer idi. Olimpiyanın mərkəzində Zevs məbədi,bu məbəddə Zevsin nəhəng heykəli yerləşirdi.Əzəmətli heykəl dünyanın 7 möcüzəsindən 4-sü idi.Böyük heykəltəraş Fidi tərəfindən yaradılmış heykəl qızıldan ,fil sümüyündən və qaragacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmişdi. 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi.Başındakı zeytun budaqlarından hazırlanmış çələng  xalis qızıldan idi .Bu,zəhmli Allahın sülhsevər olmasına işarə verirdi.Zevsin başı,çiyinləri,qolları,sinəsi fil sümüyündən yonulmuşdu.Sol çiyninə saldıgı bürüncəyi,saçları və saqqalı da qızıldan idi.Fidi Zevsə nəcib insan görkəmi vermişdi.Zevsin saqqalı və qıvrım saçlarla haşiyələnmiş sifəti insana təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bagışlayırdı.

Olimpiya şəhəri 426-cı ildə Roma imperatoru 2-ci Feodosinin əmri ilə yandırılmışdı.Salamat qalmış tikili və heykəllər isə sonralar baş vermiş güclü zəlzələlər nəticəsində dagılmışdı.19-cu əsrdə fransız və alman arxeoloqlarının apardıgı sistematik qazıntılar zamanı Olimpiyanın nümunələri aşkar olunmuşdu.

İlk olimpiya oyunları Yunanıstanda e.ə.776-cı ildə keçirilmişdi. Yunanlar əsas idman növləri üzrə 4 ildən bir keçirilən olimpiya oyunlarında yarışırdılar.4 at qoşulmuş arabada yarış daha təhlükəli idi.12 dəfə dövrə vurmaq lazım gəlirdi.Hakimlər qalibləri xüsusi mərasimdə Zevsin başında təsvir olunan zeytun agacının budaqlarından hörülmüş çələngdə mükafatlandırırdılar.Olimpiya oyunlarında yalnız varlı təbəqənin nümayəndələri iştirak edə bilərdi.Çünki kasıbların belə yarışlara hazırlaşmaga imkanı olmurdu.Yarışlarda iştirak,yaxud onlara tamaşa etmək qadınlara icazə verilmirdi..Olimpiya oyunlarında on minlərlə adam iştirak edirdi.5 gün davam edən yarışlar zamanı müharibələr dayandırılırdı.  Sonralar Bizans imperatoru 1-ci Feodosi Olimpiya oyunlarını qadagan etdi.

Yeri gəlmişkən qeyd edim ki, ilkin dövrlərdə keçirilən Olimp oyunlarına dini və siyasi baxımdan yanaşırdılar.Roma işgalı zamanı olimpiadalar dayandırılsa da, 19-cu əsrin sonunda  ənənə yenidən canlandı və 1896-cı ildə Afina şəhərində ilk Dünya Olimpiadası keçirildi.Hazırda dörd ildə bir dəfə hansı ölkədə olmasına baxmayaraq, Olimpiya oyunlarının məşəli Yunanıstanda günəş şüalarından odlanmış alovla  yandırılır, okeanlardan və materiklərdən keçirilərək,yarış yerinə çatdırılır.

Yunanıstan həm də teatrın vətənidir.Yunanların teatra olan böyük məhəbbət və maragı xeyli  tarixi mənbələrdə əksini tapıb.Bunlardan birini qeyd etmək istəyirəm:

"Miladdan əvvəl, 470-ci il idi.Afina böyük hadisəyə hazırlaşırdı. Marafon və Salamin döyüşlərinin qəhrəmanı, 13 dəfə dram əsərləri yarışında qalib gəlmiş və 70-dən artıq faciə müəllifi olan 55 yaşlı Esxilin "Fivaya qarşı yeddilər" faciəsi tamaşaya hazırlanırdı. Nəhayət, tamaşa günü gəlib çatdı və məşhur Afina amfiteatrı agzına kimi adamla doldu.Afinanın ən böyük siyasi xadimləri, sərkərdələri, şair və dramaturqları, filosof və tarixçiləri- Efialt və Perikl, Anaksaqor və Sofokl, nəhayət, bir-birilərinin amansız siyasi düşmənləri olan Aristid və Femistakl-Afina dövlətinin bu iki nəhəng rəhbəri tribunalarda oturmuşdular.

Tamaşa başlandı. Qüdrətli aktyorların Afina və Elladanın müasir həyatına və adamlarına aid hər kəlməsi tamaşaçılar arasında coşqun əks-səda oyadırdı..."

Bu məqamlarda qeyd etməyə bilmərəm ki,müasir Azərbaycan teatrları da qədim yunan pyeslərinə həvəslə müraciət etməkdədirlər.Bu ondan irəli gəlir ki, Azərbaycan teatrsevərlərini ümumbəşəri problemlər və həyat həqiqətləri mövzusu daim düşündürür.Odur ki, Evripidin "Medeya", Sofoklun "Antiqona" faciələrini xüsusi yada salmaq istəyirəm.Hər iki əsər Azərbaycan səhnəsində tamaşaya qoyulub ugur qazanmış,tamaşaçılar tərəfindən sevilmiş,hətta "Antiqona" vaxtilə Respublika Dövlət Mükafatına layiq görülmüşdü.Bu ondan irəli gəlir ki,yunan eposu, ədəbiyyatı və incəsəənəti əsrlər boyu bəşəriyyətin mənəvi həyatında böyük rol oynamış, müdrikliyi, bədii kamilliyi ilə  bu gün də yeni nəsilləri məmnun etməkdədir.

Bəlkə də bu fakt  oxuculara maraqlı gələrki yunan əlifbası bir çox əlifbaların, o cümlədən rus əlifbasının əsasını təşkil edib.Çoxlu yunan sözləri müasir dillərə keçib.Qədim yunanların ecazkar tikililəri,abidə və heykəlləri sonrakı dövr dünya memarları üçün nümunə olub.Yunanıstanın erkən qədim tarixini öyrənmək üçün Homerə istinad edilən "İlliada"və "Odisseya" poemalarının əhəmiyyəti o qədər böyükdür ki, həmin əsrlərə məhz Homer dövrü deyilir."İlliada" (əsər 15695 sətirdən ibarətdir) və "Odisseya" uzaq keçmişin dili,qədim tarixin müvafiq xüsusiyyətləri və milli ruhu baxımından çox çeyi özündə əks etdirə bilib.Hər iki eposda zəngin şifahi poeziya ənənələri qorunub saxlanılıb.Miken dövründə yazılı ədəbi mətnlərin olmaması tədqiqatçılar üçün işi nə qədər çətinləşdirsə də, yalnız Homerin poemaları sayəsində Miken dövrü haqqında müəyyən məlumatları əldə etmək mümkündür.

Yunanıstanda  tarix elminin əsası e.ə. 5-ci əsrdə qoyulub.Həmin dövrdə yunan tarixçisi Herodot "Tarix"əsərini yazmış Plateya vuruşmasına qədər olan dövr haqqında sanballı məlumatlar vermişdi. Midiya əfsanələrini də ilk dəfə Herodot qələmə almışdı.Kitabda Azərbaycan ərazisində yaşayan xalqlar haqqında maraqlı faktların təqdim olunmasını xüsusi qeyd etmək istəyirəm.Əlavə olaraq yada salmaq yerinə düşərdi ki, yunan müəlliflərindən Strabon, Eratosfen, Mitilenli Feofan, Miletli Hekatey, Ptolomeyin əsərlərində də qədim Azərbaycan haqqında əhəmiyyətli məlumatlar var. Qədim Roma filosofu, siyasi xadimi, natiqi,şərəf və düzlüyü ədalətin təməli hesab edən ən vicdanlı və ədalətli hakimi Mark Tulli Siseron əbəs yerə Herodotu "tarixin atası" adlandırmamışdı.. Herodotla bərabər, Fukidid və Ksenofon da yunanların iki əsr ərzində apardıgı müharibələrin tarixini dahiyana şəkildə əks etdirdiklərinə görə, onların kitabları bütün dünya tarixçiləri üçün örnək olaraq qalmaqdadır.

Məlumdur ki, antik yunan ədəbiyyatının banisi Homer "Odisseya"nı "İlliada"dan xeyli əvvəl qələmə alıb. Hər iki əsər hekzametrlə ( yəni 6+ ...metr-antik epik şeir vəzni.Misra bölgüsü 6 daktildən- 2 uzun və 1 qısa heca ibarət idi.)       yazılıb. 12 110 sətirdən ibarət olan "Odisseya" antik yunan naşirləri tərəfindən 24 kitaba bölünüb.Poema məişət və nagıl materialları üzərində qurulub. Hələ eramızdan əvvəl 3-cü əsrdə "Odisseya" Roma ədəbiyyatının da ən böyük abidələrindən birinə çevrilib.Orta əsrlərdə epos ancaq Bizansda məşhur olub, sonralar 15-16-cı əsrlərdə poemanın nagıl-mifologiya ənənələrindən bir sıra sənətkarlar bəhrələnib. Höte, Şiller və başqaları burjua dünyası eposunun nəzəriyyəsini hazırladıqda bir mənbə kimi bu qüdrətli əsərə də müraciət etmişlər.

"Odisseya" dünyanın bir çox xalqlarının dilinə tərcümə olunub. Azərbaycan oxucuları əsərin əvvəlcə ayrı-ayrı hissələri ilə tanış olmuş, sonralar epos bütöv şəkildə nəfis tərtibatla, kütləvi tirajla "Azərbaycan" nəşriyyatı tərəfindən çap edilib.Əsəri rus dilindən şair Ələkbər Ziyatay tərcümə edib.

Unudulmaz ədibimiz Mikayıl Rzaquluzadə hələ 1926-1927-ci illərdə "İlliada" əsəri ilə maraqlanıb.Əsərin müxtəlif variantlarını hissə-hissə ana dilimizə tərcümə edib.Sonra eposun bəzi parçalarını 1948-ci ildə "V.Belinski" kitabında,1950-ci ildə "Antik ədəbiyyat" müntəxabatında çap etdirən Mikayıl Rzaquluzadə, 1978-ci ildə eposun Azərbaycan dilinə bütöv tərcüməsi və nəşrinə nail olub.

Düşünürəm bu adı oxuyanda oxucunun çöhrəsinə təbəssüm qonacaq. Hippokrat! Tibbin atası,tibb elminin banisi sayılan qədim yunan həkimi.Bu gün dünya həkimlərinin peşə andı məhz onun adı ilə baglıdır.Məşhur bir şərq məsəlində deyilir ki, yaxşı həkim,yalnız yaxşı həkimdirsə,ondan yaxşı həkim olmaz. Elə Homer də vaxtilə "İlliada"da yazırdı:"Məharətlə müalicə edən bir həkim ömrü çox-çox insan ömrünə dəyər." E.ə. 460-360-cı illərdə yaşamış Hippokrat tərəfindən peşəkar tibbi etikanın əsasını təşkil edən bəzi davranış qaydaları və mənəvi-əxlaqi ehkamlar yazılmışdır ki,bu,bəşəriyyətə "Hippokrat andı"kimi məlumdur.

Hippokrat hesab edirdi ki, həkim mütləq pula nifrət,vicdanlılıq, təmizkarlıq, müxtəlif iyrənc qüsurlara nifrət,Allah qarşısında xürafat qorxusunu inkar etmək kimi xüsusiyyətlərə malik olmalıdır.

Hippokratın bütün həyatı öz biliyini dərinləşdirmək və zənginləşdirmək ugrunda yorulmadan işləməklə keçmişdir."Həyat qısa,elmin yolu uzun,əlverişli hallar keçici, təcrübə aldadıcı, mühakimə yürütmək çətindir.Ona görə həkimlə bərabər,xəstə özü,onun ətrafındakılar və bütün xarici amillərin hamısı həkimin fəaliyyətinə kömək etmək üçün səfərbər olunmlıdır"-deyən Hippokrat, daim həkimlərin mənəvi aləminin zənginləşməsinə,biliyinin dərinləşməsinə xidmət göstərmiş,həkimlərə xəstənin kimliyindən asılı olmayaraq, ona ləyaqətlə,təmiz əqidə ilə, məsuliyyətlə, həssaslıqla yanaşmasını tövsiyə etmiş, xəstənin sagalması yolunda bacarıq və zəhmətini əsirgəməməyi aşılamışdır.Azərbaycanın da  yüzlərlə həkimi bu gün həm milli dəyərlərimizə,həm də  Hippokrat andına sədaqətlə baglılıgını nümayiş etdirməklə, xalqın böyük ehtiiramını qazanmışdır.

...Arxiv sənədləri ilə tanış oluram.Bunlardan biri diqqətimi daha çox cəlb edir."Yunan xalqının qəhrəman oglu azad edilməlidir!"adlı müraciət və tələb xarakterli sənədi Azərbaycanın tanınmış şair və yazıçıları imzalamışlar."Ədəbiyyat və incəsənət" qəzetinin 1959 cu il 4 iyul tarixli nömrəsində dərc olunan İ.Əfəndiyev, M.İbrahimov, S.Rəhimov, Ə.Vəliyev, O.Sarıvəlli, M.Rahim, M.Cəlal, B.Azəroglu, M.Dilbazi, R.Rza, N.Xəzri, A.Şaiq kimi böyük mədəniyyət xadimlərimizin imzaladıgı sənəddə deyilir:"Gənc ömrünün yarısına qədərini həbsxanalarda keçirən,lakin iradəsi bir an da olsun sarsılmayan Manolis Qlezos 1941-ci ildə Afina üzərinə qara bulud kimi kölgə salan faşist bayragını parçalamışdı.Bu bayraq müharibə günlərində yunan və bəşər incəsənətinin eramızdan əvvəlki ən parlaq nümunəsi olan Akropol abidələrinin zirvəsinə sancılmışdı.Bu isə nəinki yunan xalqının iqtisadi,siyasi hüquqlarına, istiqlaliyyətinə təcavüz idi,eyni zamanda bəşər mədəniyyətinə təhqir idi.Yunan xalqının dogma,həqiqi övladı olan Qlezos,əlbəttə, bu təhqirə heç cür dözə bilməzdi. Faşist işgalçıları onu dəfələrlə mühakimə etmiş,1943-cü ildə Hitlerin şəxsi əmrinə əsasən qiyabi olaraq edam cəzasına məhkum edilmişdi...

Biz, Azərbaycan yazıçıları da səsimizi bütün dünyanın ucaltdıgı haqq səsinə qoşur və tələb edirik ki, yunan xalqının düşmənlərinin qurdugu rüsvayçılıq toru parçalansın,azadlıgın fədakar mübarizi azad edilsin!"

Azərbaycan müəllimi Məmmədəli Əliyevin Manolis Qlezosa həsr etdiyi "Əyilməz vüqarın sənin" şeirində oxuyuruq:

 

Ey yunan xalqının qəhrəman oglu,

Bu gün bir zindandır qəlbinə məskən.

Nurludur getdiyin azadlıq yolu,

Böyük arzularla yaşayırsan sən...

Əyiməz heç zaman mətin bir vüqar,

Sagalar qəlbində sənin də yaran.

Səsinə səs verir bizim də daglar,

Bilki milyonlardır arxanda duran

 

Materiallarımın içində bu gözəl şeirdən yan keçə bilmirəm.Onu məşhur yunan şairi Fotula Yannokopulu yazıb."Bakı" adlı şeiri isti duygularla yazan şair 1960-cı ildə yurdumuza qonaq gəlib və sevimli paytaxtımızı "dostluq şəhəri" adlandırıb.Şeirdə deyilir:

 

Burda azadlıgın yanır məşəli,

Ürəklər sevincli,üzlər nəşəli,

İgid bakılılar hünər göstərir,

Qartal gözləridir sanki gözləri.

 

Can Bakı, qoy nəgmən dagları aşsın,

Günəşi dolaşsın, ayı dolaşsın!

Gəzsin insanların dodaqlarında,

Dinsin gələcəyin qulaqlarında.

 

Gəzsin qitə-qitə qüdrətli səsin,

O ölkə bilməsin, sərhəd bilməsin.

Kaş bütün şəhərlər nəgməkar olsun,

Qoy dostluq var olsun, həyat var olsun!

 

Müasir Yunanıstanın tarixi 1453-cü ildə Bizans imperiyasının torpaqları Osmanlı imperiyasının tərkibinə qatıldıqdan sonra başlayır. Rusiyanın himayəsi altında 1800-cü ildə İoni adalarında yaradılmış Yeddi Ada Birliyi Respublikası 19-cu əsrin əvvəllərində Yunanıstanın milli mərkəzinə çevrildi.Yunanların siyasi azadlıq ugrunda mübarizəsi gücləndi.

1821-ci ildə Yunanıstanda baş verən Milli Azadlıq İnqilabı yunan tarixinə xalqın istiqlaliyyət ugrunda milli azadlıq mübarizəsinin yüksəlişi kimi daxil oldu. İnqilabın baş verməsində rus ordusunda xidmətdə olan general A.İpsilantinin rəhbərlik etdiyi gizli inqilabi təşkilatı-"Filiki eteriya",(yəni "Dostluq cəmiyyəti") təşkilatı da böyük rol oynadı.

Üsyan qısa müddət ərzində əksər yunan ərazilərini bürüdü.1822-ci ilin yanvarında çagrılmış Milli Məclis Yunanıstanın azadlıgını elan etdi və 1821-ci ilin 25 martı ölkə tarixinə Müstəqillik günü kimi daxil oldu.

Mənsə dost ölkənin bu xoşbəxt gününə töhfə olaraq, yazımda Yunanıstanla baglı nəsə deməyi bacardımsa, sevincimi siz oxucularımla paylaşıram.

 

 

 

 

 

 
 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM