Bizim gələcəyimiz təhsillə bağlıdır,sivil ölkələrin inkişafında ən aparıcı rol oynayan bilikdir,elmi-texniki tərəqqidir və biz də təhsilimizi bu istiqamətdə qururuq.Təhsil sahəsində aparılan islahatların vahıd konsepsiyası,aydın strategiyası və konkret dövlət proqramı hazırlandı.Milli təhsil quruculuğunda yeniləşmə yeni məzmun və stuktur dəyişilikləri ilə müşayət olundu.Hansı ölkənin ki,təhsili akademik dəyərlər üzərində qurulub,həmin ölkələr beynəlxalq rəqabətlə ayaqlaşa bilən təhsil sahəsində böyük islahatlar aparır.
Milli təhsilimizin dünya ölkələrinin təhsilinə inteqrasiya prosesi sürətlə həyata keçirilir.Təhsilin məqsədi şəxsiyyətin hərtərəfli inkişafınıı,müvafiq bacarıqların qazanılmasını təmin etməkdirsə,təlim bu məqsədə şatmaq üçün vasitədir.Təhsili millətin gələcəyi hesab edən böyük öndər təhsilin ən böyük məqsədini Azərbaycan vətəndaşı hazırlamaqda görürdü,bu məsələdə gənclərin hərtərəfli inkişafına özül olan orta təhsilə daha çox üstünlük verirdi.
İqtisadiyyatda, siyasətdə, mənəviyyatda tənəzzül,irəliləyiş, təkamül də özünü məktəbdə göstərir. Biz gələcəyin vətəndaşını, şəxsiyyətini yetişdiririk. İşimizin istiqaməti göstərir ki, Azərbaycanın xoş gələcəyinin qurucuları şərəfli yolu uğurla keçib gedəcək.İslahat proqramı ölkəmizin inkişafının yeni dövründə təhsil siyasətinin əsas istiqamətlərini müəyyən etməklə bu sistemin inkişafının,keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edir.
Cəmiyyət nəsil dəyişikliyinin səviyyəsi üçün narahatdır ki,çünki buna özü də cavabdehlik daşıyır.Cəmiyyət məktəbin hazırlığında maraqlıdır,məktəb də yetişdirdiklərinin gələcəyi üçün elə narahatdır,maraqlıdır.Vətəndaş cəmiyyətinin formalaşması buradan keçir...
Təhsilin inkişafı ona yaradıcı münasibətdən asılıdır, yaradıcı münasibət isə qarşıya qoyulan məsələdə nail olmağa təminat verir. Təhsilin məzmunu və forması cəmiyyətin inkişafında baş verəcək dəyişikliklərin fövqündə dayanmalıdır. Prezident İlham Əliyevin sözləri ilə desək, bizim gələcəyimiz təhsillə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. Təhsil inkişaf perspektivlərimizi müəyyən edən başlıca sahədir.
Sözgəlişi. Hazırda ölkənin təhsil sistemində çalışanların sayı 330 mindən, orta məktəblərdə çalışan müəllimlərin sayı isə 177 mindən çoxdur. Azərbaycanda bir müəllimə 9 şagird düşür. Müqayisə üçün Türkiyədə bu rəqəm 24, ABŞ-da 17, Yaponiya və Böyük Britaniyada 16, Gürcüstanda 11-dir. Təhlillər göstərir ki, kəndlərdə müəllim çatışmazlığı problemdirsə, şəhərlərdə, xüsusilə Bakı şəhərində müəllim artıqlığı problemdir. Dövlət büdcəsində ordudan sonra ən böyük vəsaitin məhz təhsil sahəsinə ayrılması Azərbaycanın intellektual gələcəyi naminə atılmış vətənpərvər addımdır.
***
Meridian qütbləri birləşdirən xəyali xətdir.Bütün meridianlar qütblərdə birləşir.Qərb yarımkürəsində 180 dərəcə,Şərq yarımkürəsində 180 dərəcə.Meridian başlanğıcı həmişə mübahisə doğurub.Böyük Britaniyanın paytaxtı London şəhərində Qrinviç adına rəsədxana var,həmin rəsədxanadan günorta saat 12-də keçən xəyali xətt(meridian-“günorta xətti” deməkdir)başlanğıc meridian kimi,sıfırıncı meridian götürülür...Bizlər üçün bu meridian məktəbdir,qütbləri birləşdirən xəyali xəttt isə müəllim-şagird-valideyndir.
Rəhbərlik etmək çox mürəkkəb prosesdir,onu istənilən səviyyədə yerinə yetirmək üçün daim təkmilləşmək,özünü dəyişdirmək,mühitə və insanlara yaxından bələd olmaq,işçılərin psixoloji xüsusiyyətlərini,pedaqogika elminin son nailiyyətlərini,idarəetmənin elmi əsaslarını öyrənmək lazımdır.Direktorun şəxsi keyfiyyətləri,səviyyəsi,hazırlığı,təşkilatçılıq qabiliyyəti...müəllim üçün bir örnəkdir.Bəzi direktorları təsərrüfatçılıq meyli daha tez çəkir,nəinki dərs və müəllim qayğısı,diqqəti...Bəzən yeni təyin olunan direktor müsbət mənada həyata keçirilənlərin üstündən xətt çəkir və məktəbi öz ideya sisteminə salır.Məktəbin formalaşması onun ad-sanının artması üçün nə önəmlidirsə,bu ənənəni davam etdirilməsi vacibdir...
Məktəb bir mərkəzdən idarə olunur,öz-özlüyündə hamının ümdə işi,vəzifəsi budur və bu cəhətdən müəllimin işi ağır və məsuliyyətlidir.Şagird özü müstəqil olmaq,özü hökm vermək,qərara öz ağlı və düşüncəsi ilə gəlmək istəyir,ona bu sahədə yaxın köməkçi həm də öz müəllimidir-peşə əxlaqının görünməyən tərəflərindən biri də budur.Məktəb,təhsil elə bir sahədir ki,hər gün müəllimin təkmilləşməyə,yeniləşməyə və həyatda olan yenilikləri öz dərslərinə tətbiq etməyə ehtiyac duyulur.Məktəb direktoru müəllimlərlə işləyərkən onlara həm məktəbin gözəl ənənələrini yaşatmağı tövsiyə edir,həm də yaxşı müəllim olmağın əsas məqamlarını aşılayır,təcrübəli müəllimlərin gənc həmkarlarını hamiliyə götürməsinə şərait yaradır,bir səzlə müəllimlər arasında işbirliyi yaratmağa səy göstərir.
İdarəetmənin keyfiyyətinə müsbət təsir göstərən “məktəb-valideyn” əlaqələrinin tənzimlənməsi sahəsində də vəziyyət qənaətbəxş deyildir. Hətta Valideyn-Müəllim Asossiasiyalarının təsis edilməsi də bu sahədə nəzərəçarpacaq dəyişikliklər edə bilməmişdir. İnkişaf etmiş ölkələrdə valideynlər məktəbin idarə olunmasında iştirak edirlər.Bu qurum idarəetmədə əsas amil hesab olunur və məktəb rəhbərliyi onları doğry-düzgün istiqamətə yönəltməlidir.İnzibati idarə və elmi-metodik xidmət müəssisəlkəri məktəbə gələrkən uşaq özünüidarə təçkilatları ilə yanaşı bu qurumla da maraqlanıb,onlarla görüşüb söhbət etməli,fəaliyyətlərinə dəstək verməlidir. Rəhbərlik üslubu sahəsində aparılan tədqiqatlar mahiyyətcə mübahisəli xarakter daşıyır,idarəetmədə kollegiyallıq prinsipinin gözlənilməsi demokratik dəyərlər baxımından əvəzsizdir.Hələ Sovetin dövründən qalan maarifyanı şura-təhsil şurası məktəblər üçün idarəetmə baxımından elə bir qurumdur ki,burada adam bu cəhətdən məktəblərdəki idarəetmənin struktur cəhətdən formalaşmasında mühüm rol oynayır.Pedaqoji şura məktəbdə daimi fəaliyyət göstərən kollegial orqandır.Məktəbin pedaqoji işçılərini əhatə edən şura iş planında məktəbin təlim-tərbiyə sahəsindəki bütün problemlərini əhatə edir.
Təlim-tərbiyə prosesini inkişaf etdirmək və təkmilləşdirmək,müəllimlərin və tərbiyəçilərin peşə ustalığını,yaradıcılıq meylini yüksəltmək məqsədilə pedaqoji şuralar yaradılıb ki, məktəb fəaliyyətinin əsas məsələlərini demokratik prinsiplər əsasında həll etsin.Mütləq məktəblər bu qurumun fəaliyyətinə bu günün tələbləri gözü ilə baxıb,onda dəyişiklik etməlidirlər,hətta qoyulan məsələlərin də cəmiyyət üçün çıxarılmasını bəzən bir lüzum da görünür,bir ehtiyac hiss olunur.Cəmiyyət üçün məktəbdə baş verənləır maraqlıdır,pedaqoji şuralar cəmiyyətin bu marağı istiqamətində bəzi məqamlara diqqət yetirməlidirlər.
Respublika əhalisinin beşdən biri təhsilə bağlı insanlardır, çox böyük potensialdır, toplumdur, onların marağını təmin etmək üçün çox ciddi məsələdir. Azərbaycan təhsil sistemində həyata keçirilən islahat işləri, ilk növbədə şagird şəxsiyyətinin formalaşmasına yönəlmişdir. Bu məqsədlə yeni pedaqoji texnologiyaların tətbiqi vacibdir. Məktəbdə müəllimlərin qarşısına qoyulan tələblərin düzgün icrasına rəhbərlik tərəfindən nəzarət həyata keçirilir
Kollektivin gənc müəllimlərinə rəhbərlik öz bacarıq və qabiliyyətlərini göstərmək üçün pedaqoji-psixoloji mühit yaratmalıdır,onların açıq dərslərini təşkil edərkən qarşılıqlı dərsdinləmə yolu ilə bir-birinin əməkdaşlığına zəmin yaradır,aralarında işbirliyini formalaşdırır.Direktorun ən ümdə bir arzu-istəyi də o olur ki,məktəbdə yaxşı müəllimin özünəməxsus nəfəsi,duyumu,dəsti-xətti görünsün.O,dərsi dinlənilən müəllimlə ən əvvəl fərdi söhbət edir,imkanı çatan metodik və pedaqoji tövsiyə xarakterli ədəbiyyatla onları tanış edir.
Metodik göstərişləri həyata keçirəndə tələsikliyə yol verilməməlidir,mühüm əhəmiyyət kəsb edən pedaqoji məqamlar formal xarakter almamalıdır.Bir də ən vacibi odur ki,dinlənilmiş dərsin təhlili yubandırılmamalı,təhlil elə həmin günə təyin olunmalıdır,hüzrlü səbəbdən həmin gün bu baş tutmasa,onda növbəti günə təyin etmək lazımdır.Təhlilin obyektiv,məzmunlu olması çox vacibdir,bu dərslər yaradıcı xarakterli,nümunəvi olduğundan xeyli yeniliklər,öyrəniləsi məqamlar olur və bu cəhətdən düzgün və obyektiv təhlilə önəm verilməlidir.
Təhsil elmi və texnoloji innovasiyaların daimi, qüdrətli dəstəyi olmadan inkişaf mümkün ola bilməz. Buna görə də Azərbaycan gənclərinin intellektual potensialını yüksəltmək məqsədini güdən təhsil proqramlarının daimi təkmilləşməsi və keyfiyyətinin artırılması son dərəcə vacibdir. XXI əsr məktəbi qarşıya yeni tələblər qoyur. Bu tələblərin həyata keçirilməsində interaktiv metodların böyük əhəmiyyəti vardır. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında müasir dərsin imkanları daha çoxdur. Şagirdlər fəal düşünmə bacarığına yiyələnir, digər fikirləri təsdiq etməyi bacarır, daha yaradıcı olur, nitq qabiliyyəti inkişaf edir.
Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllərinin nəticəsini qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda hansı keyfiyyətləri inkişaf etdirməyin mümkün olduğunu görür.Müəllim əməyini təhlil edərkən bir sıra mühüm anlayışlara istinad etmək lazım gəlir. Bu cür anlayışlara pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət, pedaqoji məqsəd, pedaqoji situasiya, pedaqoji fəaliyyətin priyomları, şəxsiyyəti... aid edə bilərik.
Müəllim kollektivinin işindəki məqsədyönlülüyü və mütəşəkkililiyi məktəb işinin nəticəsi üçün ümumi məsuliyyətlilik doğurur. A.S.Makarenko dəfələrlə qeyd etmişdir ki, yalnız vahid məqsədə və əxlaqi münasibətlərə malik olan mütəşəkkil müəllim kollektivi, uşaqları tərbiyə etməyə və onların şəxsiyyətini formalaşdırmağa qabildir.
Müəllim dərsə hazırlıq prosesində vaxta qənaət etmək məqsədilə öz işini səmərəli təşkil etməlidir. Bundan ötrü isə o bütün daxili imkanlarından istifadə etməli, tədris materialları üzərində aparılan işi məqsədəmüvafiq ardıcıllıqla yerinə yetirməlidir. Müəllim müntəzəm surətdə hər dərsə qabaqcadan ciddi hazırlaşmalıdır.Öyrətməyin yollarının,üsullarının,metodlarının düzgün tətbiqini təmin edən texnologiyaları mənimsəmək günün reallığıdır.Pedaqoji prosesin bütün incəliklərini öyrənməklə bərabər,o, eyni zamanda öz təcrübəsini həmkar yoldaşları ilə də bölüşüb onların pedaqoji ustalığının təkmilləşməsinə kömək göstərməlidir.
Bugünün müəllimi öz işini yeni müstəvidə qurmalı, şagirdlərlə, valideynlərlə, həmkarları ilə yeni tərzdə qarşılıqlı fəaliyyətdə olmalıdır. Müəllim dərsini səmərəli qurmaq üçün ona təqdim edilən çoxsaylı və müxtəlif səviyyəli tapşırıqlardan məqsədyönlü istifadə etməklə bütün şagirdlərin dövlət standartlarına cavab verməsinə nail ola bilər. Azərbaycan təhsilini hər hansı qanunu qəbul etməklə inkişaf etdirmək mümkün deyil. Burada əsas müəllimin təhsilə olan münasibətini dəyişmək lazımdır.
Müəllim isə o vaxt təhsilə münasibətini dəyişəcək ki, onun aldığı əməkhaqqı özünün və ailəsinin tələbatını yerinə yetirə biləcək. Məktəblərdə müəllimlərin peşə hazırlığı, attestasiyası, təhsilə olan tələb, məktəb nizam-intizamının səviyyəsinin artırılması yalnız bundan sonra mümkün olar. Çünki məktəbdə müəllim tədrisin səviyyəsində maarqlı deyilsə, məktəb direktorunun hansı üsullardan istifadə eməsindən asılı olamayaraq orada vəziyyəti arzuolunan səviyyəyə çatdıra bilməyəcək.
Təhsil o zaman keyfiyyətli hesab edilər ki,tədris prosesinə istiqamət verən və onu inkişaf etdirən müəllimlərin bilikləri müasir tələblərə cavab versin.Təlimin səmərəliliyinin artırılması və keyfiyyətinin yüksəldilməsi təhsil işçilərinin başlıca vəzifəsidir,şagird milli,ümumbəşəri bilikləri və mənəvi keyfiyyətləri məktəbdə müəllimin köməyi ilə mənimsəyir.Yeni pedaqoji təfəkkür təkcə psixoloji deyil,ilk növbədə böyük əhəmiyyətə malik olan ictimai-siyasi hadisədir.Bu kontekstdə də müasir şəraitdə müəllimə,müəllim hazırlığına verilən tələblər köklü surətdə dəyişdirilməlidir.
Məktəbdə ideya-mənəvi hazırlıq işlərinin əsasını müəllimlərin yüksək pedaqoji ustalığı və şəxsi təhsili təşkil edir.Düşdüyü pedaqoji mühitin təsiri nəinki şərəfli peşəyə məsuliyyət hissi ilə yanaşmağa,bu sahədə daim axtarışlar aparmağa,müasir dövrlə ayaqlaşmağa,bilik və bacarığını savadlı şagirdlərin yetişdirməsinə sərf etməyə vadar edir.Yeni texnologiyalar əsasında dərs metodlarını təqdir etsək də,yaşlı müəllimlərin təcrübəsindən də tez-tez istifadə edilməsini,çətinliyə düşəndə onlardan öyrənməyi də lazım bilib gənc həmkarlarımıza tövsiyə edirik.
Dərs planının hazırlanması vacib mərhələdir.Onun həm müəllimin inkişafetməsi.həm də təlim prossesinin idarə olunması baxımından əhəmiyyəti vardır.Ona görə də dərs planının hazırlanmasına ciddi yanaşılmalıdır.Dərsin problem xarakterli olması onun hər hansı didaktik vəzifənin həllinə zəruri bir problem kimi yanaşılmasından irəli gəlir.Hər dərsin müvafiq məqsədinin həll olunması istiqamətində zəruri olan problem müəyyənləşdirir.Dərs didaktikanın mühüm obyekti kimi bu günə qədər öyrənilməkdə davam edir,mühüm pedaqoji məsələ kimi araşdırılır.Eləcə də dərsdə psixoloji tələblər,şagirdlərin mühüm xüsusiytyətləri psixologiyada öyrənilir.Pedaqoji psixologiya dərsin psixoloji məqamlarından danışmaqla onu daha çox araşdırmağa səy göstərir.
İslahatın ən böyük uğurlarından biri məktəblərimizdə təlim prosesinin yeniləşməsini təmin edən fənn kurikulumlarının hazırlanmasıdır. Kurikulum islahatının müvəffəqiyyətlə həyata keçirilməsi, ilk növbədə müəllimin nəzəri, pedaqoji, psixoloji hazırlığından asılıdır. Əsl müəllim hərəkəti, davranışı, münasibəti, savadı, intellekti ilə şagirdlərin rəğbətini qazanmalıdır.Təhsildə əsas sima, ən nüfuzlu şəxs olan müəllim adını daşımaq, bu ada layiq olmaq şərəfli və məsuliyyətli bir işdir. Xalqımız müəllimə böyük hörmət və ehtiram bəsləyir, ona elm, bilik, ədəb və mərifət daşıyıcısı kimi baxır.
İslam Əsgəroğlu
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM