Şuşa və 9 May Qələbə Günü

13:01 / 10.05.2020

Nadir Qocabəyli

Bizim liberal-dımokratlar (özüm belə yazıram, çünki bunların işi ancaq tüstü buraxmaqdır) 9 Mayı 8 Maya qarşı qoyurlar. Yəni Şuşa işğal altında olduğu, Paşinyan orada parad keçirdiyi halda, siz burada faşizm üzərində qələbəni qeyd edirsiniz? Bircə "ayıb olsun" yazmırlar, amma sözlərindən elə bu çıxır...
 
Əslində isə bu mövqe Şuşanı bizdən əbədi uzaqlaşdıran hiyləgər ingilis planıdır. Və bunlara dil verən də məhz qlobalist, imperialist şeytanlardır. Bəziləri lotudur və bu oyunu bilə-bilə oynayırlar, amma anlamayanları da var...
Lotulara sözüm odur ki, bir gün ifşa olunacaq, cavab verəcəksiniz. Əsas sözüm anlamayanlaradır:
Qardaşlar! Bacılar! Biz Şuşadan ona görə məhrum olduq ki, Amerikaya SSRİ-ni dağıtmaq, məhv etmək lazım oldu. Əgər belə bir şey olmasaydı, nə Şuşa gedəcəkdi, nə Kəlbəcər, nə Laçın, nə də digər torpaqlar... Bunu heç vaxt unutmayın.
Digər bir məsələ. 9 May SSRİ xalqlarının faşizm üzərində qələbəsidir və bu Qələbə bizim birgə gücümüzü göstərir. Yəni təkcə rusların yox, həm də ukraynalıların, belorusların, azərbaycanlıların, gürcülərin, qazaxların, qırğızların, özbəklərin, türkmənlərin, tatarların və s. Yəni həm də ermənilərin. Bəli, bəli, həm də ermənilərin...
Çünki o müharibədə bütün bu millətlər çiyin-çiyinə vuruşublar və faşizmə də birlikdə qalib gəliblər. Onların arasında indi bir-birinə düşmən kəsilən azərbaycanlılar və ermənilər də olub. O zaman vahid böyük düşmən vardı - faşizm. Ondan sonra - imperializm. Ona görə də, xırda intriqalar, didişmələr, çəpər davası yada düşmürdü. Şuşada azərbaycanlılarla ermənilər qonşu idilər və hərə öz evində sakit yaşayırdı...
Ancaq illər keçdi və bizə qəfil dedilər ki, yox, bu imperialıistlər - ingilislər, almanlar, fransızlar, amerikanlar sizin dostunuzdur, onlar demokratdır, sizə haqq-hüquq, bazar iqtisadiyyatı, rifah gətirəcəklər, sizin milli haqlarınızı özünüzə qaytaracaqlar, tarixi torpaqlarınıza qovuşduracaqlar sizi. Elə bundan ilhamlanan erməni də xatırladı ki, Şuşa, Laçın, Kəlbəcər "onların imiş". Hətta Gəncə də...
Bunu ona görə etdilər ki, faşizmin, Avropa nasizminin, imperializminin, liberalizminin qarşısındakı əsas maneəni aradan qaldırsınlar. Bu maneə, şübhəsiz, sovet xalqlarının birliyi, birgə gücü idi...
Aramıza düşmənçilik toxumu səpdilər. Bizim şəhərlərimizi, rayonlarımızı işğal etdirdilər, nə qədər şəhid verdik, ermənilər özləri də çox itki verdilər... İtkilərimiz bu gün də davam edir, bu gün də cavanlarımız şəhid olur. Elə ki ara biz az sakitləşir, barışıq, sülh üçün imkan yaranır, dərhal ermənini qısqırdır, bir neçə əsgərimizi öldürtdürürlər ki, qan davası dayanmasın, hər iki tərəf qisas yanğısıyla qovrulsun....
Kimsə bunu rusların etdiyini iddia edə bilər. Bəli, haqlısınız, bu məsələdə bəzi hakimiyyətdə olan ruslar da Qərblə əlbirdir. Çünki onlar da bu birliyi istəmirlər. Onlar üçün Rusiya da maraqlı deyil, çünki qlobalist, satanist, imperialistdirlər.
Artıq Qərbin bu qlobal oyunu ifşa olunmağa başlayıb. Keçmiş SSRİ xalqları aldadılıdıqlarını başa düşməyə başlayıblar. Son zamanlar yenə birlik şüarları səslənir, həqiqəti ortaya qoyan analızlər aparılır, çıxışlar edilir. Keçmişdəki möhtəşəm birliyi xatırladan birgə tədbirlər keçirilməsi istiqamətində addımlar atılır. İnsanlara yenə vahid hədəf, ümumi düşmən - Avropa ekspansiyası, Amerika qlobalizmi, müstəmləkəçiliyi göstərilir. Hamının ona qarşı birləşməsinin zəruriliyi izah olnur. 9 May da belə tədbirlərdən biridir. Moskvanın buna çox ciddi hazırlaşdığını görənlər covid-19 oyununu ortaya atdılar. Putini qorxuda bildilər. Ancaq qəhrəman Likaşenko qorxmadı və ocağı sönməyə qoymadı.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da dünən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət etməklə Qələbə Günün qeyd etmələri müsbət addımdır. Gün gələr Qələbə paradını keçirməyimiz üçün də imkan və şərait yaranar. Buna əminəm!
Ancaq bu şeytanlar, araqarışdıranlar, xalqın başını milli şüarlarla aldadıb, onun heysiyyəti ilə oynayanlar başladılar Şuşanın işğalı məsələsini qabartmağa. Şuşanın işğal gününü faşizmə üzərində Qələbəyə qarşı qoymaq nə deməkdir axı! Bəlkə Şuşanı əsirlikdən qurtaraq, sonra onun da Qələbə gününü qeyd edək. Siz heç gördünüzmü kimsə Avropada, Rusiyada hansısa şəhərin işğal gününü qeyd etsin?
Amma burada məqsəd başqadır. Amerika casusunun biri Paşinyan Şuşaya səfər edir, orada həyasızcasına bayraq açır, digər agentlər də burada həmin təxribatı qabardır. Yaxşı plandır, elə deyilmi? Beləliklə, ermənilərlə azərbaycanlılar girir bir-birinə və ümumi hədəf - müstəmləkəçi Avropa, faşizm üzərində Qələbə keçir arxa plana. Necədir?
Amma azca ağlımız olsa, bir qədər geniş düşünə bilsək, anlarıq ki, Şuşanın, Kəlbəcərin, Laçının və digər torpaqlarımızın azad olmasının yolu məhz imperializm üzərində Böyük Qələbədən keçir. Əgər Amerikanın və Avropanın hər vəchlə mane olmağa çalışdığı sovet xalqlarının birliyi təmin olunsa, Qarabağ problemi avtomatik, özü də qansız-qadasız həll olunacaq. Ermənistanda başqa qüvvələr hakimiyyətə gələcək və işğal edilmiş torpaqlar qeydsiz-şərtsiz azad olunacaq. Ermənilər arasında belə qüvvələr var, sadəcə hazırda onların səsi eşidilmir.
Bütün azərbaycanlı şuşalılar Şuşaya öz evinə qayıdacaq. Dağlıq Qarabağın muxtar statusu bərpa olunacaq, digər işğal olunmuş rayonlarımız özümüzə qayıdacaq. Bunun yolu yalnız və yalnız əvvəlki Birliyimizi yeni və daha mütərəqqi keyfiyyətdə bərpa etməyimizdən keçir. Mən başqa yol görmürəm...

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM