Bakı Slavyan Universitetinin dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Oktay Səmədov
Gündəlik həyatda tez-tez işlədilən “sosial şəbəkə” termini altında kontenti şəbəkə iştirakçılarının özlərindən ibarət olan və çoxsaylı istifadəçilərə malik interaktiv veb-sayt başa düşülür. Bu avtomatlaşdırılmış sosial mühit hər birimizə özümüzə aid olan məlumatlarla paylaşmaq, digər şəbəkə iştirakçıları ilə ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq, onlar üçün əhəmiyyətli materiallarla (faydalı keçidlər, fotoşəkillər, sənədlər, istinadlar, təqdimatlar və s.) bölüşmək, şəbəkə daxilində maraqlar üzrə müxtəlif birliklər formalaşdırmaq imkanı verir. Tədqiqatçılar informasiya texnologiyalarının bu obyektinin bütün imkanlardan maksimum istifadə edərək, sosial şəbəkələrin insan fəaliyyətinin müxtəlif istiqamətlərində yeni tətbiq sahələrini araşdırmağa çalışırlar.
Son dövrlər müasir informasiya texnologiyalarının təhsil sahəsində də hərtərəfli kütləvi tətbiqi müşahidə olunmaqdadır. Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya-kommunikasiya texnologiyalarının təhsil prosesinin onun keyfiyyətcə yeni nəticələrinin formalaşmasını təmin edən resursuna çevrilməsidir. Ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlar bu məqsədin nail olunmasında mühüm əhəmiyyət kəsb edir. Biz müasir texnologiyaların təhsil müəssisələrnin tədris, təlim-tərbiyə, metodiki və idarəetmə fəaliyyəti sisteminə tətbiqini təmin edən təşkilati dəyişikliklərin şahidiyik.
Bu gün əhalinin böyük hissəsi İnternetdə sosial şəbəkələrin mövcudluğundan xəbərdardır, bir çoxları bu şəbəkələrin fəal iştirakçısıdır, lakin onların imkanlarından məqsədyönlü şəkildə istifadə edənlərin sayı təəssüf ki, azdır. İştirakçıların bu qrupunun əsasən 15-16 yaşından yuxarı gənclərdən ibarət olduğunu nəzərə alsaq, bu sosial mühitin nə dərəcədə geniş auditoriyaya malik olduğunu görərik. Bəs virtual ünsiyyət qrupuna aid edilən yeniyetmə və gənclər şəbəkə imkanlarından düzgün istifadəyə nə dərəcədə hazırlıqlıdırlar?
Təəssüf ki, bəzi hallarda informasiya texnologiyalarının bu obyektindən pedaqoji təlim vasitəsi kimi istifadə edilməsinə skeptik yanaşma müşahidə olunur, sosial şəbəkələr yalnız əyləncə məkanı kimi anlaşılır. Müasir dünyada növbəti texnoloji sıçrayışın baş verdiyi, yeni texnologiyaların insan həyatının tərkib hissəsinə çevrildiyi, süni intellektin yaradılması istiqamətində ciddi addımların atıldığı bir dövrdə bu texnologiyalara aid edilən bir sıra çoxfunksional kommunikasiya vasitələrinin təhsil prosesində qadağan edilməsi təklifləri də səsləndirilir. Razılaşaq ki, yeni texnologiyalar və onların sayəsində mövcud olan sosial şəbəkələr vasitəsilə bir çox problemlərin həllinə, o cümlədən, tədris kollektivinin birgə və əlaqəli fəaliyyətinin məsafədən təşkilinə, virtual təlim qrupları yaratmaqla vebinarların və konfransların, klub və dərnək məşğələlərinin, bilik yarışmaları və sınaq imtahanlarının, fərdi və kütləvi onlayn məsləhət saatlarının keçirilməsinə, müəllimlə valideyn arasında qarşılıqlı interaktiv əlaqənin yaradılmasına nail olmaq mümkündür. Bu istiqamətdə əlaqədar qurumlar və ilk növbədə Təhsil Nazirliyi tərəfindən ciddi addımlar atılır, təhsil müəssisələrinin müasir texniki avadanlıqla təchiz edilməsi, təhsil alanların elektron tədris ədəbiyyatı ilə təmin edilməsi, fənlərin tədrisində yeni informasiya texnologiyalarının geniş və çoxşaxəli tətbiqi, məktəb fəaliyyətinin sosial şəbəkələrdə əks etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Belə bir şəraitdə bir sıra məsələlərə, əsasən də sosial şəbəkələrlə təhsil prosesi arasında qarşılıqlı münasibətləri tənzimləyə biləcək “şəbəkə etiketinin” formalaşması, şəbəkə iştirakçılarına ünsiyyət mədəniyyətinin aşılanması ilə bağlı aktual problemlərə xüsusi diqqətlə yanaşmalıyıq. Xatırladım ki, ölkənin ümumtəhsil məktəbləri üçün “İnformatika” fənni üzrə təhsil proqramında (kurikulum) kompüter texnikasının köməyi ilə informasiya emalı proseslərinin - informasiyaların alınması, saxlanması, emalı və ötürülməsinin üsul və vasitələrinin öyrənilməsi zəruriliyinin vurğulanması ilə yanaşı, şagirdlərdə informativ-kommunikativ mədəniyyətin formalaşması kimi metodik tələbin nəzərə alınması da məqsədəuyğun hesab edilib.
Məlumdur ki, virtual məkanda ünsiyyət iştirakçıları bəzi hallarda məsuliyyətsizlik nümayiş etdirir, mədəni ünsiyyət normalarını və əxlaq qaydalarını pozur, saxta profillər yaradaraq, digər iştirakçıların şərəf və ləyaqətinə xələl gətirən fikirlər səsləndirir, nalayiq ifadələrə və təhqirə yol verirlər. Bu cür hallar mütləq qaydada ictimai qınaq obyektinə çevrilməli, onların qarşısı kəskin şəkildə alınmalıdır. İfadə sərbəstliyi heç bir halda özbaşınalığa gətirib çıxarmamalıdır.
Sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti təkcə məktəblilərə deyil, həm də tələbələrə, xüsusilə də gələcəkdə pedaqogika, maarifçilik, jurnalistika və digər sosial yönümlü sahələrdə çalışacaq gənclərə, eləcə də şəbəkələrə xəbər, məlumat mənbəyi kimi yanaşan media nümayəndələrinə aşılanmalıdır. Bu və ya digər mövzuda müzakirələrə qoşulan, cəmiyyəti düşündürən aktual problemlərə münasibət bildirən şəbəkə istifadəçisinin paylaşımlarında əks olunan ayrı-ayrı fikirlərini peşəkarlıqdan uzaq tərzdə cəmləşdirib, müəllifdən razılıq almadan, onların reallıqda baş tutmayan müsahibə şəklində oxuculara təqdim edilməsi qətiyyən yolverilməzdir və professional jurnalistikadan uzaqdır.
İnternet şəbəkəsində ünsiyyət mədəniyyətinin aşılanması prosesinə gənc nəslin müasir tələblərə uyğun şəkildə formalaşmasına, dərin biliklərlə, yüksək bacarıqlarla və milli-mənəvi dəyərlərə söykənən əxlaqi keyfiyyətlərlə zənginləşməsinə yönəlmiş təlim-tərbiyə işinin mühüm komponenti kimi baxılmalıdır. Bu prosesdə həm valideynlərin məktəb müəllimləri və psixoloqları ilə sıx əməkdaşlığı, həm də ümumilikdə ictimaiyyətin təhsil qurumları, media təşkilatları və sosial institutlarla əlbir fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, son dövrdə ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində fəaliyyətə başlayan yeni qurumlar, xüsusilə də təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi yanında yaradılmış və tərkibi tanınmış ziyalılardan, peşəkar və təcrübəli mütəxəssislərdən ibarət olan İctimai Şura bu sahədə mövcud problemlərin müzakirəsi və həllində fəal iştirak edəcək, məsləhət və tövsiyələrini verəcək, maraqlı və səmərəli təkliflər irəli sürəcəklər.
“Şəbəkə etiketinin” formalaşması “Facebook”, “İnstagram”, “Twitter”, “Google+” kimi sosial şəbəkələrin əyləncə məkanından intellektual zənginləşmə üçün faydalı informasiya mənbəyinə çevrilməsində olduqca mühüm amildir.
İnformasiya cəmiyyətində ünsiyyət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələrdən istifadə mədəniyyətinin təşəkkül tapması və inkişafında cəmiyyətin hər bir üzvü öz səylərini əsirgəməməlidir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM