Ariz ABDULƏLİYEV,
Ü.Hacıbəyli adına BMA-nın dosenti, aparıcı elmi işçi
Bakı Musiqi Akademiyasında Cümhuriyyətin şahidi olan 100 yaşlı tarın təqdimatı keçirilmişdir
Cümhuriyyət tariximizin şahidləri
Noyabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Respublikanın Əməkdar rəssamı, ali məktəb müəllimi, tanınmış ziyalı Rais Azər oğlu Rəsulzadə ilə görüş keçirildi.
Elmi-tədqiqat laboratoriyası tərəfindən təşkil olunan görüşdə BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, bəstəkar Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Rəsuzadə ailəsi haqqında araşdırmaların müəllifi, yazıçı-jurnalist Nəcibə Bağırzadə, laboratoriya əməkdaşları, akademiyanın müəllim və tələbələri iştirak etdilər.
Görüşün əsas mövzusu Rəsulzadə ailəsinin yadigarı, Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan 100 illik tarın bərpası və təqdimatı idi.
Ü.Hacıbəylinin ölməz musiqisi ilə başlayan görüşü N.İsmayılzadə açaraq, qonaqları salamladı. Bildirdi ki, M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadəyə məxsus olan bu tarın çanağının daxilində "1917" yazılmışdır. Görünür, tar həmin ildən Məhəmməd Əmin Rəsulzadədə olmuş və sonra kiçik oğlu Azər bəyə yadigar qalmışdır. Tar Azər Rəsulzadənin vəfatından - 1993-cü ildən indiyə qədər çalınmadığı üçün təmirə ehtiyaclı olmuşdur. Rais müəllim tar haqqında görkəmli ifaçı və yaxın dostu Ramiz Quliyevə məlumat verəndən sonra, özünün xahişi ilə tarın təmiri-bərpası Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında həyata keçirilmişdir. Alət laboratoriyanın təmir-bərpa sexinin təcrübəli ustası Musa Mahmudov tərəfindən oktyabr-noyabr aylarında yüksək keyfiyyətdə təmir olunmuşdur. Artıq alət ifa üçün tam yararlı vəziyyətdədir: "Rəsulzadələr ailəsinin müqəddəs yadigarı olan bu tarın təqdimat mərasimində onun səsini, "ürək sözlərini" dinləyəcəyik."
Professor G.Abdullazadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət quruculuğu, Ü.Hacıbəylinin jurnalist fəaliyyəti haqqında məlumat verdi, onun demoktratik ruhlu ziyalı kimi milli azadlıq ideyasının təbliğatçısı olduğunu vurğuladı.
Xalq artisti R.Quliyev 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər silsiləsini xatırlatdı. ABŞ-ın Çikaqo şəhərində keçirilən növbəti yubiley tədbirinə Rais Rəsulzadə ilə birlikdə dəvət aldığını, bu möhtəşəm tədbirdə Azərbaycan musiqisini ifa etdiyini bildirdi. Yubiley münasibətilə Çikaqoda təsis olunan medalı tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirin ən maraqlı və təsirli məqamı Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı kimi görüşdə "iştirak edən" qədim tarın uzun illərdən sonra ilk dəfə səslənməsi oldu. R.Quliyev tərəfindən tarda ustadanə ifa olunan "Bayatı-Şiraz" muğamı və "Bu dünyadan" mahnısı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Sonra R.Quliyev 1955-ci ildə özünün ilk dəfə çaldığı tarın mizrabını R.Rəzulzadəyə bağışladı və xahiş etdi ki, mizrab həmişə bu yadigar tarın üzərində saxlanılsın: "Mən sənət yoluna ilk dəfə bu mizrabla qədəm qoymuşam. Onu indiyə qədər əziz bir xatirə kimi qorumuşam. Amma bu gün həyatımın bu əziz xatirəsini Rəsulzadənin tarına bağışlayıram. Mən fəxr edərəm ki, bu yadigar tar həmişə elə bu mizrabla da çalınsın".
Rais Rəsulzadə: "Bu tar atamla birlikdə sürgün həyatı yaşayıb"
Rais müəllim çıxışında Rəsulzadələr ailəsindən yadigar qalan tarın tarixçəsi haqqında məlumat verdi. "Bu tar ailəsimizin ayrılmaz, əziz üzvüdür. Hətta vaxtilə Gəncə həbsxanasına da düşüb".
R.Rəsulzadə məlumat verdi ki, atası Azər bəy 1937-ci ildə öz anası Ümbülbanu xanımla Qazaxıstana sürgün olunanda on altı yaşı vardı. "Özləri ilə çox şey götürməyə icazə verilmədi. Azər bəy özü ilə yalnız bu tarı götürdü. Tar onunla birlikdə ömrünün sonunacan siyasi sürgündə yaşadı. Atam deyirdi ki, bu tar onun ən yaxın qəlb sirdaşıdır. Tar vətəndən uzaqlarda onun üçün yeganə vətən yadigarı və həmdəmi idi. Hər dəfə tarı sinəsinə alıb dilləndirəndə həm şərəf duyurdu, həm də həsrət yanğısı keçirirdi. Bu tarın səsi onun üçün xalqın səsi, vətənin bir parçası demək idi. Azər bəy 1993-cü ildə qürbətdə dünyasını dəyişdi. Mən ailəmin sürgün həyatı yaşadığı Karaqandadan qayıdanda bu tarı özümlə vətənə gətirdim. İndiyə qədər onu ailəmizin əziz yadigarı kimi və atamın sürgün həyatının, məşəqqətli vətən həsrətinin şahidi kimi qoruyuram Bu tar atam Azər bəydən mənə qalan müqəddəs bir dəyərdir, tarixi yadigardır. Mən çox şadam ki, atamın vəfatından sonra təmirə ehtiyaclı vəziyyətə düşən, uzun illər dillənməyən bu tarı dahi Üzeyir bəyin adını daşıyan məşhur təhsil və sənət ocağında - Bakı Musiqi Akademiyasında çox yüksək səviyyədə təmir etdilər, onu yenidən ifa etmək üçün yararlı vəziyyətə gətirdilər".
"Azər Rəsulzadənin ən çox sevdiyi muğam Bayatı-Şiraz idi"
Tədbirdə Rəsulzadələr ailəsi haqqında araşdırmaların, kitabların müəllifi, yazıçı-jurnalist, şairə Nəcibə Bağırzadə Azər Rəsulzadənin həyat səhifələrindən maraqlı məlumatlar verdi. Azər bəyin rəssamlığından, sənətə marağından, əsərlərinin taleyindən, vətənpərvərliyindən danışdı. Arxiv araşdırmalarından əldə etdiyi faktları diqqətə çatdırdı. Bildirdi ki, Azər bəyin ən çox sevdiyi və ifa etdiyi muğam Bayatı-Şiraz idi.
"Həmin tar, həmin muğam... Bu gün burada Bayatı-Şirazı dinləyəndə düşündüm ki, həmin tarın səslənməsi də, həmin muğam da Məhəmməd Əminin övladı Azər bəyin ruhuna böyük ehtiramımızı ifadə etdi. Bəlkə bu tarın sədasını, onun bağrından qopan Bayatı-Şirazı Azər bəyin nigaran ruhu da eşitdi və şad oldu. Bu tarda Azər bəyin özünün, atası Məhəmməd Əminin, anası Ümbülbəyimin sığalı, əllərinin izi qalıb. Mən usta Musanın təmir haqqında məlumatını dinləyəndə bir sözündən çox təsirləndim. Dedi ki, tarda çatlar var idi. Mənə elə gəlir ki, o çatlar illər boyu boş yerə tara düşməyib və əslində, o çatların mənası bir başqadır. Onlar Rəsulzadə ailəsinin, övladlarının, nəslinin ürək çatlarıdır. Onların qəlbinin ağır siyasi, mənəvi təzyiqlərdən aldığı çatlardır... Azər bəy qürbətdə bu tarla nəfəs alıb. Bu tar Azərbaycan Xalq Cümhuriyyətinin, azadlıq ideyalarının tərcümanıdır. Mən bu ailənin həyatını dərindən öyrəndikcə bilmişəm ki, Azər bəy necə bir istedadlı şəxsiyyət, vətənpərvər ziyalı olub. Kim bilir ağır həyat şəraiti, vətən ayrılığı, çətin maddi və mənəvi durum onun nə qədər arzularını, istedadlı işlərini yarımçıq qoyub... Yaxşı olardı ki, gənclər tariximizlə yaxından maraqlansınlar, şəxsiyyətlərimizi daha yaxşı tanısınlar".
"Tar da ziyalılarımız kimi repressiyalara məruz qalıb"
Daha sonra elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent A.Abduləliyev Üzeyir Hacıbəylinin tar haqqında tədqiqatlarından, XX əsrdə onu siyasi-ideoloji basqılardan qorumasından, bəstəkar və pedaqoq olaraq tarın ifaçılığı, tədrisi və yaşaması uğrunda mübarizəsindən, vaxtilə tara, muğama və onunla əlaqədar milli operalara qadağa cəhdlərindən danışdı. Bildirdi ki, tarın yaşamasında görkəmli ustad sənətkarların da, ziyalıların böyük xidmətləri olub: "Azərbaycanın Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Bədəl bəy, Mirzə Ələkbər Sabir, Seyid Hüseyn kimi maarifçi ziyalılarının, şair, yazıçı və alimlərin evində həmişə tar olub, tar səslənib. Vaxtilə bölgələrimizdəki ziyalıların, sadə əməkçi insanların da mənzillərində divardan tar asılıb, çalınıb. "Oxu tar" deyən Mikayıl Müşviq güllələndi, amma evindəki tarının səsini kəsə bilmədilər. Bu alətin səsi, tembri, pərdə quruluşu, kökü xalqımızın musiqi yaddaşının, muğam təfəkkürünün, onun bədii duyumunun tarixi qəlibləridir. Azərbaycan tarına olan böyük xalq sevgisi bu tarı əsrlər boyu şovinist hücumlardan, repressiyalardan qoruyub. Yəqin ki M.Ə.Rəsulzadənin vətən, millət sevgisi ilə Azərbaycan tarı arasında tarixi bir körpü, ideal bir bağlılıq var."
Milli dəyərlərə ehtiramla
A.Abduləliyev bildirdi ki, tədbirimiz özündə bir çox müqəddəs dəyərləri bir araya gətirmiş oldu: Azərbaycan Xalq Cümhuriyyəti, Cümhuriyyətin yaşıdı olan, Rəsulzadələrin ideya rəmzi və şəxsi ailə yadigarı olan tar, AXC-nin 100 illiyi münasibətilə yubiley medalı, M.Ə.Rəsulzadənin nəvəsi, Ü.Hacıbəylinin adını daşıyan sənət ocağı və ustad R.Quliyevin ifasında Azər bəyin sevdiyi Bayatı-Şiraz.
Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev belə gözəl tədbirin elmi və tərbiyəvi əhəmiyyətini qeyd elədi, milli alətlərin və ifaçılıq ənənələrinin qorunması barədə dəyərli tövsiyələrini diqqətə çatdırdı. Bildirdi ki, bu yolda Bakı Musiqi Akademiyası həmişə öncül mövqeyi ilə seçilir. A.Əsədullayevə görə milli dəyərlərimiz bu gün də biganəlikdən, bəzi naşılardan qorumaq lazımdır.
Tədbirin sonunda Rais Rəsulzadə ailəsinin yadigarı olan tarın təmir-bərpasına və təqdimatına görə təşəkkürünü bildirdi.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM