İlham Əliyev Nikol Paşinyanın "tsexakronist" olduğunu necə ifşa etdi?

14:34 / 14.10.2019

Strategiya.az AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlının yazısını təqdim edir.

Diqqətinizə təqdim etdiyim bu məqalədə "açar söz" olduğundan, icazənizlə, ilk növbədə ona aydınlıq gətirək ki, "tsexakronizm" nədir? Araşdırmaçılar terminin lüğəti mənasını belə izah edirlər ki, "tsex" kəliməsi erməni dilində "cins, tayfa, irq", "kron" isə "əqidə", "inanc", "din" mənasını verir. Bu iki kəlimənin çuğlaşdırılması ilə yaranan "tsexakronizm" termini erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyasını əks etdirir. Bu radikal ultra-milliyyətçi konsepsiyanın əsas müəllifi əsl soyadı Ter-Harutunyan olan məşhur faşist əlaltısı Njde Qaregindir. O, 1933-сü ilin yayında "Daşnaksütun" partiyasının qərarı ilə Amerika Birləşmiş Ştatlarına səfər edib, orada "Tseхakron" adlı gənclər təşkilatının əsasını qoyub və həmin adı erməni antropoloji quruluşuna söykənən irqçi təliminə də verib. Ter-Harutyanın "mən Yer kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm, opdüm, təzim etdim - tsexakrona çevrildim" cümləsindən də göründüyü kimi, erməni etnosunu müqəddəsləşdirirərək bəşəriyyətin qalan bütün xalqlarının fövqünə çıxaran bu şovinist təlim, qısaca desək, Adolf Hitlerin faşist ideologiyasının erməniləşdirilmiş nüsxəsidir, hətta müqayisə edilsə, ondan daha qeyri-insani, daha təhlükəli olmaqla yanaşı, daha absurd və fantastik məzmuna malikdir.

Çox təəssüflər olsun ki, çağdaş dünyanın heç bir mədəni parçası tərəfindən mənimsənilməyəcək, bəraət qazandırılmayacaq və kosmetik düzəlişlərə məruz qoyularaq yenidən dirçəldilməyəcək faşizm ideologiyasının sözügedən variantı- tsexakronizm SSRİ-nin dağılması və onun tərkibində olan respublikaların müstəqillik qazanması ərəfəsində Ermənistanda yenidən aktuallaşdı. "Ermənistan irqinin davamçıları" adı altında Njdenin fəlsəfəsindən qidalanan faşist tipli siyasi təşkilatlar, hərbi dəstələr meydana çıxdı. 1990-cı ildə yaranan və 1967-87-ci illərdə gizli fəaliyyət göstərdiyi deyilən Milli Birlik Partiyasının varisi kimi çıxış edən Respublikaçılar Partiyası da Njde Qareginin tsexakronizm konsepsiyasını,- müəyyən bəzək-düzək verəndən sonra, - öz ideoloji platformasına çevirdi. Qaragenin adının Ermənistanda əbədiləşdirilməsi, "şərəfinə" markalar və xatirə pulları buraxılması, mükafatlar təsis edilməsi, filmlər çəkilməsi məhz bu partiyanın hakimiyyəti dövründə geniş vüsət aldı. Serj Sarkisyan iqtidarının təşəbbüsü ilə 2016-cı ildə ona İrəvanın mərkəzində bürünc heykəl qoyuldu və açılışda Ermənistan prezidenti şəxsən iştirak etdi. Bu addım, sadəcə, torpaqlarının önəmli bir hissəsi Ermənistan qoşunlarının işğalı altında olan Azərbaycan tərəfindən sərt reaksiya ilə qarşılanmadı, mütərəqqi dünya ictimaiyyəti, o cümlədən ayrı-ayrı tanınmış xarici diplomatlar, tarixçilər və digər intellektual peşə sahibləri tərəfindən ciddiyyətlə qınanıldı.

Njde Qareginə qoyulmuş məlum heykəl və onun kultlaşdırılması bu günlərdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasında da müzakirə mövzusu oldu. Prezidentimiz cənab İlham Əliyev, öz sözləri ilə desəm, hər kəsin kitabxanalardan, internet resurslarından rahatlıqla tapa biləcəyi konkret sənədlərə istinad edərək, Ermənistanın yeni rəhbərliyini Böyük Vətən Müharibəsi illərində faşiştlərə satılmış, Hitler Almaniyası uğrunda ölməyi Ermənistan uğrunda ölməklə eyniləşdirən Njde Qareginə qoyulmuş heykəli sökməyə çağırdı. MDB-yə daxil olan dövlətlərin başçılarının Aşqabad toplantısı ilə bağlı xəbərləri diqqətlə izləyənlər yaxşı bilirlər ki, Azərbaycan prezidentinin bu çıxışında səslənən təkzibolunmaz fakt və dəlillərə cavab tapmayan Ermənistanın Baş naziri Nikol Paşinyan tarixdən də elə siyasət və diplomatiya qədər baş çıxardığını ortaya qoyub, yəni, faktiki olaraq, çıxılmaz vəziyyətdə qalıb. Əlbəttə, İlham Əliyev son dərəcə təcrübəli, mütaliəli, iti ağıla malik olan siyasi lider olaraq Paşinyanın düşəcəyi vəziyyyəti öncədən gördüyündən onun Aşqabaddakı çıxışını Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun tribunasından bütün dünyaya "Qarabağ Azərbaycandır. Nida" deyərək qətiyyətlə səslənməsinin davamı kimi qiymətləndirmək lazımdır. Bu iki çıxış arasındakı elmi-faktoloji əlaqələri həm savadsızlıqları, həm də qərəzləri ucbatından eynilə Ermənistan mətbuatının bir çox nümayəndələrinə bənzər şəkildə görməyə özlərində təpər tapmayan Azərbaycan müxalifətinin təmsilçiləri, xüsusən də AXCP sədri Əli Kərimli üçün qısaca bir izahat vermək yerinə düşər.

Məlum olduğu kimi, 2018-ci ilin aprel ayında Ermənistanda eks prezident Serj Sarkisyan ələ keçirdiyi Baş nazir postundan küçənin təzyiqi ilə istefa verdi. Hakimiyyətə "narıncı inqilab" dalğasında, "demokrat" qiyafəsində gələn və hökumət başçısı kürsüsünə əyləşən Nikol Paşinyan Ermənistanda uzun illər hegemonluq etmiş və əllərində ciddi silah, maliyyə və informasiya resursları cəmləmiş "Qarabağ klanı"nın zərbələrindən yayınmaq üçün son nəticədə Dağlıq Qarabağla bağlı danışıqlar prosesini tormozlayan qeyri-konsturuktiv açıqlamalar verməyə meyilləndi. Bu açıqlamalar yuxarıda qeyd olunan səbəbdən Nikol Paşinyanın "təbii üslubu" kimi görünməsə də, onun sülhsevərlikdən uzaq zehniyyətinin təzahürləri idi. Xankəndində bütün beynəlxalq hüquq normalarına və idmanın humanist prinsiplərinə zidd bir şəkildə təşkil olunan "Ümumerməni oyunları"nın açılış mərasimində verdiyi və daha sonra bir neçə dəfə təkrarladığı "Qarabağ Ermənistandır. Nöqtə" bəyanatı isə həmin qeyri-sağlam təzahürlər arasında ən barizi idi.

Bu bəyanatı böyük şövqlə tirajlayan Ermənistan mətbuatının, eləcə də "təki Azərbaycan hakimiyyətinin ictimai rəydəki mövqeləri zəifləsin" məntiqi ilə hərəkət edərək ölkəmizə qarşı informasiya savaşında düşmən cəbhədə yer alan "Milli Şura"dakı müxaliflərin nəzərdən qaçırdığı, ancaq prezident İlham Əliyevin diqqətindən yayınmayan bir məqam vardı: Nikol Paşinyan öz sözünü demir, erməni hərbi dəstələrindən birinin qurucu komandiri olmuş və Dağlıq Qarabağdakı döyüşlərdə ölmüş Leonid Azqaldyanın dili ilə danışırdı. Dağlıq Qarabağın və ətraf rayonların işğalında fəal rol oynamış hərbi dəstələrin ideoloji silahı, heç şübhəsiz, tsexakronizm idi və Azqaldyanın məlum kəliməsi də tsexakronistlərin "dünyadakı bütün erməniləri bir dövlətdə birləşdirmək" məqsədindən qaynaqlanmışdı. Ermənilərin bu məqsədlə silahlandırılaraq bölgəmizdə qanlı münaqişə ocağı yaradılması da, azərbaycanlıların həm Ermənistandan, həm də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən silah gücünə qovulması da, digər rayonlarımızın işğal edilməsi də, işğalçı dövlətin bu gün hətta Hitler Almaniyasından da "irəli gedərək" mono-etnik əraziyə çevrilməsi də, toponimlərin ucdantutma dəyişdirilməsi də, zəbt edilmiş şəhərlərimizin xarabaya çevrilməsi də məhz bu zehniyyətin ortaya çıxardığı fəsadlardır.

Odur ki, Paşinyan MDB dövlət başçılarının Aşqabad görüşündə açıq-aşkar, həm də heç bir tənqidə dözməyəcək bir şəkildə faşist- tsexakronist Njde Qareginin anti-humanist fəaliyyətini və abidəsini müdafiə etməklə, Rusiya mətbuatının təbirincə desək, "lovuşka"ya düşdü, prezident İlham Əliyevin yüksək intellekti və diplomatik bacarığı qarşısında demokratiyaya, bəşəri dəyərlərə, beynəlxalq hüquqa hörmət etməyən tsexakronist zehniyyətini faş etməklə tamamilə ifşa olundu, maskasını düşürdü. Bundan sonra yenidən "demokrat" qiyafəsinə bürünmək, Ermənistanın keçmiş hakimiyyətinin ideoloji davamçısı kimi görsənməmək, tsexakronizmlə bağlılığının olmamasını isbat etmək üçün Nikol Paşinyanın ancaq və ancaq bir çarəsi var- Njde Qareginin heykəlini İrəvandan söküb atmaq və Dağlıq Qarabağla bağlı danışıqlarda konsturuktiv mövqe tutmaq!

Əks halda, nəzərə almalıdır ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazır, qarşısına qoyulan istənilən tapşırığı yerinə yetirməyə, o cümlədən Njde Qareginin İrəvandakı heykəlini Nikol Paşinyanın başına uçurtmağa qadirdir!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM