Cəmiyyət həyatında baş verən yeniliklər təhsil prosesindən keçir  

11:32 / 06.11.2019

İslam Əsgəroğlu

 

Möstəqil Azərbaycanın yeni təhsil qanunun olmasına böyük ehtiyac duyulurdu,yeni təhsil qanunu dünya standartlarına cavab verir,dövlətin və millətin ideologiyası ilə bağlıdır.Dövlət başçısının ümumi təhsilin  inkişafı  naminə  gördüyü işlər  məktəb sisteminin uğurlu gələcəyinə,məktəblərimizin bilik-savad mərkəzlərinə çevriləcəyinə cəmiyyətdə böyük inam yaradıb.Danılmaz faktdır ki,respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastuktur dəyişiliklərin baş verməsi,inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlət başçısının təhsilə göstərdiyi müntəzəm diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.

Təhsil cəmiyyətin inkişafında ən mühüm komponentlərdən biri hesab olunur.Belə ki,cəmiyyətin səviyyəsi bununla ölçülür.İnsan yalnız təhsil sayəsində yaşadığı zamanının tələbləri səviyyəsinə çata bilər.Təhsilin ölkəmizin aparıcı sahələrindən biri kini Azərbaycanın sosial-iqtisadi,ictimai həyatında rolu danılmazdır.Təhsildə qloballaşma mövcud təhsil sistemlərinin vahid ümumdünya təhsil sisteminə qovuşmasıdır.Bu prosesdə mənəvi simalardan biri də müəyyən peşə keyfiyyətlərinə malik olan müəllimdir.

Dövlət başçısı haqlı olaraq göstərir ki, XXI əsrdə respublikamızın inkişaf strategiyasında təhsilə, elmə, biliklərin potensialı və yayılmasına  ən prioritet istiqamətlərdən biri kimi baxılmalıdır.Keçmiş Sovetlər birliyində təhsil sistemi əsasən biliklərin əldə edilməsinə, mütəxəssisin birtərəfli, dar çərçivədə formalaşmasına istiqamətləndiyindən, şəxsiyyətin hərtərəfli inkişafını tam təmin edə bilmirdi və təhsildə səmərəli əks əlaqəni yaratmaq mümkün olmurdu.

Əsrimiz təhsil əsridir,bütün ölkələrdə olduğu kimi,bizim respublikamızda da təhsil sahəsində çox böyük islahatlar gedir.Cəmiyyət həyatında baş verən yeniliklər təhsil prosesindən keçir.Artıq kurikulum islahatlarının həyata keçirilməsinə başlanıb.Təhsil sahəsindəki islahatlar struktur dəyişikləri ilə öz işini bitmiş bilmir,bir-birindən maraqlı məqamlar vüsət alır...Fərd inkişaf edərək sosial təcrübə qazanır,bunun əsasında isə komplers bilik və qabiliyyətlər mənimsəyir.

Təhsil islahatları ilə bağlı danışarkən müəllim kadrların hazırlanması və onların işə qəbulu ilə bağlı konkret fikir belədir ki,müəllimlər üçün mütləq sınaq müddəti qoyulsun və heç vədə pedaqoji sahəni bilməıyənlər məktəbdə işləməsinlər.Təhsil kimi çoxşaxəli,mürəkkəb bir sahənin saysız-hesabsız problemlərinin həlli yalnız güclərin səfərbər olunmasındadır.Prezident İlham Əliyev müəllim şəxsiyyətinə böyük qiymət verir,onların çərəfli və yorulmaz,eyni zamanda çətin əməyini bu cür dəyərləndirir:”Gələcək nəslin yetişdirilməsi,onların tərbiyə olunması,Azərbaycanıa bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı mıəhz bu bilik səviyyəsindən asılı olacaqdır.”

“Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacağını” böyük inamla vurğulamış ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Mehriban xanım Əliyeva təhsilə xüsusi diqqət yetirir. Mehriban  xanım Əliyevanın istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsil və səhiyyənin mühüm yet tutması qətiyyən təsadüfi deyil.  Heydər Əliyev Fondu yaradılan vaxtdan elmin və təhsilin inkişafı,milli mədəni irsimizin qorunmasını fəaliyyətinin əsas prioritet istiqaməti kimi müəyyən etmişdir.Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə elm və təhsilin inkişafı üçün həyata keçirilən məqsədyönlü və səmərəli əmək fəaliyyət proqramının respublika ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanır.

Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətti də məhz milli genefondun qorunması kimi xarakterizə edirik. Fond cəmiyyətdə yalnız sağlam ənənələrin,zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışdığını sübutlamağa səy göstərir və buna da yüksək səviyyədə nail olur.

                                                ***

Bütün inkişaf proqramlarının və yeni layihələrin reallaşması yüksək təhsil və elmi nailiyyətlərdən asılıdır. Bir çox ölkələrdə təhsilin səviyyəsi tədris müəssisələrinin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsil orta səviyyədə olsa da, bəzən bir çox meyarlara görə, digər dövlətlərə nisbətdə xeyli geri qalır. Təhsil sektorunda aparılan islahatlar əvvəlcə ictimai müzakirəyə çıxarılmalı və ekspertlərin rəyi alınmalıdır. Digər tərəfdən yeni qaydalar orta məktəblərin yeganə səlahiyyətini də əlindən aldı.

İşin səviyyəsi kollektivin uğurlarından asılıdır,elə bu uğurların qazanılmasında da məktəb rəhbərliyinin tələbkarlığı və təşkilatçılığının tutumu əsas vacib şərtdir.Məktəbdaxili nəzarətin təşkilini goğru-düzgün həyata keçirməsi hesabına işlər ardıcıl və sistemli vəziyyət alar.Məktəb rəhbərləri də müəllimin dərs planını təhlil edərkən təlim məqsədlərinin hansı parametrlər əsasında və nə qədər uğurlu müəyyən edildiyinə əhəmiyyət verməlidirlər. Təlim məqsədinin düzgün müəyyən edilməsi təlimin təşkilinin uğuruna zəmanət verən amildir.

Təhsil sistemində,xüsusilə məktəbin idarə olunmasında direktor valideynlərin iştirakına geniş yer veriməli,onların arzu-istəyini,tələblərinin mümkün olanını nəzərə alaraq həyata keçirməli,onların dərslərdə əyləşməsinə şərait yaratmalı,”açıq qapı” günlərini təşkil etməli,onları dəyirmi masalara dəvət etməli,anket sorğular keçirib şagirdlərin,müəllimlərin müxtəlif məsələlər,problemlər barədə fikirlərini öyrənməlidir.Bunlar da şagirdlərin düzgün təlim-tərbiyəsinin təşkili və formalaşmasına təsirsiz ötüşmür.Direktorun qapısı həmişə açıq olmalıdır,şagirdlər üçün qəbul saatı olmamalıdır,o elə uşaq üçün,onun valideyni üşün məktəbdə iş aparır,belə olarsa onda valideynin də məktəbə bağlılığı  da  yüksək olar.

Yaşlı nəsil yeniliklərdə maraqlı deyil, gənc nəsil də ənənələri qoruyub saxlamaqda, onları möhkəmləndirməkdə o qədər səy və təşəbbüslü olmur. Dövr və zaman diktəsi, tələbi qaçılmazdır, meyarlar itəndə narazılıq başlanır...Yeniliklərin qəbulu problemsiz ötüşmür, yeni təlim metoduna keçidin öz çətinlikləri olur, bunu hər müəllim iş prinsipinə, fəaliyyətinə görə bir cür qarşılayır və həll edir.

İşə qəbul məsələsi indi başqa formada həyata keçirilir, elə bilirik ibtidai sinif müəllimlərinin işə qəbulu mütləq bir başqa qaydada həyata keçirməlidir.İndi işə qəbulla konkret olaraq Təhsil Nazirliyi məşğul olur, amma ibtidai təhsil müəllimləri üçün şərtlər başqa olmalıdır. Kadr məsələsi konkret olaraq məktəb rəhbərliyinin səlahiyyət dairəsində olunması üçün düzgün, ədalətli formatda təqdimat olmalıdır.İşə qəbulla bağlı bəzi ölkələr lisenziyalar tətbiqinə üstünlük verir, 3-5 ildən bir imtahan verib onu yeniləşdirirlər, bu lisenziyalar üzrə əmək haqqı müəyyənləşdirilir.

Kadr hazırlığının ən vacib şərti maddi bazanın formalaşmasıdır, əksər ali və orta ixtisas məktəblərində bu yoxdur, yaxud primitivdir, bəstddir, yarıtmazdır və s. Mühazirə və seminar ilə kadr yetişmir. Ali və orta ixtisas üzrə pedaqoji məktəblərə, xüsusilə ibtidai təhsilin metodikası və pedaqogikası fakültə və şöbələrinə qəbul qaydaları dəyişdirilməsinə zərurət duyulur, bunu mütəxəssislər də tez-tez vurğulayır və əsaslandırmağa çalışırlar.

Yenidənhazırlama və ixtisasartırma kurslarının indiki durumundan xeyli giley-güzar eşidilməkdədir, baxmayaraq bu institut işlərində son zamanlar xeyli dönüş yaradıb, ən çox xoşa gəlməyən onların orta məktəblərlə işbirliyi yarada, məktəbləri metodiki-pedaqoji cəhətdən yetkinləşdirə, əlaqə formalarını dinamik, operativ hala sala bilməmələrindəndir...İxtisasını dəyişib ibtidai sinif müəllimliyinə gələnlərlə, baxmayaraq onların sırasında özünü yaxşı müəllim kimi tanıdanlar çoxluq təşkil edir, məktəblərdə tez-tez rastlaşırıq, sadəcə bu məsələnin doğru-düzgün, yaxud formal xarakter təşkili bizi maraqlandırır, əksər ixtisas müəllimlərinin deməsinə rəğmən bu qənaətə gəlirsən ki, 4 il, ya 6 il bu ixtisas alanlarla başqa ixtisas adamlarının 6 aylıq kurs keçməklə gəlib onların yerlərini tutmaları ədalətdən deyil.

Hər bir müəllimin başlıca vəzifəsi təlimin keyfiyyətini daim yüksəltməkdən ibarətdir. Söz yox ki, həmin iş, əsasən, müəllimin praktik fəaliyyəti ilə həyata keçirilir. 1992-ci ildə qəbul olunan qanunda bununla bağlı maddə əksini tapıb. Qeyd olunub ki, müəllimlərin əməkhaqqı orta əməkhaqqı səviyyəsindən yüksək olmalıdır...Ölkəmizdə minlərlə sayda müəllim çatışmazlığı mövcuddur, digər tərəfdən isə bir müəllimə 9 şagird düşür. Türkiyədə bu rəqəm 24, ABŞ-da 17, Yaponiyada və Böyük Britaniyada 16, Gürcüstanda 11-dir. Təhlil göstərir ki, kəndlərdə müəllim çatışmazlığı problemdirsə, şəhərlərdə, xüsusilə Bakı şəhərində müəllim artıqlığı problemdir.Problemin həlli ən əvvəl əmək haqqına bilavasitə təsir göstərəcək.

Müəllim təkcə şagirdə bilik öyrətmir, həm də onda xarakterin formalaşmasına kömək edir. Kişi müəllimlərin təhsilindən uzaqlaşmasına səbəb olan əsas faktor onların məktəbdən aldığı maaşın azlığıdır. Hazırda təxminən ümumtəhsil məktəblərində işləyənlərin 80-90 faizi qadınlardır. Bu cəhət gələcəkdə oğlanların psixikasında müəyyən problemlər yaradır ki,bu problemlərin rüşeymlərinin məktəbdə, cəmiyyətdə hiss edirik.

 Müəllim ordusunun əsasən qadınlardan ibarət olması uşaqların tərbiyəsində öz təsirini göstərir. Xüsusən ibtidai siniflərdə müəllimlər əsasən qadınlar olur. Bu da kiçik yaşlarından uşaqların formalaşmasına mənfi təsirini göstərir. Başqa sözlə desək, kişi ailə başçısı olduğundan, ailənin maddi təminatı ilə bağlı məsələlərə məsuliyyət daşıdığından, daha gəlirli sahə ilə məşğul olmağa can atır. İbtidai təhsildə qızların oğlanlar qədər təmsil edilməsi yolunda dünya çox əhəmiyyətli addımlar atmaqdadır.

Sözardı. Dünyanın 180 ölkəsindən təqribən 125-i gender bərabərliyinə nail olmağa doğru irəliləyir. Bu isə minilliyin inkişaf məqsədləri çərçivəsində BMT-nin qoyduğu məqsəddir. Paytaxtın 34 min-ə yaxın müəllimindən nə az, nə çox, düz 88 faizini qadınlar təşkil edir.

                                                              ***

Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş tədbirlər müəyyənləşdirilir,müasir təlim metodları,yeni pedaqoji texnologiyalar və innovasiyalar tətbiq edilir.Hələ maddi baza şagirdin yaxşı oxuması üçün əsas deyil,əsas məsıələ müəllim kadrların yetişməsidir.Müəllim tərbiyə işinin planlaşdırılmasında,şagirdlərdə şəxsiyyətin inkişafına və sinif kollektivinin təkrarsız fərdililiyinin formalaşmasında iştirak edir.Şagirdlərin marağına uyğun dərslərin qurulmasını,müəllimlərin təşəbbüs etməsini pedaqoji nöqteyi-nəzərdən çox düzgün yanaşma hesab edirik.

Artıq məktəb təhsilin yeganə məkanı, müəllim isə ictimai təcrübənin daşıyıcısı və ötürücüsü deyildir. İndi məktəbdə elə təhsil mühiti formalaşmalıdır ki, şagird onun köməyi ilə burada qlobal təhsil mühitində öz fərdi təhsil trayektoriyasını qura bilsin, müəllim məktəbdə təlim mühiti yaratsın.Əvvəllər müəllimin vəzifəsi, əsasən, şagirdlərə müyyən miqdarda bilik vermək, bu biliyin qavrama dərəcəsini yoxlamaq, müvəffəqiyyət dərəcəsini və biliklərin keyfiyyətini qiymətləndirməkdən ibarət idi.

Aparılan araşdırmalar da ilkin müəllim hazırlığının məzmununun yüklü olduğunu təsdiq edir.Pedaqoji struktur hələ də müasir standartlara uyğun qabiliyyətlərin formalaşmasına deyil, əsas biliyin verilməsinə istiqamətlənmişdir.Cəmiyyətdə yaranmış olan müəllim obrazı humanizmin, insanpərvərliyin təntənəsi yaradan, əməllərinin nəticəsindən həzz alan və gənclik üçün daim nümunə olan bir sənət adamının ifadəsidir.

Bu gün müəllimin qarşısında daha ciddi məsələlər durur. O, şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsi üçün şərait yaratmalı, onlara müstəqil düşünməyi və suallar formalaşdırmağı öyrətməli, öyrənməyə, inkişaf etməyə həvəs yaratmalıdır.Şagirdlərə öyrənməyi öyrətməkdə daim keçmiş biliklərə istinad edilməsinin ümumiləşdirmə aparmaqda əhəmiyyəti böyükdür. Ona görə də hər bir mövzuda kurslararası əlaqəni həyata keçirməyə, həmin biliklər əsasında ümumiləşdirmə aparmağa, yeni biliklərə məhz bu əsasda sahib olmaq prinsipini əsas götürülməlidir.

Müəllimin potensial bilikləri ilə yanaşı, onun peşəkarlığı da çox vacib olan bir şərt kimi dəyərləndirilir. Səriştləi olmaq, apardığı pedaqoji işi böyük ustalıqla həyata keçirmək zəruri keyfiyyətlərdən hesab olunur. Müasir müəllim klassik təcrübəyə söykənməklə, eləcə də qabaqcıl təcrübələr əsasında işini qurmaqla yanaşı, həm də zamanın müasirlik aynasında özünü görə bilməli, istiqamətlərinin müəyyənləşdirməyi bacarmalıdır.İlkin müəllim hazırlığında müəllim şəxsiyyətinin formalaşdırılmasına həm də öz növbəsində müasir ruhda qurulan və yeni parametrlərlə həyata keçirilən pedaqoji prosesi də təsir edir.

İxtisaslı kadrların əməyi intelektual əmək hesab olunur,intelektual əmək isə ən vacib,ən dəyərli resurs sayılır.Yeni təlim metodlarını öyrənəndən sonra burda mütərəqqi cəhətlər daha çoxdur,günün tələbləri ilə yanaşanda müəllim əməyi formaca dəyişir,məzmunca dəyişməyə məcbur edilən şagirddir,ona olan münasibətdir. Dünyaya inteqrasiya olunan bir dövrdə  sovet dəyərləri ilə şagirdə yanaşmaq yolverilməzdir.Şəxsiyyətyönümlü təlimdə uşaq şəxsiyyətinə hörmət edən müəllim onun nə ilə və necə məşğul olmağı seçmək hüququnu qəbul edir,uşaqların fəaliyyətini müşahidə edən müəllim yalnız o zaman kömək edir ki,bu onun sonrakı inkişafı üçün zəmin yaradır.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM